Məhkəmə qərarları › İş №2(102)-2398/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2398/2019

11.04.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2398/2019 11.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qoldman Tatyana Aleksandrovnadan, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, katib A.Cəfərlinin, İddiaçı vəkili, Cavabdeh1 və vəkilii ştirakı ilə, İddiaçı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 noyabr 2017ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1705/2016 saylı 10 iyun 2016-cı il tarixli qətnaməsi ilə (hakim: Ə.Qəhrəmanov) İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh6, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 və X8rşı “orderlərin, daşınmaz əmlaka dair bağlanmış əqdlə rin etibarsız hesab edilməsi, mülkiyyət hüququnu təsdiq edən çıxarışların ləğv edilməsi, mülkiyyət hüququnun bərpa edilərək müvafiq çıxarışların verilməsi” və s. tələbinin rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-915/2017 saylı, 27 yanvar 2017-ci il tarixli qətnaməsi ilə (hakimlər: M.Məmmədov, M.Bağırova və S.Məmmədov) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1705/2016 saylı 10 iyun 2016-cı il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddianın qismən təmin edilməsi, 0,12 ha torpaq sahəsindən ibarət və ünvan 1 Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi Mərdəkan Bağlar sahəsindəki 55 №-li kooperativ tərəfindən Cavabdeh3 adına verilmiş 10.10.1995-ci il tarixli orderin etibarsız hesab edilməsi, həmin bağ sahəsin ə dair Cavabdeh3 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində aparılmış 16.10.2010-cu il tarixli qeydiyyat yazısının (müvafiq “çıxarış”) ləğv edilməsi, həmin bağ sahəsinə dair cavabdehlər Cavabdeh3 ilə Cavabdeh1 arasında bağlanmış 12.01.2011-ci il tarixli “alqı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış 03.08.2012-ci il tarixli qeydiyyat yazısının (müvafiq “çıxarış”) ləğv edilməsi, həmin bağ sahəsinin Cavabdeh1 tərəfindən Cavabdeh6 bağışlanmasına dair 09.08.2012-ci il tarixli “Bağışlama Müqaviləsi”nin etibarsız hesab edilməsi, qeyd edilən “bağışlama müqaviləsi” əsasında Cavabdeh6 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış 14.09.2012-ci il tarixli qeydiyyat yazısının (müvafiq “çıxarış”) ləğv edilməsi, həmin bağ sahəsinin 0,06 ha hissəsinin Cavabdeh6 tərəfindən Cavabdeh4 bağışlanmasına dair 06.09.2013-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi, qeyd edilən “bağışlama müqaviləsi” əsasında həmin bağ sahəsinin 0,06 ha hissəsinin Cavabdeh6, digər 0,06 ha hissəsinin isə Cavabdeh4 adlarına aparılmış 07.10.2013-cü il tarixli qeydiyyat yazılarının (müvafiq çıxarışlar) ləğv edilməsi, 0,12 ha torpaq sahəsindən ibarət və Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 1990 “A” saylı bağ sahəsinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi Mərdəkan Bağlar sahəsindəki 55 №-li kooperativ tərəfindən Cavabdeh5 adına verilmiş 04.0 8.1993- cü il tarixli orderin etibarsız hesab edilməsi, həmin bağ sahəsinə dair Cavabdeh5 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış 13.01.2009-cu il tarixli qeydiyyat yazısının (müvafiq “çıxarış”) ləğv edilməsi, həmin bağ sahəsinə dair Cavabdeh5 ilə Cavabdeh2 arasında bağlanmış 28.11.2014-cü il tarixli “alqı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsi, qeyd edilən müqavilə əsasında Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış 02.12.2014-cü il tarixli qeydiyyat yazısının (müvafiq çıxarış) ləğv edilməsi, həmin bağ sahəsinə dair Cavabdeh2 ilə X13 arasında 4 saylı Bakı ASAN xidmətinin notariat kontorunda bağlanmış 26.05.2015-ci il tarixli “alqı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Cavabdeh2 və X9 adlarına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat yazısının (müvafiq çıxarışlar) ləğv edilməsi, mübahisəli 1990 və 1990 “A” saylı bağ sahələrinə dair İddiaçı istifadə hüququnun bərpa edilməsi, qalan hissədə, yəni “bağ sahələri üzərində iddiaçının mülkiyyət hüququnun bərpa edilərək, həmin bağ sahələrinə dair mülkiyyət hüququnu təsdiq edən müvafiq çıxarışların verilməsi hissəsində iddianın təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 28 avqust 2017-ci il tarixli, 2(102)-4875/2017 saylı qərarı ilə (hakimlər: E.Vəliyeva, Q.Əsgərov, Ə.Şadıyev) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-915/2017 saylı iş 27 yanvar 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın 22 noyabr 2017-ci il tarixli, 2(103)11879/2017 saylı qətnaməsi ilə (hakimlər: A.İmanov, E.Nəbiyev və R.Qurbanov) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1705/2016 saylı 10 iyun 2016-cıil tarixli qətnaməsi ləğv edilərək, iddia tələbinin rədd edilməsi qət edilmişdir. İddiaçı Yakovlevna kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi MKnın 22 noyabr 2017-ci il tarixli, 2(103)-11879/2017 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh6, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 və X8rşı “orderlərin, daşınmaz əmlaka dair bağlanmış əqdlərin etibarsız hesab edilməsi, mülkiyyət hüququnu təsdiq edən çıxarışların ləğv edilməsi, mülkiyyət hüququnun bərpa edilərək müv afiq çıxarışların verilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin həcminin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək sahəsi 0,12 ha olan birinci bağ sahəsinin Bakı Şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi Mərdəkan Bağlar sahəsindəki 55 №-li Kooperativ tərəfindən Cavabdeh3 adına verilmiş 10.10.1995-ci il tarixli orderin etibarsız hesab edilməsi; birinci bağ sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi (bundan sonra – DƏDRX BƏİ) tərəfindən Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış 16.10.2010-cu il tarixli qeydiyyat yazısının (müvafiq “Çıxarışın”) ləğv edilməsi; həmin bağ sahəsinə dair Cavabdeh3 ilə Cavabdeh1 arasında 12.01.2011-ci il tarixdə bağlanmış AN-İ seriyalı, ******* №-li “Alqı-satqı müqaviləsinin” etibarsız hesab edilməsi; həmin müqavilə əsasında Cavabdeh1 adına DƏDRX BƏİ tərəfindən daşınmaz əmlakın dövlət reyestrində aparılmış 03.08.2012-ci il tarixli qeydiyyat yazısının (müvafiq “Çıxarışın”) ləğv edilməsi, birinci bağ sahəsinin Cavabdeh1 tərəfindən Cavabdeh6 bağışlanmasına dair 09.08.2012-ci il tarixli “Bağışlama müqaviləsinin” etibarsız hesab edilməsi; həmin müqavilə əsasında DƏDRX BƏİ tərəfindən Cavabdeh6 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış 14.09.2012-ci il tarixli qeydiyyat yazısının (müvafiq “Çıxarışın”) ləğv edilməsi; birinci bağ sahəsinin 0,06 ha hissəsinin Cavabdeh6 tərəfindən Cavabdeh4 bağışlanmasına dair 06.09.2013-cü il tarixli “Bağışlama müqaviləsinin” eti barsız hesab edilməsi; həmin müqavilə əsasında birinci bağ sahəsinin 0,06 ha hissəsinə dair Cavabdeh4, qalan 0,06 ha hissəsinə dair isə Cavabdeh6 adlarına DƏDRX BƏİ tərəfindən aparılmış 07.10. 2013-cü il tarixli qeydiyyat yazısının (RX seriyalı, ******* №-li və RX seriyalı, ******* №-li “Çıxarışların”) ləğv edilməsi, sahəsi 0,12 ha olan 2 ikinci bağ sahəsinin 55 №-li Kooperativ tərəfindən Cavabdeh5 adına verilmiş 04.08.1993-cü il tarixli orderin etibarsız hesab edilməsi; ikinci bağ sahəsinə dair DƏDRX BƏİ tərəfindən Cavabdeh5 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış 13.01.2009-cu il tarixli qeydiyyat yazısının (müvafiq “Çıxarışın”) ləğv edilməsi; həmin bağ sahəsinə dair Cavabdeh5 ilə Cavabdeh2 arasında bağlanmış 28.11.2014-cü il tarixli, AN-İ seriyalı, ******* №-li “Alqı- satq ı müqaviləsinin” etibarsız hesab edilməsi; həmin müqavilə əsasında DƏDRX BƏİ tərəfindən Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış 02.12.2014-cü il tarixli qeydiyyat yazısının (RX seriyalı, ******* №-li “Çıxarışın”) ləğv edilməsi; ikinci bağ sahəsinin 0,025 ha hissəsinə dair Cavabdeh2 ilə cavabdeh İnqa Aynullova arasında 26.05.2015-ci il tarixdə bağlanmış və 4 №-li Bakı ASAN xidmətinin notariat kontoru tərəfindən reyestrdə 4Ə-619 № altında qeyd edilmiş “Alqı-satqı müqaviləsinin” etibarsız hesab edilməsi; həmin müqavilə əsasında DƏDRX BƏİ tərəfindən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 adlarına daşınmaz əmlakın dövlət reyestrində aparılmış müvafiq qeydiyyat yazısının (müvafiq “Çıxarışların”) ləğv edilməsi, hər iki mübahisəli bağ sahələrinə dair onun (iddiaçının) mülkiyyət h üququnun bərpa edilməsi və həmin bağ sahələrinə dair mülkiyyət hüququnun təsdiq edən müvafiq çıxarışların verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyətinin Bağlar Təsərrüfatı İdarəsi ilə İddiaçı Yakovlevna arasında bağlanmış 20.09.1992-ci il tarixli 913 saylı müqaviləyə əsasən ünvan 1 ərazisində yerləşən 1990 №-li 0,12 ha bağ sahəsi və sahəsi 13,5 kv.m olan 1 otaqdan ibarət ev ona icarəyə verilmişdir. Həmçinin Bakı şəhər İcra Hakimiyyətinin Bağlar Təsərrüfatı İdarəsi ilə atası X21 arasında bağlanmış 20.09.1992-ci il tarixli 24604 saylı müqaviləyə əsasən ünvan 10,12 ha bağ sahəsi atası x3 icarəyə verilmişdir. Atası x3 16.05.1994-cü il tarixdə vəfat etdikdən sonra iddiaçı ondan qalmış mirası faktiki olaraq qəbu l etmiş və sözügedən bağ sahəsi İddiaçı sahiblik və istifadəsində olmuşdur. Atasının vəfatından sonra ərinin xəstəliyi ilə əlaqədar tez-tez Rusiya Federasiyasına gedib-gəlmişlər. Müəyyən müddətdən sonra məlum olmuşdur ki, ona və atasına məxsus bağ sahələrini özlərini məcburi köçkün kimi qələmə verən Cavabdeh1, X15 və Cavabdeh4, eləcə də digər şəxslər qanunsuz olaraq zəbt etmişlər. Dəfələrlə müxtəlif şəxslər vasitəsilə iddiaçıya məxsus torpaq sahəsində və evdə qanunsuz olaraq məskunlaşmış şəxslərə müraciətlər edilərək, həmin bağ sahələrindən çıxmaları xahiş edilsə də, müraciətlərin hər hansı bir nəticəsi olmamışdır. İddiaçı tərəfindən mirasın qəbulu ilə əlaqədar müvafiq ərizə ilə Bakı şəhəri 12 saylı Dövlət Notariat Kontoruna müraciət edilmiş və həmin Notariat Kontorunda vərəsəlik işi açıla raq, vərəsələrin dairəsi müəyyən edilmişdir. Bundan sonra qanunvericiliyin tələbinə əsasən vərəsəlik hüququ haqqında şəhadətnamənin rəsmiləşdirilməsi üçün notariat kontoru tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə müraciət edilərək, atasından miras qalmış ünvan 10,12 ha bağ sahəsinə dair çıxarış verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinin əməkdaşları bir müddət əvvəl atasına məxsus Bakı şəhəri Mərdəkan qəsəbəsi (Şaqan) ərazisində yerləşən 1990a №-İİ, 0,12 ha bağ sahəsinə gələrək, müvafiq ölçmə işləri aparmaq istəmişlər. Lakin yuxarıda adıçəkilən şəxslər qanunsuz olaraq Dövlət Rey estr Xidmətinin əməkdaşlarını evə buraxmamışlar. Ona görə də iddiaçı Cavabdeh1, X15, Cavabdeh4 və Cavabdeh2 qarşı iddia tələbi ilə Xəzər Rayon Məhkəməsinə müraciət edilərək, cavabdehlər Cavabdeh1, X15 və X4 və onların ailə üzvlərinin əmlakları ilə birlikdə mənə və atama məxsus Bakı şəhəri Mərdəkan qəsəbəsi (Şaqan) ərazisində yerləşən 1990 N2-İİ, 0,12 ha bağ sahəsindən, sahəsi 13,5 kv.m olan 1 otaqdan 3 ibarət evdən və Bakı şəhəri Mərdəkan qəsəbəsi (Şaqan) ərazisində yerləşən 1990a №-li, 0,12 ha bağ sahəsindən çıxarılmalarına və mülkiyyət hüququnun təmin edilərək, Bakı şəhəri Mərdəkan qəsəbəsi (Şaqan) ərazisində yerləşən 1990 №-li, 0,12 ha bağ sahəsinin, sahəsi 13,5 kv.m olan 1 otaqdan ibarət evin və Bakı şəhəri Mərdəkan qəsəbəsi (Şaqan) ərazisində yerləşən 1990 a N2-İİ, 0,12 ha bağ sahəsin in onun sahiblik və istifadəsinə verilməsinə dair qətnamə çıxarılması xahiş edilmişdir. Sözügedən işə Xəzər Rayon Məhkəməsində baxılarkən məlum olmuşdur ki, 0,12 ha torpaq sahəsindən ibarət Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 1990 saylı bağ sahəsi Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi Mərdəkan Bağlar sahəsindəki 55 N2-İİ kooperativ tərəfindən verilmiş 10 oktyabr 1995-ci il tarixli order əsasında hazırkı iş üzrə cavabdehlərdən biri olan Cavabdeh3 ayrılmış, həmin bağ sahəsi 16.10.2010-cu il tarixdə sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 12 yanvar 2011-ci il tarixdə Cavabdeh3 mülkiyyətində olan 0,12 ha torpaq sahəsindən ibarət Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 1990 saylı bağ sahəsini cavabde hlərdən Cavabdeh1 satmış, 09 avqust 2012-ci il tarixdə sonuncu həmin bağ sahəsini Cavabdeh6 bağışlamışdır. 06 sentyabr 2013-cü il tarixdə Cavabdeh6 daşınmaz əmlakın dövlət reyestrində 14.09.2012-ci il tarixdə adına qeydiyyata alınmış 1990 saylı bağ sahəsinin yarısını, yəni 0,06 ha hissəsini cavabdehlərdən Cavabdeh4 qızma bağışlamışdır. 07.10.2013-cü il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Seriya RX ******* və Seriya RX ******* N2-İi Çıxarışlara əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 1990 saylı bağ sahəsinin 0,06 ha hissəsi Cavabdeh6, 0,06 ha hissəsi isə Cavabdeh4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan başqa qeyd olunan işə baxılarkən məlum olmuşdur ki, 0,12 ha torpaq sahəsindən ibarət Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 1990a saylı bağ sahəsi Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi Mərdəkan Bağlar sahəsindəki 55 №-li kooperativ tərəfindən verilmiş 04 avqust 1993-cü il tarixli order əsasında hazırkı iş üzrə cavabdehlərdən Cavabdeh5 ayrılmış, həmin bağ sahəsi sonuncunun adına 13.01.2009-cu il tarixdə qeydiyyata alınmışdır. Cavabdeh5 28 noyabr 2014-cü il tarixdə 1990a saylı bağ sahəsini Cavabdeh2 satmış, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Seriya RX ******* N-li Çıxarışa əsasən 0,1025 ha torpaq sahəsindən ibarət Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 55 saylı BTK-nın 1990a saylı bağ sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyes trində qeydiyyata alınmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı Yakovlevna kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsi MK-nın 22 noyabr 2017-ci il tarixli, 2(103)-11879/2017 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Prosesiştirakçılarının izahatları: İddiaçı vəkili Muradov Altay Oqtay oğlu kassasiya şikayətinin dəlillərinə müvafiq izahat verərək, kassasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Cavabdeh1 və vəkili Ələkbərov Aydın Hüseyn oğlu kassasiya şikayətinin əsassız olduğunu bildirə rək təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, tərəfi və tərəflərin vəkillərini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. İş materiallarında olan 20.09.1992-ci il tarixli, 913 №-li müqavilədən görünür ki, 1990 №-li bağ sahəsi Bağlar Təsərrüfatı İdarəsi tərəfindən iddiaçının icarəsinə verilmişdir. İş materiallarında olan 20.09.1992-ci il tarixli, 24604 №-li müqavilədən görünür ki, 1990 “A” №-li ba ğ sahəsi Bağlar Təsərrüfatı İdarəsi tərəfindən X18 icarəsinə verilmişdir. İş materiallarından görünür ki, X21 iddiaçının atasıdır və o, 16.05.1994-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan Bakı şəhəri 12-ci Notariat Kontoru tərəfindən DƏDRX Əİnə ünvanlanmış 03.03.2016-cı il tarixli, 195 №-li məktubdan görünür ki, x3 16.05.1994-cü il tarixdə vəfatı ilə əlaqədar vərəsə İddiaçı ərizəsi əsasında 2014-cü ildə vərəsəlik işi açılmışdır. “Vərəsəlik hüququ haqqında şəhadətnamənin” rəsmiləşdirilməsi üçün (mübahisəli) 1990 “A” №-li bağ sahəsi və 0,12 ha torpaq sahəsinə dair çıxarışın verilməsi xahiş edilir. İş materiallarında olan 04.08.1993-cü il tarixli orderin surətindən görünür ki, Cavabdeh5 0,12 ha torpaq sahəsindən ibarət 1990 “A” №-li bağ sahəsi ayrılmışdır. İş materiallarında olan DƏDRX Əİ tərəfindən “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş MH seriyalı, ******* №-li, 13.01.2009-cu il tarixli “Çıxarışından” görünür ki, 1990 “A” №-li bağ sahəsi Cavabdeh5 adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. İş materiallarında olan AN-1 seriyalı, ******* №-li, 28.11.2014-cü il tarixli “Alqı-satqı müqaviləsindən” görünür ki, Cavabdeh5 adından etibarnamə əsasında çıxış edən Cavabdeh1 1990 “A” №-li bağ sahəsini Cavabdeh2 satmışdır. İş materiallarında olan DƏDRX Əİ tərəfindən “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş RX seriyalı, 0538276 №-li, 02.12.2014-cü il tarixli “Çıxarışdan” görünür ki, 1990 “A” №-li bağ sahəsi Cavabdeh2 adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. İş materia llarında olan AN-1 seriyalı, ******* №-li, 26.05.2015-ci il tarixli “Alqı-satqı müqaviləsindən” görünür ki, Cavabdeh2 1990 “A” №-li bağ sahəsinin 0,025 ha hissəsini İnqa Aynullovaya satmışdır. İş materiallarında olan DƏDRX Əİ tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş RX seriyalı, ******* №-li, 09.06.2015-ci il tarixli “Çıxarışdan” görünür ki, 1990 “A” №-li bağ sahəsinin 0,0775 ha hissəsi Cavabdeh2 adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. İş materiallarında olan 10.10.1995-ci il tarixli orderin surətindən görünür ki, sahəsi 0,12 ha olan 1990 №-li bağ sahəsi Cavabdeh3 ayrılmışdır. İş materiallarında olan DƏDRX Əİ tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş MA seriyalı ******* №-li, 16.10.2010-cu il tarixli “Çıxarışdan” görünür ki, 1990 №-li bağ sahəs i Cavabdeh3 adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. İş materiallarında olan AN-1 seriyalı, ******* №-li, 12.01.2011-ci il tarixli “Alqı-satqı müqaviləsindən” görünür ki, Cavabdeh3 1990 №-li bağ sahəsini Cavabdeh1 satmışdır. İş materiallarında olan DƏDRX Əİ tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş MA seriyalı, ******* №-li, 03.02.2011-ci il tarixli “Çıxarışdan” görünür ki, 1990 №-li bağ sahəsi Cavabdeh1 adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. İş materiallarında olan 09.08.2012-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh1 1990 №-li bağ sahəsini övladı Cavabdeh6 bağışlamışdır. İş materiallarında olan DƏDRX Əİ tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş RX seriyalı, ******* №-li, 14.09.2012-ci il tarixli “Çıxarışdan” görünür ki, 1990 №- li bağ sahəsi Cavabdeh6 adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. İş materiallarında olan 06.09.2013-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh6 ölçüsü 0,12 ha olan 1990 №-li bağ sahəsinin 0,06 ha hissəsini bacısı Cavabdeh4 bağışlamışdır. İş materiallarında olan DƏDRX Əİ tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş RX seriyalı, ******* №-li, 07.10.2013-cü il tarixli “Çıxarışdan” görünür ki, 1990 №-li bağ sahəsinin 0,06 ha-dan ibarət bir hissəsi Cavabdeh4 adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. İş materiallarında olan DƏDRX Əİ tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş RX seriyalı, ******* №-li, 07.10.2013-cü il tarixli “Çıxarışdan” görünür ki, 1990 №-li bağ sahəsinin qalan 0,06 ha olan hissəsi Cavabdeh6 adına xüsusi mülkiyyət kimi qey diyyata alınmışdır. İş materiallarında olan 07.08.1998-ci il tarixli, 1268 №-li müqavilədən görünür ki, Bakı şəhəri, Mərdəkan qəsəbəsində yerləşən və sahəsi 0,12 ha olan 1991 №-li bağ sahəsi Bağlar Təsərrüfatı İdarəsi tərəfindən X5 icarəsinə verilmişdir. İş materiallarında olan Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş BM seriyalı, 000940 №-li, 20.02.1992-ci il tarixli “Qeydiyyat vəsiqəsindən” görünür ki, 1991 №-li bağ sahəsi Zəhra Rüstəmovanın adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. İş materiallarında olan 07.12.2005-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən” görünür ki, Cavabdeh1 2004-cü ildə vəfat etmiş Zəhra Rüstəmovanın ölümündən sonra miras qalmış 1991 №-li bağ sahəsini miras əmlak kimi qəbul etmişdir. İş materiallarında olan Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş BM seriyalı, 003665 №-li, 29.12.2005-ci il tarixli “Qeydiyyat vəsiqəsindən” görünür ki, 1991 №-li bağ sahəsi Cavabdeh1 adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. İş materiallarında olan AN-1 seriyalı, ******* №-li, 17.07.2014-cü il tarixli “Alqısatqı müqaviləsindən” görünür ki, X10 adından etibarnamə əsasında çıxış edən Cavabdeh1 Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 1991 “A” №-li bağ sahəsinin 0,03 ha hissəsini X1. İş materiallarında olan DƏDRX Əİ tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş RX seriyalı, ******* №-li, 25.07.2014-cü il tarixli “Çıxarışdan” görünür ki, 1991 “A” №-li bağ sahəsinin 0,03 ha-dan ibarət bir hissəsi Səbinə As lanovanın adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. İş materiallarında olan AN-1 seriyalı, ******* №-li, 26.09.2014-cü il tarixli “Alqısatqı müqaviləsindən” görünür ki, X10 adından etibarnamə əsasında çıxış edən Cavabdeh1 1991 “A” №-li bağ sahəsinin 0,02 ha hissəsini X2 satmışdır. İş materiallarında olan DƏDRX Əİ tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş RX seriyalı, ******* №-li, 08.10.2014-cü il tarixli “Çıxarışdan” görünür ki, 1991 “A” №-li bağ sahəsinin 0,02 ha-dan ibarət hissəsi Nazilə Abdullayevanın adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. İş materiallarında olan DƏDRX Əİ tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş RX seriyalı, ******* №-li, 26.11.2014-cü il tarixli “Çıxarışdan” görünür ki, 1991 “A” №-li bağ sahəsinin 0,04 ha olan hi ssəsi Cavabdeh6 adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-249/2015 №-li mülki iş üzrə qəbul etdiyi 21.12.2015-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1, Fazil Rüstəmov, Cavabdeh6, Cavabdeh4 və Cavabdeh2 qarşı “torpaq sahəsindən və evdən çıxarılma, mülkiyyət hüququnun təmin edilməsi barədə” iddiası təmin edilməmişdir. İş materiallarında olan iddiaçının Bakı Şəhər İH başçısına ünvanladığı 09.06.2016-cı il tarixli ərizəndən görünür ki, o, həmin ərizə ilə birinci bağ sahəsi ilə bağlı Bakı Şəhər İK-nin 10.10.1995-ci il tarixli, 1376 №-li qərarının, eləcə də ikinci bağ sahəsi ilə bağlı həmin İK-nin 04.08.1993-cü il tarixli 1496 №-li qərarının, həmçinin həmin qərarların verilməsi üçün əsas olm uş digər sənədlərin müvafiq qaydada təsdiq edilmiş surətlərinin ona təqdim edilməsini xahiş etmişdir. İş materiallarında olan Bakı ŞİH başçısının Aparatı tərəfindən iddiaçıya ünvanlanmış 30.06.2016-cı il tarixli cavab məktubundan görünür ki, 20.10.1995-ci il tarixli, 1376 №-li sərəncamı ilə vətəndaş Cavabdeh3 və 04.08.1993-cü il tarixli, 1498 №-li sərəncamı ilə vətəndaş Cavabdeh5 bağ sahələri ayrılmamışdır. İş materiallarında olan həmin cavab məktubunda 1376 №-li sərəncamın tarixi 10.10.1995-ci il tarixli deyil, “20.10.1995-ci il” tarixli kimi qeyd edildiyindən, həmçinin 04.08.1993-cü il tarixli sərəncamın nömrəsi 1496 kimi deyil, “1498” kimi göstərildiyindən, Məhkəmə tərəfindən Bakı ŞİH-nə müvafiq sorğular verilərək, qeyd olunan tarixlər və nömrələr arasındakı fərqlərə aydınlıq gətirilm əsi xahiş edilmişdir. İş materiallarında olan Bakı ŞİH-nin 30.11.2016-cı il tarixli 7-6803/17 №-li cavab məktubunda göstərilmişdir ki, 1376 №-li sərəncamı 10.10.1995-ci il tarixli deyil, 20.10.1995-ci il tarixlidir və bu sərəncamla vətəndaş Cavabdeh3 bağ sahəsi ayrılmamışdır. (Bu cavab məktubuna 20.10.1995-ci il tarixli, 1376 №-li sərəncamın təsdiqlənmiş kserosurəti əlavə edilmişdir). İş materiallarında olan Bakı ŞİH-nin 09.12.2016-cı il tarixli 7-7001/17 №-li məktubunda göstərilmişdir ki, 04.08.1993-cü il tarixli, sərəncamın nömrəsi 1498 deyil, 1496-dır. Həmin sərəncam vətəndaşlara bağ sahələri ayrılması barədədir və bu sərəncamla vətəndaş Cavabdeh5 bağ sahəsi ayrılmamışdır. İddiaçının iddia ərizəsində ifadə edilmiş dəlilləri ondan ibarətdir ki, mübahisəli bağ sahələri 20.09.1992-cü il ta rixli icarə müqavilələrinə əsasən iddiaçının özünün və atasının icarəsində olmuş, sonradan isə cavabdehlər tərəfindən qanunsuz olaraq mənimsənilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıların tələbinə qiymət vermək üçün ilk öncə onların bu barədə iddia qaldırmaq üçün subyektiv hüququn sahibi olub-olmamasını müəyyən etmək vacibdir. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələbləri nin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında da göstərilmişdir ki, mülki mübahisə nin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İddiaçı Mərdəkan bağ massivində yerləşən 1990 saylı bağa dair 20.09.1992-ci il tarixli, 913 №-li və 1990a saylı bağa dair 20.09.1992-ci il tarixli 24604 nömrəli müqavilələrə istinad edərək, həmin bağ sahələrinə “gözlənilən” mülkiyyət hüququnun pozulduğunu iddia edir. Lakin işdə olan həmin müqavilələrin arxiv nüsxələrin dən görünür ki, müqavilələr 10 il müddətinə 20.09.1992-ci ildən 20.09.2002-ci il tarixədək bağlanmışdır. Bu tarixdən sonra həmin dövrdə fəaliyyət göstərən Bağlar Təsərrüfatı İdarəsi ilə bağa dair yeni icarə müqaviləsi bağlanması və ya iddiaçının bağ sahəsinə icarəçi kimi faktiki sahibliyini davam etdirməsi iş üzrə müəyyən edilməmişdir. Digər bağın icarəçisi iddiaçının atası X21 1994-cü ildə vəfat etmişdir. Həmin tarixdən sonra 1990a saylı bağa dair icarə münasibətlərinin onun ailə üzvlərindən biri ilə, o cümlədən iddiaçı ilə müqavilə əsasında və ya faktiki sahiblik edilməklə davam etdirilməsi iş üzrə müəyyən edilməmişdir. Halbuki, bağın icarə müqaviləsinin 11-ci bəndində də nəzərdə tutulmuşdur ki, bağın icarədarı vəfat etdikdə və ya daimi yaşayış üçün başqa yerə köçdükdə, bağın icarə müqav iləsi onun müəyyən edilmiş müddəti bitənədək, “icarədar”ın özü ilə birgə yaşayan ailə üzvlərindən, yaxud ondan ayrı yaşayan yaxın qohumlarından (valideynləri, uşaqları, qardaşları, bacıları, babası, nənəsi, nəvəsi, arvadı ya əri) birisi ilə yenidən bağlanır. İddiaçı yalnız 2014-cü ildə, 22 ildən sonra notariat orqanına ərizə verməklə, atasının icarəsində olmuş bağa dair vərəsə kimi hüquqlarının rəsmiləşdirilməsinə cəhd etmişdir. Lakin iddiaçının atası vəfat edərkən 1990a saylı bağ sahəsi onun mülkiyyətində deyil, icarəsində olmuşdur, bağların altında olan torpaq sahələrinin vətəndaşların əvəzsiz mülkiyyətinə verilməsini müəyyən edən “Torpaq islahatı haqqında” Qanun isə 16.07.1996cı ildə, iddiaçının atasının ölümündən 2 il sonra qəbul edilmiş, bu Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci i l mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ 8 təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilməsi barədə Qanunun 25-ci maddəsinə əlavə isə 01 fevral 2008-ci il tarixli 537-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmişdir. Belə olan halda, iddiaçının atasının icarəsində olmuş 1990a saylı bağa vərəsə kimi hüququnun olmasına istinad etməsi də əsassızdır. Bağ sahələri icarəyə verilən dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 274-cü maddəsinə əsasən əmlak kirayə müqaviləsinin müddəti tərəflərin razılığı ilə, on ildən artıq olmayan müddətə müəyyən edilir. Həmin Məcəllənin 276-cı maddəsinə əsasən müqavilə müddəti keçdikdən sonra kirayədarı n etirazı olmadan əmlakdan istifadə davam etdirildiyi halda müqavilə qeyrimüəyyən müddətə təzələnmiş hesab olunur. 01.09.2000-ci ildən qüvvədə olan Mülki Məcəllənin 689.1-ci maddəsinə əsasən kirayə müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət bitdikdə xitam verilir. Həmin Məcəllənin 695.1-ci maddəsinə əsasən kirayəçinin öldüyü halda kirayə müqaviləsi üzrə hüquq münasibətləri, əgər başqa kirayəçilər varsa, onlarla davam etdirilir. Başqa kirayəçilər olmadıqda kirayə müqaviləsi üzrə hüquq münasibətləri vərəsələrlə davam etdirilir. Növbəti kirayəçinin və ya vərəsənin qanunla müəyyənləşdirilmiş xəbərdarlıq müddətlərini gözləməklə kirayə müqaviləsi üzrə hüquq münasibətlərinin ləğvinə dair bildiriş vermək hüququ vardır. Göründüyü kimi, iddiaçının 1990 saylı bağ sahəsinin ic arəçisi kimi hüququnun icarə müqaviləsinin müddəti bitdikdən sonra da mövcud olması üçün icarəçi kimi bağa faktiki sahibliyinin müəyyən edilməsi, 1990a saylı bağ sahəsi ilə bağlı isə kirayəçinin ölümündən sonra iddiaçı ilə icarə münasibətlərinin faktiki sahiblik və ya icarə müqaviləsi əsasında davam etdirilməsinin müəyyən edilməsi zəruridir ki, bu hal da iş materialları və işin faktiki halları ilə təsdiq edilmir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında Cavabdeh1 sualına cavab olaraq mübahisəli torpaq sahələrinin hazırda yerini belə bilməməsini qeyd etməklə yazılmış əlyazma müqavilənin mövcudluğunu qəbul edərək, həqiqətən də iddiaçının 1992-ci ildən mübahisəli torpaq sahələrini bugünədək cavabdehlərin həmin torpaq sahəsini zəbt etməsi səbə bindən faktiki istifadə və sahiblik etməməsini bildirmiş, bu səbəbdən də 2015-ci ildə cavabdehlərin torpaq sahələrindən çıxarılması ilə bağlı iddia qaldırmış və həmin məhkəmə mübahisəsi zamanı onlara məlum olmuşdur ki, cavabdehlər müxtəlif vaxtlarda həmin torpaq sahələrinə order almaqla sonradan özünüküləşdirməklə mülkiyyət sənədi almışlar. Digər tərəfdən, iddiaçı özü Rusiya vətəndaşı olduğundan onun “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə istinad edərək bağa mülkiyyət hüququnun yaranmasını iddia etməsi də əsassızdır. Belə ki, «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən torpaq xüsusi mülkiyyətə Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə verilir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər. Həmin Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatı idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Göründüyü kimi, qanun Azərbaycan Respublikası vətəndaşlarına qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatı idarəçiliyindəki bağların altında olan torpaqları qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz mülkiyyətinə keçirmək imkanını tanıy ır. Beləliklə, iş üzrə İddiaçı hazırki vəziyyətdə subyektiv hüququn sahibi olmamaqla onun iddiasının mahiyyəti üzrə araşdırılmasına ehtiyac qalmır. Bu kimi araşdırmanın aparılması ona görə yol verilməzdir ki, hüququ olmayan şəxsin qaldırdığı iddia ilə bağlı mahiyyəti üzrə gəlinmiş nəticə, gələcəkdə müvafiq hüquqa malik şəxslərin qaldıracağı iddialar üzrə preyudisial əhəmiyyətə malik hallar yarada bilər. Halbuki, hər hansı iddia tələbi ilə bağlı mahiyyəti üzrə araşdırma yalnız iddianın buna səlahiyyəti olan şəxs tərəfindən qaldırılması zamanı aparıla bilər. Qeyd edilən mövqeyə uyğun olaraq kollegiya hesab edir ki, işin mahiyyəti ilə bağlı olan iddiaçının dəlillərinin araşdırılmasına ehtiyac yoxdur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və et irazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsində işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, prosessual hüquq pozuntusuna yol verilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 noyabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar