Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2399/2020 10.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçının nümayəndəsi İddiaçı2, Cavabdehin nümayəndəsi, Vəkil iştirakları ilə, İddiaçı1 xxx qızı Cavabdeh qarşı “ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-cı il tarixli, 2(103)943/2020 nömrəli qətnaməsindən cavabdehin etibarnamə əsasında nümayəndəsi, Vəkil tərəfindən verilmiş kassa siya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı2 (sonradan birinci instansiya məhkəməsində iddiaçı əsl İddiaçı1 ilə əvəz olunmuşdur) Cavabdeh qarşı iddia ərizəsi ilə və Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 10526 manat maddi ziyanın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(004)4052/2019 nömrəli qətnaməsi ilə (hakim F.İ.Əyyubov) Cavabdeh İddiaçı1 xxx qızının xeyrinə 10526 manat maddi ziyanın tutulması barədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-cı il tarixli, 2(103)-943/2020 nömrəli qətnaməsi ilə (hakimlər E.C.Kazımov - sədrlik edən və məruzəçi, T.S.Səmədov və İ.S.Şirinov) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş,Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilmiş, Cavabdeh 5500 manatın alınaraq İddiaçı1 verilməsini qət edilmişdir. Cavabdeh etibarnamə əsasında nümayəndəsi, Vəkil vasitəsi ilə kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-cı il tarixli, 2(103)-943/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia ərizəsinin təmin edilməməsi barədə yeni qərar gəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, ONA ETİRAZ, TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, ap ellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, sübutemə yükünü düzgün bölməmiş, iş materiallarında əmək müqaviləsi və ya hər hansı sübut olmadan xxxun cavabdehin işçisi olmasına dair qənaətə gəlmişdir. Mülki hüquq pozuntusu xxx tərəfindən törədildiyi üçün cavabdehin iddiaçının qarşısında öhdəlikləri yaranmamışdır. X12 işə cəlb edilməmişdir. Həmçinin iş üzrə keçirilmiş ekspert rəyi əsassız olmuş, rəylə müəyyən olunmuş ziyan düzgün müəyyən olunmamışdır. Məhkəmə iclasında cavabdehin etibarnamə əsasında nümayəndəsi, Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı1 etibarnamə əsasında nümayəndəsi İddiaçı2 məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci m addəsinə əsasən işə onun izahatı alınmamışdır. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İş üzrə məhkəmələr tərəfindən müəyyən olunmuş hallara əsasən **-GB-*** dövlət qeydiyyat nişanlı “xxx” markalı avtomobil X2 adına qeydiyyatdan keçmişdir. İddiaçı1 xx xxxxxx 2013-cü il tarixdə **-GB-*** dövlət qeydiyyat nişanlı “xxx” markalı avtomobili nəqliyyat vasitələrinin istifadə edilməsi haqqında etibarnamə əsasında İddiaçı2 10 il müddətinə etibar etmişdir. xx xxxx 2019-cu il tarixli inzibati xəta haqqında qərardan görünür ki, sürücü X1 Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinmiş və 40 manat cərimə edilmişdir. xx xxxx 2019-cu il tarixli arayışın surətindən görünür ki, mülkiyyətçisi Cavabdeh, hadisə baş verən an sürücüsü X8 olan “xxx” markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı avtobus İddiaçı1 mülkiyyətçisi olduğu “xxx” markalı **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə avtomobilin arxa sol yan hissəsinə əmlak zərəri dəymiş, hadisə baş verən zaman “xxx” markalı **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü İddiaçı2 olmuşdur. İş materiallarında olan Cavabdeh məxsus sərnişin daşımaq üçün yol vərəqələrinin siyahısından görünür ki, X4 xx xxxxxx 2019-dan xx xxxx 2019-cu il tarixədək yol vərəqəsi verilmişdir. İş materiallarında olan fərdi sahibkar X5 verdiyi qüsur aktından görünür ki, “xxx” markalı, **-GB-*** dövlət nömrə nişanlı avtomo bilin təmiri üçün 15526 manat müəyyən edilmişdir. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli ekspert rəyindən görünür ki, “xxx” markalı, **-GB-*** dövlət nömrə nişanlı avtomobilin əsaslı hissələri dəyişilməklə, əsaslı təmir olunması rentabelli hesab olunmur və zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın məbləği 10500 manat müəyyən edilir. Birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək, iddianı qismən təmin edən apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 1099.2-ci maddəsinin tələbləri baxımından xxxun Cavabdeh işçisi olmasını mübahisəsiz hal kimi müəyyən etmiş və hesab etmişdir ki, bunun üçün xxxun əmək müqaviləsi yaxud mülki hüquqi müqavilə əsasında cavabdehin işçisi olmasının iddianın əsaslılığına hər hansı bir təsiri yoxdur, yetər ki, o, cavabdehin tapşırığı ilə və onun nəzarəti altında işlərin təhlükəsiz aparılması üzrə fəaliyyət göstərmiş olsun. Ona görə də cavabdeh məhz Mülki Məcəllənin 1099.1-ci maddəsinin məcburi tələblərinə əsasən iddiaya cavab verməli olan şəxsdir və işçisinin törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət daşıyır və yol vərəqəsi əsasında avtobusu idarə etmiş xxxun vurduğu zərərin əvəzini ödəməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin mülki məsuliyyətini müəyyən edərkən Azərbaycan Respublikası MM-in 1099.2-ci maddəsinin tətbiqində səhvə yol vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası za manı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2018-ci il tarixli qərarı nda izah olunmuşdur ki, maddənin (MM-in 1099.2-ci maddəsinin) mətnindən belə nəticəyə gəlmək olar ki, işçi dedikdə, əmək müqaviləsi əsasında, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxs başa düşülür. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından göründüyü kimi, İ.İmanovun “xxxx” MMC-də işləməsinin sübutu həmin MMC-nin nümayəndəsinin məhkəməyə təqdim etdiyi ərizə olmuşdur. Həmin ərizədə göstərilmişdir ki, İ.İmanov ilə “xxxx” MMC arasında faktiki olaraq əmək münasibətləri olmuşdur. Apellyasiya instansiyası məhkəməsi Konstitusiyanın 60 və 127-ci maddələrinin, Mülki Prosessual Məcəllənin 9 və 88-ci maddələrinin tələblərinə əməl etməyərək, İ.İmanovun həqiqətən “xxxx” MMC ilə əmək münasibətlərində olmasını, buna dair Mülki Məcəllənin 1099.2-ci maddəsi ndə göstərildiyi kimi əmək müqaviləsinin və ya mülki hüquq müqaviləsinin olub-olmamasını yoxlamadan, MMC-nin nümayəndəsinin nömrəsiz, tarixsiz və qeyri-müəyyən ərizəsinə əsaslanaraq hesab etmişdir ki, MMC öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır.... Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, yalnız iddiaçı tərəfindən irəli sürülən dəlillərə və cavabdehi təmsil edən nümayəndənin heç bir sübut ilə təsdiq olunmayan arayışına istinad etməklə iddia tələbini təmin etmişdir. Bu isə Konstitusiyada və mülki prosessual qanunvericilikdə təsbit olunmuş tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinin mahiyyəti ilə uzlaşmır və nəticədə mübahisəli məsələ üzrə işin düzgün və ədalətli həll edil məsini istisna edir. Məhkəmə kollegiyası Konstitusiya Məhkəməsinin konkret iş üzrə nümayiş etdiyi mövqeyi hazırki işdə tətbiq etməklə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi xxxun Cavabdeh işçisi olmasını mübahisəsiz hal kimi müəyyən etsə də, iş materiallarında olan məhkəmə iclas protokolundan müəyyən edilir ki, cavabdehin nümayəndəsi cavabdehin işə aidiyyəti olmamasını, xxxun və Cavabdeh arasında əmək, yaxud mülki hüquq münasibətlərinin olub-olmamasını bilmədiyini göstərmişdir. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra işlərdə qeyd etmişdir ki, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət ləndirilməməsi nəticəsində qəbul edilən məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermir və onların ədalətli olması şübhə altına alınır (F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli və N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli qərarlar). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Odur ki, məhkəmə kollegiyasının qənaətinə görə iş üzrə yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinmiş X8 və həmin yol-nəqliyyat hadisəsində iştirak etmiş avtobusun mülkiyyətçisi, işə cavabdeh qismində cəlb olunmuş Cavabdeh arasında əmək və ya mülki hüquqi müqavilə əsasında münasibətlərinin mövcud olub-olmaması, o cümlədən xxxun avtobusu hansı əsaslarla idarə etməsi, bu halda sonuncunun işlərin (nəqliyyat vasitəsinin idarəedilməsini) təhlükəsiz aparılması üçün cavabdehin nəzarətinin olub-olmaması xüsusatları araşdırılmalıdır. Digər tərəfdən iş üzrə mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, iddiaçının mülkiyyətində olan avtomobilə zərərin vurulmasında X3 təqsirli olması sonuncunun barəsində tərtib olunmuş inzibati xəta haqqında iş üzrə qərarla təsdiq olunmuşdur. Lakin hazırki iş üzrə qəbul ediləcək qərar xxxun bilavasitə hüquq və vəzifələrinə təsir etdiyi halda, sonuncu işə cəlb olunmamışdır. Halbuki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MM-in 1114.1-ci maddəsinə istinad edərək, Cavabdeh xxxun vurduğu zərəri ödəmiş şəxs kimi sonuncuya qarşı geriyə tələb (reqres) hüququnun olmasını izah etmişdir. Azərbaycan Respublikası MPM-in 57.1-ci maddəsinə əsasən Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iş üzrə birinci instansiya məhkəməsi tərəfində n qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər. Nəhayət apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı cavabdehdən avtomobilinə dəymiş ziyanla əlaqədar sığorta təşkilatı tərəfindən ona 5000 manat sığorta ödənişi edildikdən sonra 10526,00 manat tələb etsə də maddi zərərin məhz həmin məbləğdə olmasına dair məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Əksinə məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyinə əsasən maddi ziyanın məbləği 10500 manat müəyyən edilmişdir. Ekspert rəyi məhkəmə üçün məcburi deyil, digər sübutla rla yanaşı qiymətləndirilməlidir. Məhkəmə kifayət qədər aydın və tam olmadığına, eləcə də əsassızlığına və ziddiyyətli olduğuna görə ekspert rəyini nəzərə almaya, əlavə yaxud təkrar ekspertiza təyin edə bilər. Lakin qeyd olunan rəydə bu halların mövcudluğu məhkəmədə hər hansı bir şübhə doğurmamışdır. Ona görə də, ekspert rəyinin mötəbər sübut növü kimi qəbul edilməməsinin əsası yoxdur. Bu səbəbdən iddia qismən təmin edilməklə sığorta şirkəti tərəfindən iddiaçıya ödənilmiş 5000 manat nəzərə alınmaqla, qalan 5500 manat (10500-5000=5500) maddi zərərin əvəzi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə keçirilmiş ekspert rəyinə istinad edərək, vurulmuş ziyanı da müəyyən etsə də, həmin rəyi işin digər halları qanuna u yğun qaydada qiymətləndirməmişdir. Halbuki Azərbaycan Respublikası MPM-in 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. MPM-in 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamə və ya qərardadda əsaslandırılmalıdır. Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Məhkəmə qət naməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2005-ci il tarixli Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla bərabər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxxxx 2019-cu il tarixli rəyinə əsasən tədqiq edilən 2013-cu il buraxılışlı “xxx” markalı, **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobilin hazırki vəziyyətdə əksər hissələri dəyişilməklə, əsaslı təmir olunması rentabelli hesab olunmur və zərərçəkmişə dəymiş maddi ziyanın məbləği salamat qalan yararlı hissələrini çıxmaqla təxminən 1050 0,00 (15000m-30%) manat müəyyən edilmişdir. Ekspert avtomobilin əsaslı təmir olunmasının rentabelli hesab olunmaması qənaətini fotoşəkillərə əsaslandırmışdır. Halbuki, iş materiallarında belə fotoşəkillər əlavə olunmamış və ekspertə təqdim edilməsini təsdiq edən sənəd mövcud deyildir. Həmçinin nəzərə alınmalıdır ki, iş materiallarında olan Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə xx xxxx 2019-cu il tarixli arayışına əsasən yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının avtomobilinin arxa sol yan hissəsi zədələnmişdir. İddiaçının təqdim etdiyi X9 tərəfindən tərtib olunmuş xx xxx 2019-cu il tarixli (yolnəqliyyat hadisəsindən 1 ay 20 gündən sonra tərtib olunmuşdur) Qüsur aktına əsasən isə avtomo bilin həm qabağ, həm də arxa ehtiyyat hissələri zədələnmiş və onun təmir edilməsinin dəyəri təxminən 15526 manat təşkil edir. Məlum olduğu kimi, avtomobilin əsas hissələri (mühərrik, ötürücü qutu və s.) avtomobilin qabağ və orta hissələrində yerləşir. Belə olan halda, avtomobilin qabağ hissəsi zədələnmədiyi halda, onun rentabelli olmaması, habelə belə olsa da belə, onun qalıq dəyərinin avtomobilin yalnız 30% hissəsinin təşkil etməsi ekspert tərəfindən əsaslandırılmamışdır. Məhkəmə kollegiyasının qənaətinə görə avtomobilə vurulmuş real ziyanın müəyyən edilməsi üçün iş üzrə əlavə araşdırma aparılmalı, o cümlədən iddiaçıya “İcbari sığortalar haqqında” Qanuna əsasən xx xxxxx 2019-cu il tarixdə sığorta ödənişi verilməsi üçün əsas olmuş sənədlərin sürəti alınmalı, avtomobilin hazırki vəziyyəti m üəyyən olunmalı, təmir olduğu halda, təmirə xərclənən vəsaitə dair sübutlar toplanılmalı, təmir olunmadığı halda, ona baxış keçirilməklə əlavə ekspertiza təyin edilməlidir. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxx 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları s adalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi qənaətə gələrkən maddi və prosessual qanunvericiliyin göstərilən tələblərinə əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəlləsinin 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən: apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi y enidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Odur ki, iş üzrə yekun qərarın qəbul edilməsi üçün işin faktiki halları ilə bağlı qanunvericiliyin tələb etdiyi yuxarıda qeyd edilən halların araşdırılması zərurəti olduğundan məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi isə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apellyasiya şik ayətinin dəlillərinə eləcə də, iddiaçının təqdim etdiyi sübutlara Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh nümayəndəsi, Vəkil tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-cı il tarixli, 2(103)-943/2020 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Elşad Şamayev
Məhkəmə qərarları › İş №2(102)-2399/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2399/2020
10.06.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver