Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2399/2023 19.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARDADİ İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə Açar sözlər: işin kassasiya baxışından çıxarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə İddiaçı Cavabdeh MMC-yə qarşı qiymətləndirmə rəyinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1615/2023 nömrəli iş üzrə 24 fevral 2023-cü il tarixli qətnaməsindən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs üçüncü şəxsnun kassasiya şikayətinə Ali Mə hkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ
1. İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehin ünvanndə yerləşən 600 kv.m. ölçüdə torpaq sahəsinin qiymətləndirilməsinə dair tərtib etdiyi xx.xx.2021-ci il tarixli XXX nömrəli qiymətləndirmə rəyinin (sertifikatının, hesabatının) etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1733/2022 nömrəli iş üzrə 01 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Ş.Abdullayev) iddia rədd edilmişdir.
3. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir.
4. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1615/2023 nömrəli iş üzrə 24 fevral 2023-cü il tarixli qətnaməsi il ə (hakimlər N.Cəfərov (sədrlik edən və məruzəçi), İ.Şirinov və E.Kazımov) apellyasiya şikayəti qismən təmin olunaraq, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia rədd edilmişdir.
5. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, “Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə görə üçüncü şəxsndan hazırkı iş üzrə iddiaçının xeyrinə pul tutulmalıdır. Qətnaməyə əsasən icra vərəqi verilib, lakin icra vərəqi qanunla müəyyən edilmiş müddətdə könüllü icra edilməyib. Ona görə də borclu üçüncü şəxsnun əmlakına məcburi icra tədbiri kimi tələb yönəldilməsinə zərurət yaranıb."
6. Həmin qətnamədən üçüncü şəxs XXX kassasiya şikayəti vermişdir.
7. Kassasiya şikayəti ilə iddia əsassız olduğundan təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunmuşdur.
8. Azərbaycan Respubl ikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2399/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə kassasiya şikayəti icraata qəbul edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər; Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tər əflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər; Maddə 404-1.1. Kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir; Maddə 404-1.2. işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir; Maddə 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.1. kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; Maddə 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.7. kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
10. Məhkəmə kollegiyası kassasiya şikayətini iş materialları ilə birlikdə nəzərdən keçirərək, aşağıdakıları qeyd edir.
11. İlk olaraq, Azərbaycan Respublikası Konstitusiyas ının 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin, şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu mənada, məhkəmə müdafiəsi hüququ yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir.
12. Nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyil və qanunla müəyyən edilmiş prosessual şərtlər mövcud olduqda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur.
13. Bu cür məhdudiyyətlərdən biri də MPM-in 403.1-ci maddəsində təsbit olunmuşdur. Belə ki, həmin maddədə kassasiya şikayətinin yalnız tələbləri təmin olunmayan şəxslər tərəfindən verilə biləcəyi konkret göstərilmişdir.
14. İşdən məlum olur ki, birinci instansiya məhkəməsinin 01 dekabr 2022-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmiş, üçüncü şəxs XXX iddianın rədd olunması ilə razılaşaraq, həmin qətnamədən apellyasiya şikayəti verməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 fe vral 2023-cü il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia yenidən rədd edilmiş, bu dəfə üçüncü şəxs XXX qeyd edilən qətnamədən kassasiya şikayəti vermiş, onun xahişi də iddianın təmin edilməməsi ilə bağlı olmuşdur.
15. Göründüyü kimi, üçüncü şəxs XXX MPM-in 403.1-ci maddəsi ilə təsnif edilmiş tələbləri təmin olunmayan şəxslər kateqoriyasına aid deyil. Odur ki, onun Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 fevral 2023-cü il tarixli qətnaməsindən kassasiya şikayəti vermək hüququ olmamış, kassasiya şikayəti isə MPM-in tələblərinə zidd olaraq icraata qəbul olunmuşdur.
16. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayətinin icraata qəbul edilməsi barədə qərardad ləğv edilməli, iş kassasiya baxışından çıxarılmaqla apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı, kassasiya şikayəti qeyri-mümkün sayılmalıdır.
17. Göstərilənlərə əsasən və MPM-in 403.1, 408.1.1 və 417.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs üçüncü şəxsnun Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1615/2023 nömrəli iş üzrə 24 fevral 2023-cü il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)2399/2023 nömrəli iş üzrə 08 may 2023-cü il tarixli qərardadı ləğv edilsin. Mülki iş kassasiya baxışından çıxarılmaqla həmin apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Kassasiya şikayəti qeyri-mümk