Məhkəmə qərarları › İş №2(102)-240/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-240/2022

17.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-240/2022 17.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" MMC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maddi və mənəvi zərər) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçılar İddiaçı1, YYYnın və onların vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6299/2021 nömrəli iş üzrə 05 iyul 2021-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən birgə verilmiş kasa siya şikayəti üzrə işə 17 yanvar 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" MMC-yə qarşı "əmlaka vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən mənəvi zərərə görə 150.000 manat, maddi zərərə görə 250.000 manat olmaqla, cəmi 400.000 manat məbləğində pul vəsaitinin tutularaq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddiaçılar iddia ərizəsini onunla əsaslandırmışlar ki, 1999-cu ilin may ayında cavabdeh "Azercell Telekom” MMC ofis tikmək üçün heç bir kompensasiya ödəmədən polis gücünə zor tətbiq edərək Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 3166 məhəllə ünva nda yerləşən İddiaçı1 və atası X6 hələ Sovetlər Birliyi vaxtından zibillik və daş-kəsəkdən ibarət ərazini təmizləyərək, illərlə qurub yaratdığı 10 sot torpağı ve evi 7 ay törədilən vəhşilikdən sonra dağıtmışlar. X14 1998-ci ildə xərçəng xəstəliyindən əməliyyat olunmuş, polis tərəfindən döyüldüyündən, əmələ gələn fəsadlardan 2003-cü il tarixdə rəhmətə getmişdir. Evlərin sökülməsi məhkəmə qərarı, icraçıların iştirakı olmadan aparılmışdır. Yaşadıqları ərazi Bakı şəhər İcra Hakimiyyətinin 21.04.1997-ci il tarixli 422 saylı sərəncamına əsasən Cen Telekom LTD şirkətinə özəl xəstəxana tikintisi üçün ayrılmışdir. Bundan sonra Bakı şəhər İcra Hakimiyyəti 17.03.1999-cu il tarixli 239 saylı sərəncamla "Cen Telekom LTD" şitkətinin müraciətinə əsasən şirkətə məxsus həmin ərazinin 0.8 hektarlıq sahəsini Cavabdeh MMC-yə ayırmışdır. Bakı şəhər İcra Hakimiyyəti 12.09.2001-ci il tarixli 599-cu saylı sərəncamla "Cen Telekom LTD" şitkatinin müraciətinə əsasən şirkətə məxsus gələn ərazinin 1.0 hektarlıq sahəsini Cavabdeh MMC-yə ayırmışdır. 1-ci sərəncamla 2-ci sərəncam arasında 2 ildən artıq vaxt keçsə də, cavabdeh 1.8 ha ərazini 1999-cu ilin avqust ayında onların və 16 ailənin orada yaşadığını görməməzliyə vuraraq polis gücünə dəmir hasara aldıqdan, 7 aylıq hücumlardan sonra 1999-cu ilin noyabr ayında 17 evi dağıdaraq ailələri çöllərə salmışlar. İddiaçı2 1993-cü il tarixdə bu evə gəlin köçmüşdür. X5 29.12.1993-cü il, qızları X8 12.02.1996-cı il, X9 08.02.1999-cu il tarixdə Bakı şəhəri, Yasamal rayonu, 3166-cı məhəllədə vaxtilə mövcud olmuş İddiaçı1 illərlə qurub yaratdığı evdə, qızı X11 evsiz eşiksiz, qaçqın kimi 14.07.2000-ci il tarixində dünyaya gəlmişdir. Bakı şəhər İcra Hakimiyyəti başçısı tərəfindən cavabdehə torpaq ayrılan zaman iddiaçıların sahibliyində olan evin qanunvericiliyin bütün tələblərinin ziddinə olaraq məhkəmə qərarı olmadan polis gücünə sökülərək ailənin küçəyə atılması onların həyatına misilsiz ağır təsir etmişdir ki, o vaxtdan sonra evsiz-eşiksiz qalmış, uçurulmuş evin müqabilində cavabdeh tərəfindən heç bir kompensasiya verilməmişdir. Hesab edirlər ki, Bakı şəhər İcar Hakimiyyəti onlara məxsus olan Baki şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 3166-cı məhəllədəki yaşayış evinin yerləşdiyi və ətrafındakı torpaq sahəsini Cavabdeh MMCyə ofis binasının tikilməsi üçün ayıran zaman ya özü tərəfindən, ya da MMC tərəfindən evin sökülməsi ilə əlaqədar, ya yaşayış yeri ilə ya da həmin evdən istifadə hüququnun pulla kompensasiya olunması barədə məsələni həll etməli olduqları halda bunu etməmiş, nəticədə onların Azərbaycan Respublikası Konstitusiyası ilə təsbit olunmuş mənzil hüquqları pozulmuşdur. Uzun illərdən bəri evsiz-eşiksiz qaldıqlarına görə cavabdehdən bu vəziyyəti yaratmasına cavab verməsini- pozulmuş hüquqlarının bərpa olunmasını tələb edirlər. Bunun üçün qanunda nəzərdə tutulmuş formada məhkəmə müdafiəsindən istifadə edərək cavabdehin ailələrinə vurduqları maddi və mənəvi zərərə görə həmin zərərlərin əvəzinin ödənilməsi barədə qərar qəbul olunmasına zərurət yaranmışdır. Bundan əlavə cavabdehin təşkil etmiş olduğu müraciətdə onlara sarsıdıcı mənəvi zərər vurulmuşdur. Cavabdeh "xxxx" MMC iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, iddiaçı lar İddiaçı1 və YYYnın iddia tələbi ilə bağlı onların anası X12 və sonra qızları X9 və X11 tərəfindən dəfələrlə əsası olmayan eyni məzmunlu məktublarla, "xxxx" MMC-yə müraciətlər edilmiş və bu müraciətlər qanunvericilikdə müəyyən edilmiş qaydada cavablandırılmışdır. İddia ərizəsindən görünür ki, iddia edilən hadisələr 1999-cu ilin may ayında baş vermişdir. Hal-hazırda Azercell Plaza ofisinin yerləşdiyi Bakı şəhəri, Tblisi prospekti, 61A ünvanındakı 1,8 hektarlıq torpaq sahəsi barəsində Bakı şəhəri İcra hakimiyyəti ilə bağlanmış 21.06.2001-ci il tarixli 0020 saylı və 07.06.2002-ci il tarixli 0088 saylı 49 illik torpaq icarə müqavilələri bağlanmış, həmin müqavilələr Bakı şəhər Torpaq Şöbəsində 19.12.2002-ci il tarixdə 370 nömrə ilə qeydiyyata salınmış və JN-2608 kodlu, 01100003 saylı 19.12.2002-ci il tarixli "Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamə" alınmışdır. 25.12.2002- ci il tarixli Tikintinin başa çatmış obyektin istismaraq qəbul edilməsi haqqında qəbul komissiyasının Aktının 5-ci hissəsindən görünür ki, ərazidə tikinti işləri 25.08.2000-ci il tarixində başlamış və 10.05.2002-ci il tarixində isə bitmişdir. Göründüyü kimi bəhs edilən torpaq sahəsində mövcud olması iddia edilin tikililərin sökülməsinin cavabdehə heç bir aidiyyatı yoxdur, əgər sökülmüşdürsə də, torpağın "xxxx" MMC-yə təhvil verilməsindən daha öncə sökülmüş və MMC tərəfindən heç kimin evi və ya torpağı dağıdılmamışdır. Bakı şəhər İcra Hakimiyyəti başçısının müavininin iddiaçıların anası X7 ünvanladığı 30.12.2003-cü il tarixli Q-520/2 saylı məktubunda bildirilmişdir ki, Tbilisi prospektində ( indiki Azərcell-in yerləşdiyi ünvan) o, qanunsuz olaraq 3 otaqlı ev inşa etmiş, Bakı şəhərində aparılan abadlıq işləri, qanunsuz tikililərlə mübarizə ilə əlaqədar olaraq həmin ərazini qaydaya salmaq məqsədilə ev sökülmüşdür. Bakı şəhər İcra Hakimiyyəti tərəfindən Bakı-Aeroport yolunun kənarında yeni salınan qəsəbədə fərdi ev tikmək üçün M.A.Quliyevaya torpaq sahəsi ayrılsa da, torpaq sahəsi yoldan aralı olduğu üçün o, başqa sahə ilə əvəz edilməsini tələb etmişdir. Onu da xüsusi ilə vurğulayır ki, M.A.Quliyevanın eyni məzmunlu iddiasına məhkəmələrdə baxılmış, heç bir sübut və hüquqi əsası olmadığı üçün iddia bütün məhkəmə instansiyalarında rədd edilmiş və bu barədə dövlətin adından çıxarılmış yekun məhkəmə aktı Ali Məhkəmnin 09.12.2011-ci il tarixli 2(102)-3803/11 saylı qərarı qanuni qüvvəy ə minmişdir. Məhkəmələr hesab etmişdir ki, M.A.Quliyeva iddia etdiyi torpaq sahəsinə və əmlaka dair hər hansı hüquqlarını təsdiq edən, həmin tikilinin mövcudluğunu, tikilinin məhz "xxxx" MMC tərəfindən söküldüyünü və bununla da sonuncu tərəfindən ona maddi və mənəvi zərərin vurulduğunu təsdiq edən sübutları təqdim etmədiyindən iddia təmin edilməməlidir. Həmçinin M.A.X13 Hüquqları Məhkəməsinə verdiyi şikayət ərizəsi (Guliyeva v. Azerbaijan, 40004/12) 08.06.2017-ci il tarixli qərardadla mümkün hesab edilməməklə rədd edilmişdir. Əlavə olaraq iddiaçıların qızları X9 və X11 Bakı şəhər İcra Hakimiyyətinə və "xxxx" MMC-yə qarşı eyni məzmunlu iddia ilə Bakı İnzibati Məhkəməsinə müraciə etmiş, məhkəmənin 04.03.2020-ci il tarixli 21(112)-827/2020 saylı qərardadı ilə iddiaçıların subyektiv hüququ olm adığına görə iddia mümkün sayılmamışdır. Bundan sonra yenə də Yasamal rayon məhkəməsinə müraciət etmiş və Yasamal rayon məhkəməsinin 26.11.2020-ci il tarixli 2(004)-2493/2020 saylı qətnaməsi ilə iddiaçıların "xxxx" MMC-yə qarşı maddi və mənəvi zərərin ödənilməsi ilə bağlı iddia tələbi ilə çıxış etmək hüququnun yaranmadığına görə iddia ərizəsi əsassız və qanunsuz olduğundan təmin edilməmişdir. X9 və X11 tərəfindən həmin qətnamədən və inzibati məhkəməsinin Qərardadından apellyasiya şikayəti verilmişdir. Göründüyü kimi, iddiaçıların hazırkı iş üzrə iddia etdiyi halın mövcud olmaması qüvvədə olan məhkəmə aktı ilə öz təsdiqini tapdığından başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Şərh edilənləri nəzərə alaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMCyə qarşı iddi a ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş materiallarından görünür ki, iddiaçı X12 (hazırki mülki iş üzrə İddiaçı1 anası) cavabdeh "xxxx" MMC-yə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 3166-cı məhəllədə neçə illər yaşadıqları 1 otaqlı evin 1999-cu ildə "xxxx" MMC tərəfindən söküldüyünü göstərmiş, cavabdehdən maddi zərərin əvəzi kimi 150.000 manat, mənəvi zərər kimi 100.000 manat, cəmi 250.000 manat alınıb ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1545/2011 saylı, 17.03.2011-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 27.07.2011-ci il tarixli, 2(103)-3184/2011 saylı qətnaməsi ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1545/2011 saylı, 17.03.2011-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 09.12.2011-ci il tarixli 2(102)-3803/11 saylı qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 27.07.2011-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan məhkəmə qərarları ilə mübahisəli sahələrdə heç bir tikinti, qurğu, ağac, yaşıllığın olmaması, X3 iddia etdiyi sahəsinə və əmlaka dair hər hansı hüquqlarını təsdiq edən, həmin tikilinin mövcudluğunu, tikilinin məhz "xxxx" MMC tərəfindən söküldüyünü və bununla da, sonuncu tə rəfindən ona maddi və mənəvi zərərin vurulduğunu təsdiq edən sübutları təqdim etmədiyi müəyyən edilmişdir. İş materiallarından görünür ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 26.11.2020-ci il tarixli 2(004)-2493/2020 saylı qətnaməsindən görünür ki, iddiaçılar X2 və X4 cavabdeh "xxxx" MMC-yə qarşı "əmlaka vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi təmin edilməməsi qət edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 14.04.2021-ci il tarixli, 2(103)-3508/2021 saylı qətnaməsi ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 26.11.2020-ci il tarixli 2(004)-2493/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiva şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, şikayətin dəlillərinin əksinə olaraq qeyd olunan ünvandakı evin icra hakimiyyəti tərəfindən qanuni olaraq sökülməsi və əvəzində onlara yeni salınmış qəsəbədə fərdi yaşayış evi tikmək üçün torpaq sahəsinin ayrılması işdəki sənədlərə öz təsdiqini tapmışdır. Hər iki məhkəmə instansiyasında iddiaçıları hazırki iş üzrə iddiaçı olan İddiaçı1 təmsil etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 27 aprel 2021-ci il tarixli 2(004)-2131/2021 nömrəli qətnaməsi ilə (hakim Toğrul Axundov) iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, MPM-nin 233.3-cü maddəsinə görə qətnamə qanuni qüvvəyə mindikdən sonra tə rəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1545/2011 saylı, 17.03.2011-ci il tarixli qanuni qüvvəsini almış qətnaməsi ilə mübahisəli Bakı şəhəri Yasamal rayonu Tbilisi prospekti 3166 məhəllə ünvanda yerləşən, iddiaçıların iddia etdikləri sahəsinə və əmlaka dair hər hansı hüquqlarını təsdiq edən sənədlərin mövcud olmaması, tikilinin məhz "xxxx" MMC tərəfindən söküldüyünə dair sübutların olmaması müəyyən edildiyinə, bununla da, hazırki mülki iş üzrə iddiaçının anası X3 "xxxx" MMC-yə qarşı maddi və mənəvi zərərin ödənilm əsi ilə bağlı iddia tələbi ilə çıxış etmək hüququnun yaranmadığına görə iddia ərizəsi əsassız və qanunsuz olduğundan təmin edilməməlidir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9, 14.2, 77.1, 78.1, 80, 81. 119.1, 217.4, 233.3-cü maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayəti üzrə” 13.02.2007-ci il tarixli Qərarı, Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiy asının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarı və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23.02.2016-cı il tarixli Qərarı ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan iddiaçılar birgə apelyasiya şikayəti verərək, birinc instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Fuad Talışinski - sədrlik edən və məruzəçi, Şərafət Məmmədova, Rafael Eyvazov) 2(103)-6299/2021 s aylı, 05 iyul 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli 2(004)-2131/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qətnamə tələbə münasibətdə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri formal mülahizə xarakteri daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Diqqətə çatdırılmalıdır ki, iddiaçıların tələbinin təmin edilməyən hissələrdə qiymət verilməsi mümkünsüzlüyü müvafiq sübutların aidiyyəti və mötəbərliyi baxımından müəyyən edilməməsidir, habelə mövcud qanuni qüvvəsini almış məhkəmə aktları artıq müəyyən edilmiş hallara prosessual baxımdan yenidən qiymət verilməsinə imkan vermir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçılar İddiaçı1 və İddiaçı2 (vəkilləri Vəkil) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, hər iki instansiya məhkəməsi onların cavabdeh "xxxx" MMC-yə qarşı olan iddia tələbinə dırnaqarası yanaşmışdır. Belə ki, hər iki qərarda hazırki iddiaçılar dan İddiaçı1 anası X12 tərəfindən eyni predmetlə bağlı məhkəmə orqanlarına müraciət olunduğu, bununla bağlı daha əvvəlcədən qəbul olunmuş və hal-hazırda qanuni qüvvəsini almış 09 dekabr 2011-ci il tarixli 2(102)-3803/2011 saylı Azərbaycan Respulikası Ali Məhkəməsinin qərarına əsasən mübahisənin öz həllini tapdığını, həmin iddia üzrə iddiaçı X3 iddia tələbinin təmin edilmədiyi, bunu əsaslandırarkən də Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 82.3-cü maddəsinin tələblərinə istinad edildiyi görünür. Bu səbəbdən hər iki instansiya məhkəməsi onların qeyd edilən iddia predmeti ilə bağlı hər hansı bir subyektiv hüquqlarının olmadığını qeyd etməkdədirlər. Ancaq maraqlı haldır ki, onlar həmin iddia tələbi ilə bağlı məhkəməyə müraciət edərkən söküntü aparılan ünvanda özlərinin qanunveric iliyin və bununla bağlı qəbul edilmiş beynəlxalq konvensiyasların tələblərinin onlara münasibətdə pozulduğunu qeyd etmişlər. Ancaq təəssüflər olsun ki, məhkəmələr bu xüsusatları görməzlikdən gələrək hal-hazırda barəsində kasasiya şikayəti verilən qətnaməni qəbul etmişdir. Hər iki instansiya məhkəməsi öz qətnamələrində qeyd etməkdədir ki, onlar qeyd edilən torpaq sahəsinə və əmlaka dair hər hansı hüquqi əsas və sübut təqdim edə bilməmişlər. Bundan başqa, məhkəmə qətnamələrində tikilinin məhz Cavabdeh MMC tərəfindən söküldüyünə dair sübutların olmadığı və bununla da hazırki mülki iş üzrə onların Cavabdeh MMC-yə qarşı maddi və mənəvi zərərin ödənilməsi ilə bağlı iddia tələbi ilə çıxış etmək hüququnun yaranmadığı qeyd edilmişdir. Ancaq işdə olan materiallardan və tərəflərin izahatlarından da m üəyyən edilməkdədir ki, Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3166-cı məhəllə ünvanındakı torpaq sahəsinin onlardan zorla alınaraq cavabdehə verilməsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş evin sökülməsi müqabilində X7 bunların müqabilində Bakı-Aeroport yolunun kənarında salınan qəsəbədə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması apelyasiya məhkəməsinin qətnaməsində qeyd olunmuşdur. Bu isə öz-özlüyündə İddiaçı1 atasının, anasının və özünün, həmçinin ailə üzvlərinin həmin torpaq sahəsi üzərində hüquqlarının mövcud olduğuna dəlalət etməkdədir ki, qanunsuz sökülən evin və alınan torpaq sahəsinin müqabilində onlara müvafiq qaydada torpaq sahəsi təklif edilməkdədir. Yəni bunun özü İddiaçı1 atasının, anasının və özünün, həmçinin ailə üzvlərinin qeyd edilən torpaq sahəsi üzərində hüquqlarının mövcud olduğunu göstərməkdədir ki, bu səbəbdən apelyasiya instansiyası məhkəməsinin öz qətnaməsində onların qeyd edilən torpaq sahəsi və tikilmiş evlə bağlı hər hansı hüquqi əsas və sübut təqdim edə bilməməsi ilə bağlı halları göstərməsi qanunsuzdur. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh "xxxx" MMC məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ünvanlayaraq etiraz ərizəsində göstərmişdir ki, apelyasiya instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğundan şikayətçilərin tələbləri hüquqi baxımdan əsassızdır. Belə ki, bəhs edilən torpaq sahəsində mövcud olmuş tikililər torpağın Cavabdeh MMC-yə təhvil verilməsindən daha öncə sökülmüş və Cavabdeh MMC tərəfindən heç kimin evi dağıdılmamışdır. Bakı şəhəri, Tblisi prospekti, 61A ünvanındakı 1,8 hektarlıq torpaq sahəsi ünvan 7.1999-cu il tarixli və 599 saylı 12.09.2001-ci il tarixli sərəncamları, 25 may 1999-cu il tarixli 99/179 saylı və 16 may 2002-ci il tarixli 91 saylı ayrıc aktları əsasında, ofis binasının layihələndirilməsi və tikintisi məqsədilə Cavabdeh MMC-yə ayrılmış, 21 iyun 2001-ci il tarixli 0020 saylı və 07 iyun 2002-ci il tarixli 0088 saylı 49 illik torpaq icarə müqavilələri bağlanmış, həmin müqavilələr Bakı şəhər Torpaq Şöbəsində 19 dekabr 2002-ci il tarixdə 370 nömrə ilə qeydiyyata salınmış və JN-2608 kodlu, 01100003 saylı 19 dekabr 2002-ci il tarixli “Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamə” alınmışdır. İddiaçıların iddia etdiyi torpaq sahəsinə və əmlaka dair hər hansı hüquqlarını təsdiq edən, həmin tikilinin mövcudluğunu, tikilinin məhz Cavabdeh MMC tərəfindən söküldüyünü və bununla da sonuncu tərəfindən ona maddi və mənəvi zərərin vurulduğunu təsdiq edən sübutları təqdim etmədiyindən iddiaçıların nənəsi X3 eyni məzmunlu iddiası bütün məhkəmə instansiyalarında rədd edilmiş və bu barədə dövlətin adından çıxarılmış yekun məhkəmə aktı-Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 09 dekabr 2011-ci il tarixli 2(102)-3803 saylı qərarı qanuni qüvvəyə minmişdir. Belə ki, iddiaçı X12 cavabdeh "xxxx" MMC-yə qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 3166-cı məhəllədə neçə illər yaşadıqları 1 otaqlı evin 1999-cu ildə "xxxx" MMC tərəfindən söküldüyünü göstərmiş, cavabdehdən maddi zərərin əvəzi kimi 1 50.000 manat, mənəvi zərər kimi 100.000 manat, cəmi 250.000 manat alınıb ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 09.12.2011-ci il tarixli 2(102)-3803/11 saylı qərarı ilə iddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin 27.07.2011-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmələr hesab etmişdir ki, Quliyevaların iddia etdiyi torpaq sahəsinə və əmlaka dair hər hansı hüquqlarını təsdiq edən, həmin tikilinin mövcudluğunu, tikilinin məhz Cavabdeh MMC tərəfindən söküldüyünü və bununla da sonuncu tərəfindən ona maddi və mənəvi zərərin vurulduğunu təsdiq edən sübutları təqdim etmədiyindən iddia təmin edilməmişdir. Qeyd olunanlara əsasən, hazırkı iş üzrə Ba kı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası düzgün olaraq bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi işin faktiki halları, tərəflərin münasibətləri və mübahisənin həlli ilə bağlı düzgün nəticəyə gəlmişdir və şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etməmişdir, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Göstərilənlərə əsasən 14 iyul 2021-ci il tarixli, 2(103)6299/2021 saylı mülki iş üzrə X10 və YYYnın kasasiya şikayətinin rədd edilməsi, Bakı Apellyasiya məhkəməsinin 14 iyul 2021-ci il tarixli, 2(103)-6299/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1, İddiaçı2 və vəkilləri Vəkil kasasiya şikayətini müdafiə edərək, məhkə mədən şikayətin təmin edilməsini xahiş etdilər. Cavabdeh "xxxx" MMC məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və təmin etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbu l edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə iş üzrə iddiaçılar tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa et mək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddən 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcm də ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, m əhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə dü zgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya kollegiyası kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, kasasiya şikayəti formal dəlillərlə əsaslandırılmağa çalışılmışdır. Belə ki, iddiaçılar kasasiya şikayətində X7 BakıAeroport yolunun kənarında salınan qəsəbədə qeyd edilən ərazidə baş vermiş söküntü ilə əlaqədar fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılmasının onların hazırda sökülərək indiki iddiaçıya ofis binasının tikintisi üçün ayrılmış torpaq sahəsinə hüquqlarının olmasını təsdiq edən hal olması kimi göstərmiş olsalar da, X7 Bakı-Aero port yolunun kənarında salınan qəsəbədə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması o demək deyildir ki, hazırki iddiaçıların sökülmüş əraziyə hər hansı hüquqları mövcud olmuşdur. İddiaçıların istinad etdiyi söküntünün hazırki cavabdeh tərəfindən aparılması, bunun nəticəsində hazırki cavabdehin hərəkətləri nəticəsində iddiaçılara maddi və mənəvi zərər dəyməsi iş materialları ilə öz təsdiqini tapmamaqdadır. Digər tərəfdən, iddiaçıların X7 torpaq sahəsini cavabdeh ayırmamışdır. Hazırki cavabdehin kiməsə torpaq sahəsi ayırmaq səlahiyyəti mövcud deyildir. Bu fakt söküntünün cavabdeh tərəfindən aparılmasını təsdiq etmir. Göstərilənlərdən əlavə isə qeyd edilməlidir ki, hazırki cavabdeh tərəfindən göstərilən ərazidə söküntü işlərinin aparılmadığı, İddiaçı1 hüquqi varisi olduğ u X3 iddiası üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməsi tərəfindən hər hansı maddi və ya prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən birgə verilmiş kasasiya şik ayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6299/2021 nömrəli iş üzrə 05 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar