Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2404/2020 08.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Şamayev Elşad Yaqubovic və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İmanov Turqut Muxtar oğlunun katibliyi ilə, İddiaçı, onun Vəkil, Cavabdeh1 və onun vəkili Mustafayev Elçin Tapdıq oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, X4, Cavabdeh2 və X5 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 noyabr 2019-cu il tarixli 2(103)-13659/2019 nömrəli qətnaməsindən İddiaçı və v əkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi, sonradan isə X6 və X7 da cavabdehlər qismində göstərdiyi iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 2014-cü ilin yanvar ayında ona yaxınlaşdığını və mağazasından 60 kv.m hissəni icarəyə götürmək istədiyini bildirdiyini, ilk altı ayın sınaq müddəti olacağına, müştəri yığılandan və işlər nizama salınandan sonra işə başlayacaqlarına, bu müddət ərzində hər ay ona 600 manat, 2014-cü ilin iyun ayından sonra isə icarə müqaviləsi bağlayaraq ayda 1200 manat icarə haqqı ödəyəcəklərinə razılaşdıqlarını, mağazada Cavabdeh1, onun oğlu xun, xxxin qardaşları x1un, x2un, eləcə də qardaşı oğlu Cavabdeh3 fəaliy yət göstərdiklərini, mağazadan ət dükanı kimi istifadə edərək diri mal-qoyunun kəsilib ətinin topdan və pərakəndə satışı ilə məşğul olduqlarını, ilkin olaraq 6 ay müddətində icarə haqqı ödəsələr də iyul ayından icarə müqaviləsi bağlamaqdan imtina etdiklərini və icarə pulunu ödəmədiklərini irəli sürmüş, buna görə də cavabdehlərin icarə adı altında onu aldadaraq ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 197,6 kv.m olan qeyri-yaşayış sahəsinin 64 kv.m hissəsini 2014cü ilin iyul ayından 2018-ci ilin dekabr ayına qədər ət satışı mağazası kimi işlətmələri müqabilində hər ay ödəməli olduqları 1200 manat pulu ödəmədiklərinə görə ona yetirilmiş 64800 manat maddi ziyanın əvəzinin, hər ay ödəməli olduqları 1200 manatı vaxtlı-vaxtında ödəməyib qanunsuz özlərində saxladıqlarına və ondan faydalandıqlarına görə Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəcəsi ilə 2014-cü ilə görə 360 manat, 2015-ci ilə görə 720 manat, 2016-cı ilə görə 720 manat, 2017-ci ilə görə 720 manat, 2018-ci ilə görə 720 manat hesablanmaqla 3200 manat faizlərin əvəzinin, habelə ona yetirilmiş 30 000 manat mənəvi zərərin əvəzinin onlardan müştərək qaydada xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim İlkin Əliyev) 02 sentyabr 2019-cu il tarixli 2(001)-5266/2019 qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Elnur Həsənov- sədrlik edən və məruzəçi, Xumar Mərdanova, Fuad Babayev) 20 noyabr 2019-cu il tarixli 2(103)-13659 /2019 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 02 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 noyabr 2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsi və işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsinin qətnaməsi əsassızdır, maddi və prosessual hüquq normaları pozulmuş, tətbiq edilməli olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 449, 1091, 1096-cu maddələri tətbiq edilməmiş, tərəflərin qanun qarşısında bərabərliyi prinsipinə əməl edilməmiş, məhkəmə tərəfindən iddiaçıya qarşı qərəzçilik nümayiş etdirilərək, iş üçün son dərəcə mühüm əhəmiyyəti olan işin faktiki halları tam və düzgün aydınlaşdırılmamış, vəsatətlərinin birinci instansiya məhkəməsi tərəfindən təmin edilməməsinə qiymət verilməmiş, məhkəməyə dəvət etdiyi şahidləri dindirilməmiş, iş materiallarında olan sübutlar düzgün qiymətləndirilməmiş, bu kimi pozuntular sonda iddiaçının hüquq və vəzifələrini pozulması ilə nəticələnən düzgün olmayan əsassız qətnamə çıxarılması ilə nəticələnmişdir. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 197.6 kv.metr olan qeyri-yaşayış sahəsi Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfin dən verilmiş Çıxarışa əsasən mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. 2014-cü ilin iyul ayından sonra Cavabdeh1 saxta imza ilə imzalanmış qanunsuz yolla əldə edilmiş "08 avqust 2013-cü il tarixli “Razılaşma haqqında Müqavilə”ni əsas tutaraq iddiaçının mülkiyyətimdə olan mağazanın bir hissəsini guya kimdənsə aldıqlarını iddia edərək icarə müqaviləsi bağlamaqdan imtina etmiş, icarə haqqını ödəməmişdir. O, iddiaçıdan icarəyə götürdüyü ət mağazasının icarəsinə görə iddiaçıya ödəməli olduğu aylıq 1200 manat pulu ödəməkdən əsassız olaraq yayınmaqla, həmin saxta imza ilə imzalanmış müqaviləni əlində əsas tutaraq iddiaçıya qarşı məhkəmələrdə müxtəlif iddia tələbləri qaldırmaqla iddiaçının və məhkəmələrin vaxtını almış, süründürməçilik edərək icarə haqqını ödəməməklə 2014-cü ilin iyul ayından 2018-ci ilin dekabr ayının sonuna qədər mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olan mağazanın 60 kv.metr hissəsini qanunsuz olaraq istifadə etməklə ona maddi və mənəvi zərər yetirmişlər. Cavabdehlər qanunsuz, təqsirli hərəkətlərini davam etdirmişlər, bilə-bilə əsassız iddia tələbləri ilə iddiaçıya qarşı məhkəmədə iddia qaldırmaqla vaxtı uzadaraq icarə haqqını ödəmədən mağazadan qanunsuz istifadə etmişlər. Hazırki iş üzrə Cavabdeh1 qohumları, yəni iş üzrə digər cavabdehləri ətrafına toplayaraq, yuxarıda qeyd etdiyi kimi iddiaçıya qarşı birləşərək ona öz mülkiyyətində olan mağazadan istifadə etməyə süni maneəçilik törətmişlər, iddiaçının mülkiyyət hüquqlarını kobud surətdə pozmuşlar. İşdə olan “cavabdehlərin mülkiyyətimdə olan mağazadan çıxarılmaları tələbinə dair” Bakı Apellyasiya Məhk əməsinin MK-nın 2(103)- 6821/2017 saylı 17 avqust 2017-ci il tarixli qətnaməsindən Cavabdeh1 verdiyi kassasiya şikayətinə Ali Məhkəmədə baxılmış və Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-1657/2018 saylı, 02 mart 2018-ci il tarixli Qərarı ilə cavabdehlər Cavabdeh1 iddiaçının mülkiyyətində olan mağazadan çıxarılmaları barədə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Lakin, buna baxmayaraq qətnamə icraya yönəldikdən sonra bu dəfə iş üzrə Cavabdeh1 qardaşları X10, X11 hüquqdan sui-istifadə edərək vaxtı uzatmaq məqsədilə kassasiya şikayəti verməklə qətnamənin icrasına qəsdlə maneəçilik törətmişlər. Prosessual məsələlər: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və vəkili Vəkil məhkəmə iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etmişdirlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 və vəkili Mustafayev Elçin Tapdıq oğlu kassasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdirlər. Digər proses iştirakçıları işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. İşin materiallarında n görünür ki, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin Cavabdeh1 icarəyə verdiyi halda onun əsassız məhkəmə iddiaları qaldırmaqla uzun müddətdir icarə haqqı ödəmədiyini, bunun nəticəsində maddi və mənəvi ziyana məruz qaldığını irəli sürmüş, iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 21-ci, 23-cü, 1096-cı və 1097-ci maddələrinə istinad etmişdir. Apelyasiya instansiyası məhkəməsi isə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 23, 1096 və 1097-ci maddələrinə istinad etməklə qeyd etmişdir ki, Cavabdeh1, X1 və X2 məhkəmə təminatı hüquqlarından istifadə edərək iddiaçıya qarşı iddia qaldırmaları, yaxud məhkəmə aktlarından şikayət vermələri onların hüquqazidd və təqsirli hərəkətləri kimi qiymətləndirilə bilməz; dig ər cavabdehlərin isə iddiaçıya zərər vurulması ilə nəticələnən hər hansı hərəkəti törətmiş olduqlarına, həmçinin cavabdehlərin iddiaçının hesabına əsassız olaraq varlanmalarına dair sübut mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticələri işin faktik hallarına uyğun və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmədiyi, həmçinin maddi və prossesual hüquq normalarının tələblərinə zidd olduğu üçün əsaslı və qanuni sayıla bilməz. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsiBakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi ilə bağlı çoxsaylı məhkəmə mübahisələrinin mövcud olmuş olmasına istinad etsə də, işin bu halına diqqət yetirməmişdir ki, bu mübahisələrdən əvvəl və mübahisələr gedən zaman cavabdehlər faktiki olaraq iddiaçının əmlakından ət kəsimi yeri kimi istifadə etmişlər və həmin yerdən istifadənin əsasını Ərəstun adlı şəxslə bağladıqları «razılaşma haqqında müqavilə» ilə əsaslandırmışlar. İşin materiallarından görünür ki, cavabdehlər mübahisəli sahəyə hüquqlarının olmasını iddia edərək, iddiaçının həmin sahəyə hüququnu mübahisələndirsələr də, onların buna dair iddialarının əsassız olması məhkəmələr tərəfindən müəyyən edilmişdir. Bundan sonra, cavabdehlər mübahisəli sahədə hüquqlarının olmamasını, yəni faktiki olaraq istifadə və sahibliklərinin qanunsuz olmasına dair məhkəmə aktlarının qəbulundan sonra cavabdeh X9 qarşı həmin istifadə və sahibliyə əsas kimi göstərdikləri «razılaşma haqqında müqavilə»nin etibarsız hesab edi lməsi və s. iddialarla məhkəməyə müraciət etmiş, bununla bağlı, Binəqədi rayon məhkəməsinin 28.02.2018-ci il tarixli Bakı Apellyasiya Məhkəməsinin 15.01.2019-cu il tarixli qətnamələri qəbul edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər mübahisəli sahəyə istifadə və sahibliklərini əsassız olmasını bildikləri və həmin sahəyə dair bağlanmış əqdi mübahisələndirdikləri andan həmin sahədən istifadələrinə davam etmələri artıq özü-özlüyündə qanunsuz olmuşdur. Belə olan halda, kollegiyanın qənaətinə görə apellyasiya instansiyası məhkəməsinin iddiaçının hazırki iddia üzrə cavabdehlərə qarşı iddiasının məhz həmin andan sonrakı müddətdə sonuncuların məhkəmə təminatı hüquqlarından istifadə edərək iddiaçıya qarşı iddia qaldırmaları, yaxud məhkəmə aktlarından şikayət vermələrinin onların hüq uqa zidd və təqsirli hərəkətləri kimi qiymətləndirilə bilməməsinə dair nəticəsi qanuni və əsaslı sayıla bilməz. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırkı mübahisəyə münasibətdə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası müqavilə hüququndan yaranmasına dair qənaəti ilə də razılaşmaq olmaz. Belə ki, iddiaçı iddia tələblərini yalnız icarə müqaviləsi əsasında qurulmuş münasibətlər üzrə deyil, həm də ümumilikdə cavabdehlərin ona məxsus sahədən qanunsuz istifadə etmələri ilə də əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında daşınmaz əmlakla bağlı icarə müqaviləsinin mövcudluğu müəyyən olunmamasına baxmayaraq apellyasiya instansiyası məhkəməsi iddia tələbinə cavabdehlərin mübahisəli sahəyə istifadə və sahiblikləri ni əsassız olmasını bildikləri və bu halı mübahisələndirdikləri andan həmin sahədən istifadələrinə davam etmələrinin qanuniliyi, bununla da iddiaçıya zərər vurulması faktının mövcudluğu baxımından da hüquqi qiymət verməli idi. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.5-ci maddəsinin məzmununa əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər Mülki Məcəllənin 21-ci maddəsinə əsasən, “zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tə ləb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür”. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Azərb aycan Respublikası Mülkü Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik) Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə, hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Beləliklə də, Mülki Məcəllənin 21, 1096, 1097.1-ci maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidi r: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 2.2-ci bəndində təsbit olunmuşdur ki, məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarında göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğ unluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi q ətnaməsi qeyd edilən tələblərə cavab vermir. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, beləliklə də, gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli və tam araşdırmalı, mübahisə li hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apellyasiya şikayətinin dəlillərinə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPMnin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 noyabr 2019-cu il tarixli 2(103)13659/2019 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2404/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2404/2020
08.06.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver