Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2407/2019 10.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, ACnun katibliyi, iddiaçı HƏnın və vəkili Vəkil iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsinin MK-nın 10 oktyabr 2018-ci il tarixli qətnaməsindən iddiaçı HƏ tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 10 aprel 2019-cu il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Şəki Rayon Məhkəməsinin 08 iyun 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən E.Ə.Mehdiyev, iş 2(075)-1207/2018) İddiaçı nın cavabdehlər Şəki r ayon 2 saylı Notariat Kontoru, DƏDRX-nin 12 saylı Ərazi İdarəsi, Cavabdeh3 və X8 qarşı 17 fevral 2014-cü il tarixli, 2V-1/56 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Cavabdeh4 adına verilmiş 11 mart 2014-cü il tarixli ********** qeydiyyat nömrəli, **********09 reyestr nömrəli RX seriyalı, ******* nömrəli çıxarışın ləğv edilməsi, Şəki rayonu 2 saylı Notariat X1 ilə Cavabdeh4 arasında bağlanmış 14 mart 2014-cü il tarixli, 4Ə-1/444 saylı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, 14 mart 2014cü il tarixli, 4Ə-1/444 saylı bağışlama müqaviləsi əsasında hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən X4 adına verilmiş 04 aprel 2014-cü il tarixli ********* qeydiyyat nömrəli **********09 reyestr nömrəli, RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi, 29 dekabr 2014-cü il tarixli, 2V-1/385 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən X3 adına verilmiş 17 yanvar 2015-ci il tarixli ********** qeydiyyat nömrəli, **********09 reyestr nömrəli RX seriyalı, ******* nömrəli çıxarışın ləğv edilməsi, 17 iyun 2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Cavabdeh3 adına verilmiş 22 iyun 2016-cı il tarixli ********** nömrəli, **********09 reyestr nömrəli RX seriyalı, ******* nömrəli çıxarışın ləğv edilməsi tələbinə dair i ddiası təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin MK-nın 10 oktyabr 2018-ci il tarixli, 2(107)-2115/2018 saylı qətnaməsi ilə (Ə.T.Məcidov (sədrlik edən və məruzəçi), hakimlər M.A.Əsədli və İ.F.Quliyev) Şəki Rayon Məhkəməsinin 08 iyun 2018-ci il tarixli, 2(075)-1207/2017 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı cavabdehlər Şəki rayon 2 saylı Notariat Kontoru, DƏDRX-nin 12 saylı Ərazi İdarəsi, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Cavabdeh4 adına verilmiş **********09 reyestr nömrəli, RX seriyalı, ******* nömrəli, X3 adına verilmiş **********09 reyestr nömrəli, RX seriyalı, ******* nömrəli çıxarışların ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı nın nümayəndəsi Nümayəndə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi və həcminin artırılması barədə ərizə təqdim edərək hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Cavabdeh4 adına verilmiş **********09 reyestr nömrəli, RX seriyalı, ******* nömrəli X3 adına verilmiş **********09 reyestr nömrəli, RX seriyalı, ******* nömrəli Cavabdeh3 adına verilmiş **********09 reyestr nömrəli, RX seriyalı, ******* nömrəli çıxarışların verilməsi üçün əsas olmuş sənədlərin və həmin çıxarışların ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi və həcminin artırılması barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı nın nümayəndəsi Nümayəndə sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi və həcminin artırılması barədə ərizə təqdim edərək 17 fevral 2014-cü il tarixli, 2V1/56 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Cavabdeh4 adına verilmiş 11 mart 2014-cü il tarixli ********** qeydiyyat nömrəli, **********09 reyestr nömrəli RX seriyalı, ******* nömrəli çıxarışın ləğv edilməsi, Şəki rayonu 2 saylı Notariat X1 ilə X16 arasında bağlanmış 14 mart 2014-cü il tarixli, 4Ə-1/444 saylı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, 14 mart 2014cü il tarixli, 4Ə-1/444 saylı bağışlama müqaviləsi əsasında hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Cavabdeh4 adına verilmiş 04 aprel 2014-cü il tarixli ********* qeydiy yat nömrəli, **********09 reyestr nömrəli RX seriyalı, ******* nömrəli çıxarışın ləğv edilməsi, 29 dekabr 2014-cü il tarixli, 2V-1/385 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən X3 adına verilmiş 17 yanvar 2015-ci il tarixli ********** qeydiyyat nömrəli, **********09 reyestr nömrəli RX seriyalı, ******* nömrəli çıxarışın ləğv edilməsi, 17 iyun 2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Cavabdeh3 adına verilmiş 22 iyun 2016-cı il tarixli ********** nömrəli, **********09 reyestr nömrəli RX seriyalı, ******* nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi və həcminin artırılması barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri İddiaçı HƏ apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı HƏ və vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdehlər məhkəmə icl asının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşdə olan DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən 05 fevra l 2014-cü il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Şəki şəhəri, Xndə yerləşən 0,2327 hektar həyətyanı torpaq sahəsi ƏYnun, X9 və X10 ümumi birgə mülkiyyətləri kimi qeydiyyata alınmışdır. İşə əlavə edilmiş Şəki rayon 1 saylı Dövlət Notariat Kontoru tərəfindən 17 fevral 2014-cü il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh4 və X14 10.10.2004-cü il tarixdə vəfat etmiş ƏYndan miras qalmış Şəki şəhəri, Xndə yerləşən 0,2327 ha torpaq sahəsinin 1/3 hissəsindən şəhadətnamə verilən miras əmlak 0,2327 ha torpaq sahəsinin 1/3 hissəsinin hər birinə ¼ hissəsindən ibarətdir. İş materiallarında olan DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən 11 mart 2014-cü il tarixdə verilmiş RX seriyalı, 03445970 nömrə li çıxarışdan görünür ki, Şəki şəhəri, Xndə yerləşən 0,2327 hektar həyətyanı torpaq sahəsinin 2/3 hissəsi X9 və X10 ümumi birgə, 1/3-in 2/4 hissəsi ƏYnun, 1/3-in ¼ hissəsi Cavabdeh4, 1/3-in ¼ hissəsi isə X11 mülkiyyətlərinə qeydiyyata alınmışdır. İşdə olan X19 ilə Cavabdeh4 arasında 14 mart 2014-cü il tarixdə bağlanmış, bağışlama müqaviləsinin surətindən görünür ki, X2 şəhəri, Xndə yerləşən 0,2327 hektar həyətyanı torpaq sahəsinin ona məxsus 1/3 in ¼ hissəsini Cavabdeh4 bağışlamışdır. İş materiallarında olan DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən 04 aprel 2014-cü il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Şəki şəhəri, Xndə yerləşən 0,2327 hektar həyətyanı torpaq sahəsinin 2/3 hissəsi X9 və X10 ümumi birgə, 1/3-in 2/4 hissəsi X12, 1/3-in 2/4 hissəsi Cavabde h4 mülkiyyətlərinə qeydiyyata alınmışdır. İşdə olan Şəki rayon 1 saylı Dövlət Notariat Kontoru tərəfindən 29 dekabr 2014-cü il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X5 10.10.2004-cü il tarixdə vəfat etmiş X6 miras qalmış Şəki şəhəri Xndə yerləşən 0,2327 ha torpaq sahəsinin 1/3 hissəsindən şəhadətnamə verilən miras əmlak 0,2327 ha torpaq sahəsinin 1/3 hissəsinin 2/4 hissəsindən ibarətdir. İşə əlavə edilmiş DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən 17 yanvar 2015-ci il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Şəki şəhəri, Xndə yerləşən 0,2327 hektar həyətyanı torpaq sahəsinin 2/3 hissəsi X9 və X10 ümumi birgə, 1/3-in 2/4 hissəsi X7, 1/3-in 2/4 hissəsi X4 mülkiyyətlərinə qeydiyyata alınmışdır. İşdə olan Şəki r ayon 2 saylı Notariat Kontoru tərəfindən 17 iyun 2016-cı il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən məlum olur ki, Cavabdeh3 16.05.1999-cu il tarixdə vəfat etmiş X13 miras qalmış Şəki şəhəri, Xndə yerləşən 0,2327 ha torpaq sahəsinin 2/3 hissəsindən şəhadətnamə verilən miras əmlak 0,2327 ha torpaq sahəsinin X17 məxsus 2/3 hissəsindən ibarətdir. İş materiallarında olan Şəki rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş çıxarışdan aydın olur ki, X18 ilə İddiaçı nın arasında 13 iyul 1983- cü il tarixdə nikah bağlanmış və Hicran Bəliyar qızı nikahdan sonra Əliəkbərova soyadını götürmüşdür. İşdə olan Şəki rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X18 28 avqust 2017-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Müki Məcəlləsinin 337.1- ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında Azərbaycan Respublikası Qanununun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydi yyatı üçün əsas hesab olunur. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Şəki şəhəri, Xndə yerləşən 0,2327 ha torpaq sahəsi ƏYnun, X9 və X10 ümumi birgə mülkiyyətlərində olmuşdur. Sonradan notariat kontorunun verdiyi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr və bağışlama müqaviləsi əsasında mübahisə predmeti olan torpaq sahəsinə münasibətdə bir neçə dəfə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar verilmişdir. İddiaçı tərəf Çimnazın və Gülnazın mirası qəbul etmədikləri, mirası qəbul etməmiş vərəsə Çimnazın adından Əlövsətlə bağışlanma müqaviləsinin imzalanmasını əsas gətirərək həmin müqavilənin etibarsız hesab edilməsini, Əlövsət və Əsabəli mirası qəbul etdikdən sonra onların adlarına verilmiş çıxarışlarda hər birinin payları dəqiq şəkildə göstərildiyi halda Əliəskər və Əliyəs ərin paylarının 2/3 hissə ümumi birgə şəklində qalmasını, Şəki rayonu, 2 saylı Notariat Kontoru tərəfindən Cavabdeh3 adına 17 iyun 2016-cı il tarixdə şəhadətnamə verilərkən yanlış olaraq Cavabdeh3 qəbul etdiyi mirasın X17 məxsus 2/3 pay hissəsindən ibarət olmasının qeyd edildiyini, X15 mübahisəli əmlakda X20 ilə birlikdə 2/3 payın birgə mülkiyyətçisi olduğunu, Şəki Rayon Məhkəməsinin 11 oktyabr 2017-ci il tarixli qətnaməsinə uyğun bölgü aparılacağı təqdirdə Cavabdeh4 və X3 adına qeydiyya alınmış torpaq sahəsinin təxminən 400 kvadratmetr hissəsinin Cavabdeh3 adına işlənəcəyini əsas gətirərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, İddiaçı 17 fevral 2014-cü il tarixli, 2V1/56 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Cavabdeh4 adına verilmiş 11 mart 2014-cü il tarixli, ********** qeydiyyat nömrəli **********09 reyestr nömrəli RX seriyalı, ******* nömrəli çıxarışın ləğv edilməsi, Şəki rayonu 2 saylı Notariat X1 ilə Cavabdeh4 arasında bağlanmış 14 mart 2014-cü il tarixli, 4Ə-1/444 saylı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, 14 mart 2014-cü il tarixli, 4Ə-1/444 saylı bağışlama müqaviləsi əsasında hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Cavabdeh4 adına verilmiş 04 aprel 2014-cü il tarixli ********* qeydiyyat nömrəli, **********09 reyestr nömrəli RX seriyalı, ******* nömrəli çıxarışın ləğv edilməsi, 29 dekabr 2014-cü il tarixli, 2V-1/385 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən X3 adına verilmiş 17 yanvar 2015-ci il tarixli ********** qeydiyyat nömrəli, **********09 reyestr 8 nömrəli, RX seriyalı 0584765 nömrəli çıxarışın ləğv edilməsi, 17 iyul 2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Cavabdeh3 adına verilmiş 22 iyun 2016-cı il tarixli ********** nömrəli **********09 reyestr nömrəli RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsini məhkəmədən xahiş etsə də mübahisələndirdiyi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi, bağışla ma müqaviləsinin etibarsız hesab olunması üçün əsas ola biləcək heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçı Hicran Ələkbərovanın mərhum əri X7 onun miras qoyanı X6 mirası qəbul etdiyi, onun miras payının azaldılmasına yol verilmədiyi, öz miras qoyanından digər vərəsələrlə bərabər şəkildə pay qəbul etdiyi müəyyən edilmiş, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi, bağışlama müqaviləsinin etibarsız hesab olunması üçün əsas ola biləcək hər hansı bir hal müəyyən edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi İddiaçı nın cavabdehlər Şəki rayon 2 saylı Notariat Kontoru, DƏDRX-nin 12 saylı Ərazi İdarəsi, Cavabdeh3 və C avabdeh4 qarşı 17 fevral 2014-cü il tarixli, 2V-1/56 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Cavabdeh4 adına verilmiş 11 mart 2014-cü il tarixli ********** qeydiyyat nömrəli, **********09 reyestr nömrəli RX seriyalı, ******* nömrəli çıxarışın ləğv edilməsi, Şəki rayonu 2 saylı Notariat X1 ilə Cavabdeh4 arasında bağlanmış 14 mart 2014-cü il tarixli, 4Ə1/444 saylı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, 14 mart 2014-cü il tarixli 4Ə-1/444 saylı bağışlama müqaviləsi əsasında hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən X4 adına verilmiş 04 aprel 2014-cü il tarixli ********* qeydiyyat nömrəli, **********09 reyestr nömrəli RX seriyalı, ******* nöm rəli çıxarışın ləğv edilməsi, 29 dekabr 2014-cü il tarixli, 2V-1/385 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən X3 adına verilmiş 17 yanvar 2015-ci il tarixli ********** qeydiyyat nömrəli **********09 reyestr nömrəli, RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi, 17 iyun 2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Cavabdeh3 adına verilmiş 22 iyun 2016-cı il tarixli ********** nömrəli **********09 reyestr nömrəli RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi tələbinə dair iddiasını rədd etməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı HƏnın kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 10 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2407/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2407/2019
10.04.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver