Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2408/2022 13.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı2 X2 Cavabdeh2 və digərlərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmlakın geri qaytarılması, icarə haqqının və vurulmuş ziyanın ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi: X6, İddiaçı: İddiaçı2 X1i təmsilçisi Cavabdeh1, nümayəndəsi və vəkili Vəkil4, Cavabdeh: Cavabdeh2 və üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili X5 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 oktya br 2021-ci il tarixli, 2(103)3208/2021 saylı qətnaməsindən İddiaçı2 X2 və Cavabdeh1 birgə verdikləri kassasiya şikayəti üzrə mülki işə 13 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi, 1-ci mülki iş üzrə icraat: İşin halları İddiaçı2 X4 məhkəmədə Cavabdeh2 qarşı “əmlakın geri qaytarılması, icarə haqqının və vurulmuş ziyanın ödənilməsi” barədə iddia qaldıraraq, Cavabdeh2 “QXK-3/1.6 200 M” tipli 4 ədəd kriogen qazlaşdırma qurğusunun alınıb ona qaytarılması, həmin qurğulara görə hesablanmış 132.350 ABŞ dolları icarə haqqının, vurulmuş maddi ziyana görə 428.323 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İddiaçı2 İKF iddiasını onunla əsaslandırıb ki, Cavabdeh2 ondan “QXK-3/1.6 200 M” t ipli 4 ədəd kriogen qazlaşdırma qurğusunu 03 iyun 2005-ci ildə, 18 iyul 2005-ci ildə, 01 avqust 2005-ci ildə və 04 avqust 2005-ci ildə 250 ABŞ dollarına, 1-ədəd kriogen qazlaşdırma qurğusunu 01 oktyabr 2005-ci ildə 300 ABŞ dollarına icarəyə götürüb. Lakin, o, maliyyə vəziyyətinin ağır olmasını əsas gətirərək ondan qeyd olunan tarixlərdə icarəyə götürdüyü 4 ədəd kriogen qazlaşdırma qurğusunun icarə haqqını ümumiyyətlə ödəməyib və hər dəfə icarə haqqını ödəmək üçün möhlət istəyib. Həmin qurğulardan 1 ədədini Cavabdeh2 01 avqust 2011-ci ildə qaytarıb, 01 oktyabr 2005-ci ildə 300 ABŞ dollarına icarəyə götürdüyü 1 ədəd kriogen qazlaşdırma qurğusunun icarə haqqını isə 01 aprel 2013- cü il tarixədək vaxtlı-vaxtında ödəyib və bütün ödənişlər Cavabdeh2 işçisi olan Sərdar adlı şəxs vasitəsilə ödənil ib. Hazırda Cavabdeh2 ona 132.350 ABŞ dolları icarə haqqı borcu yaranıb. Sözügedən qurğular Cavabdeh2 şahidlər - X, X, X, X və digərlərinin iştirakı ilə verilib. Təxminən 2011-ci ilin yay aylarında Cavabdeh2 İddiaçı2 İKF-nın direktoru Cavabdeh1 bildirib ki, Rusiya Federasiyası, Voljsk şəhərində istifadə olunmuş, 1991-ci il istehsalı olan havaayrıcı qurğu, kompressor və onların avadanlıqları vardır və sərfəli qiymətlə satılır. Həmin vaxt bu avadanlıqlara ehtiyac olduğu üçün bu təklif ona maraqlı gəlib və o, Cavabdeh2 təklif edib ki, birlikdə gedib həmin qurğu və avadanlıqlara yerində baxsınlar. Cavabdeh2 bu təkliflə razılaşıb və 04 iyul 2011-ci il tarixdə hər ikisi Rusiya Federasiyası, Voljsk şəhərinə gedib həmin qurğu və avadanlıqlara yerində baxıblar. Satılması nəzərdə tutulan qurğu və av adanlıqlar onlara göndərilib, onların fotoşəkilləri çəkilib, video görüntüləri lentə alınıb. Həmin foto və video görüntülərdə Cavabdeh2 özü də görünür. Qurğu və avadanlıqların alınmasına İddiaçı2 İKF-nın razılaşdığı üçün avadanlığı satan "xxxx" MMC ilə İddiaçı2 İKF arasında Cavabdeh2 vasitəsilə 01 noyabr 2011-ci il və 26 dekabr 2012-ci il tarixli müqavilələr bağlanıb. Əvvəlcədən olan razılaşmaya əsasən, müqavilədə göstərilən məbləğ Cavabdeh2 ödənilib və o, bu avadanlıqların sözügedən "xxxx" MMC-dən göndərilməsini təmin etməli idi. Yəni, Cavabdeh2 demişdi ki, ona ödənilmiş pullar Rusiya Federasiyasında olan bütün xərcləri qarşılayacaq, qurğu və avadanlıqları tam şəkildə Firmaya gömrüyə qədər təqdim edəcək. Cavabdeh2 İddiaçı2 İKF ilə avadanlıqlar barədə danışıqlar apararkən həmin avadanlıq ları tam şəkildə 6 ay müddətində təhvil verəcəyi barədə öhdəlik götürüb. "xxxx" MMC sözügedən müqavilələr üzrə avadanlıqları göndərib, o isə müqavilədə göstərilən məbləği və əlavə olaraq nəzərdə tutulmuş xərcləri, yəni ümumilikdə 1.353.574 ABŞ dolları pulu tam şəkildə Cavabdeh2 ödəyib. Bununla bağlı avadanlığı satan "xxxx" MMC tərəfindən həmin avadanlığa görə onların heç bir borcunun olmadığı barədə 14 oktyabr 2013-cü il tarixli maliyyə arayışı verilib. Lakin, avadanlıqlar Bakı şəhərində onlar tərəfindən gömrük xərcləri ödənilərək bəyan edildikdən sonra istifadə üçün quraşdırıldığı zaman müəyyən olunub ki, avadanlıq və qurğuların onlara göndərilməsi şərtləşdirilmiş bəzi hissələri çatışmır. Belə ki, 5 adda qazanalizator qurğuları, qoruyucu klapanlar, kipavtomatikaya aid qurğu (avtomatik ida rəetmə qurğusu), vintillər və maye qaz nasosu göndərilməyib. Hava ayırıcı qurğunun (kolonun) daxilində olan bütün birləşdirici mis borular vəhşicəsinə sındırılıb götürülüb və bununla bağlı, Cavabdeh2 irad bildirilib. Çünki həmin hissələr tam göndərilməyib və çatışmayan qurğularsız həmin avadanlığı tam istismar etmək və quraşdırmaq mümkün deyil. Cavabdeh2 tezliklə bu problemi həll edəcəyinə, öz hesabına çatışmayan avadanlıqları təmin edəcəyinə söz verib, lakin, bu barədə olan vədinə əməl etməyib. Bu səbəbdən də Firmanın həmin qurğudan istifadə etməsi mümkünsüz olub, bu gün də həmin qurğular natamam quraşdırılmış vəziyyətdə İddiaçı2 İKF-nın ərazisindədir və onları tam quraşdırıb istifadəyə vermək üçün xeyli miqdarda əlavə vəsait tələb olunur ki, bu da hazırda imkan xaricindədir. Bununla da C avabdeh2 öhdəliyinə əməl etmədiyi üçün Firmaya 250.000 manat maddi ziyan dəyib. Sonradan məlum olub ki, Cavabdeh2 İddiaçı2 İKF-ya çatdırılmalı olan həmin hissələrin bəzilərini üçüncü şəxslərə, o cümlədən İran İslam Respublikası vətəndaşlarına satıb. Cavabdeh2 isə məhkəmədə İddiaçı2 İKF-ya qarşı qarşılıqlı iddia verərək, 7 ədəd frion soyuducu üçün ventilin satışına görə 7.500 ABŞ dolları, oksigen zavodu üçün müxtəlif ehtiyat hissələrinin satışına görə 1.500 ABŞ dolları, 1 dəst frion soyuducunun icarə haqqına görə 63.000 ABŞ dolları, 10 ədəd çənlərarası maye-oksigen şlankının icarəsinə görə 12.600 ABŞ dolları, 1 ədəd vakum nasosunun icarəsinə görə 37.800 ABŞ dolları, 1 ədəd 2 tonluq maye-oksigen çəninin nasosla birlikdə icarəsinə görə 89.600 ABŞ dolları, 1 ədəd maye oksigeni qaz şəklinə çevi rən qurğunun (buxarlandırıcı) icarəsinə görə 38.100 ABŞ dolları, 8 ədəd maye oksigeni qaz şəklinə çevirən qurğunun (buxarlandırıcı) icarəsinə görə 96.000 ABŞ dolları, 90 ədəd oksigen balonunun icarəsinə görə 40.500 ABŞ dolları, ADS zavodunun icarəsinə görə 600.000 ABŞ dolları, ümumilikdə 986.600 ABŞ dollarının və yuxarıda sadalanan avadanlıq və qurğuların (ADS zavodu istisna olmaqla) İddiaçı2 İKF-dan alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Cavabdeh2 qarşılıqlı iddiasını onunla əsaslandırıb ki, İddiaçı2 İKF ilə aralarında uzun müddət biznes əlaqələri olub. Belə ki, İddiaçı2 İKF ondan istehsal fəaliyyətində istifadə etmək üçün bir sıra qurğu və avadanlıqları əvəzi ödənilmək şərti ilə alıb, bəzilərini isə icarəyə götürüb. İddiaçı2 İKF 2006-cı ildə 7 ədəd frion soyudu cu üçün ventili hər birinin dəyəri 500 ABŞ dolları olmaqla cəmi 7.500 ABŞ dolları dəyərində, 2006-cı ildə Oksigen zavodu üçün müxtəlif ehtiyat hissələri ümumi dəyəri 1.500 ABŞ dolları əmlakları əvəzini ödəmək şərtilə alıb, lakin əvəzini ödəməyib. Eyni zamanda, bir dəst frion soyuducu 2006cı ilin may ayından aylıq 500 ABŞ dolları icarə haqqı olmaqla ümumilikdə 126 ay ödənilməmiş icarə haqqı cəmi 63.000 ABŞ dolları, 2006-cı ilin may ayından 10 ədəd çənlərarası maye-oksigen şlankını hər birinin icarə haqqı aylıq 10 ABŞ dolları ümumilikdə 126 ay ödənilməmiş icarə haqqına görə cəmi 12.600 ABŞ dolları, 2006-cı ilin may ayından 1 ədəd vakum nasosu aylıq icarə haqqı 300 ABŞ dolları olmaqla ümumilikdə 126 ay ödənilməmiş icarə haqqına görə cəmi 37.800 ABŞ dolları, 2006-cı ilin fevral ayından 1 ədəd 2 tonluq maye-oksigen çəni nasosla birlikdə aylıq icarə haqqı 700 ABŞ dolları olmaqla ümumilikdə 128 ay ödənilməmiş icarə haqqı olmaqla cəmi 89.600 ABŞ dolları, 2006-cı ilin mart ayından 1 ədəd maye oksigeni qaz şəklində çevirən qurğu (buxarlandırıcı) aylıq icarə haqqı 300 ABŞ dolları olmaqla ümumilikdə 127 ay ödənilməmiş icarə haqqına görə cəmi 38.100 ABŞ dolları, 2011-ci ilin oktyabr ayından 8 ədəd maye oksigeni qaz şəklinə çevirən qurğu (buxarlandırıcı) hər birinin icarə haqqı 200 ABŞ dolları olmaqla ümumilikdə 60 ay ödənilməmiş icarə haqqına görə cəmi 96.000 ABŞ dolları, 2013-cü ilin yanvar ayından 90 ədəd oksigen balonu hər birinin icarə haqqı 10 ABŞ dolları olmaqla ümumilikdə 45 ay ödənilməmiş icarə haqqına görə cəmi 40.500 ABŞ dolları, 2002-ci ilin yanvar ayından 10 il müddətinə A DS zavodu aylıq icarə haqqı 5.000 ABŞ dolları olmaqla ümumilikdə 120 ay ödənilməmiş icarə haqqına görə cəmi 600.000 ABŞ dolları əmlaklar götürüb. Yuxarıda göstərilən avadanlıq və qurğular ondan götürülsə də İddiaçı2 İKF tərəfindən həmin avadanlıqların icarə haqqı və avadanlığın özü geri qaytarılmayıb. Bundan əlavə, 7 ədəd frion soyuducu üçün ventilin satışına 7.500 ABŞ dolları, oksigen zavodu üçün müxtəlif ehtiyat hissələrinin satışına görə 1.500 ABŞ dolları, 1 dəst frion soyuducunun icarə haqqına görə 63.000 ABŞ dolları, 10 ədəd çənlərarası maye-oksigen şlanqının icarəsinə görə 12.600 ABŞ dolları, 1 ədəd vakum nasosunun icarəsinə görə 37.800 ABŞ dolları, 1 ədəd 2 tonluq maye-oksigen çəninin nasosla birlikdə icarəsinə görə 89.600 ABŞ dolları, 1 ədəd maye oksigeni qaz şəklinə çevirən qurğun un (buxarlandırıcı) icarəsinə görə 38.100 ABŞ dolları, 8 ədəd maye oksigeni qaz şəklinə çevirən qurğunun (buxarlandırıcı) icarəsinə görə 96.000 ABŞ dolları, 90 ədəd oksigen balonun icarəsinə görə 40.500 ABŞ dolları, ADS zavodunun icarəsinə görə 600.000 ABŞ dolları ümumilikdə 986.600 ABŞ dolları pul və yuxarıda sadalanan avadanlıq və qurğular (ADS zavodu istisna olmaqla) İddiaçı2 İKF alınıb ona verilməlidir. Mübahisə predmeti olan “Kjar2-1” havaayrıcı qurğusu və həmin qurğunun tərkib hissəsi olan digər avadanlıqların mülkiyyətçisi "xxxx" MMC-dir. 2011-2012-ci illərdə həmin qurğunun və onun tərkib hissələrinin Azərbaycan Respublikasına gətirilməsi üçün Dağıstan Respublikasında fəaliyyət göstərən daşıma şirkətləri "xxxx" MMC və "xxxx" MMC ilə "xxxx" MMC arasında müqavilələr bağlanıb. Sadəcə o laraq qurğu və avadanlıqları Bakı şəhərində saxlamağa "xxxx" MMC-nin yeri olmadığı üçün İddiaçı2 İKF ilə qurğu və avadanlıqların onun ərazisində müvəqqəti saxlanması razılaşdırılıb. Bu fakt 19 mart 2012-ci il tarixli məktub və digər sənədlərlə də təsdiq olunur. Nizami Rayon Prokurorluğunun icraatında olmuş ********* saylı cinayət işindəki üzləşmə protokolları, şahid ifadələri ilə də mübahisə predmeti olan qurğu və avadanlıqların 2008-2009-cu illərdə alınmasını və onların dəyərinin tam şəkildə "xxxx" MMC tərəfindən ödənilməsini təsdiq edir. Qarşılıqlı iddia ərizəsi üzrə müddətin keçməsi ilə də razılaşmır. Belə ki, sözügedən qurğu və avadanlıqlar İddiaçı2 İKF-ya icarəyə verilib və mübahisə davam edən münasibətlərdir, həmin əmlakların qaytarılması və icarə haqqının ödənilməsi ilə bağlı konkre t müddət qoyulmayıb. Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 10 iyul 2017-ci il tarixli qətnaməsi ilə (hakim F.X.Mirzəyev) ilk iddia qismən təmin, qarşılıqlı iddia rədd edilərək, Cavabdeh2 vurulmuş maddi ziyana görə 428.323 manat pulun tutulub İddiaçı2 İKF-ya ödənilməsi və qalan hissədə ilk iddianın rədd olunaması qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, tərəflər arasında şifahi şəkildə tapşırıq müqaviləsi bağlanıb. Həmin müqaviləyə əsasən İddiaçı2 İKF Cavabdeh2 Rusiya Federasiyasında fəaliyyət göstərən "xxxx" MMC tərəfindən satışa çıxarılmış “Kjar 2-1” havaayrıcı qurğusunun alınıb Bakı şəhərinə gətirməsi, həmin qurğuya görə ödənişin həyata keçirilməsi, İddiaçı2 İKF məxsus olan zavodda quraşdırılması və işə salınm asının təmin olunması barədə vəkalət verib. Lakin, vəkalət alan Cavabdeh2 tapşırığı vicdanlı şəkildə tam olaraq yerinə yetirməyib və qurğunun bəzi avadanlıqlarının çatışmaması nəticəsində qurğunu quraşdırıb işə salmaq mümkün olmayıb. Nəticədə İddiaçı2 İKF-ya xeyli miqdarda ziyan dəyib. İşin bu halı tərəflərin izahatları, tədqiq edilmiş sənədlərlə, habelə şahid ifadələri ilə də tam təsdiq olunur. Həmçinin, cinayət işinin materialları ilə müəyyən olunur ki, “Kjar 2-1” qurğusunun Rusiya Federasiyası, Voljsk şəhərindən alınıb Bakı şəhərinə gətirilməsi və quraşdırılması üçün Cavabdeh2 bir neçə şəxsdən pul istəməsi və onların həmin pulu verməməsi, məhz həmin pulun İddiaçı2 İKFnın direktoru Cavabdeh1 tərəfindən verilməsi ehtimalını gücləndirir. Cavabdeh2 etirazında göstərib ki, sözügedən qurğun un həmin dövrdə dəyəri 70.000-80.000 ABŞ dolları olub, lakin o, istintaq zamanı həmin qurğuların alınıb Bakı şəhərinə gətirilməsi və quraşdırılması üçün Cəmaləddin İsmayılova 2.000.000 ABŞ dolları lazım olduğunu bildirib. O, həmçinin öz izahatında avadanlıqları 2008-ci ildə aldığını göstərsə də, digər sənədlərdə həmin avadanlıqları 2012-ci ildə keçirilən hərracda satın aldığını iddia edir. Həmçinin, qarşılıqlı iddia ərizəsi əsassız olduğundan rədd edilməlidir. Belə ki, Cavabdeh2 öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməyib, yəni qarşılıqlı iddia ərizəsində sadaladığı avadanlıqların ona məxsus olduğunu və həmin avadanlıqları İddiaçı2 İKF-ya icarəyə və ya digər əsaslarla verdiyinə dair məhkəməyə heç bir sübut təqdim etməyib. Həmçinin, Cavabdeh2 iddia müddətini açıq-a şkar ötürüb və İddiaçı2 İKF mübahisəyə iddia müddətinin tətbiq edilməsi barədə yazılı ərizə ilə məhkəməyə müraciət edib. Qarşılıqlı iddia ərizəsinin məzmunundan görünür ki, Cavabdeh2 2002-2006-cı illərdə İddiaçı2 İKF-ya verdiyi əmlakların geri qaytarılmasını, ödənilməmiş icarə haqqının və digər pul məbləğlərinin ödənilməsini tələb edir. Göründüyü kimi Cavabdeh2 iddia müddətini ötürdükdən sonra məhkəməyə müraciət edib. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 777.1, 777.2, 779.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdeh2 apellyasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, ilk iddianın təmin, qarşılıqlı iddianın rədd olunan hissələrində ləğv edilib, ilk iddianın rəd d, qarşıldıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. İddiaçı2 İKF apellyasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən- ilk iddianın təmin olunmayan hissəsində ləğv edilib, ilk iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində birinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 noyabr 2017-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Q.Nəbiyev sədrlik edən, məruzəçi, R.Ə.Qurbanov və A.N.İmanov) apellyasiya şikayətləri təmin edilmədən, iş üzrə Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 10 iyul 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkə məsi ilk iddianı qismən təmin, qarşılıqlı iddianı rədd etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 777.1, 777.2, 779.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində birinci icraat Cavabdeh2 kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. "xxxx" MMC kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasi ya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. İddiaçı2 İKF kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən ləğv edilib, ilk iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 31 may 2018-ci il tarixli qərarı ilə (hakimlər T.A.Qoldman sədrlik edən, məruzəçi, Ə.A.Mirzəliyev və G.A.Quliyev) Cavabdeh2 və "xxxx" MMC ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri qismən təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 noyabr 2017-ci il tarixli qətnaməsi ləğv edilib, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılıb və İddiaçı2 İKF-nın kassasiya şikayəti təmin edilmədən saxlanılıb. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, hazırki işdə ilk iddianın təmin edilmiş hissəsi üzrə mübahisə predmetini “Kjar 2-1” havaayrıcı qurğusu və həmin qurğunun tərkib hissəsi olan digər avadanlıqların kimə məxsus olması, habelə Cavabdeh2 həmin əmlakları İddiaçı2 İKF-ya təhvil verməli olması və yaxud natamam təhvil verməsində sonuncunun təqsirinin olub-olmamasının aydınlaşdırılması təşkil edir. Bu halların aydınlaşdırılması mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, “Kjar 2-1” havaayrıcı qurğusu və həmin qurğunun tərkib hissəsi olan digər avadanlıqlar Rusiya Federasiyası, Voljsk şəhərindən alınıb Bakı şəhərinə gətirilib və İddiaçı2 İKF-nın istifadəsində olan ərazidə yerləşdirilib. Göründüyü kimi, sö zügedən qurğu və avadanlıqların konkret kimə məxsus olması mübahisəli olduğu halda, işə baxan məhkəmələr həmin qurğuların kimə məxsus olduğunu müəyyən etmək üçün heç bir tədbir görməyib. Mübahisəli qurğu və avadanlıqların İddiaçı2 İKF-ya məxsus olması yalnız iş üzrə digər sübutlara əhəmiyyət verməyən birinci instansiya məhkəməsinin subyektiv ehtimalları və mülahizələri ilə şərtləndirilib. Apellyasiya instansiyası məhkəməsi isə göstərilən hala qiymət verməyib. İddiaçı2 İKF-ya ziyan vurulduğu iddia edilən qurğu və avadanlıqların onun mülkiyyətində olmasını və ya hər hansı bir qanuni əsasla qurğu və avadanlıqlara sahiblik etməsini, habelə Cavabdeh2 hər hansı tapşırıq verməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməyib. Bundan əlavə, Cavabdeh2 "xxxx" MMC direktorudur, mübahisəli olsa da, İddiaçı2 İKF ilə hüquq münasibəti Cavabdeh2 öz sahibkarlıq fəaliyyəti ilə bağlı olub və sonuncu sahibkarlıq fəaliyyəti ilə bağlı hüququnun pozulduğunu iddia edir. Cavabdeh2 məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı həm birinci, həm də apellyasiya instansiyası məhkəmələrinə vəsatətlər versə də, bu hala aydınlıq gətirilməyib və ümumiyyətlə məhkəmə aidiyyəti məsələsinə qiymət verilməyib. Kassasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 21.1, 21.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər M.Vəkil2 sədrlik edən, məruzəçi, X.A.Mərdanova və X.Ə.Sarıyev) hər iki apellyasiya şikayətinin təmin edilmədən, iş üzrə Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 10 iyul 2017-ci il tarixli qətnaməsi Cavabdeh2 tutulmalı olan pulun miqdarının müəyyən edilməsi hissəsində dəyişdirilərək, həmin məbləğin 37.983 manat müəyyən edilməsi və qalan mübahisələndirilən hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilib. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, tərəflər arasında şifahi formada bağlanmış tapşırıq müqaviləsinə əsasən İddiaçı2 İKF Cavabdeh2 Rusiya Federasiyasında fəaliyyət göstərən "xxxx" MMC tərəfindən satışa çıxarılmış “Kjar 2-1” havaayrıcı qurğusunun alınıb Bakı şəhərinə gətirilməsi, həmin qurğuya görə ödənişin həyata keçirilməsi, İddiaçı2 İKF-ya məxsus zavodda quraşdırılması və işə salınmasının təmin olunması barədə vəkalət veri b. Lakin, vəkalət alan Cavabdeh2 tapşırığı vicdanlı şəkildə tam olaraq yerinə yetirməyib, qurğunun bəzi avadanlıqlarının çatışmaması səbəbindən qurğunu quraşdırıb işə salmaq mümkün olmayıb. Nəticədə, İddiaçı2 İKF-ya xeyli miqdarda ziyan dəyib. Məhkəmə Ekspertiza Mərkəzinin 05 iyun 2017-ci il tarixli ekspert rəyinə görə, İddiaçı2 İKF-nın istifadəsində olan 1991-ci il istehsalı olan havaayrıcı qurğusu, kompressor və onların avadanlıqlarının çatışmayan hissələrinin orta bazar qiyməti 287.883 manat, həmin avadanlıq və qurğuların tam işlək vəziyyətə gətirilməsi üçün 428.383 manat pul tələb olunur. Apellyasiya baxışı zamanı İddiaçı2 İKF “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə verərək qeyd etmişdir ki, 428.323 manat məbləğdən 147.000 ABŞ dolları ödənildiyi üçün, iddia, həmin məbləğdə təm in edilməlidir. Birinci instansiya məhkəməsi İddiaçı2 İKF-nin istifadəsində olan 1991-ci il istehsalı olan havaayrıcı qurğu, kompressor və onların avadanlıqlarının çatışmayan hissələrinin orta bazar qiymətini deyil, həmin əşyaların tam işlək vəziyyətə gətirilməsi üçün lazım olan vəsaiti əsas götürməklə düzgün qənaətə gəlməyib. Əşyaların çatışmayan hissələrinin orta bazar qiyməti Cavabdeh2 İddiaçı2 İKF-nın xeyrinə tutulmalı olan maddi ziyan hesab edilərsə, o halda sonuncunun xeyrinə Cavabdeh2 tutulmalı olan məbləğ 37.983 manat təşkil edir. Cavabdeh2 öz tələbinin əsaslılığını təsdiq edən hər hansı sübutu, o cümlədən avadanlıqların ona məxsus olması, onları İddiaçı2 İKF-ya icarəyə verməsi barədə sübutları məhkəməyə təqdim etməyib. Belə olan halda birinci insitansiya məhkəməsi qarşılıqlı idd ianın əsassızlığı ilə bağlı düzgün nəticəyə gəlib. Həmçinin, Cavabdeh2 qarşılıqlı iddia ərizəsi üzrə üç illik iddia müddətini ötürüb. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 21.1, 21.2, 777, 777.2, 779.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçı2 İKF kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, ilk iddianın təmin olunmayan hissəsində ləğv edilib, ilk iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Cavabdeh2 kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kassasiya instansiyası məhkəməsində ikinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 19 iyun 2019-cu il tarixli qərarı ilə (hakimlər İ.R.Xələfov sədrlik edən, məruzəçi, Q.Ə.Allahverdiyev və Ə.Ə.Şadiyev) kassasiya şikayətləri təmin edilmədən, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, apellyasiya instansiyası məhkəməsi ilk iddianı qismən təmin edərək, Cavabdeh2 İddiaçı2 İKF-nın xeyrinə tutulmalı olan pulun məbləğini 37.983 manat müəyyən etməklə və qarşılıqlı iddianı rədd etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Kassasiya instan siyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 777.1, 777.2, 778.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Konstitusiya Məhkəməsinin Plenumunda icraat Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2020-ci il tarixli qərarı ilə Cavabdeh2 şikayətinə əsasən, İddiaçı2 İKF-nın Cavabdeh2 qarşı “əmlakın geri qaytarlması, icarə haqqının və vurulmuş ziyanın ödənilməsi” iddiasına dair mülki iş üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının 19 iyun 2019-cu il tarixli qərarı qüvvədən düşmüş hesab edilərək, mülki iş yenidən baxılması üçün qaytarılmışdır. Ali Məhkəmənin Plenumunda icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli qərarı ilə Ali Məhkəmənin Mülki Kollegiyasının 19 iyun 2019-cu il tarixli qərarı və onunla bağlı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 sentyabr 2019-ci il tarixli qətnaməsi ləğv edilərək, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılıb. 2-ci mülki iş üzrə icraat İşin halları İddiaçı1 məhkəmədə Cavabdeh1 qarşı iddia qaldıraraq, sonuncudan “6BM-16140/200” porşenli hava kompressorunun tərkib hissəsi olan avadanlıqların dəyəri kimi 2.000.000 ABŞ dollarının tutulub ona ödənilməsi və əməlində cinayət tərkibi olan Cavabdeh1 barəsində xüsusi qərardad çıxarılmaqla prokurora məlumat verilməsi barədə qətnamə çıxarılmasını xahiş edib. İddiaçı1 iddiasını onunla əsaslandırıb ki, 2011-ci ilin oktyabr-noyabr aylarında Rusiya Federasiyasından onun adına göndərilmiş və özünə məxsus Dövlət Gömrük Komitəsi tərəfindən qeydə alınmış “6BM -16-140/200” porşenli hava kompressorunun tərkib hissələri olan avadanlıqları şifahi razılaşma əsasında Cavabdeh1 məxsus ünvan ünvanda yerləşdirib. Lakin, Cavabdeh1 aralarında olan şifahi razılaşmanın şərtlərini pozaraq ona heç bir ödəniş etməyib. Avadanlıqların təcili surətdə və qeyd-şərtsiz ona qaytarılması və ya dəyərinin ödənilməsi barədə Cavabdeh1 etdiyi xəbərdarlıqların heç bir nəticəsi olmayıb. Rusiya Federasiyasında fəaliyyət göstərən "xxxx" MMC-nin Baş Direktoru X 22 sentyabr 2017-ci il tarixli arayışına görə 15 mart 2012-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC “KjAr-2-1” havaayrıcı qurğusunu və “KK 095100 000” seolitlərdə kompleks təmizləmə blokunu "xxxx" MMC-yə göndərməyi öhdəsinə götürüb. Həmin müqavilə üzrə “Eksim" MMC öhdəliklərini tam həcimdə yerinə yetirib. "xxxx" MMC il ə İddiaçı2” İKF arasında 01 noyabr 2011-ci il və 26 dekabr 2012-ci il tarixli müqavilələr bağlanıb. "xxxx" MMC hesabına İddiaçı2 İKF tərəfindən heç bir vəsait ödənilməyib. Belə ki, "xxxx" MMC tərəfindən sözügedən avadanlıqların dəyərinin ödənilməsinə dair 14 oktyabr 2014-cü il tarixli maliyyə arayışı verilməyib. 01 noyabr 2011-ci il və 26 dekabr 2012-ci il tarixli saxta müqavilələrə əsasən Cavabdeh1 ona məxsus olan “6BM-16 140/200” porşenli hava kompressorunun tərkib hissələri olan avadanlıqları qeyri-qanuni yolla cinayət etməklə mənimsəyib. "xxxx" MMC isə məhkəmədə İddiaçı2 İKF-ya və digərlərinə qarşı iddia qaldıraraq, ona məxsus olan “KjAr 2-1” havaayrıcı qurğusu (1 saylı əlavəyə əsasən) və onun tərkib hissəsi olan digər avadanlıqların Cavabdeh1 və Xqanunsuz sahibliyindən alınıb ona qayt arılması və Cavabdeh1 barəsində xüsusi qərardad çıxarılmaqla prokurora məlumat verilməsi barədə qətnamə çıxarılmasını xahiş edib. "xxxx" MMC iddiasını onunla əsaslandırıb ki, Rusiya Federasiyasında yerləşən “Voljsk azot-oksigen zavodu” ilə aralarında bağladığı 24 iyun 2008-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 30 mart 2008-ci il tarixdə 1.600.360 rubl ilkin ödəniş etməklə keçirilən tenderdə iştirak edib və tenderin qalibi olaraq “KjAr 2-1” havaayrıcı qurğusunu və qurğunun tərkib hissəsi olan digər avadanlıqları satın alıb. Həmin qurğu və avadanlıqları Bakı şəhərinə gətirilərək İddiaçı2 İKF-nın ərazisində müvəqqəti saxlanılmasına icazə verilməsi barədə həm şifahi şəkildə, həm də 19 mart 2012-ci il tarixli məktubla İddiaçı2 İKF-nın direktoru Cavabdeh1 müraciət edib. Razılaşmaya əsasən “KjAr 2-1” havaayrıcı qurğusunu və onun digər avadanlıqlarını müvəqqəti saxlanılması üçün İddiaçı2 İKF-nın Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül Şossesi, 30/97-saylı ünvanda yerləşdirib. Cavabdeh1la 2011-ci ilin iyul ayında əldə etdiyi şifahi razılaşmaya əsasən, “KjAr 2-1” havaayrıcı qurğusunu və qurğunun tərkib hissəsi olan digər avadanlıqları 1 il müddətinə pulu ona ödənildikdən sonra aralarında rəsmi alqı-satqı müqaviləsi bağlanmalı idi. Bundan sonra, “KjAr 2-1” havaayrıcı qurğusu və qurğunun tərkib hissəsi olan digər avadanlıqların quraşdırılması Cavabdeh1 hesabına və tərəfindən başlanılması və birgə fəaliyyət göstərəcəkləri razılaşdırılıb. Lakin, sonradan həmin avadanlıqların İddiaçı2 İKF-nın direktoru Cavabdeh1 tərəfindən qeyri-qanuni istifadə edildiyi və onun razılığı olmadan qura şdırıldığı məlum olub. Qeyd edilən hərəkətlərin dayandırılmasını dəfələrlə teleqram və məktublarla İddiaçı2 İKF-nın direktoru Cavabdeh1 tələb edilsə də bunun heç bir nəticəsi olmayıb, əksinə sonuncu onu aldadaraq, yalan vədlər verərək hər dəfə Bankdan kredit-pul götürəcəyini və qurğunun pulunu ona ödəyəcəyinə söz verib. Hətta, "xxxx" ASC-də kredit xətti açdırması barədə müqavilənin surətini təqdim edərək onu inandırıb. "xxxx" MMC-nin baş direktoru X 22 sentyabr 2017-ci il tarixli arayışı ilə müəyyən olunur ki, sonuncu ilə "xxxx" MMC arasında “KjAr 2-1” havaayrıcı qurğusunun, “KK 095100 000” seolitlərdə kompleks təmizləmə blokunu göndərmək barədə 15 mart 2012-ci il tarixli müqavilə bağlanıb və bu müqavilə üzrə öhdəliklər "xxxx" MMC tərəfindən tam şəkildə yerinə yetirilib. "xxxx" MMC ilə “X” İKF arasında 01 noyabr 2011-ci il və 26 dekabr 2012-ci il tarixli müqavilələr bağlamayıb. "xxxx" MMC-nin hesabına İddiaçı2 İKF tərəfindən heç vaxt pul vəsaiti daxil olmayıb və "xxxx" MMC tərəfindən sözügedən qurğu və avadanlıqların dəyərinin tam şəkildə ödənilməsinə dair İddiaçı2 İKF-nin baş direktoru Cavabdeh1 14 oktyabr 2014-ci il tarixli məktub verilməyib. Göründüyü kimi, İddiaçı2 İKF saxta müqavilələrə əsasən "xxxx" MMC-yə məxsus “KjAr 2-1” havaayrıcı qurğusunu (1 saylı əlavəyə əsasən) və qurğunun tərkib hissəsi olan digər avadanlıqları qeyri-qanuni yolla mənimsəyib. Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 11 yanvar 2018-ci il tarixli qətnaməsi ilə (hakim İ.R.Burcayev) İddiaçı1 iddiası rədd, "xxxx" MMC iddiası təmin edilərək, İddiaçı2 İKF-nın q anunsuz sahibliyindən “KjAr 2-1” havaayrıcı qurğusunun (1 saylı əlavəyə əsasən) və qurğunun tərkib hissəsi olan digər avadanlıqların alınıb "xxxx" MMC-yə qaytarılması qət edilib. Eyni zamanda, Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 11 yanvar 2018-ci il tarixli xüsusi qərardadı ilə sözügedən mülki işdə cinayətin əlamətlərinin olmasını nəzərə alaraq, qanun pozuntusuna yol vermiş şəxsləri müəyyən etmək üçün prokurora məlumat verilib. Həmin Məhkəmənin digər 11 yanvar 2018-ci il tarixli qərardadı ilə isə "xxxx" MMC məxsus “KjAr 2-1” havaayrıcı qurğusu və qurğunun tərkib hissəsi olan digər avadanlıqların siyahıya alınmaqla Cavabdeh1, X İKF və başqa şəxslər tərəfindən istifadəsi və gizlədilməsi qadağan edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, mübahisə predmet i olan qurğu və avadanlıqlar Rusiya Federasiyasından "xxxx" MMC tərəfindən satın alınaraq Bakı şəhərinə gətirilib. Lakin, sənədləşdirmə İddiaçı1 adına aparılsa da, "xxxx" MMC-nin xahişi ilə İddiaçı2 İKF ərazisində müvəqqəti olaraq saxlanılır. Həmin qurğu və avadanlıqlara dair "xxxx" MMC ilə İddiaçı2 İKF arasında rəsmi alqı-satqı müqaviləsi bağlanmalı və bundan sonra “KjAr 2-1” havaayrıcı qurğusu ( 1 saylı əlavəyə əsəsən) və qurğunun tərkib hissəsi olan digər avadanlıqların quraşdırılması Cavabdeh1 hesabına və onun tərəfindən başlanılmalı və birgə fəaliyyət göstərilməli idi. Lakin, işin araşdırılmış hallarına görə İddiaçı2 İKF mübahisə predmetinin onun adına rəsmiləşdirilməsindən suiistifadə edərək, faktiki olaraq "xxxx" MMC-yə məxsusluğu mötəbər sübutlarla təsdiq edilən sözügedən əmlaklard an istifadə etməyə başlamışdır. İddiaçı2 İKF mübahisəli qurğu və avadanlıqları satın aldığını bildirsə də, bunu sübut edə bilməyib, əksinə "xxxx" MMC-yə təxminən 150.000 ABŞ dollarına yaxın borcunun olduğunu etiraf edib və həmin pulu verməməsinin səbəbi kimi qurğu və avadanlıqların bəzi tərkib hissələrinin çatmaması ilə izah edib. Halbuki, sözügedən qurğu və avadanlığın mülkiyyətçisi Cavabdeh2 deyil, "xxxx" MMC olub. İşdə, mübahisə predmetinin İddiaçı1 məxsus olmasını təsdiq edən heç bir mötəbər yazılı sübut yoxdur. "xxxx" MMC-nin baş direktoru X 22 sentyabr 2017-ci il tarixli arayışına görə "xxxx" MMC ilə İddiaçı2 İKF arasında 01 noyabr 2011-ci il və 26 dekabr 2012-ci il tarixli müqavilələr bağlanmayıb və onlar arasında hər hansı başqa müqavilə münasibətləri olmayıb. "xxxx" MMC hesabına İ ddiaçı2 İKF tərəfindən heç vaxt pul vəsaiti daxil olmayıb. "xxxx" MMC tərəfindən İddiaçı2 İKF-ya 14 oktyabr 2014-cü il tarixli məktub verilməyib və bu fakt mübahisə predmetinin İddiaçı2 İKF tərəfindən əldə edilməsinin sübutu kimi qiymətləndirilə bilməz. İddiaçı1 tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməyib və onun dəyəri 2.000.000 ABŞ dolları olan avadanlıqları İddiaçı2 İKF-ya verməsi mülki iş materialları ilə təsdiq olunmur. “6BM-16 140/200” porşenli havaayrıcı kompressorunun alqı-satqısına dair İddiaçı1lə "xxxx" MMC direktoru Cavabdeh2 arasında bağlanmış 15 sentyabr 2011-ci il tarixli müqavilə isə hüquqi əhəmiyyət kəsb etdiyi halda, İddiaçı1 mübahisə predmetinin mülkiyyətçisi olan Cavabdeh2 qarşı iddia qaldırmaq hüququ izah edilməli dir. Bu səbəbdən İddiaçı1 iddiası əsassız olduğundan rədd edilməlidir. Rusiya Federasiyasında yerləşən "xxxx" ASC "xxxx" MMC-nin direktoru Cavabdeh2 adına göndərdiyi 13 fevral 2008-ci il tarixli kommersiya təklifi məktubuna, “Spesifikasiya üzrə (1 saylı əlavəyə) KjAr 2-1 havaayrıcı qurğusunun KK ********* seolitlərdə kompleks təmizləmə blokunun” göndərilməsi haqqında 15 mart 2012-ci il və “6BM-16 140/200” porşenli hava kompressorunun göndərilməsi haqqında oktyabr 2011-ci il tarixli müqavilələrinə əsasən mübahisə predmeti məhz "xxxx" MMC direktoru Cavabdeh2 tapşırığı ilə İddiaçı1 göndərilməsi nəzərdə tutulub. Göründüyü kimi "xxxx" MMC-nin direktoru X tərəfindən İddiaçı2 İKF-nın direktoru Cavabdeh1 ünvanlanmış 14 oktyabr 2013-cü il tarixli məktubun məzmunu hüquqi əhəmiyyət kəsb edən sənəd kimi hüquqi qüvvəyə malik olmadığı üçün, sonuncunun mübahisə predmeti barəsində mülkiyyət hüququnun olmasına dair sübutlar da mötəbər, tutarlı olmayıb, əksinə "xxxx" MMC-nin iddiasının əsası kimi istinad etdiyi hallara dair gətirdiyi dəlillər daha inandırıcı olmaqla, mülki iş materillarına uyğundur. Bu baxımdan sözügedən qurğu və avadanlıqların mülkiyyətçisi kimi "xxxx" MMC-nin İddiaçı2 İKF-nın qanunsuz sahibliyində olan həmin qurğu və avadanlıqları geri tələb etməkdə haqlı olub. Bu səbəbdən də "xxxx" MMC-nin iddiası əsaslı olduğundan təmin edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 157.2-ci maddəsinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçı2 İKF və Cavabdeh1 birgə apellyasiya şikayəti verərək, iş üzrə birinci insta nsiya məhkəməsinin qətnaməsinin qismən "xxxx" MMC-nin iddiasının təmin edilən hissəsində ləğv edilib, həmin hissədə iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş ediblər. Apellyasiya instansiyası məhkəməsində birinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 mart 2019-cu il tarixli qətnaməsi ilə (E.M.Həsənov sədrlik edən, məruzəçi, X.A.Mərdanova və F.F.Babayev) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 11 yanvar 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən, yəni "xxxx" MMC-nin iddiasının təmin olunan hissəsində dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb hesab etmişdir ki, birinci instansiya məhkəməsi "xxxx" MMC-nin iddiasını təmin etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və X və Cavabdeh1 birgə verdikləri apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 157.2, 157.8, 165.1-ci maddələrinin və digər maddi və prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində birinci icraat İddiaçı2 İKF və Cavabdeh1 birgə kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən- "xxxx" MMC-nin iddiasının təmin edilməsi hissəsində ləğv edilib, həmin hissədə iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş ediblər. Azərbaycan Respu blikası Ali Məhkəməsi Mülki Kollegiyasının 11 sentyabr 2019-cu il tarixli qərarı ilə (hakimlər E.R.Vəliyeva sədrlik edən, məruzəçi, Q.A.Əsgərov və S.F.Hacıyev) kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 mart 2019-cu il tarixli qətnaməsi ləğv edilib, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılıb. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 10 iyul 2017-ci il tarixli və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 sentyabr 2018-ci il tarixli qətnamələri ilə mübahisə predmeti olan avadanlığın İddiaçı2 İKF tərəfindən alınması, Cavabdeh2 şifahi tapşırıq müqaviləsinə əsasən həmin avadanlıqları alaraq ölkəyə gətirməsini öhdəsinə götürməsi və buna görə d ə Cavabdeh2 1.353.547 ABŞ dolları pul ödənilməsinin müəyyən edilməsinə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi həmin qətnamələrin mövcudluğunu qəbul edərək, onların qanuni qüvvəsini almadığına istinad etməklə həmin qətnamələrin hazırki iş üzrə preyudisiyal əhəmiyyətə malik olmamasına, əksinə işin araşdırılması zamanı "xxxx" MMC ilə İddiaçı2 İKF arasında 01 noyabr 2011-ci il və 26 dekabr 2012-ci il tarixli müqavilələrin bağlanmadığı, həmçinin hər hansı müqavilə münasibətlərinin olmadığı, habelə İddiaçı2 İKF-dan "xxxx" MMC-nin hesabına heç vaxt pul vəsaitinin daxil olmadığı qənaətinə gəlib. Lakin, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verməyib və apellyasiya baxışı zamanı mübahisə ilə əlaqədar digər məhkəmələrin qətnamələrinin olduğunu bildiyi halda, onların qanuni qüvvəsini almasını gözləmək üçün öz təşəbbüsü ilə Mülki Prosessual Məcəllənin 254-cü maddəsinin tələblərinə uyğun olaraq hazırki mülki işin icraatının dayandırılmasının zəruriliyini müzakirə etməmiş və həmin məhkəmə aktları ilə müəyyən edilmiş hallara zidd olaraq eyni iş üzrə digər nəticələrə gəlməklə qeyri müəyyənlik yaratmışdır. Bundan əlavə, hazırki mübahisənin "xxxx" MMC ilə İddiaçı2 İKF arasında “KjAr 2-1” havaayrıcı qurğusunun və onun tərkib hissəsi olan avadanlıqların qaytarılması ilə bağlı yaranmaqla sabibkarlıq fəaliyyətindən irəli gəlməsinə diqqət yetirməyib və mübahisənin məhkəmə aidiyyətinin düzgün müəyyən edilməməsinə hüquqi qiymət verməyib. Kassasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 157.2. 157.8, 165.1-ci maddələr inin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 fevral 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər V.T.Həsənov sədrlik edən, məruzəçi, Ş.Vəkil2 və X.Ə.Sarıyev) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 11 yanvar 2018-ci il tarixli qətnaməsi qismən- "xxxx" MMC-nin iddiasının təmin olunması hissəsində ləğv edilib və "xxxx" MMC-nin İddiaçı2 İKF-na və Cavabdeh1 qarşı “KjAr 2-1” havaayrıcı qurğusunun və qurğunun tərkib hissəsi olan digər avadanlıqların onların qanunsuz sahibliyindən alınıb ona qaytarılması və xüsusi qərardad çıxarılması” barədə iddiası rədd edilib. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunl a əsaslandırıb ki, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 10 iyul 2017-ci il tarixli və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 sentyabr 2018-ci il tarixli qətnamələri ilə mübahisə predmeti olan avadanlıqların İddiaçı2 İKF tərəfindən alınması, Cavabdeh2 şifahi tapşırıq müqaviləsinə əsasən avadanlığın alınaraq ölkəyə gətirilməsini öhdəsinə götürməsi və buna görə də Cavabdeh2 1.353.547 ABŞ dolları ödənilməsinin müəyyən edilməsinə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi həmin qətnamələrin mövcudluğunu qəbul edərək, onların qanuni qüvvəsini almadığına istinad etməklə həmin qətnamələrin hazırki mülki iş üzrə preyudisiyal əhəmiyyətə malik olmamasına, əksinə hazırki işin araşdırılması zamanı "xxxx" MMC ilə İddiaçı2 İKF arasında 01 noyabr 2011-ci il və 26 dekabr 2012-ci il tarixl i müqavilələrin bağlanmadığı, həmçinin hər hansı müqavilə münasibətlərinin olmadığı, habelə İddiaçı2 İKF-dan "xxxx" MMC-nin hesabına heç vaxt pul vəsaitinin daxil olmadığı qənaətinə gəlib. Birinci instansiya məhkəməsi mübahisəli məsələ ilə bağlı digər məhkəmə aktları ilə müəyyən edilmiş hallara zidd olaraq eyni iş üzrə başqa bir nəticəyə gəlməklə qeyri-müəyyənlik yaradıb. Halbuki, Ali Məhkəmənin Mülki Kollegiyasının 19 iyun 2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Sözügedən məhkəmə aktları ilə müəyyən olunur ki, "xxxx" MMC-nin iddiası ilə tələb olunan əmlaklar İddiaçı2 İKF-ya məxsusdur və əmlakın dəyəri tam şəkildə onun tərəfindən ödənilib. Hətta həmin məhkəmə aktları ilə Cavabdeh2 İdd iaçı2 İKF-nın xeyrinə pul tutulub. Bu faktlar isə özlüyündə əmlakların İddiaçı2 İKF-ya məxsus olmasını təsdiq edir. Birinci instansiya məhkəməsi İddiaçı2 İKF-nın mülkiyyətini təşkil edən əmlakları hüququ olmayan "xxxx" MMC-yə qaytarmaqla onun mülkiyyət hüququnu pozub. Bundan əlavə, ilk iddia tələbi sahibkarlıq fəaliyyəti həyata keçirməyən fiziki şəxs tərəfindən irəli sürülüb və sonradan "xxxx" MMC-nin üçüncü şəxs qismində müstəqil tələb irəli sürməsi məhkəmə aidiyyətinin dəyişdirilməsi üçün əsas sayıla bilməz. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin və digər prosessual normaların tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində ikinci icraat "xxxx" MMC kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası mə hkəməsinin qətnaməsinin ləğv edilib, iddiasının təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarı ilə (hakimlər G.A.Quliyev sədrlik edən, məruzəçi, Ə.Ə.Əliyev və Z.Ə.Əliyev) kassasiya şikayəti təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 fevral 2020-ci il tarixli qətnaməsi ləğv edilib, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılıb. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, mübahisə predmeti olan “KjAr 2-1” havaayrıcı qurğusu ( 1 saylı əlavədə göstərilən əmlaklar) və qurğunun tərkib hissəsi olan digər avadanlıqlar Rusiya Federasiyası, Voljski azot-oksgen zavodu ilə "xxxx" MMC arasında bağlan mış 24 iyun 2008-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən sonuncu tərəfindən satın alınıb. Həmçinin, müəyyən edilmişdir ki, sözügedən avadanlıqlar hazırda İddiaçı2 İKF-nın sahibliyindədir və bunun üçün hər hansı qanuni əsası yoxdur. Bundan əlavə, Cavabdeh2 şikayətinə əsasən Konstitusiya Məhkəməsinin Plenumunun 14 iyul 2020-ci il tarixli qərarı ilə İddiaçı2 İKF-nın Cavabdeh2 qarşı “əmlakın geri qaytarlması, icarə haqqının və vurulmuş ziyanın ödənilməsi” iddiasına dair mülki iş üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının 19 iyun 2019-cu il tarixli qərarı qüvvədən düşmüş hesab edilmiş və mülki iş yenidən baxılması üçün qaytarılmışdır. Belə olan halda işə apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutlar əsasında mahiyyəti üzrə baxılmadığından və iş üzrə gəldiyi nəticənin yeganə əsası ol an sözügedən qətnamə artıq ləğv edildiyindən, kassasiya şikayəti təmin edilərək, qətnamə ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Kassasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinin, Mülki Məcəllənin 157.2-ci maddəsinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Apellyasiya instansiyası məhkəməsində üçüncü icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 sentyabr 2021-ci il tarixli qərardadı ilə İddiaçı1 Cavabdeh1 qarşı “avadanlıqların dəyərinin ödənilməsi; "xxxx" MMCnin Cavabdeh1 və İddiaçı2 İKF-ya qarşı “avadanlıqların qanunsuz sahiblikdən geri alınması” iddialarına dair 2(103)-3208/2021 saylı mülki iş, habelə İddiaçı2 İKF-nın Cavabdeh2 qarşı “əmlakın geri qaytarılması, zərərin və icarə haqqının ödənilməsi” iddiasına dair 2(103)-6831/2021-saylı mülki işlə bir icraatda birləşdirilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Ə.Mehdiyev sədrlik edən, məruzəçi, N.Ş.Cəfərov və E.C.Kazımov) Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 10 iyul 2017-ci il tarixli qətnaməsi ləğv edilib, ilk və qarşılıqlı iddia ərizələri əsassız olduğundan rədd edilib, İddiaçı2 İKF-nın həmin qətnamədən verdiyi apellyasiya şikayəti təmin edilmədən saxlanılıb, həmçinin qətnamə ilə iş üzrə Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 11 yanvar 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni "xxxx" MMC-nin iddia ərizəsinin təmin olunan hissəsində dəyişdirilmədən, İddiaçı2 İKF-nın və Cavabdeh1 birgə verdikləri apellyasiya şikayəti isə təmin edilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, mübahisə predmeti olan “KjAr 2-1” havaayırıcı qurğusu avadanlığının İddiaçı2 İKF-da olmasının "xxxx" MMC tərəfindən sübut edilməsinə ehtiyac yoxdur. Belə ki, tərəflər “Kjar 2-1” havaayırıcı qurğusu və onun tərkib hissələri olan digər avadanlıqların Rusiya Federasiyası, Voljsk şəhərindən alınaraq Bakı şəhərinə gətirildiyini və Cavabdeh1 təsisçisi və direktoru olduğu İddiaçı2 İKF-nın istifadəsində olan ərazidə yerləşdirildiyini mübahisələndirmirlər. Həmçinin, işin qeyd edilən faktiki halı mülki iş materialları ilə təsdiq olunur. Hazırki mübahisənin obyektiv həlli üç ün ilk növbədə mübahisə predmeti olan avadanlığın kimə məxsus olduğu aydınlaşdırılmalıdır. Belə ki, tərəflər arasındakı anlaşmazlıq da məhz qeyd edilən xüsusatla bağlıdır. "xxxx" MMC-nin qanuni təmsilçisi Cavabdeh2 mübahisə predmeti olan “KjAr-2-1” havaayırıcı qurğusu avadanlığının məhz "xxxx" MMC tərəfindən Rusiya Federasiyasından satın alınaraq ölkəyə gətirildiyini iddia etsə də, İddiaçı2 İKF və Cavabdeh1 mövqelərini "xxxx" MMC ilə İddiaçı2 İKF arasında həmin avadanlığın alqı-satqısına dair 01 noyabr 2011 -ci tarixli müqavilənin bağlanması, Cavabdeh2 aralarındakı şifahi tapşırıq müqaviləsinə əsasən həmin müqavilənin bağlanmasında və həmçinin avadanlığın ölkəyə gətirilməsində vasitəçilik etməsi ilə əsaslandırmışlar. Hazırki işin müəyyən olunan halları baxımından "xxxx" MMC ilə İddiaçı2 İK F arasında sözügedən avadanlığın alqı-satqısına dair 01 noyabr 2011-ci tarixli müqavilənin bağlandığı qənaətinə gəlmək mümkün deyil. Çünki, Rusiya Federasiyasında fəaliyyət göstərən "xxxx" MMC-nin mülki iş materiallarına əlavə edilmiş 22 sentyabr 2017ci il tarixli arayışında "xxxx" MMC ilə X arasında 01 noyabr 2011 -ci il və 26 dekabr 2012-ci il tarixli müqavilələrin bağlanmadığı, həmçinin hər hansı digər müqavilə münasibətlərinin olmadığı, X-dan "xxxx" MMC-nin hesabına heç vaxt pul vəsaitlərinin daxil olmadığı göstərilib, o cümlədən "xxxx" MMC-nin X-nın direktoru Cavabdeh1 14 oktyabr 2014-cü il tarixli məktub vermədiyi xüsusi olaraq qeyd edilib. İşin qeyd edilən hallarını "xxxx" MMCnin birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş qanuni təmsilçisi X da bir daha təsdiq edərək göstərmişdir ki, X İKF-nın direktoru Cavabdeh1 14 oktyabr 2014-cü il tarixdə güya onun tərəfindən ünvanlandığı bildirilən məktubu imzalamayıb və bu məktubu onun adından kimsə saxtalaşdırıb. Mülki iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi məhz qeyd edilən xüsusatlarla əlaqədar 11 yanvar 2018-ci il tarixli xüsusi qərardad çıxarıb və xüsusi qərardad üzrə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb və Cinayət Məcəlləsinin 178.3.2 və 320.1-ci maddələri ilə 07 may 2018ci il tarixdə cinayət işi başlanılıb, cinayət işi üzrə ibtidai istintaqın aparılması Baş İdarənin İstintaq İdarəsinə həvalə edilib. Hətta "xxxx" MMC ilə İddiaçı2 İKF arasında bağlanmış müqavilələrin saxtalaşdırılmadığı qəbul edilsə belə, fərqli nəticəyə gəlmək mümkün deyil. Belə ki, mübahisə pr edmeti olan “KjAr-2-1” havaayırıcı qurğusu avadanlığının "xxxx" MMC-yə deyil, "xxxx" ASC-yə məxsus olduğu, digər tərəfdən "xxxx" MMC-nin mülki dövriyyədə bir qayda olaraq yük daşınması münasibətlərinin iştirakçısı kimi daşıyıcı-yük göndərən qismində çıxış etdiyi müəyyən edilmişdir. Bu qənaətə gələrkən həmçinin nəzərə alınmalıdır ki, İddiaçı2 İKF ilə "xxxx" MMC (və ya Cavabdeh1la Cavabdeh2) arasında sözügedən alqı-satqıya dair müqavilənin bağlandığı və ən əsası İddiaçı2 İKF tərəfindən həmin avadanlığa görə "xxxx" MMC-nin hesabına hər hansı ödəniş edildiyi ümumiyyətlə müəyyən olunmayıb. Əksinə, mülki iş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin 28 dekabr 2017-ci il tarixli arayışında "xxxx" MMC-nin hesabına 01 yanvar 2009-cu ildən 27 dekabr 2017-ci il tarixədək heç bir təşkilatdan və fizik i şəxsdən vəsait daxil olmayıb. Həmçinin nəzərə alınmalıdır ki, Cavabdeh1 birinci instansiya məhkəməsində avadanlığa görə pulu Cavabdeh2 əvəzinə onun borclu olduğu şəxslərə (kreditorlarına) ödədiyini göstərsə də, buna dair məhkəməyə hər hansı sübut təqdim etməyib. Yuxarıda göstərilənlərə əsasən, Bakı Şəhəri, Nizami Rayon Məhkəməsinin 10 iyul 2017-ci il tarixli qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməli, ilk və qarşılıqlı iddia ərizələri rədd edilməli, habelə tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəldiyindən iş üzrə Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin 11 yanvar 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən h issədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyni Mülki Məcəllənin 157.2, 157.8, 165.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində üçüncü icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı2 İKF və Cavabdeh1 birgə kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən- İddiaçı2 İKF-nın iddiasının təmin edilməyən, habelə "xxxx" MMC-nın iddiasının təmin olunan hissələrində ləğv edilib, İddiaçı2 İKF-nın iddiasının təmin, "xxxx" MMC iddiasının rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş ediblər. Kassasiya şikayəti onunla əsaslandırıl ıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və İddiaçı2 İKF-nın iddiasını rədd, "xxxx" MMC-nin iddiasını təmin etməklə səhv nəticəyə gəlib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri "xxxx" MMC-nin qanuni təmsilçisi Cavabdeh2 kassasiya şikayətinə dair etiraz ərizəsi verərək, kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı2 İKF-nın qanuni təmsilçisi Cavabdeh1, nümayəndəsi və vəkili Vəkil4 kassasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. Cavabdeh2 və "xxxx" MMC-nin nümayəndəsi və vəkili Namiq Hacıyev məhkəmə iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatlarında iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən, kassasiya şikayətinin təmin edilmədən saxlanılmasını xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 157.8-ci maddəsində göstərilir ki, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur; 158.1.2-ci maddəsinə görə, mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır; 158.2-ci maddəsinə əsasən, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər; 158.4-cü maddəsində göstərilir ki, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bi r sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 407.2-ci maddəsinə görə, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; 416.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Mülki Prsessual qanunverciliyə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəm əsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İddiaçı2 İKF və Cavabdeh1 birgə verdikləri kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən- İddiaçı2 İKF-nın iddiasının rədd olunması, "xxxx" MMC-nin iddiasının təmin edilməsi hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissələrdə yoxlanılmalıdır. Kassasiya instansiyası mə hkəməsinin hüquqi mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı2 İKF və Cavabdeh1 birgə verdikləri kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozuduğunu, İddiaçı2 İKF-nın iddiasının təmin, "xxxx" MMC-nin iddiasının rədd edilməsi üçün əsasların olduğunu göstərsələr də, kassasiya instansiyası məhkəməsi onların bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, Rusiya Federasiyası, "xxxx" ASC tərəfindən "xxxx" MMC-nin qanuni təmsilçisi Cavabdeh2 adına 13 fevral 2008-ci il tarixli kommersiya təklifi göndərilərək, azotoksigen istehsalı üçün nəzərdə tutulan KjAr 2-1 qurğusunun hərracında iştirak etməsi təklif edilib. Satıcı-"xxxx" ASC ilə alıcı- "xxxx" MMC arasında 24 iyun 2008-ci il tarixli alqı-satqı müqaviləsi və həmin müqavilə üzrə 25 iyun 2009-cu il tarixli əlavə razılaşma bağlanıb və müqaviləyə əsasən alıcı-"xxxx" MMC KjAr 2-1 havaayırıcı qurğusunu qəbul edərək ümumi dəyəri 16.917.600 rubl olan pul vəsaitini ödəməyi, satıcı- "xxxx" ASC isə malın ümumi dəyərini 100 fai z ödədikdən sonra KjAr 2-1 havaayrıcı qurğusunu demontaj işlərinin aparılması üçün alıcı-"xxxx" MMC-yə təqdim etməyi öhdəsinə götürüb. Müqavilənin 1 saylı əlavəsinə görə, KjAr-2-1 havaayırıcı qurğusu avadanlığının ümumi dəyəri 16.917.600 rubl olmaqla - 1) KjAr 2-1 havaayırıcı qurğusundan (9.469.000 rubl); 2) 6BM-16 140/200 porşenli hava kompressorundan (5.725.600 rubl); 3) 2 ədəd soyuducu maşın MTK-280dən (hər biri 282.000 rubl olmaqla cəmi, 564.000 rubl); 4) 3 ədəd soyuducu maşın MTK80-dən (hər biri 147.000 olmaqla cəmi, 441.000 rubl); 5) 3 ədəd KK 3411.000 Pn istilik dəyişənindən (hər biri 168.000 olmaqla cəmi, 504.000 rubl) və 6) KK 0951 00 000 nC seolitlərdə kompleks təmizləmə blokundan (214.000 rubl) ibarətdir. Həmçinin, apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, "xxxx" M MC-nin qanuni təmsilçisi Cavabdeh2 KjAr 2-1 havaayırıcı qurğusunu Azərbaycan Respublikasına gətirə bilmədiyi üçün "xxxx" ASC ilə əmlakın saxlanılmasına dair 11 iyul 2011-ci il tarixli müqavilə bağlayıb və müqaviləyə görə KjAr 2-1 havaayırıcı qurğusunu (KjAr 2-1 hava ayırıcı qurğusu; 6BM-16 140/200 porşenli hava kompressoru; 2 ədəd soyuducu maşın MTK-280; 3 ədəd soyuducu maşın MTK-80; 3 ədəd KK 3411.000 Pn istilik dəyişəni və KK 0951 00 000 nC seolitlərdə kompleks təmizləmə bloku) "xxxx" ASC-nin nəqliyyat sexinin ərazisinin 200 kv.metr hissəsində 01 sentyabr 2011-ci il tarixədək saxlanılması və bunun əvəzində 9.999.32 rubl ödənişin həyata keçirilməsi razılaşdırılıb. İşin müəyyən olunmuş halı həmçinin ondan ibarətdir ki, göndərən-"xxxx" MMC ilə alıcı-"xxxx" MMC arasında bağlanmış 15 mart 2 012-ci il tarixli müqaviləyə əsasən göndərən-"xxxx" MMC bir dəst KjAr-2-1 havaayırıcı qurğusunu və KK 095100 000 seolitlərdə kompleks təmizləmə blokunu alıcı-"xxxx" MMC-nin tapşırığı ilə təyinat məntəqəsinə- yəni İddiaçı2 İKF-ya göndərməyi və yükü alıcı "xxxx" MMC-yə verməyi, sonuncu isə yükün daşınması üçün bu müqavilə ilə müəyyən edilmiş 100.000 ABŞ dollarını ödəməyi öhdəsinə götürüb. İşin müəyyən olunmuş digər halına görə, göndərən-"xxxx" MMC-nin direktoru Maqomed Maqomedovla alıcı-"xxxx" MMC-nin direktoru Cavabdeh2 arasında 2011-ci ilin oktyabr ayında bağlanmış müqaviləyə əsasən göndərən "xxxx" MMC bir dəst yükü“6BM16-140/200 porşenli hava kompressoru”nu alıcı-"xxxx" MMC-nin tapşırığı ilə İddiaçı1 göndərməyi və yükü alıcı-"xxxx" MMC-yə verməyi, sonuncu isə yükün daşınması üçün bu müqav ilə ilə müəyyən edilmiş ödənişi ödəməyi öhdəsinə götürüb. İşdən eyni zamanda görünür ki, 6BM16-140/200 porşenli hava kompressoru məhz İddiaçı1 adına göndərilib və sonuncu Bakı Gömrük İdarəsinə ünvanladığı ərizəsində hava kompressorunun hissələrinin olduğu yükün onun ünvanına səhvən gəldiyini və bu səbəbdən də yükün İddiaçı2 İKF-nın adına rəsmiləşdirilməsinə etiraz etmədiyini bildirib. Bundan sonra, Cavabdeh2 X-nın direktoru Cavabdeh1 ünvanladığı və "xxxx" MMC-nin möhürü ilə təsdiqlənmiş 19 mart 2012-ci il tarixli məktubunda "xxxx" ASC ilə bağladığı müqaviləyə əsasən Rusiya Federasiyasından gətiriləcək ona məxsus “Kjar 2-1” havaayrıcı qurğusunun və həmin qurğunun tərkib hissələri olan digər avadanlıqların Bakı şəhərində İddiaçı2 İKF-nın ərazisində müvəqqəti saxlanılmasına icazə və razılıq v erilməsini, 07 aprel 2015-ci il tarixli xəbərdarlıq məktubunda isə həmin avadanlıqların qeyri-qanuni olaraq quraşdırılması və istifadəsi məqsədi ilə görülən hərəkətlərin dayandırılmasını sonuncudan xahiş edib. Habelə, Bakı şəhəri, Nizami rayon prokurorluğunun “Cinayət işi üzrə icraata xitam verilməsi haqqında” 09 oktyabr 2012-ci il tarixli qərarından görünür ki, ki, Rusiya Federasiyasının "xxxx" ASC tərəfindən "xxxx" MMC-nin qanuni təmsilçisi Cavabdeh2 adına 13 fevral 2008-ci il tarixli kommersiya təklifi göndərilərək azot-oksigen istehsalı üçün nəzərdə tutulmuş KjAr 2-1 qurğusunun hərracında iştirak etməsi təklif edilib və o, hərracda iştirak etmək hüququ əldə etdikdən sonra "xxxx" ASC ilə "xxxx" MMC arasında 24 iyun 2008-ci il tarixli alqı-satqı müqaviləsi bağlanıb və həmin müqaviləyə əs asən sonuncu Zavodun hesabına 16.917.600 rubl pul köçürərək, həmin qurğunu satın alıb. Lakin, demontaj edlərək, yəni sökülərək Azərbaycan Respublikasına gətirilməsi mümkün olmadığı üçün tərəflər arasında “avadanlığın saxlanılması barədə” 11 iyul 2011-ci il tarixli müqavilə bağlanıb və qurğu Zavodun ambarında saxlanılıb. Sözügedən avadanlığın "xxxx" MMC tərəfindən satın alınması həmin avadanlığın Cavabdeh2 tərəfindən qəbul olunmasına dair 24 iyun 2008-ci il tarixli aktla da təsdiq olunur. İstintaq orqanının həmin Qərarı ilə həmçinin müəyyən olunmuşdur ki, Cavabdeh2 maddi durumu ilə əlaqədar olaraq həmin avadanlıqları Azərbaycan Respublikasına gətirə bilmədiyi üçün müxtəlif şəxslərlə avadanlığın ölkəyə gətirilməsi və birlikdə işlədilməsi ilə bağlı danışıqlar aparıb və müəyyən razılaşmalar əl də etsə də, nəticədə avadanlığın gətirilməsi mümkün olmayıb və bəzi hallarda cinayət xarakterli faktlarla bağlı müəyyən araşdırmalar aparılaraq istintaq orqanı tərəfindən müvafiq qərarlar qəbul edilib. Apellyasiya instansiyası məhkəməsi İddiaçı2 İKF iddia tələbləri ilə razılaşmayıb, "xxxx" MMC-nin iddia tələblərini əsaslı sayıb haqlı olaraq qeyd etmişdir ki, ilk və qarşılıqlı iddia ərizələrinin qanuni əsasını Mülki Məcəllənin 157.2, 157.8 və 165.1 -ci maddələrinin tələbləri təşkil edir. Həmin maddələrin mənasına görə, mülkiyyətçi və ya qanuni sahib özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur; sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Göründüyü kimi, istər İddiaçı2 İKF-nin, istərsə də "xxxx" MMC-nin iddia tələblərinin təmin edilməsi üçün sözügedən maddələrin özündə sadalanmış üç dispozisiya şərtinin eyni vaxtda mövcud olması tələb olunur: birincisi, iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyanın mülkiyyətçisi (yaxud qanuni sahibi) olduğunu sübut etməlidir; ikincisi, iddiaçı tələb edilən anda əşyanın cavabdehin faktiki sahibliyində olduğunu sübut etməlidir; üçüncüsü, cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Əvvəla, İddiaçı2 İKF-nın tələb etdiyi 4 ədəd kriogen qazlaşdırma qurğusunu Cavabdeh2 verməsi, sonuncunun hər hansı məqsədlə İddiaçı2 İKF-dan və ya Cavabdeh1 sözügedən qurğuları alması, bunun hər hansı təhvil-təslim aktla rı ilə təsdiq olunması və ya həmin qurğalara dair onlar arasında yazılı və ya şifahi formada icarə müqaviləsinin bağlanması mülki iş materialları ilə müəyyən olunmur və İddiaçı2 İKF tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir mötəbər yazılı sübut təqdim etməyib. Halbuki, Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 324.6-cı maddəsinə əsasən, əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. Eləcə də həmin Məcəllənin 329.3-cü maddəsində göstərilir ki, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olsun. Sadalanan maddələrin tələbl ərinə görə, İddiaçı2 İKF-nın Cavabdeh2 qarşı “QXK3/1.6 200 M” tipli 4 ədəd kriogen qazlaşdırma qurğusu və həmin qurğulara görə hesabladığı 132.350 ABŞ dolları icarə haqqı tələbi o, vaxt təmin edilə bilər ki, onlar arasında yazılı və ya şifahi formada müqavilə bağlanmış olsun. Hazırki halda tərəflər arasında bilə bir müqavilə yoxur, əksinə İddiaçı2 İKF-nın iddia tələbindən görünür ki, onun iddia etdiyi icarə münasibətləri uzunmüddətli olmaqla, özündə geniş məlumatları əks etdirdiyindən, həmin münasibətləri tənzimləyəcək müqavilənin şifahi qaydada bağlanması nə zahiri ifadəyə, nə də başqa hallara görə tərəflərin iradə ifadələrinin həqiqi məzmumunu dəqiq müəyyənləşdirməyə imkan vermir. Həmçinin, İddiaçı2 İKF-nın iddia etdiyi əqdi Cavabdeh2 bağlamaq iradəsi açıq-aşkar sonuncunun rəftarından mə lum olmur və ümumiyyətlə onun bu barədə hər hansı etirafı yoxdur. Belə olan halda İddiaçı2 İKF-nın Cavabdeh2lə şifahi formada bağladığını iddia etdiyi əqd bağlanmış sayıla bilməz və tərəflər arasında sözügedən qurğulara dair şifahi formada icarə müqaviləsinin bağlanması və onlar arasında icarə münasibətlərinin olması anlamına gəlməyə əsas vermir və bu fakt inandırıcı, ağlabatan görünmür. Digər tərəfdən, “İcarə haqqında” Qanunun 1-ci maddəsinə əsasən icarə- əmlaka, torpağa və digər təbii ehtiyatlara müqavilə əsasında, əvəzi ödənilməklə müddətli sahib olmaq və bunlardan istifadə etməkdir. Həmin Qanunun 7-ci maddəsinin 1-ci bəndində göstərilir ki, icarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir. Eləcə də Mülki Məcəllənin 329.1-ci maddəsində göstərilir ki, əgər qanunla başqa hal müəyyən edilməmişsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanmış əqd etibarsızdır. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi İddiaçı2 İKF-nın iddia tələblərini rədd etməklə düzgün nəticəyə gəlib və onun “QXK-3/1.6 200 M” tipli 4 ədəd kriogen qazlaşdırma qurğusunu ehtimal olunan müqavilə əsasında Cavabdeh2 icarəyə verməsi, sonuncunun əvəzi ödənilməklə həmin qurğulara sahib olması və bilavasitə onlardan istifadə etməsi mülki iş materialları ilə istisna edildiyindən, habelə onlar arasında istər yazılı, istərsə də şifahi formada icarə müqaviləsi bağlanmadığından, İddiaçı2 İKF-nın Cavabdeh2 qarşı iddia etdiyi əqd etibarlı sayıla bilməz. Daha sonra, İdd iaçı2 İKF ilk iddia tələbində mübahisəli avadanlıqları istifadə üçün quraşdırdığı zaman bəzi hissələrin çatmadığını, bunların 5 adda qazanalizator qurğulardan, qoruyucu klapanlardan, kipavtomatikaya aid qurğulardan (avtomatik idarəetmə qurğusundan), vintillərdən, maye qaz nasosundan ibarət olduğunu, havaayırıcı qurğusunun (kolonun) daxilində olan bütün birləşdirici mis boruların sındırılaraq götürüldüyünü və bu səbəbdən də həmin qurğulardan istifadə edə bilmədiyini və nəticədə ona 428.323 manat maddi ziyan dəydiyini iddia etsə də, tələbinin əsası kimi istinad etdiyi halları və bu məsələdə bilavasitə Cavabdeh2 təqsirini məhkəmə araşdırması zamanı sübuta yetirə bilməyib. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 21-ci maddəsi zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin hüquqi nəticələrini tənzimləyir. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüquq unu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəs i zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göründüyü kimi mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquqi məsuliyyətin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: birincisi, törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; ikincisi, törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; üçüncüsü, ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması. Hazırki halda bilavasitə Cavabdeh2 təqsiri üzündən İddiaçı2 İKF-ya 428.323 manat məbləğində maddi zərər dəyməsi mülki iş materialları ilə müəyyən olunmur və ona görə də İddiaçı2 İKF və Cav abdeh1 kassasiya şikayətində göstərdikləri dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi üçün əsas ola bilməz. "xxxx" MMC-nin iddia tələbləri ilə bağlı isə nəzərə alınmalıdır ki, qanunverici iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürüb. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Hazırki halda, "xxxx" MMC-nin üzərinə düşən sübutetmə yükü geri qaytarılmasını tələb etdiyi KjAr-2-1 havaayırıcı qurğusunun onun mülkiyyətində və ya qanuni sahibliyində olmasını, onun İddiaçı2 İKF-da saxlanılmasını və sonuncunun həmin əşyaya qanunsuz sahiblik etməsini sübut etməkdən ibarətdir. Bu zaman həm də nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə görə, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Sübutetmə yükünün bölüşdürülməsi qaydasına dair göstərilən yanaşma baxımından apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, mübahisə predmeti olan KjAr-2-1 havaayırıcı qurğusunun İddiaçı2 İKF-nın faktiki sahibliyində olmasının "xxxx" MMC tərəfindən sübut edilməsinə ehtiyac yoxdur. Belə ki, tərəflər “Kjar 2-1 havaayırıcı qurğusu və onun tərkib hissəsi olan digər avadanlıqların Rusiya Federasiyasının Voljsk şəhərindən alınaraq Azərbaycan Re spublikasına gətirildiyini və Cavabdeh1 direktoru olduğu İddiaçı2 İKF-nın istifadəsində olan ərazidə yerləşdirildiyini mübahisələndirmirlər, həmçinin işin qeyd edilən faktiki halı mülki iş materialları ilə təsdiq olunur. Çünki, İddiaçı2 İKF özü də ilk iddia ərizəsində etiraf edərək göstərmişdir ki, “təxminən 2011-ci ilin yay aylarında Cavabdeh2 İddiaçı2 İKF-nın direktoru Cavabdeh1 bildirib ki, Rusiya Federasiyası, Voljsk şəhərində istifadə olunmuş, 1991-ci il istehsalı olan havaayrıcı qurğu, kompressor və onların avadanlıqları vardır və sərfəli qiymətə satılır. Həmin vaxt bu avadanlıqlara ehtiyac olduğu üçün bu təklif ona maraqlı gəlib və o, Cavabdeh2 təklif edib ki, birlikdə gedib həmin qurğu və avadanlıqlara yerində baxsınlar. Cavabdeh2 bu təkliflə razılaşıb və 04 iyul 2011-ci il tarixdə hər ikisi Rusiya Federasiyası, Voljsk şəhərinə gedib həmin qurğu və avadanlıqlara yerində baxıblar. Satılması nəzərdə tutulan qurğu və avadanlıqlar onlara göndərilib, onların fotoşəkilləri çəkilib, video görüntüləri lentə alınıb. Qurğu və avadanlıqların alınmasına İddiaçı2 İKF razılaşdığı üçün avadanlığı satan "xxxx" MMC ilə İddiaçı2 İKF arasında Cavabdeh2 vasitəsilə 01 noyabr 2011-ci il və 26 dekabr 2012-ci il tarixli müqavilələr bağlanıb..."xxxx" MMC sözügedən müqavilələr üzrə avadanlıqları göndərib...” Eyni zamanda işdən görünür ki, müvəqqəti təminat tədbiri kimi Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 11 yanvar 2018-ci il tarixli qərardadı ilə "xxxx" MMC məxsus “KjAr 21” havaayrıcı qurğusu və qurğunun tərkib hissəsi olan digər avadanlıqların siyahıya alınmaqla, Cavabdeh1, X və başqa ş əxslər tərəfindən istifadəsi və gizlədilməsi qadağan edilib. Bundan sonra, həmin qərardadın icrası qaydasında 28 yanvar 2018-ci il tarixdə icra məmuru tərəfindən “icra üzrə icraata başlamaq haqqında” qərar qəbul edilib və icra işi üzrə tərəflərin iştirakı ilə 02 mart 2018-ci il tarixli akt tərtib edilib və həmin aktla “KjAr 2-1” havaayrıcı qurğusuna yerində baxış keçirilməklə, İddiaçı2 İKF-nın əməkdaşlarına həmin qurğudan istifadə etmələrinə qadağa qoyulub. Göründüyü kimi "xxxx" MMC-nin iddia etdiyi KjAr 2-1 havaayrıcı qurğusunun və onun tərkib hissəsi olan 1 saylı əlavədə göstərilən avadanlıqların İddiaçı2 İKF-nın faktiki sahibliyində olması, sonuncunun özünün iddia ərizəsi, habelə müvəqqəti təminat tədbiri kimi qəbul edilmiş qanuni qüvvədə olan sözügedən məhkəmə aktı ilə də istisna olunm ur. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorların kassasiya şikayətində "xxxx" MMC-nin mübahisə predmeti olan qurğu və avadanlıqların İddiaçı2 İKF-nın faktiki sahibliyində olduğunu sübuta yetirməməsi barədə dəlilini əsassız hesab edir və belə qənaətə gəlir ki, İddiaçı2 İKF-nın bilavasitə istehsal xəttində mübahisə predmeti olan avadanlıqların olmaması "xxxx" MMC-nin iddiasının rədd edilməsi üçün əsas ola bilməz. Daha sonra, kassatorlar kassasiya şikayətində sözügedən qurğu və avadanlıqların Rusiya Federasiyasının Voljsk şəhərində saxlanca verildikdən sonra, "xxxx" MMC tərəfindən bu qurğu və avadanlıqların Azərbaycan Respublikasına gətirilməsi və İddiaçı2 İKF-ya saxlanca verilməsi və ya satılması barədə işdə heç bir sənədin (müqavilə, invoys, gömrük bəyannaməsi, daşıma sənədlər inin) mövcud olmadığını göstərsələr də, kassasiya instansiyası məhkəməsi onların bu dəlilləri ilə də razılaşmır. Belə ki, əvvəla İddiaçı2 İKF öz iddia ərizəsində mübahisə predmeti olan qurğu və avadanlıqların mövcudluğunu, həmin qurğu və avadanlıqların onun faktiki sahibliyində olduğunu inkar etmir, sadəcə olaraq qurğu və avadanlıqları Cavabdeh2 vasitəsilə 01 noyabr 2011-ci il və 26 dekabr 2012-ci il tarixli müqavilələrə əsasən "xxxx" MMC-dən satın aldığını, bunun üçün Cavabdeh2 1.353.574 ABŞ dolları pul ödədiyini, lakin qurğu və avadanlıqlar Bakı şəhərində onlar tərəfindən gömrük xərcləri ödənilərək bəyan edildikdən sonra, istifadə üçün quraşdırıldığı zaman bəzi hissələrin çatışmadığını və nəticədə Cavabdeh2 təqsiri üzündən ona maddi ziyan dəydiyini göstərib, "xxxx" MMC-nin iddiasına et iraz edib. Halbuki işdə, sözügedən qurğu və avadanlıqların İddiaçı2 İKF-nın qanuni sahibliyində olmasını, Cavabdeh2 həmin qurğu və avadanlıqları məhz X üçün satın almasını və sonuncunun bunun müqabilində Cavabdeh2 1.353.574 ABŞ dolları pul ödəməsini özündə ehtiva edən heç bir mötəbər yazılı sübut yoxdur. Əksinə, "xxxx" MMC-nin qanuni təmsilçisi Cavabdeh2 mübahisə predmeti olan qurğu və avadanlıqları bilavasitə satıcı "xxxx" ASC ilə alıcı-"xxxx" MMC arasında bağlanmış 24 iyun 2008-ci il tarixli alqı-satqı müqaviləsinə və həmin müqavilə üzrə bağlanmış 25 iyun 2009-cu il tarixli əlavə razılaşmaya əsasən satın alıb ölkəyə gətirdiyini iddia etdiyi halda, İddiaçı2 İKF və Cavabdeh1 mövqelərini (göndərən) "xxxx" MMC ilə İddiaçı2 İKF arasında həmin qurğu və avadanlıqların alqı-satqısına dair 01 noy abr 2011-ci tarixli müqavilənin bağlanması, Cavabdeh2lə aralarında olan şifahi tapşırıq müqaviləsinə əsasən həmin müqavilənin bağlanmasında, qurğu və avadanlıqların ölkəyə gətirilməsində vasitəçilik etməsi ilə əsaslandırıb. Halbuki, hazırki işin müəyyən olunmuş halları baxımından "xxxx" MMC ilə İddiaçı2 İKF arasında sözügedən qurğu və avadanlıqların alqı-satqısına dair 01 noyabr 2011-ci tarixli müqavilənin bağlanması qənaətinə gəlmək mümkün deyil. Belə ki, Rusiya Federasiyasında fəaliyyət göstərən "xxxx" MMC-nin mülki iş materiallarına əlavə olunmuş 22 sentyabr 2017-ci il tarixli arayışında "xxxx" MMC ilə X arasında 01 noyabr 2011-ci il və 26 dekabr 2012-ci il tarixli müqavilələrin bağlanmadığı, həmçinin hər hansı digər müqavilə münasibətlərinin olmadığı, X-dan "xxxx" MMC-nin hesabına heç vaxt pul vəsaitlərinin daxil olmadığı göstərilib, habelə "xxxx" MMC-ninX direktoru Cavabdeh1 14 oktyabr 2014-cü il tarixli məktub vermədiyi xüsusi olaraq qeyd edilib. İşin qeyd edilən hallarını "xxxx" MMC-nin birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş qanuni təmsilçisi X bir daha təsdiq etmiş və izahatında göstərmişdir ki, X direktoru Cavabdeh1 14 oktyabr 2014-cü il tarixdə güya onun tərəfindən ünvanlandığı bildirilən məktubu imzalamayıb və bu məktubu onun adından kimsə saxtalaşdırıb. Mülki iş materiallarından həmçinin görünür ki, birinci instansiya məhkəməsi məhz qeyd edilən xüsusatlarla əlaqədar 11 yanvar 2018-ci il tarixli xüsusi qərardad çıxarmış və xüsusi qərardad üzrə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılmış və Cinayət Məcəlləsinin 178.3.2 və 320.1-ci maddələri ilə 07 may 2018-ci il tarixdə cinayət işi başlanmış və cinayət işi üzrə ibtidai istintaqın aparılması Baş İdarənin İstintaq İdarəsinə həvalə edilmişdir. Əksinə, mülki iş materiallarına əsasən, Rusiya Federasiyasının "xxxx" ASC tərəfindən "xxxx" MMC-nin qanuni təmsilçisi Cavabdeh2 mübahisə predmeti olan KjAr-2-1 havaayırıcı qurğusu avadanlığının hərracında iştirak etmək təklifinin edildiyi, həmin hərracda iştirak hüququ əldə etdikdən sonra tərəflər arasında 24 avqust 2008-ci il tarixli alqı-satqı müqaviləsinin bağlandığı və müqaviləyə əsasən "xxxx" MMC-nin həmin Zavodun hesabına 16.917.600 rubl pul vəsaiti köçürdüyü, lakin avadanlığın demontaj edilərək (sökülərək) Azərbaycan Respublikasına gətirilməsi mümkün olmadığı üçün tərəflər arasında əmlakın saxlanılmasına dair 11 iyul 2011-ci il tarixli müqavilə bağlanaraq qurğunun Zavodun ambarında saxlanıldığı və 15 mart 2012-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC-nin qanuni təmsilçisi Cavabdeh2 KjAr-2-1 havaayırıcı qurğusunun Azərbaycan Respublikasına gətirilməsi ilə bağlı "xxxx" MMC ilə razılıq əldə etdiyi, X-nın qanuni təmsilçisi Cavabdeh1 ünvanladığı 19 mart 2012-ci il tarixli məktubla həmin qurğu və onun tərkib hissəsi olan avadanlıqların İddiaçı2 İKF-nın ərazisində müvəqqəti saxlanılmasına icazə verilməsini xahiş etdiyi və hazırda da qurğu və avadanlıqların İddiaçı2 İKF-nın ərazisində saxlanıldığı müəyyən edilmişdir. Mübahisə predmeti olan KjAr2-1 havaayırıcı qurğusunun məhz "xxxx" MMC-nin qanuni təmsilçisi Cavabdeh2 tərəfindən hələ 24 iyun 2008-ci il tarixli alqı-satqı müqaviləsi üzrə satın aldığı Nizami rayon Prokurorluğunun icraatında olmuş ********* saylı cinayət iş üzrə qəbul edilmiş qərarla da öz təsbitini tapmışdır. Apellyasiya instansiyası məhkəməsi İddiaçı2 İKF-nın və Cavabdeh1 kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb haqlı olaraq qeyd etmişdir ki, "xxxx" MMC ilə İddiaçı2 İKF arasında bağlanmış müqavilələrin saxtalaşdırılmadığı qəbul edilsə belə, mübahisə üzrə fərqli nəticəyə gəlmək mümkün deyil. Belə ki, mübahisə predmeti olan KjAr-2-1 havaayırıcı qurğusu və onun avadanlıqlarının "xxxx" MMC-yə deyil, "xxxx" ASC-yə məxsus olduğu, digər tərəfdən "xxxx" MMC-nin mülki dövriyyədə bir qayda olaraq yük daşınma münasibətlərinin iştirakçısı kimi daşıyıcı-yük göndərən qismində çıxış etdiyi müəyyən edilmişdir. Bu qənaətə gələrkən apellyasi ya instansiyası məhkəməsi həmçinin nəzərə almışdır ki, İddiaçı2 İKF ilə "xxxx" MMC və ya Cavabdeh1 ilə Cavabdeh2 arasında sözügedən alqısatqıya dair müqavilənin bağlandığı və ən əsası İddiaçı2 İKF-nın həmin avadanlığa görə "xxxx" MMC-nin hesabına hər hansı ödəniş etməsi müəyyən edilməmişdir və işdə, bu barədə heç bir mühasibat sənədləri, kassa mədaxil-məxaric orderləri və sair yoxdur. Kassatorlar kassasiya şikayətində işin bu halını İddiaçı2 İKF ilə Cavabdeh2 arasında şifahi bağlanması ehtimal edilən tapşırıq müqaviləsi ilə əsaslandırmağa çalışsalarda kassasiya instansiyası məhkəməsi onların bu dəlilləri ilə də razılaşmır. Belə ki, əvvəla Mülki Prosessual Məcəllənin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli ol an işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Digər tərəfdən, Mülki Məcəllənin 777.1 və 777.2-ci maddələrinin mənasına görə, tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Lakin, tapşırıq müqaviləsi o, halda qüvvəyə minmiş sayılır ki, vəkalət alan tapşırığı qəbul etmiş olsun. Hazırki halda, sözügedən qurğu və avadanlıqların satın alınmasına dair İddiaçı2 İKF ilə Cavabdeh2 arasında istər yazılı, istərsə də şifahi formada tapşırıq müqaviləsinin bağlanması, sonuncunun həmin qurğu və avadanlıqları məhz İddiaçı2 İKF üçün "xxxx" ASC-dən satın alıb Azərbaycan Respublikasına gətirməsi, başqa sözlə bu tapşırığı həyata keçirməsi ilə bağlı üzərinə hər hansı öhdəlik götürməsi, həmin tapşırığın icrası üçün İddiaçı2 İKF və ya Cavabdeh1 tərəfindən "xxxx" MMC və ya Cavabdeh2 1.353.574 ABŞ dolları pul ödənilməsi mülki iş materialları ilə müəyyən olunmur. Əksinə, mülki iş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin 28 dekabr 2017-ci il tarixli maliyyə arayışına görə "xxxx" MMC-nin hesabına 01 yanvar 2009-cu ildən 27 dekabr 2017-ci il tarixədək heç bir təşkilat və fiziki şəxs tərəfindən hər hansı vəsait daxil olmamışdır. Həmçinin, nəzərə alınmalıdır ki, İddiaçı2 İKF-nın qanuni təmsilçisi Cavabdeh1 birinci instansiya məhkəməsində avadanlığa görə pulu Cavabdeh2 əvəzinə onun borclu olduğu şəxslərə (kreditorlarına) ödədiyini göstərsə də, buna dair hər hansı sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllən in 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Daha sonra, kassatorlar kassasiya şikayətində "xxxx" MMC-nin mübahisə predmeti olan qurğu və avadanlıqlara aidiyyətinin olmadığını göstərsələr də, kassasiya instansiyası məhkəməsi bununla da razılaşmır. Belə ki, 2-ci mülki iş üzrə icraat məhz İddiaçı1 iddia tələbi əsasında başlanıb, "xxxx" MMC isə İddiaçı2 İKF-ya və Cavabdeh1 qarşı müstəqil tələblər irəli sürməklə işə sonradan üçüncü şəxs qismində qoşulub. İddiaçı1 qaldırmış olduğu iddiasında “6BM-16-140/200” porşenli hava kompressorunun tərkib hissələri olan avadanlıqların və ya onların dəyəri olan 2.000.000 ABŞ dollarının Cavabdeh1 alınıb ona ödənilməsini xahiş etdiyi halda, "xxxx" MMC “KjAr 2-1” havaayrıcı qurğ u və avadanlıqların tərkib hissəsi olan digər avadanlıqların Cavabdeh1 və X qanunsuz sahibliyindən alınıb ona qaytarılmasını iddia etmişdir. Bununla belə, apellyasiya baxışı zamanı, "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış 24 iyun 2008-ci il tarixli alqı-satqı müqaviləsinin predmetinin ümumi dəyəri 16.917.600 rubl təşkil edən KjAr-2-1 hava ayırıcı qurğusu avadanlığı olduğu, 5.725.600 rubl qiymətlədirilmiş “6BM-16 140/200” porşenli hava kompressorunun onun tərkib hissəsi olduğu müəyyən edilmişdir. Bu isə o, deməkdir ki, "xxxx" MMC-nin iddiası üzrə mübahisə predmeti “6BM16-140/200” porşenli hava kompressorunun da daxil olduğu əsas əşya olan KjAr-2-1 havaayırıcı qurğusudur, həmin qurğu və avadanlıqların isə "xxxx" MMC-yə məxsus olmaqla, İddiaçı2 İKF-nın qanunsuz sahibliyində olması açıq -aşkar mülki iş materialları ilə istisna edilmir. Bundan başqa, kassasiya instansiyası məhkəməsi, mübahisə predmeti olan KjAr-2-1 havaayırıcı qurğusu avadanlığının 24 iyun 2008-ci il tarixli alqı-satqı müqaviləsi əsasında dəyəri ödənilməklə məhz "xxxx" MMC tərəfindən əldə edildiyi, başqa sözlə mübahisə predmeti olan həmin qurğu və avadanlığın sonuncuya məxsus olması ilə əlaqədar yuxarıda gəlinmiş olduğu qənaətin məntiqi davamı olaraq İddiaçı2 İKF-nın və Cavabdeh1 iddia müddətinin ötürülməsi barədə dəlillərini də əsassız hesab edir. Belə ki, "xxxx" MMC-nin İddiaçı2 İKF və Cavabdeh1 qarşı yönələn iddia tələbləri mülkiyyət hüququnun müdafiəsi ilə bağlıdır və o, həmin qurğu və avadanlıqların ona məxsus olduğunu əsas tutub, bilavasitə mülkiyyətçi kimi özgəsinin, yəni İddiaçı2 İKF-nın qanunsuz s ahibliyindən öz əmlakını geri tələb edir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, kassatorların kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb hesab edir ki, "xxxx" MMC-nin hazırki iddia tələbinə ümumiyyətlə iddia müddətinin tətbiq edilməsi yolverilməzdir və mübahisə tərəfi olan İddiaçı2 İKF-nın və Cavabdeh1 hazırki mülki mübahisəyə iddia müddətinin tətbiqi barədə ərazi vermələri də mübahisə predmeti olan qurğu və avadalıqların məhz "xxxx" MMC-yə məxsus olduğunu istisna etmir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, “Mülki Məcəllənin 384.0.4-cü maddəsi müqavilədən irəli gələn tələb etmək hüququnu deyil, əşya hüq uqları ilə bağlı halları tənzimləyir. Əşya hüquqları tam və məhdud əşya hüquqları olaraq iki əsas qrupa ayrılır: tam əşya hüququ- mülkiyyət hüququ; məhdud əşya hüquqları- servitut, uzufrukt, tikintiyə vərəsəlik, girov və ipoteka. Bu hüquqların xüsusiyyəti ondan ibarətdir ki, bu hüquqlardan istifadə edilməməsi onların aradan qalxmasına səbəb olmur və hər kəsə qarşı tələbin irəli sürülmə imkanı da hər hansı bir müddətlə məhdudlaşdırılmır. Əşya hüquqlarının iddia müddətinə tabe olmaması prinsipi hüququn hamılıqla qəbul edilən ümumi prinsiplərindən biridir və Konstitusiyanın 29-cu maddəsinin, 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin müddəalarının təmin edilməsinə xidmət edir. Mülki Məcəllənin 384.0.4-cü maddəsi mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür po zuntularının aradan qaldırılması haqqında tələblərə, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddətinin şamil edilmədiyini təsbit etmişdir”. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi sözügedən qurğu və avdanlıqların qanuni sahibi kimi "xxxx" MMC-nin həmin qurğu və avadanlıqlara münasibətdə hüququnun X və Cavabdeh1 tərəfindən pozulmasının aradan qaldırılması haqqında hazırki iddia tələbinə iddia müddətini şamil etməməklə düzgün nəticəyə gəlib və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə Mülki Məcəllənin 384.0.4-cü maddəsinin tələblərinə tam uyğundur. Həmin maddənin mənasına görə, mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldıralması haqqı nda tələblərinə, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. Göründüyü kimi, hazırki halda "xxxx" MMC-nin iddiasının təmin edilməsi üçün Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiyasında nəzərədə tutulan hər üç şərt mövcuddur. Ona görə də "xxxx" MMC-nin iddiasını təmin etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Həmçinin, X kassasiya şikayətində sözügedən qurğu və avadanlıqların ölkəyə gətirilməsi ilə bağlı yükün daşınması, gömürük, saxlanca qəbul edilməsi və başqa xərclərin çəkilməsinə dair dəlillərinə gəlincə isə nəzərə alınmalıdır ki, Mül ki Məcəllənin 21ci maddəsi hüququ pozulmuş şəxsə həm zərərin, həm də çəkdiyi xərclərin əvəzini tələb etmək hüququ verir və buraya həm faktiki itkilər, həm də əldən çıxmış fayda daxildir. Ona görə də X istinad edilən hallara dair zəruri sübutları təqdim etməklə ayrıca birinci instansiya məhkəməsində mübahisə aça və ona dəymiş zərərin, habelə çəkdiyi xərclərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir. Beləliklə, kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb hesab edir ki, İddiaçı2 İKF-nın və Cavabdeh1 birgə verdikləri kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin digər dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfi ndən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı2 X2 və Cavabdeh1 birgə verdikləri kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 oktyabr 2021-ci il tarixli, 2(103)-3208/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2408/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-2408/2022
13.09.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver