Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2409/2020 30.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X6 və X7 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, cavabdehin vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(006)-2673/2019, hakim R.Ə.Səmədov) İddiaçı Cavabdeh1 və ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi XXXna qarşı ipot eka müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair ilkin, Cavabdeh1 İddiaçı və ləğv prosesində olan “xxxx” ASC-yə qarşı kredit və ipoteka müqavilələrinin ləğv edilməsi tələbinə dair qarşılıqlı iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-13326/2019, hakimlər V.T.Həsənov, Ş.A.Məmmədova, X.Ə.Sarıyev) İddiaçı qızının apellyasiya şikayəti təmin edilməmiş, qətnamə İddiaçı qızına münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən ilkin iddia üzrə iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib iddiasının təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: xx xxxx 2019-cu il tarixdə Kərimova X2 Dilarə Sabirovna və ləğv prosesində olan “xxxx” ASC-nin ləğ vedicisi XXXna qarşı ipoteka müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2013-cü il və xx.xx.2013cü il tarixli ipoteka müqavilələrinin etibarsız hesab edilməsi və ipoteka ilə yüklü edilmiş əmlakın yüklülükdən azad edilməsini xahiş etmişdir. Eyni zamanda, Cavabdeh1 İddiaçı və ləğv prosesində plan "xxxx" ASC-nin ləğvedicisi XXXna qarşı ipoteka və kredit müqavilələrinin ləğv edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassator şikayətini onunla əsaslandırmışdır ki, ona məxsus bağ evinin ipoteka ilə yüklü edilməsindən ümumiyyətlə məlumatı olmamış, bu barədə nə onun, nə də ailə üzvlərinin razılığı alınmamışdır. Apellyasiya məhkəməsi isə sadalanan xüsusatlara düzgün hüquqi qiymət verməmiş, qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş kassator məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini əsassız hesab edəərk qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. “xxxx” ASC ilə İddiaçı (etibarnamə əsasında Cavabdeh1 tərəfindən) və Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsi, 140 a saylı bağ evi öhdəliklərin təminatı kimi “xxxx” ASC-yə ipoteka kimi təqdim edilmişdir. İş materiallarında olan “xxxx” ASC ilə İddiaçı və X3 qızı arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 639/04/013 nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Visnyovka-2 bağ sah əsi, 140A dsylı bağ evi öhdəliklərin təminatı kimi “xxxx” ASC-yə ipoteka kimi təqdim edilmişdir. İddiaçı qeyd edilən bank əməliyyatları barədə onun və ailə üzvlərinin heç bir məlumatı olmamasına və onların razılıqlarının alınmadığına istinad edərək, həmin müqavilələrin qanunsuz bağlandığından etibarsız hesab edilməsi barədə tələb irəli sürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 359.1-ci maddəsin ə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Həmin Məcəllənin 362.1-ci maddəsinə əsasən, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Həmin Məcəllənin 324.1-ci maddəsinə görə, əqd mülki hüquq münasibə tinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 339-cu maddəsi ilə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdlərin etibarsızlığının əsasları müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı iddiasının rədd edilməsi barədə birinci instansiya məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, borclunun kreditor qarşısında yaranan əsas öhdəliklərinin icrasını təmin edən ipoteka aksessor xarakter daşıyır. İpotekanın aksessor xarakteri ondan ibarətdir ki, ipoteka icra edilməyən və ya lazımınca icra edilməyən əsas öhdəliyin icrasını təmin etmək məqsədi ilə borclunun öhdəliyinə əlavə kimi çıxış edir. İddiaçı heç kəsin təzyiqi olmadan, könüllü şəkildə Cavabdeh1 Bankda və digər orqanlarda onu təmsil etmək, onun əvəzindən imza etmək və digər səlahiyyətlərini həyata keçirmək üçün etibarnamə vermişdir. Cavabdeh1 ona verilmiş bu səlahiyyətdən istifadə edərək iddiaçının adından ipoteka müqaviləsi bağlamışdır. Eyni zamanda, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsini İddiaçı şəxsən özü imzalamışdır. Bu da onu göstərir ki, ilkin iddia üzrə iddiaçının iddia etdiyi kimi hər iki ipoteka müqaviləsi etibarnamə əsasında Cavabdeh1 tərəfindən deyil, yalnız biri etibarnamə verdiyi Cavabdeh1 tərəfindən imzalanmışdır. Həmçinin, İddiaçı şəxsən imzaladığı ipoteka müqaviləsi digər ipoteka müqaviləsindən 5 ay (xx.xx.2013-xx.xx.2013) sonra və daha böyük məbləğli kreditlə bağlı bağlanmışdır. Bu halda belə nəticəyə gəlmək olar ki, o, xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsindən məlumatlı idi. Digər tərəfdən, Cavabdeh1 ona Bankda və digər orqanlarda İddiaçı təmsil etmək, onun adından imza etmək hüququ da daxil olmaqla etibarnamə verildiyindən ipoteka müqaviləsini İddiaçı adından imzalamaqda səlahiyyətli olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsi ilə etibarsız əqdlər üzrə müddətlər müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Həmin maddənin məzmunundan göründüyü kimi, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Bu isə onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü kimi qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. Həmin müddətlər iddia müddəti kimi nəzərdə tutulmamış və iddia müddəti kimi nəzərdə tutulmadığından həmin müddətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi ilə müəyyən edilmiş mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında deyil, məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq edilməlidir. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə gəl diyi nəticə ilə razılaşaraq hesab etmişdir ki, İddiaçı ipoteka müqaviləsinin etibarsız hesab olunmasına əsas kimi göstərdiyi hallar (etibarnamənin başqa məqsədlə verilməsi və s.) işə məhkəmədə baxılarkən öz təsdiqini tapmadığından ilkin iddianın təmin olunması üçün əsas kimi qəbul oluna bilməz. Bununla bərabər, sonrakı ipoteka müqaviləsi ilkin iddiaçı tərəfindən imzalanmışdır və bu isə ilkin iddiaçı ilə sonrakı ipoteka müqaviləsi bağlanarkən artıq ilkin ipoteka müqaviləsinin bağlandığının ona məlum olmasını təsdiq edir. İddiaçı etibarnamə verilərkən və müqavilə bağlanarkən aldadıldığını göstərmiş olsa da, bununla bağlı hər hansı sübuta istinad etmir. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, maddi və prosessual hüq uq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2409/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2409/2020
30.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver