Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-465/2024 24.01.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X8 (məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdehlər Quba Rayon İcra və Probasiya Şöbəsi, Bakı Hərrac Mərkəzi” MMC, Cavabdeh3 MMC və üçüncü şəxs Maraqlı şəxs QSC-nə qarşı ipoteka predmeti olan Əmlakların hazırki vəziyyətdə likvid qiymətinin müəyyən edilməsi tələbinə dair mülki iş üzrə iş üzrə icraata xitam verilməsi barədə Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(027)-65/2023 nömrəli qərardadından İddiaçı3 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdehlər Quba Rayon İcra və Probasiya Şöbəsi, Bakı Hərrac Mərkəzi” MMC, Cavabdeh3 MMC və üçüncü şəxs Maraqlı şəxs QSC-yə qarşı ipoteka predmeti olan əmlakların hazırki vəziyyətdə likvid qiymətinin müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, Quba rayonu İkinci Nügədi kəndində İddiaçı2, İddiaçı1 və X1 ümumi birgə mülkiyyətində olan 0.015 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən İddiaçı2 mülkiyyətində olan 2 mərtəbəli, 7 otaqlı, 578.8 kv.metr ümumi sahədən ibarət (həyətyanı tikili və qurğular daxil olmaqla) fərdi yaşayış evinin və Quba rayonu İkinci Nügədi kəndində olan 0.10 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 106.1 kv.metr ümumi sahədən ibarət (həyətyanı tikililər də daxil olmaqla) fərdi yaşayış evinin qiymətləndirilməsinin etibarsız hesab edilməsi (ləğv edilməsi), həmin fərdi yaşayış evinin yenidən hazırki dövr üçün likvid qiymətinin müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Quba Rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(027)-65/2023 nömrəli qərardadı ilə İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdehlər Quba Rayon İcra və Probasiya Şöbəsi, Bakı Hərrac Mərkəzi” MMC, Cavabdeh3 MMC və üçüncü şəxs Maraqlı şəxs QSC-nə qarşı ipoteka predmeti olan Əmlakların hazırki vəziyyətdə likvid qiymətinin müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işin icraatına iş məhkəmədə baxılmalı deyil əsası ilə xitam verilməsi qərara alınmışdır (hakim Rahim Həsənov). İddiaçı3 qərardaddan şikayət verərək Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(027)-65/2023 nömrəli qərardadının ləğv edilməsi və iddianın mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. İddiaçı3 şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli qərardadında qeyd edilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. O cümlədən nəzərə alınmalıdır ki, ipoteka müqaviləsi bağlandıqdan sonra ötən müddətdə, eləcə də birinci instansiya məhkəməsinin qətnaməsi qəbul olunduğu vaxtdan halhazıradək uzun müddət keçməsi nəzərə alındıqda ipoteka predmetlərinin dəyərinin dəyişməsi mümkündür. Bu səbəbdən ipoteka müqaviləsində göstərilən qiymət bir müddətdən sonra real olmaya bilər. Odur ki, ipoteka müqaviləsində göstərilən qiymət və ya həmin vaxt müstəqil qiymətləndirici tərəfindən müəyyən edilmiş qiymət razılaşdırılmış ilkin satış qiyməti hesab edilə bilməz. Bundan başqa məhkəmənin özünün təyin etdiyi əmlakın likvid qiymətinin müəyyən edilməsinə dair ekspertizanın nəticəsi olaraq, “Premium” qiymətləndirmə şirkətinin təqdim etdiyi rəydən görünür ki, mübahisəli evin likvid dəyəri (bir milyon yüz qırx min manat) 1 140 000 manatdır. Göründüyü kimi qiymətdə nə qədər fərq vardır Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Maraqlı şəxs QSC “Elektron Məhkəmə” sistemi vasitəsilə şikayətə etiraz ünvanlayaraq İddiaçı3 şikayətinin təmin edilməməsini və Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadının qüvvəsində saxlanmasını xahiş etmişdir. Etirazda göstərilmişdir ki, Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(027)-65/2023 saylı qərardadından İddiaçı3 tərəfindən verilmiş şikayət əsassızdır və rədd edilməlidir. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-252/2018 saylı, 14 mart 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, ümumilikdə 97490 (doxsan yeddi min dörd yüz doxsan) ABŞ dolları 74 (yetmiş dörd) sent (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə), həmçinin iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehlər İddiaçı3, X5 və İddiaçı2 müştərək qaydada tutularaq Maraqlı şəxs QSC-yə verilməsi, tutmanın ipoteka predmeti olan mülkiyyət hüququ ilə X3 məxsus Quba rayonu İkinci Nügədi kəndində olan 0.10 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 106.1 kv.metr ümumi sahədən ibarət (həyətyanı tikililər də daxil olmaqla) fərdi yaşayış evinə və Quba rayonu İkinci Nügədi kəndində İddiaçı2, İddiaçı1 və X1 ümumi birgə mülkiyyətində olan 0.015 ha torpaq sahəsinin, həmin torpaq sahəsinin üzərində yerləşən İddiaçı2 mülkiyyətində olan 2 mərtəbəli, 7 otaqlı, 578.8 kv.metr ümumi sahədən ibarət (həyətyanı tikili və qurğular daxil olmaqla) fərdi yaşayış evinə yönəldilməsi, həmin evlərin açıq hərracda satılması, satışdan əldə olunan vəsaitdən 97490 (doxsan yeddi min dörd yüz doxsan) ABŞ dolları 74 (yetmiş dörd) sent (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) və 30 (otuz) manat məbləğində pulun Maraqlı şəxs QSC-yə ödənilməsi, vəsaitin qalan hissəsinin cavabdehlər X5, İddiaçı2, İddiaçı1 və X4 qaytarılması, ipoteka predmeti olan Quba rayonu İkinci Nügədi kəndində X2 mülkiyyətində olan 0.10 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 106.1 kv.metr ümumi sahədən ibarət (həyətyanı tikililər də daxil olmaqla) fərdi yaşayış evinin ilkin satış qiyməti 110180 (yüz on min bir yüz səksən) manat, Quba rayonu İkinci Nügədi kəndində İddiaçı2, İddiaçı1 və X1 ümumi birgə mülkiyyətdə olan 0.015 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən İddiaçı2 mülkiyyətində olan 2 mərtəbəli, 7 otaqlı, 578.8 kv.metr ümumi sahədən ibarət (həyətyanı tikili və qurğular daxil olmaqla) fərdi yaşayış evinin ilkin satış qiyməti 155000 (yüz əlli beş min) manat dəyərində qiymətləndirilməsi, əmlak satıldıqdan sonra ən geci bir ay ərzində cavabdehlər X5, İddiaçı2, İddiaçı1 və X1 evlərdən çıxarılması və evlərin boşaldılması, qalan hissədə iddianın təmin olunmaması qət edilmişdir. Qətnamə yuxarı instansiya məhkəmləri tərəfindən qüvvəsində saxlanmış və icraya yönəldilmişdir. Həmin qətnamə ilə ipoteka predmeti olan əmlakın likvid dəyəri (ilkin satış) müəyyən edilmiş, əmlakın qiymətləndirilməsi həyata keçirilmişdir. “İcra haqqında” Qanunun 51.1-ci maddəsinin birinci cümləsində təsbit olunmuşdur ki, borclunun əmlakının “İpoteka haqqında” Qanuna əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsinin “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirildiyi qeyd edilir. Eyni zamanda, istinad edilən qanunda qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin müəyyən olunmasından bəhs edilir. Borclu hazırki iddiasında əmlakların likvid dəyərinin müəyyən olunmasını tələb etsə də əmlakların ilkin satış qiyməti artıq qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən olunmuşdur. Belə iddialara baxılması sübutetmənin mahiyyətinə zidd olmaqla mülki dövriyyənin sabitliyini pozmuş olar. Ona görə də birinci instansiya məhkəməsi haqlı olaraq iş üzrə icraata xitam vermişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(027)- 65/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şikayətin əsas dəlili ondan ibarətdir ki, iddia tələbinin predmetini qiymətləndirmənin etibarsızlığı və əmlakın yenidən likvid dəyərinin müəyyən edilməsi təşkil edir. Məhkəmə kollegiyası şikayətin dəlilinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianın məhkəmədə baxıla bilməməsi qənaətinə gəlmişdir. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-252/2018 saylı, 14 mart 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, 71846 (yetmiş bir min səkkiz yüz qırx altı) ABŞ dolları 94 (doxsan dörd) sent əsas borc, 25443 (iyirmi beş min dörd yüz qırx üç) ABŞ dolları 80 (səksən) sent faiz borcu və 200 (iki yüz) ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 97490 (doxsan yeddi min dörd yüz doxsan) ABŞ dolları 74 (yetmiş dörd) sent (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə), həmçinin iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehlər İddiaçı3, X5 və İddiaçı2 müştərək qaydada tutularaq Maraqlı şəxs QSC-yə verilməsi, tutmanın ipoteka predmeti olan mülkiyyət hüququ ilə X3 məxsus Quba rayonu İkinci Nügədi kəndində olan 0.10 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 106.1 kv.metr ümumi sahədən ibarət (həyətyanı tikililər də daxil olmaqla) fərdi yaşayış evinə və Quba rayonu İkinci Nügədi kəndində İddiaçı2, İddiaçı1 və X1 ümumi birgə mülkiyyətində olan 0.015 ha torpaq sahəsinin, həmin torpaq sahəsinin üzərində yerləşən İddiaçı2 mülkiyyətində olan 2 mərtəbəli, 7 otaqlı, 578.8 kv.metr ümumi sahədən ibarət (həyətyanı tikili və qurğular daxil olmaqla) fərdi yaşayış evinə yönəldilməsi, həmin evlərin açıq hərracda satılması, satışdan əldə olunan vəsaitdən 97490 (doxsan yeddi min dörd yüz doxsan) ABŞ dolları 74 (yetmiş dörd) sent (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) və 30 (otuz) manat məbləğində pulun Maraqlı şəxs QSC-yə ödənilməsi, vəsaitin qalan hissəsinin cavabdehlər X5, İddiaçı2, İddiaçı1 və X4 qaytarılması, ipoteka predmeti olan Quba rayonu İkinci Nügədi kəndində X2 mülkiyyətində olan 0.10 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 106.1 kv.metr ümumi sahədən ibarət (həyətyanı tikililər də daxil olmaqla) fərdi yaşayış evinin ilkin satış qiyməti 110180 (yüz on min bir yüz səksən) manat, Quba rayonu İkinci Nügədi kəndində İddiaçı2, İddiaçı1 və X1 ümumi birgə mülkiyyətdə olan 0.015 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən İddiaçı2 mülkiyyətində olan 2 mərtəbəli, 7 otaqlı, 578.8 kv.metr ümumi sahədən ibarət (həyətyanı tikili və qurğular daxil olmaqla) fərdi yaşayış evinin ilkin satış qiyməti 155000 (yüz əlli beş min) manat dəyərində qiymətləndirilməsi, əmlak satıldıqdan sonra ən geci bir ay ərzində cavabdehlər X5, İddiaçı2, İddiaçı1 və X1 evlərdən çıxarılması və evlərin boşaldılması, qalan hissədə iddianın təmin olunmaması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-30/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-252/2018 saylı 14 mart 2018-ci il tarixli qətnaməsi İddiaçı3 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-5262/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-30/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kollegiya qeyd edir ki, göründüyü kimi, həmin qətnamələr ilə ipoteka predmeti olan əmlakın likvid dəyəri (ilkin satış) müəyyən edilmiş, əmlakın qiymətləndirilməsi həyata keçirilmişdir. Ona görə də həmin iddiaya ümumiyyətlə məhkəmədə baxıla bilməz. Borclunun mübahisəli əmlakının ilkin (başlanğıc) satış qiyməti hərracın keçirilməsinədək olan dövrü əhatə etdiyindən, hazırki mübahisəyə iddia icraatı qaydasında baxıla bilməz. “İcra haqqında” Qanunun 51.1-ci maddəsinin birinci cümləsində təsbit olunmuşdur ki, borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir. “İcra haqqında” Qanunun 61.1 və 61.2-ci maddələrinə əsasən, vergi borcuna görə siyahıya alınmış əmlak istisna olmaqla, borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. İxtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir. Yuxarıda qeyd olunmuş müddəaların mənasından göründüyü kimi, iş məhkəmədə baxılmalı olmadıqda iş üzrə icraata xitam verilməlidir. Mülki mühakimə icraatı zamanı işin məhkəmədə baxılmalı olmaması əsası ilə üç halda işin icraatına xitam verilə bilər – iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati və ya inzibati xətalara dair işlər üzrə icraat) baxılmalı olduqda, iş məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olduqda və iş ümumiyyətlə, şəxsin hər hansı hüququnun və qanunla qorunan mənafeyinin pozuntusuna səbəb olmayan hərəkətin (hərəkətsizliyin), aktın və s. mübahisələndirilməsinə yönəlmiş mülki mühakimə icraatı qaydasında baxılmasına yol verilməyən iddianın qaldırılmasına aid olduqda. MPM-in 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi MPM-in 261.0.1-ci maddəinə əsasən mülki işin icraatına xitam verməklə düzgün nəticəyə gəlmişdir və şikayətin dəlilləri bu nəticənin hər hansı qaydada dəyişdirilməsinə əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 395-396, 398, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : Şikayət təmin edilməsin. Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(027)-65/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-465/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-465/2024
24.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver