Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2410/2020 29.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X6, İddiaçı nümayəndəsi X5, vəkili X8, Cavabdeh və vəkili X2 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)10288/2019 saylı qətnaməsindən Cavabdeh və İddiaçı ayrı-ayrılıqda verdikləri kasasiya şikayətləri üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(010)-3371/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim R.Y.Həsənov) İddiaçı cavabdeh X4 və digərlərinə qarşı “qeyriyaşayış sahəsindən çıxarılma, obyektdən qanunsuz istifadə nəticəsində əldə edilmiş bəhərə görə 42.000 manat, bankın uçot faiz dərəcəsinə görə hesablanmış 6.300 manat, dəymiş mənəvi zərərə görə 10.000 manat pul tələbinə dair” iddiası qismən təmin edilərək, cavabdehlərin Suraxanı rayonu, keçmiş Balıq zavodunun yaxınlığında (hazırda Əmircan qəsəbəsi, Atamoğlan Rzayev küçəsi 10 saylı ünvanda yerləşən restoranın yanında) yerləşən qeyri-yaşayış sahəsindən çıxarılmaları və qalan hissədə iddianın rədd olunması qət edilib. Tərəflər qətnamədən ayrıayrılıqda apelyasiya şikayətləri vermişlər. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 2(103)10844/2018 saylı qətnaməsi ilə (hakimlər E. C.Kazımov sədrlik edən, məruzəçi, T.S.Səmədov və İ.S.Şirinov) apelyasiya şikayətləri təmin edilmədən, iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə tərəflərin apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılıb. Cavabdeh qətnamədən kasasiya şikayəti verib. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli, 2(102)3430/2019 saylı qərarı ilə (hakimlər E.R.Vəliyeva sədrlik edən, məruzəçi, Q.A.Əsgərov və G.A.Quliyev) kasasiya şikayəti təmin edilərək, iş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilib, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılıb. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarix li, 2(103)10288/2019 saylı qətnaməsi ilə (hakimlər Z.Ə.Əliyev sədrlik edən, məruzəçi, F.Ş.Talışinski və R.Ə.Eyvazov) cavabdehlərin apelyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi qismən-cavabdehlərin mübahisəli qeyri-yaşayış sahəsindən çıxarılması hissəsində ləğv edilib, həmin hissədə iddia qismən təmin edilərək, cavabdehlərin Bakı şəhəri, Suraxanı rayonu keçmiş balıq zavodunun (hazırda Əmircan qəsəbəsi Atamoğlan Rzayev küçəsi, 10-saylı ünvanda “Nişan-Tac” restoranının) yaxınlığında yerləşən və cavabdehlər tərəfindən avtomobil təmiri sexləri kimi işlədilən qeyri-yaşayış sahəsinin bir hissəsindən (içəridən arakəsmə ilə ayrılmış, əsas avtomobil (şosse) yolu tərəfdən qeyri-yaşayış sahəsi ilə üzbə-üz dayandıqda s ağ tərəfdə, yəni “Nişan-Tac” restoranına tərəf yerləşən sexdən-tikilidən) çıxarılmaları, qalan hissədə iddianın rədd olunması, qalan hissədə apelyasiya şikayətinin, o cümlədən Cavabdeh xüsusi qərardad çıxarılmasına dair ərizəsinin, habelə iddiaçının apelyasiya şikayətinin təmin edilməməsi və qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilib. Tərəflər qətnamədən ayrı-ayrılıqda kasasiya şikayətləri vermişlər. İŞİN HALLARİ İşdən görünür ki, İddiaçı, Bakı şəhəri, Suraxanı rayonu Balıq zavodunun yaxınlığında (Əmircan qəsəbəsi, Atamoğlan Rzayev küçəsi, 10 saylı ünvanda yerləşən restoranın yanı) yerləşən qeyri-yaşayış sahəsindən cavabdehlərin çıxarılması, onlardan müştərək qaydada etibarnamənin ləğv edildiyi- xx xxxx 2011-ci il tarixdən həmin obyektdən qanunsuz istifadə nəticəsində əldə edilmiş 42.000 manat bəhərin, Mərkəzi Bank tərəfindən müəyyən edilmiş uçot faiz dərəcəsi ilə ona hesablanmış 6.300 manat pulun və mənəvi zərərə görə ona dəymiş 10.000 manat pulun tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ Cavabdeh kasasiya şikayətini onunla əsaslandırıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Cavabdeh kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi və ya işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunub. İddiaçı kasasiya şikayətini onunla əsaslandırıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iddianı bütövlükdə təmin etməməklə səhv nəticəyə gəlmişdir. İddiaçı kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın rədd edilməsi hissəsində ləğv edilib, iddianın bütövlükdə təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunmuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında İddiaçı nümayəndəsi Leyla Paşayeva və vəkili Zaur Abasov öz kasasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. Cavabdeh və vəkili Xəlil Məmmədov məhkəmə iclasında öz kasasiya şikayətində göstərilənlərə uy ğun olaraq eyni məzmunlu izahatlar verdilər. İddiaçı, cavabdeh Qafar Qafarov və üçüncü şəxs Bakı şəhəri, Suraxanı rayon İcra Hakimiyyəti məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kasasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kasasiya şikayətlərinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kasasiya şikayətləri təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən, kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qismən ləğv edib, qalan hissədə qətnaməni dəyişdirilmədən saxlayarkən, iddianın qismən əsaslı olmasına, iddianın bütövlükdə təmin edilməsi üçün əsasların müəyyən edilməməsinə istinad edib və hüquqi mövqeyini Mülki Məcəllənin 158.1.2, 158.2, 158.4-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkə məsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, Bakı şəhəri, Suraxanı rayon İHB-nın xx xxx 1999-cu il tarixli, 909 saylı sərəncamına əsasən, Suraxanı Balıq zavodunun yaxınlığında yerləşən köşk X3 adından Zərifə Qafarovanın adına keçib. Bundan sonra, xx xxxxxxxx 2010-cu il tarixli notarial qaydada təsdiq edilmiş etibarnaməyə əsasən, idd iaçı harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq digər hərəkətləri etməyi qardaşı Qafar Qafarova etibar edib. Eyni zamanda, 10 saylı notariat kontorunun xx xxxxxx 2018-ci il tarixli arayışına görə, iddiaçı adından qardaşı Qafar Qafarovun adına verdiyi xx xxxxxxxx 2010-cu il tarixli ümumi etibarnaməni şəxsi ərizəsinə əsasən xx xxxx 2011-ci il tarixdə ləğv etdirmişdir. Daha sonra, işə əlavə edilmiş Bakı şəhəri, Suraxanı rayon İcra Hakimiyyətinin xx xxxx 2018-ci il tarixli məktubuna əsasən, iddiaçıya köşkün qoyulmasına icazə verilməsi haqqında Suraxanı rayon İHB-sı tərəfindən verilmiş xx xxx 1999-cu il tarixli, 909 saylı sərəncamında qeyd olunan “Balıq zavodu”nun yerində hal-hazırda Suraxan ı rayonu, Əmircan qəsəbəsi, Atamoğlan Rzayev küçəsində yerləşən “Nişan Tac” şadlıq evi fəaliyyət göstərir. Apelyasiya instansiyası məhkəməsi apelyasiya şikayətlərinin dəlillərini araşdırıb, sadalanan sübutları tədqiq edib iddia tələblərinin həlli ilə bağlı haqlı olaraq qeyd etmişdir ki, mübahisə predmeti Bakı şəhəri, Suraxanı rayonu, keçmiş balıq zavodunun (hazırda Əmircan qəsəbəsi, Atamoğlan Rzayev küsəçi, 10-saylı ünvanda yerləşən “Nişan-Tac” restoranının) yaxınlığında yerləşən və cavabdehlər tərəfindən avtomobil təmiri sexləri kimi işlədilən qeyri-yaşayış sahəsidir. Həmin qeyri-yaşayış sahəsi, ümumi tikili kimi vahid dam örtüyü ilə örtülsə də, içəridən arakəsmə ilə bir-birindən ayrılmış, hər birinin əsas avtomobil (şose) yoluna açılan və ayrıca böyük giriş qapısı olan iki ayrı sexdən ib arətdir. Qarşısındakı əsas avtomobil (şose) yolu tərəfdən qeyri-yaşayış sahəsi ilə üzbə-üz dayandıqda sol tərəfdəki sexin yağ dəyişmə, sağ tərəfdəki sexin isə çilingər sexi kimi işlədildiyi müəyyən olunmuşdur. İddiaçı, Bakı şəhəri, Suraxanı rayon İHB-nın xx xxx 1999-cu il tarixli, 909 saylı sərəncamına, habelə 10 saylı notariat kontorunda qeydə alınmış xx xxxxxxxx 2010-cu il tarixli etibarnaməyə əsaslanaraq, Suraxanı Balıq zavodunun yaxınlığında yerləşən köşkün onun adına rəsmiləşdirildiyini, sonradan həmin köçkün yerində mübahisəli qeyri-yaşayış sahəsini tikdiklərini və işlətmək üçün etibarnamə ilə cavabdehlərə verdiklərini, onların isə qeyri-yaşayış sahəsini sahiblənərək onun istifadəsindən heç bir vəsaiti ona vermədiklərini bildirərək, hazırkı iddianı irəli sürmüşdür. Cavabdehlər isə, a dı çəkilən sərəncamda göstərilən köşkün qoyulduğu yerin mübahisəli qeyri-yaşayış sahəsinə aid olmadığını, həmin sahələri özləri inşa etməklə maşın təmiri sexləri kimi işlətdiklərini və iddiaçının sexlərə heç bir hüququnun olmadığını bildirərək, iddiaya etiraz edirlər. Məhkəmə baxışı zamanı mübahisəli qeyri-yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində tərəflərdən hər hansı birinin adına qeydə alınması aşkar edilməmişdir. Eyni zamanda, iddiaçının adına rəsmiləşdirilmiş köşkün əlamətləri və dəqiq yeri barədə məlumatlar mövcud deyil. Hazırki apelyasiya baxışında işin hallaranı araşdıraraq apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, sözügedən köşkün Bakı şəhəri, Suraxanı rayon İHB-nın xx xxxxxx 1997-ci il tarixli, 166 saylı sərəncamı ilə qoyulmasına icazə verilmiş, Bakı şə həri, Suraxanı rayon İHB-nin xx xxx 1999-cu il tarixli, 909 saylı sərəncamı ilə Bülbül Rüstəmovanın adından iddiaçının adına keçirilmiş, Suraxanı Balıq zavodunun yaxınlığında yerləşən köşkün qoyulması, götürülməsi, köşkün yerləşmə yeri, digər obyektlərlə yaxınlığı (məsafə göstərilməklə), sahəsi, materialı, onun hansısa tarixdə köçürülməsinə dair tədbirlərlə bağlı, habelə Suraxanı Balıq zavodunun yaxınlığında yerləşən Cavabdeh faktiki istifadəsində olan qeyri-yaşayış sahəsinin avtomobil təmiri məntəqəsi kimi istifadəsinə icazə verilib-verilməməsi, həmin sahənin Cavabdeh əvvəl kimin istifadəsində (hər hansı köşk və ya digər tikilinin) olması, sahənin genişləndirilməsi ilə bağlı hər hansı sənədləşmənin aparılıb-aparılmaması barədə ətraflı məlumatların və təsdiqedici sənədlərin əldə olunması ü çün Bakı şəhər İcra Hakimiyyətinə və Suraxanı rayon İcra Hakimiyyətinə sorğular göndərilmiş, sonuncu qurum iş üzrə üçüncü şəxs qismində cəlb edilməklə nümayəndəsi məhkəmə iclasına dəvət olunmuş, mübahisə predmeti olan qeyri-yaşayış sahəsinə yerində baxış keçirilmiş, şahidlər dinlənilmiş, iddiaçının adından cavabdeh Qafar Qafarova verilmiş xx xxxxxxxx 2010-cu il tarixli etibarnamənin əsli işə əlavə olunmuş və digər prosessual hərəkətlər yerinə yetirilmişdir. Buna baxmayaraq, dövlət orqanlarının cavab məktublarında sorğu edilən hallara dair məlumatlar verilməmiş və Bakı şəhəri, Suraxanı rayon İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Belə olan halda apelyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, mübhaisə predmeti olan qeyri-yaşayış sahəsi uzun müddət ist ifadə edilməklə, ondan iqtisadi baxımdan yararlanması mümkün olduğu üçün sahənin tərəflərdən hansına aid olması ilə bağlı mübahisə işdəki məlumat və sübutlar əsasında həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə əsasən, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Hüquq və azadlıqların müdafiəsinə məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə müdafiəsi hüququ eyni zamanda pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Bu baxımdan, nəzərə alınmalıdır ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan (o cümlədən daxili inamından) istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Bu baxımdan apelyasiya instansiyas ı məhkəməsi, aşağıdakılara əsasən haqlı olaraq hesab etmişdir ki, iddia tələbi, cavabdehlərin mübahisəli qeyri-yaşayış sahəsinin bir qismindən çıxarılmaları hissəsində əsaslı sayılmalıdır. Belə ki, cavabdehlər istifadələrində olan qeyri-yaşayış sahəsinə iddiaçının heç bir aidiyyətinin olmadığını bildirsələr də, apelyasiya instansiyası məhkəməsi haqlı olaraq bu mövqeyi əsaslı saymamışdır. Ona görə ki, iddiaçının ümumiyyətlə aidiyyəti olmadığı yerə haq iddia etməsi inandırıcı olmamaqla yanaşı, işdəki məlumatlara da uyğun gəlmir. Belə ki, mübahisəli qeyri-yaşayış sahəsi cavabdehlərin faktiki istifadəsində olsa da, həmin sahənin onlara ayrılmasına, orada sözügedən sexləri inşa etmək üçün lazımi icazələrin məhz onlara verilməsinə, sexləri yalnız özlərinin tikməsinə və hüquqlarının dövlət qeydiy yatına alınmasına dair heç bir təsdiqedici sənədi və ya digər mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişlər. İddiaçı isə, həmin ərazidə olan köşkün onun adına rəsmiləşdirilməsi haqında Bakı şəhəri, Suraxanı rayon İHB-nın xx xxx 1999-cu il tarixli, 909 saylı sərəncamını təqdim etmişdir. Apelyasiya instansiyası məhkəməsi tərəflərin kasasiya şikayətləri ilə eyni məzmunlu olan apelyasiya şikayətlərinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, hansısa qeyri-yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrindən keçməsə belə, bir qayda olaraq belə sahələrin ən azından dövlət tərəfindən verilmiş ilkin sənədi olur. Başqa sözlə, ilkin sahiblənmənin kökündə dayanan bir sənəd (İcra Hakimiyyətinin və ya Bələdiyyənin aktı və sair) olmadan dövlətin hansısa sahəyə sahiblik edilməsinə imkan v erməsi inandırıcı deyil. Hazırki işdə isə, mübahisə predmeti olan qeyri-yaşayış sahəsinə uyğun gələn ilkin sənəd cavabdehlərdə deyil, iddiaçıdadır. Həmin sənədin ləğv olunmasını və ya köşkə dair dövlətin verdiyi hüququn aradan qalxmasını təsdiqləyən mötəbər sübutlar olmadığı halda, sənəd sahibi olan iddiaçının deyil, istifadə etdiyi sexlərə dair heç bir ilkin sənəd təqdim edə bilməyən cavabdehlərin verdiyi məlumatlar üstün sayıla bilməz. Bundan əlavə, iddiaçı, tələbinin faktiki əsası olaraq bildirir ki, mübahisəli sahəni onun adından idarə etməsi üçün qardaşı Qafar Qafarova rəsmi etibarnamə vermiş və bu sənədi də məhkəməyə təqdim etmişdir. Apelyasiya baxışında 10 saylı notariat kontorunda qeydə alınmış xx xxxxxxxx 2010-cu il tarixli etibarnamənin əsli təqdim olunmuşdur. Həmin sənəddən görü nür ki, iddiaçı, harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etməyi, habelə buna müvafiq olarq digər hərəkətləri etməyi cavabdeh Qafar Qafarova etibar etmişdir. Etibarnamədə idarəçiliyi tapşırılan əmlak konkret deyil, ümumi şəkildə qeyd olunsa da, həmin sübutun varlığı iddiaçının dediklərini təsdiqləyən ikinci bir rəsmi sənəddir. Cavabdehlər, həmin etibarnamənin mübahisəli qeyri-yaşayış sahəsinə deyil, iddiaçıya məxsus olmuş çörək bişirmə sexinin idarəçiliyinə aid olması barədə xüsusi hala istinad etdikləri üçün həmin halı sübuta yetirmək yükü onların üzərinə düşür. Buna baxmayaraq, cavabdehlər həmin etirazın əsasında duran halları təsdiqləyən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişlər. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, işin mübahisəsiz hallarına görə, cavabdehlər iddiadan imtina etməsi üçün iddiaçıya 20.000 manat məbləğində pul təklif etmişlər. Cavabdeh tərəf bu təklifi aralarındakı qohumluq hörməti ilə izah etməyə çalışsalar da, apelyasiya instansiyası məhkəməsi haqlı olaraq bu izahı inandırıcı saymamışdır. Ona görə ki, əvvəla, tərəflər qohum olsalar belə, bir qayda olaraq, hər hansı pul ödənişinin ağlabatan səbəbi olur. Cavabdeh isə belə bir səbəbi göstərməmişdir. İkincisi, tərəflərin münasibətləri uzun müddət əvvəl pozulmuşdur. Mübahisəli vəziyyətdə olan qohumun qarşılıqsız olaraq digərinə bu məbləğdə pul verməsi həyatın normal axışı şərtlərinə uyğun deyil. Üçüncüsü, təklif olunan 20. 000 manat qohuma əvəzsiz verilə bilən xırda həcmli ödəniş olmayıb, ciddi bir əmlak haqqının qarşılığı ola biləcək kompensasiya mahiyyətində məbləğdir. Odur ki, mübahisəli qeyri-yaşayış sahəsinin yeri və ümumi həcmi nəzərə alındıqda, həmin məbləğin əslində iddiaçının mövcud tələb haqqından imtina etməsi müqabilində təklif edilən kompensasiya olduğu şübhə yaratmır. Bu hallar iddiaçının mübahisə predmeti olan qeyri-yaşayış sahəsinə aidiyyətinin olmasını aşkar şəkildə təsdiqləyir. Odur ki, ağlabatan başqa izah olmadan cavabdehlərin mübahisəli vəziyyətdə olduları iddiaçıya 20.000 manat məbləğində pul təklif etməsi əhəmiyyətsiz dəlil kimi kənara qoyula bilməz. Apelyasiya instansiyası məhkəməsi, məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələrini işə əlavə edilmiş digər sübutlarla müqayisəli şək ildə tədqiq edib müəyyən etmişdir ki, cavabdehlərin apelyasiya şikayətlərinin dəlilləri əsaslı sayıla bilməz. Eyni zamanda apelyasiya instansiyası məhkəməsi, qeyri-yaşayış sahəsinin elektrik enerjisi təminatı ilə bağlı qeydiyyatın cavabdeh Qafar Qafarovun adına olması barədə cavabdehlərin mövqeyi ilə bağlı haqlı olaraq bildirmişdir ki, sexlərin onların sahibliyində və istifadəsində olması işin mübahisəsiz halıdır. Bu səbəbdən kommunal xidmət sənədləşməsinin sexi işlədən şəxsin adına rəsmiləşdirilməsi anlaşılandır. Ona görə də, bu fakt iddiaçının dediklərini təkzib, iddianın tamamilə rədd edilməsi üçün kifayətedici əsas deyil. Beləliklə, apelyasiya instansiyası məhkəməsi yuxarıda sadalanan dəlilləri birlikdə qiymətləndirərək bu qənaətə gəlir ki, mübahisəli sexlər Bakı şəhəri, Suraxanı rayon İHB-nın xx xxx 1999-cu il tarixli, 909 saylı sərəncamı ilə iddiaçıya verilmiş köşkün yerində inşa edilmiş qeyri- yaşayış sahəsidir. Həmin sərəncam köşkün yerləşdiyi torpaq sahəsini də əhatə etməklə sahibi üçün əmlak hüququnu təmin edir. Cavabdehlər həmin sahədə inşa edilərək genişləndirilmiş sexlərdən iqtisadi dəyər kimi yararlandığına görə, bərabərlik prinsipinə uyğun olaraq iddiaçı da eyni imkana malik olmalıdır. Başqa sözlə, iddiaçının mübahisəli sahədən cavabdehlərlə birlikdə yararlanmaq hüququ vardır. Əks yanaşma, bərabərlik prinisipinin pozulmasına, tikiliyə münasibətdə eyni hüquqi vəziyyətdə olan şəxslərə fəqli münasibət göstərilməsi ilə nəticələnə bilər. Mülki Məcəllənin 158.1.2-ci, 158.2 və 158.4-cü maddələrinə görə, mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Ona görə də, mübahisə predmetindən əmlak marağı olan hər iki tərəfin yararlana bilməsi üçün iddia cavabdehlərin çıxarılması hissəsində qismən təmin edilməklə, cavabdehlər Bakı şəhəri, Suraxanı rayonu keçmiş balıq zavodunun (hazırda Əmircan qəsəbəsi Atamoğlan Rzayev küçəsi, 10 saylı ünvanda yerləşən “Nişan-Tac” restoranı) yaxınlığında yerləşən və cavabdehlər tərəfindən avtomobil təmiri sexləri kimi işlədilən qeyri-yaşayış sahəsinin bir hissəsindən (içəridən arakəsmə ilə bir ayrılmış, əsas avtomobil (şosse) yolu tərəfdən qeyri-yaşayış sahəsi ilə üzbə-üz dayandıqda sağ tərə fdə, yəni “Nişan-Tac” restoranına tərəf yerləşən sexdən-tikilidən) çıxarılmalı, həmin tələb qalan hissədə rədd edilməlidir. Eyni zamanda kifayət qədər əsaslar müəyyən edilmədiyi üçün Cavabdeh xüsusi qərardad çıxarılmasına dair ərizəsi təmin olunmamalıdır. Apelyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçı, kifayət qədər mötəbər sübutlar təqdim etmədiyi üçün maddi və mənəvi zərər tələblərinin birinci instansiya məhkəməsi tərəfindən rədd edilməsi əsaslı olmuşdur. Odur ki, iddiaçının apelyasiya şikayəti rədd edilməli, qətnamə həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki,apelyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş fakt iki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara sadalanan maddi və prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kasasiya instansiyası məhkəməsi kassatorların kasasiya şikayətlərində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozması, düzgün tətbiq etməməsi barədə göstərdikləri dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kasasiya şikayətlərinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apelyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kasasiya şikayətləri isə təmin edilmədən saxlanılmalıdır. Şərh olu nanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kasasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh və İddiaçı ayrı-ayrılıqda verdikləri kasasiya şikayətləritəmin edilməsin. İş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)10288/2019 saylı qətnaməsi kasasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2410/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2410/2020
29.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver