Məhkəmə qərarları › İş №2(102)-2410/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2410/2023

18.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2410/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X qarşı iş üzrə QƏRARİ Açar sözlər:maddi və mənəvi zərərə görə təzminatın ödənilməsi 18.07.2023 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkkül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 dekabr 2022-ci il tarixli, 2(103)7801/2022 saylı qətnaməsindən İddiaçı verdiyi kassasiya şikayəti üzrə işə iyul 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları Azərbaycan Respublikasının Hərbi Prok urorluğu tərəfindən X1 ünvanlanan 09 aprel 2022-ci il tarixli məktubdan görünür ki, ərizəçinin qardaşı İddiaçı Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində xidmətdə olduğu zaman, 09 avqust 2021-ci il tarixdə xidmət yerini özbaşına tərk etməsi ilə bağlı toplanmış, 04/5-c saylı material üzrə 09 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi 2-ci Təhqiqat Bölməsinin 05 fevral 2022ci il tarixli, 695 saylı məktubundan görünür ki, N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu baş leytenant İddiaçı 09 avqust 2021-ci ildən 20 noyabr 2021-ci il tarixədək xidməti yerini özbaşına tərk etməsi faktı üzrə “08 X3 münasibətilə amnistiya elan edil məsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 8ci bəndinə əsasən baş leytenant İddiaçı barəsində amnistiya aktı tətbiq edilməklə Azərbaycan Respublikası CM-nin 333.4-1-ci maddəsi ilə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.12-ci maddəsi ilə rədd edilmişdir. 05 fevral 2022-ci il tarixli, 392 saylı “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərardan görünür ki, N saylı hərbi hissənin sabiq hərbi qulluqçusu baş leytenant İddiaçı 09 avqust 2021-ci ildən 20 noyabr 2021-ci il tarixədək xidmət yerini özbaşına tərk etməsi faktı üzrə “08 X3 münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisininm 05 noyabr 2021-ci il tarixli Qərarının 8-ci bəndinə əsasən baş leytenant İddiaçı barəsində amnistiya aktı tətbiq edilməklə Azərbaycan Respublikası CM-nin 333.4-1-ci maddəsi ilə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.12-ci maddəsi ilə rədd edilmişdir. 09 aprel 2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərardan görünür ki, İddiaçı 09 avqust 2021-ci ildən 20 noyabr 2021-ci il tarixədək xidmət yerini özbaşına tərk etməsi ilə bağlı əməlində cinayət tərkibi olmadığından (Azərbaycan Respublikası CM-nin 333.4-1-ci maddəsində nəzərdə tutulan cinayətin subyekti olmadığından) toplanmış 04/5-c saylı material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən, cinayət işinin başlanması rədd edilmişdir. Şəxsiyyəti təsdiq edən sənəd üzrə axtarışdan görünür ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliy inin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar ona ikinci dərəcə əlillik verilmiş, üzvi mənşəli şəxsiyyət pozğunluğu, keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı üzvi şəxsiyyət pozuntusu, depressiv sindrom və s. Diaqnozu qoyulmuşdur. Sumqayıt şəhər 03 saylı Şəhər Xəstəxanasından verilən 02 oktyabr 2021-ci il tarixli, 685 saylı arayışdan görünür ki, İddiaçı Sumqayıt şəhər 03 saylı şəhər xəstəxanasının poliklinika şöbəsində psixiatrik dispanser müşahidəsində olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı (bundan sonra iddiaçı) cavabdeh X (bundan sonra cavabdeh) qarşı “maddi və mənəvi zərərə görə təzminatın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən dövlət büdcəsin in vəsaiti hesabına ona vurulmuş maddi ziyana görə 3.286 manat, mənəvi ziyana görə 30.000 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, N avqust 2009-cu ildən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Silahlı Qüvvələrində hərbi xidmətə başlamışdır. Ali təhsilli olmaqla baş leytenant rütbəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində artilleriya- batareya komandiri vəzifəsində xidmət etmişdir. 27 sentyabr 2020-ci ildə başlamış Vətən müharibəsində iştirak etmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə 08 oktyabr 2020-ci ildə “partlayış travması, keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı vəziyyət” xəsarətini al mış, ona ilk tibbi yardım Füzuli rayon Mərkəzi Xəstəxanasında göstərilmiş və yenidən döyüşə qayıtmış və 25 dekabr 2020-ci ildə onun səhhətində olan problemlərlə bağlı 15 gün müddətinə məzuniyyət verilmişdir. Müharibədən sonra onda 3-4 dəfə qanlı qusma halları baş verdiyi üçün o, xüsusi müayinə və müalicədən keçmək məqsədi ilə 01 mart 2021-ci il tarixdə AzərbaycanRespublikası Müdafiə Nazirliyinin SQ-nin BKH-na göndərilmiş və 27 mart 2021-ci il tarixə kimi stasionar müalicə almış və ona “qastroezofageal reflüks xəstəliyi, eroziv ezofaqit, hiatam hemia, diafraqmanın qida borusu dəliyinin yırtığı, vegetativ damar davamsızlığı” diaqnozu qoyulmuşdur. 10 iyun 2021-ci ildən 05 iyul 2021-ci il tarixə kimi Respublika Psixiatriya Xəstəxanasında “keçirilmiş qapalı kəllə beyin travması, baş beyin silkə lənməsindən sonrakı şəxsiyyət pozuntusu, depressiv sindrom, retroqrad amneziya” diaqnozu ilə stasionar müalicə qəbul etmişdir. Xidmət etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissə komandiri tərəfindən N iyul 2021-ci il tarixdə hərbi xidmətə yararlı olub-olmamağı ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına göndəriş verilmiş və həmin göndərişə əsasən o, müayinə edilmiş, 30 iyul 2021-ci il tarixdə onun barəsində Azərbaycan Respublikası MN-nin HHK-sı tərəfindən qərar qəbul edilərək o, sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə isə məhdud yararlı hesab edilmişdir. Qeyd edilən qərar xidmət etdiyi hərbi hissəyə də göndərilmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması uğrunda gedən döyüşlər zamanı aldığı bu travmalarla bağlı ona 2-ci qrup əlillik dərəcəsi təyin olunmuşdur. Lakin, buna baxmayaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 2-ci təhqiqat bölməsinin baş təhqiqatçısının 05 fevral 2022-ci il tarixli qərarı ilə onun - N saylı hərbi hissənin sabiq hərbi qulluqçusu, baş leytenant İddiaçı barəsində “08 X3” münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 8-ci bəndinə əsasən barəsində amnistiya aktı tətbiq edilməklə AR CM-nin 333.4-cü maddəsi ilə cinayət işi AR CM-nin 39.1.12-ci maddəsi ilə rədd edilmişdir. Ona AR CM-nin 333.4-1-ci maddəsi ilə ittihamın verilməsinə əsas kimi 09 avqust 2021-ci ildən 20 noyabr 2021-ci il tarixə kimi xidmət yerini özbaşına tərk etməyi barədə təhqiqat orqanının gəlm iş olduğu səhv nəticə olmuşdur. O, qərarla razı olmadığı üçün ondan şikayət vermiş və həmin şikayətində göstərmişdir ki, o, AR CM-nin 333.4-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin subyekti olmamış və ona qarşı tamamilə əsassız ittiham irəli sürülmüş və onun bu işdə günahı olmadığı halda məhz amnistiya aktı tətbiq edilməklə məsuliyyətdən azad edilməyi tamamilə qanunsuz və əsassız bir yanaşma idi. Belə ki, o artıq 30 iyul 2021-ci il tarixli HHK-nın qərarına əsasən hərbi xidmətə sülh dövründə yararsız hesab edilməyinə baxmayaraq hərbi hissə komandiri onun üzürsüz səbəbdən 09 avqust 2021-ci ildən 20 noyabr 2021-ci il tarixə kimi hərbi hissəni özbaşına tərk etməyi ilə bağlı sənədləri təhqiqat orqanına vermiş və sonuncu onun barəsində Azərbaycan Respublikası CM-nin 333.4-cü maddəsi il ə cinayət işi başlanılmışdır. Halbuki, qeyd edilən tarixdən qabaq HHKnın qəbul etdiyi qərarla o, hərbi xidmətə yararsız hesab olunmuş və həmin qərar əsasında hərbi hissə komandiri onu hərbi xidmətdən “Hərbi xidmətkeçmə” haqqında Əsasnamənin 156 V bəndinə əsasən ordu sıralarından ehtiyyata buraxmalı olduğu halda bunu vaxtında etməmiş və yalnız 20 noyabr 2021-ci il tarixdə onun barəsində əmr vermişdir. HHK-nın qərarı ilə hərbi xidmətə yararsız hesab olunan bir şəxsin hərbi hissədə saxlanılması və sonra da müalicədə olan dövrdə ona fərarilik damğasının vurulması heç bir normaya sığmır. Onun hərbi hissədə xidmətdə olarkən N may 2021-ci il tarixdə akt tərtib edilmiş və həmin aktda onun yaşadığı psixoloji problemlərlə bağlı psixiatriya müayinəsindən keçirilməli olduğu qeyd edilmişdir. Məhz bu ak t əsasında o, Respublika Psixiatrik Xəstəxanasına yerləşdirilmişdir. Bu hal da ona dəlalət edir ki, o, səhhətində yaranmış problemlərlə bağlı hərbi xidmət keçmək imkanında olmamışdır. Onun hərbi xidmətə yararsız hesab edilməyi barədə qərarın hərbi hissəyə göndərilməsinə və bir surətinin də onun tərəfdən təqdim edilməsinə baxmayaraq hərbi hissə komandiri onun təxrisini ona məlum olmayan səbəblərdən gecikdirmiş və sonra da onun hərbi hissəni özbaşına tərk etməyi barədə raport hazırlayaraq araşdırılmaması üçün təhqiqat orqanına göndərmişdir. Barəsində cinayət işi qaldırıldıqdan sonra ona 2 ayın2021-ci ilin oktyabr və noyabr aylarının aylıq əmək haqqı ödənilməmişdir. Belə ki, o, hərmin vaxt 1648 manat aylıq əmək haqqı alsa da, 2 ay ərzində bu məbləğ 3.286 manat təşkil etmişdir. Həmin məbləğ bu günə kimi də ödənilməmişdir. Ona böyük psixoloji sarsıntı yaşatmış bu qanunsuz qərardan şikayət etmiş və 09 aprel 2022-ci il tarixli qərarla onun günahsız olduğu təsdiq olunmuş və barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilmişdir. Lakin, barəsində əsassız aparılan araşdırmalar və hər hansı bir cinayət əməlində ittiham edilməyi ona bir sıra problemlər yaratmış, onun nüfuzuna xələl gətirmiş, hətta “pis hərbçi” kimi onun bir sıra mühüm təltiflərdən və mükafatlandırmadan kənarda qalmağına xidmət etmiş, psixolojisarsıntılara düçar etmişdir ki, o də bunun nəticəsində ona dəymiş mənəvi ziyanı 30.000 manat qiymətləndirir. Qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin təmin olunması məhkəmədən xahiş olunmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixl i, 2(006)3424/2022 saylı qətnaməsi ilə (hakim N.Tağıyeva) iddia qismən təmin edilərək, cavabdehdən dövlət büdcəsinin vəsaiti hesabına maddi ziyana görə 3.286 manat, mənəvi ziyana görə 3.000 manat pulun tutularaq iddiaçıya ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçı qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilmiş, lakin onun 09 avqust 2021-ci ildən 20 noyabr 2021-ci il tarixədək xidmət yerini özbaşına tərk etməsi ilə bağlı əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CM-nin 333.4-1-ci maddəsində nəzərdə tutulan cinayətin subyekti olmadığından toplanmış 04/5-c saylı material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən, cinayət işinin başlanması rədd edilmişdir. Göründüyü kimi, iddiaçı xidmət yeri ni özbaşına tərk etməsi ilə bağlı əməlində cinayət tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən, cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə vurulmuş mənəvi zərərin ödənilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi nəticəsində mənəvi sarsıntı və iztirab keçirmişdir. Ona görə də ona vurulmuş mənəvi zərər ödənilməlidir. Eyni zamanda məhkəmə dəymiş mənəvi zərərin məbləği ilə əlaqədar qeyd etmişdir ki, mənəvi zərərin iddia tələbində göstərilən məbləği çox olmaqla real qiymətləndirilmir. Məhkəmə hesab etmişdir ki, mənəvi zərərin tələb olunan məbləğdə deyil, iddiaçı vurulmuş ziyanın məbləğinin ağlabatan və ədalətli sayılması üçün hər ay üçün 1.000 manat olmaqla, 3 aya yaxın müddət üçü n 3.000 manat müəyyən olunmalıdır. Məhkəmə iddia tələbinin “dəymiş maddi ziyan kimi 3.286 manat məbləğində pulun tutulması” hissəsi ilə bağlı qeyd etmişdir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir. Belə ki, iddiaçı barəsində cinayət işinin açılmasına səbəb kimi göstərilən hal, yəni onun 09 avqust 2021-ci ildən 20 noyabr 2021-ci il tarixə kimi xidmət yerini özbaşına tərk etməyi göstərilsə də, o, həmin dövrdə aldığı xəsarətlərlə bağlı öz xidməti vəzifəsini yerinə yetirə bilmədiyi üçün müalicədə olmuşdur və onun ehtiyata buraxılması məsələsi vaxtında həll edilməmişdir. İddiaçı ehtiyata buraxılması barədə əmri 20 noyabr 2021-ci il tarixdə vermişdir. 2021-ci ilin avqust ayından noyabr ayına kimi olan müddətdə onun hərbi xidmətdə olmaması fərarilik kimi qəbul edilərək, onun barəsində q anunsuz cinayət işi başlanılmışdır. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçı qanunsuz və əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi nəticəsində ona 2 ay ərzində cəmi 3.286 manat məbləğdə əmək haqqından məhrum olmuşdur. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 1101.1ci maddələrinə, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1 və 5-ci maddələrinə, 6-cı maddəsinin 1-ci bəndinə və 7-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli Qərarında ifadə ed ilmiş hüquqi mövqeyə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 81, 217.3 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat İddiaçı, birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin mənəvi ziyan tələbinə dair hissədə ləğv edilməsi, həmin hissədə iddianın tam təmin edilməsi, mənəvi ziyana görə 30.000 manat təzminatın onun nəfinə tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmidir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 dekabr 2022-ci il tarixli, 2(103)7801/2022 sayl ı qətnaməsi ilə (hakimlər N.Cəfərov sədrlik edən, məruzəçi, E.Mehdiyev və X.Sarıyev) cavabdehin apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia rədd edilmiş, iddiaçının apellyasiya şikayəti təmin edilmədən saxlanılmışdır. Məhkəmə “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanunun 1, 4 və 6-cı maddələrinin göstərişlərinə əsaslanaraq hesab etmişdir ki, iddiaçının bu Qanunda müəyyən edilmiş əsaslarla dövlət büdcəsinin vəsaiti hesabına zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ yoxdur. Vəzifə (tarif) maaşının ödənilməsi üçün iddiaçı həmin maaşı ona verməli olan dövlət qurumuna qarşı iddi a qaldıra bilər. Məhkəmə gəldiyi nəticəni “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanunun 1, 4 və 6-cı maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Kassasiya şikayətinin, ona qarşı etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı (vəkili Vəkil) kassasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi t əcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı Qərarında təsbit olunmuş mövqeləri və işdə olan sənədləri görməzdən gələrək əsassız təqiblərə məruz qalmış və işgüzar nüfuzuna xələl gəlmiş, Vətən Müharibəsində ağır xəsarət almaqla 2-ci qrup əlil olmuş bir şəxsin hüquqlarına təminat verməmiş, tamamilə qanunsuz, əsassız və ədalətsiz bir qətnamə çıxarmışdır. Belə ki, məhkəmə iddiaçının həbsdə olmamasına və guya barəsində hər hansı bir cinayət işinin olmamasına əsaslanmaqla onun hər hansı bir mənəvi sarsıntı keçirməməsi, mənəvi ziyan vurulmaması qənaətinə gəlmişdir. Halbuki bu şəxsə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.4-cü maddəsi ilə cinayət işi olmuş və həmin cinayət işi olduğu üçün əvvəlcə barəsində Amnistiya aktı tətbiq edilmiş, yalnız onun şikayətindən sonra aparılmış araşdırmadan sonra cinayət işinə bəraətverici əsaslarla xitam verilmişdir. Əgər şəxs barəsində cinayət işi yox idisə, onda amnistiya aktı nəyə görə tətbiq edilməzdi yaxud da bəraətverici əsaslarla cinayət işinə xitam verilməzdi. Bundan başqa, barəsində istintaq getdiyi üçün 2 ay işindən kənarlaşdırıldığına görə onun Müdafiə Nazirliyindən həmin 2 ayın əmək haqqısını tələb etmək mümkünsüzdür, çünki onun işləməməsinin səbəbi məhz barəsində əsassız qaldırılmış cinayət işi olmuşdur. Son olaraq, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 8.1.-ci maddəsinə əsasən mülki işlər ədalət mühakiməsi, hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Lakin məhkəmə işə baxarkən MPM-nin bu tə ləbini pozmuşdur. Eyni zamanda məhkəmə bu iş üzrə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirməməklə Azərbaycan Respublikasının MPM-nin 9.1. maddəsinin tələblərinin pozmaqla qətnamə çıxarmışdır. Məhkəmə işdə olan bütün sübutları qarşı tərəfin xeyrinə təhrif etmiş, sübutlara düzgün qiymət verməmiş,barəsində əsassız bir cinayət işi qaldırılmış bir Müharibə əlilinin keçirdiyi mənəvi əzablara görə təzminatın və barəsində olan araşdırma ilə bağlı 2 ay müddətində işindən kənarlaşdırılmaqla əmək haqqını belə almamasının Maliyyə Nazirliyinə hər hansı bir aidiyyətinin olmaması qənaətinə gəlmişdir, belə bir tövsiyə etmişdir ki, həmin vəsaiti iddiaçı, Müdafiə Nazirliyindən tələb edə bilər. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarş ı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanun Maddə

1. Bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. Maddə

4. Vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ: 1) bəraətverici hökm çıxarıldıqda, 2) cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda, 3) inzibati xəta haqqında işə xitam verildikdə yaranır. Bu Qanunun 1-ci maddəsində göstərilmiş əməliyyat-axtarış tədbirlərinin cinayət işi başlamazdan əvvəl keçirilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ belə tədbirlər keçirildikdən dərhal sonra yaranır. Vurulmuş ziyanın ödənilməsi hüququna malik olan şəxs vəfat etdikdə, vurulmuş ziyanın ödənilməsi hüququ Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada onun vərəsələrinə keçir. Maddə

6. Bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydı nlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 4N.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfində n maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırki kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyindən, qətnamənin əsaslılığı tam yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçı, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu olub. Müdafiə Nazirliyi 2-ci Təhqiqat Bölməsinin baş təhqiqatçısının 05 fevral 2022-ci il tarixli qərarı ilə qərara alınıb ki, N saylı hərbi hissənin hərbi qulluqçusu olan iddiaçının hərbi xidmət yerini özbaşına tərk etməsi faktı üzrə Cinayət Məcəlləsinin 333.4-1 -i maddəsi ilə cinayət işinin başlanması amnistisya aktı tətbiq edilməklə Cinayət-Prosessual Məcəllənin 39.1.12-ci maddəsi ilə rədd edilsin. İddiaçı həmin qərardan şikayət verib. Bu şikayətin əsasında Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Hərbi təsisatlarda təhqiqata nəzarət və cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru tərəfindən qəbul olunmuş 09 aprel 2022-ci il tarixli qərar ilə qərara alınıb ki, iddiaçının hərbi xidmət yerini özbaşına tərk etməsi ilə bağlı əməlində cinayət tərkibi olmadığından (Cinayət Məcəlləsinin 333.4.1-ci maddəsində nəzərdə tutulan cinayətin subyekti olmadığından) toplanmış material üzrə Cinayət- Prosessual Məcəllənin 39.1.12-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Bundan 2 ay sonra, yəni 21 iyun 2022-ci il tarixdə iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayıb qeyd etmişdir ki, iddianın təmin edilməsi üçün əsaslar yoxdur. Belə ki, iddiaçının barəsində cinayət işi başlanmayıb, barəsində qətimkan tədbiri seçilməyib və ya digər prosessual məcburiyyət tədbiri tətbiq edilməyib. Onun barəsində cinayət işinin başlanmasının rədd edilməsi barədə iki qərar qəbul edilib. Birinci qərar amnistiya aktı ilə, ikinci qərar isə əməldə cinayət tərkibinin olmaması ilə əsaslandırılıb. Ona görə də apelly asiya instansiyası məhkəməsi, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanunun 1, 4 və 6-cı maddələrinin göstərişlərinə əsaslanaraq hesab etmişdir ki, iddiaçının bu Qanunda müəyyən edilmiş əsaslarla dövlət büdcəsinin vəsaiti hesabına zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ yoxdur. Vəzifə (tarif) maaşının ödənilməsi üçün iddiaçı həmin maaşı ona verməli olan dövlət qurumuna qarşı iddia qaldıra bilər. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, onun kassasiya şikayəti ilə eyni məzmunlu olan iddia ərizəsinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hü quqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür və belə qənaətə gəlir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 dekabr 2022-cü il tarixli 2(103)-7801/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar