Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2411/2025 14.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARDADİ İddiaçı BOKT ASC cavabdehlər Cavabdeh2, Cavabdeh6, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı (Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimləri Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-378/2025 nömrəli, 05 mart 2025-ci il tarixli qətnaməsindən Cavabdeh5 (vəkil və nümayəndə Vəkil) kassasiya şikayətini nəzərdən keçirərək, Müəyyən etdi: İddiaçı BOKT ASC cavab dehlər Cavabdeh2, Cavabdeh6, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “cavabdehlərin və digər şəxslərin mənzildən əşyaları ilə birlikdə çıxarılması, mənzilin boşaldılması və iddiaçıya təhvil verilməsi” barədə iddia vermişdir. Abşeron Rayon Məhkəməsinin 16 noyabr 2024-cü il tarixli, e-2(012)-4197/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin olunmuş, mülkiyyət hüququ ilə İddiaçı BOKT ASC-yə məxsus olan ünvan 1 ünvanda faktiki yaşayan cavabdehlər Cavabdeh2, Cavabdeh6, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 həmin evdən əşyaları ilə birlikdə çıxarılması və daşınmaz əmlakın (mənzil) boşaldılaraq İddiaçı BOKT ASC-yə təhvil verilməsi qət edilmişdir. (hakim Mirnəsir Mirhəsənli) Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbini n rədd olunmasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-378/2025 nömrəli, 05 mart 2025-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 16 noyabr 2024-cü il tarixli, e-2(012)-4197/2024 nömrəli qətnaməsi qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Lalə Rəhimli (sədrlik edən və məruzəçi), Almaz Süleymanov, Fuad məmmədov) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-378/2025 nömrəli, 05 mart 2025-ci il tarixli qətnaməsindən Cavabdeh5 kassasiya şikayəti vermişdir. Mülki Prosessual Məcəllənin 403.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Göründüyü kimi, prosessual qanunvericiliyə görə tərəflər apellyasiya instansiyası məhkəməsinin qətnamələrindən o halda şikayət verə bilərlər ki, onların tələbləri təmin olunmasın. İş üzrə Cavabdeh5 birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmişdir. Həmçinin tələb də cavabdehlərin mənzildən çıxarılması barədə olmaqla bölünən tələbdir. Buna görə də məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh5 birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermədiyi, başqa sözlə, Cavabdeh5 apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmayan hər hansı tələbi olmadığı üçün Mülki Prosessual Məcəllənin 403.1-ci maddəsinin tələbi baxımından onun apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermək hüququ da yoxdur. Qərara aldı: Cavabdeh5 Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)378/2025 nömrəli, 05 mart 2025-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti icraata qəbul edilməsin və onun kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2(102)-2411/2025
Ali Məhkəmə Qərardad — İş №2(102)-2411/2025
14.07.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Mənzildən çıxarılma - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver