Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2413/2021 20.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Bağçılıq Yoldaşlıq Cəmiyyətinin Cavabdeh və qeyrilərinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: İddianın ona cavab verməli olmayan şəxsə qarşı irəli sürülməsinin hüquqi nəticələri) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçı “Gəmir Təmirçisi” BYC-nin sədri Nümayəndə1, iddiaçının vəkili Həşimova Zülfiyyə Vəli qızının, Maraqlarına toxunan şəxsin vəkili Əliyev Mehman Əlizaman oğlunun iştirakları ilə, İddiaçı "GəmiTəmirçisi” Bağçılıq Yoldaşlıq Cəmiyyəti nin sədri Nümayəndə1 Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsini və Əhmədova Kəmalə İsak qızının üçüncü şəxs qismində cəlb etdiyi Cavabdeh qarşı 29.01.2010-cu il tarixli protokolun ləğvi tələbinə dair” Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8084/2020 nömrəli 17 noyabr 2020-ci il tarixli qətnaməsindən maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Ləğv olunmuş Azərbaycan Dövlət X5 əməkdaşlarının istifadələrində bağ sahələri olmuşdur. Həmin idarə ləğv olunanadək bağ sahələrinin idarəçiliyini “Gəmitəmirçisi” bağçılıq yoldaşlığı təşkilatı həyata keçirmişdir. 02.11.2017-ci il tarixdə “Cəmi təmirçisi” bağçılıq yol daşlıq cəmiyyəti adlı qeyri-kommersiya hüquqi şəxsi Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Əvvəlki “Gəmitəmirçisi” bağçılıq yoldaşlığı təşkilatı, onun rəhbər işçiləri və sonradan qeydiyyatdan keçmiş “Cəmi təmirçisi” bağçılıq yoldaşlıq cəmiyyəti arasında davamlı məhkəmə mübahisələri olmuşdur. Mübahisələrin mahiyyəti idarə tərəfindən paylanmış bağ sahələri ilə bağlı mütəmadi xidmətin hansı təşkilat tərəfindən həyata keçirilməsi, hansı təşkilatın həmin bağlara xidmət göstərən səlahiyyətli orqan kimi tanınması ilə bağlı olmuşdur. Hazırkı mübahisəni sonradan yaradılmış təşkilat başlamış və yenə də mahiyyəti həmin bağların idarə olunması ilə bağlı əvvəl qəbul edilmiş bir neçə qərarların, protokolların etibarsızlığı, bağların idarə olunması sahəsində sonradan yaradılmış cəmiyyətin səlahiyyə tlərinin tanınması ilə bağlıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı "GəmiTəmirçisi” Bağçılıq Yoldaşlıq Cəmiyyəti Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsini və Əhmədova Kəmalə İsak qızını üçüncü şəxs qismində cəlb etdiyi Cavabdeh qarşı 29.01.2010-cu il tarixli protokolun ləğvi tələbinə dair” iddia ərizəsi, daha sonra iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Prezidentinin 22.10.2013-cü il tarixli, 6 saylı Sərəncamı ilə ləğv olunmuş Azərbaycan Dövlət X8, idarənin tabeliyindəki qurumlar, həmçinin qeyri-hüquqi şəxs olan “Gəmitəmiri və Gəmiqayırma” İstehsalat Birliyinin “Gəmitəmirçisi” bağçılıq yoldaşlığı adlandırılan qurumun 15.11.2015-ci il tarixli və 0 7.04.2018-ci il tarixli protokollarının ləğv olunması və nəticələrinin etibarsız hesab edilməsi, üzərində Baş direktor və Həmkarlar İttifaqının sədrinin imzaları olmayan, kompüter vasitəsi ilə tərtib olunmuş 3 saylı 15.05.1986-cı il tarıxli protokolun ləğv olunması və nəticələrinin etibarsız hesab edilməsi, keçmiş “Gəmitəmirçisi" b/y birliyinin Hövsan ərazisində yerləşən sahəsində aparılan inventarizasiyanın gedişi haqqındakı iclasın 29.01.2010-cu il tarixli protokolunun ləğv edilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Gəmitəmirçisi” b/y-nin ərazisində üzvlərə ayrılmış torpaq sahələrində, Hövsan qəsəbəsi “Gəmitəmirçisi” bağçılıq yoldaşlığının torpaq sahələrinin rəsmiləşdirilməsi (özəlləşdirilməsi) üçün hazırlanmış sənədlərin qəbul edilməsinin yalnız Dövlət qeydiyyatından keçə n ”Gəmi təmirçısi" Bağçılıq Yoldaşlıq Cəmiyyətinə aid möhür və ştampla təsdiqlənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi belə əsaslandırılmışdır: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qüvvədə olan 2(004)-7054/2015 saylı qətnaməsinə əsasən ləğv olunmıış "Gəmi təmiri və Gəmiqayırma" İstehsalat Birliyinin '‘Gəmitəmirçisi” bağçılıq yoldaşlığı adlandırılan qurumun qəbul etdiyi qərarların və protokolların qəbul edildiyi tarixdən etibarsız və qanunsuz hesab edilməsinə baxmayaraq, bu günə kimi naməlum əsaslarla hazırlanmış saxta möhürlərdən istifadə edilərək müxtəlif dövlət qurumlarına, habelə məhkəmələrə saxta sənədlər təqdim olunur. X6 tərəfindən ləğv olunmuş “Xəzərdəniz.gəmitəmiri” İB-nin “Gəmitəmirçisi” b/y adlandırılan qurumun möhürü hüquq mühafızə orqanlarına təhv il verilmişdir. Hüquq mühafizə orqanları tərəfindən ləğv olunmuş Azərbaycan Dövlət X5 nümayəndəsi Maraqlı şəxs təhvil verilmişdir. Ləğv olunmuş Azərbaycan Dövlət X5 varisi “X8" QSC dəfələrlə sorğulara rəsmi surətdə bildirmişdir ki, adı çəkilən “Gəmitəmiri və Gəmiqayırma” İstehsalat Birliyinin “Gəmitəmirçisi” bağçılıq yoldaşlığı adlandırılan qurumun möhürü mövcud deyildir. Eyni zamanda da bildirilmişdir ki, QSC-nin tabeliyində olan qurum və strukturunda “Gəmitəmirçisi” bağçılıq yoldaşlığı adlandırılan qurum, habelə “Gəmitəmiri və Gəmiqayırma” İstehsalat Birliyi mövcud deyildir. Nəsimi Rayon Məhkəməsinin 03.10.2006-cı il tarixli hökmü ilə X1 əməli AR CM 306.1-ci maddəsi ilə tövsüf edilmişdir. Həmin işin məhkəmə istintaqı zamanı zərərçəkən şəxs qismində dindirilmiş X6 bildirmişdir ki, X2 rus dilində olan ləğv olunmuş «KacпMopcyдopемonт» СПO caдoвoe товapишеcтвo «Cyдоpeмонтник» adlandırılan qurumun möhürü və sənədləri geri qaytarmaması səbəbindən məhkəməyə müraciət etmişdir. Təəsüflər olsun ki, məhkəmə qətnamələri bu günə kimi icra olunmayıb. Halhazırda, ləğv olunmuş Azərbaycan Dövlət X5 “Gəmitəmiri və Gəmiqayırma" İB-nin “Gəmitəmirçisi” bağçılıq yoldaşlığı adlandırılan qurumun möhürü, ləğv olunmuş “Xəzərdənizgəmitəmiri” İB-nin “Gəmitəmirçisi" b/y adlandırılan qurumun möhürü və rus dilində olan ləğv olunmuş «KacпMopcyдopемonт» СПO caдoвoe товapишеcтвo «Cyдоpeмонтник» adlandırılan qurumun möhürü kənar şəxslərin əllərində olduğundan, həmin möhürlərdən istifadə edilərək saxta arxiv sənədləri bu günə kimi hazırlanır və müxtəlif dövlət qurumlarına təqdim olunur.
4. Bakı Şəhəri Yasam al Rayon Məhkəməsinin 2(004)-7723/2018 saylı iş üzrə 03 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən hakim S.Mehrəliyev) iddianın təmin edilməsi, keçmiş “Gəmitəmirçisi" bağçılıq yoldaşlığı birliyinin Hövsan ərazisində yerləşən sahəsində aparılan inventarizasiyanın gedişi haqqında iclasın 29.01.2010-cu il tarixli protokolunun ləğv edilməsi, üzərində Baş direktor və Həmkarlar İttifaqının sədrinin imzaları olmayan, kompüter vasitəsi ilə tərtib olunmuş 3 saylı 15.05.1986-cı il tarıxli protokolun ləğv olunması və nəticələrinin etibarsız hesab ediləsi, Azərbaycan Respublikası Prezidentinin 22.10.2013-cü il tarixli, 6 saylı Sərəncamı ilə ləğv olunmuş Azərbaycan Dövlət X8, idarənin tabeliyindəki qurumlar, həmçinin qeyri-hüquqi şəxs olan “Gəmitəmiri və Gəmiqayırma” İstehsalat Birliyinin “ Gəmitəmirçisi” bağçılıq yoldaşlığı adlandırılan qurumun 15.11.2015-ci il tarixli və 07.04.2018-ci il tarixli protokollarının ləğv olunması və nəticələrinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Gəmitəmirçisi” bağçılıq yoldaşlığının ərazisində üzvlərə ayrılmış torpaq sahələrində, Hövsan qəsəbəsi “Gəmitəmirçisi” bağçılıq yoldaşlığının torpaq sahələrinin rəsmiləşdirilməsi (özəlləşdirilməsi) üçün hazırlanmış sənədlərin qəbul edilməsi yalnız Dövlət qeydiyyatından keçən ”Gəmi təmirçısi" Bağçılıq Yoldaşlıq Cəmiyyətinə aid möhür və ştampla təsdiqlənməsi qət edilmişdir.
5. İddia tələbini təmin edən birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1,43.6, 44.1, 48.1, 59.1-ci və Mülki Prosessual Məcəllənin 52.2, 191.3, 220.4-cü maddələrinə istinad etmişdir.
6. Həmin qətnamə ilə razılaşmayan maraqlarına toxunan şəxs Maraqlı şəxs qətnamədən apelyasiya şikayəti verərək qətnamənin ləğv olunaraq iddanın rədd edilməsini xahiş etmişdir. a) Apelyasiya instansiyası məhkəməsindəki İ icraat
7. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Q.Əsgərov sədrlik edən və məruzəçi, A.İmanov və V.Sadıqov) 17 noyabr 2020-ci il tarixli 2(103)8084/2020 saylı qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
8. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri
9. Maraq larına toxunan şəxs Maraqlı şəxs apelyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, iddia tələbinin rədd edilməsi və ya işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. Kassasiya şikayəti belə əsaslandırılmışdır: Məhkəmə iddia tələbi üzrə qətnamə qəbul edərkən onun əsas götürmüşdür ki, güya “Xəzərdəniz Gəmitəmiri ” İB-nin struktundan çıxarılmış və onun bazasında “Azərbaycan X8” QSC yaradılsa da “Gəmitəmir“ bağçılıq yoldaşlıq cəmiyyətin stukturuna daxil olmamışdır, hazırda bağçılıq yoldaşlığ cəmiyyətinin fəaliyyəti, möhür və ştampları mövcud vəziyyətə uyğun deyildir. Qətnamə maddi və prosessual hüquq normalarınin kobud pozuntusu və işin faktiki hallarına uyğun olmadan çıxarılmışdır. Hazırda bağçılıq Yoldaşlıq mövcuddur və onun üzvləri dəfələrlə keçirdiyi iclasda bu faktı təsdiq edirlər. Bağçılıq Yoldaşlığın müəssisənin struktutunda yer almaması onun ləğv edilməsi anlamına gəlmir. Bağçılıq Yoldaşlığın üzvlərinin siyahısı Reyestr Xidmətində var və həmin siyahı əsasında Reyestr Xidməti sənədləşdirmə aparmışdır. Bağçılıq Yoldaşlıq sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan ictimai birlikdir. Bu ictimai birlik öz üzvlərindən gəlir götürmür və yalnız bağ torpaq sahələrinin sənədlədirilməsi ilə məşğul olur. Reyestr Xidməti bununla əlaqədar heç bir irad bildirməmişdir. X4 sənədləşdrilməsində heç bir problem yoxdursa, o zaman Bağçılığın yenidən qeydiyyatdan keçməsinə heç bir zərurət olmamışdır. Çünki bağ torpaq sahələrinin sənədləşdırməsi başa çatdıqdan sonra İctimai Qurum- “Gəmitəmrçi ” Bağçı lıq Yoldaşlıq öz fəaliyyətini dayandıracaqdır. Sonradan 3 nəfər şəxsin təsis etdiklri Gəmitəmirçi ” Bağçılığ Yoldaşlıq Cəmiyyətinin artıq mövcud olmuş Bağşılıq Yoldaşığı özünə tabe etdirməsi qanunszudur. “Gəmi Təmirçi ” Bağçılıq Yoldaşlıq 15.05. 1986-ci ildə təsis edilmiş və o zaman Bağçılıq Yoldaşlığn iki yüzdən çox üzvü olmuşdur və həmin bağçılardan bir çox əməkdaşlar aldığı bağ sahəsini özəlləşdirərək Bağçılıq Yoldaşlıqdan çıxmış və Bağçılıqla heç bir əlaqəsi yoxdur. Bağçılığın diğər üzvləri öz bağ sahələrini özəlləşdirmədikləri üçün bağçılığın üzvü olaraq qalırlar. Bağçılığın sədri müxtəlif vaxtlarda müxtəlif şəxslər seçilmişdir. 2003-2009-cü ilə kimi Bağçılığın sədri X3 olmuşdur. (Hazırki iddia üzrə 3-cü şəxs və yeni yaradılmış “Gəmitəmirçi” bağçılıq Cəmiyyətinin təsisçisi). O zaman K amalə Bağçılıqda qeyri qanuni əməllər törətdiyinə görə kollektiv onun sədrlikdən kənar etmiş və onun qeyri-qanuni əməlləri barədə Prokurorluğa və Polis orqanlarına müraciətlər edilmişdir. O zaman Prokurorluq və Polis orqanları onun barəsində cinayət işi açmış, lakin sonradan müddətin keçməsi səbəbindən cinayət işinin başlanması rədd edilmişdir. 2009cü ildə Bağçılığın yeni sədri Maqsudov Hüseyn seçilmiş, lakin Kamalə Əhmədovanm onu daimi şantaj etməsi və hədləməsi səbəbindən o, Bağçılığın sədri vəzifəsindən imtina etmiş və o zaman Bağçılığın sədri vəzifəsinə Maraqlı şəxs seçilmişdir. Sonrakı tarixlərdə bağçılığın bir neçə dəfə yığıncağının qərarı ilə təkrar-təkrar Maraqlı şəxs Bağçılığın sədri seçilmişdir. Bağçılığın üzvləri 2015-ci ildə Maraqlı şəxs yenidən bağçılın sədri seçimişdir. Hesab etsək ki, Yasamal rayon məhkəməsinin Qətnaməsi ilə 2009- cu ildən 2013-cü il üzrə İclas Protokolları ləğv edilmiş, lakin hazırda Bağçılığın 2015-ci il və 2018-ci il tarixli Protokolları ilə yenidən bağçılığın sturukturu yaradılmış və sədri Maraqlı şəxs seçilmişdir. Bağçılıq yoldaşlığa heç bir aidiyyatı olmayan Kamələ Əhmədovanın iddia ərizələri əsasında Yasamal rayon məhkəməsi tərəfindən ləğv edilmiş, lakin bağçılar təkrar olaraq bağçılığın sədri kimi Maraqlı şəxs seçmişlər. X7 Yoldaşlığın Protokollarının ləğv edilməsi üçün İddia Ərizəsi ilə Yasamal rayon məhkəməsinə müraciət edəndə, nədənsə nə məhkəmə, nə də iddiaçı Bağçılığm sədri kimi Maraqlı şəxs məhkəməyə dəvət etməyiblər. Bütün məhkəmə prosessləri Qarayevanın iştirakı olmadan, birtərəfli qaydada aparılmış və heç bir sübut olmadan əsasız qətnamələr qəbul edilmşdir. “Gəmitəmirçi ” Bağçılıq Yoldaşlığı Cəmiyyətinin “Gəmitəmirçi ” Bağçılıq Yoldaşlığa heç bir aidiyyatı yoxdur. Apellyasiya Məhkəməsinin qətnaməni AR Mülki Məcəlləsinin 43.1,43.6,44.1, 48.1 və 59.1-ci maddələrinə istinad etməklə əsaslandırması qanunsuzdur və qanunun düzgün tətbiq edilməməsidir. Çünki, göstərilən maddi hüquq normaları Hüquqi Şəxslərin təsis edilməsi ilə əlaqədardır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Üçüncü şəxs XXXX kassasiya şikayətinə qarşı etiraz göndərərək, kassasiya şikayətinin təmin edilməməsini, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Maraqlarına toxunan şəxsin vəkili Əliyev Mehm an Əlizaman oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
13. İddiaçının nümayəndəsi Nümayəndə1 və iddiaçının vəkili Həşimova Zülfiyyə Vəli qızı kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişlər.
14. Cavabdeh və üçüncü şəxslər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin
15. Maddə 50.1. Prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər.
16. Maddə 50.3. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslə r cavabdeh hesab olunurlar.
17. Maddə 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər.
18. Maddə 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır.
19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessua l hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
22. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
23. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya in stansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
24. Mülki mühakimə icraatında hakimlərin işinə yarıyan, yəni heç bir araşdırma aparmadan yekun qərarın çıxarılmasını asanlaşdıran bir qayda var-iddiaçının dediklərinə əsasən iddia təmin olunan deyilsə, qarşı tərəfin etirazları ilə bağlı araşdırma aparmadan mübahisəni bitirmək olar. Lakin çox vaxt hakimlər bu qaydadan istifadə edə bilmirlər ona görə ki, mübahisənin həlli yolunun sonuna gedən ardıcıllığı düzgün müəyyən edə bilmirlər. Hazırkı işdə də məhkəmələr belə səhvə yol vermişlər.
25. Mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasını tapmaqdan ibarətdir. Düzgün iddia tələbinin qanuni əsasını tapmaq üçün dörd sualı əldə rə hbər tutmaq lazımdır: Kim kimdən, nə və nəyə əsasən tələb edir?.
26. Hazırkı işdə həmin qaydaya riayət edən hüquqtətbiqedici mübahisə ilə bağlı əsaslı qərarın qəbulunda çətinlik çəkə bilməzdi.
27. Beləki, iddiaçının tələblərini şərti olaraq qruplaşdırsaq "GəmiTəmirçisi” Bağçılıq Yoldaşlıq Cəmiyyəti Cavabdeh qarşı beş tələb irəli sürmüşdür. 1) 29.01.2010-cu il tarixli protokolun ləğv edilməsi. 2) “Gəmitəmiri və Gəmiqayırma” İstehsalat Birliyinin “Gəmitəmirçisi” bağçılıq yoldaşlığı adlandırılan qurumun 15.11.2015-ci il tarixli və 07.04.2018-ci il tarixli protokollarının ləğv olunması və nəticələrinin etibarsız hesab edilməsi. 3) Üzərində Baş direktor və Həmkarlar İttifaqının sədrinin imzaları olmayan, kompüter vasitəsi ilə tərtib olunmuş 3 saylı 15.05.1986-cı il tarıxli protokolun ləğv olunm ası və nəticələrinin etibarsız hesab edilməsi, 4) Keçmiş “Gəmitəmirçisi" b/y birliyinin Hövsan ərazisində yerləşən sahəsində aparılan inventarizasiyanın gedişi haqqındakı iclasın 29.01.2010-cu il tarixli protokolunun ləğv edilməsi, 5) Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Gəmitəmirçisi” b/y-nin ərazisində üzvlərə ayrılmış torpaq sahələrində, Hövsan qəsəbəsi “Gəmitəmirçisi” bağçılıq yoldaşlığının torpaq sahələrinin rəsmiləşdirilməsi (özəlləşdirilməsi) üçün hazırlanmış sənədlərin qəbul edilməsinin yalnız Dövlət qeydiyyatından keçən ”Gəmi təmirçısi" Bağçılıq Yoldaşlıq Cəmiyyətinə aid möhür və ştampla təsdiqlənməsi.
28. İşə baxan məhkəmə ilk olaraq iddiaçının belə tələbləri irəli sürməyə özünün subyektiv hüququnun olması ilə bağlı dəyərləndirmə aparmalı idi. Beləki, 02.11.2017-ci il tarixdə dövlət qeydiyyatına alınmış cəmiyyətin bağçılıq təsərrüfatının idarə olunması ilə bağlı illər əvvəl qəbul edilmiş qərarların iddiaçının mənafeyinə hansı qaydada zidd olması (pozması) məsələsini aydınlaşdırmalı idi.
29. Məhkəmə belə bir dəyərləndirmədən sonra iddiaçının xeyrinə müsbət rəyə gəlmiş olsa, onda ikinci qaydaya uyun olaraq Cavabdeh irəli sürülmüş tələblərə cavab verməli şəxs olub-olmamasına qiymət veriməli idi. Cavabdeh iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslərdirlər (MPM-nin 50.3. maddəsi). İddia tələbi o şəxsə qarşı yönəlməlidir ki, həmin şəxs o tələbə cavab verməli şəxs olsun. Əks təqdirdə həmin şəxsə qarşı iddia təmin oluna bilməz.
30. Qərarın 27-ci bəndində şərti olaraq qruplaşdırılan beş tələbdən hər-hansı birinə Cavabdeh olması aydın deyil. Açıq-aşkar həmi n cavabdeh əsl cavabdeh deyil. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır (MPM-nin 54.1,54.2. maddələri).
31. Etibarsızlığı və yaxud ləğv olunması tələb olunan yeganə bir sənəddə Cavabdeh adı var. Həmin sənəd Keçmiş ”Gəmi təmirçısi" Bağçılıq Yoldaşlıq birliyi Hövsan ərazisində yerləşən sahəsində aparılan inventarizasiyanın gedişi haqqında iclasın 29.01.2010-cu il tarixli protokoludur. Həmin protokola əsasən Cavabdeh doqquz iştirakçıdan biri olmuşdur. Həmin iclasda X5 sosial məsə lələr və təsərrüfat xidmətinin rəisi, hüquq şöbəsinin hüquq məsləhətçisi, inzibati-təsərrüfat şöbəsinin rəisi, həmkarlar ittifaqı komitəsinin sədri, İ.Allahverdiyev adına və Paris Kommunası adına istehsalat vahidinin həmkarlar ittifaqı komitəsinin sədrləri, X8 “Yelkən” bağçılıq idarə heyətinin sədri və nəhayət həmin vaxt Zaqfederasiya adına gəmi təmiri istehsalat vahidinin həmkarlar ittifaqı komitəsinin sədri işləmiş Cavabdeh iştirak etmişlər.
32. Qeyd olunan şəxslərin iştirak etdiyi X8 üzrə 29.01.2010-cu il tarixli protokolu Cavabdeh kimi cəlb etməklə ləğv olunmasının qanuni əsasları ilə bağlı məhkəmələr dəyərləndirmə aparmamışlar.
33. İrəli sürülən digər tələblər üzrə Cavabdeh olmasına dair heç bir sübut təqdim edilməmişdir. Təsadüfi deyil ki, hazırkı iş üzrə 1-ci instansiya məhkəməsinin qətnaməsi maraqlı şəxs qoşulanadək qanuni qüvvəsini alaraq icra olunması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinə göndərilmişdir. Həmin hissə bağ sahələrinin sənədləşdirmələri ilə bağlı iddiaçı təşkilatın sənədləşmələrinin tanınması ilə bağlı olmuşdur. 1-ci instansiya məhkəməsi qətnamənin qət etdi hissəsinə iddiaçının ərizəsi əsasında belə bir izah vermişdir ki, nəticədə həmin xidmətin verdiyi şikayət əsasında izah qərardadı üç dəfə apellyasiya icraatının baxış predmeti olmuş və nəticədə ləğv edilmişdir. Deməli, əslində həmin tələb Cavabdeh yönələn tələb deyildi.
34. Ümumiyətlə, işə baxan məhkəmələr “Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Gəmitəmirçisi” b/y-nin ərazisində üzvlərə ayrılmış torpaq sahələrində, Hövsan qəsəbəsi “Gəmitəmirçisi” bağçılıq yoldaşlığının torpaq sah ələrinin rəsmiləşdirilməsi (özəlləşdirilməsi) üçün hazırlanmış sənədlərin qəbul edilməsinin yalnız Dövlət qeydiyyatından keçən ”Gəmi təmirçısi" Bağçılıq Yoldaşlıq Cəmiyyətinə aid möhür və ştampla təsdiqlənməsi” tələbinə məhkəmədə baxılmalı olub-olmaması ilə bağlı heç bir dəyərləndirmə aparmamışlar.
35. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan prosessual pozuntular məhkəmə qətnaməsinin ləğv olunması üçün müstəqil əsaslar olduğundan mübahisənin mahiyyəti üzrə düzgün həll edilib-edilməməsi ilə bağlı əlavə dəyərləndirmə aparılmasına zərurət yoxdur. İşə yenidən baxan məhkəmə şərh olunan ardıcıllıqla, hansı tələbə məhkəmədə baxılmalı olub-olmaması, iddiaçının ləğv olunması və etibarsızlığını tələb etdiyi protokol və qərarların onun subyektiv hüququnu pozub-pozmaması, cavabdehin hə min tələblərə cavab verməli şəxs olub-olmamasını aydınlaşdırdıqdan sonra irəli sürülmüş tələblər üzrə qərar qəbul etməlidir.
36. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 418, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Maraqlı şəxs kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8084/2020 nömrəli iş üzrə 17 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv olunaraq, iş yenidən baxılması üçün apellyasiya baxışına göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.