Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2415/2021 09.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı İddiaçı cavabdehlər Cavabdeh1 və X2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2415/21 (Açar sözlər: paylı mülkiyyətdə olan mənzilin açıq hərracda satılması) Bakı şəhəri, 09 avqust 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, iddiaçı İddiaçı vəkili Vəkil3, cavabdehlər Cavabdeh1 və X1 vəkili Vəkil2 iştirakı ilə, İddiaçı İddiaçı cavabdehlər Cavabdeh1 və X2 qarşı “paylı mülkiyyətdə olan mənzilin a çıq hərracda satılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4915/2020 nömrəli, 20 oktyabr 2020-ci il tarixli qətnaməsindən cavabdehlərin kassasiya şikayətinə 09 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 116 nömrəli evin, 26 nömrəli mənzili paylı mülkiyyət hüququ üzrə 1/3 hissədə İddiaçı, 1/3 hissədə Cavabdeh1 və 1/3 hissədə X2 məxsusdur.
2. İddiaçı ilə cavabdehlər arasında həmin mənzildən birgə istifadə edilməsi və mənzilin bölünməsi və ondan payın ayrılması barədə mübahisə vardır. a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, onun 1/3 pay şəkli ndə mülkiyyətində olan XXX açıq hərrac vasitəsi ilə satılması və əldə edilmiş pul məbləğinin paylara mütənasib surətdə bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılıb ki, tərəflərin ümumi paylı mülkiyyətində olan mənzil iki otaqlı olmaqla ondan birgə istifadə edilməsi mümkün deyil, tərəflər paylı mülkiyyətdən istifadə edilməsi ilə bağlı razılığa gələ bilməmişlər.
5. Paylı mülkiyyətdən mülkiyyətə tənasübsüz zərər vurmadan payın ayrılması, habelə mənzilin paylar üzrə ayrılması və naturada bölünməsi mümkün deyil.
6. İddiaçı mənzildən ona düşən pay hissəsini 53000 manata digər payçılara təklif etməsi barədə 17.09.2019-cu il tarixdə cavabdehlərə bildiriş göndərsə də, bildirişlə tanış olduqdan sonra cavabdehlər bildirişi qəbul etməkdən imtina etmişlər.
7. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu, Mülki Məcəllənin 220.3-220.5-ci maddələrinə istinad etmişdir.
8. Cavabdeh X4 iddiaya etirazında göstərib ki, iddiaçı onun mərhum ərinin oğlu olsa da, 4 aylıq olarkən onları tərk etmişdir. İddiaçı atasının xəstəliyi vaxtı ona yaxın belə durmamışdır.
9. Cavabdeh1 da iddiaya etiraz edərək onun rədd edilməsini xahiş etmişdir.
10. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 fevral 2020-ci il tаrixli 2(006)1002/2020 nömrəli qətnaməsi ilə iddiа təmin edilmiş, tərəflərin paylı mülkiyyətində olan XXX istifadədə olan 0,13809 ha torpaq sahəsində yerləşən 116 nömrəli 5 mərtəbəli binanın 3-cü mərtəbəsində, 32 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 26 nömrəli mənzilin açıq hərracdan satılması, satışdan əldə olunmu ş vəsaitin 1/3 hissəsinin İddiaçı, 1/3 hissəsinin Cavabdeh1, 1/3 hissəsinin cavabdeh X2 ödənilməsi qət edilmişdir. (hakim Ceyhun Tağıyev)
11. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 30 sentyabr 2011-ci il tarixli 2(006)-14/2011 saylı qətnaməsinə əsasən İddiaçı X2 qarşı «paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılması» tələbinə dair iddiası, «miras qoyanın müalicə, yas mərasimləri və qəbrüstü abidəsinə çəkilən xərclərin tutulması, tutulmalı olanvəsaitin miras əmlakdakı paylarla əvəzləşdirilməsi və mülkiyyət hüququna xitam verilməsi» tələbinə dair qarşılıqlı iddia və cavabdeh tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh1 İddiaçı qarşı irəli sürülmüş tələbləri rədd edilmişdir. Həmin qətnamədə məhkəmə tikinti-texniki ekspertizasının 12 fevral 2011-ci il tarixli ekspert rəyinə əsasən müəyyən edilib ki, mübahisə predmeti olan daşınmaz əmlakın müəyyən edilmiş paylar üzrə bölünməsi və ayrılması texniki cəhətdən mümkün deyil.
12. İddiaçı paylı mülkiyyətdə olan əmlakın açıq hərracda satılması tələbini irəli sürməmişdən öncə X2 və X5 bildiriş ünvanlayaraq, öz payını sonunculara təklif etmişdir.
13. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 152.1, 220.2, 220.3, 220.4, 220.6, 221, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli qərarı ilə əsaslandırmışdır. b) A pelyasiya instansiyası məhkəməsindəki icraat
14. Cavabdehlər apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddia tələbinin icraatına xitam verilməsini xahiş edib.
15. Apellyasiya şikayətinin dəlilləri: - tərəflər arasında eyni predmet və eyni əsasla qüvvədə olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 sentyabr 2011-ci il tarixli qətnaməsi ola-ola məhkəmə yenidən eyni tərəflər arasında eyni predmet və eyni əsasla mülki işə baxaraq qətnamə çıxarmışdır; - bundan əlavə, məhkəmə öz qətnaməsində göstərmişdir ki, guya iddiaçı tərəfindən paylı mülkiyyətdə olan payının 53000 manata cavabdehlərə satılmasına dair 17.09.2019cu il tarixli bildiriş göndərilmiş və onlar bildirişi qəbul etməkdən imtina etmişlər. Halbuki belə bir bildiriş onlara göndərilməmişdir. Həm də İddiaçı 1/3 hissə əmlak payını satış a təklif edirdisə, o, payın notarial qaydada alqı-satqısını həyata keçirmək üçün mütləq evin hüquq müəyyənedici sənədlərini ərazi üzrə notariat kontoruna və ya ASAN xidmət mərkəzinə təqdim etməli idi; - həmin mənzil cavabdehlərin yeganə yaşayış yeri olduğuna görə hərraca çıxarılıb satıla bilməzdi; - birinci instansiya məhkəməsi Mülki Məcəllənin 1302-ci maddəsinə əsasən cavabdehlərin vərəsə kimi ümumi mülkiyyətə daxil olan əmlaka vərəsəlikdə üstünlük hüququna malik olmasını, habelə Mülki Məcəllənin 218-ci maddəsinə əsasən həmin payı satın almaqda üstünlük hüququna malik olmasını nəzərə almamış, maddi və prosessual hüquq normalarını pozmuş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki halları aydınlaşdırmamışdır.
16. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4915/2020 nömrə li, 20 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, qətnamə cavabdehlərin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər İlham Kərimli (sədrlik edən və məruzəçi), Akif İsgəndərov, Elşən Kazımov)
17. Apellyasiya instansiyası iş materiallarına əsasən müəyyən etmişdir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 aprel 2014-cü il tarixli qətnaməsi ilə 17 aprel 2007-ci il tarixdə vəfat etmiş Musayev Vahid İsa oğlunun miras əmlakına X1, Cavabdeh1 və İddiaçı birinci dərəcəli vərəsələri kimi hüquqları tanınmış və XXX mənzilinə qanun üzrə birinci növbəli vərəsə kimi X1, Cavabdeh1 və İddiaçı həmin daşınmaz əmlak üzərində 1/3 hissədə pay hüquqları tanınmışdır. Həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 20 n oyabr 2014-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. 18 iyun 2009-cu il tarixli MH seriyalı ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən qeyd edilən mənzil İddiaçı, Cavabdeh1 və X1 hər birinin 1/3 hissədə payı olmaqla ümumi paylı mülkiyyətdədir. Mübahisəli mənzil iki otaqdan ibarətdir. İddiaçı ilə cavabdehlər paylı mülkiyyətdən istifadə edilməsi ilə əlaqədar razılığa gələ bilmirlər. Hazırda mənzildən birgə istifadə etmək mümkün deyil. Paylı mülkiyyətdən mülkiyyətə tənasübsüz zərər vurmadan payın ayrılması mümkün deyildir.
17. Apellyasiya instansiyası həmçinin müəyyən etmişdir ki, tərəflər ümumi paylı mülkiyyətdə olan mənzildən istifadə ilə bağlı razılığa gələ bilmədiklərinə görə əvvəllər aralarında məhkəmə mübahisəsi olmuş, Bakı şəhəri Nəsimi Rayon Məhk əməsinin 30 sentyabr 2011-ci il tarixli qətnaməsi ilə İddiaçı X2 qarşı paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılması tələbinə dair iddiası rədd edilmişdir. Həmin işə baxılarkən məhkəmə tərəfindən mübahisə predmeti olan mənzildə payın naturada ayrılmasının mümkünlüyünün yoxlanılması məqsədi ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın 12 fevral 2011-ci il tarixli rəyinə əsasən mənzilin müəyyən edilmiş paylar üzrə bölünməsi və naturada ayrılması texniki cəhətdən mümkün deyil. Həmçinin ekspert rəyinin verildiyi gündən ötən müddətdə mənzilin konstruksiyasında hər hansı bir dəyişiklik olmamışdır.
18. Apellyasiya instansiyası tərəflər arasında eyni predmet və eyni əsasla qüvvədə olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 sentyabr 2011-ci il tarix li qətnaməsi olaola məhkəmənin yenidən eyni tərəflər arasında eyni predmet və eyni əsasla mülki işə baxaraq qətnamə çıxarması barədə apellyasiya şikayətinin dəlili ilə qeyd edib ki, tərəflər arasında əvvəlki mülki işə baxılarkən məhkəmə iddianı ona görə rədd etmişdir ki, İddiaçı Mülki Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyən edilmiş prosedurlara əməl etmədən birbaşa paylı mülkiyyətçisi olduğu daşınmaz əmlakın açıq hərracdan satılması tələbini irəli sürmüşdür. Hazırda isə iddiaçı həmin prosedurlara riayət edərək hazırkı iddianı qaldırmışdır. Mülki Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyən edilmiş prosedurlara əməl olunmadığına görə paylı mülkiyyətdə olan əmlakın açıq hərracdan satılması tələbinə dair iddianın rədd edilməsi həmin prosedurlara riayət edilməklə yenidən eyni iddianın qaldırılmasını istisna etmir.
19. İddiaçının mənzildə olan payının cavabdehlərə təklif olunması barədə 17.19.2019-cu il tarixli bildirişin cavabdehlərə çatmaması ilə bağlı şikayətin dəlilinə münasibətdə apellyasiya məhkəməsi vurğulayıb ki, əvvəla həmin bildirişin cavabdehlərə göndərilməsi barədə iddia ərizəsinə əlavə olunmuş poçt qəbzindən görünür ki, qəbzdə “alan şəxs tərəfindən məktubla tanış olduqdan sonra qəbul etməkdən imtina edildi” qeydi yazılmışdır. Həmçinin apellyasiya baxışında həmin bildirişin surəti Cavabdeh2aya təqdim olunmuş və bildirişə münasibət bildirmək üçün məhkəmə iclası təxirə salınmışdır. Cavabdeh2a bildirişin surətini alsa da, bildirişdə əks olunan təklifə heç bir münasibət bildirməmişdir. Qeyd olunanlar ona dəlalət edir ki, Cavabdeh2a iddiaçının mənzildə olan payın ı əldə etməkdə maraqlı olmamışdır.
20. İddiaçının 1/3 hissədə əmlak payını satışa təklif etdiyi halda, payın notarial qaydada alqı-satqısını həyata keçirmək üçün mütləq evin hüquq müəyyənedici sənədlərinin ərazi üzrə notariat kontoruna təqdim edilməli olması barədə apellyasiya şikayətinin dəlilini də apellyasiya məhkəməsi əsassız sayıb və bunu belə əsaslandırıb ki, mülki qanunvericilikdə ayrılan mülkiyyətçinin payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi üçün mütləq qaydada notariat orqanlarına müraciət edilməli olması barədə göstəriş yoxdur.
21. Tərəflərin ümumi paylı mülkiyyətində olan mənzilin cavabdehlərin yeganə yaşayış yeri olduğuna görə hərraca çıxarılıb satılmasının qanunazidd olması barədə şikayətin dəlili ilə bağlı apellyasiya məhkəməsinin m övqeyi belə olub ki, fiziki şəxs barəsində icra sənədinin icrası ilə bağlı hallar istisna olmaqla, qanunvericilikdə vətəndaşın yeganə yaşayış yeri olan paylı mülkiyyətdə olan mənzilin hərraca çıxarılıb satılmasına hər hansı qadağa yoxdur. Hazırkı mülki iş fiziki şəxs barəsində icra sənədinin icrası ilə bağlı olmadığından, həmin normaların hazırkı işə heç bir aidiyyəti yoxdur.
22. Birinci instansiya məhkəməsi tərəfindən Mülki Məcəllənin 1302-ci maddəsinə əsasən cavabdehlərin vərəsə kimi ümumi mülkiyyətə daxil olan əmlaka vərəsəlikdə üstünlük hüququna malik olmasının, habelə Mülki Məcəllənin 218-ci maddəsinə əsasən həmin payı satın almaqda üstünlük hüququna malik olmasının nəzərə alınmaması barədə apellyasiya şikayətinin dəlilini qəbul etməyən apellyasiya məhkəməsi mövqeyini belə əsaslandırı b ki, həmin normaların hazırkı işə heç bir aidiyyəti yoxdur.
23. Apellyasiya məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 aprel 2014-cü il tarixli Qərarına istinad edərək göstərib ki, hazırki işdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalar ardıcıllıqla tətbiq edilib.
24. Apellyasiya instansiyası birinci instansiya məhkəməsinin tətbqi etdiyi maddi hüquq normaları ilə razılaşaraq belə nəticəyə gəlib ki, tərəflərin mülkiyyətində olan mənzilin mülkiyyətçilərin paylarına uyğun şəkildə naturada bölgüsü mümkün olmadığından, paylara uyğun kompensasiya verilməsi barədə mülkiyyətçilərin yekdil razılığı əldə ed ilmədiyindən, iddiaçı ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsini tələb etməkdə tam haqlı olmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
25. Cavabdehlər Cavabdeh1 və X1 vəkili Vəkil2 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iş üzrə icraata xitam verilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişlər.
26. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılıb. b) Kassasiya şikayətinə etiraz 27.Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
28. Məhkəmə kolleg iyasının iclasında cavabdehlər Cavabdeh1 və X4 və onların vəkili Vəkil2 kassasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdilər.
29. Məhkəmə kollegiyasının iclasında iddiaçı X3 vəkili Vəkil3 kassasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilm əsi hüququna malikdir. Maddə 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Maddə 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydın laşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
30. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməs i kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
31. Hazırkı kassasiya şikayətində cavabdehlər apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apelyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.
34. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.
35. İddia tələbi iddiaçının və cavabdehlərin hər birinin paylı mülkiyyətində olan mənzilin açıq hərracda satılmaqla əldə edilmiş pul məbləğinin paylara mütənasib surətdə bölünməsi barədədir.
36. İşin apellyasiya instansiyası tərəfindən müəyyən edilən halları da ondan ibarətdir ki, Bakı şəhəri Nəsimi rayonu Səməd Vurğun küçəsində yerləşən 116 nömrəli evin 26 nömrəli mənzili İddiaçı, Cavabdeh1 və X1 hər birinin 1/3 hissədə payı olmaqla ümumi paylı mülkiyyətdədir. Mübahisəli mənzil iki otaqdan ibarətdir. Onlar paylı mülkiyyətdən istifadə edilməsi ilə əlaqədar razılığa gələ bilmirlər. Mənzildən birgə istifadə etmək mümkün deyil. İddiaçı mənzildə olan payının alınmasını cavabdehlərə təklif etsə də, nəticə əldə edilməyib. Paylı mülkiyyətdən mülkiyyətə tənasübsüz zərər vurmadan payın ayrılması da mümkün deyildir.
37. Göründüyü kimi, yuxarıda qeyd edilən maddi hüquq normaları işin müəyyən edilmiş hallarına uyğun olub. Həmin normaların dispozitiv şərtləri işin müəyyən edilmiş hallarına uyğun olaraq iddianın təmin edilməsinə əsas vermişdir.
38. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər apellyasiya şikayətində də irəli sürülmüşdü və qeyd edildiyi kimi apellyasiya məhkəməsi həmin dəlillərə qiymət verib. Məhkəmə kollegiyası həmin dəlillərlə bağlı apellyasiya məhkəməsinin dəyərləndirməsini əsaslı sayır və hazırki qərarın 18-22-ci bəndlərində qeyd edil ənləri bir daha təkrar etməyə zərurət görmür.
39. Apellyasiya instansiyası məhkəməsi sübutları da Mülki Prosessual Məcəllənin 88 maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir.
40. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
41. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər X1 və Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4915/2020 nömrəli, 20 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.