Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2417/2025 07.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional «Asan Xidmət» Mərkəzində Notariat Ofisi, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: vərəsəlik hüququ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi, C avabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 aprel 2025-ci il tarixli, 2(105)-660/2025 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. V-ЖГ 244779 saylı ölüm haqqında şəhadətnamənin surətinə əsasən X5 08 iyun 1997-ci ildə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1997-ci il tarixdə 16 nömrə ilə qeyd edilmişdir.
2. AZ-İİ 174325 saylı ölüm haqqında şəhadətnamənin surətinə əsasən X7 02 aprel 2021-ci ildə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında Sumqayıt şəhər qeydiyyat şöbəsində xx.xx.2021-ci il tarixdə 739 nömrə ilə qeyd edilmişdir.
3. Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 18 mart 2021-ci il tarixli arayışına əsasən X8 ilə X2 nikahı haqqında 02 aprel 1947-ci il tarixdə 04 nömrəli akt qeydi tərtib olunmuşdur.
4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional «Asan Xidmət» Mərkəzində Notariat Ofisi tərəfindən İddiaçı2, İddiaçı1 və İddiaçı3 ünvanlanmış 14 iyun 2024-cü il tarixli, 1480, 1481 və 1482 nömrəli məktuba əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən mirasın qəbulu üçün qanunla müəyyənləşdirilmiş müddətin ötürülməsi və eyni zamanda miras şərikləri arasında ixtilafların mövcud olması səbəbindən mirasın qəbulu üçün qanunla müəyyənləşdirilmiş müddətin bərpası və miras şərikləri arasında ixtilafların həll edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur.
5. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışına əsasən ünvan 1 tam mülkiyyət hüququ üzrə X3 adına xx.xx.2022ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 6. xx.xx.2023-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.1997-ci il tarixdə vəfat etmiş X3 vərəsəsi X7 idi, lakin onun xx.xx.2021-ci ildə vəfat etməsi ilə əlaqədar miras onun vərəsələri – Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 miras əmlakdan hər birinə 1/3 hissədə irs alır, şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Sumqayıt Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə X4 ver ilmiş **********82-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 90,3 kv.m olan fərdi yaşayış evindən və 0,0797 ha torpaq sahəsindən ibarətdir.
7. Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 arasında bağlanmış xx.xx.2023-cü il tarixli miras payın bağışlanması müqaviləsindən görünür ki, Cavabdeh2 və Cavabdeh3 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzi notariat ofisinin xüsusi notariusu Əmirəliyev Ə.M tərəfindən verilmiş 28 yanvar 2023-cü il tarixli, 2V/110 nömrəli reyestr nömrəsi ilə təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən onlara düşən miras payı anaları Cavabdeh4 bağışlamışlar.
8. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* nömrəli yaşayış yeri üzrə q eydiyyat haqqında arayışdan görünür ki, Cavabdeh4 13 yanvar 2006-cı il tarixdən ünvan 1-də qeydiyyatdadır, Cavabdeh2, Cavabdeh3 həmin ünvanda qeydiyyatda olan şəxslərdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional «Asan Xidmət» Mərkəzində Notariat Ofisi, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum anası X1 miras qalan Sumqayıt şəhəri, Corat qəsəbəsi, 12-ci məhəllədə yerləşən 285 saylı fərdi yaşayış evinin onlar tərəfdən qəbul edilməsi müddətinin uzadılması, onların həmin evə vərəsəlik hüquqlarının tanınması, həmin evə dair 1 saylı Sumqayıt Regional Asan Xidmət Mərkəzi tərəfindən c avabdehlər Cavabdeh2 və Cavabdeh3 adına verilmiş xx.xx.2023-cü il tarixli, 2V-110 reyestrlə qeydə alınmış qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin və xx.xx.2023-cü ildə Cavabdeh4 arasında bağlanmış №M-53 reyestrlə qeydə alınmış bağışlama müqaviləsinin etibarsız hesab olunması, Cavabdeh4 adına verilmiş çıxarışın ləğvi, miras əmlakın qanun üzrə vərəsələr arasında bölünərək hər birinin payının 1/4 hissədə müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
10. İddia işin faktiki hallarına istinad edilərək əlavə olaraq onunla əsaslandırılmışdır ki, anaları X5 xx.xx.1997-ci ildə dünyasını dəyişmişdir. Ondan miras olaraq Sumqayıt şəhəri, Corat qəsəbəsi, 12-ci məhəllədə yerləşən 285 saylı fərdi yaşayış evi qalmışdır. Mərhumun qanun üzrə birinci növbə vərəsələridirlər. Cavabd eh4 isə mərhum qardaşları Nazim Qurbanovun həyat yoldaşıdır. Anasının vəfatından təxminən 25 il sonra DƏDRX 2 saylı Sumqayıt ərazi idarəsi tərəfindən anasının adına bu evə dair çıxarış almaqla cavabdehlər – mərhum qardaşı Nazim Qurbanovun uşaqları Cavabdeh3 və Cavabdeh2 miras qoyan anasının yeganə vərəsələri (Nazim Qurbanovun övladları) kimi özlərini təqdim edərək xx.xx.2023-ci ildə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almış və həmin günü də miras əmlakdakı vərəsə payını anaları olan Cavabdeh4 bağışlamışlar. Bu ev onların ata evidir və həmişə bu evə ata yurdu kimi gedib gəlmiş və miras qoyan N.Qurbanovanın vərəsələri kimi onların da bu evdə vərəsə payları vardır. Lakin cavabdeh notariat kontoruna müraciət edərkən onlara bu barədə bildirməmiş və mərhum qardaşları Nazim Qurbanovu miras qoyanın yeganə vərəsəsi kimi təqdim edərək buna nail olmuşlar. Evə dair sənədlər cavabdehdə olduğu üçün onlara verməmiş və onlar miras əmlakla bağlı vərəsəliyin açılması ilə bağlı müraciət etdikdə isə həmin evə dair çıxarışın olmadığı bildirilmişdir. Lakin cavabdeh onlardan xəbərsiz xx.xx.2022-ci ildə bu evə dair mərhum anasının adına çıxarış almaqla son nəticədə evin tam mülkiyyət əsasında öz adına keçirilməsinə nail olmuşdur. Miras qoyanın qanun üzrə birinci növbə vərəsələridir və miras əmlakda payın qeydə alınmaması mülkiyyət hüquqlarını pozur. Cavabdeh miras qoyanın qanun üzrə birinci növbə vərəsələri kimi onların adını gizlətməklə miras əmlaka bütünlüklə sahib çıxıb. Göstərilənlərə əsasən iddia təmin edilməli, 2023-cü il yanvar ayının 28-də 1 saylı Sumqayıt Regional Asan Xidmət Mərkəzində rəsmiləşdirilmiş 2V-110 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və xx.xx.2023-ci ildə 1 saylı Sumqayıt Regional Asan Xidmət Mərkəzində rəsmiləşdirilmiş 3M-53 reyestr nömrəli bağışlama müqaviləsi etibarsız sayılmalı, mirasın onlar tərəfdən qəbul edilməsi müddəti uzadılmalı, onların həmin evə vərəsəlik hüququ tanınmaqla analarından miras qalan əmlak üzərində 4 vərəsənin hər birinin payı 1/4 hissədə müəyyən olunmalıdır. Mərhum qardaşı N.Qurbanovanın uşaqlarına çatan pay 1/4 hissədə müəyyən olunmalıdır.
11. Sumqayıt Şəhər Məhkəməsinin (hakim Elşən Vəliyev) 30 yanvar 2025-ci il tarixli, 2(060)-163/2025 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.
12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, X5 (iddiaçıların anası) 08 iyun 1997-ci ildə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1997-ci il tarixdə 16 nömrə ilə qeydiyyat aparılmışdır. Onun oğlu X7 02 aprel 2021-ci ildə ölmüşdür. Hazırkı cavabdehlərdən Cavabdeh4, X6 arvadı, Cavabdeh2 və Cavabdeh3 isə övladlarıdır. X1 miras qalmış əmlak Sumqayıt şəhəri, Corat qəsəbəsi, 82-ci məhəllə ərazisində yerləşən 285 saylı fərdi yaşayış evindən ibarət olmuşdur. Həmin əmlak üzərində mülkiyyət hüququ Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş “Şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasport” və Sumqayıt regional “Asan xidmət” mərkəzində notariat ofisinin xx.xx.2022-cü il tarixli, 1444 nömrəli vərəsəlik məktubu əsasında mərhum X3 adına qeydiyyata alınaraq xx.xx.2022-ci il tarixli, ********** q eydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir.
13. Məhkəmə əlavə olaraq onu da qeyd etmişdir ki, X3 vərəsəsi X6 xx.xx.2021-ci ildə vəfat etməsi ilə əlaqədar onun vərəsələri – Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 yuxarıda adı qeyd edilən miras əmlakdan 1/3 hissədə pay almışlar. Bundan sonra 3M-53 reyestr nömrəli miras payın bağışlanması müqaviləsi əsasında sözügedən fərdi yaşayış evi üzərində mülkiyyət hüququ Cavabdeh4 adına qeydiyyata alınaraq xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir və daşınmaz əmlak halhazırda Cavabdeh4 mülkiyyətindədir.
14. Məhkəmə bildirmişdir ki, iddiaçıların miras əmlakı faktiki qəbul etməmələri işin mübahisə olunmayan halıdır. Belə ki, iddiaçılar İddiaçı2 və İddiaçı3 ailə qurduqdan sonra həmin evdə yaşama dıqlarını bildirmişlər. Eyni zamanda digər İddiaçı1 da anasının vəfatından sonra həmin evdə yaşamadığını bildirmişdir. Beləliklə, iddiaçıların miras əmlakı faktiki olaraq qəbul etməmələri məhkəmə iclaslarında verdikləri izahatları ilə təsdiq edilmişdir. Belə olan halda sözügedən əmlak iddiaçılar tərəfindən faktiki olaraq qəbul edilməmişdir.
15. Mirasın iddiaçılar tərəfindən formal qəbulu ilə bağlı məhkəmə müəyyən etmişdir ki, iddiaçılar bununla bağlı notariat orqanına 14 iyun 2024-cü il tarixdə ərizə ilə müraciət etmişlər. Bundan əvvəl, yəni 25 ildən artıq müddətdə notariat orqanına yazılı müraciətləri olmamışdır.
16. Notariat orqanına gec müraciət etmələrinin səbəbi kimi miras əmlak olan fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaması, hüquq un qeydiyyata alınması üçün ilkin sənədlərin onlarda olmadığı və cavabdehlər tərəfindən onlara verilmədiyi, həmin əmlak üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasından və bununla bağlı vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən gec məlumatlarının olması ilə bağlı iddiaçıların dəlillərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəllənin 528-ci maddəsinə görə vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə, bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. Beləliklə, miras açıldığı gündən iddiaçıların formal olaraq miras əmlakı qəbul etmələri ilə bağlı notariat orqanına ərizə ilə müraciət etmək h üquqları olmuşdur. Lakin üzərindən uzun müddət, yəni 25 (iyirmi beş) ildən çox müddət keçdikdən sonra onlar ərizə ilə notariat orqanına müraciət etmişlər.
17. Məhkəmə hesab etmişdir ki, iddiaçılar mirasın formal qəbulu ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürmüşlər. Həmçinin, məhkəmə göstərmişdir ki, miras əmlak üzərində hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaması bununla bağlı vərəsəlik işinin açılmasını istisna etmir, həmin əmlak üzərində payların müəyyən edilməsi baxımından əhəmiyyət kəsb edir. Yəni, əmlak üzərində ilkin sənədlər mövcud olmasa belə, vərəsənin notariat orqanına miras əmlakı qəbul etməsi ilə bağlı müraciəti əsasında vərəsəlik açılır, lakin əmlak üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaması səbəbindən və rəsələr arasında payların bölgüsü mümkün olmur və bu bölgü əmlak üzərində hüququn qeydiyyatından sonra mümkün olur.
18. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 3374-cü maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3 cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
19. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 birgə apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-163/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin mövqeyi qanunsuz və əsassızdır. Belə ki, qeyd olunan əmlak üzərində mülkiyyət hüquqları qeydə alınmamış və bu evə dair sənəd olmamışdır, yalnız ev kitabçası olmuşdur ki, həmin kitab da mərhum qardaşlarında olub. Bu evdə bacıları da yaşamış, lakin qardaşlarının vəfatından sonra cavabdehlər xəstə bacılarına da yaşamağa imkan verməmiş və o ölən günə kimi iddiaçılarla birgə yaşamışdır. Əgər söhbət vərəsəliyin qəbulundan gedirsə, iddiaçılar mərhum qardaşlarının və daha sonra bacılarının sağlığında həmin evə gedib-gəlmiş və hətta İddiaçı1 bu həyətdə öz vəsaiti ilə ev də tikmişdir. Həmin ev üzərində mülkiyyət hüquqları - X3 adına qeydiyyata alınaraq xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Yəni miras əmlak kimi ev üzərində vərəsə paylarının müəyyən olunması yalnız çıxarış verildikdən sonra mümkün ola bilərdi. İddiaçılar isə evə dai r qeyd olunan Çıxarışın verilməsindən xəbərsiz olmuş və cavabdehlər vərəsəliklə bağlı notariusa müraciət edən zaman mərhum analarının qanun üzrə birinci növbə vərəsələri barədə susmuş və hətta mərhum atalarının guya N.Qurbanovanın yeganə vərəsəsi olmasını bildirməklə iddiaçıların notariat ofisinə gəlməklərinə mane olmuşlar. Nəticədə iddiaçılar vərəsə payından-mülkiyyət hüquqlarından məhrum olunmuşlar. Miras əmlak olan evdə mərhum analarının 2 övladı iddiaçıların qardaş-bacıları yaşamış və qeydiyyatda olmuş, bacıları 2022-ci ildə vəfat etdikdən sonra qarşı tərəf notariusa müraciət etmişdir. Əgər mirasın qəbulu faktiki qəbuletmə ilə götürülürsə, onkoloji xəstə olan bacıları miras əmlakda ölənə kimi yaşamış və qeydiyyatda olmuşdur. O, subay idi, 1-ci növbə vərəsələri olmadığı üçün iddiaçılar ona münasibətdə 2-ci növbə qanun üzrə vərəsələr hesab olunurlar. Lakin məhkəmə bu halı da nəzərə almamış və ümumiyyətlə iddiaçıları nə analarına, nə də mərhum bacılarına münasibətdə vərəsə kimi tanımamışdır. Məhkəmə vərəsəlik şəhadətnaməsi verilərkən qanunvericiliyin tələblərinin pozulmasına baxmayaraq, şəhadətnaməni qanuni hesab etmişdir. Göründüyü kimi miras kütləsinə daxil olan əmlak üzərində mülkiyyət hüquqları qeydə alınmadan notariat ofisi vərəsəlik şəhadətnaməsi vermiş və həmin şəhadətnamə verilərkən cavabdehlərin təqdim etdikləri ərizədə miras qoyanın qanun üzrə vərəsələri barədə məlumat verilməmişdir. İddiaçılar mirasdan imtina barədə ərizə verməmişlər, ən azından mirası faktiki qəbul etmiş vərəsə olan mərhum bacılarına münasibətdə iddiaçılar vərəsədirlər. Göstərilənlər ona dəlalə t edir ki məhkəmə işi tam araşdırmadan mübahisəyə düzgün qiymət verməmişdir. Beləliklə, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verən məhkəmə əsaslı və qanuni iddia tələbini təmin etmək əvəzinə rədd etmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.
21. Cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək göstərmişdir ki, İddiaçı1 birinci instansiya məhkəməsində icraat zamanı özü etiraf etmişdir ki, notariat ofisinə ilk dəfə 2022-ci ildə qardaşı öləndən sonra müraciət etmişdir. İddiaçıların tələbinin əsas hissəsi Sumqayıt şəhəri, Corat qəsəbəsi, 12-ci məhəllədə yerləşən 285 saylı fərdi yaşayışının onlar tərəfindən qəbul edilməsi müddətinin uzadılmasıdır. İddiaçılar mirasın qəbul edilmə müddətinin üzrlü səbəbdən ötürülmə si, lakin miras əmlakı faktiki olaraq qəbul etmələri, idarə etmələri ilə bağlı məhkəməyə sübutlar təqdim etməlidirlər. İşin hallarından da aydın olur ki, İddiaçı2 ananın ölümündən 22 il qabaq, İddiaçı1 10 il və İddiaçı3 isə təqribən 15-16 il qabaq sözügedən evdən çıxıblar. İddiaçılar təkcə həmin əmlakdan çıxmamış, evdən qeydiyyatdan da çıxıblar və özlərinə başqa yaşayış sahəsi seçiblər. Digər qardaş Nazim Qurbanov da öz ailə üzvləri ilə birlikdə anasının yanında qalıb. 1997-ci ildə Nicabət Qurbanova öləndən sonra 25 il ərzində iddiaçılar hər hansısa formada mirasın qəbulu ilə bağlı müraciət etməyiblər. Hazırda da iddiaçılar bildirirlər ki, əgər ev satılırsa, onlara pul verilsin. İddiaçılar özləri də başa düşürlər ki, mirasın heç bir qəbulundan söhbət gedə bilməz. Qarşı tərəfin həmin torpaq sahəsində ev tikməsi, həmin evin kirayəyə verilməsi ilə bağlı dediyi fikirlər mübahisəyə aidiyyəti olmayan məsələdir. İddiaçılar 1997-ci ildə açılmış mirasa dair hər hansısa formada mirasın qəbulu ilə bağlı sübut təqdim etməyiblər. Cavabdehlər də mərhum Nicabət Qurbanovadan qalan, mərhum Nazim Qurbanovanın qəbul etdiyi mirası qəbul ediblər. İddiaçıların qeyd etdiyi hallar Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı mövqeyə də uyğun deyil. Hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlillərinin heç bir əsası yoxdur. Ona görə də, cavabdehlərin nümayəndəsi və vəkili sonda apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
22. Sumqayıt Apellya siya Məhkəməsinin Mülki kollegiyasının (hakim Ayaz Mahmudovun sədrliyi və məruzəsi ilə, hakimlər Afiq Hüseynzadə və Səyyad Qafaridən ibarət tərkibdə) 28 aprel 2025-ci il tarixli, 2(105)-660/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
23. Məhkəmə kollegiyası qeyd etmişdir ki, tələb bir neçə ayrı-ayrı hissədən (mirasın qəbul edilməsi müddətinin uzadılması; onların həmin evə vərəsəlik hüquqlarının tanınması; həmin evə dair verilmiş qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin və bağışlama müqaviləsinin etibarsız hesab olunması; Cavabdeh4 adına verilmiş çıxarışın ləğvi; miras əmlakın qanun üzrə vərəsələr arasında bölünərək hər birinin payının 1/4 hissədə müəyyən olunması) ibarət olsa da, dolayıs ı ilə biri digərindən asılıdır. Konkret halda, tələbin birinci və ikinci hissələri (mirasın qəbul edilməsi müddətinin uzadılması, onların həmin evə vərəsəlik hüquqlarının tanınması) müsbət həll olunmadığı halda, qalan hissələrin araşdırılmasına lüzum qalmır.
24. Məhkəmə kollegiyası ilk olaraq bildirmişdir ki, miras qoyan şəxs Nicabət Qurbanova 1997-ci il tarixdə vəfat etdiyindən, hazırkı vərəsəlik hüquq münasibətləri ona münasibətdə 2000-ci ildən əvvəlki Mülki Məcəllənin (1964-cü il redaksiyalı) normaları əsasında, onun oğlu Nazim Qurbanov (cavabdehlərin əri və atası) isə 2021-ci il tarixdə vəfat etdiyindən sonuncuya münasibətdə qüvvədə olan Mülki Məcəllənin normaları ilə (irsi transmissiya qaydasında) həll edilməlidir.
25. Daha sonra kollegiya qeyd etmişdir ki, vərəsəlik və mirasın qəbulu məsələlərinə münasibət bildirilərkən ilk növbədə mirasın açılma yeri və vaxtı məsələlərinə, eləcə də miras əmlakın hansı formada qəbul olunması (rəsmi və ya faktiki) məsələsinə, mirasın qəbul müddətinin uzadılması üçün üzrlü səbəblərin olub-olmamasına xüsusi diqqət yetirilməlidir.
26. Bu mənada, miras qoyan Nicabət Qurbanova xx.xx.1997-ci ildə, onun oğlu Nazim Qurbanov isə xx.xx.2021-ci ildə vəfat etrmişdir.
27. Miras qoyan Nicabət Qurbanovanın vərəsəsi Nazim Qurbanovun xx.xx.2021-ci ildə vəfat etməsi ilə əlaqədar onun vərəsələri – arvadı Cavabdeh4, övladları Orxan və Nazim Qurbanovlar irsi transmissiya qaydasında yuxarıda adı qeyd edilən miras əmlakdan 1/3 hissədə pay almış, sonra 3M-53 reyestr nömrəli miras payın bağışlanması müqaviləsi əsasında sözügedən fərdi yaşayış evi üzərində mülk iyyət hüququ Cavabdeh4 adına qeydiyyata alınaraq xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Hazırda daşınmaz əmlak Cavabdeh4 tam mülkiyyətindədir.
28. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma aparan kollegiya qeyd etmişdir ki, miras qoyan şəxs 1997-ci il tarixdə vəfat etdiyindən, həmçinin sözügedən vərəsəlik işi üzrə mübahisə xx.xx.2024-cü il tarixdən sonra məhkəmənin icraatında olduğundan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarının müddəaları hazırkı işə tətbiq oluna bilməz.
29. İşin hallarını bu a spektdən araşdıran məhkəmə müəyyən etmişdir ki, iddiaçılardan İddiaçı2 və İddiaçı3 hələ analarının (miras qoyanın) sağlığında ailə quraraq başqa ünvanda yaşamış, digər İddiaçı1 da anasının vəfatından sonra həmin mübahisəli evdə yaşamamışdır. Həmçinin, sonuncuların analarının ölümündən 1997-ci ildən məlumatlı olmaları, bundan sonra miras əmlakı rəsmi və ya faktiki qəbul etməmələri də işin təsdiq olunan və mübahisə olunmayan hallarıdır. Həmin vaxtdan 25 ildən çox müddət keçməsinə baxmayaraq, iddiaçılar anasının öldüyünü bildiyi bir halda, sonuncudan miras qalmış əmlakın qəbulu ilə bağlı hər hansı addım atmamış, bununla bağlı notariat kontoruna rəsmi qaydada müraciət etməmiş, ya da ki məhkəmədə hər hansı bir mübahisə açmamışlar.
30. Göstərilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlmiş dir ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir.
31. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 1252, 1253-ci maddələri, həmçinin, 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 527, 528, 529, 530,532,554, 556, 563-cü maddələri və Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri
32. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 (Vəkil) kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 2(105)-660/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsini ləğv etməklə isə yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər.
33. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmışdır.
34. Kassasiya şikayətlərinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
35. Kassasiya şikayətinə qarşı yazılı etiraz məhkəməyə daxil olmamışdır. Kassasiya baxışının hədləri:
36. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassa siya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
37. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçılar tərəfindən tam mübahisələndirildiyindən, hazırkı kassasiya baxışının predmetini həmin qətnamənin qanuniliyinin kassasiya şikayətinin dəlilləri üzrə iddianın bütövlüklə yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 38. 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 39. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüqu qu vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
40. Maddə
527. Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin.
41. Maddə
528. Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoya n şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə, bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur.
42. Maddə
529. Vərəsəliyin açıldığı yer, miras qoyanın sonuncu daimi yaşayış yeri, əgər bu məlum deyildirsə, əmlakın və ya onun əsas hissəsinin olduğu yer hesab edilir.
43. Maddə
530. Aşağıdakılar vərəsə ola bilərlər: Qanun üzrə vərəsəlikdə - miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar.
44. Maddə
532. Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir.
45. Maddə
552. Mirası əldə etmək üçün vərə sə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Həmin maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur.
46. Maddə
554. Qanun üz rə və ya vəsiyyət üzrə vərəsəliyə çağırılmış vərəsə, vərəsəlik açıldıqdan sonra onu qəbul edənə qədər ölərsə, ona çatası miras payını almaq hüququ, onun vərəsələrinə keçir. Ölmüş vərəsənin həmin hüququ mirası qəbul etmək üçün qalan müddət ərzində, ümumi əsaslar üzrə, onun vərəsələri tərəfindən həyata keçirilə bilər.
47. Maddə
556. Qanun üzrə və ya vəsiyyət üzrə vərəsə, vərəsəlik açıldığı gündən altı ay müddətində mirasdan imtina etməyə haqlıdır. Bu halda o, qanun üzrə və ya vəsiyyət üzrə olan vərəsələrdən qalan hər hansı birinin xeyrinə, dövlətin və ya ayrıca dövlət, kooperativ və ya sair ictimai təşkilatların xeyrinə mirasdan imtina etdiyini göstərə bilər. Vərəsə tərəfindən mirasdan imtina etməyin kimin xeyrinə olduğu göstərilməməklə edilən imtina, mirası qəbul etməmək hallarında baş verə n nəticələrə səbəb olur. Vərəsə, vərəsəlik açılan yerin notariat kontoruna mirası qəbul etmək və ya vərəsəlik hüququ barədə ona şəhadətnamə verilməsinə dair ərizə verdikdə, mirasdan imtina etməyə yol verilmir. Mirasdan imtina vərəsə tərəfindən vərəsəliyin açıldığı yerin notariat kontoruna ərizə vermək yolu ilə edilir.
48. Maddə
563. Miras əmlakın bölünməsi qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrin hər birinə düşən hissəyə müvafiq olaraq, mirası qəbul edən vərəsələrin razılığı ilə verilir. Razılıq olmadıqda bölgü, məhkəmə qaydasında aparılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023 -cü il tarixli qərarı. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
49. Maddə 1252. İrsi transmissiya. Əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır.
50. Maddə 1253. Mirasın irsi transmissiya üzrə qəbul edilməməsinin nəticələri
51. Maddə 1253.1. Mirasın irsi transmissiya üzrə qəbul edilməməsi vərəsəni bilavasitə ölən vərəsəyə çatası mirası almaq imkanından məhrum etmir.
52. Maddə 1253.2. Əmlakı irsi transmissiya üzrə almaqdan imtina edildikdə əmlak ölmüş vərəsələrlə birlikdə mirası qəbul etməyə çağırılmış şəxslərə keçir. Azərbaycan R espublikasının Mülki Prosessual Məcəlləsi:
53. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
54. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
55. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
56. Maddə 88. isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yox dur.
57. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
58. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
59. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
60. Maddə 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.
61. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
62. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
63. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tari xli 4 saylı Qərarının: 64. 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 65. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 66. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 67. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiya məhkəməsinin mövqeyi
68. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
69. Avropa İnsan Hüquqları Məhkəməs inin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
70. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsi tərəfindən aparılmış araşdırma yetərli olmuşdur, bu səbəbdən onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırması yetərli hesab olunur. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
71. Məhkəmə aktlarının qanuniliyi, ənənəvi olaraq, məhkəmə aktının maddi və prosessual hüquq normalarına uyğunluğu kimi qəbul olunur. Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmam asını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 4 08.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi nə dair” 28 fevral 2012-ci il tarixli qərarı).
72. Kollegiya hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradılmış və onların dəlillərinə hüquqi qiymət verilmiş, iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
73. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-660/2025 nömrəli iş üzrə, 28 aprel 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.