Məhkəmə qərarları › İş №2(102)-2418/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2418/2020

24.06.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2418/2020 24.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, X1 və X2 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)14153/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim R.B.Cavadzadə, iş № 2(004)-5035/2019) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilərək Cavabdeh1 maddi ziyana görə 2043,50 manat alınaraq iddiaçıya verilməsi, iddianın qal an hissədə və Cavabdeh2 münasibətdə rədd olunması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: E.Y.Şamayev, M.Cavabdeh2 və Ş.Ə.Məhərrəmova) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi iddiaçıya münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İş üzrə Cavabdeh1 xx xxxx 2019-cu il tarixdə etibarnamə ilə idarə etdiyi Cavabdeh2 məxsus avtomobil qarşısında hərəkət edən İddiaçı məxsus avtomobili arxadan vurmaqla ona maddi ziyan vurmuş və bununla əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən 40 manat məbləğində cərimə olunmuşdur. 2019-cu ilin iyul ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə mü raciət edərək, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində avtomobilin zədələnməsi ilə əlaqədar “xxxxxxxx” MMC-nin tərtib etdiyi akta əsasən ona 12.919 manat məbləğində zərər dəyməsini əsas göstərməklə Cavabdeh1 və Cavabdeh2 maddi zərərə görə 12.919 manat, mənəvi zərərə görə 20.000 manat onun xeyrinə tutulmasını xahiş etmiş və tələbinin qanuni əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci,1096-cı, 1097-ci və 1108-ci maddələrinə istinad etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri: İş üzrə İddiaçı kasasiya şikayəti verərək ona dəymiş ziyanın məbləğinin məhkəmə tərəfindən düzgün müəyyən olunmamasını, qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilmə sini və işin yeni apelyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya kollegiyasının iclasında iddiaçının vəkili kasasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kasasiya şikayəti qismən təmin olunmalı, qətnamə maddi zərərin tutulması hissəsində ləğv edilməli, iş həmin hissədə yeni apelyasiya baxışına göndərilməli, qətnamə qalan hissədə də yişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi iddia tələbinin qismən təmin olunmasını əsaslı hesab edərkən işdə olan xx xxxx 2019-cu il tarixli sığorta aktının yekun müddəalarına əsasən sığortalanın bu sığorta aktı ilə müəyyən edilmiş sığorta ödənişinin sığorta hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi üçün qəti olmasını təsdiq etməsini və iddiaçının həmin sığorta aktını imzalamaqla aktın həmin müddəası ilə razılaşmasını əsas göstərmiş və bu zaman maddi hüquq norması kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 925, 1096 və 1097-ci maddələrinə əsasl anmışdır. Mülki Məcəllənin 925.1-ci maddəsinə görə sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göstərilən Məcəllənin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginli kli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. İş materiallarından görünür ki, hazırkı mübahisəyə səbəb olmuş yol nəq liyyat hadisəsi xx xxxx 2019-cu il tarixdə baş vermiş, xx xxxx 2019-cu il tarixdə isə iddiaçıya məxsus avtomobil “xxxxxxxx” MMC tərəfindən müayinə olunmuş və avtomobilin təmirbərpa işlərinə çəkilməli olan xərcin məbləği 12.919 manat məbləğində müəyyən olunmaqla bu barədə “Qüsur aktı” tərtib edilmişdir. İşdən həmçinin görünür ki, xx xxxx 2019-cu il tarixdə “xxxxxxxxxxx” ASC tərəfindən sığorta aktı tərtib olunmuş və həmin aktla əmlaka dəymiş zərər 6.595,00 manat məbləğində, sığorta ödənişi isə 4.551,50 manat məbləğində müəyyən olunmuşdur. Həmin akta əsasən sığorta ödənişi qismində iddiaçıya 4.551,50 manat ödənilmişdir. Qalan 2.043,50 manat isə məhkəmə tərəfindən Cavabdeh1 tutulmuşdur. Sığorta aktının yekun müddəaları bölməsində göstərilmişdir ki, sığortalı təsdiq edir ki, bu sığorta aktı i lə müəyyən edilmiş sığorta ödənişi sığorta hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi üçün qətidir. Apelyasiya instansiyası məhkəməsi iddiaçıya 12.919 manat məbləğində ziyanın dəyməsi barədə onun tələbini əsassız sayarkən məhz həmin akta və onun yekun müddəalarına əsaslanmışdır. Sığorta aktında dəymiş zərərin məbləği 6.595,00 manat məbləğində, iddiaçının təqdim etdiyi qüsur aktında isə dəymiş zərərin məbləği təxminən 2 dəfə artıq müəyyən olunduğundan, apelyasiya instansiyası məhkəməsi belə vəziyyətdə həmin ziddiyyətin səbəblərini müəyyən etməli, bununla əlaqədar təqdim olunmuş bütün sübutları tədqiq etməli idi. Lakin müəyyən olunduğu kimi, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPMnin 88-ci maddəsinin ziddinə olaraq sübutların hərtərəfli və tam qiymətləndirilməsini təmin etməmiş və bu zaman nəzərə almamışdır ki, sığorta şirkəti tərəfindən ziyanın ümumi məbləğinin müəyyən olunma əsasları sığorta aktında göstərilməmiş, məhkəməyə bunu təsdiq edə bilən heç bir sübut təqdim olunmamışdır. İddiaçı tərəfindən təqdim olunmuş “Qüsur aktı” isə avtomobilə baxış keçirilməklə, avtomobilin təmiri üçün tələb olunan hissələr və onların dəyəri, eləcə də təmir işlərinin icrası üçün tələb olunan xərcin məbləği müəyyən olunmaqla tərtib edilmişdir. Göstərilən ziddiyyətli vəziyyətdə iddiaçıya dəymiş maddi zərərin məbləğinin müəyyən olunması üçün mütəxəssis rəyinə ehtiyac olmasına baxmayaraq, məhkəmə kollegiyası tərəfindən ekspertizanın keçirilməsi təmin olunmamış, iddiaçının bu barədə olan vəsatəti heç bir əsas göstərilmədən təmin olunmamışdır. Azərbaycan Respublikası MPM-nin 41 8.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Mübahisə mənəvi zərərin rədd edilməsi hissəsində qanunvericiliyin tələblərinə uyğun həll edildiyindən kollegiya hesab edir ki, qətnamə həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya Qərara aldı: Kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi Cavabdeh1 maddi ziyana görə 2043,50 manat alınaraq iddiaçıya verilməsi hissəsində ləğv edilsin. İş həmin hissədə yeni apelyasiya baxışına göndərilsin. Qətnamə qalan hissədə dəyişdir ilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar