Məhkəmə qərarları › İş №2(102)-2418/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2418/2021

01.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2418/2021 01.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətindən imtina edilməsi, kassasiya icraatına xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5090/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binas ında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx xxxx 2016-cı il tarixli kredit müqaviləsi üzrə 9000 manat əsas borc, 900 manat faiz borcu, 1800 manat dəbbə pulu olmaqla, cəmi 11700 manat pul vəsaitinin və 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxx 2016-cı ildə İddiaçı ilə onun arasında bağlanmış kredit müqaviləsinin etibarsız sayılması və cavabdeh İddiaçı ödədiyi 28000 manat pulun qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (haki m İlkin Əliyev) 2(001)-1587/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ilkin iddiası qismən təmin edilmiş, Cavabdeh xx xxxx 2016-cı il tarixli kredit müqaviləsi üzrə 9000 manat əsas borc, 900 manat faiz borcu olmaqla, cəmi 9900 manat pul vəsaiti, 20 manat dövlət rüsumu əvəzi İddiaçı xeyrinə tutulmuş, ilk iddia qalan hissədə təmin edilməmiş, Cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi və pul tələbinə dair qarşılıqlı iddiası rədd edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Şərafət Məmmədova sədrlik edən və məruzəçi, Vüqar Həsənov, Xəyal Sarı yev) 2(103)-10192/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək ilk və qarşılıqlı iddia tələbləri rədd edilmişdir. Qətnamədən İddiaçı kassasiya şikayəti vermişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Sənan Hacıyev - sədrlik edən və məruzəçi, Qürbət Əsgərov, Elşanə Vəliyeva) 2(102)-372/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, qətnamə ilkin iddia üzrə əsas borcun tutulması tələbinin rədd edilməsi hissəsində ləğv olunaraq, həmin hissədə iş yeni apellyasiya baxışına qaytarılmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Şeyda Məhərrəmova - sədrlik edən və məruzəçi, Məmməd Məmmədov, Rəşad Həsənov) xx xxxxxx 2020-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti hissəsində-yəni “Cavabdeh xx xxxx 2016-cı il tarixli kredit müqaviləsi üzrə 9000 manat əsas borcun tutularaq İddiaçı xeyrinə ödənilməsi” hissəsində ləğv edilmiş və həmin hissədə iddia tələbi rədd edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (vəkil X2) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə göndərərək cavabdehlə barışdığından kassasiya şikayətindən imtina etdiyini, iş üzrə kassasiya icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat verməd iklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə

410. Kassasiya şikayəti vermiş şəxs kassasiya qərarı çıxarılana kimi ondan imtina etməyə haqlıdır. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulmuş əsaslarla şikayətdən imtinanı qəbul etməməyə və işə kassasiya qaydasında baxmağa haqlıdır. İşdə iştirak edən başqa şəxslər qətnamə və qərardaddan şikayət verməmişlərsə və məhkəmə kassasiya şikayətindən imtinanı qəbul edirsə, kassasiya instansiyasında icraata xitam verilir. Kassasiya instansiyasında icraata xitam verilməsi barədə kassasiya məhkəməsi qərar çıxarır. Kassasiya baxışının hədlə ri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırki işdə iddiaçı tərəfindən kassasiya şikayətindən imtina edildiyindən məhkəmə kollegiyası kasasiya şikayəti üzrə hər hansı bir araşdırma aparmır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və təqdim edilmiş ərizəni nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının kassasiya şikayətindən imtinası qəbul edilməli, iş üzrə kassasiya instansiyasında icraata xitam verilməlidir. Belə ki, təqdim edilmiş ərizədən görünür ki, İddiaçı Cavabdehla barışdığından hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətindən imtina etdiyini bildirərək kassasiya şikayətindən imtinanın qəbul olunmasını və kassasiya instansiyasında icraata xitam verilməsini xahiş etmiş, kassasiya şikayətindən imtinanın hüquqi nəticələrinin ona aydın olduğunu göstərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətindən imtinanın qəbul edilməməsi üçün əsaslar yoxdur. Belə olan halda ərizə təmin edilməklə kassasiya şikayətindən imtina qəbul olunmalı və iş üzrə kassasiya instansiyasında icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 410.1 və 410.2-ci maddələrinə görə kassasiya şikayəti vermiş şəxs kassasiya qərarı çıxarılana kimi ondan imtina etməyə haqlıdır. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulmuş əsaslarla şikayətdən imtinanı qəbul etməməyə və işə kassasiya qaydasında baxmağa haqlıdır. Həmin Məcəllənin 191.1-ci maddəsinə görə iddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 410, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddia çı Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5090/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətindən imtinası qəbul edilsin və işin kassasiya instansiyasında icraatına xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar