Məhkəmə qərarları › İş №2(102)-2419/2021

Ali Məhkəmə Qərardad — İş №2(102)-2419/2021

27.04.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2419/2021 27.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARDADİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, iddiaçılar İddiaçı1 Ağaməmməd qızı, İddiaçı2, iddiaçıların vəkili Vəkil2, cavabdehlərin vəkili X1, üçüncü şəxs Cavabdeh1 iştirakları ilə, İddiaçılar İddiaçı1 İddiaçı2 və digərlərinə qarşı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və digər tələblərə dar Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 noyabr 2020-ci il tari xli 2(103)-361/2020 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh3 və Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, M ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh1, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, Bakı şəhəri 41 saylı notariat kontoruna, Cavabdeh3, Cavabdeh4 qarşı iddia ərizəsi, iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri 41 saylı notariat kontorunun 4Ə-19 nömrəli 29 yanvar 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi və 4Ə-20 nömrəli 29 yanvar 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, müqavilələr əsasında Cavabdeh1 adına verilmiş RX seriyalı ******* nömrəli, 05.02.2018-ci il tarixli ********** qe ydiyyat nömrəli və RX seriyalı ******* nömrəli, 05.02.2018-ci il tarixli ********** qeydiyyat nömrəli, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışların etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-147/2019 saylı 03 may 2019-ci il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, Cavabdeh3, Cavabdeh4 qarşı bağ sahəsindən çıxarılma, alqı-satqı müqavilələrinin və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışların etibarsız hesab edilməsi barədə iddia tələbinin rədd olunması, 50 (əlli) manat ekspertiza xərci iddiaçılar İddiaçı1 və İddiaçı2 birgə qaydada tutulub Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (VÖİN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) hesabına keçirilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan əlavə, iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh4 adına Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 37 BTK 36G saylı bağ sahəsi ilə bağlı verilmiş B/S nömrəli orderin, bağ sahəsi ilə bağlı da şınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın, RX seriyalı, ******* nömrəli, 08.11.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın,Cavabdeh3 adına Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi,36 D saylı bağ sahəsi ilə bağlı verilmiş B/S nömrəli orderin, bağ sahəsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və RX seriyalı, ******* nömrəli, 28.12.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh1 İddiaçı1, İddiaçı2 və Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park-Bağ təsərrüfatının İnkişafı Departamenti Bağlar Təsərrüfatı nın İnkişafı və İstismarı Birliyi ilə İddiaçı1 arasında Bakı şəhəri, Buzovna qəsəbəsi, 0.12 ha torpaq sahəsi 36 a nömrəli bağ sahəsinə dair imzalanmış 19.02.2004-cü il tarixli müqavilənin və Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park-Bağ təsərrüfatının İnkişafı Departamenti Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə İddiaçı2 Məmməd oğlu arasında Bakı şəhəri, Buzovna qəsəbəsi, 0.12 ha torpaq sahəsi 36 nömrəli bağ sahəsinə dair imzalanmış 25.10.2005-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2738/2019 saylı 01 noyabr 2019cu il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh3, Cavabdeh4, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı orderlərin, qeydiyyatların və çıxarışların etibarsız hesab olunmasına dair iddia tələbinin təmin edilməsi, Cavabdeh4 adına Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 37 BTK 36G saylı bağ sahəsi ilə bağlı verilmiş B/S nömrəli order, Cavabdeh3 adına Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi,36 D saylı bağ sahəsi ilə bağlı verilmiş B/S nömrəli order, Cavabdeh4 adına Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 37 BTK 36G saylı bağ sahəsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat, Cavabdeh4 adına verilmiş RX seriyalı, ******* nömrəli, 08.11.2017-ci il tarixli, ********** nömrəli çıxarış, Cavabdeh3 adına Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 36 D saylı bağ sahəsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat, Cavabdeh3 adına verilmiş RX seriyalı, ******* nömrəli, 28.12.2017-ci il tarixli, ********** nömrəli çıxarış etibarsız hesab edilməsi, iş üzrə müstəqil tələb irəli sürən Cavabdeh1 İddiaçı1, İddiaçı2 və Bakı şəhər İcra Hakimiyyətinə qarşı müqavilələrin etibarsız hesab edilməsinə dair iddia tələbinin təmin edilməməməsi qət edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2738/2019 saylı 01 noyabr 2019cu il tarixli qətnaməsindən müstəqil tələb irəli sürən Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddiaçıların iddia ərizəsinin təmin edilməməsi, onun iddia ərizəsinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2738/2019 saylı 01 noyabr 2019cu il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh3 və Daşın maz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi də ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6062/2020 saylı 28 iyul 2020-ci il tarixli qərardadı ilə hər iki iş bir icraatda birləşdirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-361/2020 saylı 04 noyabr 2020-ci il tarixli qərardadı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, Bakı şəhəri 41 saylı notariat kontoruna, Cavabdeh3, Cavabdeh4 qarşı olan alqı-satqı müqavilələrinin və çıxarışların etibarsız hesab edilməsinə dair olan iş üzrə iddiaçılar İddiaçı1, İddiaçı2 və Cavabdeh1 təqdim etdiyi Barışıq Sazişi təsdiq edi lmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-147/2019 saylı 03 may 2019-ci il tarixli qətnaməsi ləğv edilməklə həmin iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-361/2020 saylı 04 noyabr 2020-ci il tarixli qərardadı ilə müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh1 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2738/2019 saylı 01 noyabr 2019-cu il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilmiş, müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh1 münasibətdə apellyasiya icraatına xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-361/2020 saylı 04 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim E.Kazımov, A.İskəndərov və İ.Kərimli ) Cavabdehlər Cavabdeh3 və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ər azi İdarəsinin ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətləri təmin edilməmiş, hazırki iş üzrə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2738/2019 saylı 01 noyabr 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin yuxarıda qeyd edilən qətnaməsindən cavabdehlər Cavabdeh3 və Cavabdeh4 birlikdə kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin 15.02.2021-ci il tarixli qərardadı ilə cavabdehlər Cavabdeh3 və Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilərək məhkəmə baxışına təyin edilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdehlər Cavabdeh3 və Cavabdeh4 tərəfindən birlikdə verilmiş kassasiya şikayəti MPM-nin tələblərinə zidd olaraq icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-in 403.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Hazırki iş üzrə cavabdehlərin birlikdə verdikləri kassasiya şikayəti yuxarıda qeyd olunan normanın dispozisiya şərtlərini yaratmır. Beləki, Cavabdeh3 birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya qaydasında mübahisələndirmiş və onun şikayəti təmin olunmamışdır. Lakin digər kassator Cavabdeh4 həmin iş üzrə 1-ci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmiş və qətnamə apelyasiya Məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanmışdır. İşdən görünür ki, kassatorların hər birinə qarşı irəli sürülən tələblər ayrı-ayrı tələblərdir və deməli mübahisənin predmeti bölünəndir. Bir halda ki, Cavabdeh4 hazırkı iş üzrə 1-ci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşaraq özünə aid hissədən apellyasiya şikayəti verməmişdir, deməli həmin qətnamənin dəyişdirilmədən saxlanması barədə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-361/2020 saylı 04 noyabr 2020-ci il tarixli qətnaməsi onun mənafeyini pozmamışdır. Ona görə Cavabdeh4 Azərbaycan Respublikası MPM-in 403.1-ci maddəsinin dipozisiya şərtlərinə əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-361/2020 saylı 04 noyabr 2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermək hüququ oxdur. Azərbaycan Respublikası MPM-nin 417.1.7-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbu l olunması müəyyən edərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apelyasiya instansiyası məhkəməsinə qaytara bilər. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, Ali Məhkəmənin Mülki kollegiyasının 15.02.2021-ci il tarixli 2(102)-2419/2021 nömrəli işin icraata qəbul edilməsinə dair qərardadı ləğv edilərək kassasiya şikayəti məhkəmə baxışından çıxarılaraq Cavabdeh4 kassasiya şikayətinin geri qaytarılması üçün mülki iş apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 402, 417,1.7-ci maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Cavabdehlər Cavabdeh3 və Cavabdeh4 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 noyabr 2020-ci il tarixli 2(103)-361/2021 nömrəli qətnaməsindən veri lmiş kassasiya şikayətinin icraata qəbul edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 15.02.2021-ci il tarixli qərardadı ləğv edilsin. Mülki iş məhkəmə baxışından çıxarılsın və Cavabdeh4 kassasiya şikayətinin geri qaytarılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar