Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2421/2021 27.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: «vurulmuş maddi və mənəvi zərərin ödənilməsi» tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçı, onun vəkili X2, cavabdehin nümayəndəsi X4 iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4152/2020 nömrəli iş üzrə 21 sentyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 27 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 02.06.2016-cı il tarixli həmin iltizamdan görünür ki, Cavabdeh oğlu X6 İddiaçı satılmış Nəsimi rayonu Şövqiyar Abdullayev küçəsində yerləşən 54 m2 qeyri-yaşayış obyektinə görə ödənilmiş 92.000 ABŞ dolları və 21.000 manat məbləğində vəsaiti 2 ay müddətində qaytarmağa, satılmış obyekti geri alacağına söz vermişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı «vurulmuş maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 92.000 ABŞ dolları və 21.000 manat məbləğində maddi zərərin, 100.000 manat məbləğində mənəvi zərərin və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırmışdır ki, 2015-ci ilin mart ayında internetdə bina.az saytında ünvan 1 ünvanda hər ay 1.200 manat məbləğində icarə haqqından gəliri olan, X7 məxsus obyektin satıldığını oxumuşdur. Bundan sonra əlaqəli şəxs qismində X5 nümayəndəsi qismində X11 ilə və daşınmaz əmlakın alğı-satqısı ilə məşğul olan fiziki şəxs İlham Abbasov (VÖEN **********) adlı şəxslə əlaqə saxlayıb görüşüb danışmışlar. Sonuncunun vasitəçiliyi ilə aralarında 21 nömrəli beh müqaviləsi bağlanmışdır. Beh müqaviləsinin şərtlərinə görə ümumi məbləği 115.000 manat olmaqla ilkin olaraq 5.500 manat beh məbləği özü tərəfindən X8 5.500 manatın ABŞ dollarına ekvivalenti olaraq 5.000 ABŞ dolları ödənilmişdir. 31.03.2015-ci il tarixd ə isə daşınmaz əmlakın alğı-satqısı müqaviləsinə (AN-İ seriyalı 0494348) əsasən yerdə qalan 109.500 manat 87.000 ABŞ dolları və 17.480 manat ekvivalenti ilə ödənilmişdir. Bundan başqa, fiziki şəxs Abbasov İlhama 1.150 manat, onun işçisinə isə 400 manat makler xidməti üçün ödənilmişdir. Ümumilikdə obyektin alınmasına 110.789 ABŞ dolları xərclənmişdir. Lakin alğı-satqı əməliyyatından sonra X11 obyekti ona təhvil vermək əvəzinə işlərinin olması bəhanəsi ilə çıxıb getmişdir. Bildirmişdir ki, 1-2 saatdan sonra görüşüb üzərinə düşən öhdəliyi yerinə yetirəcək, yəni obyektin təhvil verilməsi, icarədarla olan icarə müqaviləsinin, suyun, işığın onun adına rəsmiləşdirilməsi kimi zəruri işləri görəcək, lakin verdiyi sözün üstündə durmamış və üzərinə düşən vəzifəni yerinə yetirməmişdir. Axşam obyektdə icarə əsasında işləyən Tural adlı şəxs isə burada icarə haqqının heç vaxt 1.200 manat olmadığını, bu məbləğdən qatqat aşağı olduğunu bildirmişdir. Aldadıldığı ortalığa çıxan kimi ödədiyi pulu geri tələb etsə də, o, pulu xərclədiyini və borclarına verdiyini bəhanə edərək qaytarmaqdan imtina etmişdir. Bundan başqa, notariusda onu aldadaraq 115.000 manatın əvəzinə alğı-satqıda guya 15.000 manat olduğunu yazdırmışdır. O, şikayət edəcəyini bildirdikdə və pulunu geri tələb etdikdə isə yenə də onu aldadaraq 6 ay vaxt istəmiş və bu müddət ərzində ona pulunun kompensasiyası olaraq ayda 1.200 manat obyekti işlətdiyi üçün icarə haqqı ödəməyə şahidlərin iştirakı ilə söz vermişdir. Həmin vaxtdan müxtəlif bəhanələr edərək, ona pulunu qaytarmır. 2016-cı ilin aprel ayında Daxili İşlər Nazirliyinə etdiyi şikayətdən sonra X11 BMCQMİ tərəfindən dələduzluqda ittiham edilərək saxlanılmışdır. Bundan sonra onun atası Cavabdeh başda olmaqla qohum-əqrabası yığışıb ondan şikayəti geri götürməsini xahiş etmişlər. Cavabdeh BMCQMİ-yə 02 iyun 2016-cı il tarixli verdiyi iltizamda öhdəsinə götürmüşdür ki, oğlu X6 ona vurduğu 92.000 ABŞ dolları və 21.000 manat məbləğində ziyanı 2 ay müddətində qaytaracaq. Azyaşlı uşaqlarının olmasını və ağsaqqal atasının onun pulunu iki ay müddətində qaytaracağı barədə dilindən verdiyi iltizamı nəzərə alaraq şikayətini geri götürmüşdür. Lakin yenə də aldadılmışdır və ona pulunu geri qaytarmamışlar, ancaq yalançı vədlər verməklə onu yola vermişlər. Beləliklə də, Cavabdeh onu aldadıb, öhdəsinə götürdüyü öhdəliyi yerinə yetirmədiyinə görə ona 92.000 ABŞ dolları və 21.000 ma nat məbləğində ziyan vurmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim S.Cəfərov, iş № 2(006)-5260/2019 saylı, iddia qismən təmin edilərək, 92.000 ABŞ dolları ödəniş anı üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla və 21.000 manat maddi zərər, həmçinin ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulması, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh alğı-satqı müqaviləsində obyektin qiyməti 15.000 manat yazılmasına baxmayaraq, oğlu X11 tərəfindən həmin obyektə görə 92.000 ABŞ dolları və 21.000 manat məbləğində pulun İddiaçı alındığı etiraf edilməklə, həmin pul vəsaitinin İddiaçı qaytarılması öhdəliyi üzərinə götürmüşdür. X1 barəsində topl anmış material araşdırılarkən BMCMİ-yə təqdim olunmuş, iddiaçı şikayətini geri götürdükdən sonra, iltizamda qeyd olunan öhdəliklər və verilmiş vədlər yerinə yetirilməmiş, bu səbəbdən, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Kazımov, A.İsgəndərov və İ.Kərimli, iş № 2(103)-4152/2020) Cavabdeh apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5260/2019 saylı 24 dekabr 2019-cu il tarixli qətnaməsinin iddianın təmin edilən hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissədə rədd edilməsi qət olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı cavabdehdən maddi zərərə görə 92.000 ABŞ dolları və 21.000 manat tələb edir. Maddi zərər vurulması üçün cavabdeh iddiaçıya qarşı təqsirli olaraq mülki hüquq pozuntusu törətməli və iddiaçı bundan zərər çəkməli, həmçinin təqsirli şəxsin hərəkəti yaxud hərəkətsizliyi ilə vurulan zərərin arasında səbəbli əlaqə olmalıdır. Hazırkı iş üzrə cavabdehin iddiaçıya qarşı təqsirli olaraq mülki hüquq pozuntusu törətməsi yaxud iddiaçının cavabdehin təqsirli hərəkəti yaxud hərəkətsizliyi nəticəsində zərər çəkməsi müəyyən edilməmişdir. İddiaçı cavabdehin maddi zərər ödəməli olduğunu iddia etsə də, bu barədə onun izahatından başqa işdə hər hansı bir mötəbər sübut mövcud deyildir. Onun izahatı isə işdə olan digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir ki, belə bir sübut da onun tərəfindən t əqdim edilməmişdir. Əksinə, apellyasiya şikayətinin dəlilləri iddianın əsaslı olduğunu təkzib etmişdir. İddia tələbinin yeganə faktiki əsası cavabdehin 02.06.2016-cı il tarixdə yazdığı iltizamdır. Həmin iltizamda cavabdeh oğlu X6 iddiaçıya satılmış Nəsimi rayonu Şövqiyar Abdullayev küçəsində yerləşən 54 m2 qeyri-yaşayış obyektinə görə ödənilmiş 92.000 ABŞ dolları və 21.000 manat məbləğində vəsaiti 2 ay müddətində qaytarmağa, satılmış obyekti geri alacağına söz vermişdir. Bu iltizamdan başqa iddiaçı ilə cavabdeh arasında hər hansı bir formada mülki hüquqi münasibətlər yaranmamışdır. Əslində həm qeyri-yaşayış sahəsi, həm də hazırda tələb edilən məbləğlə bağlı tələblər iddiaçının və cavabdehin oğlu Ramiz Zeynalovun iştirak etdiyi ayrıca məhkəmə icraatının predmeti olmuşdur. İddiaçı hazırda cavabdehdən tələb etdiyi məbləği sonuncunun oğlundan və qeyri-yaşayış sahəsinin mülkiyyətçisindən tələb etmiş, cavabdehin oğlu və qeyri-yaşayış sahəsinin mülkiyyətçisi də həmin iş üzrə ilk iddiaçıya və oğluna qarşı qarşılıqlı iddiada qeyri-yaşayış sahəsinin alqısatqı müqaviləsinin etibarsızlığını mübahisələndirmiş, hər iki iddia rədd edilmiş və həmin iş üzrə qanuni qüvvəyə minmiş qətnamə mövcuddur. Buna baxmayaraq iddiaçı hazırki iddia ilə həmin məbləği bu dəfə, həmin iş üzrə ilk iddia üzrə cavabdeh olan Ramiz Zeynalovun atası, hazırki iş üzrə Cavabdeh tələb edir, birinci instansiya məhkəməsi də onun bu iddiasını əsaslı hesab edərək təmin etmişdir. Həmin işdə cavabdeh iştirak etməsə də o işin bu işə əhəmiyyətli təsiri olmasını məhkəmə nəzərə almalı idi. Çünki, o işdə iddiaçının cavabdehin oğluna qarşı eyni əsasla, eyni predmet üzrə olan iddiası rədd edilmişdir. Birinci instansiya məhkəməsi bu iş üzrə həm də cavabdehin oğlu Ramiz Zeynalovun əsassız varlandığını qeyd etmiş, ancaq buna görə onun atasının mülki hüquqi məsuliyyətə cəlb etməklə yekunda əsassız nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsinin hazırki qətnaməsi elə bir ziddiyyətli vəziyyət yaratmışdır ki, iddiaçı həm mübahisə predmeti olmuş qeyri-yaşayış obyektinə (baxmayaraq ki, qaraj oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır) sahib olur, həm də həmin obyektə görə faktiki ödədiyini iddia etdiyi, hazırki iddiada göstərilən məbləğ ona qayıdır. Hazırki iddia cavabdeh tərəfindən yazılmış qeyd olunan iltizamda göstərilən “öhdəliklər” yerinə yetirilmədiyinə görə irəli sürülmüşdür. Lakin işdən də görünür ki, bu iltizam cavabdehin həqiqi iradə ifadəsini əks etdirməmiş, yəni bu iltizamı yazarkən iradəsi zədəli olmuşdur. Çünki, məqsəd həmin anda oğlunun əsaslı yaxud əsassız saxlanılmasından azad olunmasını təmin etmək olmuşdur. Məhz həmin iltizamdan sonra da cavabdehin oğlu barədə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində araşdırmanın yekunlaşması işin mübahisəsiz halıdır. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri İddiaçı (vəkil X9) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)4152/2020 nömrəli iş üzrə 21 sentyabr 2020-ci i l tarixli qətnaməsinin ləğv edilərək, işin yenidən baxılması üçün apellyasiya instansiası məhkəməsinə göndərilməsini xahiş etmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı, onun vəkili X3 izahatlarında göstərmişlər ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4152/2020 nömrəli iş üzrə 21 senyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahş etmişdir. Məhkəmə kollegiyası iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbayca n Respublikasının MPM-nin 67-ci maddəsinə əsasən məhkəmə kollegiyası cavabdehin nümayəndəsi X4 izahatını dinləməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsa sən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlar a obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiya məhkəməsinin qətnamə və ya qərardadının dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən yalnız iddiaçı kassasiya şikayəti vermişdir. Bu səbəbdən kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyidən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsin in qətnaməsinin qanuniliyinin tam yoxlanması təşkil edir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, maddi və prosessual hüquq normalarının pozulmasına və apelyasiya instansiyası məhkəməsinin sübutlara düzgün hüquqi qiymət verməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətinin dəlilləri iş materialları ilə təsdiq olunmur. Apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutları araşdırmış, onlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçının mübahisələndirdiyi hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4152/2020 nömrəli iş üzrə 21 sentyabr 2020-ci il tarixli qətnaməsi iddiaçının mü bahisələndirdiyi hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2421/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-2421/2021
27.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver