Məhkəmə qərarları › İş №2(102)-2421/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2421/2023

12.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2421/2023 12.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh və "xxxx" MMC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maddi və mənəvi ziyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X2 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh və "xxxx" MMC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-117/2023 nömrəli, 27 yanvar 2023-cü il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh kassasiya şikayətlərinə 12 iyun 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı i craat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4523/2011 saylı xx.xx.2011-ci il tarixli qətnaməsinə əsasən İddiaçı xüsusi mülkiyyətində olan 177,8 kv.m qeyri-yaşayış sahəsinin hüquqi ünvanı və yeganə giriş-çıxış yolu olan ünvan 1ından gediş-gəliş məqsədi ilə sərbəst istifadə etməsinə maneçiliyin yaradılmasının "xxxx" MMC-yə və onun direktoru Cavabdeh qadağan edilməsi, onun xüsusi mülkiyyətində olan həmin qeyri-yaşayış sahəsinin hüquqi ünvanı və yeganə giriş-çıxış yolu olan ünvan 1ından istifadə qaydasının giriş-çıxış darvazasından müəyyən edilməsi və həmin darvazanın açarlarının bir nüsxəsinin ona verilməsi qət edilmişdir.

2. Qətnamə icraya yönəldilmiş, icra sənədi xx.xx.2012-ci ildə Nizami Rayon İcra şöbənin icraatına daxil olmu ş, həmin tarixdə icraata başlamaq haqqında qərar-bildiriş borclu "xxxx" MMC-yə və onun direktoru Cavabdeh göndərilmiş, xx.xx.2013-cü il tarixdə icra sənədi tam şəkildə icra olunmuş və Nizami Rayon Məhkəməsinin 8(007)-542 saylı, xx.xx.2013-cü il tarixli qərardadı ilə icra işinin icraatına xitam verilmişdir.

3. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-542 saylı, xx.xx.2016-cı il tarixli qərardadı ilə Nizami Rayon Məhkəməsinin 8(007)- 542 saylı, xx.xx.2013-cü il tarixli qərardadı ləğv olunmuş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4523 saylı, xx.xx.2011ci il tarixli icra sənədi üzrə icraat təzələnmiş, həmin icra vərəqəsi xx.xx.2017-ci il tarixdə yenidən icraya yönəldilmiş, xx.xx.2017-ci il tarixdə şöbənin icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar və bildiriş borclunun poçt ünvanına göndərilmişdir.

4. Tələbkar İddiaçı xx.xx.2017-ci il tarixdə ərizə ilə müraciət edərək müalicə alması ilə əlaqədar icra sənədinin icrasının 2017-ci ilin sentyabr ayına kimi dayandırılmasını xahiş etmişdir.

5. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə xx.xx.2017-ci il tarixdə icra təyin olunmuş, icra zamanı giriş-çıxış darvazasının açarının bir nüsxəsi tələbkar İddiaçı verilmiş, lakin həmin ünvandan istifadə qaydalarını müəyyən etmək üçün mütəxəssis rəyinə ehtiyac olduğundan icra sənədinin icrası müvəqqəti təxirə salınmışdır.

6. Mütəxəssisin dəvət olunması ilə bağlı xx.xx.2017-ci il tarixdə qərar qəbul edilərək Azərbaycan Respublikası ƏM DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə göndərilmiş, xx.xx.2018-ci il tarixdə "xxxx" MMC-nin direktoru Cavabdeh mütəxəssisin bax ış keçirməsinə icazə vermədiyi üçün icra sənədinin icrası baş tutmamış və bu barədə müvafiq akt tərtib edilərək icra işinə əlavə edilmişdir. xx.xx.2018-ci il tarixdə borclu Cavabdeh şöbəyə dəvət olunmuş, icra sənədi ilə bağlı izahatı alınmış, icra sənədini icra etmədiyi üçün xx.xx.2018-ci il tarixdə barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmiş və məhkəmənin 3(007)-595 saylı, xx.xx.2018-ci il tarixli qərarı il borclu Cavabdeh 500 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur.

7. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə xx.xx.2018-ci il tarixə icra təyin olunmuş, həmin tarixdə akt tərtib olunaraq icra vərəqəsi icra olunmuş və giriş-çıxış darvazasının açarının bir nüsxəsi tələbkara təhv il verilmiş, lakin tələbkar İddiaçı xx.xx.2018-ci il tarixli ərizə ilə şöbəyə müraciət edərək icra sənədi icra olunandan dərhal sonra Cavabdeh onun içəri daxil olmasına maneçilik yaratdığını bildirmiş və barəsində tədbir görülməsini xahiş etmişdir. Bundan sonra icra sənədi üzrə borclu Cavabdeh cinayət məsuliyyətinə cəlb olunması üçün xx.xx.2019-cu il tarixli təqdimat icra Baş İdarəsinə göndərilmiş, borclunun hərəkətlərində qərəz aşkar edilmədiyindən təqdimat baxılmadan geri qaytarılmışdır. xx.xx.2019-cu il tarixdə borclu Cavabdeh icra sənədinin icrası ilə bağlı darvazanın giriş-çıxış açarının təqdim edilməsi ilə bağlı bildiriş göndərilmiş, həmin tarixdən sonra "xxxx" MMC-nin direktoru giriş-çıxış açarının bir nüsxəsini şöbəyə təqdim etmiş, bu barədə tələbkara məlumat verilmişdir.

8. İddi açı “X12 Azerbaijan” MMC ilə ararlarında bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsi əsasında özünə məxsus olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 177,8 kv.m olan qeyri-yaşayış sahəsini aylıq 2000 manat icarə haqqı olmaqla, 11 ay müddətinə sonuncuya icarəyə vermişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı iddia ərizəsi (əlavə ərizə ilə) cavabdehlər Cavabdeh və "xxxx" MMC-dən 192.000 manat məbləğində maddi və 30.000 manat məbləğində mənəvi zərərin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 4523/2011 saylı xx.xx.2011-ci il tarixli qətnaməsi qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmiş, lakin hal-hazıra dək cavabdehlər tərəfindən icra edilməmişdir. Bir dəfə qanunsuz olaraq icra sənədi üzrə icraata xitam verilmiş, sonradan iddiaçının şikayəti əsasında icra sənədi yenidən icraya yönəldilmiş və hazırda da icra şöbəsinin icraatındadır.

11. Cavabdeh tərəf dəfələrlə iddiaçıya açar veriləndən sonra darvazanı və ya açarı dəyişərək iddiaçının obyektdən istifadəsinə tam mane olmuş, cavabdehin maneçiliyi xx.xx.2018-ci il tarixli aktla və inzibati cərimə barədə xx.xx.2018-ci il tarixli qərarla da təsdiq edilmişdir. Cavabdehin xx.xx.2019-cu il tarixdən sonra iddiaçıya açarın verilməsi barədə izahatı isə tamamilə yalandır, nə cavabdeh, nə də icra məmuru həmin tarixdən sonra iddiaçıya açar verməmişdir.

12. Nəticədə cavabdehlərin icra sənədini icra etməməsi və maneçiliyi nəticəsində iddiaçı öz əmlakından istifadə edə və ondan gəlir götürə bilməmişdir. Belə ki, ünvan 3 ünvanında yerləşən iddiaçı ona məxsus 177,8 kv.m qeyri-yaşayış sahəsini aylıq 2000 manata icarəyə verməklə gəlir əldə etmək məqsədi ilə xx.xx.2011-ci il, xx.xx.2013-cü il, xx.xx.2016-cı il və xx.xx.2019-cu il tarixlərində icarəyə götürən şəxslərlə icarə müqaviləsi bağlamışdır. Lakin cavabdehlər tərəfindən yaradılan maneçiliyə görə icarəçilər iddiaçıya məxsus 177,8 kv.m qeyri-yaşayış sahəsini işlədə bilmir və bu səbəbdən müqaviləni pozaraq gedirlər. Sonuncu müqavilə üzrə iddiaçıya cəmi iki aylıq ödəniş edilmiş, ona görə də iddia tələbinin həcmini azaltmışdır.

13. Sonuncu icarəçi ilə bağlanmış müqaviləni pozmağa da cavabdeh onun balonlarını çölə tökərək məcbur etmiş, icarəçinin fəaliyyətinə hər cür maneçilik yaratmışdır. Beləl iklə, qeyri-yaşayış sahəsindən istifadəsinə cavabdehlər tərəfindən yaradılan maneçilik nəticəsində iddiaçıya xx.xx.2011-ci il tarixdən başlamaqla hər ay 2000 manat məbləğində əldən çıxmış fayda qismində maddi ziyan dəymişdir. Həmçinin, iddiaçıya mənəvi ziyan dəymişdir.

14. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 21-ci maddəsinə istinad etmişdir.

15. Birinci instansiya məhkəməsində cavabdeh, eyni zamanda digər cavabdeh "xxxx" MMC-nin qanuni təmsilçisi Cavabdeh iddiaya yazılı etiraz vermiş, həmçinin etirazını müdafiə edərək aşağıdakıları göstərmişdir: - Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.1990-cı il tarixli 4/142 saylı qərarı ilə “Polimer” kooperativinə ünvan 4 ünvanda 0,2 ha torpaq sahəsi ayrılmış, xx.xx.1990-cı il tarixli tikinti-inşaat pasportu tərtib edilmiş və 90/234 sayl ı ayrıc aktı çizgisi əsasında 0,2 ha torpaq sahəsi “Polimer” kooperativinə təhvil verilmişdir. O vaxtdan bu günədək ünvan 4 ünvanda 0,2 ha torpaq sahəsi və həmin torpaq sahəsindəki tikililər onun sərəncamında və sahibliyindədir; - məhkəmə qərarı ilə iddiaçının iddia etdiyi tikililərə giriş-çıxış yolu çöl darvazasından istifadə edilməklə müəyyən edilmiş və buna heç vaxt maneə törətməmişdir. 2019-cu ilin əvvəllərində çöldən içəri girmək üçün giriş-çıxış üçün istifadə olunan darvazanın köhnəlməsi səbəbindən həmin darvaza çıxarılaraq yerində yeni darvaza qoyulmuş, darvaza quraşdırıldıqdan sonra onun tərəfindən icra məmuruna yeni darvazanın açarı iddiaçıya təhvil verilməsi üçün təqdim edilmişdir; - bundan əlavə, iddiaçının istinad etdiyi xx.xx.2011-ci il, xx.xx.2013-cu il, xx.xx.2016cı il, xx.xx.2019-cu il tarixli icarə müqavilələri eyni şəxslə bağlanmış, qanunda nəzərdə tutulmuş qaydada notariat kontorunda qeydiyyatdan keçməmişdir, buna görə də həmin müqavilələr sübut kimi qəbul edilə bilməz; - həmçinin iddiaçının məhkəməyə təqdim etdiyi Bakı şəhəri Nizami rayon İcra və Probasiya Şöbəsinin rəis müavini Ceyhun Mustafayevin xx.xx.2020-ci il tarixli məktubunda əks edilənlərin həqiqətə uyğun olmaması Bakı şəhəri Nizami rayon İcra və Probasiya Şöbəsinin rəisi Rəşad Hacıyevin xx.xx.2020-ci il tarixli məktubu və həmin məktuba əlavə edilmiş icra işinin surəti ilə tam təkzib olunur. Belə ki, Bakı şəhəri Nizami rayon İcra və Probasiya Şöbəsinin rəisi Rəşad Hacıyevin xx.xx.2020-ci il tarixli məktubunun və həmin məktuba əlavə edilmiş icra işinin surətindən məlum olur ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4523/2011 saylı xx.xx.2011-ci il tarixli icra sənədi icra edilməsi üçün xx.xx.2012-ci il tarixdə şöbəyə daxil olmuş, müvafiq qərarla icra məmuru tərəfindən icraata başlanılmış, tələbin könüllü icrası barədə cavabdehə xx.xx.2012-ci il tarixdə bildiriş təqdim edilmiş, xx.xx.2013-cü il tarixdə icra sənədi tam icra edilmiş, Nizami Rayon Məhkəməsinin 8(007)-542 saylı, xx.xx.2013-cü il tarixli qərardadı ilə icra sənədi üzrə icraata xitam verilmişdir. İcra işinə xitam verildikdən üç il sonra tələbkarın şikayəti əsasında Nizami Rayon Məhkəməsinin 8(007)-542 saylı, xx.xx.2013-cü il tarixli qərardadı ləğv edilərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4523/2011 saylı xx.xx.2011-ci il tarixli icra sənədi üzrə icraat təzələnmiş, həmin icra vərəqəsi xx.xx.2017-ci il tarixdə icraya yönəldilmiş, xx.xx.2017-ci il tarixdə icraata daxil olmuş, həmin gün icraata başlamaq haqqında qərar qəbul edilmiş, xx.xx.2017-ci il tarixdə tələbkar ərizə ilə müraciət edərək müalicə alması ilə əlaqədar icra sənədinin icrasının 2017-ci ilin sentyabr ayınadək dayandırılmasını xahiş etmiş, xx.xx.2017-ci il tarixdə icra təyin edilmiş, giriş-çıxış darvazasının açarının bir nüsxəsi tələbkar İddiaçı təhvil verilmiş, lakin həmin ünvandan istifadə qaydalarının müəyyən edilməsi üçün mütəxəssis rəyinə ehtiyac olduğundan icra sənədinin icrası müvəqqəti təxirə alınmış, mütəxəssisin dəvət olunması ilə bağlı xx.xx.2017-ci il tarixdə qərar qəbul edilərək DƏDRX-ya göndərilmiş, öz tərəfindən xx.xx.2018-ci il tarixdə mütəxəssisin baxış keçirməsinə icazə verilməmiş, bununla əlaqədar izahatı alınmış və barəs ində AR İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş, Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə AR İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 manat cərimə olunmuşdur. Daha sonra xx.xx.2018-ci il tarixə icra təyin edilmiş, həmin tarixdə akt tərtib edilərək icra sənədi icra edilmiş və giriş-çıxış darvazasının açarının bir nüsxəsi tələbkara təhvil verilmiş, lakin tələbkar icra sənədi icra edildikdən bir gün sonra darvazadan içəri daxil olmaq üçün maneçilik yaratdığını iddia etdiyindən barəsində cinayət işinin başlanması üçün xx.xx.2019-cu il tarixdə təqdimat göndərilmiş, hərəkətlərində qərəz aşkar edilmədiyindən təqdimat geri qaytarılmış, xx.xx.2019-cu il tarixdən sonra giriş-çıxış darv azasının açarının bir nüxsəsi şöbəyə təqdim edilmiş və bu barədə tələbkara məlumat verilmişdir; - göründüyü kimi, iddiaçının birinci icarə müqaviləsini bağladığı xx.xx.2011-ci il tarixdə, ümumiyyətlə, icra işi olmamış, ikinci icarə müqaviləsi bağladığı xx.xx.2013-ci il tarixdə artıq icraya xitam verilmiş, üçüncü icarə müqaviləsinin bağlandığı xx.xx.2016-cı il tarixdə icra şöbəsində icra işi olmamış, xx.xx.2019-cu il tarixdə icarə müqaviləsi bağladığı zaman artıq icra sənədi icra edilərək xx.xx.2019-cu ildə giriş-çıxış darvazasının açarı tələbkara təhvil verilməsi üçün icra məmuruna verilmişdir. Belə olan halda, qanunda nəzərdə tutulmuş qaydada bağlanmamış, notariat kontorlarında qeydiyyatdan keçməmiş, icra sənədi icra edildikdən sonra və ya icra işi olmadığı müddətlərdə tərtib edilmiş icar ə müqavilələrinə istinad edilməklə külli miqdarda maddi və mənəvi zərərin ödənilməsinə dair tələb əsassız və qanunsuz hesab edilməklə rədd edilməlidir.

16. İddiaçı ilə X5 arasında yazılı formada bağlanmış xx.xx.2011-ci il tarixli qeyriyaşayış sahəsinin icarəsi haqqında müqaviləyə əsasən icarəyə verən İddiaçı ünvan 5 ünvanında yerləşən 177,8 kv.m. qeyri-yaşayış sahəsini icarəçi X3 icarəyə vermişdir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, icarəyə verilən sahə üçün icarəçi hər ay 2000 manat icarə haqqı ödəməlidir. Müqavilə iki il müddətinə bağlanmışdır.

17. İddiaçı ilə X5 arasında yazılı formada bağlanmış xx.xx.2013-cü il tarixli qeyriyaşayış sahəsinin icarəsi haqqında müqaviləyə əsasən icarəyə verən İddiaçı ünvan 5 ünvanında yerləşən 177,8 kv.m. qeyri-yaşayış sahəsini icarəçi X3 icarəyə vermişdir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, icarəyə verilən sahə üçün icarəçi hər ay 2000 manat icarə haqqı ödəməlidir. Müqavilə üç il müddətinə bağlanmışdır.

18. İddiaçı ilə X5 arasında yazılı formada bağlanmış xx.xx.2016-cı il tarixli qeyriyaşayış sahəsinin icarəsi haqqında müqaviləyə əsasən icarəyə verən İddiaçı ünvan 5 ünvanında yerləşən 177,8 kv.m. qeyri-yaşayış sahəsini icarəçi X3 icarəyə vermişdir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, icarəyə verilən sahə üçün icarəçi hər ay 2000 manat icarə haqqı ödəməlidir. Müqavilə üç il müddətinə bağlanmışdır.

19. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(007)-404/2020 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı “X12 Azerbaijan” MMC-nin cavabdeh İddiaçı qarşı 23 avqust 2019-cu il tarixli icarə müqaviləsin in etibarsız hesab edilməsi və İddiaçı 4000 manat məbləğində pulun tutularaq “X12 Azerbaijan” MMC-yə ödənilməsi tələbinə dair iddia təmin edilməmişdir. Həmin qətnamə ilə 23 avqust 2019-cu il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi üçün hər hansı qanuni əsasın olmadığı müəyyən edilmiş, tərəflərin izahatlarında həmin ünvanda müqavilənin icrası üçün maneələrin mövcudluğu qeyd olunmuşdur.

20. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-602/2020 saylı, xx.xx.2020ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlərdən müştərək qaydada maddi zərərin əvəzi kimi 18.000 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Fuad Hüseynov)

21. Birinci instansiya məhkəməsi qeyd edib ki, təqdim edilmiş sübutlar arasında notarial qaydada bağlanmış 23 avqust 2019-cu il tarixli icarə müqaviləsinin mövcudluğu, həmçinin həmin müqavilənin qanuni olduğunun Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(007)-404/2020 saylı qətnaməsi ilə müəyyən edilməsi, iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin qeyd olunan on bir aylıq müqavilə müddəti ərzində icarəyə verilməklə iddiaçının aylıq iki min manat gəlir əldə etmək imkanına malik olduğunu birmənalı olaraq təsdiq edilir. Buna görə də iddiaçı həmin müqavilə müddəti üzrə məhrum olduğu (11-2=9) aylıq icarə haqqı məbləğində pulu əldən çıxmış fayda qismində cavabdehdən tələb etməkdə haqlıdır. Belə ki, iddiaçıya məxsus qeyri-yaşayış sahəsindən faktiki istifadə imkanı Bakı Apellyasiya Məhkəməsinin 2(007)- 4523/2011 saylı, xx.xx.2011ci il tarixli qət naməsi ilə müəyyən edildiyindən və hazırda həmin qətnamə üzrə icra prosesi yekunlaşmadığından, eyni zamanda qətnamənin icra edilməməsinə görə cavabdeh tərəf məhkəmə qərarı ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edildiyindən, qeyd olunan məbləğin (9x2000=18.000 manat) əldən çıxmış fayda qismində cavabdehlərdən tutulması əsaslıdır.

22. Bununla belə birinci instansiya məhkəməsinin mövqeyinə görə əldən çıxmış fayda qismində maddi zərər tələbi üzrə təqdim edilmiş xx.xx.2011-ci il, xx.xx.2013-cü il, xx.xx.2016-cı il tarixli müqavilələr mötəbər sübut kimi qiymətləndirilə bilməz. Belə ki, daşınmaz əmlakın on bir aydan artıq icarəsi ilə bağlı olan həmin müqavilələr notarial qaydada bağlanmamış və dövlət qeydiyyatına alınmamış, həmin müqavilələrin bağlandığı tarixlərdə Bakı Apellyasiya Məh kəməsinin 2(007)-4523/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsi üzrə verilmiş icra sənədi, ümumiyyətlə, icra şöbəsinin icraatında olmamış, habelə müqavilələr adi yazılı formada eyni fiziki şəxslə bağlanmaqla formal xarakter daşımışdır (çünki ilk icarə müqaviləsinin icrasının mümkünsüzlüyünü görən şəxsin yenidən iki dəfə eyni məzmunlu müqaviləni bağlaması şübhə doğurur).

23. Birinci instansiya məhkəməsi hesab edib ki, iddia tələbi mənəvi zərər hissəsində də əsassızdır. Belə ki, iddiaçı mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində baş verməsi, qanunsuz hərəkət ilə mənəvi zərər arasında səbəbli əlaqənin olması barədə mötəbər sübutlar təqdim etməmişdir. Halbuki, «Mənəvi zərərin ödənilməsi barəsində qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi t əcrübəsi» haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarının 8-ci bəndində izah olunmuşdur ki, mənəvi zərərin ödənilməsi barəsində iddia o hallarda təmin oluna bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun.

24. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 146.1, 1096.1, 1097.1-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” 19.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 15.3, 77.1, 78.1, 82.3 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icra at

25. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin qismən – iddia tələbinin rədd olunan hissəsində ləğv edilərək, həmin hissədə iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

26. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə gəldiyi nəticəni maddi hüquq norması ilə əsaslandırmayıb. Qətnamə cavabdehin nümayəndəsinin izahatları ilə əsaslandırılıb və sanki onun müdafiəçisi mövqeyini tutub.

27. Cavabdehlər də apellyasiya şikayəti verərək, qətnamənin qismən – iddianın təmin olunmuş hissəsində ləğv, həmin hissədə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

28. Cavabdehlərin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “X12 AZERBAYCAN” MMC ilə aralarında xx.xx.2019-cu il tarixdə bağlanmış həmin müqavilə üzrə tərəf olmayıbla r, həmin müqavilə üzrə hər hansı öhdəlik götürməyiblər. İcra sənədi üzrə icra prosesinin yekunlaşmaması, icra sənədinin icrada olduğu müddətdə Cavabdeh inzibati məsuliyyətə cəlb edilməsi iddiaçının tələb etdiyi əldən çıxmış fayda kimi qəbul edilən məbləğin onlardan tutulmalı olduğuna dair işdə sübutlar yoxdur.

29. Apellyasiya instansiyası məhkəməsi iddiaçıya məxsus qeyri-yaşayış binasının 2011-ci ildən 2020-ci ilədək müddət ərzində aylıq icarə haqqının müəyyən edilməsi məqsədilə qiymətləndirmə təyin etmiş, qiymətləndirmənin aparılmasını “X1 Company” MMC-yə tapşırmışdır. 30. “X1 Company” MMC-nin mütəxəssis rəyinə əsasən qeyri-yaşayış sahəsinin bir aylıq icarəsinin 2016-cı il üçün aylıq icarə haqqı 1200 manat olmaqla, cəmi 14400 manat; 2017-ci il üçün aylıq icarə haqqı 1500 manat olmaqla, cə mi 18000 manat; 2018 və 2019cu illər üçün aylıq icarə haqqı 2000 manat olmaqla, hər il üçün cəmi 24000 manat təşkil edir.

31. İddiaçı qiymətləndirmə rəyi ilə razı olmamış və özünün sifarişi ilə "xxxx" MMCnin tərtib etdiyi rəyi təqdim etmişdir. "xxxx" MMC tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən qeyri-yaşayış sahəsinin 2016-cı il üçün bir aylıq icarə haqqı 1300 manat olmaqla, cəmi 15.600 manat; 2017-ci il üçün aylıq icarə haqqı 1600 manat olmaqla, cəmi 19.200 manat; 2018 və 2019-cu illər üçün aylıq icarə haqqı 2000 manat olmaqla, hər il üçün cəmi 24000 manat təşkil edir.

32. Apellyasiya instansiyası məhkəməsi iddiaçıya məxsus qeyri-yaşayış binasının 2011-ci ildən 2020-ci ilədək müddət ərzində aylıq icarə haqqının müəyyən edilməsi məqsədilə qiymətləndirmə təyin etmiş, qiymətləndirm ənin aparılmasını "xxxx" MMC-yə tapşırmışdır. 33. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən qeyri-yaşayış sahəsinin bir aylıq icarəsinin 2016-cı il üçün aylıq icarə haqqı 1370 manat; 2017-ci il üçün 1450 manat, 2018-ci il üçün 1450 manat, 2019-cu il üçün 970 manat təşkil edir.

34. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-117/2023 nömrəli 27 yanvar 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-602/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddianın qismən təmin edilməsi, Cavabdeh maddi zərərin əvəzi kimi 11645 (on bir min altı yüz qırx beş) manat və mənəvi zərərin əvəzi kimi 3000 (üç min) manat pulun tutularaq İddiaçı öd ənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, aparılmış qiymətləndirmə tədqiqatının dəyərini təşkil edən 500 manatın 250 manatının İddiaçı, 250 manatının isə Cavabdeh tutularaq “X1 Company” MMC-nin hesabına ödənilməsi, aparılmış qiymətləndirmə tədqiqatının dəyərini təşkil edən 250 manatın 125 manatının İddiaçı, 125 manatının isə Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi qət edilmişdir. (hakimlər Rəşad Həsənov (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov, Cəmilə Musayeva)

35. Apellyasiya instansiyası məhkəməsi ilk növbədə qeyd edib ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilmiş hissəsində gəldiyi nəticə düzgün olmamışdır. Belə ki, məhkəmə iddianı həmin hissədə təmin edərkən iddiaçı ilə "xxxx" MMC ilə 23 avqust 2019cu ildə bağlanmış müqavilə üzrə iddiaçının 2 ay m üddətində icarə haqqı aldıqdan sonra, növbəti 9 ay ərzində ala bilmədiyi icarə haqqını əldən çıxmış fayda kimi tələb etməkdə haqlı olduğuna istinad etmişdir. İddia tələbindən isə göründüyü kimi iddiaçı 01 iyul 2011-ci ildən hesablanmaqla, 98 ay üçün əldən çıxmış faydanı tələb etmiş və iddia tələbi ilə məhkəməyə 27 sentyabr 2019-cu il tarixdə müraciət etmişdir. Deməli, iddiaçının tələbi xx.xx.2011-ci il tarixdən xx.xx.2019-cu il tarixədək (98 ay) olan müddətlə bağlı olmuşdur. Birinci instansiya məhkəməsinin istinad etdiyi xx.xx.2019-cu il tarixli müqavilə isə 11 ay müddətinə bağlanmaqla, xx.xx.2020-ci il tarixədək olan müddəti əhatə etmişdir. Lakin birinci instansiya məhkəməsi işin bu halını nəzərə almamış, həmin müqaviləyə istinad etməklə iddia tələbi ilə əhatə olunmayan müddət üçün də (xx.xx.2019 - xx.xx.2020) dəymiş ziyanın tutulması ilə bağlı qətnamə qəbul etmişdir. Bununla da, məhkəmə iddia tələblərindən kənara çıxmış və MPM-nin 218.3-cü maddəsinin tələblərini pozmuşdur.

36. Bundan başqa, iş materiallarında olan məhkəmə aktlarından görünür ki, İddiaçı "xxxx" MMC arasında həmin müqavilədən doğan öhdəliklərlə bağlı mülki mübahisə mövcuddur və Bakı Kommersiya Məhkəməsinin qətnaməsi ilə cavabdeh "xxxx" MMC-dən İddiaçı xeyrinə müqavilə üzrə ödənilməli olan 18.000 manat icarə haqqının tutulması barədə qətnamə qəbul edilmiş, həmin qətnamədən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə təmin edilməmişdir. Göründüyü kimi, həmin müqavilənin əhatə etdiyi müddət ərzində cavabdeh Cavanşır Talıbov tərəfindən İddiaçı əmlakından istifadə etməklə bağlı hər hansı maneələrin yaradılması müəyyən edilməmiş, əksinə, İddiaçı özunə aid qeyri-yaşayış sahəsini icarəyə verərək gəlir əldə etmişdir.

37. Apellyasiya instansiyası məhkəməsi iddianın təmin edilməyən digər hissəsi ilə bağlı gəldiyi nəticəni də işin hallarına uyğun hesab etməyərək, mövqeyini onunla əsaslandırıb ki, işin müəyyən olunmuş hallarına görə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4523/2011 saylı xx.xx.2011-ci il tarixli qətnaməsi ilə İddiaçı xüsusi mülkiyyətində olan 177,8 kv.m qeyri-yaşayış sahəsinin hüquqi ünvanı və yeganə giriş-çıxış yolu olan ünvan 1ından gediş-gəliş məqsədi ilə sərbəst istifadə etməsinə maneçiliyin yaradılmasının "xxxx" MMC-yə və onun direktoru Cavabdeh qadağan edilməsi, onun xüsusi mülkiyyətində olan həmin qeyri-yaşayış sahəsinin hüquqi ünvanı və yeganə giriş-çıx ış yolu olan ünvan 1ından istifadə qaydasının giriş-çıxış darvazasından müəyyən edilməsi və həmin darvazanın açarlarının bir nüsxəsinin ona verilməsi qət edilmişdir. Qətnamə icraya yönəldilmiş, icra sənədi tam şəkildə icra olunmuş və xx.xx.2013-cü il tarixdə icra işinin icraatına xitam verilmişdir. Bundan bir neçə il sonra, yəni xx.xx.2016-cı il tarixdə İddiaçı müraciəti əsasında icra icraatına xitam verilməsi barədə qərardad ləğv edilmiş və həmin icra vərəqəsi xx.xx.2017-ci il tarixdə yenidən icraya yönəldilmiş, xx.xx.2019-cu il tarixdə borclu Cavabdeh icra sənədinin icrası ilə bağlı darvazanın giriş-çıxış açarının bir nüsxəsini icra şöbəsinə təqdim etmiş təqdim etmiş, bu barədə tələbkara məlumat verilmişdir. Həmçinin müəyyən edilir ki, qeyd edilən müddət ərzində İddiaçı onun mülkiyyətind ə olan qeyri-yaşayış sahəsindən təyinatı üzrə istifadə etməmişdir.

38. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı iş üzrə iddiaçının tələbi cavabdehlərin icra sənədini icra etməməsi və maneçiliyi nəticəsində öz əmlakından istifadə edə və ondan gəlir götürə bilmədiyinə görə əldən çıxmış faydanın ödənilməsi barədədir.

39. İlkin olaraq cavabdehlərin iddiaçıya məxsus əmlakdan istifadəsinə maneə yaradıb-yaratmamasına qiymət verən apellyasiya instansiyası məhkəməsi göstərib ki, iddiaçı tələbini cavabdehlərin icra sənədini icra etməməklə, ona məxsus qeyri-yaşayış sahəsinə giriş-çıxışına maneə yaratması ilə əsaslandırmış və tələbin qanuni əsası kimi Mülki Məcəllənin 21-ci maddəsinə istinad etmişdir. Mülki Məcəllənin 21.1-ci maddəsinin tələbinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinin tələbinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 21.2-ci maddəsindən müəyyən olunur ki, əldən çıxmış fayda zərərin tərkib hissəsidir. Zərərin əvəzinin ödənilməsi mütləqlik xarakteri şəxsiyyət və mülkiyyət toxunulmazlığı haqqında Konstitusiya müddəalarına əsaslanır. Hüququ pozulmuş şəxsə dəyən zərərin tərkibinə həm onun faktiki itkiləri, həm də əldən çıxmı ş faydası daxildir. Real zərər adlanan faktiki itkilərə zərər çəkmiş şəxsin öz pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi aiddir. Əldən çıxmış fayda dedikdə isə şəxsin hüququ pozulmayacağı halda adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlilərdən məhrum olması başa düşülür. Hüququ pozulmuş şəxsin əmlakının zədələnməsi nəticəsində ona dəymiş real ziyan zədələnmiş əmlakın bərpasına, yəni ilkin vəziyyətin bərpasına sərf edilmiş xərc miqdarında müəyyən edilir. Əgər əmlakın öz əvvəlki vəziyyətini bərpa etmək mümkün olmazsa, zərərçəkmiş şəxs həmin əmlakdan məhrum olunmuş hesab edilməli və dəymiş real zərər əmlakın tam dəyəri ilə ölçülməlidir. Əldən çıxmış fayda adi mülki dövriyyə şəraitində hüququ pozulmuş şəxsin əldə edəcəyi gəlirlərin miqdarı ilə ölçülür. Lakin məlumdur ki, bazar münasibətləri bu və ya digər səbəbdən dəyişikliklərə məruz qala bilər, malların, işlərin və xidmətlərin dəyəri dəyişə bilər. Məlumdur ki, zərərin yaranmasının əsasında digər şəxsin təqsirli hərəkəti və ya hərəkətsizliyi dayanır. Lakin bir sıra hallarda zərərin yaranmasının və ya onun artmasının əsasında zərərçəkənin özünün təqsirli hərəkəti və ya hərəkətsizliyi dayanır. Buna görə də zərərin əvəzinin ödənilməli həcmi müəyyən edilərkən zərərçəkənin davranışının həmin zərərin yaranmasına və ya artmasına hansı həcmdə təsir göstərdiyi mütləq nəzərə alınmalıdır. Mülki Məcəllənin 21-ci maddəsinin dispozisiya şərtlərinə görə əldən çıxmış faydanın tələb olunması üçün şəxs birinci növbədə ona zərər vurulduğunu, həmçinin hüq uqu pozulmasaydı, adi mülki dövriyyə şəraitində gəlirlər əldə edəcəyini sübuta yetirməlidir.

40. Apellyasiya instansiyası məhkəməsi onu da vurğulayıb ki, hazırkı mübahisə üzrə tələbin əsaslılığına qiymət vermək üçün ilk növbədə cavabdehlərin hüquqa zidd hərəkətlərinin nədə ifadə olunması, həmin hərəkətlər nəticəsində iddiaçıya zərər vurubvurulmadığı araşdırılmalıdır. İddiaçı iddia edir ki, özünə məxsus 177,8 kv.m qeyri-yaşayış sahəsini aylıq 2000 manata icarəyə verməklə gəlir əldə etmək üçün xx.xx.2011-ci il, xx.xx.2013-cü il, xx.xx.2016-cı il və xx.xx.2019-cu il tarixlərində icarəyə götürən şəxslərlə icarə müqaviləsi bağlamışdır. Lakin cavabdehlər tərəfindən yaradılan maneçiliyə görə icarəçilər ona məxsus 177,8 kv.m qeyri-yaşayış sahəsini işlədə bilmirlər və bu səbəbdən müqaviləni pozaraq gedirlər. Buna görə də, xx.xx.2011-ci il tarixdən başlamaqla hər ay 2.000 manat məbləğində əldən çıxmış fayda qismində maddi ziyan ona ödənilməlidir. Cavabdehlər isə iddianı qəbul etməyərək iddiaçının ona məxsus olduğunu iddia etdiyi qeyri-yaşayış sahəsinin hələ 2011-ci ildən yararsız vəziyyətdə olduğunu, həmin sahənin əsaslı təmir edilmədən icarəyə verilməsinin mümkün olmadığını, bu faktın Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4523/2011 saylı, 18 noyabr 2011- ci il tarixli qətnaməsi ilə müəyyən olunduğunu, həmçinin iddiaçının hazırkı iş üzrə tələb etdiyi vəsaiti eyni əsaslarla “X12 Azerbaijan” MMC-dən də tələb etdiyini, həmin işin apellyasiya baxışında olduğunu bildirmişlər.

41. Apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, iş materiallarından görünür ki, İddiaçı cavabdehlər "xxxx" MMC və həmin MMC-nin direktoru Cavabdeh qarşı mülkiyyət hüququna yaradılan maneələrin və müdaxilənin qanunsuz hesab edilməsi və dəymiş zərərin ödənilməsi tələbinə dair iddia qaldırmış, Nizami rayon Məhkəməsinin 31 may 2011ci il tarixli qətnaməsi ilə iddia rədd olunmuşdur. Həmin qətnamədən iddiaçının verdiyi apellyasiya şikayəti əsasında işə yuxarı instansiya məhkəməsində baxılmış, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4523/2011 saylı, 18 noyabr 2011-ci il tarixli qətnaməsi ilə birinci instansya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia qismən təmin olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin qeyd edilən qətnaməsinin məzmunundan görünür ki, həmin işə baxılarkən məhkəmə kollegiyası tərəfindən iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə baxış keçirilmiş, həm in qeyri-yaşayış sahəsinin yararsız vəziyyətdə olduğu, həmin sahənin əsaslı təmir edilmədən icarəyə verilməsinin mümkün olmadığı müəyyən edilmişdir

42. Apellyasiya instansiyası məhkəməsi MPM-in 82.3-cü maddəsinə istinadən hesab edib ki, yuxarıda qeyd olunan məhkəmə aktı ilə 2011-ci ildə mübahisəli qeyri-yaşayış sahəsinin faktiki olaraq yararsız vəziyyətdə olduğu, həmin sahənin əsaslı təmir edilmədən icarəyə verilməsinin mümkün olmadığına hüquqi qiymət verilmişdir. Məhkəmə aktı ilə müəyyən edilən həmin hallar isə preyudisial əhəmiyyət kəsb etdiyindən, sözügedən halların əlavə araşdırılmasına, ümumiyyətlə, zərurət yoxdur. Həmin qətnamə qəbul edildikdən sonra onun xx.xx.2013-cü il tarixdə icra edilməsinədək keçən müddət ərzində iddiaçıya məxsus həmin qeyri-yaşayış sahəsinin təmir edilməsi iş materialları ilə təsdiq olunmur. Bu isə o anlama gəlir ki, mübahisəli qeyri-yaşayış sahəsi qətnamənin icra edildiyi tarixədək istifadəyə yararsız vəziyyətdə olduğundan, onun icarəyə verilərək gəlir əldə edilməsi də mümkünsüz olmuşdur. Deməli, həmin müddət ərzində iddiaçının ona məxsus olan yaşayış sahəsindən təyinatı üzrə istifadə edə bilməməsi cavabdehlərin ona maneçilik yaratması ilə deyil, həmin sahənin istifadə üçün yararsız vəziyyətdə olması ilə bağlı olmuşdur.

43. Bundan başqa, iş materiallarından müəyyən edilir ki, iddiaçıya məxsus qeyriyaşayış sahəsi xx.xx.2013-cü ildə icra sənədinin icra edilməsi ilə əlaqədar ona təhvil verilmiş, iddiaçı yalnız xx.xx.2016-cı ildə həmin sahədən istifadə etməsinə maneələr yaradılması ilə əlaqədar icra sənədinin yenidən icraya yönəldilməsi ilə əlaqəd ar müraciət etmiş, bu müddət ərzində həmin qeyri-yaşayış sahəsi iddiaçının öz istifadəsində olmuşdur. Hazırda iddiaçı həmin müddət ərzində də cavabdeh və onun əməkdaşları tərəfindən ona öz əmlakından istifadə etməsi ilə bağlı maneələr yaradıldığını bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

44. Bununla yanaşı, iddiaçı həmin müddət ərzində qeyri-yaşayış sahəsində təmir işləri apardığını, dam örtüyünü dəyişdiyini və oranı istifadə üçün yararlı vəziyyətə gətirdiyini bildirmişdir. Qeyd edilənlər bir daha sübut edir ki, iddiaçı həmin müddət ərzində əmlakından maneəsiz şəkildə istifadə etmək imkanına malik olmuşdur.

45. Qeyd edilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi iddiaçının həmin müddət ərzində cavabdehlərin ona əmlakdan istifadə etməsinə maneələr yarat maqla onu gəlir əldə etmək imkanından məhrum etməsinə dair dəlillərini əsassız hesab etmişdir.

46. Bununla belə apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, xx.xx.2016-cı il tarixdə icra işinin icraatına xitam verilməsinə dair qərardad ləğv edilmiş və icra sənədinin icrası üzrə hərəkətlərin davam etdirilməsi qərara alınmış, buna səbəb isə Cavabdeh tərəfindən İddiaçı mülkiyyətində olan əmlakdan istifadə etməsinə maneələr yaratması olmuşdur. Həmçinin müəyyən edilir ki, həmin icra sənədi üzrə icraat təzələndikdən sonra Cavabdeh uzun müddət ərzində icra hərəkətlərinin həyata keçirilməsinə mane olmuş, hətta bununla bağlı inzibati məsuliyyətə cəlb edilmişdir. Bu cür maneələr xx.xx.2019-cu il tarixədək davam etmiş, həmin tarixdə Cavabdeh mübahisəli əmlakın yerləşdiyi həyətə giriş darvaza sının açarını icra orqanına təhvil vermişdir. Deməli, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçının özünə məxsus olan əmlakdan istifadə etmək imkanından məhrum olması öz təsdiqini tapır. Belə olan halda, həmin müddət ərzində iddiaçının əmlakdan istifadə edə bilməməsi nəticəsində əldən çıxmış fayda şəkilində maddi ziyan çəkməsi və bu ziyanın məbləği müəyyən edilməlidir.

47. Apellyasiya instansiyası məhkəməsi ziyanın məbləği ilə bağlı qeyd edib ki, iddiaçı öz tələbinin faktiki əsası kimi digər hallarla yanaşı, özünün digər şəxslərlə bağlamış olduğu icarə müqavilələrinə istinad etmişdir. Həmin müqavilələrin məzmunundan görünür ki, iddiaçı özünə məxsus qeyri-yaşayış sahəsini 2011-ci, 2013-cü və 2016-cı illərdə X5 adlı şəxsə 2000 manat aylıq icarə haqqı olmaqla, icarəyə vermişdir.

48. Apellyasiya instansiyası məhkəməsi həmin müqavilələrə dair birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edib ki, bu müqavilələr hüquqi nəticə yaratmaq niyyəti olmadan bağlanmış və formal xarakter daşımışdır. Belə ki, eyni şəxsin 2011-ci ildə bağlamış olduğu müqavilə üzrə bir gün də olsa, istifadə edə bilmədiyi qeyriyaşayış sahəsinə dair sonradan 2013-cü və 2016-cı illərdə də icarə müqavilə bağlaması ağlabatan deyildir. Bundan başqa, həmin müqavilələrin sadə yazılı formada bağlanması və notarial qaydada təsdiq edilməməsi, həmçinin icarəçinin bu müqavilələrin icra edilməsi və icarəyə götürdüyü sahənin ona təhvil verilməsi ilə bağlı hər hansı tədbir görməməsi bu müqavilələrin formal olaraq tərtib edildiyini bir daha təsdiq edir.

49. Bununla yanaşı, qeyd edilən müqavilələrin f ormal xarakterli olması və iş üzrə mötəbər sübut kimi qəbul edilməməsi özü-özlüyündə iddiaçının özünə məxsus olan əmlakı icarəyə verərək gəlir əldə etmək niyyətinin olmaması kimi də qiymətləndirilməməlidir. Belə ki, iddiaçıya mülkiyyət hüququ ilə məxsus olan əmlak qeyri-yaşayış sahəsidir və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün nəzərdə tutulmuşdur. Həmin əmlakın yerləşdiyi ərazidə cavabdehə məxsus oxşar sahələrin də mövcud olması və cavabdehin həmin sahələri icarəyə verərək gəlir əldə etməsi onu deməyə əsas verir ki, iddiaçının da eyni qaydada öz əmlakına maneəsiz sahiblik edəcəyi təqdirdə, oranı icarəyə verərək gəlir əldə edə bilərdi. İddiaçının özünə aid sahəni 2019-cu ildə icarəyə verərək gəlir əldə etməsi də bunu bir daha təsdiq edir.

50. Apellyasiya instansiyası məhkəməsi göstə rilənlərdən belə qənaətə gəlib ki, Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin 2(007)-4523/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsinin icrasına xx.xx.2016-cı ildə icra sənədinin təkrar icraya yönəldildiyi tarixdən həmin sahənin giriş darvazasının açarını icra orqanına təhvil verildiyi xx.xx.2019-cu il tarixədək olan müddət ərzində mane olmaqla, İddiaçı öz mülkiyyətində olan mübahisəli qeyri-yaşayış sahəsindən təyinatı üzrə istifadə edərək gəlir əldə etmək imkanından məhrum etmişdir. Belə ki, xx.xx.2019-cu il tarixdə Cavabdeh qətnamənin icrası ilə bağlı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, mübahisəli əraziyə giriş darvazasının açarını icra orqanına təhvil vermişdir. Bu barədə icra orqanı tərəfindən İddiaçı məlumat da verilmişdir. Bundan qısa müddət sonra isə İddiaçı mübahisəli sahəni "x xxx" MMC-yə icarəyə vermişdir. Belə olan halda, xx.xx.2019-cu il tarixdən sonrakı müddət ərzində Cavabdeh iddiaçıya öz əmlakından istifadə etməklə bağlı maneələr yaratmasına dair dəlilləri əsaslı hesab edilə bilməz.

51. Apellyasiya instansiyası məhkəməsi xx.xx.2016-cı ildə icra sənədinin təkrar icraya yönəldildiyi tarixdən həmin sahənin giriş darvazasının açarının icra orqanına təhvil verildiyi xx.xx.2019-cu il tarixədək olan müddət ərzində iddiaçıya dəymiş ziyanın müəyyən edilməsi ilə bağlı vurğulayıb ki, iddiaçı bununla bağlı mübahisəli qeyri-yaşayış sahəsinin X5 adlı şəxsə 2000 manat aylıq icarə haqqı ilə icarəyə verilməsinə dair 2011-ci, 2013-cü və 2016-cı illərə aid müqavilələrə istinad etsə də, həmin müqavilələr mötəbər sübut kimi qəbul edilə bilməz.

52. Apellyasiya baxışı zamanı alı nmış “X1 Company” MMC-nin rəyinə əsasən qeyriyaşayış sahəsinin bir aylıq icarəsinin 2016-cı il üçün aylıq icarə haqqı 1200 manat olmaqla, cəmi 14400 manat; 2017-ci il üçün aylıq icarə haqqı 1500 manat olmaqla, cəmi 18000 manat; 2018 və 2019-cu illər üçün aylıq icarə haqqı 2000 manat olmaqla, hər il üçün cəmi 24000 manat təşkil edir. İddiaçı tərəfindən təqdim olunmuş "xxxx" MMC tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə görə isə qeyri-yaşayış sahəsinin 2016-cı il üçün bir aylıq icarə haqqı 1300 manat olmaqla, cəmi 15.600 manat; 2017-ci il üçün aylıq icarə haqqı 1600 manat olmaqla, cəmi 19.200 manat; 2018 və 2019-cu illər üçün aylıq icarə haqqı 2000 manat olmaqla, hər il üçün cəmi 24000 manat təşkil edir. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyində qeyri-yaşayış sahəsinin b ir aylıq icarəsinin 2016-cı il üçün aylıq icarə haqqı 1370 manat; 2017-ci il üçün 1450 manat, 2018- ci il üçün 1450 manat, 2019-cu il üçün 970 manat təşkil etməsi göstərilib.

53. Apellyasiya instansiyası məhkəməsi ayrı-ayrı qiymətləndirici şirkətlər tərəfindən təqdim olunmuş rəyləri işin hallarına uyğun, eləcə də real rəqəmlər hesab etməyib və bunu onunla əsaslandırıb ki, həmin rəylər verilərkən illər üzrə təmirin hansı vəziyyətdə olması nəzərə alınmamış, habelə bunu müəyyən etmək mümkün olmamışdır. Həmçinin, qiymətləndirmə əsasən mübahisəli əmlakın yerləşdiyi əraziyə yaxın ərazilərdə yerləşən məlumat bazası əsasında aparılmışdır. Bundan başqa, həmin qiymətləndirmə rəylərindən görünür ki, qiymətləndirici mütəxəssislər bir qayda olaraq, əmlak alqı-satqısı və icarəsi ilə bağlı internet saytl arında olan məlumatlara istinad etmiş, bu zaman həmin əmlakların real icarə qiymətlərini deyil, yalnız icarəyə verən tərəfindən təklif edilən qiymətləri nəzərə almışdır. Həmçinin, qeyd edilən saytlarda əmlakların mövcud dövrdəki qiymətləri əks olunur ki, bu da əvvəlki illər üzrə qiymətlərin nə qədər olmasını müəyyən etməyə imkan vermir. Halbuki, iş materiallarında iddiaçıya məxsus qeyri yaşayış sahəsi ilə eyni həyətdə yerləşən və Cavabdeh mülkiyyətində olan qeyri-yaşayış sahəsinin müxtəlif şəxslərə icarəyə verilməsi barədə real icarə müqavilələri mövcuddur və bu müqavilələr iddianın əsaslı hesab edildiyi 2016-2019-cu illəri əhatə edir.

54. Apellyasiya instansiyası məhkəməsi hesab edib ki, həm iddiaçıya, həm də cavabdehə məxsus qeyri-yaşayış sahələri eyni həyətdə yerləşdiyindən, iddiaçıya m əxsus əmlakın aylıq icarə haqqının cavabdehə aid sahələrin icarəyə verilməsinə dair müqavilələrdə müəyyən edilmiş icarə haqları əsasında müəyyən edilməsi daha real və ağlabatandır. Belə ki, işdə olan "xxxx" MMC-nin adından Cavabdeh ilə "xxxx" MMC-nin adından X6 arasında bağlanmış xx.xx.2016-cı il tarixli icarə müqaviləsinə əsasən "xxxx" MMC ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 400 kv.m sahəni aylıq 500 manata icarəyə vermişdir. İşdə olan "xxxx" MMC-nin adından Cavabdeh ilə “X12 Azerbaijan ” MMC-nin adından X4 arasında bağlanmış xx.xx.2018-ci il tarixli icarə müqaviləsinə əsasən "xxxx" MMC ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 300 kv.m sahəni aylıq 450 manata icarəyə vermişdir. İşdə olan "xxxx" MMC-nin adından Cavabdeh ilə “X12 Azerbaijan ” MMC-nin adından X4 arasında bağlanmış xx.xx.2 019-cu il tarixli icarə müqaviləsinə əsasən "xxxx" MMC ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 300 kv.m sahəni aylıq 1500 manata icarəyə vermişdir

55. Apellyasiya instansiyası məhkəməsi qeyd edilən icarə müqavilələrində müəyyən edilmiş qiymətləri daha real, mötəbər və işin hallarına uyğun hesab etmiş və qiymətləndirmə hesabatlarınbda istifadə edilmiş metodikaya uyğun olaraq, qeyri-yaşayış sahəsinin 1 kv.m-nin aylıq icarə haqqının qiymətini tapmaq üçün aşağıdakı hesablamanı aparmışdır: 2016-cı il üçün 400 kv.m x 500 AZN (1kv.m – 1,25 AZN). 2018-ci il üçün 300 kv.m x 450 AZN (1kv.m – 1,50 AZN). 2019-cu il üçün 300 kv.m x 1500 AZN (1kv.m – 5 AZN).

56. İddiaçının mülkiyyətində olan sahənin 177,8 kv.m olduğu, cavabdeh tərəfindən yaradılmış maneələrin 2016-cı ilin iyun ayından 2019-cu ilin may a yınadək olan dövrü əhatə etdiyini nəzərə alaraq apellyasiya instansiyası məhkəməsi belə hesab edib ki, illik icarə haqqı 2016-cı il üçün (177,8 kv.m x 1,25 AZN x 6 ay) 1333,5 manat, 2017-ci il üçün (177,8 kv.m x 1,25 AZN x 12 ay) 2667 manat, 2018-ci il üçün (177,8 kv.m x 1,50 AZN x12 ay) 3200,4 manat, 2019-cu il üçün (177,8 kv.m x 5 AZN x 5 ay) 4445 manat, cəmi 11645,9 manat təşkil edir.

57. Apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd etdiklərinə əsasən o nəticəyə gəlib ki, iddia tələbi cavabdeh Cavanşıir Talıbovdan İddiaçı xeyrinə dəymiş zərərin əvəzi olaraq 11645 manat pulun tutulmasına dair hissədə əsaslı olmuşdur.

58. Həmçinin iddiaçının mənəvi zərərin tutulması tələbinə münasibətdə apellyasiya instansiyası məhkəməsi hesab edib ki, iddiaçının öz əmlakına giriş çıxışına yaradılan maneələrin aradan qaldırılmasına dair icra sənədinin icrasının cavabdehin hüquqazidd hərəkətləri səbəbindən gecikdirilməsi nəticəsində iddiaçı özünə məxsus əmlakdan istifadədən və gəlir əldə etməkdən məhrum olmuş, bu maneələr uzun müddət (bir neçə il) ərzində davam etmiş, tərəflər arasında yeni məhkəmə çəkişmələrinə səbəb olmuşdur. Mülki Məcəllənin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o halda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Hazırki işdə də bu səbəbli əlaqə vardır.

59. Apellyasiya instansiyası məhkəmə sinin mövqeyinə görə İddiaçı öz əmlakına dair Konstitusion hüquqlarını Cavabdeh hüquqazidd hərəkətləri nəticəsində uzun illər ərzində həyata keçirə bilməməsi onun şüurunda inamsızlıq, məyusluq, narahatlıq kimi mənfi psixi reaksiyaya səbəb olmuşdur. Bu səbəbdən onun cavabdehə qarşı mənəvi ziyanın əvəzinin ödənilməsi ilə bağlı iddiası əsaslı hesab edilməlidir.

60. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi mənəvi ziyanın əvəzi olaraq tələb olunan 30.000 manatı işin həqiqi halları və tərəflərin münasibətlərinin xarakteri baxımından düzgün hesab etməyərək belə qənaətə gəlib ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli, Cavabdeh iddiaçının xeyrinə vurulmuş mənəvi zərərin əvəzi olaraq 3000 manat pul tutulmalıdır.

61. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin iş üzrə digər c avabdeh olan "xxxx" MMC-yə münasibətdə qismən təmin edilməsini də işin hallarına uyğun hesab etməmiş və mövqeyini belə əsaslandırmışdır ki, hazırkı işin araşdırılması zamanı cavabdeh "xxxx" MMC tərəfindən İddiaçı öz əmlakından istifadə etməsi ilə bağlı hər hansı maneələrin yaradılması iş materialları ilə sübuta yetməmişdir. Üstəlik, İddiaçı həm iddia ərizəsində, həm də məhkəməyə verdiyi izahatlarda əmlakdan istifadə etməsi ilə bağlı maneələrin Cavabdeh tərəfindən yaradıldığını bildirmiş, "xxxx" MMC-nin hər hansı hüquqa zidd hərəkəti ilə bağlı məlumat verməmişdir. Bu səbəbdən iddia tələbi "xxxx" MMC-yə münasibətdə əsassız olmuşdur, lakin birinci instansiya məhkəməsi işin yuxarıda qeyd edilən hallarını düzgün müəyyən etməmiş, nəticədə MMC-yə münasibətdə iddianın qismən təmin edilməsi və MMC- dən iddiaçının xeyrinə pulun tutulması ilə bağlı səhv nəticəyə gəlmişdir.

62. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21, 1096, 1097, 1115-ci, Mülki Prosessual Məcəllənin 14.2, 15.3, 77.1, 82.3, 218.3-cü maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2012-ci il tarixli qərarı, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarı ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

63. İddiaçı (Vəkil3) kassasiya şikayəti verərək apellyasiya instansiyası məh kəməsinin qətnaməsinin qismən, iddia tələbinin rədd edilməsi hissəsində ləğv, iddia tələbinin tam həcmdə təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

64. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4523/2011 saylı xx.xx.2011-ci il tarixli qətnaməsi ilə iddiaçının iddia tələbi təmin edilmiş və həmin sahədən iddiaçının mülkiyyət hüququnun həyata keçirilməsinə maneçiliyin yaradılmasının "xxxx" MMC-yə və onun direktoru Cavabdeh qadağan edilib. Ancaq həmin qətnamə xx.xx.2013-cü il tarixdə icra edilmişdir və bu müvafiq icra şöbəsi tərəfindən rəsmiləşdirilmişdir. Həmin sənədlər iş materiallarında var. xx.xx.2011-ci il tarixindən xx.xx.2013-cü il tarixinədək qətnamə cavabdehin məsuliyyətsizliyi və qanunsuz hərəkətləri nəticəs ində icra edilmədiyi halda məhkəmə nəzərtə almamışdır ki, həmin müddətdə iddiaçı oradan necə istifadə və ya oranı necə təmir etdirə bilərdi. Bununla bərabər məhkəmə nəzərə almamışdır ki, sahədən anbar kimi istifadə edilirdi və bunun üçün sahədə xüsusi təmir işlərinin aparılmasına ehtiyac yox idi. Məhkəmə cavabdehin qanunsuz əməllərinin mövcudluğunu müəyyən etməyinə, bu halın müvafiq icra sənədləri və digər sübutlarla təsdiq edilməsinə baxmayaraq, 2011-ci ildən 2013-cü ilədək sahənin təmirsiz olması əsası ilə, 2013-dən 2016-cı ilədək isə ümumi ifadələr və guya qətnamə icra edildiyi üçün hər hansı maneçiliyin yaranmaması nəticəsinə gəlmişdir. Məhkəmə nəzərə almamışdır ki, həmin dövrdə də cavabdehin qanunsuz əməlləri davam etmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş iddiaçının yazılı m üraciətləri və icra şöbəsi tərəfindən ona verilmiş rəsmi cavablar nəzərə alınmamışdır. Bundan əlavə, məhkəmə iş üzrə keçirilmiş 3 ədəd mütəxəssis rəyini və iddiaçının özünün təqdim etdiyi sübutları kənara qoyaraq ancaq cavabdehin təqdim etdiyi sonradan tərtib edilmiş müqavilələri nəzərə almışdır. Eləcə də apellyasiya instansiyası məhkəməsi iddiaçının mənəvi ziyanın ödənilməsi ilə bağlı iddia tələbini tam həcmdə təmin etməməklə qanunsuzluğa yol vermişdir. İddiaçı öz əmlakını istifadə edərək və yaxud icarəyə verməkdə əsas məqsədi gəlir əldə etməklə öz ailəsinin maddi tələbatını ödəmək, ən əsası birinci Qarabağ müharibəsində iştirak etdiyi dövrdə sağlamlığında yaranmış problemlərin müalicəsini təmin etmək olub. Cavabdehin qanunsuz əməlləri iddiaçıda ciddi mənəvi sarsıntılar yaşanmasına səbəb olub. O nəinki qanuni şəkildə öz əmlakından bəhər götürmüş, əmlakından dəyərlənərək normal şəkildə həyatını yaşaya bilməmiş, gözləmədiyi halda uzun müddət davam edən bir neçə məhkəmə mübahisəsinə cəlb edilmişdir. Bütün bunlar iddiaçıya mənəvi ziyanın vurulması ilə nəticələnmişdir. Məhkəmə bu hissədə iddiaçının sübutunun olmamasını əsas gətirmişdir. Ancaq məhkəmə iddiaçının tələbini təmin etməklə, cavabdehin iddiaçıya qarşı qanunsuz hərəkətini, öhdəlikdən yayınmasını, başqa sözlə, pozuntu törətməsini tanımışdır. Bu hal iddiaçının mənəvi ziyanla bağlı tələbinin əsaslı olmasını təsdiq edir

65. Cavabdeh da kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin edilən hissələrində ləğv, həmin hissələrdə də iddianın rədd edilməsi barədə yeni qərar qəbul edil məsini xahiş etmişdir.

66. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4523/2011 saylı xx.xx.2011-ci il tarixli icra sənədi borclu tərəfindən xx.xx.2013-cü il tarixdə tam icra olunmuş, ərazinin giriş-qapısının açarlarından biri tələbkar İddiaçı təhvil verilmişdir. Buna baxmayaraq, İddiaçı, buna heç bir əsas olmadığı halda, ərizə ilə İcra Şöbəsinə müracəit etmiş və guya onun mülkiyyətində olan qeyri-yaşayış sahəsinə giriş-çıxışının mümkün olmadığını bildirmişdir. Həmin ərizə əsasında icra sənədi üzrə icraat təzələnmişdir. Lakin tələbkarın özünün ərizəsinə əsasən icra sənədi üzrə icraat 2018-ci ilədək dayandırılmışdır. Daha sonra akt tərtib edilərək, giriş-çıxışın açarlarından daha birisi təkrarən tələbkar İddiaçı təhvil verilmişdir. Görün düyü kimi, qeyri-yaşayış sahələrinə olan giriş-çıxışın eyni açarları ikinci dəfə tələbkar İddiaçı təqdim edilmişdir. Başqa sözlə deyilsə, BakıApellyasiya Məhkəməsinin 2(103)-4523/2011 saylı xx.xx.2011-ci il tarixli icra sənədi elə 2013-cü ildən icra olunmuş, bundan sonra tələbkar İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsinə girib-çıxmaq üçün heç kim tərəfindən, o cümlədən də borclu Cavabdeh tərəfindən hər hansı maneçilik, hüquqazidd hərəkətlər törədilməmişdir. Bu barədə iddiaçı məhkəmələrə heç bir mötəbər sübut təqdim etməmişdir. 2016-cı ilin iyun ayından 2019-cu ilin may ayınadək cavabdeh tərəfindən iddiaçıya hər hansı manecilik törədilməsi iş materialları ilə təkzib edilir. İşdə iddiaçının 2016-2019-cu illərdə əmlakdan istifadə edilməsinə maneçilik törədilməsi ilə bağlı hüquq mühafi zə orqanlarına və ya məhkəməyə hər hansı şikayət ərizəsi mövcud deyildir. Borclu Cavabdeh tələbkara heç bir maddi və mənəvi ziyan vurmamışdır. Cavabdeh İddiaçı qarşı hər hansı mülki hüquq pozuntusu törətməsi, iddiaçıya maddi və mənəvi zərərin vurulması işdə olan sənədlərlə sübuta yetməmişdir. Bundan başqa, mənəvi zərərin sübuta yetirilməməsi ilə yanaşı, həm də 3000 manat həcmində qiymətləndirilməsi üçün də işdə heç bir əsas və sübut olmamışdır. Lakin işə baxmış Bakı Apelyasiya Məhkəməsi yuxarıda qeyd olunan halları, habelə iddiaçının məhkəmələrə yalan məlumat və saxta sənədlər (icarə müqavilələri) təqdim etməsini nəzərə almamış, qismən də olsa iddianı təmin etmiş, bununla da həmin hissədə iş üzrə səhv nəticəyə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

67. Kassasiya şika yətlərinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 21.1. Zərərin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəs ində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 407.2. Kassasiya şikayətində işin ha llarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya ins tansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

68. K assasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

69. Kassasiya şikayətlərində iddiaçı apellyasiya məhkəməsinin qətnaməsini iddianın rədd, cavabdeh isə təmin edilən hissəsində mübahisələndirmişdir. Bu baxımdan, nəticə etibarilə məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.

70. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin v ahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

71. Məhkəmə kollegiyası ilkin olaraq iddiaçının kassasiya şikayəti üzrə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə iddiaçının mübahisələndirdiyi hissədə (ipoteka predmetlərinin ilkin satış qiymətləri) düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir.

72. Apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq həm iddianın təmin, həm də rədd edilən hissələrində qanuni nəticəyə gəlmişdir.

73. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbləri və hər iki apellyasiya şikayəti üzrə işin hallarını sübutların qiymətləndirilməsi yolu ilə müəyyən etmiş, apellyasiya şikayətlərinin dəlillərinə tam qiymət vermiş, həm iddiaçının əldən çıxmış fayda ilə bağlı tələbinin əhatə etdiyi dövrü, həm də həmin dövr üçün əldən çıxmış faydanın və mənəvi zərərin pulla ifadə edilən zərər məbləğini müəyyən edərək yuxarıda göstərilən nəticəyə gəlmişdir.

74. Qətnamədən görünür ki, apellyasiya instansiyası məhkəməsi işdəki sübutları, qiymətləndirmə rəylərini Mülki Prosessual Məcəllənin 88 və 103.1-ci maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, eləcə də, nəyə görə həmin rəyləri qəbul etməməsini də yetərincə əsaslandırmışdır. (bax: 53-54-cü bəndlər)

75. Həmçinin mənəvi zərərin məbləği hissəsində də gəlinən nəticə qanuni və əsaslı olmuşdur.

76. Məhkəmə kollegiyası mənəvi zərərin həddi ilə bağlı iddiaçının apellyasiya şikayətinin dəlilləri üzrə apellyasiya məhkəməsinin qiymətləndirməsini əsaslı sayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki işdə iddiaçının hüquqlarının pozulması faktı tanınmış, pozuntu nəticəsində dəymiş mənəvi zərər qismində cavabdehdən 3000 manat pul da tutulmuşdur. Bu isə artıq iddiaçının pozulmuş hüquqlarının səmərəli bərpası deməkdir. Hətta “Alexina və digərləri Rusiyaya qarşı” işdə X11 Məhkəməsinin mövqeyinə görə pozuntu faktının tanınması belə mənəvi ziyanın ədalətli əvəzi hesab edilə bilər.

77. Buna görə də iddiaçının mübahisələndirdiyi hissədə qətnamənin dəyişdirilməsi və ləğv edilməsi üçün əsaslar yoxdur.

78. Həmçinin məhkəmə k ollegiyası cavabdehin kassasiya şikayəti üzrə də qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi əsaslı və qanuni nəticəyə gəlib.

79. Apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətinin bütün dəlillərinə qiymət verib, hətta həmin dəlillər üzrə iddia tələbini maddi zərər hissəsində azaltmışdır.

80. İddiaçıya mülkiyyətində olan qeyri-yaşayış sahəsinə girib-çıxmaq üçün heç kim tərəfindən, o cümlədən də borclu Cavabdeh tərəfindən hər hansı maneçilik, hüquqazidd hərəkətlər törədilməməsi barədə cavabdehin kassasiya şikayətinin dəlillərinə gəldikdə, işin müəyyən edilmiş halları bu dəlili təkzib edir. Belə ki, cavabdeh (borclu) Cavabdeh icra sənədini icra etməməsi ilə bağlı məhkəmə qərarı əsasında inzibati qaydada cərimə olunması müəyyən edilib.

81. Mənəvi zərərin sübuta yetir ilməməsi ilə yanaşı, həm də 3000 manat həcmində qiymətləndirilməsi üçün işdə heç bir əsas və sübut olmaması barədə cavabdehin kassasiya şikayətin dəlilləri də əsassızdır. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsi bu hissədə gəldiyi nəticəni də qətnamədə işin halları baxımından əsaslandırmışdır. (bax: 58-60-cı bəndlər)

82. Bu baxımdan, cavabdehin kassasiya şikayəti üzrə də qətnamənin dəyişdirilməsi və ləğv edilməsi üçün əsaslar yoxdur.

83. Hər iki kassasiya şikayətinin digər dəlilləri işin faktiki halları ilə əlaqəli olduğu, işin faktiki halları ilə bağlı məsələlərin araşdırılmasının kassasiya instansiyasının səlahiyyətinə aid olmadığı üçün həmin dəlillərə kassasiya qaydasında qiymət verilmir. Üstəlik, məhz həmin dəlillərə qiymət verməklə apellyasiya instansiyası məhkəməsi iddian ı qismən təmin edib.

84. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

85. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı və Cavabdeh kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-117/2023 nömrəli, 27 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar