Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2427/2019 02.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qoldman Tatyana Aleksandrovnadan, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, katib A.Cəfərlinin iştirakı ilə, iddiaçı x1 və cavabdeh x2-nin Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 may 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətləri üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-6599/2016 saylı, 27 oktyabr 2016-cı il tarixli qərardadı ilə iddiaçı x1 cavabdehlər x3-nə, x4-nə, x2-nə, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə, Quba rayon İcra şöbəsinə, Bakı şəhəri 12 saylı Notariat kontoruna, x5, x6, x7, x8 qa rşı “əmlakın qiymətləndirilməsi və açıq hərracın nəticələri haqqında yekun protokolun və ondan irəli gələn bütün hüquqverici sənədlərin, alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsində iddia tələbinin x4nin 22.10.2009-cu il tarixli, 09-952 nömrəli Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatının etibarsız hesab edilməsi” hissəsində icraata xitam verilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-469/2017 saylı, 18 dekabr 2017-ci il tarixli qətnaməsi ilə (hakim A.Əliyev) iddianın rədd edilməsi, iddia üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi və iddiaçı x1 qiymətləndirilmə ekspertizasının tədqiqatının dəyəri 500 manat məbləğində pulun tutularaq x9-nin hesabına keçirilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın 30 may 2018-ci il tarixli, 2(103)-3531/2018 saylı qətnaməsi ilə (hakimlər S.Hacıyev, R.Eyvazov və F.Talışinski) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-469/2017 saylı, 18 dekabr 2017-ci il tarixli qətnaməsi Quba rayonu Paşaoba kəndində istifadədə olan 3,5 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2160,7 kv.m əmlak kompleksinə dair x3 tərəfindən keçirilmiş hərracın etibarsız hesab edilməsi, “x3nin” 29.09.2015-ci il tarixli Hərracın yekunları barədə Y-279 nömrəli Protokolun və həmin əmlaka dair x2-nin adına verilmiş reyestr nömrəsi **********1-12301, qeydiyyat nömrəsi ********** olan 05.12.2015-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestr çıxarışın etibarsız hesab edilməsi tələbinin təmin edilməmiş hissəsində ləğv edilərək, həmin hissədə iddian ın təmin edilməsi, Quba rayonu Paşaoba kəndində istifadədə olan 3,5 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2160,7 kv.m əmlak kompleksinə dair x3 tərəfindən keçirilmiş hərracın etibarsız hesab edilməsi, Quba rayonu Paşaoba kəndində istifadədə olan 3,5 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2160,7 kv.m əmlak kompleksinə dair “x3nin” 29.09.2015-ci il tarixli Hərracın yekunları barədə Y-279 nömrəli Protokolun etibarsız hesab edilməsi, Quba rayonu Paşaoba kəndində istifadədə olan 3,5 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2160,7 kv.m əmlak kompleksinə dair x2-nin adına verilmiş reyestr nömrəsi **********112301, qeydiyyat nömrəsi ********** olan 05.12.2015-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestr çıxarışının etibarsız hesab edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı x1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi MK-nın 30 may 2018-ci il tarixli, 2(103)-3531/2018 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh x2 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi MK-nın 30 may 2018-ci il tarixli, 2(103)-3531/2018 saylı qətnaməsinin ləğv edilməsi, x1 iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı x1 cavabdehlər x3-nə, x4-nə, x2-nə, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə, Quba rayon İcra şöbəsinə, Bakı şəhəri 12 saylı Notariat kontoruna, x5, x6, x7, x8 qarşı iddia ərizəsi və iddianın dəqiqləşdirilməsi barədə ərizələrlə məhkəməyə müraci ət edərək, Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş MH seriyalı ******* nömrəli çıxarışa əsasən x1 mülkiyyətində olmuş, ünvan 1 evə dair x3 tərəfindən keçirilmiş hərracın etibarsız hesab edilməsi, x3-nin 22.05.2010-cu il tarixli, Hərracın yekunları barədə Y-236 nömrəli Protokolunun ləğv edilməsi, x4-nin 22.10.2009-cu il tarixli, 09-952 nömrəli Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatının etibarsız hesab edilməsi, bununla bağlı alqı-satqı müqaviləsi və dövlət reyestrində çıxarışın etibarsız hesab edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş MH seriyalı ******* nömrəli çıxarışa əsasən x1 mülkiyyətində olmuş, ünvan 2 evin, 1-ci mərtəbəsində yerləşən 38,3 kv.m qeyriyaşayış sahəsinə dair x3-nin 17.11.2011-ci il tarixli Hərracın yekunları barədə Y-6 09 nömrəli Protokolun etibarsız hesab edilməsi, x4-nin 22.10.2009-cu il tarixli 09-952 nömrəli Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında Hesabatın etibarsız hesab edilməsi, bununla bağlı alqı-satqı müqaviləsi və dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş MH seriyalı ******* nömrəli çıxarışa əsasən x1na məxsus Quba rayonu Paşaoba kəndində istifadədə olan 3,5 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2160,7 kv.m əmlak kompleksinə dair x3 tərəfindən keçirilmiş, hərracın etibarsız hesab edilməsi, “x3nin” 29.09.2015-ci iltarixli Hərracın yekunları barədə Y-279 nömrəli Protokolun etibarsız hesab edilməsi, x4-nin 26.07.2013-cü il tarixli, 13-766 nömrəli Əmlakın Qiymətləndirilməsinin nəticələri haqqında Hesabatın etibarsız h esab edilməsi, Bakı şəhəri 12 saylı Notariat kontorunda təsdiqlənmiş kreditor, ipoteka saxlayan, nizamnaməyə əsasənx 2-nin İdarə Heyətinin sədri x10 ilə Türkiyə vətəndaşı x5 arasında bağlanmış ünvan 1 sahəsinin 20 fevral 2012-ci il tarixli, №100.CL.200212.00002/b nömrəli alqı-satqı və ipoteka müqaviləsinin, Bakı şəhəri 12 nömrəli Notariat kontorunda təsdiqlənmiş “Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi”nə dair mülkiyyətində olan ünvan 2 nömrəli evin, 1-ci mərtəbəsində yerləşən 38,3 kv.m qeyriyaşayış sahəsinin x7 ilə x6 arasında bağlanmış 24 yanvar 2013-cü il tarixli AN-İ № ******* nömrəli müqavilənin etibarsız hesab edilməsi və sözügedən mülklərin x1 mülkiyyətinə qaytarılması və ünvan 1, ümumi sahəsi 107,1 kv/m olan qeyri-yaşayış sahəsinə dair x5 x11 ilə aralarında bağladığı HO1216 saylı 13 may 2016-cı il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamənin çıxarılması xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı x1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsi MK-nın 30 may 2018-ci il tarixli, 2(103)-3531/2018 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh x2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bak ı Apellyasiya Məhkəməsi MK-nın 30 may 2018-ci il tarixli, 2(103)-3531/2018 saylı qətnaməsinin ləğv edilməsi, x1 iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini dinləyib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin edilməməlidir. İş materiallarında olan (Kreditor) x2-nin Ağdaş filialı ilə (borcalan) x12 şəxsində x13 arasında bağlanmış 29.09.2006-cı il tarixli 011/AG nömrəli kredit müqaviləsinin surətindən görünür ki, k reditor borcalana 300.000 manat (üç yüz min) məbləğində kredit ayırmış, borcalan istifadə etdiyi kreditə görə kreditora illik 22 faiz ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.2-ci maddəsinə əsasən kreditə görə faizlər borcalanın ssuda hesabının debeti üzrə vəsaitin köçürüldüyü gündən onların kreditorun hesabına daxil edildiyi anadək hesablanır və hər ayın 29-dan gec olmayaraq borcalan tərəfindən ödənilir. Həmin müqavilənin 2.4-cü maddəsinə əsasən borcalan krediti vaxtında ödəmədiyi halda müqavilədə nəzərdə tutulmuş kreditin qaytarılması tarixindən kreditin faktiki qaytarılma tarixinədək olan dövr ərzində illik 44 faiz məbləğində artırılmış faizləri kreditora ödəməlidir. Müqavilənin 5.1-ci bəndinə əsasən birinci ödəniş 29 oktyabr 2006-cı il, sonuncu ödəniş isə 29 sentyabr 2008-ci il tari xdən gec olmayaraq həyata keçirilməlidir. Müqavilənin 6.1-ci bəndinə əsasən verilmiş kredit 08.09.2006-cı il tarixli G-004/AG saylı girov müqaviləsi, 29 sentyabr 2006-cı il tarixli İ-011/AG saylı ipoteka müqaviləsi və x1 zaminlik məktubu ilə təmin olunur. İşdə olan x2-nin Ağdaş filialı ilə x1 arasında bağlanmış 29 sentyabr 2006-cı il tarixli İ-011/AG nömrəli ipoteka müqaviləsinin surətindən görünür ki, tərəfləri ipoteka saxlayan və x1 olan 08 sentyabr 2006-cı il tarixli 004/AG, 005/AG və 29 sentyabr 2006-cı il tarixli 011/AG saylı kredit müqavilələri və onlara edilmiş və ediləcək əlavələri üzrə öhdəliklərin yerinə yetirilməsini təmin etmək üçün məqsədilə ipoteka qoyan əmlakı girov qoyur, eləcə də ona olan hüquq və maraqları ipoteka saxlayana verir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən m üqavilə üzrə yaradılmış təminat aşağıdakı halda yerinə yetirilir: borcalan və/və ya ipoteka qoyan yaranmış borcu kredit müqaviləsi ilə müəyyən edimiş vaxtda ödəyə bilmirsə. İşdə olan 29 sentyabr 2006-cı il tarixli ipoteka müqaviləsinə 1 nömrəli əlavə ilə müəyyən edilmişdir ki, ünvan 1 0,18059 ha torpaq sahəsində yerləşən 67/71 nömrəli, 1-ci mərtəbəsində olan 107,1 kv/m, 350.000 ABŞ dolları məbləğində qeyri yaşayış sahəsi və Quba rayonu, Paşaoba kəndi 3,5ha torpaq sahəsində yerləşən 2160,7 kv/m, 120.000 ABŞ dolları dəyərində olan əmlak kompleksi ipoteka qoyulmuşdur. İşdə olan (Kreditor) x2-nin Ağdaş filialı ilə (borcalan) x1 şəxsində x13 arasında bağlanmış 16 oktyabr 2006-cı il tarixli 017/AG nömrəli kredit müqaviləsinin surətindən görünür ki, kreditor borcalana 70.000 (yetmiş min) manat mə bləğində kredit ayırmış, borcalan istifadə etdiyi kreditə görə kreditora illik 22 faiz ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.2-ci maddəsinə əsasən kreditə görə faizlər borcalanın ssuda hesabının debeti üzrə vəsaitin köçürüldüyü gündən onların kreditorun hesabına daxil edildiyi anadək hesablanır və hər ayın 16-dan gec olmayaraq borcalan tərəfindən ödənilir. Həmin müqavilənin 2.4-cü maddəsinə əsasən borcalan krediti vaxtında ödəmədiyi halda müqavilədə nəzərdə tutulmuş kreditin qaytarılması tarixindən kreditin faktiki qaytarılma tarixinədək olan dövr ərzində illik 44 faiz məbləğində artırılmış faizləri kreditora ödəməlidir. Müqavilənin 6.1-ci bəndinə əsasən verilmiş kredit 08.09.2006-cı il tarixli G-004/AG saylı girov müqaviləsi, 29 sentyabr 2006-cı il tarixli İ-011/AG saylı ipoteka müq aviləsi və x1 zaminlik məktubu ilə təmin olunur. İşdə olan 16 oktyabr 2006-cı il tarixli ipoteka müqaviləsinə 1 nömrəli əlavə ilə müəyyən edilmişdir ki, ünvan 2 yerləşən 38,3 kv/m 80000 ABŞ dolları qeyri-yaşayış sahəsi ipoteka qoyulmuşdur. İşdə olan reyestr nömrəsi **********51-12301, qeydiyyat nömrəsi ********* olan 20.09.2006-cı il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Quba rayonu, Paşaoba kəndində istifadəsində olan 3,5 ha torpaq sahəsində yerləşən 2160,7 kv/m ümumi, 770,1 kv/m əsas, 1390,6kv/m köməkçi sahədən ibarət əmlak kompleksi tam mülkiyyət hüququ ilə x1 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 3 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan x4 tərəfindən keçirilmiş Quba rayonu Paşaoba kəndində istifadədə olan 3,5 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2160,7 kv/m əmlak kompleksinin qiymətləndirilməsinin nəticələri haqqında 13-766 nömrəli 26 iyul 2013-cü il tarixli hesabatın surətindən görünür ki, qeyd olunan tarixə əmlakın ilkin qiyməti 190.000 (yüz doxsan min) manat təşkil etmişdir. İşdə olan “Market” qəzetinin 26.06-03.07.2015-ci il tarixli, 10.07.-16.07.2015-ci il tarixli, 31.07.-06.08.2015-ci il tarixli, 14.08.-20.08.2015-ci il, 04.09-10.09.2015-ci il, tarixli buraxılışlarından görünür ki, Quba rayonu, Paşaoba kəndi, 2160,7 kv/m qeyri-yaşayış sahəsinin hərracda satılmasına dair elanlar verilmişdir. İşdə olan 29.09.2015-ci il tarixli “x3”nin Hərracın nəticələri haqqında Y-279 nömrəli yekun protokolu ilə müəyyən edilmişdir ki, Quba rayonu Paşaoba kəndində i stifadədə olan 3,5 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2160,7 kv/m əmlak kompleksi 121125 manata x2 tərəfindən alınmışdır. İşdə olan reyestr nömrəsi **********1-12301, qeydiyyat nömrəsi ********** olan 05.12.2015-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestr çıxarışının surətindən görünür ki, Quba rayonu, Paşaoba kəndində 0,22856 ha torpaq sahəsində yerləşən 2160,7 kv/m ümumi qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ ilə x2-nin adına dövlət reyestrində 1 nömrəli reyestr kitabının 3 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan reyestr nömrəsi **********766-05101-083001, qeydiyyat nömrəsi ********* olan 12.10.2006-cı il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2yerləşən 38,3 kv/m ümumi, 37,1 kv/m əsas, 1,2 kv/m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ ilə x1 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 3 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan x4 tərəfindən keçirilmiş ünvan 2yerləşən 38,3 kv/m qeyri-yaşayış sahəsinin qiymətləndirilməsinin nəticələri haqqında 09-952 nömrəli hesabatın surətindən görünür ki, qeyd olunan tarixə əmlakın ilkin qiyməti 50.000 (əlli min) manat təşkil etmişdir. İşdə olan 17.11.2011-ci il tarixli “x3”nin Hərracın nəticələri haqqında Y-609 nömrəli yekun protokolu ilə müəyyən edilmişdir ki, ünvan 2yerləşən 38,3 kv/m qeyri-yaşayış sahəsi 31875 manata x2 tərəfindən alınmışdır. İşdə olan x14 qəzetinin 15.01.11-21.01.2011, 04.12-10.12.10, 18.12-24.12.2010cu, 30.01.10-05.02.10-ci i l tarixli buraxılışından görünür ki, ünvan 2yerləşən 38,3 kv/m olan qeyri-yaşayış sahəsinin hərracda satılmasına dair elanlar verilmişdir. İşdə olan reyestr nömrəsi **********66-05101-083001, qeydiyyat nömrəsi ********** olan 22.05.2012-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestr çıxarışının surətindən görünür ki, ünvan 2yerləşən 38,3 kv/m qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ ilə x2-nin adına dövlət reyestrində 9 nömrəli reyestr kitabının 1036 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan 24 yanvar 2013-cü ol tarixli ******* nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, x7 ünvan 2yerləşən 38,3 kv/m qeyri-yaşayış sahəsinix2-dən 44000 manata almışdır. İşdə olan reyestr nömrəsi **********66-05101-083001, qeydiyyat nömrəsi ********** olan 28.01.2013-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestr çıxarışının surətindən görünür ki, ünvan 2yerləşən 38,3 kv/m qeyri-yaşayış sahəsini tam mülkiyyət hüququ ilə x6nun adına dövlət reyestrində 9 nömrəli reyestr kitabının 1036 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan ******* nömrəli 02 fevral 2013-cü il tarixli alqı-satqı müqaviləsinin surəti ilə müəyyən edilmişdir ki, x8 x6ndan ünvan 2 yerləşən 38,3 kv/m qeyri-yaşayış sahəsini 50000 manata almışdır. İşdə olan reyestr nömrəsi **********66-05101-083001, qeydiyyat nömrəsi ********** olan 22.02.2013-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestr çıxarışının surətindən görünür ki, ünvan 2yerləşən 38,3 kv/m qeyri-yaşayış sahəsini tam mülkiyyət hüququ ilə x8nun adına dövlət reyestrində 9 nömrəli reyestr kitabının 1036 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan reyestr nömrəsi **********762-05101-083002, qeydiyyat nömrəsi ********* olan 21.09.2006-cı il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 mərtəbəsində yerləşən 107,1 kv/m qeyri-yaşayış sahəsinin ümumi, 100,5 kv/m əsas, 6,6 kv/m köməkçi sahədən ibarət qeyriyaşayış sahəsi tam mülkiyyət hüququ ilə x1 adına daşınmaz əmlakın dövlət reyestrində 8 nömrəli reyestr kitabının 956 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan x4 tərəfindən keçirilmiş ünvan 1 mərtəbəsində yerləşən 107,1 kv/m qeyri-yaşayış sahəsinin qiymətləndirilməsinin nəticələri haqqında 22 oktyabr 2009-cu il tarixli 09-952 nömrəli hesabatın surətindən görünür ki, qeyd olunan tarixə əmlakın ilkin qiyməti 150.000 (yüz əlli min) manat təşkil etmişdir. İşdə olan 22.05.2010-cu il tarixli “x3”nin Hərracın nəticələri haqqında Y-236 nömrəli yekun protokolu ilə müəyyən edilmişdir ki, ünvan 1 mərtəbəsində yerləşən 107,1 kv/m qeyri-yaşayış sahəsi 95625 manata x2 tərəfindən alınmışdır. x14 qəzetinin 14.11.-20.11.2009, 19.12-25.12.2009-cu, 30.01.10-05.02.10-ci il tarixli buraxılışından görünür ki, Bakı ş, T.Əliyev küç, 67/71 saylı evin 1-ci mərtəbəsində yerləşən ü/s 107.1 kv/m olan qeyri-yaşayış sahəsinin hərracda satılmasına dair elanlar verilmişdir. İşdə olan reyestr nömrəsi **********62-05101-083002, qeydiyyat nömrəsi ********** olan 31.08.2010-cu il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestr çıxarışı nın surətindən görünür ki, ümumi sahəsi 107,1 kv/m olan ünvan 1 qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ ilə x2-nin adına dövlət reyestrində 8 nömrəli reyestr kitabının 956 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan 20 fevral 2012-ci il tarixli 100.CL.200212.00002/b nömrəli alqı-satqı və ipoteka müqaviləsinin surətindən görünür ki, alıcı x5 ümumi sahəsi 107,1 kv/m olan ünvan 1qeyri-yaşayış sahəsini x2 alıb həmin banka ipoteka qoymaqla 300.000 ABŞ dolları kredit götürmüşdür. İşdə olan Nərimanov Rayon Məhkəməsinin 28 iyul 2016-cı il tarixli 2(005)83/2016-cı il tarixli qətnaməsindən görünür ki, x2-nin iddiası qismən təmin edilərək “musavat.com” saytı vasitəsilə dərc olunan 06 yanvar 2016-cı il tarixli müəllifinin x1 olduğu qeyd olunan “Azərbaycanda inqilab üçün 18 milyard dollar gəti rilmişdi” başlıqlı yazıdax2 haqqında yayımlanan işgüzar nüfuzu ləkələyən məlumatların təkzib edilməsi cavabdeh x1 üzərinə vəzifə olaraq qoyulmuş, cavabdeh x1 iddiaçıya dəymiş real zərərə görə 1000 manat tutularaqx2-nin hesabına köçürülmüşdür. Azərbaycan Respublikası Ali Məhkəməsinin 11 mart 2011-ci il tarixli 2(102)-719/11 nömrəli qərarından görünür ki, x1 ümumi sahəsi 107,1 kv/m olan ünvan 1qeyri-yaşayış sahəsi ilə bağlı x4, Nərimanov icra şöbəsinə qarşı əmlakın qiymətləndirilməsi nəticələri haqqında hesabatın etibarsız hesab edilməsinə dair iddia tələbi Səbail rayon məhkəməsinin 14 may 2010-cu il tarixli qətnaməsi ilə təmin edilməmiş, Apellyasiya Məhkəməsinin 28 sentyabr 2010-cu il tarixli qətnaməsi ilə, eləcə də, yuxarıda qeyd olunan Ali Məhkəmənin qərarı ilə dəyişdirilmədən saxlanılmış dır. İşdə olan 13 may 2016-cı il tarixli sonrakı ipoteka müqaviləsindən, həmin tarixli kredit limitinin ayrılması haqqında müqavilədən görünür ki, x11 x5 500.000 manat kredit ayırmış, sonuncu ünvan 1 yerləşən ümumi sahəsi 107.1 kv/m olan qeyri-yaşayış sahəsini banka ipotekaya qoymuşdur. İşdə 14 aprel 2014-cü il tarixli ipoteka müqaviləsi və ona olan Əlavə 1-lə müəyyən edilmişdir ki, x5 24 ay müddətinə illik 18 faizlə x2-dən 250000 manat kredit götürərək ünvan 1 yerləşən ümumi sahəsi 107.1 kv/m olan qeyri-yaşayış sahəsini həmin banka ipotekaya qoymuşdur. İşdə olan x3 tərəfindən verilmiş 01 may 2017-ci il tarixli 35-628/17 nömrəli rəy ilə müəyyən edilmişdir ki, ünvan 1 yerləşən ümumi sahəsi 107.1 kv/m olan qeyri-yaşayış sahəsinin 22 may 2010-cu il tarixə bazar dəyəri 420000 manat, Quba ray onu Paşaoba kəndində isitifadədə olan 3,5 ha torpaq sahəsində yerləşən əmlak kompleksinin 29 sentyabr 2015-ci il tarixinə bazar dəyəri 202.000 manat, ünvan 2yerləşən 38,3 kv/m olan qeyri-yaşayış sahəsinin 95000 manat təşkil etmişdir. İşdə olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 avqust 2017-ci il tarixli, 2(005)-469/2017 nömrəli qərardadı ilə mülki iş üzrə təkrar əmlakın qiymətləndirilməsi ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası “x15 tərəfindən verilmiş 07.11.2017-ci il tarixli 332 nömrəli rəy ilə ünvan 2yerləşən qeyri-yaşayış sahəsinin qiyməti 150.000 manat, həmin tarixli 332/1 nömrəli rəyi ilə isə Quba rayonu Paşaoba kəndində isitifadədə olan 3,5 ha torpaq sahəsində yerləşən əmlak kompleksinin qiyməti 700.000 manat təşkil etmişdir. İşdə olan Nərimanov Rayon Məhkəməsinin x2-nin x1 və x13-yə qarşı ipoteka qoyulmuş əmlakın satılması tələbinə dair ilkin iddia və x2-yə qarşı “müqavilənin bəzi bəndlərinin etibarsız hesab edilməsi, faizlərin hesablanmasının dayandırılması” tələbinə dair qarşılıqlı iddiaya üzrə 2(005)-298/2008 nömrəli 22 dekabr 2008-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək x13-dən x2-nin xeyrinə 515.740 manat və 197.000 ABŞ dolları əsas, 318.332 manat və 111.718 ABŞ dolları faiz borcu, cəmi 834.072(səkkiz yüz otuz dörd min yetmiş iki) manat və 308.718 (üç yüz səkkiz min yeddi yüz on səkkiz) ABŞ dolları borcun ödəniş gününə valyuta məzənnəsi nəzərə alınmaqla və 19 manat 80 qəpik dövlət rüsumunun tutulması, həmin məbləğlərin x1 tərəfindən x2-yə girov qoyulmuş x13-nin adi adlı səhmləri, ünvan 2 mərtəbəsində yerləşən 38,3 kv/m qeyri-yaşayış sahəsi, ünvan 1 mərtəbəsində yerləşən 107,1 kv/m qeyri-yaşayış sahəsi, Quba rayonu Paşaoba kəndində istifadədə olan 3,5 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2160,7 kv/m əmlak kompleksi və Abşeron rayonu Masazır kəndində mülkiyyətində olan 0,85 ha torpaq sahəsinə yönəldilməsi və həmin əmlakın açıq hərracda satılaraq əldə edilmiş vəsaitdən banka olan borca ödənilməsi, vəsaitin qalan hissəsinin x1na qaytarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1625/2009 nömrəli 18 may 2009-cu il tarixli qətnaməsi ilə Nərimanov Rayon Məhkəməsinin 2(005)298/2008 nömrəli 22 dekabr 2008-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 04 noyabr 2009-cu il tarixli 2(102)-2982/09 nömrəli qərarı i lə Bakı Apellyasiya Məhkəməsinin 18 may 2009-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Abşeron Rayon Məhkəməsinin 26 oktyabr 2015-ci il tarixli 2(012)2188/2015 nömrəli qətnaməsindən görünür ki, daşınmaz əmlakın dövlət reyestrindən 08 sentyabr 2006-cı il tarixli **********57 reyestr nömrəli ******* saylı çıxarışa əsasən x1 mülkiyyətində olmuş, Abşeron rayonu Masazır kəndində yerləşən 0,85 hektar torpaq sahəsinə dair x15 tərəfindən keçirilmiş hərrac etibarsız hesab edilmiş, “x15-nin 29 may 2013-cü il tarixli 285 saylı “Əmlakın qiymətləndirilməsi barədə”xxxx” MMC tərəfindən keçirilmiş açıq hərracın yekunları barədə 08 aprel 2014-cü il tarixli 30/02 saylı Protokol, “Hərracın yekunu üzrə əmlakın alqı-satqısı” barədə 08 aprel 2014-cü il tarixli müqavilə, Abşeron rayon Mas azır kəndində mülkiyyətdə olan 0,85 hektar torpaq sahəsinin x16 özgəninkiləşdirilməsinə dair Abşeron rayonu 2 saylı Notariat kontorunda təsdiq edilməklə bağlanmış 16 dekabr 2014-cü il tarixli 4ə-3324 saylı alqı-satqı müqaviləsi, Abşeron rayonu Masazır kəndində mülkiyyətdə olan 0,85 hektar torpaq sahəsinə dair x16 adına verilmiş 28 dekabr 2014-cü il tarixli RX seriyalı ******* saylı çıxarış ləğv edilmiş, tələb qalan hissədə ləğv edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Quba rayonu Paşaoba kəndində istifadədə olan 3,5 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2160,7 kv.m əmlak kompleksinə dair hərrac x3 tərəfindən qanunvericiliyin tələblərinin pozulması ilə keçirilmişdir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, 29.09.2006-cı il tarixli İ-011/AG saylı kredit müqaviləsinin təmin atı kimi 29.09.2006-cı il tarixdə İ-011/AG saylı ipoteka müqaviləsinə və həmin müqaviləyə 1-saylı Əlavəyə ilə reyestr nömrəsi **********51-12301, qeydiyyat nömrəsi ********* olan 20.09.2006-cı il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasən tam mülkiyyət hüququ ilə iddiaçıya məxsus Quba rayonu Paşaoba kəndində istifadəsində olan 3,5 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2160,7 kv.m olan əmlak kompleksi girov qoyulmuşdur. Həmçinin müəyyən edilir ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə x2nin x1 və x13-yə qarşı kredit borcunun tutulması və tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi qət edilmişdir. İddiaçıya məxsus Quba rayonu Paşaoba kəndində istifadəsində olan 3,5 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2160,7 kvm olan əm lak kompleksi x4 tərəfindən keçirilmiş qiymətləndirilmənin nəticələri haqqında 13-766 nömrəli 26 iyul 2013-cü il tarixli hesabatı ilə qeyd olunan tarixə əmlakın ilkin qiyməti 190.000 (yüz doxsan min) manat təşkil etmişdir. “Market” qəzetinin 26.06-03.07.2015-ci il tarixli, 10.07.16.07.2015-ci il tarixli, 31.07.-06.08.2015-ci il tarixli, 14.08.-20.08.2015-ci il, 04.0910.09.2015-ci il, tarixli buraxılışlarından görünür ki, Quba rayonu, Paşaoba kəndi, 2160,7 kv m qeyri-yaşayış sahəsinin hərracda satılmasına dair elanlar verilmişdir. 29.09.2015-ci il tarixli “x3”nin Hərracın nəticələri haqqında Y-279 nömrəli yekun protokolu ilə müəyyən edilmişdir ki, Quba rayonu Paşaoba kəndində istifadədə olan 3,5 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2160,7 kv/m əmlak kompleksi 121.125 manata x2 tərəfind ən alınmışdır. Reyestr nömrəsi **********1-12301, qeydiyyat nömrəsi ********** olan 05.12.2015-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestr çıxarışının surətindən görünür ki, Quba rayonu, Paşaoba kəndində 0,22856ha torpaq sahəsində yerləşən 2160,7 kv/m ümumi qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ ilə x2-nin adına dövlət reyestrində 1 nömrəli reyestr kitabının 3 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, Quba rayonu, Paşaoba kəndi, 2160,7 kv m qeyri-yaşayış sahəsinin hərracda satılmasına hərracın keçirilməsindən ipoteka qoyan – iddiaçının məlumatı olması iş materialları ilə müəyyən edilməmişdir. Belə ki, iş materiallarından göründüyü kimi Quba rayonu, Paşaoba kəndi, 2160,7 kv m qeyri-yaşayış sahəsinin hərracda satılma sına dair hərracın keçirilməsi barədə bildirişlər ipoteka qoyan qismində iddiaçıya deyil, borclu x13-nin ünvanına göndərilmişdir. “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı ipoteka saxlayana və məhz ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərməlidir. Yuxarıda qeyd edildiyi kimi, hərrac təşkilatı məhz ipoteka qoyan qismində iddiaçıya Quba rayonu, Paşaoba kəndi, 2160,7 kv.m qeyri-yaşayış sahəsinin hərracının keçirilməsinə dair bildirişi göndərməklə onu məlumatlandırılmalı olduğu halda qanunun tələbini pozaraq etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hərrac barədə ipoteka qoyanın məlumatlandırılması hərracın qanuniliyini ehtiva edən mühüm şərtlərindən birincisini təşkil etdiyindən, hərrac barədə ipoteka qoyanın məlumatlandırılmaması keç irilmiş hərracın nəticələrinin də etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Qanunun 41.1-ci maddəsinə əsasən ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda satıla bilər. Həmin Qanunun 41.2, 41.3 və 41.5-ci maddələrinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra—hərracın təşkilatçısı) sifariş verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin s atış qiymətini əks etdirir. Hərrac açıq auksion formasında keçirilir. Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Qanunun 42.5 və 42.6-cı maddələrinə əsasən ən yüksək qiymət təklif etmiş şəxs hərracı udmuş sayılır. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nə zərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Həmin Məcəllənin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 416.2-ci maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlana n müqavilənin etibarsızlığına səbəb olur. Məhkəmə kollegiyası istinad edilən maddi hüquq normaları baxımından bir daha qeyd edir ki, hərracın mühüm şərti olan hərracın keçirilməsi barədə ipoteka qoyanın məlumatlandırılmadığından hərrac etibarsızdır və “x3nin” 29.09.2015-ci il tarixli Hərracın yekunları barədə Y-279 nömrəli protokol etibarsız hesab olunmalıdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.5-ci maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar, bu protokol müqavilə qüvvəsinə malik olduğundan işin qeyd olunan hallarına məhz Azərbaycan Respublikası Mülki Məcəlləsinin əqdin etibarsızlığını tənzimləyən normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; Həmin Məcəllənin 337.5-cü maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, hərrac etibarsız hesab edilməklə hər hansı hüquqi nəticəyə səbəb olmadığından Quba rayonu Paşaoba kəndində istifadədə olan 3,5 ha torpa q sahəsində yerləşən ümumi sahəsi 2160,7 kv.m əmlak kompleksinə dair x3 tərəfindən keçirilmiş “x3nin” 29.09.2015-ci il tarixli Hərracın yekunları barədə Y-279 nömrəli protokol etibarsız hesab olunmalıdır. Hərracın nəticələrinə dair protokol etibarsız hesab edildiyindən həmin əmlaka dair x2-nin adına verilmiş reyestr nömrəsi **********112301, qeydiyyat nömrəsi ********** olan 05.12.2015-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestr çıxarış da etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır ki, iddiaçının Quba rayonu Paşaoba kəndində istifadədə olan 3,5 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2160,7 kv. m əmlak kompleksinə dair x3 tərəfindən keçirilmiş hərraclar barəsində məlumatının olmaması işin qeyd edilən halları ilə öz təsdiqini tapdığından iddianın həmin hissəsində iddia müddətinin tətbiq edilməsi yolverilməzdir. Digər tərəfdən qeyd edilməlidir ki, istənilən halda 1 illik iddia müddəti ötürülə bilməzdi. Belə ki, hərrac 29.09.2015-ci il tarixdə keçirilmiş iddiaçı isə hazırki iddia ilə məhkəməyə bir illik müddəti ötürmədən 26.07.2016-cı il tarixində müraciət etmişdir. Qiymətləndirici x4 qiymətin müəyyən edilməsi meyarlarını ayrı-ayrı bəndlər üzrə aydınlaşdıraraq 22 oktyabr 2009-cu il tarixə əmlak bazarında tələblə təklifin qarşılıqlı təsiri nəticəsində formalaşan, hazırda mübahisələndirilən rəylərdə qeyd olunmuş qiyməti müəyyən etmişdir. Qiymətləndirici ünvan 2 mərtəbəsində yerləşən 3 8,3 kv/m qeyri-yaşayış sahəsinə əmlak bazarında tələblə təklifin qarşılıqlı təsiri nəticəsində formalaşan qiyməti qeyd etməklə, «Qiymətləndirmə fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərini pozmamışdır. Bundan başqa qiymətləndirici x4 daşınmaz əmlaklara dair zəruri olan bütün sənədlərlə tanış olmuş, qiymətləndirilən əmlakın dəyərinə təsir edən amillər müəyyən edilmiş, əmlakın real bazar dəyərinin müəyyən edilməsi üçün analoji əmlakların bazar dəyəri təhlil edilmiş, uyğun əmlakların müqayisəli təhlili aparılmış və əmlakın bazar dəyəri obyektiv təyin edilmişdir. Qiymətləndirici qiymətin müəyyən edilməsi meyarlarını ayrı-ayrı bəndlər üzrə aydınlaşdıraraq, 22 oktyabr 2009-cu il tarixə əmlak bazarında tələblə təklifin qarşılıqlı təsiri nəticəsində formalaşan, hazırda mübahi sələndirilən rəydə qeyd olunmuş qiyməti müəyyən etmişdir. İşin hallarından görünür ki, x4 tərəfindən “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun, Vergi Məcəlləsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Malın (işin, xidmətin) bazar qiymətinin müəyyən edilməsi qaydaları haqqında 04 yanvar 2008-ci il tarixli qərarının tələbləri pozulmamışdır. Həmçinin işdə məhkəmə-əmlakın qiymətləndirilməsi barədə ekspertizası üzrə x9nin rəyindən göründüyü kimi, ünvan 2 mərtəbəsində yerləşən 38,3 kv/m qeyri-yaşayış sahəsinin bazar dəyəri x4-nin müəyyən etdiyi bazar dəyəri ilə müqayisə etdikdə daha yaxındır. Bu da x4-i tərəfindən aparılmış qiymətləndirmənin inandırıcı, həmin dövr üçün real bazar qiymətinə uyğun olmasını göstərir. Həmçinin əmlaklarının qiymətləndirilməsi i lə bağlı təkrar keçirilən “x15-nin qeyd olunan əmlaklar barədə bazar qiymətləri reallığı əks etdirmir, inandırıcı deyildir və rəy qüvvədə olan normativ hüquqi aktlara əsasən əsalandırılmamışdır. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Bu səbəbdən də iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Göründüyü kimi ünvan 2 mərtəbəsində yerləşən 38,3 kv/m qeyri-yaşayış sahəsi, ünvan 1 mərtəbəsində yerləşən 107,1 kv/m qeyri-yaşayış sahəsinə dair keç irilmiş hərracın etibarsız hesab edilməsi, x3-nin Protokolunun ləğv edilməsi, əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatının etibarsız hesab edilməsi xüsusatı ilə bağlı qeyd edilməlidir ki, həmin əmlakların hərracın keçilməsi ilə bağlı aidiyyəti icra məmurları tərəfindən hərrac təşkilatına sifariş verilmiş, yəni “İpoteka haqqında” qanunun tələblərinə riayət olunmuşdur və həmin əmlaklar üzrə ixtisaslaşdırılmış hərrac mərkəzlərini ekspertləri tərəfindən rəylər verilərək ilkin satış qiymətləri müəyyən edilmiş, daha sonra “Market” və x14 qəzetlərində elanlar verilmişdir. Məhkəmə kollegiyası iddia tələbinin x3-nin 22 may 2010-cu il və 17.11.2011-ci il Protokolların və hərracın nəticəsində bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair qeyd etməyi zəru ri hesab edir ki, Nərimanov Rayon Məhkəməsinin 2(008)-298/2008 nömrəli, 22.12.2012-ci il tarixli icra vərəqəsinin, Nərimanov rayon İcra şöbəsinin 17/69/1867/9 nömrəli, 02.11.2009-cu il tarixli, 17/69/062 nömrəli 12.11.2010-cu il tarixli sifariş məktublarının icrasına əsasən qanunvericiliyin tələblərinə uyğun olaraq hərracın keçirilməsini təşkil etmiş və bununla əlaqədar tərəflərin rəsmi qeydiyyatda olduqları ünvanlara müvafiq bildirişlər göndərilmiş, həmin bildirişlər hazırkı iddiaçı və onu ailə üzvləri tərəfindən imza edilərək qəbul edilmiş, qəzetlərdə elanlar vermişdir. Nəticədə ipoteka predmeti olan daşınmaz əmlaklar qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraqx2-nə satılmışdır. Sonradanx2 ünvan 2 mərtəbəsində yerləşən 38,3 kv/m qeyriyaşayış sahəsi, ünvan 1 mərtəbəsində yerl əşən 107,1 kv/m qeyri-yaşayış sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Belə olan halda ipoteka ilə yüklü edilmiş x1 məxsus ünvan 2 mərtəbəsində yerləşən 38,3 kv/m qeyri-yaşayış sahəsi, ünvan 1 evin 1-ci mərtəbəsində yerləşən 107,1 kv/m qeyri-yaşayış sahəsi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun, “İpoteka haqqında” Qanunun yuxarıda qeyd olunan maddələrinin tələblərinə uyğun olaraq hərracda satılaraq özgəninkiləşdirilmişdir. İş materiallarından da görünür ki, ünvan 2 mərtəbəsində yerləşən 38,3 kv/m qeyriyaşayış sahəsi ipoteka ilə yüklü edilən zaman 80000 ABŞ dolları (təqribən 63000 manat), ünvan 1 mərtəbəsində yerləşən 107,1 kv/m qeyri-yaşayış sahəsi ipoteka ilə yüklü edilən zaman 350000 ABŞ dolları (təqribən 270000 manat) lakin məhkəmə qətnaməsi icraya yönə ldildiyi zaman əmlak yenidən qiymətləndirilmiş və hərracda ilkin satış qiyməti ünvan 1 mərtəbəsində yerləşən 107,1 kv/m qeyri-yaşayış sahəsi üzrə 150000 manat, ünvan 2 mərtəbəsində yerləşən 38,3 kv/m qeyri-yaşayış sahəsi üzrə 50000 manat təyin edilmişdir. Bundan əlavə iddiaçı əmlakın qiymətləndirilməsindən və hərracın keçirilməsindən də tam olaraq məlumatlı olmuşdur. Həmçinin hazırda mübahisələndirilən hərracın nəticələri barədə protokol və alqısatqı müqaviləsindən iddiaçının əvvəlcədən məlumatlı olmuşdur. Qeyd olunan əmlaklarla bağlı alqı-satqı müqaviləsi və dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi, o cümlədənx2-nin İdarə Heyətinin sədri x10 ilə Türkiyə vətəndaşı x5 arasında bağlanmış ünvan 1 sahəsinin 20 fevral 2012-ci il tarixli, №100.CL.200212.00002/b nömrəli alqı-satqı v ə ipoteka müqaviləsinin, Bakı şəhəri 12 nömrəli Notariat kontorunda təsdiqlənmiş “Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi”nə dair mülkiyyətində olan ünvan 2 nömrəli evin, 1-ci mərtəbəsində yerləşən 38,3 kv.m qeyri-yaşayış sahəsinin x7 ilə x6 arasında bağlanmış 24 yanvar 2013-cü il tarixli AN-İ № ******* nömrəli müqavilənin etibarsız hesab edilməsi və sözügedən mülklərin x1 mülkiyyətinə qaytarılması xüsusatları ilə bağlı qeyd edilməlidir ki, ilk olaraq x12 ilə x2 arasında etibarlı kredit müqaviləsi bağlanaraq borc götürülmüş və həmin borcun təminatı olaraq x1 məxsus əmlaklarla yüklü edilmişdir. Yəni x12 bankdan kredit götürməklə müəyyən müddət sonra onu faizləri ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. MM-nin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (bo rc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. x2 ilə x1 arasında bağlanmış ipoteka müqavilələrindən müəyyən olunur ki, sonuncu həmin müqavilələrə imza etməklə könüllü olaraq öz iradəsini ifadə edib əmlakları ipoteka ilə yüklü edilməsinə razılığını vermişdir. Həmçinin qeyd edilməlidir ki, Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Lakin x1la x2 arasında bağlanmı ş müqavilələrlə müəyyən edilmişdir ki, o, azad şəkildə müqavilələrdə iradəsini ifadə etmişdir. Belə ki, x1un əvvəl bağlanmış 29 sentyabr 2006-cı il tarixli müqavilə üzrə yaramış narazılığı olsa idi, sonradan bu 16 oktyabr 2006-cı il tarixli müqavilənin bağlanılmasında özünü göstərərdi. Beləliklə də, x1 və x2 arasında bağlanmış müqavilələrdə qanunvericiliyin tələblərinə riayət edilmişdir. Həmçinin reyestrdə qeydə alınmış çıxarışın etibarsızlığı ilə bağlı qeyd edilməlidir ki, MM-nin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Cavabdeh x5 Osman oğlu və x2ASC-nin məhkəməyə təqdim etdiyi ərizələrdə hərracın nəticələri haqqında yekun protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair x1un iddiası üzrə iddia müddətinin keçməsinə görə iddiadan imtina barədə qərar qəbul edilməsi ilə bağlı isə qeyd edilməlidir ki, iş materiallarından göründüyü kimi ünvan 1 nömrəli 107,1 kv/m qeyri-yaşayış sahəsi ilə bağlı hərracın yekunları barədə protokol və alqı-satqı müqaviləsi 22.05.2010-cı il tarixdə, ünvan 2 mərtəbəs ində yerləşən 38,3 kv/m qeyri-yaşayış sahəsi ilə bağlı hərracın yekunları barədə protokol və alqı-satqı müqaviləsi 17.11.2011-ci il tarixdə bağlanmış, x1 isə qeyd olunanlarla bağlı 26.07.2016-cı il tarixdə məhkəməyə müraciət etmişdir. MM-nin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Göründüyü kimi x1 bir illik iddia müddətini ötürmüşdür. Bu da iddiadan imtina üçün əsasdır. Belə ki, MM-nin 375.2-ci maddəsinə əsasən mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Ona görə də, ünvan 1 nömrəli 107,1 kv/m qeyri-yaşayış sahəsi, ünvan 2 mərtəbəsində yerləşən 38,3 kv/m qeyri-yaş ayış sahəsinə münasibətdə iddia müddəti tətbiq etməklə iddiadan imtina edilməli barədə apellyasiya instansiyası məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsində işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, prosessual hüquq pozuntusuna yol verilmədiyindən, kassasiya şikayətləri təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: x1 və cavabdeh x2-nin kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 may 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2427/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2427/2019
02.05.2019 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver