Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2427/2021 09.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı; Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin İddiaçı və X10 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilənin ləğvi, borcun müəyyən edilməsi, avtomobilin mülkiyyətə verilməsi, lizinq borcunun tutulması, avtomobilin qaytarılması tələbləri) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı, vəkili X2, Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 və vəkili X4 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(1 03)-2173/2020 nömrəli iş üzrə 30 sentyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış 20 fevral 2015-ci il tarixli, 871/043/2015 saylı lizinq müqaviləsinə əsasən lizinqverən lizinq obyektini satıcıdan əldə etməyi və lizinq alana istifadəyə verməyi, lizinq alan isə lizinq obyektini qəbul edib, müəyyənləşdirilmiş dövriliklə ödənişləri icra etməyi qarşılıqlı surətdə öhdələrinə götürmüşlər.
2. Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti ilə X11 arasında bağlanmış eyni tarixli, 871 saylı zaminlik müqaviləsinə əsasən, zamin, 20 fevral 2015ci il tarixli, 871/ 043/2015 saylı X12 müqaviləsi və ona edilmiş bütün əlavələr üzrə İddiaçı öhdəliklərinin tam icrasına görə bu müqavilədə nəzərdə tutulmuş qaydada, həcmdə və şərtlərlə lizinqverən qarşısında məsuliyyət daşıyır.
3. Həmin lizinq münasibətləri üzrə yaranmış mübahisə ilə bağlı tərəflər aşağıdakı iddia tələblərini irəli sürmüşlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti ilə İddiaçı və X11 arasında bağlanmış 20.02.2015-ci il tarixli, 871 saylı zaminlik müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanan 20.02.2015-ci il tarixli, 871/043/2015 saylı X12 Müqaviləsinin ləğv edilməsi, 20.02.2015-ci il tarixli, 871/043/2015 saylı X12 Müqaviləsinə əsasən iddiaçının cavabdehə olan borcunun 5820 Azərbaycan manatı olmasının müəyyən edilməsi, lizinq müqaviləsinin predmeti olan «Volkswagen Passat» markalı (BAN 1VWBH7A30DC086544), **-PE-*** dövlət nömrə nişanlı avtomobilin iddiaçının mülkiyyətinə verilməsi, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir).
5. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, 20.02.2015-ci il tarixində «X15» Qapalı Səhmdar Cəmiyyəti ilə iddiaçı arasında 871/043/2015 saylı X12 Müqaviləsi bağlanmışdır. (16.06.2017-ci il tarixində «X15» Qapalı Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək Cav abdeh Qapalı Səhmdar Cəmiyyəti adlandırılmışdır). Həmin müqaviləyə əsasən «Volkswagen Passat» markalı (BAN 1VWBH7A30DC086544) avtomobil lizinq verən tərəfindən 20.02.2015-ci il tarixli, 871 saylı X13Satqı Müqaviləsinə əsasən alınaraq iddiaçıya verilmişdir. Bağlanmış Lizinq müqaviləsinə 1 saylı ödəniş qrafiki tərtib edilmiş və aylıq ödənişlər orada öz əksini tapmışdır. Ödəniş qrafikinə əsasən aparılan ödənişlərin Azərbaycan manatı ilə aparılması şərtləşdirilmişdir. Eyni zamanda 20.02.2015-ci il tarixində cavabdehlə əlavə olaraq öhdəliklərin təmini məqsədi ilə zaminlik müqaviləsi bağlanmışdır. 871 saylı zaminlik müqaviləsinə əsasən X11 iddiaçının öhdəliklərinin icrasına zamin durmuşdur. X6 Müddəalar adlanan ilk bəndində göstərilir ki, "bu müqavilənin ayrılmaz hissəsi hesab olunan, satıcı fiz iki şəxs X7 ilə Lizinqverən «X15» QSC arasında imzalanacaq alqı-satqı müqaviləsində qeyd edilmiş, ətraflı təsviri verilmiş, xüsusiyyətləri göstərilmiş və bu müqavilə ilə nəzərdə tutulan maliyyə lizinq xidmətinin predmetini təşkil edən əmlak lizinq obyektidir. Lizinq Müqaviləsinin 1.2-ci bəndində göstərilir: "Lizinqverən Lizinqalan tərəfindən seçilmiş və bu müqavilənin ayrılmaz hissəsi hesab olunan aşağıda göstərilmiş alqısatqı müqaviləsində qeyd olunmuş, ətraflı təsviri verilmiş lizinq obyektini Lizinqalanın xahişi əsasında, lizinq vasitəsilə, lizinq haqqı müqabilində Azərbaycan Respublikasının qanunvericiliyi, habelə bu lizinq müqaviləsinin müddəalarına uyğun olaraq istifadə edilməsi üçün lizinqə verir." Lizinq Müqaviləsinin 1.3-cü bəndinə isə göstərilir: "Alqı-satqı müqaviləsinə əsasən əldə ediləcək lizinq obyektinin qiyməti 19079 (on doqquz min yetmiş doqquz) şərti maliyyə vahidi təşkil edir və Lizinqalan buna razıdır." Həmin bəndin ikinci hissəsində göstərilir: "Lizinqverən Satıcıya hər hansı ödənişləri Lizinqalan avans (əgər bu müqavilə ilə və ya ödəmə cədvəli ilə nəzərdə tutulubsa) ödədikdən sonra həyata keçirəcəkdir." Həmin bəndin üçüncü hissəsində isə göstərilir: "Lizinqalanın avansı lizinq obyektinin ümumi qiymətinin 3816 (üç min səkkiz yüz on altı) şərti maliyyə vahidi hissəsini təşkil edir. Lizinqalan avansı bu müqavilə imzalandığı tarixdən 5 iş günü ərzində ödəmədikdə Lizinqverən bu müqaviləni birtərəfli qaydada məhkəməyə müraciət etmədən xitam edə bilər". İddiaçı tərəfindən göstərilən avans, 3816 (üç min səkkiz yüz on altı) ABŞ dolları Azərbaycan manatı ekvi valentində Lizinq şirkətinə ödənilmişdir. Lizinq Müaqaviləsinin 1.5-ci bəndinə əsasən Lizinq şirkəti tərəfindən illik 18% dərəcəsi ilə gəlir hesablanır. Həmin bənddə həmçinin şərti maliyyə vahidi də açıqlanır: "Lizinqalan qəbul edir ki, bu lizinq müqaviləsi üzrə borc öhdəliyi şərti maliyyə vahidi ilə ifadə olunur. Bir şərti maliyyə vahidi öhdəliyin yaranma tarixinə, Azərbaycan Mərkəzi Bankının müəyyən etdiyi bir ABŞ dollarının Azərbaycan manatına bərabər olan məbləği təşkil edir. Lizinq ödənişləri ödəmə gününə Azərbaycan Mərkəzi Bankının müəyyən etdiyi bir ABŞ dollarının Azərbaycan manatına bərabər olan məbləğlə Azərbaycan manatı ilə ödəniləcək". Həmçinin müqavilənin bu bəndinin 61-ci hissəsində göstərilir: “Tərəflər razılaşırlar ki, bu müqavilənin qüvvədə olduğu müddət ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi ABŞ dollarının Azərbaycan manatına olan rəsmi məzənnəsi bu müqavilə imzalanan günə müqayisədə 1 %-dən çox dəyişdikdə Lizinqverən birtərəfli qaydada bu müqavilənin ümumi məbləğinin və/və ya Lizinq ödənişlərinin qrafikini (ilk ödəniş tarixindən və ya son edilmiş ödənişdən sonra hesablamaqla) dəyişdirə bilər. Belə dəyişiklik olduqda Lizinq alan öhdəlikləri müvafiq məbləğlərdə dəyişəcəkdir və bunun üçün Lizinq alanın əlavə razılığı tələb olunmur". Müqavilə bağlandıqdan sonra Lizinq şirkəti tərəfindən ödəniş qrafiki dəyişdirilməmiş və bununla bağlı mənə heç bir məlumat verilməmişdir. İstər Lizinq müqaviləsində, istər Alqı-satqı müqaviləsində, istərsə də ödəniş qrafıkində bütün əməliyyatların Azərbaycan manatı ilə aparılması şərtləşdirilsə də məblə ğlər ABŞ dolları ilə göstərilmişdir. X7 ilə Lizinq şirkəti arasında bağlanmış 20.02.2015-ci il tarixli, 871 saylı alqı-satqı müqaviləsində lizinq obyektinin qiyməti 19079 ABŞ dolları müəyyən edilir. Lizinq obyekti olan əmlak Azərbaycan Respublikasının vətəndaşından satın alındığı üçün ödənişin də ABŞ dolları ilə edilməsi mümkün deyildir. Göründüyü kimi tərəflər arasında hüquq münasibətlərinin yaranmasına səbəb olan müqavilələrdən biri olan alqı- satqı müqaviləsi üzrə əmlakın alınması Azərbaycan manatı ilə həyata keçirilmişdir. Lakin Lizinq şirkəti tərəfindən qəsdən məbləğ ABŞ dolları ilə göstərilmişdir. Cavabdeh QSC ilə iddiaçı arasında bağlanmış X12 müqaviləsinə əsasən konkret olaraq avtomobil alınaraq iddiaçıya lizinqə (kirayəyə, icarəyə) verilmişdir. Lizinq müqaviləsi isə kredit və ya b orc müqaviləsi deyildir. Göründüyü kimi lizinq müqaviləsi əmlak kirayə müqaviləsinə oxşar bir müqavilədir və bu müqavilə kredit və ya borc müqaviləsi hesab edilə bilməz. Lizinq müqaviləsinin obyekti əmlakdır və əmlak da Azərbaycan manatı ilə əldə olunduğu üçün lizinq müqaviləsinə görə müəyyən olunan haqq xarici valyutada ifadə edilə bilməz. Cavabdeh, lizinqverən və ya alqı-satqı müqaviləsi üzrə satıcı xarici hüquqi və ya fiziki şəxs deyilsə tərəflər arasında bağlanmış daxili lizinq müqaviləsi üzrə pul öhdəliyi xarici valyutada ifadə edilə bilməz. Lizinq müqaviləsinə kredit və ipoteka müqavilələri kimi qiymət verilə bilməz və bu müqavilələr eyni tipli müqavilələr deyildir. Tərəflər arasında bağlanan lizinq müqaviləsinin 1.2-ci bəndində müqavilənin predmeti açıq şəkildə göstərilmişdir. Müqav ilənin 1.3cü bəndində isə lizinq predmetinin əldə edilməsi barədə şərtlər göstərilir. Lizinq predmetinin əldə edilməsi isə lizinq şirkəti ilə fiziki şəxs X7 arasında bağlanan alqı-satqı müqaviləsi ilə tənzimlənir. Ümumilikdə bu günə kimi iddiaçı tərəfindən cavabdehə 9689 Azərbaycan manat ödənilmişdir. 20.02.2015-ci il tarixinə Azərbaycan Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə görə bir ABŞ dolları 0.78 Azərbaycan manatı təşkil edirdi. 15263 ABŞ dolları həmin dövrdə 1 1905 Azərbaycan manatı, 4621 ABŞ dolları isə 3604 Azərbaycan manatı təşkil edirdi (11905+3604= 15509). Ümumilikdə iddiaçı 36 ay müddətində cavabdehə 15509 Azərbaycan manatı ödəməli idi. Buna qarşılıq isə iddiaçı hazırkı günə kimi 9689 Azərbaycan manatı ödəmişdir. Hazırda iddiaçının cavabdehə 5820 Azərbaycan manatı borcu qalm aqdadır. Lakin 04.03.2019-cu il tarixində iddiaçı rəsmi qaydada cavabdehə müraciət edərək borcu barədə məlumat verilməsini xahiş etdi. Cavabdehin 12.03.2019-cu il tarixli cavab məktubu isə iddiaçını olduqca gərgin bir vəziyyətə gətirdi. Belə ki, cavab məktubunda cavabdeh ona olna borcun 19436.98 ABŞ dolları olduğunu qeyd etmişdi. Necə ola bilər ki, bu qədər ödənişlər edildiyi halda iddiaçıya misli görünməmiş məbləğdə borc hesablana bilər. İddiaçı hesab edir ki, cavabdehin qanunsuz əməlləri nəticəsində borc məbləği əsassız olaraq bu məbləğdə şişirdilmişdir. İddiaçı cavabdehə bütün ödənişlərini manatla etdiyi və bunun müqavilə ilə şərtlədirildiyi halda necə ola bilər ki, ondan ABŞ dolları ilə borc tələb edilsin. Bu cavabdehin əsassız varlanma cəhdidir və qanunvericiliyə tamamilə zidd bir hər əkətdir.
6. Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti İddiaçı və X10 qarşı qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh QSC (əvvəlki adı «X15» QSC) ilə İddiaçı arasında bağlanmış 871/043/2015 saylı, 20.02.2015-ci il tarixli X12 müqaviləsinin ləğv edilməsi, cavabdehlər İddiaçı və X5 lizinq ödənişləri üzrə əsas borc 12754.27 ABŞ dolları, faiz borcu 3180.17 ABŞ dolları, dəbbə pulu 3502.54 ABŞ dolları, cəmi borc 19436.98 ABŞ dollarının ödəmə gününə AR Mərkəzi Bankının rəsmi məzənnəsi ilə manatla tutularaq Cavabdeh QSC-nin xeyrinə köçürülməsi, Cavabdeh QSC-yə məxsus olan 1 ədəd «Volkswagen Passat» markalı **PE-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin cavabdeh - İddiaçı geri alınaraq Cavabdeh QSC-yə verilməsi, Cavabdeh QSC tərəfindən ödənilmiş 30 AZN məbləğində dövlət rüsumunun cavabdehlərdən tutulub Cavabdeh QSC-nin xeyrinə köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Cavabdeh QSC (əvvəlki adı «X15» QSC) ilə İddiaçı arasında bağlanmış 871/043/2015 saylı, 20.02.2015-ci il tarixli X12 Müqaviləsinə əsasən «Volkswagen Passat» markalı **-PE-*** dövlət qeydiyyat nişanlı minik avtomobili İddiaçı 36 ay müddətinə lizinqə verilmişdir. Lakin 21.12.2016-cı ildən sonra heç bir lizinq ödənişi həyata keçirilməmiş, həmin dövrədək həyata keçirilmiş ödənişlər isə vaxtında və tam ödənilməmişdir. Hazırda, İddiaçı 871/043/2015 saylı 20.02.2015-ci tarixli X12 Müqaviləsi üzrə əsas borc 12754 27 ABŞ dolları, faiz borcu 3180.17 ABŞ dolları, dəbbə pulu 3502.54 ABŞ dolları, cəmi borc 19436 98 ABŞ dollarının manatla ekvivalentinə bərabər məbləği təşkil edir. Bu borcun ödənilməsi ilə bağlı İddiaçı ilə aparılan danışıqlar heç bir fayda verməmişdir. Həmçinin, 871 saylı 20.02.2015-ci il tarixli zaminlik müqaviləsi üzrə cavabdeh X11 871/043/2015 saylı 20.02.2015-ci il tarixli tarixli X12 müqaviləsi və ona edilmiş bütün əlavələr üzrə İddiaçı öhdəliklərinin tam icrasına görə birgə məsuliyyət daşıyır.
8. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı nümayəndəsi və vəkili, qarşılıqlı iddiaya etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, ilkin iddiaçı 28.03.2019-cu il tarixində Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı iddia qaldıraraq lizinq müqaviləsi üzrə borcun Azərbaycan manatı ilə tutularaq ödənilməsi və lizinq predmetinin onun mülkiyyətinə verilməsini məhkəmədən xahiş etmişdir. Bu ndan sonra cavabdeh tərəfindən qarşılıqlı iddia verilərək ondan və zamindən 12754.27 ABŞ dolları əsas, 3180.17 ABŞ dolları faiz, 3502.54 ABŞ dolları dəbbə pulu olmaqla ümumilikdə 19436.98 ABŞ dolları pulun tutulmasını və lizinq predmetinin şirkətə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflər arasında bağlanmış Lizinq müqaviləsində borc öhdəliyi Azərbaycan manatı ilə müəyyən edilsə də, hazırda lizinq şirkəti borcun ABŞ dolları ilə ödənilməsini tələb etməsi qanunsuzdur. Belə ki, ümumiyyətlə Azərbaycan Respublikasında lizinq müqavilələri ABŞ dolları ilə bağlana bilməz. Respublikada ödəniş vasitəsi manat olduğu üçün lizinq şirkəti lizinqə verilən obyekti Azərbaycan manatı ilə alaraq lizinqə vermişdir. İstər Lizinq müqaviləsində, istər Alqı-satqı müqaviləsində, istərsə də ödə niş qrafikində bütün əməliyyatların Azərbaycan manatı ilə aparılması şərtləşdirilmişdir, məbləğlər ABŞ dolları ilə göstərilmişdir. X7 ilə Lizinq şirkəti arasında bağlanmış 20.02.2015- ci il tarixli, 871 saylı alqısatqı müqaviləsində lizinq obyektinin qiyməti 19079 ŞMV müəyyən edilir. Lizinq obyekti olan əmlak Azərbaycan Respublikasının vətəndaşından satın alındığı üçün ödənişin də ABŞ dolları ilə edilməsi mümkün deyildir. Göründüyü kimi tərəflər arasında hüquq münasibətlərinin yaranmasına səbəb olan müqavilələrdən biri olan alqı-satqı müqaviləsi üzrə əmlakın alınması Azərbaycan manatı ilə həyata keçirilmişdir. Cavabdeh müqavilələrdə və ödəniş qrafikində ödənişin Azərbaycan manatı ilə ödənilməsini şərtləşdirsə də, müqavilədəki məbləğləri ABŞ dolları ilə tələb edir.
9. Bakı şəhəri Nəsimi Ray on Məhkəməsinin (hakim R.Xəlilov) 14 noyabr 2019-cu il tarixli, 2(006)2954/2019 nömrəli qərardadı ilə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və X10 qarşı «müqavilənin ləğv edilməsi, borcun tutulması, avtomobilin qaytarılması və rüsumun tutulması» tələbinə dair mülki iş üzrə iddia tələbinin «müqavilənin ləğv edilməsi» hissəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.4-cü maddəsinə əsasən baxılmamış saxlanılması qərara alınmışdır.
10. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim R.Xəlilov) 14 noyabr 2019-cu il tarixli, 2(006)2954/2019 nömrəli qətnaməsi ilə ilkin iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbinin qismən təmin edilərək, cavabdehlər İddiaçı və X5 müştərək qaydada 12754,27 (on iki min yeddi yüz əlli dörd ABŞ dolları, iyirmi yeddi sent) ABŞ dolları əsas borc, 3180,17 (üç min bir yüz səksən ABŞ dolları, on yeddi sent) ABŞ dolları faiz borcu, 300 (üç yüz) ABŞ dolları cərimə borcu olmaqla, cəmi 16234,44 (on altı min iki yüz otuz dörd ABŞ dolları, qırx dörd sent) ABŞ dolları məbləğində (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) pulun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə məxsus olan 1 ədəd “Volkswagen Passat” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdeh İddiaçı geri alınaraq Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə verilməsi, q arşılıqlı iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 150 (bir yüz əlli) manatın cavabdeh İddiaçı tutulub X1 müvafiq hesabına köçürülməsi qət olunmuşdur.
11. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, ilkin iddia üzrə iddiaçı ilə cavabdeh arasında lizinq müqaviləsindən irəli gələn münasibətlər mövcuddur. Lizinq obyekti lizinq alana təqdim edilmiş, lizinq alan isə ödəniş cədvəlində müəyyən edilmiş qaydada lizinq ödənişlərini həyata keçirməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə lizinq obyektinin dəyəri 190779 ŞMV (şərti maliyyə vahidi) həcmində müəyyən edilmişdir. Ödəniş cədvəli və müqavilədə şərti maliyyə vahidinin öhdəliyin yaranma tarixinə Azərbaycan Mərkəzi Bankının müəyyən etdiyi bir ABŞ dollarının Azərbaycan manatına bərabər olan mə bləği təşkil etdiyi qeyd edilmişdir. Eyni zamanda, qeyd olunan müqavilə üzrə lizinq alanın öhdəliklərinin yerinə yetirilməsinin təminatı olaraq zamin X11 ilə zaminlik müqaviləsi bağlanmışdır. Hazırda ilkin iddia üzrə iddiaçı iddia edir ki, lizinq müqaviləsində borc məbləği kimi şərti maliyyə vahidinin, yəni öhdəliyin yaranma tarixinə, Azərbaycan Mərkəzi Bankının müəyyən etdiyi bir ABŞ dollarının Azərbaycan manatına bərabər olan məbləği ilə göstərilməsi və bu məbləğin tələb edilməsi əsassızdır Belə ki, lizinq obyektinin dəyəri manatla ödənilir və ölkə ərazisində pul vahidi manatdır. Bununla yanaşı iddiaçı iddia edir ki, tərəflər arasında bağlanmış zaminlik müqaviləsi qanunvericiliyin tələblərinə cavab vermir. Belə ki, həmin müqavilə qanunvericiliyin tələblərinə uyğun olaraq imzalanmamış və möhürlənməmişdir. 20 fevral 2015-ci il tarixli, 871/043/2015 saylı lizinq müqaviləsinin müddəti 36 ay müəyyən edilmişdir və bu müddət 2018-ci ilin mart ayında başa çatmışdır. Məhkəmə hesab etmişdir ki, ilkin iddia üzrə iddiaçının göstərilən müqavilə üzrə öhdəliyi mövcud olsa belə, həmin müqavilənin müddəti bitdiyindən onun məhkəmə qaydasında ləğv edilməsinə lüzum yoxdur. İlkin iddianın 20 fevral 2015-ci il tarixli, 871 saylı zaminlik müqaviləsinin etibarsız hesab edilməsi hissəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, lizinq verən Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə təqdim edilmiş lizinq müqaviləsinin təsdiqlənmiş surətindən görünür ki, müqavilə lizinq verənin nümayəndəsi, lizinq alan və zamin tərəfindən imzalanmış və möhürlənmişdir. Buradan aydın olur ki, qanunverici tərə findən müəyyən edilmiş əqdin etibarsızlığı hallarından hər hansı birinin mövcudluğuna dair iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Halbuki məsələyə sübutetmə yükü aspektindən yanaşdıqda sözügedən halların sübut edilməsi hazırkı mülki işdə məhz iddiaçının üzərinə düşür. Lizinq müqaviləsinin predmeti olan «Volkswagen Passat» markalı, **-PE-*** dövlət nömrə nişanlı avtomobilin iddiaçının mülkiyyətinə verilməsi tələbi ilə bağlı məhkəmə qeyd etmişdir ki, lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir (Mülki Məcəllənin 748-2.1-ci maddəsi). İşin hallarına görə lizinq alan tərəfindən lizinq verən qarşısında öhdəlik tam olaraq icra edilməmişdir. Belə olan halda, avtomobilin lizinq verənin mülkiyyətindən alınaraq lizinq alanın mülkiyyətinə verilməsi əsassızdır. Qanunvericiliyin müəyyən etdiyi qaydaya əsasən hazırda lizinq verən Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin lizinq obyektini lizinq alan İddiaçı geri almaq hüququ yaranmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-X.Sarıyev (sədrlik edən və məruzəçi), E.Mehdiyev və Ş.Məmmədova) 30 sentyabr 2020-ci il tarixli, 2(103)-2173/20 nömrəli qətnaməsi iləCavabdeh QSC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 14 noyabr 2019-cu il tarixli, 2(006)-2954/2019 saylı qətnaməsinin qarşılıqlı iddianın qismən təmin edilən və rədd edilən hissələrində ləğv edilməsi, h əmin hissələrdə iş üzrə yeni qətnamə qəbul edilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi,İddiaçı və X5 müştərək qaydada əsas və faiz borcu üzrə 6205,03 (altı min iki yüz beş manat üç qəpik) manat, cərimə üzrə 600 (altı yüz) manat, cəmi 6805,03 (altı min səkkiz yüz beş manat üç qəpik) manat, 6 (altı) manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə məxsus olan 1 ədəd “Volkswagen Passat” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdeh İddiaçı geri alınaraq Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə verilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi, məhkəmə xərclərinin tərkib hissəsi olan məhkəmə məsrəfi-yəni iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 450 (dörd y üz əlli) manatın 90 (doxsan) manatının İddiaçı və X5, 260 (iki yüz altmış) manatının Cavabdeh QSC-dən alınıb, dövlət büdcəsi hesabına keçirilməlisi, qətnamənin qalan hissədə-ilkin iddianın təmin edilməyən hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir.
13. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya mərhələsində keçirilmiş məhkəmə ekspertizalarının rəyləri mülki prosessual qanunvericiliyin və Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübə ləri də nəzərə alınaraq, kollegiya hesab etmişdir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizalarının rəyləri mötəbər sübut kimi qiymətləndirilməlidir. Kassasiya şikayətlərinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətlərinin dəlilləri
14. Cavabdeh QSC kassasiya şikayəti verərək qətnamənin qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi hissəsində-hesablanmış lizinq ödənişləri borcu və məhkəmə xərcləri hissəsində ləğv edərək mülki işin həmin hissələrdə yenidən baxılması üçün Bakı Apellyasiya instansiyasına məhkəməsinə göndərilməsini xahiş etmişdir.
15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh QSC tərəfindən məhkəmədə mübahisələndirilən qarşılıqlı iddia tələbinin predmeti olan X12 Müqaviləsindən yaranan lizinq borcları üzrə Ba kı Apellyasiya məhkəməsinin qənaətinə görə lizinq müqaviləsi əsasında yaranmış lizinq ödənişləri borcu öhdəliyin yaranma tarixindəki dövr üçün dolların manata nisbətinə uyqun hesablanmalıdır. Əslində isə lizinq borcunun yaranma əsası olan X12 Müqaviləsində müqavilə tərəfi olan Lizinq alan Müqavilənin 1.5-ci bəndində konkret olaraq öhdəlik qəbul etmişdir ki, lizinq müqaviləsi üzrə borc öhdəliyi şərti maliyyə vahidi ilə ifadə olunur. 1 şərti maliyyə vahidi öhdəliyin yaranma tarixinə AR Mərkəzi Bankının müəyyən etdiyi 1 ABŞ dollarının Azərbaycan manatına bərabər olan məbləğini təşkil edir. Lizinq ödənişləri ödəmə gününə Azərbaycan Mərkəzi Bankının müəyyən etdiyi 1 ABŞ dollarının Azərbaycan manatına bərabər olan məbləğlə Azərbaycan manatı ilə ödəniləcək. Bu xüsusat həmçinin, ödəmə cədvəlini ək s etdirən və Lizinq Müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Əlavə 1-də tam olaraq əks etdirilmişdir, Lizinq Müqaviləsi və ödəniş cədvəli üzrə öhdəliyin yaranma tarixi isə cədvəl üzrə məbləğin ödənilməsi üçün müəyyən edilən aylardan hesablanır, Bu isə o deməkdir ki, Lizinq alan öhdəlik üzrə yaranmış borcunu ödəmə günü üçün ABŞ dollarının manata olan məzənnəsi ilə ödəməlidir. Apellyasiya instansiya baxışı zamanı təyin edilmiş ekspertiza üzrə verilmiş rəy ekspert qarşısında qoyulan bütün suallara cavabı tam əhatə etmir və ekspert hesablamasının qərəzliliyi aşkar olaraq rəydə özünün biruzə verir. Birinci instansiya zamanı və apellyasiya baxışı zamanı təyin edilmiş ekspertizalar üzrə rəy verənin eyni ekspert olması, Müqavilə və ödəniş cədvəli üzrə aşkar məlum olan lizinq ödənişlərini qeyri-d əqiq hesablama ilə eyni ekspertin müəyyən etməsi və mötəbərliliyi əsaslı şübhə altında olan müxtəlif məzmunlu ekspert rəylərinin sübut olaraq qəbul edilməsi və sair bu kimi hallar apellyasiya instansiya məhkəməsinin mülki işə qeyri-obyektiv münasibətinin bariz nümunəsidir. Təssüfləndirici haldır ki, bütün bu xüsusatları bilən apellyasiya instansiyası qarşılıqlı iddianın qismən təmin edilməsi hissəsini-yaranmış lizinq ödənişləri borcu üzrə məbləğləri və məhkəmə xərcləri hissəsini özünün qulluq mövqeyinə görə irəli sürdüyü dəlillərlə əsaslandırmışdır ki, bu da Qanunla yolverilməzdir və hüquqi nihilizmə aparan haldır.
16. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
17. Kassasiya şikayəti on unla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəmə kollegiyasının qətnaməsinin 1 ədəd «Volkswagen Passat» markalı, **-PE-*** dövlət nömrə nişanlı avtomobilin cavabdeh İddiaçı alınaraq iddiaçı Cavabdeh QSC-yə qaytarılması hissəsi ilə razılaşmır. Belə ki, tərəflər arasında X13-satqısına dair bağlanmış və iş materiallarına əlavə edilmiş 20 fevral 2015ci il tarixli, «871» saylı müqavilədən görünür ki, satıcı, yəni lizinq verən 1 ədəd « Volkswagen Passat» markalı, **-PE-*** dövlət nömrə nişanlı avtomobili alıcıya, yəni lizinq alana satmağı, alıcı isə həmin əmlakın müqavilədə göstərilən dəyərini alıcıya ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Qanunvericiliyinin tələbinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəb ul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (maddə 567). Həmçinin yenə Azərbaycan Respublikası Mülki Qanunvericiliyinin tələbinə əsasən lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyən dövriliklə muzd ödəməyə borcludur (maddə 747). Həm tərəflər arasında lizinq obyekti olan 1 ədəd «Volkswagen Passat» markalı, **-PE-*** dövlət nömrə nişanlı avtomobilin alqı-satqısına dair bağlanmış 20 fevral 2015-ci il tarixli, «871» saylı müqavilədən, həm də Azərbaycan Respublikası Mülki Qanunvericiliyinin yuxanda göstərilən tələbindən açıq şəkildə görünür ki, qarşılıqlı iddi a üzrə iddiaçı Cavabdeh QSC lizinq obyektini ilkin iddia üzrə İddiaçı satın almaq hüququnu vermişdir, yəni ilkin iddia üzrə İddiaçı lizinq müqaviləsi bağlamaqla lizinq obyektini satın almaq hüququ əldə etmiş və müqavilədə göstərilən şərtləşdirilmiş muzdu ödədikdən sonra isə lizinq obyektini mülkiyyətinə keçirmək hüququ qazanmışdır. Lakin hər iki instansiya məhkəməsi həm tərəflər arasında X13-satqısına dair bağlanmış 20 fevral 2015-ci il tarixli, «871» saylı müqavilənin, həm də Azərbaycan Respublikası Mülki Qanunvericiliyinin yuxanda göstərilən tələbinin tam ziddinə (əksinə) olaraq ilkin iddia üzrə İddiaçı tərəfindən şərtləşdirilmiş muzdun ödənilməsini və lizinq obyekti olan 1 ədəd «Volkswagen Passat» markalı, **-PE-*** dövlət nömrə nişanlı avtomobilin Cavabdeh QSC-yə geri qaytarılmasını qə t etmişlər ki, bu da tamamilə qanunsuz və əsassızdır. Çünki, belə bir sual çıxır ki, əgər ilkin iddia üzrə İddiaçı müqavilə üzrə şərtləşdirilmiş muzdu tam şəkildə cavabdehin xeyrinə ödəməlidirsə, bəs onda niyə lizinq obyekti olan 1 ədəd «Volkswagen Passat» markalı, **-PE-*** dövlət nömrə nişanlı avtomobili Cavabdeh QSC-yə geri qaytarılmalıdır?. Bəs onda iddiaçı bu qədər pulu (muzdu) cavabdehin xeyrinə niyə ödəmişdi və tərəflər arasında X13satqısma dair müqavilə niyə bağlanmışdı? Təssüflər olsun ki, məhkəmələr işin hallarını araşdırarkən qeyd edilən bu hallara düzgün hüquqi qiymət verməmişlər. Bu səbəbdən kassasiya şikayəti təmin olunmalı, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. Bunlarla yanaşı, məhkəmələr iddiaçının iddia tələbinin lizinq obyekti olan 1 ədəd «Volkswagen Passat» markalı, **-PE-*** dövlət nömrə nişanlı avtomobilin onun mülkiyyətinə verilməsi hissəsini rədd etməklə qətnamələrini əsaslandıraraq göstərmişlər ki, «həmin lizinq obyekti iddiaçının yalnız istifadəsinə verilmiş və lizinq verənin mülkiyyətidir. Həmçinin lizinq alan, yəni iddiaçı lizinq verən qarşısında öhdəliyini tam olaraq icra etməmişdir və belə olan halda da avtomobilin lizinq verənin mülkiyyətindən alınaraq lizinq alanın mülkiyyətinə verilməsi əsassızdır». Məhkəmələrin bu mövqeyi ilə də iddiaçı razılaşamayaraq qeyd etmişdir ki, məhkəmə qətnaməsinə görə iddiaçının cavabdehə olan borcu 6805.03 manat məbləğində müəyyən edilmişdir və iddiaçı bu məbləğlə razıdır və hər an ödəməyə hazırdır. Belə olan halda kassator hesab edir ki, məhkə mə qətnaməsi ən azından «həmin müəyyən olunmuş 6805.03 manat borc iddiaçı tərəfindən cavabdehə tam ödənildikdən sonra lizinq obyektinin iddiaçının mülkiyyətinə verilməsi» kimi qət edilməli idi. Lakin məhkəmələr işin bu halına da düzgün hüquqi qiymət verməmişlər. Apellyasiya məhkəmə kollegiyası qətnamə çıxararkən sadalanan bu halların heç birini nəzərə almamış, sübutlara düzgün hüquqi qiymət verməmiş, qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını işin hallarına düzgün tətbiq etməməklə kobud şəkildə pozmuş nəticədə əsassız və qanunsuz qətnamə çıxarmışdır ki, bunlar da qətnamənin kassasiya qaydasında ləğvi üçün birbaşa əsaslardır. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının iza hatları
19. Məhkəmə iclasında iştirak edən iddiaçı və vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını, cavabdehin kassasiya şikayətinin isə təmin edilməməsini xahiş etdilər.
20. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını, iddiaçının kassasiya şikayətinin isə təmin edilməməsini xahiş etdilər. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
21. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir.
22. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdiri lmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
23. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
24. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
25. Maddə 439.1. Pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər.
26. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.
27. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
28. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi,o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
29. Maddə
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
30. Maddə 747.1. Lizinq müqaviləsinə görə, lizin q verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.
31. Maddə 748-1.12 və 748-1.12.4. Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsinin vaxtından əvvəl ləğv etmək hüququ vardır.
32. Maddə 748-10.1. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana v erilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir.
33. Maddə 748-10.2. Lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
36. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instans iyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
37. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub- olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qət namə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
39. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.
40. İş materiallarında olan Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış 20 fevral 2015-ci il tarixli, 871/043/2015 saylı lizinq müqaviləsindən görünür ki, lizinqverən lizinq obyektini satıcıdan əldə etməyi və lizinq alana istifadəyə verməyi, lizinq alan isə lizinq obyektini qəbul edib, müəyyənləşdirilmiş dövriliklə ödənişləri icra etməyi qarşılıqlı surətdə öhdələrinə götürmüşlər.
41. Lizinq müqaviləsinin 1.3-cü bəndinə g örə, lizinq obyektinin qiyməti 19079 şərti maliyyə vahidi təşkil edir. Müqavilənin 1.5-ci bəndinə əsasən, ödəmə cədvəli lizinqalan və lizinqverən tərəfindən razılaşdırılaraq bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavə 1-də tam əks etdirilir. Lizinqalan qəbul edir ki, bu lizinq müqaviləsi üzrə borc öhdəliyi şərti maliyyə vahidi ilə ifadə olunur. Bir şərti maliyyə vahidi öhdəliyin yaranma tarixinə, Azərbaycan Mərkəzi Bankının müəyyən etdiyi bir ABŞ dollarının Azərbaycan manatına bərabər olan məbləği təşkil edir. Lizinq ödənişləri ödəmə gününə Azərbaycan Mərkəzi Bankının müəyyən etdiyi bir ABŞ dollarının Azərbaycan manatına bərabər olan məbləğlə Azərbaycan manatı ilə ödəniləcək.
42. Lizinq müqaviləsinə 1 saylı Əlavədən görünür ki, bu müqavilə ilə cavabdeh illik 18% olmaqla, 36 ay müddət inə 19079 şərti maliyyə vahidi məbləğində borcu ödəməyi öhdəsinə götürmüşdür. Həmin Əlavədə qeyd olunmuşdur ki, bir şərti maliyyə vahidi ödəmə gününə Azərbaycan Mərkəzi Bankının bir ABŞ dollarının Azərbaycan manatına bərabər məbləği təşkil edir. Lizinq ödənişləri Azərbaycan manatı ilə ödəniləcək.
43. Lizinqalanın avansı lizinq obyektinin ümumi qiymətinin 3816 (üç min səkkiz yüz on altı) şərti maliyyə vahidi hissəsini təşkil edir. Lizinqalan avansı bu müqavilə imzalandığı tarixdən 5 iş günü ərzində ödəmədikdə Lizinqverən bu müqaviləni birtərəfli qaydada məhkəməyə müraciət etmədən xitam edə bilər.
44. Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti ilə X11 arasında bağlanmış 20 fevral 2015-ci il tarixli, 871 saylı zaminlik müqaviləsindən görünür ki, zamin, 20 fevral 2015ci il tarixli, 871/043/2015 saylı X 12 müqaviləsi və ona edilmiş bütün əlavələr üzrə İddiaçı öhdəliklərinin tam icrasına görə bu müqavilədə nəzərdə tutulmuş qaydada, həcmdə və şərtlərlə lizinqverən qarşısında məsuliyyət daşıyır. 45. 20 fevral 2015-ci il tarixli, 871 saylı lizinq obyektinin alğı-satqı müqaviləsindən görünür ki, satıcı 1 ədəd “Volkswagen Passat” minik markalı avtomobili alıcıya satmağı, alıcı həmin əmlakın dəyərini satıcıya ödəməyi öz öhdəsinə götürmüşlər. Müqavilənin 2.2-ci maddəsinə əsasən əmlakın dəyəri 19079 (on doqquz min yetmiş doqquz) şərti maliyyə vahidi təşkil edir. 46. 20 fevral 2015-ci il tarixli təhvil-təslim aktına əsasən “Volkswagen Passat” markalı, 10PE-063 dövlət qeydiyyat nişanlı minik avtomobili satıcı tərəfindən lizinq alana təslim edilmişdir. 47. 29 aprel 2019-cu il tarixli maliyyə arayışı na əsasən 20 fevral 2015-ci il tarixli müqavilə üzrə İddiaçı Cavabdeh Şirkətinə əsas borc üzrə 12,754.27 (USD), faiz borcu üzrə 3180.17 (USD), dəbbə borcu üzrə 3502.54 (USD) olmaqla cəmi 19,436.98 (USD) borcu vardır. 48. 12 mart 2019-cu il tarixli, 329 saylı məktubun surətindən görünür ki, İddiaçı yaranmış borcun ödənilməsi ilə bağlı Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti tərəfindən xəbərdarlıq edilmişdir.
49. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında lizinq müqaviləsindən irəli gələn münasibətlər mövcuddur. Lizinq obyekti lizinq alana təqdim edilmiş, lizinq alan isə ödəniş cədvəlində müəyyən edilmiş qaydada lizinq ödənişlərini həyata keçirməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə lizinq obyektinin dəyəri 190779 ŞMV (şərti maliyyə vahidi) həcmində müəyyə n edilmişdir. Ödəniş cədvəli və müqavilədə şərti maliyyə vahidinin öhdəliyin yaranma tarixinə Azərbaycan Mərkəzi Bankının müəyyən etdiyi bir ABŞ dollarının Azərbaycan manatına bərabər olan məbləği təşkil etdiyi qeyd edilmişdir. Eyni zamanda, qeyd olunan müqavilə üzrə lizinq alanın öhdəliklərinin yerinə yetirilməsinin təminatı olaraq zamin X11 ilə zaminlik müqaviləsi bağlanmışdır. Hazırda iddiaçı iddia edir ki, lizinq müqaviləsində borc məbləği kimi şərti maliyyə vahidinin, yəni öhdəliyin yaranma tarixinə, Azərbaycan Mərkəzi Bankının müəyyən etdiyi bir ABŞ dollarının Azərbaycan manatına bərabər olan məbləği ilə göstərilməsi və bu məbləğin tələb edilməsi əsassızdır, belə ki, lizinq obyektinin dəyəri manatla ödənilir və ölkə ərazisində pul vahidi manatdır. Bununla yanaşı iddiaçı iddia edir ki, tərəflər arasında bağlanmış zaminlik müqaviləsi qanunvericiliyin tələblərinə cavab vermir, belə ki, həmin müqavilə qanunvericiliyin tələblərinə uyğun olaraq imzalanmamış və möhürlənməmişdir.
50. Məhkəmə müqavilənin ləğvi ilə bağlı qeyd etmişdir ki, 20 fevral 2015-ci il tarixli, 871/043/2015 saylı lizinq müqaviləsinin müddəti 36 ay müəyyən edilmişdir və bu müddət 2018-ci ilin mart ayında başa çatmışdır. Məhkəmə hesab etmişdir ki, ilkin iddia üzrə iddiaçının göstərilən müqavilə üzrə öhdəliyi mövcud olsa belə, həmin müqavilənin müddəti bitdiyindən onun məhkəmə qaydasında ləğv edilməsinə lüzum yoxdur. Odur ki, ilkin iddianın 20 fevral 2015-ci il tarixli, 871/043/2015 saylı daxili lizinq müqaviləsinin ləğv edilməsi hissəsi təmin edilməməlidir.
51. İlkin iddianın 20 fevral 2015-ci il tarixli, 871 saylı zaminlik müqaviləsinin etibarsız hesab edilməsi hissəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri).
52. Göründüyü kimi, qanunverici tərəfindən əqdin etibarsı z hesab edilməsi əsasları subyekt, iradə ifadəsinin sağlamlığı, forma və məzmun tələbləri və s. baxımdan təsnifləşdirilmişdir.
53. Hazırkı halda iddiaçı iddia etmişdir ki, 20 fevral 2015-ci il tarixli, 871 saylı zaminlik müqaviləsində lizinq verənin imzası olmamış və müqavilə möhürlənməmişdir. Lizinq verən Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə təqdim edilmiş lizinq müqaviləsinin təsdiqlənmiş surətindən görünür ki, müqavilə lizinq verənin nümayəndəsi, lizinq alan və zamin tərəfindən imzalanmış və möhürlənmişdir. Buradan aydın olur ki, qanunverici tərəfindən müəyyən edilmiş əqdin etibarsızlığı hallarından hər hansı birinin mövcudluğuna dair iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Halbuki məsələyə sübutetmə yükü aspektindən yanaşdıqda sözügedən halları n sübut edilməsi hazırkı mülki işdə məhz iddiaçının üzərinə düşür.
54. Kollegiya qeyd etmişdir ki, iddiaçı onun borcunun 5820 manat olmasını qeyd etsə də, onun həmin məbləğdə borcunun olması iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyləri ilə də müəyyən olunmamışdır.
55. Lizinq müqaviləsinin predmeti olan “Volkswagen Passat” markalı (BAN 1VWBH7A30DC086544), **-PE-*** dövlət nömrə nişanlı avtomobil lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir (Mülki Məcəllənin 748-2.1-ci maddəsi). İşin hallarına görə lizinq alan tərəfindən lizinq verən qarşısında öhdəlik tam olaraq icra edilməmişdir. Belə olan halda, avtomobilin lizinq verənin mülkiyyətindən alınaraq lizinq alanın mülkiyyətinə verilməsi əsassızdır.
56. Apellyasiya kol legiyası vurğulamışdır ki, İddiaçı lizinq müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etmədiyindən, cavabdeh müqavilə üzrə yaranmış borcun qarşılıqlı iddia üzrə cavabdehlərdən tutulmasını tələb etməklə haqlı olmuşdur. 57. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair 14 may 2015-ci il tarixli qərarında qeyd olunmuşdur ki,... Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinin ödəniş vasitəsi müddəası görülmüş iş, göstərilmiş xidmət, satılmış mal və s. müqabilində ödənişin həyata keçirilməsi, habelə icbari ödənişlərin (vergi, sosial sığort a və s.) aparılması hallarını nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin pul öhdəliyi manatla ifadə edilməlidir müddəası kredit (borc) müqavilələri üzrə pul öhdəliklərinin predmetini xarici valyuta da təşkil edə bildiyindən, həmin öhdəliklərdən irəli gələn münasibətlərə şamil olunmur.
58. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qeyd olunan qərarda formalaşdırdığı hüquqi mövqeyə görə,... kredit müqaviləsi pul öhdəliyinin əmələ gəlməsinin əsaslarından biridir. Pul öhdəliyi alğı-satqı, icarə, podrat, xidmət və digər müqavilələr əsasında da əmələ gələ bilər. Həmin müqavilələr üzrə pul ödəniş vasitəsi kimi çıxış edir və onları tənzimləyən Mülki Məcəllənin normalarında söhbət pulun məhz ödənilməsindən gedir. Alğısatqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır... Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 439.1-ci maddəsinin pul öhdəliyi manatla ifadə edilməlidir müddəası əqdin predmetini pulun özü təşkil etdiyi hallara şamil olunmur və bu maddə Konstitusiyanın 19-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş Azərbaycan Respublikasının ərazisində ödəniş vasitəsi kimi yalnız manatın işlədilməsi müddəasını inkişaf etdirir. Bu baxımdan, Mülki Məcəllənin 439.1- ci maddəsinin ikinci cümləsində “əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər müddəası ölkə ərazisində ödəniş vasitəsi kimi xarici valyutanın istifadəsini deyil, tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxs olduqda, müqavilənin qiymətini (dəyərini) xarici valyutada müəyyənləşdirmək hüququnu təsbit edir...Mülki Məcəllənin 439.1-ci maddəsinin ikinci cümləsindən fərqli olaraq, Məcəllənin 439.2-ci maddəsinin birinci cümləsində xarici valyutada olan pul öhdəliyinin tərəflərindən birinin xarici fiziki və ya hüquqi şəxs olması müəyyənləşdirilməmişdir. Həmçinin bu maddə müəyyən edir ki, xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə və ödəniş in xarici valyutada aparılması müqavilədə nəzərdə tutulmursa, o, manatla ödənilir və yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti ilə aparılır. Konstitusiyanın 19-cu maddəsinin İİİ hissəsindən çıxış edərək belə nəticəyə gəlmək olar ki, bu norma əqdin predmeti kimi yalnız pulun özü çıxış etdiyi hallara şamil olunur.
59. Qeyd olunanlara əsasən apellyasiya kollegiyası hesab etmişdir ki, borc məbləği ABŞ dolları ilə deyil, manatla tutulmalıdır. Belə ki, Lizinq müqavilənə əsasən bu lizinq müqaviləsi üzrə borc öhdəliyi şərti maliyyə vahidi ilə ifadə olunur. Bir şərti maliyyə vahidi öhdəliyin yaranma tarixinə, Azərbaycan Mərkəzi Bankının müəyyən etdiyi bir ABŞ dollarının Azərbaycan manatına bərabər olan məbləği təşkil edir.
60. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, müqavilədə ödəniş şərti maliyyə vahidi ilə ifadə olunsa da, belə bir ödəniş vahidi mövcud olmamaqla yanaşı, ödənişin faktiki olaraq ABŞ dolları ilə ödənilməsi müəyyən olunmuşdur.
61. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20172 saylı, 17 oktyabr 2019-cu il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən 20 fevral 2015-ci il tarixli, 871/043/2015 saylı X12 müqaviləsinə əsasən İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə olan borcu 12688,48 şərti maliyyə vahidi həcmində müəyyən edilmişdir. Ekspert tədqiqatının dəyəri 150 (bir yüz əlli) manat təşkil etmişdir.
62. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/426 saylı, 22 aprel 2020-ci il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilənlərə əsa sən iş materiallarında olan sənədlərdən (maliyyə arayışı məlumatları), 20.02.2015-ci il tarixli, 871/043/2015 saylı öhdəliyin verilməsi haqqında müqavilənin qeyd olunan şərtləri nəzərə alınmaqla İddiaçı 20 fevral 2018-ci il tarixli və 29 aprel 2019-cu il tarixlərə “xxxx” QSC-yə olan borcu 6205,03 manat müəyyən edilir. 14999,91 manat -8794,88 manat=6205,03 manat.
63. Həmin Mərkəzinin 9/301 saylı, 31 avqust 2020-ci il tarixli əlavə məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən iş materiallarında olan sənədlərdən (maliyyə arayışı məlumatları), 20.02.2015-ci il tarixli, 871/043/2015 saylı öhdəliyin verilməsi haqqında müqavilənin qeyd olunan şərtləri nəzərə alınmaqla İddiaçı 20 fevral 2018-ci il tarixli və 29 aprel 2019-cu il tarixlərə “xxxx” QSC-yə olan əsas və mükafat borcu 6205,03 manat müəyyən edilir. 14999,91 manat -8794,88 manat=6205,03 manat. Bundan başqa iş materiallarında olan sənədlərdən (maliyyə arayışı məlumatları) 20.02.2015-ci il tarixli, 871/043/2015 saylı öhdəliyin verilməsi haqqında müqavilənin 3.5-ci bəndində qeyd olunan şərtləri nəzərə alınmaqla İddiaçı 29 aprel 2019-cu il tarixə “xxxx” QSC-yə olan gecikdirilmiş borcu (cərimə borcu) 1330,98 manat məbləğində müəyyən edilir.
64. Apellyasiya məhkəməsi hesab etmişdir ki, apellyasiya baxışında keçirilmiş ekspertizaların rəyləri mülki prosessual qanunvericiliyin və Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab etmişdir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizalarının rəyləri mötəbər sübut kimi qiymətləndirilməlidir. Odur ki, iddia əsas və faiz borcu hissəsində qismən təmin edilməli, İddiaçı və X5 Cavabdeh QSC xeyrinə əsas və faiz borcu üzrə 6205,03 manat məbləğində pul tutulmalıdır.
65. Kollegiya qarşılıqlı iddia üzrə cavabdehlərdən tutulmalı olan dəbbə pulu olan 3502,54 ABŞ dolları məbləğinə qiymət verərək hesab etmişdir ki, işin halları nəzərə alınmaqla, tənasübsüz surətdə yüksək olan həmin məbləğ azaldılaraq, qarşılıqlı iddia üzrə cavabdehlərdən 600 manat məbləğində dəbbə pulunun ( cərimənin) tutulması tərəflərin maraqlarına uyğun hesab edilməlidir. Həmçinin qarşılıqlı iddia Cavabdeh QSC-yə məxsus olan 1 ədəd “Volkswagen Passat” markalı, 10-PE063 dövlət qeydiyyat nişanlı minik avtomobilinin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı geri alınaraq Cavabdeh QSC-yə verilməsi hissəsində təmin edilməlidir.
66. Kollegiya apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar ətraflı araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
67. Kassasiya şikayətlərinin bir sıra dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin h allar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradılmış və onların dəlillərinə müvafiq qiymət verilmişdir. Odur ki, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
68. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin olunmamalıdır.
69. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2173/2020 nömrəli iş üzrə 30 sentyabr 20 20-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.