Məhkəmə qərarları › İş №2(102)-2428/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2428/2019

16.04.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2428/2019 16.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC, X4, Cavabdeh2 MMC və “xxxx” MMC-yə qarşı “qeyri-yaşayış sahələrindən çıxarılma, boşaldılması, icarə haqqının və zərərin əvəzinin ödənilməsi, vergi orqanı tərəfindən aparılmış qeydiyyatın ləğv edilməsi barədə ilkin iddia, Cavabdeh1 MMC-nin İddiaçı qarşı alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, mülkiyyət hüququnun tanınması, çəkilmiş xərclərin əvəzinin ödənilməsi barədə qarşılıqlı iddia, müstəqil tələb irəli sürən üçüncü şəxs X1nun İddiaçı, X1, Cavabdeh2 MMC və Cavabdeh1 MMC-yə qarşı qeyri-yaşayış sahələrinin istifadəyə verilməsi və sair tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 28 dekabr 2018-ci il tarixli qərardadından Cavabdeh2 MMC tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 28 avqust 2018-cı il tarixli qərardadı ilə (hakim F.Qasımov) Cavabdeh2 MMC, “işin məhkəmə aidiyyətinin dəyişdirilməsi barədə” vəsatətlə müraciət edərək, işin 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi barədə vəsatəti rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 28 dekabr 2018-ci il tarixli qərardadı ilə (sədrlik edən M.Məmmədov, hakimlər X.Sarıyev və X.Şamayev) Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 28 avqust 2018-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Cavabdeh2 MMC kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 28 dekabr 2018-ci il tarixli qərardadının ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı İddiaçı cavabdehlər Cavabdeh1 MMC, X4, Cavabdeh2 MMC və “xxxx” MMC-yə qarşı “qeyri-yaşayış sahələrindən çıxarılma, boşaldılması, icarə haqqının və zərərin əvəzinin ödənilməsi, vergi orqanı tərəfindən aparılmış qeydiyyatın ləğv edilməsi barədə ilkin iddia tələbinə dair iddia vermişdir. Mülki işə baxılması zamanı Cavabdeh1 MMC İddiaçı qarşı alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, həmin əmlak üzərində MMC-nin mülkiyyət hüququnun tanınması, əmlakların yaxşılaşdırılması üçün çəkilmiş xərclərin əvəzinin – 2.105.550 manat məbləğində pulun iddiaçıdan tutularaq MMC-yə ödənilməsi barədə qarşılqılı iddia vermişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X9 cavabdehlər İddiaçı, Azadxan Xanməmmədov, Cavabdeh2 MMC və Cavabdeh1 MMC-yə qarşı iddia ərizəsi verərək, onunla İddiaçı arasında 03.09.2015-ci il tarixdə bağlanmış və Bakı Şəhəri 32-ci Notariat Kontoru tə rəfindən təsdiq edilmiş “İcarə müqaviləsinə” əsasən şərti olaraq 1-ci əmlak kimi qeyd edilmiş qeyri-yaşayış sahəsinin onun istifadəsinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra İddiaçı müstəqil tələb irəli sürən üçüncü şəxs X5rşı qarşılıqlı iddia tələbi irəli sürərək mübahisələndirilən hər 4 əmlakla bağlı onunla X9 arasında 03.09.2015ci il tarixdə bağlanmış və Bakı Şəhəri 32-ci Notariat Kontoru tərəfindən təsdiq edilmiş “İcarə müqavilələrinin” ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki işə Rayon Məhkəməsində baxılan zaman Cavabdeh2 MMC, “işin məhkəmə aidiyyətinin dəyişdirilməsi barədə” vəsatətlə müraciət edərək, işin 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən y uxarıda qeyd olunan məhkəmə aktı qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM 24.2-ci maddəsinə görə, mübahisənin ümumi məhkəməyə və ya inzibatiiqtisadi məhkəməyə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, yaxud mübahisənin predmeti və ya hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. MPM-nin 25.1-ci maddəsinə görə, mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi, inzibati və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tə rəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. MPM-nin 26.1-ci maddəsinə görə, idarə və ya digər mənsubiyyətindən və tabeliyindən asılı olmayaraq, hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər arasında iqtisadi mübahisələr üzrə işlər mülki icraat qaydasında inzibati-iqtisadi məhkəməyə aiddir. İş materiallarından görünür ki, hazırki iş üzrə ilk iddia üzrə cavabdehlərdən biri – Faiq Seyidov və İddiaçı fiziki şəxslərdir. İddiaçı, sahibkar statusuna malik olsa da, hazırki mübahisəni n onun sahibkarlıq fəaliyyətindən irəli gəlməsi iş materialları ilə təsdiq edilmir. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərardadın ləğv edilməsinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 28 dekabr 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar