Məhkəmə qərarları › İş №2(102)-2430/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2430/2020

29.06.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2430/2020 29.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İmanov Turqut Muxtar oğlunun katibliyi, İddiaçı “xxxx” MMC-nin nümayəndəsi Nümayəndə1, cavabdehlər Cavabdeh3, Cavabdeh1nın və Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh4, X8, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və X5 qarşı “mənzildən köçürülmə” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası nın 25 oktyabr 2019-cu il tarixli 2(103)-10569/2019 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər Cavabdeh4, X8, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və X5 qarşı “mənzildən köçürülmə” tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 nömrəli qərarı ilə müəyyən edilən sosial vəzifələrin həlli ilə əlaqədar “xxxx” MMC Bakı şəhərinin Nizami rayonu ərazisində istismar müddəti bitmiş, qəzalı vəziyyətdə olan yataqxana tipli iki mərtəbəli binaların sökülərək yerində müasir t ələblərə cavab verən, çoxmərtəbəli binaların tikintisini həyata keçirir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 15 aprel 2014-cü il tarixli 158 saylı sərəncamına əsasən Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi ilə Kamil Balakişiyev küçəsinin kəsişməsindəki 2439-cu məhəllədə yerləşən 3.2 ha torpaq “xxxx” MMC-nin istifadəsinə verilmişdir. Həmin sərəncama uyğun verilən torpaq ayrıc aktına əsasən torpaq sahəsi iki hissədən ibarətdir. Birinci hissədə 1 və 2 saylı binalar, ikinci hissədə 3, 4 və 5 saylı binalar planlaşdırılmışdır. 1 və 2 saylı binaların tikintisi artıq başa çatdırılmışdır. İkinci hissədə də 4 saylı binanın tikinti-quraşdırma işləri yekunlaşmaq üzrədir. Həmin binanın tikintisi yekunlaşdıqdan sonra 3 və 5 saylı binaların tikintisinə başlanılması planlaşdırılır. Lakin cava bdehlərin yaşadıqları mənzillərdən köçürülməsi yubandığı üçün həmin binaların tikintisinə başlamaq mümkün deyil. “xxxx” MMC həmin ərazidə sökülməsi planlaşdırılan yaşayış binalarının sakinləri ilə müqavilə bağlayaraq sakinlərin əksəriyyətini artıq köçürüb və 79 sakinə hər ay 35.000 manat məbləğində kirayə haqqı ödəyir. Ötən ilin əvvəlindən indiyə qədər cavabdehlərlə aparılan danışıqların müsbət nəticə verməməsi ilə əlaqədar “xxxx” MMC-nə külli miqdarda zərər dəymişdir. Digər tərəfdən, mənzillərdən köçürülən yə evləri artıq sökülən sakinlər Baş Plan üzrə 3 və 5 saylı binaların tikintisinin yubadılmasından dərin narahatçılıq keçirirlər. Cavabdehlər həmin ərazidə ötən əsrin 5060-cı illərində inşa edilən binalardakı mənzillərdə yaşayırlar. Həmin binaların istismar müddətinin bitdiyi, qəzalı və ziyyətdə (binanın qəzalı vəziyyətdə olduğu aktlaşdırılıb) olduğu, həmin binalarda yaşayan sakinlərin 90 faizinin artıq qəzalı mənzillərdən köçürüldüyü nəzərə alınsa, cavabdehlərin həmin qəzalı binalarda yaşamaqda davam edərək yeni, daha müasir və geniş mənzillərə köçməklə bağlı iddia tərəfinin təkliflərindən imtinasını sağlam məntiqlə izah etmək mümkün deyil. Cavabdehlərin mülkiyyətində olan mənzillərin sahələrinə 20 faiz əlavə etməklə “xxxx” MMC-nin vəsaiti hesabına mənzil sahəsi ilə təmin edilməsi, mənzillərdən müvəqqəti kirayə mənzillərə köçürülməsi ilə bağlı konkret təkliflər cavabdehlərə təqdim olunsa da, cavabdehlər həmin təklifləri qəbul etməmişlər. Cavabdehlərdən Cavabdeh3 mənzilinin hər kvadratmetrinə 2000 manatdan yuxarı nağd pulun verilməsini, digər sakinlər isə mülkiyyətlərin dəki iki otaqlı mənzillərin əvəzinə üç otaqlı mənzillərin verilməsini və yaxud iki otaqlı təmirli mənzillərdən əlavə bir otaqlı təmirsiz mənzilin verilməsini tələb edirlər ki, bu halda cavabdehlərin mülkiyyət hüquqlarından sui-istifadə halı mübahisəsizdir. Yaranmış vəziyyətdə mübahisənin məhkəmə qaydasında həlli zəruridir. Cavabdehlərin həmin hərəkətləri məhz hüquqdan sui-istifadədir. Cavabdehlər, tərəflərindən qorunan mülkiyyət hüququndan həm “xxxx” MMC-nə, həm də artıq mənzillərindən köçürülən və yeni tikiləcək binalarda mənzillərini gözləyən sakinlərin mənafeyinə ziyan vuran şəkildə sui-istifadə edirlər ki, onların bu hüquqdan sui-istifadəsinə qanunvericilik qaydasında yol verilməməlidir. Cavabdehlər - Cavabdeh4 Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi 23 saylı evin 1 saylı, 2 o taqlı, sahəsi 52.36 kv.m olan mənzilindən çıxarılması və həmin mənzilin əvəzinə ona ünvandə “xxxx” MMC tərəfindən inşa ediləcək 3 saylı binada sahəsi 75 kv.m olan 2 otaqlı,15 saylı, 4-cü mərtəbədə yerləşən tam təmirli mənzilin iki il müddətinə təhvil verilməsi, X6 Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi 23 saylı evin 2 otaqlı 3 saylı, ümumi sahəsi 56 kv.m olan mənzilindən çıxarılması və həmin mənzilin əvəzinə ona ünvandə “xxxx” MMC tərəfindən inşa ediləcək 3 saylı binada sahəsi 75 kv.m olan 2 otaqlı, 24 saylı, 5-ci mərtəbədə yerləşən tam təmirli mənzilin iki il müddətinə təhvil verilməsi, Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi 33 saylı evin 3 otaqlı, 3 saylı, ümumi sahəsi 67.4 kv.m olan mənzilindən çıxarılması və həmin mənzilin əvəzinə onlara ünvan də “xxxx” MMC tərəfindən inşa ediləcək 3 saylı binada sahəsi 89 kv.m olan 3 otaqlı, 33 saylı, 6-cı mərtəbədə yerləşən tam təmirli mənzilin iki il müddətinə təhvil verilməsi, Cavabdeh3 Bakı şəhəri, Nünvan 1, ümumi sahəsi 51.77 kv.m olan mənzilindən çıxarılması və həmin mənzilin əvəzinə ona ünvandə “xxxx” MMC tərəfindən inşa ediləcək 3 saylı binada sahəsi 75 kv.m olan 2 otaqlı, 31 saylı, 6-cı mərtəbədə yerləşən tam təmirli mənzilin iki il müddətinə təhvil verilməsi, X3 Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi 35/37 saylı evin 3 otaqlı, 8 saylı, ümumi sahəsi 61.74 kv.m olan mənzilindən çıxarılmasına və həmin mənzilin əvəzinə ona ünvandə “xxxx” MMC tərəfindən inşa ediləcək 3 saylı binada sahəsi 85 kv.m olan 2 otaqlı, 40 saylı, 7-ci mərtəbədə yerləşən tam təmirli mənzilin iki il müddəti nə təhvil verilməsi, köçürülən cavabdehlərin yeni yaşayış binası tikilənədək müvəqqəti olaraq yaşadıqları əraziyə yaxın yerdə kirayədə yaşamaları üçün iki il müddətinə hər ay 350 manat kirayə haqqı ödənilməsi öhdəliyinin “xxxx” MMC-nin üzərinə qoyulması, cavabdehlər kirayə mənzillərə köçürüldükdən sonra Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi 35/37 saylı, 33 saylı və 23 saylı binaların sökülməsi öhdəliyinin “xxxx” MMC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim Sadıqov Məzahir) 2(007)-1218/19 saylı, 29 mart 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İkram Şirinov – sədrlik edən və məruzəçi, Tofiq Səmədov, Elşən Kazımov) 25 oktyabr 2019-cu il t arixli 2(103)-10569/2019 nömrəli qətnaməsi ilə cavabdeh X7 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1218/19 saylı, 29 mart 2019-cu il tarixli qətnaməsi ona aid hissədə ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək iddia ona aid hissədə rədd edilmiş, iddiaçıya həmin hissədə əsl olan cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilmiş, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməyərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1218/19 saylı, 29 mart 2019-cu il tarixli qətnaməsi onların apelyasiya şikayətlərinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmış, apelyasiya şikayətlərinin verilməsi ilə bağlı ödənilmiş dövlət r üsumu cavabdehlərin özlərinə aid edilmişdir. Cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 kasasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 oktyabr 2019-cu il tarixli 2(103)-10569/2019 nömrəli qətnaməsinin ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə əsassız olaraq həmin ərazidə aparılan tikintini pilot layihəsi çərçivəsində aparılan layihə kimi təqdim etsə də, əslində bu layihə pilot layihələr qisminə aid deyildir. Həmin tikinti üçün hər hansı bir qanuni icazə yoxdur və buna dair Şəhərsalma və Arxitektura idarəsində də müvafiq qeydiyyat da aparılmamışdır. Bundan əlavə, məhkəmə cavabdehlərin bank qarşısında hazırda yaş adıqları mənzil üzrə öhdəliyə malik olmalarını və mənzildən məhrum olunduqları təqdirdə öhdəliklərinin icrasının mümkünsüzlüyünü nəzərə almadan qanunla qorunan hüquqlarının pozulması ilə nəticələnən qətnamə çıxarmışdır. Apelyasiya instansiyası məhkəməsi apelyasiya şikayətində göstərilən dəlillərə heç bir hüquqi qiymət verməmiş, sadəcə olaraq qətnamədə qeyd etmişdir ki, iddia tələbini təmin etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə bununla da işini bitmiş hesab etmişdir. Qətnamə qəbul edilərkən yol verilən digər bir prosessual pozuntu isə məhkəmə iclasının vaxtı və yeri barədə onlara məlumat verilməməsindən ibarətdir. Qeyd olunanlar isə öz növbəsində Azərbaycan Respublikası MPM-in 134, 138 və 227-ci maddələrinin tələblərinin pozulmasına gətirib çıxarmışdır. PROSESSUAL M ƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 tərəflər arasında razılıq əldə olunduğunu və buna görə də, kasasiya şikayətini müdafiə etmədiklərini, kasasiya şikayətinin həllinin məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. İddiaçı “xxxx” MMC-nin nümayəndəsi Nümayəndə1 da məhkəmə kollegiyasının iclasında kassatorların vəkili və nümayəndəsinin dediklərini təsdiq etmişdir. Digər proses iştirakçıları işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını müm kün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qətnamədən yalnız cavabdehlər Cavabdeh3, Cav abdeh1, Cavabdeh2 kasasiya şikayəti verdiyindən qətnamə onlara aid hissədə yoxlanılır. Məhkəmələr tərəfindən işin müəyyən edilən hallarından görünür ki: Bakı Şəhər İcra Hakimiyyəti başçısının 15 aprel 2014-cü il tarixli 158 nömrəli sərəncamının surətindən görünür ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin 12 avqust 2013-cü il tarixli 03 nömrəli müraciəti nəzərə alınaraq, Nizami rayonu, Ş.Mirzəyev küçəsi ilə K.Balakişiyev küçəsinin kəsişməsindəki 2439-cu məhəllədə mövcud 2 mərtəbəli yaşayış binalarının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün 1.2848 ha torpaq sahəsi icarə əsasında həmin Cəmiyyətin istifadəsinə verilmiş, ərazidə yerləşən yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsinin qarşılıqlı razılaşma əsas ında müvafiq qanunvericiliyə əsasən “xxxx” MMC tərəfindən həll edilməsi müəyyən edilmişdir. Sifarişçiyə tapşırılmışdır ki, layihələndirmənin vaxtı və qaydası üzrə Memarlıq və Şəhərsalma Baş İdarəsinin tapşırığını və memarlıq planlaşdırma göstərişlərini yerinə yetirsin. Bakı şəhər İcra Hakimiyyəti başçısının 12 aprel 2014-cü il tarixli 181 nömrəli sərəncamının surətindən görünür ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin 02 mart 2018-ci il tarixli 149 nömrəli müraciəti nəzərə alınaraq, Nizami rayonu, 2439-cu məhəllə, Ş.Mirzəyev küçəsi ilə K.Balakişiyev küçəsinin kəsişməsində “xxxx” MMC-nə dair verilmiş 15 aprel 2014-cü il tarixli 158 nömrəli sərəncamının 1-ci bəndində “2 mərtəbəli yaşayış binalarının” ifadəsi “yaşayış və qeyri yaşayış binalarının” ifadəsi kimi oxunması və torpaq sahəsinin ölçülərinin dəqiqləşdirilərək 3.20 ha müəyyən edilməsi qərara alınmışdır. Bakı Şəhər İcra Hakimiyyəti başçısının 16 aprel 2015-ci il tarixli 156 nömrəli sərəncamının surətindən görünür ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin 08 aprel 2015-ci il tarixli 40 nömrəli müraciəti, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1, 75.1 və 75.6-cı maddələri, 15 aprel 2014-cü il tarixli 158 nömrəli sərəncam nəzərə alınaraq, Nizami rayonu, Ş.Mirzəyev küçəsi ilə K.Balakişiyev küçəsinin kəsişməsindəki 2439-cu məhəllədə Baş plan üzrə 1 saylı yaşayış binasının tikintisi üçün həmin Cəmiyyətə icazə verilmişdir. Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının 16 fevral 2017-ci il tarixli 1- 1/24 nömrəli sərəncamının surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 83 nömrəli qərarı, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin 24 yanvar 2017-ci il tarixli 04 nömrəli müraciəti, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1, 75.1 və 75.6-cı maddələri, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 15 aprel 2014-cü il tarixli 158 nömrəli sərəncamı və 11 oktyabr 2016-cı il tarixli 8-03/872 nömrəli məktubu ilə razılaşdırılmış memarlıq planlaşdırma həlli layihəsi nəzərə alınaraq, Nizami rayonu, Ş.Mirzəyev küçəsi ilə K.Balakişiyev küçəsinin kəsişməsindəki 2439-cu məhəllədə Baş plan üzrə 2 saylı yaşayış binasının tikintisi üçün həmin Cəmiyyətə icazə verilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti başçısının 24 may 2018-ci il tarixli 339 nömrəli sərəncamının surətindən görünür ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin 30 aprel 2018-ci il tarixli 178 nömrəli müraciəti, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1, 75.1 və 75.6-cı maddələri, 15 aprel 2014-cü il tarixli 158 nömrəli sərəncam nəzərə alınaraq, Nizami rayonu, 2439-cu məhəllə, Ş.Mirzəyev küçəsi ilə K.Balakişiyev küçəsinin kəsişməsində Baş plan üzrə 4 saylı yaşayış binasının tikintisi üçün həmin Cəmiyyətə icazə verilmişdir. “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 83 nömrəli qərarında göstərilmişdir ki, Bakı şəhəri Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı və Xəzər Rayon İcra Hakimiyyətləri aid iyyəti üzrə 5 il müddətinə aşağıdakıları həyata keçirsinlər: mülkü, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən Suraxanı rayonu üzrə 3828 nəfərin yaşadığı, 1127 mənzildən ibarət olan uzunmüddətli istismar nəticəsində yararsız vəziyyətə düşmüş 63 yaşayış binasının,....Nizami rayonu üzrə keçən əsrin 50- 60-cı illərində inşa edilmiş, 5395 nəfərin yaşadığı 1779 mənzildən ibarət 131 yaşayış binasının..., habelə bu rayonların ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırılma sənəd lərinin hazırlanmasını (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsini; mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri və ya cəlb ediləcək kredit vəsaitləri hesabına inşa olunacaq çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya isti fadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasını; qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasını və digər işləri həyata keçirsinlər. Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 19 iyun 2014-cü il tarixdə təsdiq edilm iş “Torpaq sahəsinin ayılmasına və tikintinin layihələndirilməsinə dair” 12906 nömrəli inşaat pasportunun surətindən görünür ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin sifarişçisi olduğu Nizami rayonu, 2439-cu məhəllədə yerləşən, Ş.Mirzəyev küçəsi ilə K.Balakişiyev küçəsinin kəsişməsindəki çoxmərtəbəli yaşayış binalarına inşaat pasportu verilmiş, həmin yaşayış binaları Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, Fövqəladə Hallar Nazirliyinin X11 Xidməti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsi, “xxxx” ASC, “xxxx” ASC, Dövlət Neft Şirkəti “Azəriqaz” İB, “Bakı Telefon Rabitəsi” İB, “xxxx” ASC və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Dövlət Aerogeodeziya Müəssisəsi ilə razılaşdırılmış, rəylər və texniki şərtlər alınmışdır. Bakı Şəhər İcra Hakimiyyətinin Əsaslı Təm ir və Tikinti şöbəsi, Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti, “Bakımənzilkommunlayihə” Layihə İnstitutu, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi “Azərdövləttikintilayihə” Dövlət Layihə İnstitutunun texniki şöbəsi, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinin Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırma şöbəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Azərbaycan İnşaat və Memarlıq X1, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Mənzil-Kommunal Siyasəti şöbəsi, Nizami Rayon İcra Hakimiyyəti və Nizami rayon MKTD-nın 3 nömrəli Xüsusi Təyinatlı MKTB-nın müvafiq vəzifəli şəxslərinin iştirakı ilə 10 fevral 2016-cı il tarixdə tərtib və təsdiq edilmiş aktların surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2015-ci il tarixli 17/17/5185-12 nömrəli dərkənarı ilə yaşayış evlərinin texniki vəziyyətinin bir daha araşdırılması və Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 22 dekabr 2015-ci il tarixli 542 nömrəli sərəncamının icrası ilə əlaqədar ünvan 1 ünvanlarında yerləşən yaşayış evlərinə texniki baxış keçirilmişdir. Texniki baxış zamanı müəyyən edilmişdir ki, 23 nömrəli bina 1958-ci ildə inşa olunmuşdur, 2 mərtəbəlidir, mənzillərin saylı 4-dür. Binanın bünövrəsi dəmir-beton lentvaridir, divarların bəzi hissələrində çatlar var, yükdaşıyan konstruksiyalarda aşınmalar var, eyvanı, karniz elementləri qəzalı vəziyyətdədir. Dam örtüyünün texniki vəziyyəti qeyri-qənaətbəxşdir. Komissiyanın rəyinə əsasən yaşayış evinin istismar müddəti bit mişdir, texniki vəziyyəti qeyri-qənaətbəxşdir, şəhərsalma və tikinti normalarına cavab vermir; 33 nömrəli bina 1955-ci ildə inşa olunmuşdur, 2 mərtəbəlidir, mənzillərin saylı 4-dür. Binanın bünövrəsi dəmir-beton lentvaridir, divarların bəzi hissələrində çatlar var, yükdaşıyan konstruksiyalarda aşınmalar var, eyvanı, karniz elementləri qəzalı vəziyyətdədir. Dam örtüyünün texniki vəziyyəti qeyri-qənaətbəxşdir. Komissiyanın rəyinə əsasən yaşayış evinin istismar müddəti bitmişdir, texniki vəziyyəti qeyri-qənaətbəxşdir, şəhərsalma və tikinti normalarına cavab vermir; 35/57 nömrəli bina1978-ci ildə inşa olunmuşdur, 2 mərtəbəlidir, mənzillərin saylı 12-dir. Binanın bünövrəsi dəmir-beton lentvaridir, divarların bəzi hissələrində çatlar var, yükdaşıyan konstruksiyalarda aşınmalar var, eyvanı, karni z elementləri qəzalı vəziyyətdədir. Dam örtüyünün texniki vəziyyəti qeyri-qənaətbəxşdir. Komissiyanın rəyinə əsasən yaşayış evinin istismar müddəti bitmişdir, texniki vəziyyəti qeyri-qənaətbəxşdir, şəhərsalma və tikinti normalarına cavab vermir. Daşınmaz əmlakın dövlət reyestrindən RX Seriyalı ******* nömrəli və RX Seriyalı ******* nömrəli çıxarışların surətindən görünür ki, 67.4 kv.m ümumi sahəsi olan Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi ev 33, mənzil 3 paylı mülkiyyət hüququ üzrə 1/2 hissədə 12 fevral 2018-ci il tarixdə Cavabdeh2 və Cavabdeh1nın adına qeydiyyata alınmışdır. Daşınmaz əmlakın dövlət reyestrindən RX Seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, 50.4 kv.m ümumi sahəsi olan ünvan 2 tam payda 15 may 2014-cü il tarixdə Cavabdeh3 adına qeydiyyata alınmışd ır. Daşınmaz əmlakın dövlət reyestrindən RX Seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Cavabdeh3 məxsus ünvan 2, 08 may 2014-cü il tarixli 073 nömrəli kredit müqaviləsinin təminatı qismində 20 may 2014-cü il tarixdə “xxxx” ASC-nin xeyrinə qeydiyyata alınmışdır. “xxxx” ASC ilə Cavabdeh3 arasında bağlanmış 08 may 2014-cü il tarixli 073 nömrəli kredit və ipoteka müqavilələrinin surətindən görünür ki, Cavabdeh3 300 ay (25 il) müddətinə, illik 6 faiz ödəmək şərti ilə 50.000 manat məbləğində kredit verilmiş, o, həmin kredit vəsaitinin təminatı qismində ünvan 2 ünvanını ipoteka qoymuşdur. Birinci instansiya məhkəməsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və Cavabdeh3 münasibətdə iddia tələbini təmin edərkən qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən, Bakı ş əhərinin bir sıra rayonlarının, o cümlədən Nizami rayonunun sosialiqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə 25 fevral 2016-cı il tarixli 83 nömrəli qərar qəbul edilmişdir. Bu qərardan irəli gələrək Bakı Şəhər İcra Hakimiyyəti başçısının 15 aprel 2014-cü il tarixli 158 nömrəli sərəncamına əsasən iş üzrə iddiaçının 12 avqust 2013-cü il tarixli 03 nömrəli müraciəti nəzərə alınaraq, Nizami rayonu, Ş.Mirzəyev küçəsi ilə K.Balakişiyev küçəsinin kəsişməsindəki 2439-cu məhəllədə mövcud yaşayış və qeyri-yaşayış binalarının sökülərək yerində çoxmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün 3.20 ha torpaq sahəsi icarə əsasında həmin Cəmiyyətin istifadəsinə verilmiş, ərazidə yerləşən yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödə nilməsinin qarşılıqlı razılaşma əsasında müvafiq qanunvericiliyə əsasən iddiaçı tərəfindən həll edilməsi müəyyən edilmişdir. Sərəncamı icra edən iddiaçı “xxxx” MMC tərəfindən cavabdehlərin mülkiyyət hüququ tanınır, qorunur, onlar tərəfindən cavabdehlərin mülkiyyət hüququnun pozuntusu hallarına yol verilməmişdir, cavabdehlərə mülkiyyətlərində olan əmlakın müqabilində ədalətli təkliflər edilir. Bu isə, cavabdehlərin öz mülkiyyətlərində olan yaşayış sahələrindən qanunsuz və əsassız olaraq çıxarılmaları kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bakı şəhər İcra Hakimiyyətinin məlum sərəncamı Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi nöqteyi-nəzərindən icra olunmalıdır. Apelyasiya məhkəməsi müəyyən etmişdir ki, hazırkı işin hal ları baxımından tərəflər arasında fikir ayrılığı söküləcək mənzillərin yerinə veriləcək mənzillərin ölçüsü ilə bağlıdır. İddiaçı tərəfindən cavabdehlərin mülkiyyətində olan mənzillərin sahələrinə 20 faiz əlavə etməklə onların yeni mənzil sahəsi ilə təmin edilməsi, mənzillərdən müvəqqəti kirayə mənzillərə köçürülməsi ilə bağlı konkret təkliflər cavabdehlərə təqdim olunsa da, cavabdehlər həmin təklifləri qəbul etməmişlər. Apelyasiya məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq hesab etmişdir ki, iddiaçının irəli sürdüyü təkliflər günün tələblərindən də artıqdır və kifayət qədər ədalətli və ağlabatandır, belə olan halda, cavabdehlərin müvafiq razılaşmaya getmədən, mənzilin hər kvadratmetrinə 2000 manatdan yuxarı nağd pulun verilməsi, iki otaqlı mənzilləri n əvəzinə üç otaqlı mənzillərin verilməsi və ya iki otaqlı təmirli mənzillərdən əlavə bir otaqlı təmirsiz mənzilin verilməsini tələb etməsi cavabdehlərin mülkiyyət hüquqlarından sui-istifadə halıdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin 1-ci hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyasının 13-cü maddəsinin İ və İİİ hissələrində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. AİHK-in 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olar aq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Mahiyyət etibarı ilə mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif normadan ibarətdir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; nəhayət, ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüquq una malikdirlər. İkinci və üçüncü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır, buna görə də onlar birinci normada bəyan edilən ümumi prinsip baxımından şərh olunmalıdır (Ceyms və başqaları Birləşmiş Krallığa qarşı iş). Avropa Məhkəməsinin presedent hüququna əsasən, müdaxilə - “qanunla nəzərdə tutulmuş şərtlərə” uyğun olaraq həyata keçirilməli; “ictimai marağa” uyğun olmalı və mülkiyyətçinin hüquqları və cəmiyyətin maraqları arasında “ədalətli tarazlığı” müəyyən etməlidir. Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hü quq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahə sində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Ona görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarı). Göstərilən hüquqi mövqelərə əsaslanaraq qeyd olunmalıdır ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qan unverici tərəfindən tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə, həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması fərqli yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətləri iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlid ir. Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.20-ci maddəsinə görə, tikinti obyektinin yenidən qurulması (rekonstruksiyası) – obyektin mövcud təyinatının dəyişdirilməsi və ya istismar keyfiyyətinin müasirləşdirilməsi məqsədilə müvafiq layihə əsasında yeni texnologiyaların tətbiqi, yaxud yeni bina və ya qurğuların inşası, o cümlədən mühəndis-kommunikasiya təminatı xətlərinin quraşdırılması ilə bağlı tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin yerinə yetirilməsidir. Həmin Məcəllənin 4.1 və 4.2-ci maddələrinə əsasən, şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə y aranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin qorunmasından ibarətdir. Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsi, həmçinin Azərbaycan Respublikası ərazisində insan üçün əlverişli və sağlam yaşayış, iş və istirahət mühitinin yaradılması baxımından fərqlərin azaldılması və tədricən aradan qaldırılması şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətlərindəndir. Ərazi planlaşdırılması dövlət ehtiyacları və ya şəhərsalmanın məqsədləri baxımından həyata keçirilir. Ərazi planlaşdırılması şəhərsalmanın nizamlı inkişafını və torpaqların sosial baxımdan ədalətli istifadəsini təmin etməli, ictimaiyyətin rifahına uyğun olmalı, insan üçün əlverişli və sağlam ətraf mühitin təşəkkül tapmasına, həyat üçün zəruri təbii əsasların qorunmasına və inkişaf etdirilməsinə xidmət etməlidir. Ərazi planlaşdırılması sənədlərinin hazırlanması zamanı ictimai və fərdi maraqlar ədalətli şəkildə tarazlaşdırılmalıdır (Şəhərsalma və Tikinti Məcəlləsinin 17ci maddəsi). Nazirlər Kabinetinin Qərarı “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sent yabr tarixli 695 nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Bu Qərar qəzalı vəziyyətdə olan əmlakın mülkiyyətçidən alınması deyil, insanların yaşaması və ya istifadəsi üçün nəzərdə tutulmuş tikinti obyektlərində sağlam və təhlükəsiz yaşayışın təmin edilməsi üçün əmlakın yenidən qurulub, istismara yararlı vəziyyətə salınıb mülkiyyətçinin istifadəsinə qaytarılması məqsədi daşıyır Göstərilənlərə əsasən, kasasiya şikayətinin dəlillərini əsassız hesab edərək məhkəmə kollegiyası hesab edir ki, qəzalı vəqiyyətdə olan binaların sökülərək yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması həmin şəxslərin mənafeyinə və ümumi maraqlara xidmət etməklə mülkiyyət hüquqlarının əsassız və ədalətsiz məhdudlaşdırılması hesab edilə bilməz. Kasasiya şikayətində cavabdehlər məhkəmə iclasları barədə xəbərdar edilmədiklərini qeyd etmişlər, lakin şikayətin bu dəlili iş materialları ilə təkzib edilir. Belə ki, iş materiallarından görünür ki, cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, onların nümayəndəsi və vəkili Nümayəndə2 hər iki instansiya məhkəmələrində məhkəmə iclaslarının yeri və vaxtı barəsində qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilmişlər və məhkəmə iclaslarında iştirak etmişlər. Kasasiya kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin araşdırılmış halları üzrə kassatorlara aid hissədə iddianın təmin edilməsi barədə qətnamə qəbul edərkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğvi üçün qanuni əsas ola bilməz. Bu səbəbdən, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişiklik edilmədən saxlanı lmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 oktyabr 2019-cu il tarixli 2(103)-10569/2019 nömrəli qətnaməsi yoxlanılan hissədə dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar