Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2430/2023 13.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı2, İddiaçı4, İddiaçı3, İddiaçı1 Cavabdeh MMC-yə qarşı ilk, Cavabdeh MMC-nin İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 qarşı qarşılıqlı iddiası üzrə QƏRARİ (Açar sözlər: cavabdehin binadan çıxarılması, binanın idarəetməsindən kənarlaşdırılması, binaya dair əmlakın, sənədlərin Xətai rayonu Xətai Bələdiyyəsinə təhvil verilməsi, vurulmuş mənəvi zərərin ödənilməsi, aylıq xidmət haqlarının, dəymiş maddi və mənəvi zərərin tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi hakim), Əhmədova Mehparə Tofiq qızı və Həsənov Vüqar T əvəkgül oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı2, İddiaçı4, İddiaçı3, İddiaçı1 Cavabdeh MMC-yə qarşı “cavabdehin binadan çıxarılması, binanın idarəetməsindən kənarlaşdırılması, binaya dair əmlakın, sənədlərin Xətai rayonu Xətai Bələdiyyəsinə təhvil verilməsi, vurulmuş mənəvi zərərin ödənilməsi” tələbi barədə ilkin iddiası, Cavabdeh MMC-nin İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 qarşı “aylıq xidmət haqlarının, dəymiş maddi və mənəvi zərərin tutulması” qarşılıqlı iddia tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)- 875/2023 nömrəli, 10 fevral 2023-cü il tarixli qətnaməsindən iddiaçının qanuni nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə 13 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. ünvan 1 ünvanında yerləşən çoxmənzilli bina 259 mənzildən ibarətdir. Həmin binasda İddiaçı2 171 və 172-ci mənzillərin, İddiaçı4 212-ci mənzilin, İddiaçı3 169-cu mənzilin və İddiaçı1 153-cü mənzilin mülkiyyətçiləridir. Bu binanın 259 mənzilindən 230-u və bir qeyri-yaşayış sahəsi mülkiyyət hüququ əsasında MTK-nın üzvlərinə aiddir. Bina 10 dekabr 2003-cü ildə təsis edilmiş Maraqlı şəxs1 MTK tərəfindən tikilmiş, binanın inşası başa çatdıqdan sonra binanın inşaatını həyata keçirən Maraqlı şəxs1 MTK-nın təsisçiləri MTK-nın fəaliyyətini dayandıraraq Cavabdeh MMC-ni təsis etmişlər.
2. Cavabdeh MMC ilə mənzil mülkiyyətçiləri arasında (200-ə yaxın) xidmət müqaviləsi bağlanmış və bir otaqlı mənzil üçün 20 manat, iki otaqlı mənzil üçün 24 manat, üç otaqlı mənzil üçün 28 manat xidmət haqları müəyyən edilmişdir. Hazırkı iş üzrə 3 nəfər iddiaçı ilə də istinad edilən müqavilələr bağlanmışdır. 4-cü İddiaçı2 ilə müqavilə bağlanmasa da, onun tərəfindən 2021ci ilin sonunadək ödənişlər həyata keçirilmişdir.
3. Tərəflər arasında mübahisə MMC tərəfindən müəyyən edilmiş xidmət haqqının qaldırılacağı məlumatından sonra yaranmışdır. İddiaçılar artıma narazılıq bildirərək ödənişləri həyata keçirməkdən imtina etmiş və cavabdehin belə bir ödənişlərin aparılması üçün səlahiyyəti olmadığını iddia etmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat
4. İddiaçılar İddiaçı2, İddiaçı4, İddiaçı3 və İddiaçı1 Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin ünvan 1 ünvanında yerləşən çoxmənzilli binadan çıxarılması və həmin binanın idarəetməsindən kənarlaşdırılması, Cavabdeh MMC tərəfindən ünvan 1 ünvanında yerləşən çoxmənzilli binaya dair bütün sənədlərin, açarların və idarəetmə ilə bağlı digər aidiyyəti əmlakın Azərbaycan Respublikası Xətai rayonu Xətai Bələdiyyəsinə təhvil verilməsi, cavabdehdən 9.000 manat (hər iddiaçıya 2.250 manat) məbləğində vurulmuş mənəvi zərərin əvəzi, 100 manat məbləğində dövlət rüsumunun əvəzinin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçılar işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışlar ki, binanın tikintisi çoxdan tam başa çatmış, binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ MTKnın üzvlərinə keçmişd ir. Buna baxmayaraq, 2020-ci ilin ortalarınadək bina MTK tərəfindən idarə olunmuşdur. 2020-ci ildə qanunvericiliyin tələbinin pozulmasını qismən də olsa aradan qaldırmaq üçün MTK-nın faktiki rəhbəri olan və özünü binanın sahibi hesab edən X3 adlı şəxs müvafiq addımlar atmağa başlamışdır. Belə ki, o, MTK-nın fəaliyyətini dayandıraraq 10 fevral 2020-ci il tarixdə Cavabdeh MMC-ni təsis etmişdir. Cavabdehin nizamnamə kapitalı cəmi 10 manat təşkil edir. Cavabdehin öz vəsaiti faktiki olaraq yoxdur, sırf binanın sahə mülkiyyətçilərinin hesabına dolanmaq üçün yaradılmışdır. Binanın yalnız bəzi sahə mülkiyyətçiləri ilə xidmət müqaviləsi bağlayaraq cavabdeh binanı idarə etməyə başlamışdır. Lakin bunun müqabilində özünü faktiki olaraq MTK-nın varisi kimi təqdim edərək bütün sahə mülkiyyətçilərindən k ommunal haqq adlı rəsmi ödəniş tələb etməyə başlamışdır. Eyni zamanda heç bir təsdiqedici sənəd təqdim etmədən binanın qarşısındakı, arxasındakı və altındakı avtomobil dayanacaqlarında avtomobillərin saxlanılmasına görə də qeyri-rəsmi ödənişlər toplamışdır. Nə MTK, nə də cavabdeh binanı idarə etdiyi dövrdə binanın keyfiyyətli və təhlükəsiz saxlanması üçün adekvat tədbirlər görməmişdir. Binanın sahə mülkiyyətçilərinin əksəriyyəti dəfələrlə cavabdehə öz narazılığını bildirmişdir. O cümlədən binanı tərk edərək mövcud qanunvericiliyə əsasən idarəetməni sahə mülkiyyətçilərinin ümumi yığıncağına təhvil verməyi tələb etmişlər. Lakin cavabdeh müxtəlif qanunsuz yollarla, o cümlədən sahə mülkiyyətçilərini çaşdırmaqla binada qanuni özünü idarəçiliyə mane olur və qanunsuz fəaliyyətini davam etdirir.
6. Cavabdeh MMC qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 may 2022-ci il tarixədək olan müddətdə Cavabdeh MMC-yə aylıq xidmət haqlarını ödəmədiklərinə görə 153 saylı mənzilin sakini İddiaçı1 1384 manat, 169 saylı mənzilin sakini İddiaçı3 140 manat, 212 saylı mənzilin sakini İddiaçı4 168 manat, 171, 172 saylı mənzilin sakini İddiaçı2 440 manat, cəmi 2.132 manat borc məbləğinin, İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı2 fəaliyyətləri nəticəsində Cavabdeh MMC-yə dəymiş 5.163,39 manat məbləğində maddi zərərin və 10.000 manat məbləğində mənəvi zərərin, hüquqi yardıma görə vəkilə ödənilmiş 300 manat məbləğində xidmət haqqının və 172 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehlərdən alınıb iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Qarşıl ıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC X3 və X2 tərəfindən təsis olunaraq Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsi Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən qeydə alınmış və Nizamnaməyə uyğun fəaliyyət göstərərək, ünvan 1 ünvanında yerləşən çoxmənzilli binanın sakinləri ilə bağlanmış müqavilələr əsasında sözügedən binanın idarəetməsini və binanın kommunal sanitar xidmətlərini həyata keçirir, 153 saylı mənzilin sakini İddiaçı1, 169 saylı mənzilin sakini İddiaçı3, 212 saylı mənzilin sakini İddiaçı4 Cavabdeh MMC ilə müqavilələr bağlayaraq 2-ci bəndində göstərilən aylıq xidmət haqlarını ödəmədiklərinə görə 01 may 2022-ci il tarixədək olan müddətdə 153 saylı mənzilin sakini İddiaçı1 1384 manat, 169 saylı mənzilin sakini İddiaçı3 140 manat, 212 saylı mənzilin sakini İddiaçı4 168 manat, 171, 172 saylı mənzilin sakini İddiaçı2 440 manat, cəmi 2.132 manat borc yaranmışdır. Müqavilə öhdəliklərinin yerinə yetirilməməsinə görə adları sadalanan sakinlərə rəsmi olaraq pretenziyalar göndərilmiş, lakin borclar bu günədək ödənilməmişdir. Bundan başqa həmin şəxslər Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətini yaratmaq niyyəti ilə sakinlərin imzalarını toplamaq və ümumi iclas keçirmək istəmiş, lakin sakinlərin narazılığı ilə qarşılaşaraq istəklərinə nail olmadıqlarına görə dağıdıcı fəaliyyətlə məşğul olmağa başlamış və Cavabdeh MMC-nin fəaliyyətini iflic vəziyyətinə salmaq üçün müəyyən əməllərə əl ataraq hüquqi şəxs Cavabdeh MMC-nin işgüzar nüfuzunu ləkələyən və həqiqətə uyğun olmayan məlumatları açıq yaymaqla zərər vurmuşlar. Belə ki, onların Cavabdeh MMC-nin fəaliyyətinə qarşı yönəlmiş yalan təbliğatı nəticəsində 17 nəfər sakin aylıq xidmət haqlarını ödəməyi dayandırmış və nəticədə cari ilin 4 aylıq maliyyə dövrünə əsasən çıxarılmış hesabata görə Cavabdeh MMC zərərlə işləmişdir.
8. Daha sonra cavabdeh MPM-nin 53-cü maddəsinə əsasən, qarşılıqlı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə bağlanmış “kommunal xidmətlərinin göstərilməsi üzrə” müqavilələrə əsasən 01 oktyabr 2022-ci il tarixədək olan müddətdə aylıq xidmət haqlarını ödəmədiklərinə görə-01 iyun 2020-ci il tarixli 153 saylı müqavilə üzrə 153 saylı mənzilin sakini İddiaçı1 1524 manat borc məbləğinin, 01 iyun 2020-ci il tarixli 169 saylı müqavilə üzrə 169 saylı mənzilin sakini İddiaçı3 280 manat bor c məbləğinin, 01 iyun 2020-ci il tarixli 212 saylı müqavilə üzrə 212 saylı mənzilin sakini İddiaçı4 308 manat borc məbləğinin, Cavabdeh MMC-nin göstərdiyi xidmətdən müqavilə bağlamadan faktiki olaraq yararlandığı üçün 171, 172 saylı mənzilin sakini İddiaçı2 660 manat borc məbləğinin, İddiaçı1, İddiaçı3, İddiaçı4 Cavabdeh MMC ilə bağladıqları “kommunal xidmətlərinin göstərilməsi üzrə” müqavilələrə əsasən 01 oktyabr 2022-ci il tarixdən başlayaraq İddiaçı1 hər ay 28 manat, İddiaçı3 hər ay 28 manat, İddiaçı4 hər ay 28 manat aylıq xidmət haqlarını, İddiaçı2 Cavabdeh MMC-nin göstərdiyi xidmətdən müqavilə bağlamadan faktiki olaraq yararlandığı üçün 01 oktyabr 2022-ci il tarixdən başlayaraq 171 saylı mənzilə görə 20 manat, 172 saylı mənzilə görə 24 manat aylıq xidmət haqlarını, İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı2 fəaliyyətləri nəticəsində Cavabdeh MMC ilə bağlanmış “kommunal xidmətlərinin göstərilməsi üzrə” müqavilələrə əsasən 01 oktyabr 2022-ci il tarixədək olan müddətdə 59 nəfər sakinlərin aylıq xidmət haqlarını ödəmədiklərinə görə Cavabdeh MMC-yə dəymiş 13.104 manat məbləğində maddi zərərin və 10.000 manat məbləğində mənəvi zərərin, hüquqi yardıma görə vəkilə ödənilmiş 300 manat məbləğində xidmət haqqının və 172 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehlərdən alınıb iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Cavabdehin iddianın dəqiqləşməsi barədə ərizəsi dəqiqləşməsi barədə ərizəsi məhkəmə baxış iclasında verildiyindən məhkəmə tərəfindən qəbul edilməmişdir.
10. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instan siya məhkəməsi) e-2(011)-3408/2022 saylı, 07 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim: Aygün Həsənova) iddiaçılar İddiaçı2, İddiaçı4, İddiaçı3 və İddiaçı1 Cavabdeh MMC-yə qarşı Cavabdeh MMC-nin ünvan 1 ünvanında yerləşən çoxmənzilli binadan çıxarılması və həmin binanın idarəetməsindən kənarlaşdırılması, Cavabdeh MMC tərəfindən ünvan 1 ünvanında yerləşən çoxmənzilli binaya dair bütün sənədlərin, açarların və idarəetmə ilə bağlı digər aidiyyəti əmlakın Azərbaycan Respublikası Xətai rayonu Xətai Bələdiyyəsinə təhvil verilməsi, cavabdehdən 9.000 manat (hər iddiaçıya 2250 manat) məbləğində vurulmuş mənəvi zərərin əvəzi, 100 manat məbləğində dövlət rüsumunun əvəzinin ödənilməsi barədə ilkin iddia tələbinin rədd edilməsi, ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun iddiaçılar İddiaçı2, İddi açı4, İddiaçı3 və İddiaçı1 özünə aid edilməsi, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh MMC ilə bağlanmış “kommunal xidmətlərinin göstərilməsi üzrə” müqavilələrə əsasən 01 may 2022-ci il tarixədək olan müddətdə aylıq xidmət haqlarını ödəmədiklərinə görə-01 iyun 2020-ci il tarixli 153 saylı müqavilə üzrə 153 saylı mənzilin sakini İddiaçı1 1384 (min üç yüz səksən dörd) manat, 01 iyun 2020-ci il tarixli 169 saylı müqavilə üzrə 169 saylı mənzilin sakini İddiaçı3 140 (yüz qırx) manat, 01 iyun 2020-ci il tarixli 212 saylı müqavilə üzrə 212 saylı mənzilin sakini İddiaçı4 168 (yüz altmış səkkiz) manat, 171, 172 saylı mənzilin sakini İddiaçı2 440 (dörd yüz qırx) manat pul vəsaitinin tutularaq Cavabdeh MMC-yə ödənilməsi, cavabdehlər İddiaçı2, İddiaçı4, İddiaçı3 və İddiaçı1 müştərək qaydada 172 ( yüz yetmiş iki) manat dövlət rüsumunun tutularaq iddiaçı Cavabdeh MMC-yə ödənilməsi, qarşılıqlı iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisə predmeti olan hazırkı işdə istinad olunan ünvan üzrə mənzil mülkiyyətçiləri arasında ümumi yığıncaq təşkil olunmamışdır. Ümumi yığıncağın yığılması mənzil mülkiyyətçilərinin sərbəst iradə ifadəsinə əsaslanan tədbirdir. Məhkəmə ilkin iddia tələbinin “Cavabdeh MMC-nin ünvan 1 ünvanında yerləşən çoxmənzilli binadan çıxarılması və həmin binanın idarəetməsindən kənarlaşdırılması” hissəsinə qiymət verərək ilkin olaraq qeyd etmişdir ki, qanunvericiliyin tələblərinə əsasən mənzil mülkiyyətçilərinin ümumi yığıncağı əsasında binaya idarəedici təyin olunm adığı təqdirdə bu səlahiyyət binanın yerləşdiyi ərazi üzrə bələdiyyə tərəfindən həyata keçirilməlidir. Məhkəmə göstərilənlərə əsasən hesab etmişdir ki, binanın idarə edilməsi üsulu binanın sahə mülkiyyətçiləri tərəfindən ümumi yığıncaqda seçilməlidir. Ümumi yığıncaqda binanın idarəetmə üsulu mülkiyyətçilər tərəfindən seçilmədiyi təqdirdə ərazi bələdiyyəsi altı ay ərzində binanın sahə mülkiyyətçilərinin yığıncağını çağırmalıdır. Hazırkı işdə isə bu proseslərin heç biri binanın mülkiyyətçiləri tərəfindən həyata keçirilməmiş, onlar tərəfindən birbaşa məhkəməyə müraciət olunmuşdur. Daha sonra məhkəmə ilkin iddianın “çoxmənzilli binaya dair bütün sənədlərin, açarların və idarəetmə ilə bağlı digər aidiyyəti əmlakın Xətai rayonu Xətai Bələdiyyəsinə təhvil verilməsi” hissəsini araşdıraraq hesab et mişdir ki, bina mülkiyyətçilərinin əksər çoxluğu öz iradə ifadəsini bildirərək binaya xidmət göstərilməsi üçün Cavabdeh MMC-ni seçərək onunla müvafiq müqavilələr bağlamışlar. Binanın mülkiyyətçiləri ilə Cəmiyyət arasında 200-ə yaxın xidmət müqavilələri bağlanmışdır və göstərilən xidmət müqabilində mülkiyyətçilər tərəfindən xidmət haqqı ödənilir. Beləliklə işdən görünür ki, binanın əksər sakinləri idarəetmədən razı olmaqla MMC-nin kənarlaşdırılması ilə bağlı iddiaçılarla eyni mövqedə deyillər. İstinad edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbi bu hissədə də rədd edilməlidir. Eyni zamanda, məhkəmə ilkin iddianın “cavabdehdən 9.000 manat (hər iddiaçıya 2.250 manat) məbləğində vurulmuş mənəvi zərərin əvəzinin tutulması” hissəsinə də qiymət verərək hesab etmişdir ki, iddia həmin hissədə də əsassızdır. Məhkəmə iclaslarında iştirak edən ilkin iddia üzrə iddiaçılar iddianın əsasını təşkil edən halları sübuta yetirə bilməmiş, cavabdeh "xxxx" MMC-nin törətdiyi əməl nəticəsində onlara mənəvi ziyan vurulduğunu, nəticədə mənəvi iztirab çəkdiklərini qeyd etsələr də, cavabdehin qanunsuz hərəkətləri nəticəsində mənəvi sarsıntı və iztirablar keçirmələri ilə əlaqədar məhkəməyə sübut təqdim edə bilməmiş və iddia ərizəsində göstərilənlər işin hər hansı halı ilə məhkəmə iclasında müəyyən edilməmişdir. Odur ki, ilkin iddia tələbi mənəvi zərərə aid hissədə də rədd edilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinə qiymət verərək hesab etmişdir ki, qarşılıqlı iddia qismən təmin edilməlidir. Məhkəmə qeyd etmişdir ki, yaşayış binasının tərkib hissələrinin mülkiyyətçiləri birgə mülkiyyət in birgə idarəetmə xərclərində birgə iştirak etməlidirlər. Mənzil Məcəlləsinin müəyyən etdiyi tələblərə görə fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Məhkəmə belə qənaətə gəlmişdir ki, hazırkı mübahisəni tənzimləyən normalarda müqavilənin bağlanması nəzərdə tutulsa da, müqavilə azadlığı prinsipinə əsaslanmaqla cavabdehlərin belə bir müqaviləni bağlamaqdan imtinası onların mülki və mənzil qanunvericiliyində müəyyən edilmiş vəzifələri və öhdəlikləri ilə uzlaşmır və cavabdehlərin borclu olduğu ödənişləri ödəməkdən yayınması hüquqdan sui-istifadə etməsi ilə nəticələnir. Belə ki, tələb edilən xərclər binanın saxlanılması üçün artıq sərf olunmuş məbləğin bir hissəsi olduğundan və həmin xərclər iddiaçı tərəfindən artıq ödənildiyindən Cavabdeh MMC həmin məbləği cavabdehlərdən tələb etməkdə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə hesab etmişdir ki, Cavabdeh MMC ilə bağlanmış “kommunal xidmətlərinin göstərilməsi üzrə” müqavilələrə əsasən 01 may 2022-ci il tarixədək olan müddətdə aylıq xidmət haqlarını ödəmədiklərinə görə-01 iyun 2020-ci il tarixli 153 saylı müqavilə üzrə 153 saylı mənzilin sakini İddiaçı1 1384 manat, 01 iyun 2020-ci il tarixli 169 saylı müqavilə üzrə 169 saylı mənzilin sakini İddiaçı3 140 manat, 01 iyun 2020-ci il tarixli 212 saylı müqavilə üzrə 212 saylı mənzilin sakini İddiaçı4 168 manat, 171, 172 saylı mənzilin sakini İddiaçı2 440 manat pul vəsaiti tutularaq Cavabdeh MMC-yə ödə nilməlidir. Məhkəmə qarşılıqlı iddianın İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı2 fəaliyyətləri nəticəsində Cavabdeh MMC-yə dəymiş 5.163,39 manat məbləğində maddi zərərin və 10.000 manat məbləğində mənəvi zərərin tutulması hissəsini araşdıraraq hesab etmişdir ki, həmin hissədə qarşılıqlı iddia rədd edilməlidir. Məhkəmə iddia tələbinin maddi ziyanla bağlı hissəsini araşdıraraq hesab etmişdir ki, iddia bu hissədə əsassızdır. Belə ki, iddiaçı cavabdehlərin fəaliyyəti nəticəsində ona maddi ziyan dəyməsinə əsaslansa da, həmin fəaliyyətin nədən ibarət olması, dəymiş ziyanın nədə ifadə olması və hansı məbləğdə ziyan dəyməsi ilə bağlı sübut təqdim etməmişdir. Belə olan halda iddia tələbi bu hissədə təmin edilə bilməz. Məhkəmə mənəvi ziyanla bağlı hissəni araşdıraraq hesab etmişdir ki, iddiaçı hüquqi şəxs olduğu halda ona mənəvi ziyan vurulmasına istinad edərək 10.000 manat pul tələb etmişdir. Məhkəmə hesab etmişdir ki, Cavabdeh MMC hüquqi şəxs olduğundan ona mənəvi ziyan vurulması ağlabatan deyildir. Məhkəmə qarşılıqlı iddianın “hüquqi yardıma görə vəkilə ödənilmiş 300 manat məbləğində xidmət haqqının tutulması” hissəsini araşdıraraq hesab etmişdir ki, həmin hissədə də iddia əsassızdır. Belə ki, Cavabdeh MMC hüquqi yardım üçün vəkilə ödədiyi xidmət haqqının tutulmasını tələb etsə də, həqiqətən də hazırkı iş üzrə onun vəkilə 300 manat vəsaiti ödəmiş olmasını təsdiq edəcək hər hansı mötəbər sənədi məhkəməyə təqdim etməmişdir. İlkin iddia tələbi rədd edildiyindən iddiaçılar tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu onların özünə aid edilməlidir. Qarşılıqlı iddia qismən təmin edildiyin dən İddiaçı2, İddiaçı4, İddiaçı3 və İddiaçı1 müştərək qaydada 172 manat dövlət rüsumu tutularaq iddiaçı Cavabdeh MMC-yə ödənilməlidir.
12. Birinci instansiya məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 23, 1096, 1097-ci maddələrinə, Mənzil Məcəlləsinin 6, 18, 43-45, 135, 137, 141-ci, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarlarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
13. İddiaçılar ape llyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ilkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən çöxmənzilli bina "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən idarə olunur. Lakin Mənzil Məcəlləsinin tələblərinə zidd olaraq ona bu səlahiyyəti nə Binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı, nə də bələdiyyə verməyib. Sadəcə bəzi sahə mülkiyyətçiləri ilə xidmət müqaviləsi bağlayıb, sonra da başlayıb hətta onunla belə müqavilə bağlamamış sahə mülkiyyətçilərindən də xidmət haqqı tələb etməyə. Bir müddət sonra isə xidmət haqqını artırmağa da cəhd edib. Sahə mülkiyyətçilərinin xeyli hissəsi nəinki bu q anunsuzluqdan, həmçinin də Binanın bərbad idarə edilməsindən narazıdır. Onlar qanuna müvafiq olaraq ümumi yığıncaq keçirərək Binanın idarə edilməsi üsulunu müəyyən etməyə cəhd ediblər. Lakin Cavabdeh buna imkan verməyib. O cümlədən Binada yapışdırılmış elanları da cırıb. Dövlət qurumlarına da şikayət etdikdən sonra 4 sahə mülkiyyətçiləri (onlardan birinin cavabdehlə müqaviləsi də yoxdur) Xətai rayon məhkəməsinə müraciət edərək Cavabdehin Binadan çıxarılmasını və qanunsuz idarəçiliyinə son qoyulmasını xahiş edib. Əslində, çox sadə məsələdir. Məhkəmə bir əsas suala cavab verməli idi: Cavabdeh iddia etdiyi kimi Binanın idarəedici təşkilatıdırmı? Bu səlahiyyəti nəyə əsasən əldə edib? İdarəedici təşkilatdırsa, Binada qalmalı və hamıdan xidmət haqqı toplamağa haqlıdır. İdarəedici təşkilat deyils ə, Binadan çıxmalıdır. Cavabdeh səlahiyyətlərinin təsdiqi kimi bəzi sahə mülkiyyətçiləri ilə bağladığı müqavilələrə istinad edir. Mənzil Məcəlləsinin 43-cü maddəsinə görə çoxmənzilli binanın idarəetmə orqanı binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağıdır. Onun səlahiyyətlərinə o cümlədən binanın idarəetmə üsulunu seçmək daxildir. Lakin indiyədək Binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı bir dəfə də olsun keçirilməyib. Cavabdeh də məhkəmə prosesi əsnasında bunu inkar etmədi. Ümumi yığıncaq keçirilməyibsə, deməli, Binanın idarəetmə üsulu da seçilməyib. Mənzil Məcəlləsinin 141-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi yığıncağı binanın aşağıdakı idarə edilməsi üsullarından birini seçməyə borcludur: - binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə e dilmə; - mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilmə; - idarəedici təşkilat tərəfindən idarə edilmə. Binada bu üsullardan heç biri seçilməyib. O cümlədən idarəedici təşkilatın təyinatına dair də heç bir qərar yoxdur. Cavabdeh də bunu inkar etmir. Cavabdeh binanın idarəedici təşkilatı deyil. Lakin birinci instansiya məhkəməsi qanununun tələblərinə məhəl qoymayaraq, sırf Cavabdehin bəzi (məhkəmənin qənaətinə görə əksəriyyətlə) sahə mülkiyyətçiləri ilə müqaviləsinin olmasını əsas gətirərək sahə mülkiyyətçilərinin ilkin iddiasını rədd edib. Cavabdehin xidmət haqqı tələbinə dair qarşılıqlı iddianı isə təmin edib. Hətta Cavabdehlə müqavilə bağlamamış sahə mülkiyyətçisinə münasibətdə. Bina Maraqlı şəxs1 MənzilTikinti Korporativi tərəf indən tikilmişdir. Bina 259 mənzildən və 1 qeyri-yaşayış sahəsindən ibarətdir. Binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna (259 mənzildən 230-u və 1 qeyri-yaşayış sahəsi, yəni Bina sahələrinin təxmini 89 faizi) mülkiyyət hüququ sahə mülkiyyətçilərinə keçmişdir. 2020-ci ilin ortalarınadək Bina MTK tərəfindən idarə olunmuşdur. Sonra MTK fəaliyyətini dayandırmış (Mənzil Məcəlləsinin 109.5-cimaddəsinə görə ləğv olunmalı halda) və Binanın idarə olunmasını 10 fevral 2020-ci il tarixdə Cavabdehə təhvil vermişdir. Faktiki olaraq Cavabdeh Binanı zəbt etmişdir. Çünki Binanın sahə mülkiyyətçilərinin bu barədə heç bir qərarı olmamışdır və işdə də yoxdur. MTK ilə Cavabdehin faktiki sahibi eyni şəxsdir – X3. O, hər iki hüquqi şəxsin təsisçilərindən biridir. Digər təsisçilər də yaxınları, o cümlədən qohumlarıdır. Cavadeh yalnız qazanc əldə etmək məqsədini güdür. Cavabdeh toplanan vəsaitlər və onların xərclənməsi barədə sahə mülkiyyətçilərinə adekvat məlumat təqdim etmir. Cavabdehi heç kəs Binanın idarəedici təşkilatı təyin etməyib. O sadəcə Binanı, yəni başqalarının əmlakını zəbt edib. Bu halda Binanın hər bir sahə mülkiyyətçisi Cavabdehin Binadan çıxarılmasını və qanunsuz idarəetməyə son qoyulmasını tələb edir. Müqavilənin şərtlərini də ümumi yığıncaq müəyyən etməlidir. Bu prosedura riayət edilmədən müqavilələr bağlanıla bilməzsə, deməli, onlar etibarsızdır. Ümumi yığıncağın qərarı olmadan müqavilə bağlana bilərsə, bu halda hər bir sahə mülkiyyətçisi istədiyi şəxslə müqavilə bağlayıb onu idarəedici təşkilat elan edə bilər. Lakin qanunveri ciliyə görə Binanın yalnız bir idarəedici təşkilatı ola bilər (Mənzil Məcəlləsinin141.10-cu maddəsindən irəli gəlir). Çünki idarəedici təşkilat sahə mülkiyyətçilərinin ümumi əmlakını idarə edir. Məhz ümumi yığıncaq tərəfindən təyin edilmiş idarəedici təşkilatla hər bir sahə mülkiyyətçisi müqavilə bağlamağa borcludur.
15. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra - apellyasiya instansiya məhkəməsi) 2(103)-875/2023 nömrəli, 10 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər X.A.Mərdanova (sədrlik edən və məruzəçi), E.M.Həsənov və S.X.Bəhramzadə) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddianın təmin edilməyən, yəni Cavabdeh MMC-nin ünvan 1 ünvanında yerləşən çoxmənzilli binadan çıxarılması və həmin binanın idarəetməsin dən kənarlaşdırılmasının təmin olunmaması hissəsində ləğv edilmiş və bu hissədə ilk iddia təmin edilmiş, Cavabdeh MMC-nin ünvan 1 ünvanında yerləşən çoxmənzilli binadan çıxarılması və həmin binanın idarəetməsindən kənarlaşdırılması, ilk iddianın qalan hissələrdə dəyişdirilmədən saxlanılması, qarşılıqlı iddia tələbinin İddiaçı1 aid hissədə dəyişdirilməsi, Cavabdeh MMC ilə bağlanmış “kommunal xidmətlərinin göstərilməsi üzrə” müqavilələrə əsasən aylıq xidmət haqqını ödəmədiyinə görə-01 iyun 2020-ci il tarixli 153 saylı müqavilə üzrə 153 saylı mənzilin sakini İddiaçı1 140 manat pul vəsaitinin tutularaq Cavabdeh MMC-yə ödənilməsi, qarşılıqlı iddia tələbinin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
16. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi ilk iddi a tələblərinə qiymət verərkən hazırki işdə istinad olunan ünvan üzrə mənzil mülkiyyətçiləri arasında ümumi yığıncaq təşkil olunmamasını, ümumi yığıncağın yığılması mənzil mülkiyyətçilərinin sərbəst iradə ifadəsinə əsaslanan tədbir olmasını, qanunvericiliyin tələblərinə əsasən mənzil mülkiyyətçilərinin ümumi yığıncağı əsasında binaya idarəedici təyin olunmadığı təqdirdə bu səlahiyyət binanın yerləşdiyi ərazi üzrə bələdiyyə tərəfindən həyata keçirilməli olmasını, binanın idarə edilməsi üsulu binanın sahə mülkiyyətçiləri tərəfindən ümumi yığıncaqda seçilməli olmasını, ümumi yığıncaqda binanın idarəetmə üsulu mülkiyyətçilər tərəfindən seçilmədiyi təqdirdə ərazi bələdiyyəsi altı ay ərzində binanın sahə mülkiyyətçilərinin yığıncağa çağırılmalı olmasını göstərsə də, hazırki işdə bu proseslərin he ç biri binanın mülkiyyətçiləri tərəfindən həyata keçirilməməməsi, onlar tərəfindən birbaşa məhkəməyə müraciət olunması əsası ilə ilk iddianın əsassız olması qənaətinə gəlmişdir.
17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, binanın əksər sakinləri idarəetmədən razı olmaqla MMC-nin kənarlaşdırılması ilə bağlı iddiaçılarla eyni mövqedə deyillər. Belə ki, bina mülkiyyətçilərinin əksər çoxluğu öz iradə ifadəsini bildirərək binaya xidmət göstərilməsi üçün Cavabdeh MMC-ni seçərək onunla müvafiq müqavilələr bağlamışlar. Binanın mülkiyyətçiləri ilə Cəmiyyət arasında 200-ə yaxın xidmət müqavilələri bağlamışdır və göstərilən xidmət müqabilində mülkiyyətçilər tərəfindən xidmət haqqı ödənilir.
18. Apellyasiya instansiyası məhkəməsi ilk iddianın təmin edilməyən, yəni Cavabdeh MMC-nin ünvan 1 ünvanında yer ləşən çoxmənzilli binadan çıxarılması və həmin binanın idarəetməsindən kənarlaşdırılması hissəsi üzrə gəldiyi nəticələrlə razılaşmayaraq qeyd edib ki, ünvan 1 ünvanında yerləşən çoxmənzilli bina 259 mənzildən ibarətdir. Bu binanın 259 mənzilindən 230-u və bir qeyri-yaşayış sahəsi mülkiyyət hüququ əsasında MTK-nın üzvlərinə aiddir. Binanın inşası başa çatdıqdan sonra binanın inşaatını həyata keçirən Maraqlı şəxs1 MTK fəaliyyətini ləğv olunmadan dayandıraraq Cavabdeh MMC-ni təsis etmişdir. Cavabdeh ilə mənzil mülkiyyətçiləri arasında (200-ə yaxın) xidmət müqaviləsi bağlanmış və bir otaqlı mənzil üçün 20 manat, iki otaqlı mənzil üçün 24 manat, üç otaqlı mənzil üçün 28 manat xidmət haqları müəyyən edilmişdir. Hazırkı iş üzrə 3 nəfər iddiaçı ilə də istinad edilən müqavilələr bağlanmışdır. Cavab deh binanın idarəçiliyi üzrə səlahiyyətlərinin təsdiqi kimi bəzi sahə mülkiyyətçiləri ilə bağladığı müqavilələrə istinad etsə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh MMCnin hansı hüquqi əsaslarla ünvan 1 ünvanında yerləşən çoxmənzilli binanın idarəçiliyi həyata keçirilməsini aydınlaşdırmamış və hüquqi qiymət verməmişdir. Mənzil Məcəlləsinin MM-nin 43-cü maddəsinə görə çoxmənzilli binanın idarəetmə orqanı binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağıdır. Onun səlahiyyətlərinə o cümlədən binanın idarəetmə üsulunu seçmək daxildir.
19. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, binanın əksər sakinlərinin idarəetmədən razı olmaqla MMC-nin kənarlaşdırılması ilə bağlı iddiaçılarla eyni müvqedə olmamaları iddia qaldırmış bina sakinlərinin iddiasını n bu hissədə əsassız olması anlamına gəlmir. Belə ki, cavabdeh tərəfindən binanın idarə edilməsi bəzi sahə mülkiyyətçiləri ilə “Kommunal xidmətlərin göstərilməsi üzrə müqavilə”nin bağlanması binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarı olmadan rəsmiləşdirilməsi qanunvericiliyin tələblərinə uyğun deyildir. İlk iddianı qaldırmış bina sakinlərinin Cavabdeh MMC-nin ünvan 1 ünvanında yerləşən çoxmənzilli binanın idarəçiliyi həyata keçirilməsi üçün mənzil qanunvericiliyinə əsasən hüquqi əsaslarının olmaması işin araşdırılmış halları ilə öz təsdiqini tapmışdır. Birinci instansiya məhkəməsi binanı inşa edən MTK ilə onun idarəçiliyini hüquqi əsaslar olmadan həyata keçirməyə başlamış MMC-nin əsas təsisiçinin X3 olmasına da diqqət yetirməmişdir. Apellyasiya şikayətinin dəlillərindən görü nür ki, digər təsisçilər də X1 yaxın qohumlarıdır. 20. iddiaçıların ilkin iddia tələbində cavabdehin binadan çıxarılması və həmin binanın idarəetməsindən kənarlaşdırılmasına dair iddia tələblərinin əsaslı olduğu üçün təmin edilməsi, ilk iddianın digər hissələrdə təmin edilməməsinə münasibətdə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, «Komfort Yaşam” MMC-nin ünvan 1 ünvanında yerləşən çoxmənzilli binanın idarəçiliyini üçün mənzil qanunvericiliyinə əsasən hüquqi əsaslarının olmadan həyata keçirilməsi təsdiqini tapsa da, cavabdehin Binadan çıxarılaraq həmin binanın idarəetməsindən kənarlaşdırıldıqdan sonra binaya dair bütün sənədlərin, açarların və idarəetmə ilə bağlı digər aidiyyəti əmlakın Azərbaycan Respublikası Xətai rayonu Xətai Bələdiyyəsinə təhvil verilməsi prosesi çoxmənzil li binanın idarəetmə orqanı binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarı ilə həll edilməlidir. Həmçinin qanunvericiliyin tələblərinə əsasən mənzil mülkiyyətçilərinin ümumi yığıncağı əsasında binaya idarəedici təyin olunmadığı təqdirdə bu səlahiyyət binanın yerləşdiyi ərazi üzrə bələdiyyə tərəfindən həyata keçirilməlidir.
21. Məhkəmə kollegiyası ilk iddia üzrə digər hissələrdə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edib ki, məhkəmə haqlı olaraq ilkin iddianın “cavabdehdən 9.000 manat (hər iddiaçıya 2.250 manat) məbləğində vurulmuş mənəvi zərərin əvəzinin tutulması” hissəsinin əsassız olmasına qənaətinə gəlmişdir. İlkin iddia üzrə iddiaçılar iddianın əsasını təşkil edən halları sübuta yetirə bilməmiş, cavabdeh "xxxx" MMC-nin törətdiyi əməl nəticəsində onla ra mənəvi ziyan vurulduğunu, nəticədə mənəvi iztirab çəkdiklərini qeyd etsələr də, cavabdehin qanunsuz hərəkətləri nəticəsində mənəvi sarsıntı və iztirablar keçirmələri ilə əlaqədar məhkəməyə sübut təqdim edə bilməmiş və iddia ərizəsində göstərilənlər işin hər hansı halı ilə məhkəmə iclasında müəyyən edilməmişdir.
22. Apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddia üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə bağlı qeyd edib ki, hazırki mübahisəni tənzimləyən normalarda müqavilənin bağlanması nəzərdə tutulsa da, müqavilə azadlığı prinsipinə əsaslanmaqla cavabdehlərin belə bir müqaviləni bağlamaqdan imtinası onların mülki və mənzil qanunvericiliyində müəyyən edilmiş vəzifələri və öhdəlikləri ilə uzlaşmır. Belə ki, tələb edilən xərclər binanın saxlanılması üçün artıq sərf olunmuş məb ləğin bir hissəsi olduğundan və həmin xərclər iddiaçı tərəfindən artıq ödənildiyindən Cavabdeh MMC həmin məbləği cavabdehlərdən tələb etməkdə haqlıdır. Hazırki iş üzrə mübahisəli binanın sahə mülkiyyətçilərinin yuxarıda qeyd edilən idarəetmə üsullarından birini seçmələrinə və ya digər qanuni tədbirlər görmələrinə dair sübutlar təqdim edilməmişdir. Faktiki vəziyyət ondan ibarətdir ki, MTK tərəfindən inşa edilmiş binanın idarəçiliyini MMC həyata keçirir. Belə ki, binada sözügedən xidmətlərin faktiki olaraq MMC-yə verilməsi, bina sakinlərinin bu xidmətlərdən yararlanmaları, bir çoxunun MMC ilə yazılı müqavilə bağlması işin mübahisəsiz halıdır. Bu hallar ona dəlalət edir ki, müqavilə bağlamış mülkiyyətçilər, o cümlədən iş üzrə 3-cü şəxs kimi cəlb edilmiş sahə mülkiyyətçiləri binanın idarəçiliy ini MMC-yə tapşırmışlar.
23. Apellyasiya instansiyası məhkəməsi hesab edib ki, qarşılıqlı iddiaçının tələblərinin müqavilə əsası araşdırılarkən tərəflər arasında tapşırıq mülki hüquqi münasibətləri nəzərə alınmalıdır. Belə ki, tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Bu əqd əsasında tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri icra etməyi öhdəsinə götürür. Göstərilmiş xidmətin əvəzi isə şərtləşdirildikdə və ya şəraitə görə zəruri olduqda ödənilməlidir. Belə ki, binanın idarəçiliyi ilə bağlı bir sıra işlərin (ümumi birgə mülkiyyətdə olan yerlərin saxlanılması, işıqlandırılması, mühafizənin təşkili və s.) bir neçə il ərzində MMC tərəfindən həyata keçirildiyi, sahə mülkiyyətçiəri bu xidmətlərdən yararlanmaları faktını da nəzərdən qaçırmaq olmaz. İddianın müqavilə əsası müəyyən edilməsə (tərəflər arasında müqavilə münasibətləri olmasa) belə, məhkəmə kollegiyası tələblərin qanundan irəli gələn öhdəliklər (bu işin halları baxımından özgə işlərini tapşırıqsız aparma normaları) çərçivəsində əsaslı olmasına hüquqi qiymət verərək hesab edib ki, «Komfort Yaşam” MMC-nin ünvan 1 ünvanında yerləşən çoxmənzilli binanın idarəçiliyi üçün mənzil qanunvericiliyinə əsasən hüquqi əsaslar olmadan həyata keçirilməsi faktı təsdiqini tapsa da, MMC-nin bu idarəçiliyinin hazırki qətnamə qanuni qüvvəsini alandan sonra həyata keçirilməyəcəyi nəzərə alaraq hesab edir ki, qanunsuz da olsa faktiki idarəçiliyini həyata keçirdiyindən qətnamə qanuni qüvvəsini alanadak “kommuna l xidmətlərinin göstərilməsi üzrə” müqavilələrə əsasən qarşılıqlı iddia üzrə cavabdehlərdən ödənilməmiş kommunal borclarının tutulması labüddür.
24. Məhkəmə kollegiyası qarşılıqlı iddianın cavabdeh İddiaçı1 tutulmalı olan məbləğ hissəsi istisna olmaqla ləğv edilməsini məqbul saymır. Belə ki, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 tərəfindən məhkəmə kollegiyasına təqdim olunmuş qəbzlərdən əsasən o, 153 saylı mənzil üzrə kommunal xidmət haqlarından 2020-ci ilin iyun ayından 2021-ci ilin noyabr ayınadək müvafiq olaraq 112, 84, 84, 140, 84 manat olmaqla, ümumilikdə 504 manat kommunal xərci ödəmiş, bu tarixədək hər hansı borcu qalmamışdır. Eyni zamanda məhkəmə kollegiyasına təqdim olunmuş bildiriş-xəbərdarlıqdan görünür ki, 153 saylı mənzil üzrə 2021-ci ilin dekabr ayından 2022-ci ilin aprel a yınadək 140 manat kommunal borcu yaranmışdır. Həmin bildiriş-xəbərdarlıq barədə qəbzin cavabdeh "xxxx" MMC tərəfindən İddiaçı1 təqdim olunması eyni zamanda, təqdim edilmiş mədaxil qəbzlərinin mövcudluğunu məhkəmə kollegiyasının iclasında Cavabdeh MMC-nin nümayəndəsi qəbul etdiyindən, qarşılıqlı iddia İddiaçı1 tutulmalı olan məbləğ hissəsində dəyişdirilməli, onun borcu 140 manat olduğundan həmin məbləğ ondan tutulmalıdır.
25. Məhkəmə kollegiyası mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəllənin 777.1, 777.2, 783.2, 783.3, 1087.1, 1087.2, 1091.1, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 43-45, 135.1, 136.2, 137.4, 137.7, 137.10,141.4-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona q arşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
26. İddiaçılar (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv olunmasını, qarşılıqlı iddianın rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişlər.
27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, proses əsnasında bəlli olmuşdur ki, iddiaçılar 2021-ci ilin dekabr ayından cavabdehdən binanı tərk etməyi tələb etmişlər (Cavabdeh də bunu etiraf edir). Başqa sözlə, bəzi iddiaçılarla cavabdeh arasında müqavilə olubsa belə (tutaq ki!), 2021-ci ilin dekabr ayında ona xitam verilib və cavabdeh də bunu bilib. Qətnamədə bəzi sahə mülkiyyətçilərinin cavabdehlə bağladığı müqavilələrə münasibət ziddiyyətlidir. Bir tərəfdən, həmin müqavilələr qanunsuz hesab edilərək, ilk iddia təmin olunub, digər tərəfdən isə məhz həmin müqavilələrə istinadən qarşılıqlı iddia təmin edilərək qarşılıqlı iddia üzrə cavabdehlərin üzərinə pul öhdəliyi qoyulub. Əslində, müqavilələrin qanunsuz hesab edilməsi onların etibarsızlığı deməkdir. Həmin müqavilələr həm Mənzil Məcəlləsinin, həm də Mülki Məcəllənin tələblərinin pozulması ilə bağlanmışdır. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Abdullayeva isə ümumiyyətlə cavabdehlə müqavilə bağlamışdır (əslində, Sarıyevin də müqaviləsində atasının imzası saxtadır və həmin müqavilə də bağlanmayıb). Buna görə də məhkəmənin mövqeyi hər bir halda Abdullayevaya aid ola bilməz. Onunla cavabdeh arasında heç bir tapırıq və ya digər müqavilə mövcud deyil. Mülki Məcəllənin 407-ci maddəsinə əsasən müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmı ş sayılır. Sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Belə bir fakt yoxdur (əksinə, məlumdur ki, Abdullayeva həmin müqaviləni bağlamaqdan imtina etmişdir). Buna görə də Qətnamədəki ümumiləşdirilmiş mövqe səhvdir. Məhkəmə Mülki Məcəllənin 407-ci maddəsini tətbiq edərək göstərməli idi ki, Abdullayeva ilə cavabdeh arasında müqavilə bağlanmadığı üçün onun tapşırıq müqaviləsi haqqındakı müvafiq mülahizələri ona aid deyil. Axı Qətnamənin 12-ci səhifəsində də yalnız iddiaçılar Əmirov, Rüstəmova və Sarıyev ehtiva edilərək (Abdullayeva istisna edilərək) deyilir: “Hazırkı iş üzrə 3 nəfər iddiaçı ilə də istinad edilən cavabdehin xidmət haqqı tələbi əsaslıdırsa belə (tutaq ki!), məhkəmə proses i əsnasında onun məbləğinin müəyyən olunması meyarı naməlum qalmışdır. “V.Ələsgərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 29 dekabr 2015ci il tarixli Qərarında o cümlədən deyilir: 1) “...binanın idarə edilməsi ilə bağlı tam səlahiyyət sahə mülkiyyətçilərinə məxsusdur və binanın idarə edilməsi üsulu mülkiyyətçilərin ümumi yığıncağının qərarı əsasında dəyişdirilə bilər.”; 2) “...çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında ödəməlidirlər. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plen umu xüsusilə vurğulayır ki, belə müqavilələrdə müəyyən olunan xərclər və xidmət haqqları görülən işlərə və xidmətlərə uyğun hesablanmalı, real qiymətləri əks etdirməlidir, eləcə də sahə mülkiyyətçilərinin sosial, iqtisadi və maddi vəziyyəti nəzərə alınmaqla aydın və ağlabatan olmalıdır.” “...çoxmənzilli binanın idarə edilməsi müqaviləsində başqa hal müəyyən edilməyibsə, idarəedici təşkilat hər il cari ilin birinci rübü ərzində çoxmənzilli binanın sahə mülkiyyətçilərinə ötən il üzrə binanın idarə edilməsi müqaviləsinin yerinə yetirilməsi haqqında hesabat təqdim etməlidir. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin təftiş komissiyası (müfəttişi) isə öz fəaliyyəti barədə cəmiyyət iştirakçılarının ümumi yığıncağına hesabat verir”. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
29. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.
30. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir.
31. Maddə 783.2. Vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göst ərir.
32. Maddə 783.3. Bu Məcəllənin 783.2-ci maddəsində nəzərdə tutulan hallarda muzdun miqdarı müəyyənləşdirilməyibsə, tarif olduqda bu tarifə uyğun muzd, tarif olmadıqda isə vəkalət alanın olduğu yerdə qəbul edilmiş muzd şərtləşdirilmiş muzd sayılır.
33. Maddə 1087.1. Özgəsinin (sahibkarın) işlərini tapşırıq və ya digər əsas olmadan aparan şəxs (icraçı) onu vicdanla aparmağa borcludur.
34. Maddə 1087.2. İşlərin tapşırıqsız aparılmasını sonradan sahibkar bəyəndikdə bu bölmənin müddəaları əvəzinə tapşırıq haqqında müddəalar tətbiq olunur.
35. Maddə 1090.1. Əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. İcraçı lazımi vicdanlılıqla fəaliyyət göstərmişsə, bu qay da işlərin aparılmasının gözlənilən nəticə ilə qurtarmadığı halda da tətbiq olunur. Azərbaycan Respublikası Mənzil Məcəlləsi
36. Maddə 43-45,141. Məcəllənin tələblərinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı binanın idarəetmə orqanıdır. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə çoxmənzilli binanın yenidən qurulması (o cümlədən onun genişləndirilməsi və ya üstünün tikilib artırılması), təsərrüfat tikililərinin və digər bina, tikili və qurğuların inşa edilməsi, çoxmənzilli binanın ümumi əmlakının təmiri haqqında qərar qəbul etmək; çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsindən istifadə hədləri haqqında, o cümlədən ondan istifadəyə məhdudiyyətlər tətbiq edilməsi haqqında qərar qəbul etmək; çoxmənzilli binanın ümumi əmlakının istifadəyə verilməsi haqqında qərar qəbul etmək; çoxmənzilli binanın idarəetmə üsulunu seçmək aiddir. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri bu Məcəllənin 43.2-ci maddəsində göstərilən məsələlərlə bağlı qərar qəbul etmək zərurəti yarandıqda ümumi yığıncaqlarını keçirməlidirlər. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi müddətləri və qaydası, habelə qəbul edilmiş qərarlar barədə məlumat verilməsi qaydası binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən müəyyən edilir. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı həmin mülkiyyətçilərin birinin təşəbbüsü ilə çağırıla bilər. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsinin təşəbbüskarı olan mülkiyyətçi həmin binanın sahə mülkiyyətçilərinə yığıncağın keçir ilməsi tarixinə ən azı on gün qalanadək onun keçirilməsi barədə məlumat verməlidir. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən bu Məcəllənin Xİİİ fəslinə uyğun olaraq mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti yaradıldığı hallarda çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı öz səlahiyyətlərini mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağına verilməsi barədə qərar qəbul edə bilər. Binanın sahə mülkiyyətçiləri binanın idarəetmə üsullarını seçə bilər. Çoxmənzilli bina üç qaydada idarə edilə bilər:
1. Binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə
2. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən və
3. İdarəedici təşkilat təyin edilməklə.
37. Maddə 136.2. Çoxmənzilli binanın yaşayış sa həsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqdan və kommunal xidmətlərə görə haqdan ibarətdir.
38. Maddə 135.1. Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar.
39. Maddə 135.2.3. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifələrindən biri mənzil-tikinti kooperativi üzvləri üçün mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan yaranmış hesab edilir.
40. M addə 137.4. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil-tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər.
41. Maddə 137.7. Bilavasitə mülkiyyətçilər tərəfindən idarə olunan çoxmənzilli binanın ya şayış sahələrinin mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq ödəyirlər.
42. Maddə 137.10. Mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə görə haqqın və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir.
43. Maddə 141.4. Çoxmənzilli binanın yerləşdiyi ərazinin bələdiyyəsi çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən altı ay ərzində həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın idarəetmə üsulunun seçilməsi məsələsinin həlli üçün binanın sahə mülkiyyətçilərinin yı ğıncağı çağırılmalıdır. Belə yığıncaqda bu Məcəllənin 141.5-ci maddəsinin müddəalarə bələdiyyə tərəfindən sahə mülkiyyətçilərinin nəzərinə çatdırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
46. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
47. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
48. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
49. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
50. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
51. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərin dən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
52. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
53. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməs inin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
54. Hazırki mübahisə çoxmənzilli yaşayış binasını inşa etmiş hüquqi şəxslə binada yerləşən mənzil mülkiyyətçiləri arasında yaranmışdır, belə ki, mənzil mülkiyyətçiləri MMCnin çoxmənzilli binadan çıxarılması və həmin binanın idarəetməsindən kənarlaşdırılması, MMC tərəfindən həmin çoxmənzilli binaya dair bütün sənədlərin, açarların və idarəetmə ilə bağlı digər aidiyyəti əmlakın Azərbaycan Respublikası Xətai rayonu Xətai Bələdiyyəsinə təhvil verilməsini, o cümlədən mənəvi zərərə görə kompensasiya ödənilməsini tələb edirlər.
55. Bununla bərabər, MMC çoxmənzilli binanın sakinlərindən aylıq xidmət haqqının tutularaq onun xeyrinə ödənilməsi tələbinə dair qarşılıqlı iddia qaldırmışdır.
56. Apellyasiya instansiyası məhkəməsi ilk iddianı qismən, Cavabdeh MMC-nin ünvan 1 ünvanında yerləşən çoxmənzilli binadan çıxarılması və həmin binanın idarəetməsindən kənarlaşdırılması hissəsində əsaslı sayaraq həmin hissədə iddianı təmin etmiş, qalan hissədə rədd edilmişdir.
57. Bina sakinlərindən aylıq xidmət haqqının tutulması barədə qarşılıqlı iddianın qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsi ilə qismən razılaşan apellyasiya instansiyası məhkəməsi bir cavabdehə münasibətdə MMC-nin xeyrinə tutulacaq məbləği dəyişdirmişdir.
58. Hazırda apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilk iddiaçılar tərəfindən mübahisələndirilir.
59. Təkrar qeyd edilməlidir ki, ilk iddianın əsasını çoxmənzilli binanın idarə edilməsi üsulunun seçilməsi təşkil edir ki, həmin tələbi n qanuni əsasını Mənzil Məcəlləsinin 141-ci maddəsi təşkil edir.
60. Həmin maddənin tələblərinə görə, çoxmənzilli binanın yerləşdiyi ərazinin bələdiyyəsi çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən altı ay ərzində həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın idarəetmə üsulunun seçilməsi məsələsinin həlli üçün binanın sahə mülkiyyətçilərinin yığıncağını çağırmalıdır. Belə yığıncaqda bu Məcəllənin 141.5-ci maddəsinin müddəaları bələdiyyə tərəfindən sahə mülkiyyətçilərinin nəzərinə çatdırılmalıdır. Bir il ərzində çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə q ərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın yerləşdiyi ərazinin bələdiyyəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada idarəedici təşkilatın seçilməsi üzrə açıq müsabiqə keçirməlidir, bu şərtlə ki, bu Məcəllənin 141.4-cü maddəsinin tələbləri yerinə yetirilmiş olsun. Belə açıq müsabiqə açıq müsabiqənin nəticələri əsasında bağlanmış çoxmənzilli binanın idarə edilməsi müqaviləsinin qüvvədə olma müddəti başa çatanadək, həmin binanın idarə edilməsi üsulu seçilmədiyi halda da keçirilir. Çoxmənzilli binanın yerləşdiyi ərazinin bələdiyyəsi bu Məcəllənin 141.5-ci maddəsində nəzərdə tutulmuş açıq müsabiqənin keçirildiyi gündən on gün müddətində çoxmənzilli binanın bütün sahə mülkiyyətçilərini açıq müsabiqənin nəticələri və həmin binanın idarə edilməsi müqaviləsinin şərtləri bar ədə məlumatlandırır. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri bu Məcəllənin 141.5-ci maddəsində nəzərdə tutulmuş açıq müsabiqənin nəticələri əsasında seçilmiş idarəedici təşkilatla bu Məcəllənin 141-1.2-ci maddəsi və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada həmin binanın idarə edilməsi barədə müqavilə bağlamağa borcludur. Çoxmənzilli binanın yerləşdiyi ərazinin bələdiyyəsi bu Məcəllənin 141.6-cı maddəsində nəzərdə tutulmuş çoxmənzilli binanın idarə edilməsi barədə müqavilənin başa çatmasına bir ay qalmışdan gec olmayaraq həmin binanın idarəetmə üsulunun seçilməsi məsələsinin həlli üçün binanın sahə mülkiyyətçilərinin yığıncağını çağırır, bu şərtlə ki, idarəetmə üsulunun seçilməsi barədə qərar bu Məcəllənin 141.3-cü maddəsinə uyğun olaraq əvvəl qəbul edilməsin. Çoxmənzilli binanın istənilən sahə mülkiyyətçisi bələdiyyə tərəfindən bu Məcəllənin 141.5-ci maddəsinin müddəalarına uyğun olaraq idarəedici təşkilatın seçilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər.
61. Göründüyü kimi, çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən altı ay ərzində həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın idarəetmə üsulunun seçilməsi məsələsinin həlli üçün binanın sahə mülkiyyətçilərinin yığıncağı həmin binanın yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən çağırılmalıdır. Bir il ərzində çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qəra rın həyata keçirilmədiyi təqdirdə həmin binanın yerləşdiyi ərazinin bələdiyyəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada idarəedici təşkilatın seçilməsi üzrə açıq müsabiqə keçirməlidir.
62. Cavabdeh MMC-nin çoxmənzilli binanın idarəçiliyini mənzil qanunvericiliyinin qeyd edilən tələblərinə zidd olaraq həyata keçirməsi işin məhkəmə araşdırması ilə müəyyən edilmiş halıdır.
63. Nəticə etibarilə, mənzil qanunvericiliyinin tələblərindən irəli gələrək, iddiaçıların həmin binanın sahə mülkiyyətçiləri kimi bələdiyyə tərəfindən idarəedici təşkilatın seçilməsi tələbi ilə məhkəməyə müraciət etmək barədə subyektiv hüququ yaranmışdır.
64. Bu halda, apellyasiya instansiyası məhkəməsi ilk iddia tələbini həmin hissələrdə təmin etməməklə mənzil qanunvericiliyinin tələblərinə zidd nəticəyə gəlmişdir.
65. Digər tərəfdən, apellyasiya məhkəməsi qarşılıqlı iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşmaqda da haqlı olmamışdır.
66. Belə ki, apellyasiya istansiyası məhkəməsinin qətnaməsində də göstərildiyi kimi, Cavabdeh MMC-nin ünvan 1 ünvanında yerləşən çoxmənzilli binanın idarəçiliyini mənzil qanunvericiliyinə əsasən hüquqi əsasların olmadan həyata keçirilməsi faktı təsdiqini tapmışdır.
67. Belə olduğu təqdirdə, MMC-nin iddiaçılardan kommunal borclarının tutulmasına dair tələbinin də hər hansı bir hüquqi əsası yoxdur.
68. Apellyasiya məhkəməsi isə “MMC-nin qanunsuz idarəçiliyinin hazırki qətnamə qanuni qüvvəsini alandan sonra həyata keçirilməyəcəyi nəzərə alınmaqla qanunsuz da olsa, faktiki idarəçiliyini həyata keçirdiyindən qətnamə qanuni qüvvəsini alanadak kommunal xidmətlərinin göstərilməsi üzrə müqavilələrə əsasən ödənilməmiş kommunal borclarının tutulması labüd olması” barədə gəldiyi nəticə ziddiyyətli olmaqla bərabər, mülki məhkəmə icraatının vəzifələrinə uyğun olmamışdır.
69. Belə ki, Mülki Prosessual Məcəllənin mülki məhkəmə icraatının vəzifələrini müəyyən edən 2-ci maddəsinin tələblərinə görə, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır.
70. Həmin Məcəllənin müdafiə üçün məhkəməyə müraciət etmək hüququnu təsbit edən 4-cü maddəsinin tələblərinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
71. Göstərilən normaların müqayisəli təhlili onu deməyə əsas verir ki, iddiaçının yalnız qanuni hüquq və mənafelərinin məhkəmə müdafiəsinə təminat verilir, iddiaçının hüququ olduğunu ehtimal etdiyi və pozulduğuna istinad etdiyi, lakin qanuni əsası olmayan tələblərin məhkəmə tərəfindən təmin edilməsi istisna edilir.
72. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilkin iddianın rədd edilən hissələrində, eyni zamanda qarşılıqlı iddiaya aid hissədə ləğv edilməli, iş həmin hissələrdə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. İşə yenidən baxılarkən işin müəyyən olunmuş hallarına tətbiq edilməli olan hüquq normaları əsasında qiymət verilməklə əsaslandırılmış məhkəmə aktı qəbul olunmalıdır.
73. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-875/2023 nömrəli, 10 fevral 2023-cü il tarixli qətnaməsi ilkin iddianın rədd edilən hissələrində, eyni zamanda qarşılıqlı iddiaya aid hissədə ləğv edilsin, iş həmin hissələrdə yeni apellyasiya baxışına qaytarılsın, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi and