Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2431/2020 08.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), X1 və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi ilə, İddiaçı5 Cavabdeh na qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(103)-12984/2019 nömrəli qətnaməsindən Cavabdeh və vəkili xxx tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İ ddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı2 Cavabdeh na qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıların şərəf və ləyaqətini alçaldan məlumatların təkzib edilməsinin və üzr istənilməsinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması, iddiaçıların hər birinə dəymiş mənəvi zərərə görə cavabdehdən 20000 manatın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Birinci instansiya məhkəməsində işə baxılarkən iddia iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı4 aid hissədə baxılmamış saxlanılmış, İddiaçı2 aid hissədə isə iş üzrə icraata xitam verilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(002)3511/2018 nömrəli qətnaməsi ilə (hakim F.Ə.Hüseynov) İddiaçı5 iddiası qismən təmin edilərək, Cavabdeh xxx oğlundan mənəvi zərərə görə İd diaçı5 xeyrinə 1000 manat məbləğində pulun tutulması, habelə Cavabdeh üzərinə İddiaçı5 yazılı qaydada üzr istənilməsi vəzifəsinin qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(103)-3548/2019 saylı qətnaməsi ilə (hakimlər A.N.İmanov - sədrlik edən və məruzəçi, A.Q.Hüseynov və V.N.Sadıqov) Cavabdeh apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Qaladağ Rayon Məhkəməsinin 2(002)-3511/2018 nömrəli iş üzrə xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı5 Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödnəilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(102)5491/2019 saylı qərarı ilə İddiaçı5 kassasiya şikayəti qism ən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər İ.S.Şirinov - sədrlik edən və məruzəçi, T.S.Səmədov və E.C.Kazımov) xx xxxxxxx 2019-cu il tarixli, 2(103)12984/2019 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(002)-3511/2018 nömrəli qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmasını qət edilmişdir. CavabdehXXX və vəkili xxx kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(103)-12984/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, ONA ETİRAZ, TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmamış, iş üzrə mövcüd olan sübutlara tam və obyektiv şəkildə qiymət verməmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərişlərini təhrif etmiş və düzgün icra etməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı və cavabdeh, habelə vəkilləri məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya şi kayətinə etiraz daxil olmamışdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndiril məməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İş üzrə müəyyən olunur ki, İddiaçı5 iddia tələbinin dəlilləri ondan ibarətdir ki, Cavabdeh iddiaçının işlədiyi “xxxx” Firmasının işçilərinin yanında onun şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən məlumatları yaymışdır. İddiaçı tələbini sübut etmək məqsədi ilə şahidlər X2, X4 və X3 təqdim etmiş və sonuncular həm birinci instansiyası, həm də apellyasiya instansiyası məhkəmələrində (birinci apellyasiya baxışı zamanı) dindirilmişlər. Birinci dəfə iddianı rədd edən apellyasiya instansiyası məhkəməsi iş üzrə dindirilmiş şahidlərin iddiaçı ilə əlaqələrini n (qohumluq, tabeçilik və s.) olduğunu və ifadələrin ziddiyyətli olmasını əsas gətirərək, həmin şəxslərin şahid qismində verdiyi ifadələrin mötəbərliyinə şübhə ilə yanaşmış, nəticə olaraq iddianı sübut olunmaması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi xx xxxxxx 2019-cu il tarixli qərarında apellyasiya instasiyasının həmin mövqeyi ilə razılaşmamış və izah etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin (o cümlədən birinci instansiya məhkəməsinin) gəldiyi nəticələrinin maddi əsası iş üzrə sübut növlərindən biri olan şahid ifadələrinə söykənir. Lakin apellyasiya instansiyası məhkəməsi özü tərəfindən şahid ifadələri arasında olan ziddiyyətləri (əvvəlki məhkəmə instansiyasında verilən ifadələrlə) araşdırmamışdır. Halbuki, hər iki instansiya məhkəməsində şahidlər bilə-bi lə yalan ifadə verməyə görə cinayət məsuliyyəti barədə xəbərdarlıq edilmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kasassiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2012-ci il tarixli Qərarında da müəyyən edilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi üçün məcburidir. İddiaya təkrar baxan apellyasiya instansiyası məhkəməsi işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının Qərarında qeyd edilmiş göstərişləri Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, həmin göstərişlərlə razılaşaraq onları nəzərə aldığını qeyd etsə də, kassasiya instansiyası məhkəməsinin göstərişləri istiqamətində hər hansı hərəkət etmədən, o cümlədən şahid ifadələrində olan ziddiyyətləri araşdırmadan, Cavabdeh İddiaçı5 işlədiyi “xxxx” Firmasının işçilərinin yanında onun şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən məlumatları həqiqətən yaydığı qənaətinə gəlmişdir. Eyni zamanda birinci instansiya məhkəməsinin qətnaməsində və həmin q ətnaməni qüvvədə saxlayan apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qətnaməsində iddiaçının mənəvi zərərə uğramasının sübutu kimi sonuncunun təqdim etdiyi tibbi sənədlər qəbul edilmişdir. Lakin iş materiallarında olan “İstanbul NS” Klinikası tərəfindən tərtib olunmuş sənədlərdən müəyyən olunur ki, İddiaçı5 sidik və qan analizlərini vermiş, xx xxxxxx 2018ci il tarixdə daxili orqanlarının doppler ultrasəs müayinəsindən və exokardioqrafiya müayinəsindən keçmişdir. Məhkəmələr iddiaçıda müəyyən olunmuş daxili orqanlarda olan dəyişikliklərin (Hepatostearoz İ dərəcə. Hepatomeqaliya. Prostat vəzinin ölçülərinin böyüməsi. İki tərəfli varikosele və s.), habelə qanın bəzi göstəricilərinin normadan fərqlənməsinin (qlükoza, biluribin) cavabdehin iddia olunan hərəkətləri ilə səbəbli əlaqə də olub-olmaması əsaslandırılmamışdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məcəllənin217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Avropa İnsan Hüquqları Məhkəməsi “ Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli Qərarında göstərmişdir ki, “konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər”. Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli Qərarında göstərmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yux arıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, Azərbaycan Respublikası Ali Məhkəməsinin əvvəlki qərarında irəli sürdüyü göstərişləri tam icra etməmiş, bununla da prosessual hüquq normalarının tələblərinə riayət etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəlləsinin 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən: apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Odur ki, iş üzrə yekun qərarın qəbul edilməsi üçün işin faktiki halları ilə bağlı qanunvericiliyin tələb etdiyi yuxarıda qeyd edilən halların araşdırılması zərurəti olduğundan, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi isə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apellyasiya şikayətinin dəlillərinə eləcə də, iddiaçının təqdim etdiyi sübutlara Azərbaycan Respublikası MPM-in 88-ci maddəsin in tələbləri baxımından düzgün qiymət verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh və vəkili xxx tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(103)-12984/2019 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Elşad Şamayev
Məhkəmə qərarları › İş №2(102)-2431/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2431/2020
08.06.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver