Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2431/2022 24.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-9884/2021 nömrəli, 15 dekabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 24 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin hal ları 1. xx.xx.2016-cı il tarixdə yazılmış iltizamda əlyazma ilə qeyd edilmişdir ki, X1 Araz Muradəli oğluna qaytarmalı olduğu 20.000 ABŞ dollarını fevral ayının sonunadək, İddiaçı qaytarmalı olduğu 72.000 ABŞ dollarından 30.000 ABŞ dollarını fevral ayından may ayının sonunadək, qalan 42.000 ABŞ dollarını isə may ayının sonundan 2017-ci ilin sonunadək ödəyəcəyinə söz vermiş, öhdəliyi icra etmədiyi halda barəsində qanunamüvafiq ciddi tədbir görüləcəyinə dair xəbərdarlıq edilmişdir.
2. X4 ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixdə borcun etirafı haqqında müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə görə Cavabdeh 2016-cı ilin mart ayında X2 92.000 ABŞ dolları məbləğində borc pul aldığını etiraf etmiş, 20.000 ABŞ dollarını 2017-ci ilin yanvar ayından 2017-ci ilin fevral ayının sonuna dək, 30.000 ABŞ dollarını 2017-ci ilin mart ayının əvvəlindən 2017-ci ilin may ayının sonunadək qaytarmağı, qalan 42.000 ABŞ dollarını isə 2017-ci ilin iyun ayından başlayaraq hər ay 6000 ABŞ dolları olmaqla, 2017-ci ilin dekabr ayının sonunadək tam qaytarmağı öz öhdəsinə götürmüşdür.
3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4431/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən, Bakı şəhəri 54 saylı notariat kontorunda xx.xx.2016-cı il tarixdə, 3M-491 nömrəli reyestr üzrə təsdiq edilmiş, X5 ilə Cavabdeh arasında bağlanılmış 92.000 ABŞ dolları məbləğində borcun etirafı haqqında müqavilənin etibarsız hesab edilməsi qət edilmiş, həmin qətnamədən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir.
4. Təcümə və təsdiq edilmiş etibarnamənin surətindən görünür ki, xx.x x.2019-cu il tarixdə İddiaçı tərəfindən Cavabdeh 2006-ci il buraxılışlı “Mercedes Benz S550 4 Matic” markalı avtomobilə dair nəqliyyat vasitəsini idarə etməyə və üzərində sərəncam verməyə dair etibarnamə vermişdir.
5. İddiaçı xx.xx.2016-cı ildə Azərbaycan Respublikası DİN BMCMİ-də izahat verərkən qeyd etmişdir ki, Cavabdeh ondan biznesə görə 100000 ABŞ dolları borc almış, onun “S-klass 221” markalı avtomobilnə görə 30000 ABŞ dolları, qohumu Arazdan 20000 ABŞ dolları almışdır. Beləliklə Cavabdeh ona 150000 ABŞ dolları borcu vardır.
6. Cavabdeh xx.xx.2016-cı ildə AR DİN BMCMİ-də izahat verərkən qeyd etmişdir ki, onun İddiaçı maşına görə 11000 ABŞ dolları borcu qalmış, 6 ay sonra borcunu bağlamışdır. Bundan əvvəl isə faizlə 11500 ABŞ dolları, sonra 30000 ABŞ dolları pul almış, hər ay aldığı p ula görə 5000-8000 ABŞ dolları civarında pul ödəmişdir. Sonra isə imkanı olmadığından ödəyə bilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 92.000 ABŞ dolları məbləğində borcun, gecikdirilməyə görə əlavə 10.000 ABŞ dolları məbləğində faizin, mənəvi zərərə görə 5000 ABŞ dolları pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
8. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı uzun müddətdir ki, Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində yaşayır. Həmin şəhərdə ərzaq məhsullarını satmaqla ailəsinin dolanışıq təlabatlarını ödəyib. Hazırkı iş üzrə Cavabdeh ilə Moskvada yaxşı münasibətləri yaranmışdır. O, bizneslə məşğul olduğundan, cavabdeh də orada qalıb işləmək fikrində olduğundan, o cavabdehə hər cür şərait yaratmaqla, orada ona himayədarlıq etmiş, öz mənzilində yer verərək bir mənzildə yaşamışlar. Beləliklə tərəflər arasında etibarlı münasibətlər yaranmışdır. 2013-cü ilin iyun ayınının əvvəllərində cavabdeh ona Bakı şəhərində ev almaq istədiyini bildirərək borc pul istəmişdir. O, özünə kreditlə “Mazda 6” markalı avtomobil aldığından, mülkiyyətində olan ikinci “Mercedes Benz S klass” markalı avtomobili xx.xx.2013-cü il tarixdə mülki etibarnamə ilə 50.000 ABŞ dolları dəyərində cavabdehə vermişdir. Sonradan əlavə olaraq 22.000 ABŞ dolları məbləğində və iddiaçının Bakı şəhərində yaşayan bacısı oğlu X5 tərəfindən 20.000 ABŞ dolları pul verilmişdir. Raz ılaşmaya əsasən cavabdeh aldığı borcu 2013-cü ilin sonuna kimi qaytarmağı öz öhdəsinə götürmüşdür. Lakin bundan sonra cavabdeh bir daha Moskva şəhərinə qayıtmamış və borcun ödəməkdən yayınmışdır. Sonrada iddiaçıya məlum olmuşdur ki, cavabdeh Çinə və Gürcüstana gedib-gəlir. Hər dəfə cavabdehə telefonla zəng vurduqda üzrxahlıq edərək qısa müddət ərzində borcu qaytaracağını bildirmişdir. Lakin sonradan telefon nömrələrini dəyişmiş, qohumlarına edilən müraciətlər də heç bir nəticə verməmişdir. Buna görə də cavabdehdən müxtəlf orqanlara, o cümlədən DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət etdikdən sonra, cavabdeh ona zəng vuraraq bu hərəkətinə görə iradını bildirmiş, borcunu imkan olan kimi qaytaracağını demişdir. O, cavabdehə inanmadığı üçün iltizam yazmağı təklif etmi ş, cavabdehin isə xx.xx.2016-cı il tarixdə öz xətti il iddiaçıya borclu olmağı barədə iltizam vermiş və iltizamda qeyd etmişdir ki, X3 qaytarmalı olduğu 20.000 ABŞ dollarını fevral ayının sonunadək, İddiaçı qaytarmalı olduğu 72.000 ABŞ dollarından 30.000 ABŞ dollarını fevral ayından may ayının sonunadək, qalan 42.000 ABŞ dollarını isə may ayının sonundan 2017-ci ilin sonunadək ödəyəcəyinə söz vermişdir. Göründüyü kimi cavabdeh borcunu etiraf etmiş, lakin borcunu qaytarmamış, iddiaçının vəsaiti hesabına varlanmış, gəlir əldə etmişdir.
9. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi Vəkil1 izahat verərək bildirmişdir ki, cavabdeh iddianı qəbul etmir. 16 oktyabr 2016-cı il tarixdə Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin müstəntiqi Moşu Paşayev cavabdehə zəng edərək onu həmin idarə yə dəvət etmişdir. Cavabdeh də müstəntiqin çağırışı əsasında məsələnin nə olduğunu aydınlaşdırmaq üçün həmin idarəyə getmişdir. Həmin gün müstəntiq cavabdehə pul borcu olduğunu bildirərək onu qanunsuz olaraq 2 gün saxlamaqla orada fiziki və psixi təzyiqlər göstərməklə işgəncələrə məruz qoymuşdur. Daha sonra müstəntiq cavabdehin vəziyyətinin ağırlaşdığını görərək onu oradan buraxmışdır. 10 dekabr 2016-cı il tarixdə cavabdeh müstəntiqin çağırışı əsasında yenidən həmin idarəyə getmiş, müstəntiq hədəqorxu və təzyiq altında, qanunsuz olaraq cavabdehə iltizam yazdırmış, onu Araz Əsədovla görüşdürmüş və həmin şəxslə notariusa gedib borc barədə müqavilə imzalamağını, əks təqdirdə cavabdehi həbs edəcəyini bildirmişdir.
10. Binəqədi Rayon Məhkəməsinin 15 fevral 2021 -ci il tarixli, 2(001)-541/2021 n ömrəli qətnaməsi ilə (hakim G.Abbasova) iddia tələbi qismən təmin edilərək, Cavabdeh 72000 (yetmiş iki min) ABŞ dolları məbləğində əsas borc, gecikdirilmiş borc üçün 3600 (üç min altı yüz) ABŞ dolları məbləğində pul (ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) və 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət olunmuşdur.
11. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı müxtəlif vaxtlarda müəyyən pul məbləğini borc kimi aldığını və həmin məbləğlərin qaytardığını qeyd etmişdir. Lakin Cavabdeh borcun qaytarılmasına dair heç bir sübut məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, işin bu halı Cavabdeh bu günə qədər Ə. Məmmədova mövcud olan borcun qaytarılmamasına dəlalət edir.
12. Artıq q anuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-12276/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsində qeyd olunmuşdur ki, mübahisələndirən müqavilənin etibarsız sayılması, İddiaçı Cavabdeh verdiyi müəyyən edilən borc məbləğini ümumi əsaslarla ondan tələb etməsinə maneə yaratmır və o, hazırki iş müəyyən olunan hallardan çıxış edərək müvafiq iddianı irəli sürmək hüququna sahibdir. Cavabdeh İddiaçı 72.000 ABŞ dolları borcunun olması iş materialları ilə müəyyən olunduğundan, hazırkı iş üzrə Cavabdeh İddiaçı 72.000 ABŞ dolları borcunun olması işin mübahisəsiz halıdır. Odur ki, iddia tələbi Cavabdeh pul vəsaitinin alınaraq iddiaçıya verilməsi hissəsində əsaslıdır. Buna görə də, iddia tələbi qismən təmin edilməlidir.
13. Məhkəmə göstərmişdir ki, iddiaçının iddia tələbi qismən əsaslıdır. Borclu icranı gecikdirməklə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca icra etmədiyi üçün iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Qeyd edilənlərə əsasən iddia tələbini araşdıran məhkəmə tələbin cavabdehə aid hissədə əsaslı hesab edir. Cavabdeh üzərinə götürmüş olduğu öhdəliyi vaxtında və lazımınca icra etməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, illik beş faiz dərəcəsi ilə hesablanmış 3600 ABŞ dolları borc (72.000 ABŞ dolları x 5%%÷12 ay= 3600 ABŞ dolları) Cavabdeh tutularaq İddiaçı İsmail oğluna ödənilməlidir.
14. Məhkəmə həmçinin iddiaçının mənəvi ziyanın ödənilməsi barəsində iddia tələbini araşdıraraq hesab etmişdir ki, iddianın həmin hissəsi əsassızdır. Buna görə də iddianın həmin hissəsi rədd edilməlidir. Belə ki, şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin m əhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 saylı qərarının 6-cı bəndinə əsasən, iddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. İddiaçının iztirab və sarsıntı keçirməsi işin materialları ilə təsdiq olunmur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, İddiaçı ona mənəvi zərər dəyməsi barəsində tələbi üzrə hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən və ona mənəvi zərər vurulmasını və psixi əzaba məruz qaldığını məhkəmədə sübut etmədiyindən, habelə onun mənəvi ziyan dəyməsinə dair tələbi məhkəmədə işin hər hansı halı və sübutu ilə sübuta yetirilmədiyindən, mənəvi ziyanın ödənilməsinə dair iddia tələbi əsassızdır. Odur ki, iddianın mənə vi ziyanın ödənilməsinə dair hissəsi rədd edilməlidir.
15. Məhkəmə öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385,1, 386.1, 425.1, 427.3, 442, 448, 739.1, 445-ci maddələrinə istinad etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
16. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin 20000 ABŞ dollarının təmin edilməyən hissəsində ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Apellyasiya şikayəti iddia tələbi ilə eynilik təşkil etməklə, şikayətdə qeyd olunmuşdur ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Buna görə də qətnamə ləğv edilərək, iddia tələbi bütövlükdə təmin edilməlidir.
18. Cavabdeh da qətnamədən apellyasiya şikayəti verə rək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə iddiaçı tərəfindən təqdim olunmuş xx.xx.2016-cı il tarixli iltizamın həqiqiliyini müəyyən etmədən, onun əslini tələb etmədən, həmin iltizamın kserosurətini sübut kimi qəbul edib və ona istinad etmişdir. Hazırkı halda isə işə baxan məhkəmə iddiaçı tərəfindən sübut kimi təqdim edilmiş iltizamın əsli və ya lazımi qaydada təsdiq olunmuş surətini deyil, özünün də qətnamədə qeyd etdiyi kimi iltizamın surətini sübut kimi qəbul etmiş və ona əsaslanmışdır. Cavabdeh tərəfindən məhkəməyə “sübutların təmin edilməsi barədə” xx.xx.2020-ci il tarixli vəsatətlə müraciət edilərək, 2(006)-4431/2017 saylı mülki işin ma teriallarının öyrənilməsi üçün tələb edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası DİN-nin BMCMİ-də toplanmış materiallar isə məhkəməyə təqdim edilmədən və həmin materiallar öyrənilmədən iş üzrə qətnamə qəbul edilmişdir. Həmin iltizamın təzyiq altında, məcburetmə şəkildə yazdırılması elə iltizamın özünün məzmunundan da açıq-aşkar görünür. Belə ki, təqdim olunmuş iltizamın məzmununda qeyd olunmuşdur ki, “...Öhdəliyi icra etmədiyi halda barəsində qanunamüvafiq ciddi tədbir görüləcəyinə dair xəbərdar edildim”. Bundan əlavə, Necə ola bilər ki, Cavabdeh idarədə dindirilərkən İddiaçı borcunun olmadığını bildirdiyi halda, sonradan həmin idarədə iltizam yazsın? Bununla bağlı qeyd edilməlidir ki, məhkəmənin istinad etdiyi qətnamədə ümumi olaraq İddiaçı məhkəməyə müraciət etmək hüququnun izah o lunması, heç bir halda Cavabdeh ona borclu olmasını təsdiq edən hal kimi qiymətləndirilə bilməz. Belə ki, həmin qətnamə ilə Cavabdeh borcunun olması və əgər borcludursa, borcun hansı məbləğdə olması müəyyən edilməmişdir. Hazırkı mülki işə birinci instansiya məhkəməsində baxılarkən cavabdeh tərəfindən iddia müddətinin tətbiqinə dair xx.xx.2020-ci il tarixli ərizə ilə məhkəməyə müraciət olunmuş, məhkəmə maddi hüquq normasının tələblərinə pozaraq, ümumiyyətlə ərizəyə münasibət bildirməmişdir.
20. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 15 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – X.Sarıyev (sədrlik edən və məruzəçi), N.Cəfərov və E.Mehtiyev, iş N 2(103)-9884/2021) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh tərəfindən verilmiş apellyasiya şik ayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia tələbi təmin edilməmişdir.
21. Apellyasiya instansiya məhkəməsi iki hissədə mövqe sərgiləmişdir: iddianın əsaslılığı və iddia müddətinin tətbiqi.
22. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin əsaslı olması ilə bağlı qənaətini onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehdən 92000 ABŞ dolları borcunu tələb etsə də, cavabdeh hazırda borcunun olmadığını bildirir. Lakin cavabdehin iş materiallarında olan izahatlarından görünür ki, onun iddiaçıya 11000 ABŞ dolları, 11500 ABŞ dolları və 30000 ABŞ dolları olmaqla, cəmi 52500 ABŞ dolları borcu olmuşdur. Cavabdeh borcunun bir hissəsini qaytardığını qeyd etsə də, bununla bağlı sübut lar təqdim etməmişdir. Göründüyü kimi tərəflər arasında yaranmış münasibətlər üzrə öhdəliklərin cavabdeh tərəfindən icra edilməməsi iş materialları ilə təsdiq olunur. Buna görə də, kollegiya hesab etmişdir ki, cavabdehin iddiaçıya 52500 ABŞ dolları borcunun olması təsdiq olunduğundan, iddia tələbi qismən əsaslıdır.
23. Kollegiya qeyd etmişdir ki, iddiaçı tərəfin cavabdehdən AR DİN BMCMİ-də xx.xx.2016-cı ildə alınmış əlyazma ilə olan iltizama sübut kimi istinad etməsi əsaslı hesab edilə bilməz.
24. Belə ki, həmin iltizam cavabdeh AR DİN BMCMİ-də saxlanılarkən xx.xx.2016-cı ildə alınmış, bundan üç gün sonra- xx.xx.2016-cı ildə oxşar məzmunla X4 ilə Cavabdeh arasında borcun etirafı müqaviləsi bağlanmışdır ki, həmin müqavilə qüvvədə olan məhkəmə qətnamələri ilə etibarsız hesab edilmişdir. Qanu ni qüvvəyə minmiş məhkəmə aktlarına əsasən, xx.xx.2016-cı ildə bağlanmış borcun etirafı müqaviləsi Cavabdeh AR DİN BMCMİ-nə çağırılmasından və orada saxlanılmasından sonra təzyiq altında alındığından, etibarsız hesab edilmişdir.
25. Beləliklə, kollegiya hesab etmişdir ki, xx.xx.2016-cı ildə Cavabdeh alınmış iltizam (məzmunda qeyd olunur ki, öhdəliyi icra etmədiyi halda barəsində qanunamüvafiq ciddi tədbir görüləcəyinə dair xəbərdarlıq edildi) cavabdehin AR DİN BMCMİ-də nə çağırılmasından və orada saxlanılmasından sonra təzyiq altında alındığından, mötəbər sübut kimi qəbul oluna bilməz.
26. Apellyasiya instansiyası məhkəməsi bu hissədə mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Mülki Məcəllənin 385,1, 386.1, 425.1, 427.3, 442, 448 və 739.1-ci maddələrinə istinad etmişdir.
27. Apellyasiya ins tansiyası məhkəməsi iddia müddəti ilə bağlı qənaətini belə əsaslandırmışdır ki, iddiaçının da tələbindən göründüyü ki, cavabdeh borcunu 2013-cü ilin sonuna kimi ödəməli idi. Göründüyü kimi, cavabdehin borc müqaviləsi üzrə öhdəliyinin icra müddəti 2013-cü ilin dekabr ayında bitmişdir. İddiaçı tərəf Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən 3 ildən artıq müddət keçəndən sonra, iddia müddətini keçirməklə, 25 avqust 2020-ci ildə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəf isə iddia müddəti keçirildiyi üçün, ərizə təqdim edərək, iddianın rədd edilməsini xahiş etmişdir.
28. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini bu hissədə hüquqi cəhətdən əsaslandırarkən Mülki Məcəllənin 373.2, 375.2-ci maddələri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarına istinad etmişdir.
29. Beləliklə, apellyasiya instansiyası məhkəməsi iddianı qismən əsaslı hesab etsə də, iddia müddətini tətbiq edərək iddianı rədd etmişdir. Kassasiya şikayətinin dəlilləri
30. İddiaçı (Vəkil2) qətnamədən kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
31. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Müddət, həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Hazırki iş üzrə iddia müddətinin məhkəmə tərəfindən tətbiq e dilməsi qanuna ziddir. Bundan başqa iddia müddətinin ötürülməsi barədə məhkəmənin gəldiyi səhv nəticə işin faktiki hallarına və işin materiallarına ziddir. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Konstitusiya Məhkəməsinin həmin qərarında bir çox məsələlərə toxulunub, hansılar ki iddianın əsaslı olmasının sübutu kimi qiymətləndirilməli idi. Hazırki iş üzrə tərəflər arasında sərbəst şəkildə, iradə ifadələrinə uyğun qanunvericiliyin tələblərinə müvafiq iltizam bağlanılmış və bu iltizamda da tərəflərin özlərinin müəyyənləşdirdiyi şərtlərə əsasən borcun hansı tarixədək verilməsi müəyyənləşdirilmişdir. Belə olduğu halda bu müddət keçməmişdir. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
32. Cavabdehin vəki li Vəkil1 kassasiya şikayətinə etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsi, qətnamənin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarıdüzgün tətbiq edilmiş, qətnamə işin müəyyən olunmuş hallarına uyğun olaraq qanuni və əsaslıdır. İddiaçı tərəfin istinad etdiyi iltizamtərəflər arasında bağlanmamış, birtərəfli olaraq cavabdehdən Azərbaycan Respublikası DİN BMCMİ-də saxlanılarkən hədə-qorxu və təzyiq altında alınmışdır, mötəbər sübut kimi qəbul oluna bilməz. Borc öhdəliyinin icra müddəti 2013-cü ilin dekabr ayında bitmişdir. İddiaçı tərəf 3 il iddia müddətini keçirməklə 25 avqust 22020-ci ildə hazırki iddia tə ləbi ilə məhkəməyə müraciət etmişdir. Tətbiq edilən hüquq
33. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
34. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
35. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
45. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarı:
46. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətl əri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.
47. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiy i halları sübut etməlidir.
50. Maddə 83.2. Məhkəmə tapşırığı haqqında qərardadda baxılan işin mahiyyəti qısa şərh edilir, aydınlaşdırılmalı hallar, tapşırığı yerinə yetirən məhkəmənin toplamalı olduğu sübutlar göstərilir.
51. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
52. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
53. Maddə 416.1. Kassasiya instansiyası məhkəm əsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
54. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
55. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
56. Qətnamədən kassasiya şikayəti verən iddiaçı qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
39. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticədən görünür ki, cavabdeh borcunu 2013-cü ilin sonuna kimi ödəməli idi. Göründüyü kimi, cavabdehin borc müqaviləsi üzrə öhdəliyinin icra müddəti 2013-cü ilin dekabr ayında bitmişdir. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, iddia müddətinin tətbiq edilməsi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.
40. Kassasiya şik ayətinin dəlillərinə görə, hazırki iş üzrə tərəflər arasında sərbəst şəkildə, iradə ifadələrinə uyğun qanunvericiliyin tələblərinə müvafiq iltizam bağlanılmış və bu iltizamda da tərəflərin özlərinin müəyyənləşdirdiyi şərtlərə əsasən borcun hansı tarixədək verilməsi müəyyənləşdirilmişdir. Belə olduğu halda bu müddət keçməmişdir.
41. Məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2016-cı ildə Cavabdeh alınmış iltizam (məzmunda qeyd olunur ki, öhdəliyi icra etmədiyi halda barəsində qanunamüvafiq ciddi tədbir görüləcəyinə dair xəbərdarlıq edildi) cavabdehin BMCMİ-də nə çağırılmasından və orada saxlanılmasından sonra təzyiq altında alındığından, mötəbər sübut kimi qəbul oluna bilməz. Bu səbəbdən də iddia müddətinin axımı zamanı həmin iltizam nəzərə alına bilməz.
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
43. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri süb utlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
44. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
45. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-9884/2021 nöm rəli, 15 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.