Məhkəmə qərarları › İş №2(102)-2431/2023

Ali Məhkəmə Qərardad — İş №2(102)-2431/2023

18.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2431/2023 18.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARDADİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının, hakimləri Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi hakim), Şamayev Elşad Yaquboviç, X1 ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-164/2023 nömrəli, 25 yanvar 2023-cü il tarixli qətnaməsindən İddiaçı verdiyi kassasiya şikayətini nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı cavabdeh Abşeron rayon N saylı Notariat Ofisinə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayon N saylı Notariat Ofisi tərəfindən qəbul edilmiş xx.xx.2016-cı il tarixli 7F12363 sa ylı icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin (hakim H.Əhmədov) (bundan sonra – birinci instansiya məhkəməsi) 2(012)-5604/2021 nömrəli, 20 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər S.Qafari (sədrlik edən və məruzəçi), G.Cabbarova və A.Süleymanova) (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-164/2023 saylı mülki iş üzrə 25 yanvar 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək, apell yasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini nəzərdən keçirərək hesab edir ki, şikayət Mülki Prosessual Məcəllənin normalarının tələblərinə cavab vermir. Belə ki, kassasiya şikayətində qanunvericilik normalarına istinad edilməklə və işin halları sadalanmaqla kifayətlənmiş, həmin normaların düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmiş, normaların pozuntusuna dair aydın şəkildə izah verilməmişdir. Halbuki kassasiya şikayətində maddi və yaxud prosessual hüquq normalarına istinad edilməklə kifayətlənilməməli, həmin normaların düzgün tətbiq edilməməsinin nədən ibarət olması mütləq şəkildə şərh edilməli, göstərilmiş hər bir normanın pozuntu sunun və ya düzgün tətbiq edilməməsinin nədən ibarət olduğuna və bu halların nə ilə nəticələndiyinə dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Qeyd edilən kassasiya şikayəti isə bu tələblərə cavab vermir. Mülki Prosessual Məcəllənin 407.1.4-cü maddəsinə əsasən kassasiya şikayətində şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması göstərilməlidir. Həmin Məcəllənin 408.1.5-ci maddəsinə görə kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olm ası göstərilməmişsə, apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, hazırki iş üzrə kassasiya şikayətinin mümkünlüyü üçün əsaslar mövcud olmadığından, kassasiya şikayəti qeyrimümkün hesab edilməli, kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 404-1.2, 407, 408.1.5-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-164/2023 nömrəli, 25 yanvar 2023-cü il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar