Məhkəmə qərarları › İş №2(102)-2434/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2434/2022

19.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2434/2022 19.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və cavabdeh AR ƏMDK-nın yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ilk, ilk iddia və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı qarşılıqlı, mübahisə predmeti barəsində müstəqil tələb irəsi sürən üçüncü şəxs X7 ilk iddia və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası üzrə cavabdeh qarşılıql ı iddia üzrə iddiaçı Cavabdeh1, ilk iddia və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası üzrə cavabdeh AR ƏMDK-nın yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinə və cavabdeh Bakı şəhəri 40 saylı Notariat Kontoruna qarşı iddialar barədə iş üzrə QƏRARİ (Açar sözlər: vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10829/2021 nömrəli iş üzrə 24 noyabr 2021-ci il tarixli qətnaməsindən ilk iddia və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən verilmiş k assasiya şikayəti üzrə işə 19 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 31.05.2019-cu il tarixdə verilmiş **********37 saylı məktubundan görünür ki, ünvan 2 evin mərhum X16 adına dövlət reyestrində qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir, lakin həmin ünvanla bağlı fiziki şəxslərin mülkiyyətində olan binaların və qurğuların qiymətləndirilməsinə dair hesabat pasportu İdarənin arxivində mövcuddur. Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş hesabatın surətindən görünür ki, ünvan 2 evə dair X16 adın a hesabat tərtib edilmişdir. Bakı şəhəri 40 saylı Notariat Ofisi tərəfindən 04.11.2020-ci il tarixdə verilmiş notariat işində olan sənədlərin təsdiq edilmiş surətlərindən görünür ki, 04.12.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 07.09.1969-cu il tarixdə ölmüş X2 vərəsəsi, oğlu Məmmədov X33 idi, lakin onun 19.04.2004-cü ildə vəfat etməsi ilə əlaqədar miras onun vərəsəsi, oğlu Cavabdeh1 keçir. Şəhadətnaməyə əsasən X4 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş **********52-10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ümumi sahəsi 121.4 kv.metr olan fərdi yaşayış evinin birgə mülkiyyət üzrə ona məxs us hissəsindən pay almışdır. Notariat işində olan sənədlərdən müəyyən edilir ki, X8 07.09.1969-cu il tarixdə ölmüş, arvadı X34 isə 03.09.1951-ci il tarixdə ölmüşdür. Birgə nikahlarından olan oğlu Məmmədov Nəriman Məmmədhüseyn oğlu 19.04.2004-cü il tarixdə ölmüşdür. Məmmədov X5 Xanım Salman qızı ilə rəsmi nikahda olmuş və birgə nikahlarından Cavabdeh1 anadan olmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş 14.11.2019-cu il tarixli çıxarışın surətindən görünür ki, ünvan 2 ümumi sahəsi 121,40 kvm olan evin 1/3 hissəsi X4, 1/3 hissəsi X39 adına və 1/3 hissəsi X38 adına 14.11.2019-cu il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyes tr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 2 evin 1\3 hissəsi Cavabdeh1 adına 16.12.2019-cu il tarixdə, 1/3 hissəsi X39 adına və 1/3 hissəsi X38 adına 14.11.2019-cu il tarixdə qeydiyyata alınmışdır. Bakı şəhəri İcrayyə Komitəsi Azərbaycan Sovet Sosialist Respublikası fəhlə, kəndli, qırmızı əskər və dənizçilər Deputatları Kommunal Təsərrüfatın Daşınmaz əmlak Şöbəsinin Bakıda bələdiyyə qeydiyyatında olmayan tikililərin reyestrindən verilmiş 15.10.1934-cü il tarixli 202 saylı arayışından görünür ki, bu arayış Bakı Şurasının Kommunal Təsərrüfatı tərəfindən vətəndaş X42 ondan ötrü verilmişdir ki, türk kişləsi Kəndçi kəndində yerləşən 10 saylı milis idarəsində 756 kv.m torpaq sahəsində və açıqlamada qeyd edilmış əsasən çöldə yerləşən A-bir mərtəbəli və B birmərtəbəli İ-İİ nömrə ilə qeyd edilmiş 7 a nömrəli ev Bakı şəhəri bələdiyyə qeydiyyatında olmayan tikililərin reyestrində vətəndaş X39, X22 və X38 adına qeyd edilmişdir. Bakı şəhəri Nizami rayonu X31 Nizami rayon yaşayış sahələrinin idarəsinin 30.11.1988-ci il tarixli 679 saylı arayışının surətindən görünür ki, Kəndçi küçəsi, 9 ünvanında yaşayan vətəndaş X.S.Məmmədovaya onun ərizəsinə baxılması ilə əlaqədar bildirilmişdir ki, Kəndçi küçəsi, 9 ünvanında yerləşən evin sahibliyi rəhmətə getmiş X41 varisi M.M.Məmmmədova məxsusdur. X23 və X24 həmin yaşayış sahəsinə kirayəçi kimi qeydiyyata düşmüşlər, ona dair hüquqlara malik deyillər. Ona hüquqi varis kimi həmin şəxslər evi tərk etmədikləri təqdirdə məhkəmədə iddia qaldırmaq hüququ izah edilmişdir. X17 verilmiş Azərbaycan SSR Xalq Təsərrüfatı Nazirliyinin şəxsi mülkiyyət hüququ üzrə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasportdan görünür ki, Şamiyan rayonu, Keşlə, Kəndçi küçəsi, ev 4 ona məxsusdur. Azərbaycan Respublikası "xxxx" MMC-nin direktoru F.İbrahimovun verdiyi 05 mart 2020-ci il tarixli rəydən görünür ki, ünvan 2 fərdi yaşayış evinin 59.1 kv.metr ümumi sahədən ibarət söküntü obyektinin bərpası üçün hesablanmış xərc 20605 manat təşkil etdiyi müəyyən edilmişdir. 25 aprel 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, Cavabdeh1 ünvan 2 fərdi yaşayış evinin 59.1 kv.metr hissəsinin İddiaçı və X12 tərəfindən sökülərək ona 20605.4 manat maddi ziyan vurulması barədə şikayət ərizəsi ilə Nizami RPİ-nin 23-cü PB-nə müraciət etmiş və İdd iaçı və X7 əməllərində cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 11.08.2020-ci il tarixli 6(007)-20\2020 saylı qərardan görünür ki, Bakı şəhəri Nizami rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X29 25.04.2020-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarından Cavabdeh1 tərəfindən verilmiş şikayət ərizəsi onun vəkili və nümayəndəsi tərəfindən baxılmadan geri qaytarılması xahiş edildiyi üçün geri qaytarılmışdır. "xxxx" MMC-nin 20.09.2018-ci il tarixli hesabat cədvəlindən görünür ki, həmin hesabat cədvəli ünvan 3ləşən tikili barəsində tərtib edilmiş, onun sahibi isə X9r. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsinə əsas olmuş sənədlərin etibarsız hesab edilməsi və mülkiyyət hüququna dair çıxarışın ləğv edilməsi” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən evə dair verilmiş qeydiyyat nömrəsi ********** olan 16.12.2019-cu il tarixli çıxarışa əsas olan sənədlərin etibarsız hesab edilməsi, qeydiyyat nömrəsi ********** olan 18.12.2019-cu il tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia tələbini dəqiqləşdirərək, cavabdehlə r Cavabdeh1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Cavabdeh1 özbaşına hərəkətlərinə son qoyulması, qanun çərçivəsində ona qarşı tədbir görülməsi, ona verilən ********** nömrəli olan 18.12.2019-cu il tarixli çıxarışın və ona əsas olan qanunsuz verilmiş vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi, Cavabdeh1 ona qarşı qarşılıqlı iddiasının təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 28 yanvar 1978-ci il təvəllüdlü olmaqla, doğulduğu gündən ünvan 2 fərdi yaşayış evində valideynləri ilə birlikdə yaşamış və qeydiyyatda olmuşdur. Hal-hazırda 21.05.2013-cü il təvəllüdlü oğlu ilə birlikdə həmin evdə yaşayır. Həmin evin al tında yerləşən torpaq sahəsi 705 sot olmaqla, həyətdə iki tikili vardır. Həmin tikililərin biri “A” tikilisi atası tərəfindən tikilmiş, “B” tikilisi isə əmisi X13 tərəfindən tikilmiş və əmisi ailə quranadək orada yaşamışdır. Əmisi ailə qurduqdan sonra onların həyətinə bitişik yerdə ev tikib, ailəsi ilə birlikdə orada yaşamışdır. Atası 30 avqust 2018-ci il tarixdə vəfat etmişdir. Atasının yeganə varisi isə özüdür. Lakin, yaxın müddətdə ona məlum olmuşdur ki, Cavabdeh1 onun qeydiyyatda olduğu evə dair ona məlum olmayan yolla çıxarış almışdır. Belə ki, onun mərhum atasına Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən 2001-ci ildə ünvan 2 fərdi yaşayış evinə dair hesabat verilmiş və evin sxemi çəkilmişdir. Cavabdehin təqdim etdiyi sənədə əsasən isə onun evi Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, ev 7 A kimi qeyd edilmişdir. Artıq bir müddətdir ki, cavabdeh onu narahat edərək, evdən çıxmasını tələb edərək, polisə şikayət edir. Halbuki, o cavabdehi ümumiyyətlə tanımır və heç vaxt onların evində olmayıb. 30.08.2018-ci il tarixdə atası vəfat etdikdən sonra əmisi qızı X18 ilə aralarında qalmaqal başlamışdır. Gülnarə həyətdə olan digər tikiliyə, yəni 1 otaqlı evə, guya onun atası tərəfindən tikilmiş və onun mülkiyyəti hesab etdiyi evə məhkəmə qarşısında iddia qaldırmış və özü ilə birlikdə ailə üzvlərinin o evə köçürülməsini tələb etmişdir. Onun həmin evə dair mülkiyyət hüquqlarını təsdiq edən sənədi olmadığına görə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-694 saylı 11.03.2019-cu il tarixli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-72 19 saylı 03.07.2019-cu il tarixli və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-8249 saylı 17.01.2020-ci il tarixli qərarları ilə iddiası təmin edilməmişdir. X3 tələbi Ali Məhkəmədə baxılmamış 06.11.2019-cu il tarixdə AR ƏMDK yanında DƏDRX-in nümayəndəsi ərazi üzrə sahə müvəkkili ilə onun yaşadığı Kəndçi küç, 9/4 ünvanına gəlmiş ona bildirmişlər ki, Cavabdeh1 idarəyə ona məxsus mülkə dair çıxarışın əldə edilməsi ilə bağlı müraciət etmişdir. Təbii ki o, bu insanın adını eşidəndə təəcüblənmiş, çünki daima böyüklərdən, ata-anasından eşitmişdir ki, bu həyət onların olub. Cavabdeh1 babası X2 ölümündən 50 il keçməsinə, atası Məmmədov X19 ölümündən 15 il keçməsinə baxmayaraq ata ilə oğulun arasında vərəsəlik hüququnun tanınmamasına baxmayaraq, həmçinin qanunla müəyyən edilmiş vərəsəliyinin v axtının ötürülməsinə məhəl qoymayaraq 40 saylı notariat kontoruna müraciət etmişdir. Notariusun müdiri X6 təşəbbüsü ilə 152/2019 saylı vərəsəlik işi açılmış və Cavabdeh1 1/1 payçı kimi vərəsəlik hüququ verilmişdir. Hərçənd ki, vərəsəliyə qalsa Tofiqin Nadir adında qardaşı, babası Məmmədhüseynin qardaşı Dadaşbala, onun övladları, nəvələri ola-ola necə olur ki, Tofiq 1/1 payçı olur. Onların heç bu vərəsəlikdən xəbərləri belə yoxdur. Verilmiş çıxarışın surəti məhkəməyə təqdim edilmiş və orada mülkiyyətin birgə 1\3 paylı mülkiyyət olduğu qeyd edilmişdir. Cavabdeh1 çıxarışı əldə etdikdən sonra onu polis orqanlarına şikayət etmiş, guya o, onun evini zəbt etmiş, çıxmır, evindən əmlakına 20605 manat dəyərində ziyan vurmuş, söküntü aparmış və buna dair istintaqın aparıldığını bildirmişdir. 96 il zə bt olunma dövrü olmur. Çıxarışa görə əmlak birgə mülkiyyətdir və digər payçıların xəbəri olmadan onun bu tələbləri iddia etməyə ixtiyarı yoxdur. Bu səbəbdən məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İlkin iddia üzrə və iş üzrə müstəqil tələb irəli sürən 3-cü şəxsin iddiası üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Məmmədov X15 Rəna Ramiz qızına qarşı “vurulmuş ziyanın ödənilməsi, istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı tərəfindən ünvan 2 fərdi yaşayış evinin sökdüyü 59.1 kv.metr ümumi sahədən ibarət hissəsinin bərpa edilməsi üçün hesablanmış 20605 (iyirmi min altı yüz beş) manat zərər məbləğinin tutulub ona ödənilməsi, cavabdehin ünvan 2 fərdi yaşayış evinə olan istifadə hüququ na 10000 (on min) manat məbləğində kompensasiya verilməklə xitam verilməsi, cavabdehin ünvan 2 fərdi yaşayış evindən cavabdehin əşyaları ilə birlikdə çıxarılması, ödənilmiş 30 manat dövlət rüsumunun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 2 ev onun paylı mülkiyyətindədir. Mülkiyyətində olan mənzil miras əmlak olaraq babasından qalmışdır. Belə ki, Bakı şəhəri 40 saylı Notariat Ofisinin xüsusi notariusu X11 tərəfindən 04 dekabr 2019-cu il tarixdə təsdiq etdiyi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında 07.09.1969-cu il tarixdə ölmüş babası X1 miras qalmış 121.40 kv.metrdən ibarət ünvan 2 fərdi yaşayış evi, miras əmlakı qəbul etmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasın da ona Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 16.12.2019-cu il tarixdə reyestrdən çıxarış verilmişdir. Həmin fərdi yaşayış evini onun mülkiyyətinə keçmişdir. Cavabdeh İddiaçı isə mülkiyyətində olan evdə yaşamaqla yanaşı, mülkiyyətində olan fərdi yaşayış evinin bir hissəsini sökmüşdür. Həmin iş üzrə Nizami rayon Polis İdarəsində cinayət işi araşdırılır. Azərbaycan Respublikası "xxxx" MMC-nin direktoru F.İbrahimovun verdiyi 05 mart 2020-ci il tarixli rəydən görünür ki, aparılmış araşdırma zamanı ünvan 2 fərdi yaşayış evinin 59.1 kv.metr ümumi sahədən ibarət söküntü obyektinin bərpası üçün hesablanmış xərc 20605 manat təşkil etdiyi müəyyən edilmişdir. Göründüyü kimi cavabdehin qanunsuz h ərəkəti nəticəsində əmlaka 20605 manat məbləğində maddi ziyan dəymişdir. Bundan başqa, cavabdehin əmlaka vurulmuş zərəri ödəməklə yanaşı, onun ünvan 2 fərdi yaşayış evinə olan istifadə hüququna kompensasiya verilməklə xitam verilməli və cavabdeh fərdi yaşayış evindən çıxarılmalı və mənzil boşaldılmalıdır. Mübahisə predmeti barəsində müstəqil tələb irəsi sürən üçüncü şəxs X12 cavabdehlər Cavabdeh1, Bakı şəhəri 40 saylı Notariat Kontoruna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 2 fərd i yaşayış evi ilə bağlı cavabdeh 40 saylı Notariat Kontoru tərəfindən Cavabdeh1 adına 2V-331 nömrəli reyestrdə qeydə alınmaqla verilmiş 04 dekabr 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və həmin şəhadətnamə əsasında ünvan 2 fərdi yaşayış evinə dair Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və onun adına verilmiş qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə müstəqil tələb irəli sürən 3-cü şəxs X12 iddia tələbini onunla əsaslandırlmışdır ki, o, 2015-ci ildə ailə qurmuş və həyat yoldaşının Bakı şəhərində evi olmadığından, ailə qurduqdan bir müddət sonra atasının ev ində yaşamağa başlamış, atasının əmisi X35 onu öz qızından ayırmadığı üçün onun evsizlikdən əziyyət çəkməsini görmüş, sonradan öz həyətində yerləşən 1 otaq, 1 giriş və koridordan ibarət boş evi ona verdiyini bildirmişdir. Atasının əmisi X35 31 avqust 2018-ci il tarixdə vəfat edəndən sonra həmin evə köçüb orada yaşamağa başlamışlar. İlk əvvəl həmin evə hasar çəkmiş, sonradan qızı Rəna ilə qarşılıqlı razılıq əsasında Keşlə qəsəbə Bələdiyyəsinin nümayəndəsini dəvət edərək, onun adına təyin edilmiş və yeni ünvan göstərilməklə Hesabat kitabçasını vermişlər. Sonradan o, və ailə üzvləri ünvan 2 ünvana qeydiyyata alınmışdır. Lakin bir müddət sonra X10 müraciəti əsasında evdən qeydiyyatdan çıxarılmışlar. 07 noyabr 2019-cu il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi və ərazi üzrə sahə müvəkkili evə gələrək, evin Cavabdeh1 məxsus olmasını və o, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında mənzili əldə etdiyini bildirmişdir. Lakin hesab edir ki, Cavabdeh1 adına olan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab olunmalı və onun əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat ləğv edilməlidir. Belə ki, onların yaşadığı evin həyətyanı sahəsi 7.50 sotdur. Lakin Cavabdeh1 adına verilmiş çıxarışda, habelə texniki pasportda 0.01726 ha göstərilmiş və əsassız olaraq bu əraziyə ona məxsus həm ev, həm də həyətdə yerləşən sanitar qovşaq və qaraj da əlavə edilmişdir. Bundan başqa, tikililərin inşa edildiyi tarix də səhv göstərilmişd ir. Qeyd etmişdir ki, Cavabdeh1 adına 1934-cü ilin arxiv arayışı əsasında vərəsəlik hüququ haqqında şəhadətnamə və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınmışdır. Lakin ona məxsus ev 1950-ci illərdə onun babası tərəfindən inşa edilmişdir. Qalan tikililər isə qaraj 2015-ci ildə, sanitar qovşaq isə 2005-ci ildə əmisi X35 tərəfindən inşa edilmişdir. Cavabdeh1 40 saylı notariat kontorunun köməkliyi ilə əldə etdiyi vərəsəlik şəhadətnaməsi qanunsuzdur. Belə ki, 152 saylı 04.12.2019-cu ildə əldə olunan vərəsəlik şəhadətnaməsi 1934-cü ildə o zamanki Kommunal İdarə (JEK) tərəfindən verilmiş arayış əsasında alınmışdır. Həmin ildə bu idarə tərəfindən arayışlar özbaşına tikililərə, mənzil kommunal birliklərinin evlərinə verilmişdir. Vərəsəliyin təyin edilməsi o zaman mümkün olur ki, mülkiyyət vətəndaşın öz şəxsi mülkiyyəti olsun. Bu arayış isə kommunal evlər üçün (özbaşına tikililər üçün) nəzərdə tutulduğuna görə vərəsəliyin həmin arayış əsasında açılması yolverilməzdir. Müqayisə üçün 1935-ci ildə başqa bir insanın adına tərtib edilmiş Texniki İnventarlaşdırma İdarəsi tərəfindən verilmiş Qeydiyyat Vəsiqəsini təqdim etmişdir. Bu müqayisədən açıq aşkar görünür ki, vərəsəliyin açılmasına əsas götürülən kommunal idarənin arayışı xüsusi mülkiyyəti təsdiq edən sənəd, çıxarış deyildir. Onların arasında çox ciddi fərq vardır. Əgər Kommunal İdarə tərəfindən verilən arayış əsasında Tofiqin babasının anası Qızana Balakişi qızı çıxarışın tərtib edilməsi üçün Texniki İnventarlaşdırma İdarəsinə özü müraciyət etsəydi, o zaman çıxarışın verilməsi üçün tələb olunan sənədlərin siyahısına bu ara yış daxil ola bilərdi. Lakin xanım çox uzun müddət əvvəl vəfat etdiyinə və bu evlər onun xüsusi mülkiyyəti olmadığına görə vətəndaşın ölümündən sonra onun qohumları varis sayıla bilməzlər. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakim H.Əhmədova, iş № 2(007)-165/2021) ilkin iddia tələbinin və müstəqil tələb irəli sürən 3-cü şəxs X7 iddiasının təmin edilməməsi, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, İddiaçı ünvan 2 fərdi yaşayış evinə olan istifadə hüququna 10000 (on min) manat məbləğində kompensasiya verilməklə xitam verilməsi, İddiaçı ünvan 2 fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılması, qətnamənin İddiaçı ünvan 2 fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması üçün əsas olması, məhkəmə xərclərinə aid olan, ilkin iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun İddiaçı, qarşılıqlı iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun Cavabdeh1, müstəqil tələb irəli sürən 3-cü şəxs X7 ödənilmiş dövlət rüsumunun ona aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh1 hazırda məhkəmədə mübahisələndirilən ünvan 2 ümumi sahəsi 121.4 kv.metr olan fərdi yaşayış evini birgə mülkiyyət üzrə ona məxsus 1\3 hissəsindən vərəsəlik qaydasında pay almışdır. Bu əmlak 04.12.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 07.09.1969-cu il tarixdə ölmüş X2 vərəsəsi, oğlu Məmmədov X33 olmuş, lakin onun 19.04.2004-cü ildə vəfat etməsi ilə əlaqədar miras onun vərəsəsi, oğlu Cavabdeh1 keçmiş, vərəsəlik şəhadətnaməsinə əsasən X4 Azərbaycan Respublikası Əmlak Məsələləri D övlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş **********52-10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmiş və o mübahisəli evinin birgə mülkiyyət üzrə ona məxsus hissəsindən pay almışdır. Notariat işində olan sənədlərdən müəyyən edilir ki, X8 07.09.1969-cu il tarixdə ölmüş, arvadı X34 isə 03.09.1951-ci il tarixdə ölmüşdür. Birgə nikahlarından olan oğlu Məmmədov Nəriman Məmmədhüseyn oğlu 19.04.2004-cü il tarixdə ölmüşdür. Məmmədov X5 Xanım Salman qızı ilə rəsmi nikahda olmuş və birgə nikahlarından Cavabdeh1 anadan olmuşdur. Mübahisəli ev Cavabdeh1 tərəfindən vərəsəlik qaydasında ona məxsus hissədə qanuni əsaslarla əldə edilmişdir. Bu əmlak ilkin İddiaçı atası X25 mülkiyyət hüququ ilə mə xsus olmamış, o və ilkin iddiaçı həmin mənzilin istifadəçisi olmuşlar. İsmayılov Ramiz 30.08.2018-ci il tarixdə vəfat etmiş, ilkin İddiaçı isə hazırda mübahisəli evdə yaşayır. İş üzrə müstəqil tələb irəli sürən 3-cü şəxs X12 isə mülkiyyət hüququ ilə müvafiq qaydada təsdiq olunmamış "xxxx" MMC-dən başqa ünvanda, yəni ünvan 3ləşən başqa tikili barədə hesabat cədvəli əldə etmişdir. Məhkəmə, işin yuxarıda sadalanan hallarını nəzərə almaqla hesab edir ki, İddiaçı və iş üzrə müstəqil tələb irəli sürən 3-cü şəxs X12 onlara mülkiyyət hüququ ilə məxsus olmayan əmlakla bağlı onun paylı mülkiyyətçilərindən birinə qarşı mülkiyyət hüququnun yaranmasına əsas olmuş vərəsəlik şəhadətnaməsini və onun əsasında verilmiş çıxarışın ləğv edilməsini tələb etsələr də öz tələblərini əsaslandıra bilməmişlər. İddiaç ı mübahisələndirilən evin istifadəçisi kimi həmin evə dair maraqlı şəxs olduğunu sübut etsə də, mülkün atasına mülkiyyət hüququ ilə məxsus olmasını, Cavabdeh1 mübahisəli evə dair vərəsəlik qaydasında paylı mülkiyyətçi olmasının əsassızlığını sübut edə bilməmiş, bu barədə məhkəməyə heç bir mötəbər sübut növü təqdim etməmişdir. Məhkəmə qeyd edir k, mülki iş materialları ilə müəyyən olunmuşdur ki, İddiaçı yalnız mübahisəli evin istifadəçisi kimi mülki hüquqları yaranmışdır. Məhkəmə onun iş üzrə qarşılıqlı iddiaçı Cavabdeh1 təklif etdiyi 10 min manat kompensasiya məbləği verilməklə istifadə hüquqlarına xitam verilməsini həmin ərazidə müəyyən müddətdə özünü oxşar yaşayış sahəsi ilə təmin etmək imkanının mümkünlüyünü nəzərə alaraq kompensasiya verilməklə onun istifadə hüquqlarına xitam verilməsi ni mübahisənin ədalətli həlli hesab edir. Məhkəmə iş üzrə qarşlılqlı iddiaçı Cavabdeh1 paylı xüsusi mülkiyyətində olan ünvan 2 fərdi yaşayış evindən qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı evə dair istifadə hüquqlarına 10 min manat kompensasiya verməklə xitam verilməsi hissəsində işin faktiki hallarını və tərəflər arasında olan hazırkı mövcud qarşılıqlı münasibəti, Cavabdeh1 tərəfindən təklif olunan kompensasiyanın məbləğini, mübahisəli mənzilin yerləşdiyi ərazidə mənzilin aylıq kirayə haqqının mövcud bazar dəyərini, cavabdehin mübahisəli mənzildə yaşadığı müddəti, onun əmək qabiliyyətli olmasını nəzərə alaraq hesab edir ki, Cavabdeh1 tərəfindən təklif edilən 10.000,00 manat daxilində başqa yerdə əvvəlki mənzildə onlara xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkan verilməsi üçün kifa yət hesab edilə bilər. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, qarşılıqlı iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 tərəfindən İddiaçı 10000,00 (on min) manat kompensasiya verilməklə sonuncunun Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Kəndçi küçəsi, ev 9/4 ünvanına istifadə hüquqlarına xitam verilməli, İddiaçı əşyaları ilə birlikdə həmin evdən çıxarılmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, qətnamə İddiaçı sözügedən mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Məhkəmə iş üzrə qarşılıqlı iddiaçı Cavabdeh1 ilkin iddiaçı cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələbinin vurulmuş ziyanın ödənilməsi hissəsi ilə bağlı bildirir ki, iddi a tələbinin bu hissəsi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, İddiaçı uzun müddət və hazırda ünvan 2 fərdi yaşayış evində yaşamış, əmlakın valideynlərinə məxsus olmasını hesab etmiş və maneəsiz olaraq ondan istifadə etmişdir. Uzun müddət ərzində ona əmlakın başqa sahibin olması barədə faktın olması məlum olmamışdır. Mübahisəli evin Cavabdeh1 aid olması faktı isə ona 07.11.2019-cu il tarixdə Əmlak Komitəsi Bakı şəhəri ərazi idarəsinin nümayəndələri gəldikdə məlum olmuşdur. İş materialları ilə də təsdiq edilir ki, vərəsəlik iş üzrə Cavabdeh1 adına və onun babası X14 adına daşınmaz əmlak 14.11.2019-cu il tarixdə qeydiyyata alınmışdır. İddiaçı və şəxs X7 məhkəməyə verdikləri izahatlarla müəyyən olunur ki, söküntü işlərinin daha əvvəl yəni 2019-cu ilin aprel ayında həyata keçirmişdir. Bu söküntü ilə bağlı 2019-cu ilin may ayında Rənanın əmisi qızı X18 Bakı şəhəri Nizami Rayonu İcra Hakimiyyətinə teleqramla müraciət etmiş və şəxsən də gedib onunla aralarında məhkəmə mübahisəsinin olmasını bildirmişdir. Eyni zamanda iş materiallarında olan Bakı şəhəri Nizami rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 25.04.2020-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarından görünür ki, qeyd olunan söküntü işləri barədə Cavabdeh1 tərəfindən 08.01.2020-ci il tarixdə Bakı şəhəri Nizami rayon Polis İdarəsinə müraciət edilmişdir. Halbuki nə hazırki iş üzrə nə də cinayət işi üzrə aparılmış araşdırma zamanı qeyd olunan söküntü işlərinin İddiaçı tərəfindən ona Cavabdeh1 mülkiyyət hüququnun olmasından məlumatlı olmasından sonra qərəzli olaraq həyata keçirilməsi müəy yən olunmur. Həmçinin 25.04.2020-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarından görünür ki, araşdırma zamanı hadisə yerinə yəni mübahisəli ünvana baxış keçirilmiş, bu ünvanda Cavabdeh1 ərizəsində qeyd etdiyi kimi sökülmüş 30-35 kv.m sahəli tikili aşkar edilməmiş, yalnız həyətyanı sahəni əhatə edən köhnə mişar tipli daşlardan hörülmüş hasarın söküldüyü, həmin sökülmüş hasarın uzunluğunun 5,60 metr, eninin isə 72 sm və hündürlüyünün 2,5 metr olması müəyyən olunmuşdur. Həmçinin həmin qərarla Cinayət Məcəlləsinin 186-cı maddəsinə əsasən əmlakı qəsdən məhv etmə və ya zədələmə zərərçəkənə qəsdən zərər vurduqda cinayət məsuliyyətinə səbəb olması lakin hadisə yerinə baxışla ərizəçinin ərizəsində qeyd etdiyi (30-35 kv.m) nə də "xxxx" MMC-nin hesabatında qeyd edildiyi (59.1 kvm) ölçüdə qəsdən məhv edilmiş və ya zədələnmiş tikilinin müəyyən edilməməsi müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı söküntü ilə bağlı təqsiri müəyyən olunmadığından qarşılıqlı iddia tələbi həmin hissədə təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsində icraat Qətnamədən narazı qalan ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmışdır. Qətnamədən narazı qalan müstəqil tələb irəli sürən 3-cü şəxs apellyasiya şikayəti verərək qətnamənin iddiasının rədd edildiyi hissədə ləğv edilməsi və iddiasının təmin edil məsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmış, əlavə olaraq göstərmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbində göstərdiyi halları nəzərə almamış və bu halları hansı səbəbdən nəzərə almadığını öz qətnaməsində əsaslandırmamışdır. Qətnamədən narazı qalan ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı da apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, tələbinin tam təmin olunması barədə yeni qətnamə çıxarılımasını xahiş etmiş, şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 24 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Babayev (sədrlik edən və məruzəçi), X.Mərdanova və E.Həsənov, iş № 2(103)-10829/2021) ilkin iddia üzrə İddiaçı və müs təqil tələb irəli sürən 3cü şəxs X7 apellyasiya şikayətlərinin qismən təmin edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-165/2021 saylı, 11 avqust 2021-ci il tarixli qətnaməsinin “İddiaçı ünvan 2 fərdi yaşayış evinə olan istifadə hüququna 10000 (on min) manat məbləğində kompensasiya verilməklə xitam verilməsi, İddiaçı ünvan 2 fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılması” hissəsində ləğv edilməsi və həmin hissədə qarşılıqlı iddia tələbinin təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri onu ödəmiş şəxslərin özlərinə aid edilməsi qət edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh və müstəqil tələb irəli sürən 3-cü şəxs ünvan 2 fərdi yaşayış sahəsi ilə bağlı Cavabdeh1 verilməsinə əsas olmuş vərəsəlik şəhadətnaməsinin və çıxarışın əsassız olmasına dəlalət edən hər hansı bir sübut məhkəməyə təqdim edə bilməmişlər. Başqa sözlə, İddiaçı və müstəqil tələb irəli sürən 3-cü şəxs Pərvanə İsmayılova onlara mülkiyyət hüququ ilə məxsus olmayan əmlakla bağlı onun paylı mülkiyyətçilərindən birinə qarşı mülkiyyət hüququnun yaranmasına əsas olmuş vərəsəlik şəhadətnaməsini və onun əsasında verilmiş çıxarışın ləğv edilməsini tələb etsələr də öz tələblərini əsaslandıra bilməmişlər. İddiaçı mübahisələndirilən evin istifadəçisi kimi həmin evə dair maraqlı şəxs olduğunu sübut etsə də, mülkün atasına mülkiyyət hüquq u ilə məxsus olmasını, Cavabdeh1 mübahisəli evə dair vərəsəlik qaydasında paylı mülkiyyətçi olmasının əsassızlığını sübut edə bilməmiş, bu barədə məhkəməyə heç bir mötəbər sübut növü təqdim etməmişdir. Məhkəmə kollegiyası, həmçinin, birinci instansiya məhkəməsinin iş üzrə qarşılıqlı iddiaçı Cavabdeh1 İddiaçı qarşı vurulmuş ziyanın ödənilməsi hissəsi ilə bağlı gəldiyi qənaətlə də razılaşmışdır. Birinci instansiya məhkəməsi İddiaçı qarşılıqlı iddiaçı Cavabdeh1 təklif etdiyi 10 min manat kompensasiya məbləği verilməklə istifadə hüquqlarına xitam verilməsini mübahisənin düzgün və ədalətli həlli hesab etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd edilən nəticəsi ilə razılaşmayaraq hesab edir ki, həmin hissədə iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materia llarına əlavə edilmiş çıxarışın surətindən görünür ki, ünvan 2 evin 1/3 hissəsi Cavabdeh1 adına 16.12.2019-cu il tarixdə, 1/3 hissəsi X39 adına və 1/3 hissəsi X38 adına 14.11.2019-cu il tarixdə qeydiyyata alınmışdır. Göründüyü kimi, adı çəkilən fərdi yaşayış evi (bir həyətdə bir neçə tikili (ev) var) paylı mülkiyyətdə olmaqla, Cavabdeh1 Nariman oğlunun payı yalnız evin 1/3 hissəsinədir. Başqa sözlə evin yalnız 1/3-i ona məxsusdur. Hazırkı halda isə məhkəmə kollegiyasının qənaəti ondan ibarətdir ki, qeyd edilən mülkiyyət üzrə (bir həyətdə bir neçə tikili (ev) var) olan paylar naturada bölünmədiyindən, Cavabdeh1 payı real və konkret olaraq müəyyənləşmədiyindən və məhz İddiaçı yaşadığı hissənin Cavabdeh1 payına aid olması müəyyənləşmədiyindən, onun digər payçıların razılığı olmadan İddiaçı qarşı kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi tələbi irəli sürməsi əsassızdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri İlk iddia və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)10829/2021 nömrəli iş üzrə 24 noyabr 2021-ci il tarixli qətnaməsini ləğv edərək, ilk iddianın rədd olunması, qarşılıqlı iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətində göstərilmişdir ki, paylı mülkiyyətdə olan əşyaya dair sərəncam veri lməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Nəzərə almaq lazımdır ki, iddiaçı məhkəmədən hər hansı sərəncam vermək hüququnu həyata keçirməyi tələb etmir. İddiaçı həmin evi satmır və ya başqa şəxsin adına özəlləşdirmir. İddiaçı yalnız İddiaçı evdən çıxarılmasını tələb etmək hansısa sərəncam vermək hüququ deyil. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmu ş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən ilk iddia və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 kassasiya şikayəti vermiş və qətnaməni tam mübahisələndirsə də dəlilləri qarşılıqlı iddianın təmin olunmayan hissəsi ilə bağlıdır. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə yoxlanır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. 149.2-ci maddəsinə əsasən, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa bunun nəticəsində hüquqlarına toxununlmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. 213.1-ci maddəsinə görə, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddələrinə görə, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 215.1-ci maddəsinə görə pay lı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 215.4-cü maddəsinə görə hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. 215.5-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarına əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək ve onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənz imlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: Öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyala keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respub likasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sü but etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmam ası halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Cavabdehin kassasiya şikayətinin dəlillərinə qiymət verərək məhkəmə kollegiyası qeyd edir ki, daşınmaz əmlak üzərində mülkiyyət üzrə (bir həyətdə bir neçə tikili (ev) var) olan paylar naturada bölünmədiyindən, Cavabdeh1 payı real və konkret olaraq müəyyənləşmədiyindən və məhz İddiaçı yaşadığı hissənin Cavabdeh1 payına aid olması müəyyənləşmədiyindən, onun digər payçıların razılığı olmadan İddiaçı qarşı kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi tələbi irəli sürməsi yolverilən hesab edilmir. Bu halda cavabdehin həmin tələb üzrə subyektiv hüququ yaranmamışdır. Bu baxımdan cavabdehin kassasiya şikayətində göstərdiyi dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddia və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya M əhkəməsi Mülki kollegiyasının 2(103)-10829/2021 nömrəli iş üzrə 24 noyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar