Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2437/2020 16.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)14118/2019 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim İ.Burcayev) xx.xx.2019-cu il tarixli, 2(008)-569/2019 nömrəli qətnaməsi ilə iddiaçı X2 cavabdeh X3, Cavabdeh2 və Cavabdeh3 qarşı cinayət nəticəsində vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh2 maddi zərərin əvəzi olaraq 20000 manat məbləğində pulun və mənəvi zərərin əvəzi olaraq 2000 manat məbləğində pulun alınaraq X4 ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İ.Xəlilov, X.Cəmilova, İ.Kərimli) xx.xx.2019-cu il tarixli, 2(103)-14118/2019 nömrəli qətnaməsi ilə Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Cavabdeh2 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İşi n halları: İddiaçı Gözəlov Sergey Vladimiroviç cavabdeh X3, Cavabdeh2 və Cavabdeh3 qarşı cinayət nəticəsində vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkum olunmuş cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 onun xeyrinə maddi ziyanın ödənilməsi barədə 20000 manatın və 20000 manat mənəvi ziyanın müştərək qaydada birdəfəlik tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh2 və vəkili X11 oğlu kasasiya şikayətini onunla əsaslandırmışlar ki, Sabunçu Rayon Məhkəməsinin hakimi İ.Burcayev qətnamə qəbul edərkən Bakı Hərbi Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə istinad etmiş, lakin həmin hökmlə tam tanış olmamışdır. Belə ki, hökmdən görünür ki, iddiaçının qeyd etdiyi 20000 manat məbləğində pul onun maşınında olmamış, iddiaçı ilə MTN-nə dəvət edilən tanışı X8 məhkəmə baxışı zamanı ifadə verərkən iddiaçının maşınına baxış keçirilməsinin şahidi olmadığını bildirmişdir. İddiaçının digər tanışı Tərlan Nərimanov isə bildirmişdir ki, iddiaçı öz maşınında olmuş və o, iddiaçının maşınını idarə etmişdir. Nazirliyin yanına gəlib maşından düşəndə o, özü şəxsən pultla maşının qapısını bağlamış və o, Sergeyin maşınına baxış keçirilməsini görməmişdir. İş üzrə iddiaçının maşınından pul götürülməsini təsdiq edən onun qərəzli ifadəsindən başqa bir sübut yoxdur. Digər tərəfdən iddiaçı Nazirliyin binasına dəvət edilərək orada araşdırma ilə əlaqədar vətəndaşların qəbulu otağında az müdd ət ərzində olmaqla ona hansı mənəvi ziyan dəyməsini izah etməmişdir və məhkəmə qəbul etdiyi qətnamədə bunu əsaslandırmamışdır. Digər tərəfdən məhkəmə istinad etdiyi hökmdə Z.Əliyev rəhbərliyi və təşkilatçılığı ilə iddiaçının ətrafında qeyri-qanuni əməliyyat keçirilməsini göstərsə də, Z.Əliyevi cavabdehlər siyahısından çıxarmışdır. Hökmdən də görünür ki, onların faktiki olaraq ittiham olunduqları bütün digər epizodlar üzrə də keçirilən tədbirlərin təşəbbüsü və rəhbərliyi Z.Əliyev tərəfindən həyata keçirilmişdir. Bundan başqa Cavabdeh2 məhkum olunduğu hökm üzrə kasasiya şikayəti verilmiş və həmin şikayətdə ona bəraət verilməsi xahiş edilmişdir. Bununla əlaqədar Ali Məhkəmə tərəfindən işlər haqqında məlumatlar əldə edilərək məhkəməyə təqdim edilməsinə baxmayaraq, məhkəmə buna məhəl qoymayıb q ətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-14118/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin Cavabdeh2, vəkili X11 oğlu, digər cavabdehlər X7 və Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən, məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İddiaçı Gözəlov Sergey Vladimiroviç məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-in 67-ci ma ddəsinin tələbinə uyğun olaraq iş üzrə onun izahatı dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi barədə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gələn apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, mülki işin 9-cu səhifəsində olan Bakı Hərbi Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünün surətindən görünür ki, Cavabdeh2 hazırkı iş üzrə iddiaçı Sergey Gözəlova qarşı ümumi razılaşdırımış niyyətdən kənara çıxan hərəkəti ilə 180.2.2, 180.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməli törətmiş, Sergey Gözəlovun av tomaşınında qeyri-qanuni axtarış apararaq, ona məxsus 20 000 manat məbləğində pulu götürmüşdür. Cavabdeh2 törətdiyi soyğunçuluğa görə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmuşdur. Qeyd olunan hökmlə cinayət hadisəsinin baş verməsi, Cavabdeh2 tərəfindən törədilməsi, həmin iş üzrə zərəçəkmiş qismində tanınmış Sergey Gözəlova məxsus 20000 manat məbləğində pulun soyğunçuluq yolu ilə talanması müəyyən olunur. Apelyasiya kollegiyası hesab etmişdir ki, iddiaçı həmin məbləğin və ona dəymiş mənəvi ziyanı tələb etməkdə haqlıdır. Çünki 20000 manat məbləğində ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulmuş, mənəvi ziyan isə həmin əməl nəticəsində yaranmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə görə, şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olubolmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 65.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinay ət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, inzibati və ya iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Cavabdeh isə bildirmişdir ki, hazırda qeyd olunan hökmdən kasasiya şikayəti vermişdir, buna görə də məhkəmənin həmin hökmə istinad etməsi əsassızdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin yekun qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. İş materiallarından müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin hərbi kollegiyasının xx.xx.2019-cu il tarixli qərarı ilə Bakı Hərbi Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmündən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, xx.xx.2018-ci il tarixli hökm dəyi şdirilmədən saxlanılmışdır. İşə baxan məhkəmə qanuni qüvvəyə minmiş hökm ilə müəyyən edilən halların preyudisial əhəmiyyət kəsb etməsi və hazırkı işdə məcburi olması əsası ilə haqlı olaraq həmin hökmə istinad etmişdir. Apelyasiya kollegiyası hesab etmişdir ki, işə baxan məhkəmə digər cavabdehlərə münasibətdə tələbi rədd etməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, iddiaçıya ziyan Cinayət Məcəlləsinin 180.2.2, 180.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllə vurulmuşdur ki, həmin cinayət yalnız Cavabdeh2 tərəfindən törədilmiş və o, Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən, təqsirli bilinmişdir. Cavabdehlərdən yalnız Alıyev X1 Serqey Vladimiroviçə qarşı soyğunçuluq əməli törətdiyi (ümumi niyyətdən kənara çıxmaqla) üçün digər şəxslər həmin əsasla məsuliyyətə cəlb olunmamış və haz ırkı iddianın onlara qarşı verilməsi əsaslı deyil. Bundan başqa, apelyasiya kollegiyası mənəvi ziyan tələbi ilə bağlı da məhkəmənin gəldiyi nəticə ilə də razılaşmış və hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçıya vurulan ziyanın məbləğini müəyyən edərkən işin hallarını, təqdim edilmiş sübutları düzgün qiymətləndirmiş və hər iki tərəfin mənafeyinə uyğun ağlabatan məbləğ müəyyən etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 181.2.4-cü maddəsinə əsasən, bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə mənəvi ziyanın ödənilməsini də tələb edə bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublik ası Konstitusiya Məhkəməsinin 31.05.02-ci il tarixli qərarı ilə əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həmin qərar Azərbaycan Respublikası Ali Məhkəməsinin məhkəmə təcrübəsində məhz mənəvi ziyanın tətbiqi ilə bağlı çətinliklərin olmasını nəzərə alaraq «zərər» anlayışının şərh olunmasına dair sorğusu ilə bağlı qəbul edilmiş, qərarda mənəvi zərərin adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəldiyi, qeyriəmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusu olduğu qeyd edilmişdir. Qərarda həmçinin mənəvi zərərin bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olduğu göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qeyd edilmiş q ərarında mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınmasının zəruriliyi vurğulanmış və nəticədə mənəvi zərərin ödənilməsinin Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılı olduğu qeyd edilmişdir. Konstitusiya Məhkəməsinin 31.05.02-ci il tarixli qərarındakı mülahizə və nəticələr «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.08-ci il tarixli 7 saylı qərarında ardıcıl inkişafını tapmış, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya»nın müd dəaları və Avropa İnsan hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsi kimi müəyyən edilmişdir. Bununla yanaşı Plenumun qərarında zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi-ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması kimi müəyyənləşdirilmişdir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2-ci bəndində izah edilmişdir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzər ə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. İddiaçının barəsində qanunsuz əməliyyat tədbiri keçirilmiş, MTN-nin inzibati binasında qanunsuz saxlanmış, avtomaşınından külli miqdarda-20.000 manat pul götürülməsinə baxmayaraq, MTN işçiləri ifşa olunan vaxtadək bu hadisə barədə susmuşdur. O, dövlət təhlükəsizlik orqanları əməkdaşlarının qanunsuz hərəkəti və zorakılığı ilə qarşılaşmış, qorxu, mənəvi istirablar keçirmişdir. Külli miqdarda və satinin mənimsənilməsinə baxamayaraq iddiaçı məhz keçirdiyi qorxu və mənəvi istirablara görə həmin əməkdaşlar ifşa olunaraq həbs olunduqdan sonra hadisə barədə məlumat vermişdir. Həmin hərəkətlərin dövlətin ən mühüm orqanlarından birinin əməkdaşları tərəfindən və həmin orqanın inzibati binasında edilməsi halı iddiaçıda daha çox təlaş və qorxu yaratmışdır. Bütün bunlar iddiaçının hansı mənəvi zərbə almasına dəlalət edən hallardır. Kasasiya kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kasasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kasasiya şikayəti də apelyasiya şikayəti ilə eyni məzmunda tərtib edilmiş və eyni qaydada əsaslandırılmağa çalışılmışdır. İşə mahiyyəti üzrə baxan apelyasiya kollegiyası apelyasiya şikayətinin hazırda kasasiya şikayət inin də dəlili olmuş dəlilləri ilə bağlı düzgün hüquqi mövqedə olmuş və qəbul etdiyi qətnaməni maddi və prosessual hüquq normalarının tələblərinə əməl etməklə əsaslandırmışdır. və qeyd edilən qənaətə gələrkən maddi və ya prosessual hüquq normasının pozuntusuna yol verməmişdir. Beləliklə, kasasiya kollegiyası belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilə nlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-14118/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2437/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2437/2020
16.06.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver