Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2437/2024 15.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı Cavabdeh1 qarşı ilk iddiası, Cavabdeh1 cavabdehlər İddiaçı və Cavabdeh2 qarşı qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri almaq tələbi (vindikasiya tələbi), sübutetmə vəzifəsi, pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh1 qarşı “əmlakın qaytarılması” tələbinə dair ilkin iddiası, Cavabdeh1 cavabdehlər İddiaçı və Cavabdeh2 qarşı “pul” tələbinə dair qar şılıqlı iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-911/2024 nömrəli, 06 mart 2024-cü il tarixli qətnaməsindən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 (Vəkil2) tərəfindən verilmiş kassasiya şikayətinə 15 iyul 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. “Hyundai İX-35” markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı mülkiyyətindədir. 2. “Elektron notariat” Avtomatlaşdırılmış İnformasiya sistemindən xx.xx.2022-ci il tarixli (saat 14:41) çıxarışın və eyni tarixli etibarnaməyə əsasən, Bakı şəhəri 6 saylı notariat ofisində İddiaçı mülkiyyətində olan “Hyundai İX-35” markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2023-cü il tarixədək oğlu Cavabdeh2 etibarnamə verərək, həmin nəqliyyat vasitəsini sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətlərini vermişdir. Qeyd olunan etibarnamə səlahiyyətlərin digər şəxsə verilə bilməsi nəzərdə tutulmuşdur. 3. “Elektron notariat” Avtomatlaşdırılmış İnformasiya sistemindən xx.xx.2022-ci il tarixli (saat 16:47) çıxarışın və eyni tarixli etibarnamə ilə, 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisində Cavabdeh2 “Hyundai İX-35” markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2023-cü il tarixədək Cavabdeh1 etibarnamə verərək, həmin nəqliyyat vasitəsini sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətlərini vermişdir. Qeyd olunan etibarnamə səlahiyyətlərin digər şəxsə verilə bilməsi nəzərdə tutulmuşdur.
4. Azərbaycan Respublikası DİN-in BDYPİ-nin Qeydiyyat-imtahan idarəsinin 21 dekabr 2022-ci il tarixli məktubundan və ona əlavə edilmiş komputer çıxarışından görünür ki, “Hyundai İX-35” markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı adına qeydiyyatdadır, sonuncu dəfə həmin nəqliyyat vasitəsi etibarnamə əsasında xx.xx.2022-ci ildə Cavabdeh1 etibar edilmişdir.
5. İddiaçı ünvan ünvanladığı xx.xx.2022-ci il tarixli, **********597 nömrəli ərizədən görünür ki, o, Bakı şəhəri 6 saylı notariat ofisində İddiaçı mülkiyyətində olan “Hyundai İX35” markalı, **- OT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2023-cü il tarixədək Cavabdeh2 verilmiş etibarnaməyə xitam verilməsini xahiş etmişdir.
6. Bakı şəhəri Nizami RPİ-nin İŞ-nin müstəntiqinin 19 iyun 2023-cü il tarixli məktubundan görünür ki, Cavabdeh1 onun 28.000 manat pulunun dələduzluq yolu ilə ələ keçirilməsi barədə müracəti əsasında araşdırma aparılaraq müvafiq qərar qəbul edilmiş, araşdırma zamanı Cavabdeh2 izahatının alınması üçün istifadəsində olan mobil nömrəsinə zəng çatmadığından, atası X5 ilə əlaqə saxlanılaraq Cavabdeh2 rayon polis idarəsinə gəlməsi bildirilmişdir. Həmin danışıq zamanı zərurət olmadığından Elsevər Rüstəmovun səsi qeydə alınmamışdır. Elsevər Rüstəmovun səsinin hansı şəraitdə yazılması barədə məlumat yoxdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birin ci instansiya məhkəməsində icraat:
7. İddiaçı nümayəndəsi və vəkili X2 Cavabdeh1 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan **-OT-*** nömrəli, “Hyundai İX-35” markalı minik maşının Cavabdeh1 alınaraq iddiaçıya qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş edilmişdir.
8. İddia tələbi işin yuxarıda qeyd olunan hallarına uyğun olaraq onunla əsaslandırılmışdır ki, **-OT-*** nömrəli “Hyundai İX-35” markalı minik maşını mülkiyyət hüquqları ilə İddiaçı məxsusdur. Lakin noyabrın əvəllərində Cavabdeh1, İddiaçı oğlu Cavabdeh2 ilə həmin avtomobilə dair alğı-satqı şərtlərini müəyyən etmiş, sonradan ustaya göstərmək adı ilə maşını aparmış və geri qaytarmamışdır. Hal-hazırda İddiaçı məxsus əmlak Cavabdeh1 tərəfindən qanunsuz və əsassız olaraq saxlanılır. Bu barədə dəfələrlə müvafiq hüquq-mühafizə orqanlarına məlumat versə də heç bir nəticə əldə olunmayıb.
9. Cavabdeh1 (bundan sonra cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı)) İddiaçı (bundan sonra iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh)) qarşı qarşılıqlı iddia ərizəsi və daha sonra həm də cavabdeh kimi Cavabdeh2 qarşı (bundan sonra qarşılıqlı iddia üzrə cavabdeh) dəqiqləşdirilmiş qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı 28.000 manatın alınaraq ona verilməsi, ilkin iddia təmin edildiyi halda, ilkin iddia ilə qarşılıqlı iddianın icrasının eyni anda icra olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
10. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, X1 üçün avtomobil almaq məqsədi ilə “Turbo.az” saytına xx.xx.2022-ci il tarixində yerləşdirilə n avtomobil elanı ilə bağlı qeyd olunan ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxlamış və avtomobilə baxmaq istədiyini bildirmişdir. xx.xx.2022-ci il tarixində axşam saat 19:15 radələrində H.Əliyev prospektində yerləşən “Bravo” hiper marketin həyətində görüşmüşdür. 99-OT274 dövlət qeydiyyat nişanlı “Hyundai İX-35” markalı avtomobili gətirən və elanda nömrəsi qeyd olunan şəxs Cavabdeh2 özünü Bakı şəhər Baş Polis idarəsinin tətqiqatçısı polis baş leytenantı kimi təqdim etmiş və avtomobilin anası İddiaçı aid olduğunu bildirmişdir. Bu zaman avtomobildə səliqəli şəkildə asılmış polis baş leytenantı forması və baş geyimi diqqətini çəkmişdir. Avtomobili satmaqda məqsədlərinin qardaşının şəhid olması, bu səbəbdən anası İddiaçı sarsıntı keçirdikdən sonra avtomobil idarə edə bilməməsi və Cavabdeh2 i ş yerinin Şuşa şəhərində yerləşən polis xidmətinə dəyişməsi üçün 30.100 AZN məbləği rəhbərliyə çatdırmalı olmasını bildirmişdir. Onu da qeyd edir ki, Cavabdeh2 anası İddiaçı həkim olduğunu və X4 işlədiyini bildirmişdir. xx.xx.2022-ci il tarixində Cavabdeh2 ilə yenidən əlaqə saxlayaraq X1 ilə birgə avtomobilə baxmaq istədiyini bildirmişdir. Avtomobilə baxmaq üçün ünvan soruşan zaman yenə də işdə (idarədə) olduğunu və H.Əliyev prospektində yerləşən Bravo hiper marketin həyətinə gələcəyini bildirmişdir. Axşam saat 20:18-də “Bravo” hiper marketin həyətində görüşmüşlər. X1 avtomobilə baxmış və bəyəndikdən sonra qiymətin baha olduğunu və pullarının 28.000 AZN olduğunu bildirmişlər. Cavabdeh2 bununla razılaşmışdır. Sonra ona avtomobili saxlaması üçün 100 AZN beh kimi ödəniş etmişlər. Onu da qeyd edir ki, Cavabdeh2 ona özünü polis baş leytenantı kimi təqdim etmiş və yenə də avtomobildə səliqəli şəkildə asılmış polis baş leş leytenantı forması və baş geyimi olmuşdur. xx.xx.2022-ci il tarixində axşam saat 18:57 də onunla və anası ilə əlaqə saxlayaraq rəisinin pulu ondan tələb etdiyini və sabah saat 08:00-a kimi çatdırmalı olduğunu və danışılmış məbləği götürmək istədiyini, bunun müqabilində avtomobili verəcəyini bildirmişdir. Həmin gün o, işdə, anası isə Bakı şəhərində olmadığı üçün avtomobilin alğı-satqısı xx.xx.2022-də edə biləcəyini ona bildirmişdir. O, ödənişi etmək üçün alacağı **-OT-*** dövlət qeydiyyat nişanlı “Hyundai İX-35” markalı avtomobilə əyləşərək pulun yerdə qalan hissəsini 27.900 AZN-i Cavabdeh2 təqdim etmişdir. Pulu sayaraq ondan təhvil götürərək avtomobilin texniki pasportunu ona vermişdir. Sonra onu polis idarəsinə və ya yaşadığı ünvana aparmağı təklif etmiş, lakin o, arxası ilə gələn olduğunu, onu sadəcə yaxınlıqda yerləşən “Romance Palace” şadlıq sarayının qarşısında düşürməyini xahiş etmişdir. Onlar şadlıq sarayının həyətinə çatdıqdan sonra Cavabdeh2 arxası ilə “Hyundai Sonata” markalı avtomobildə hərbi formada qazi geyimində sinələrində medallar asılmış 2 nəfər gəlmiş və Cavabdeh2 onları polisin şəbəkəsinə daxil olan adamlar kimi təqdim etmişdir. Daha sonra Cavabdeh2 ona 28.000 AZN-ə satdığı **-OT-*** dövlət qeydiyyat nişanlı “Hyundai İX-35” markalı avtomobilində olan şəxsi əşyalarını ve səliqəli şəkildə asılmış polis baş leytenantı formasını, baş geyimini və ayaqqabılarını arxasınca gələn “Hyundai Sonata” markalı avtomobilə yerləşdirmişdir. Noy abr ayının 9-da qeyri iş günü olması səbəbindən xx.xx.2022-ci il tarixində o, Cavabdeh2 birinci saat 10:24-də zəng vuraraq etibarnaməni bugün verməyini tələb etmiş, daha sonra saat 13:20-də nə vaxt görüşə biləcəklərini soruşduqda o, anasının əməliyyatda olduğunu, bu gün imkanı olmayacağını bildirdi. Etibarnamənin sabah hökmən verilməsini tələb edəndə ona anası İddiaçı işi olsa belə ondan özü etibarnamə alaraq ona etibarnamə verəcəyini bildirmişdir. xx.xx.2022-ci il tarixində Cavabdeh2 onunla saat 16:30-da 5 saylı Bakı “ASAN xidmət” mərkəzində görüşərək ona etibarnamə vermişdir. xx.xx.2022-ci il tarixində günorta saat 15:00-da “whatsapp” vasitəsilə ona mesaj yazaraq axşam işdən çıxanda onunla əlaqə saxlamağını istəmişdir. Axşam saat 18:35 də o, Cavabdeh2la əlaqə saxlayan zaman rayondan gə ldiyini və axşam ona sözü olduğunu, evdə olub-olmayacağını soruşmuşdur. O, da evdə olacağını bildirdikdən sonra axsam saat 23:00 da ona zəng vuraraq yaşadığı həyətdə (Nizami rayonu, Özbəkistan küç. 9 bina 5) olduğunu aşağı düşməyini xahiş etmişdir. O, həyətə düşən zaman Cavabdeh2 gəldiyi “Hyundai Elantra” markalı avtomobildə qabaq sərnişin oturacağında orta yaşlı bir qadın əyləşmişdi və Cavabdeh2 ona, o qadını anası kimi təqdim etdi. Rayondan gəldiklərini, işinin alındığını, onun təyinatının Laçın rayonundakı polis şöbəsinə verdiklərini və buna görə də təşəkkür etdiyini bildirdi. Daha sonra bir xahişinin olduğunu deyərək bildirdi ki, anasının oğlunun işi üçün dediyi qurbanı olduğu üçün və gəldiyi “Hyundai Elantra”nın xidməti avtomobil olduğu və geri qaytaracağını deyərək avtomobilsiz qaldı ğını, bu səbəbdən ona satdığı **-OT-*** dövlət qeydiyyat nişanlı “Hyundai İX-35” markalı avtomobili bir günlük ona verməyi xahiş etmişdir. O, da Cavabdeh2 sabah avtomobillə işi olduğunu, ancaq birisi gün xx.xx.2022-ci il tarixində verə biləcəyini demişdir. Bu hərəkət onda şübhə yaratmağa başlamışdır. Ona bir daha təkidlə sabah avtomobili verməyini xahiş edən zaman o, düşünəcəyini, alınsa ona bir saat ərzində xəbər edəcəyini bildirmişdir. Ona zəng etdiyi ***-***-**-** nömrəsinin kimin olduğunu soruşan zaman şəxsi nömrəsinin olduğunu bildirdi. Saat 22:55-də Cavabdeh2 “whatsapp” vasitəsilə mesaj yazaraq avtomobilin sabah ona verməyinin alınmadığını bildirmiş, daha sonra Cavabdeh2 ona saat 22:59-da ***-***-**-** mobil nömrəsindən zəng edərək birinci günü yəni xx.xx.2022 ci il tarixində avtomob ili verməyi xahiş etdi. xx.xx.2022-ci il tarixində avtomobili X1na etibarnamə vermək üçün 3 saylı Bakı “ASAN xidmət” mərkəzinə yaxınlaşan zaman onlara verilən etibarnamənin İddiaçı tərəfindən ləğv olunduğunu bildirmişlər. Daha sonra Cavabdeh2 ilə əlaqə saxlamaq istədikdə heç bir mobil nömrəsinə zəng çatmadığını görmüşdür. Daha sonra eyni gün X1 ilə birlikdə avtomobilin texniki pasportunda yazılan, Cavabdeh2 yaşadığı və qeydiyyatda olduğu ünvana getmişlər. Orada valideynləri oğlunun problemləri olduğunu bildirdilər və onu görmədiklərini dedilər, lakin qısa müddətdə bu məsələni həll etməyə çalışacağını bildirdilər. Sonradan məlum oldu ki, Cavabdeh2 qaçaraq Türkiyə Cümhuriyyətinə gedib. Belə ki, xx.xx.2022-ci il tarixli Nəqliyyat vasitələrinə Sərəncam verilməsi haqqında etibarnaməyə əsasən İd diaçı mülkiyyətində olan “Hyundai İX-35” minik markalı **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobili bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər etmək səlahiyyətləri ilə ona etibar etmişdir. xx.xx.2022-ci il tarixli Nəqliyyat vasitələrinə Sərəncam verilməsi haqqında etibarnaməni də İddiaçı nümayəndəsi və oğlu Cavabdeh2 imzalamışdır. Yəni Cavabdeh2 anası İddiaçı təmsilçisi olaraq onun tapşırığını (maşını satmağı) yerinə yetirib. Hazırki durumda İddiaçı 42 saatdan sonra etibarnaməni ləğv etməyi, onun oğlunun hazırda ölkədən qaçdığını, guya onunla heç bir qaydada əlaqə saxlaya bilmədiklərini qeyd etməkləri burda yalnız onların onu aldatmaq niyyətini üzə çıxarır. Kim pulu almamış maşını, maşının qeydiyyat şəhadətnaməsinin əslini təhvil verir? Kim pulu almamış etibarnamə ver ir?
11. Məhkəmə iclasında iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddianı müdafiə edərək, qarşılıqlı iddianı qəbul etməyib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, onun Cavabdeh1 ilə heç bir əlaqəsi yoxdur, avtomobili “Turbo.az” saytına satış üçün yerləşdirmişlər. Satmağının məqsədi qızı üçün ipoteka ilə ev alacağına görə ilkin ödəniş etmək olub. Bir neçə dəfə maşınla bağlı bir neçə şəxslə görüşmüşlər, amma razılaşma olmadığı üçün sata bilməmişlər. Daha sonra oğlu ona Orxan adlı bir şəxslə danışdığını, onun maşını “Turbo.az” saytında görüb bəyəndiyini, pulun bir qismini indi ödəyəcəyini, qalan hissəini isə 3-cü gün gətirəcəyini demişdir. Hətta oğlu Orxanın çox yaxşı biri olduğunu, sürməsi üçün etibarnamə verməyini, 1-ci gün onun alğı-satqını notarial qaydada etməyini xahiş etmişdir. O, da etibarnamə vermişdir. Oğlu isə rəngi qapqara formada evə gəlib demişdir ki, “Orxana etibarnamə versə də, Orxan onu aldadıb maşının pulunu verməmişdir”. Buna görə də o, notariusa gedib etibarnaməni ləğv etmişdir. Oğlunun taksi sürücüsü işləməsi səbəbindən gəliri olub, buna görə də şəxsi problemi olmayıb. Oğlunun hal-hazırda harada olduğunu bilmir. Yaşayıb-yaşamadığından belə xəbəri yoxdur. xx.xx.2022-ci ildə şənbə günü gecə saat 00:00-dan sonra yoxa çıxıb. Alğısatqını edəndən sonra cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 iş yerindən ona zəng edib bildirmişlər ki, oğlu Türkiyəyə gedib. Baş etibarnamənin nə olduğunu bilməmişdir. Oğlu ona Orxana sürməsi üçün etibarnəmə verməyini, maşını isə alğısatqıdan sonra Orxanın adına keçirməyini söyləm işdir. O, Cavabdeh1 yalnız evinə gəldikdən sonra ilk dəfə görmüşdür. İlkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir.
12. Məhkəmə iclasında qarşılıqlı iddiaçının vəsatəti əsasında dəvət edilmiş şahid X6 ifadəsində göstərmişdir ki, o, Orxan Mənsimovun anasıdır. Avtomobil onun üçün alınırdı. Oğlundan xahiş etmişdir ki, ona maşın axtarsın. Oğlu da maşını “Turbo.az” saytında görmüşdü. Maşın 31.500 manata qoyulmuşdu. Demişdir ki, “bir az bahadır, münasib qiymətə maşın tapaq.” Elə alınmışdır ki, həmin maşına baxası olmuşlar. Noyabr ayı olmuş, o, oğlu ilə maşına baxmağa getmiş, maşının içərisi doğurdan da təmiz, səliqəli olmuş, heç bir problemi görünməmiş, maşının arxa oturacağını oğlan özü göstərmiş, arxa oturacaqda polis forması, ayaqqabısı olmuşdur. Formanın ölçüsünə baxmış, oğlanın ölçüsünə uyğun gəlmişdir. Elşən adlı həmin oğlan özünü polis əməkdaşı kimi təqdim etmiş, maşının arxa hissəsini də açıb göstərmişdir. Baqajda da polis ayaqqabısı, şəxsi əşyaları olan çanta var idi, zabit, baş-leytenant forması idi, üç ulduzlu idi. Oğlan hətta polis əməkdaşılarının da adını çəkmişdir. O, demişdir ki, 31.500 manatı yoxdur, 30.000 verə bilər, 28.000 manatını indi verə bilər, qalan isə 2 ay müddətinə pensiyasını, maaşını filan alıb verə bilər. Elə ordaca 100 manat beh vermişdir. O, demişdir ki, Zəfər bayramı qarşıdan gəlir, rayona gedəsi idi deyə bu alğı-satqı prosedurlarını bayramdan sonra rayondan qayıdıb etsinlər. O, maşını etibarnamə ilə almaq istəməmiş, alğı-satqı ilə almaq istəmişdir. Oğlan isə demişdir ki, o, Şuşaya polis gedəcək, rəis ilə danı şıb, maşının pulunu rüşvət kimi ora verəcək, həm də qardaşı guya şəhid olub deyə buradan uzaqlaşmaq istəyir. Oğlan ona demişdir ki, 28.000 manat indi verərsən. Noyabrı 9-u ya da 10-u olmuş, oğluna demişdir ki, “bir etibarnamə al, sonra mən gəlim bazar günü maşını öz adımıza keçirərik.” Pul onun özündə olmuşdur. Elşən gecə maşını gətirmiş, həyətdə saxlamışdır. Pulu əlbəəl sayıb, oğluna vermişdir ki, Elşənə versin. Hələ onda etibarnamə verilməmişdi. Oğlu aşağı düşmüş, pulu əlbəəl vermiş, binanın kamera görüntülərinə də düşmüşdür. Pulu qabaq oturacaqda oturub sayıb götürmüşdür. Bazar günü maşını ada keçirmək istəyəndə məlum olmuşdur ki, etibarnamə ləğv olunub. Gülnaz xanımgilə getdikdə, o, Gülnaz xanımla danışmış, sonuncu evə dəvət etmişdir. Evdə Gülnaz xanım, qızı və yoldaşı var idi. Gülnaz xanım ona demişdir ki, “maşını alanda bir sahibindən halallıq almazlarmı.” Gülnaz xanımın qızı da ev almalı imiş deyə əsəbləşmişdir. Gülnaz xanım ona demişdir ki, “mən oğlumu o gündən görməmişəm, mənə də pul verməyib, mən maşını satmıram.” Xanımın yoldaşı da demişdir ki, “bunlar oğlumun aldatdığı ilk adam deyillər.” Maşını satan oğlan demişdi ki, “maşının 2 açarı var, birini indi gətirmişəm, digərini də gətirəcəm.” O, Gülnaz xanımgilə gedəndə qızı demişdir ki, “maşının 1 açarı məndədir, açarı vermirəm, maşın mənimdir.” Xanımın özünün də, yoldaşının da hamısının bu məsələdən xəbəri var idi.
13. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(007)-710/2023 nömrəli, 11 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (sədrlik edən Rauf Əhmədov) ilkin iddianın təmin edilməsi, “Hyundai İX-35” markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Cavabdeh1 alınaraq, İddiaçı verilməsi, qarşılıqlı iddianın təmin edilməməsi, məhkəmə xərclərinin tərəflərə aid edilməsi qət edilmişdir.
14. Birinci instansiya məhkəməsi ilkin iddianın dəlillərini və ilkin iddia tələbinə münasibətdə işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, mübahisə predmeti olan “Hyundai İX-35” markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilkin iddia üzrə İddiaçı mülkiyyətindədir, sonuncu nəqliyyat vasitəsinin satılması üçün oğlu Cavabdeh2 etibarnamə vermiş, sonuncu həmin etibarnamə əsasında qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nəqliyyat vasitəsinə dair etibarnamə vermiş, ilkin iddia üzrə iddiaçı isə həmin etibarnaməni ləğv etdirmişdir. İl kin iddia tələbinə aid hissədə qeyd edilmişdir ki, mübahisə predmeti olan nəqliyyat vasitəsi hal-hazırda ilkin iddia üzrə iddiaçının mülkiyyətindədir və həmin nəqliyyat vasitəsinin qarşılıqlı iddiaçı tərəfindən qaytarılmaması mülkiyyətçinin qanunla müəyyən olunmuş qaydada əmlakına, öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququnun pozulmasına səbəb olur.
15. Məhkəmə Cavabdeh1 qarşılıqlı iddia tələbi ilə bağlı qeyd etmişdir ki, mübahisə predmeti olan “Hyundai İX-35” markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi ilkin iddia üzrə İddiaçı ilə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 arasında nəqliyyat vasitəsinin alğı-satqına dair hər hansı müqavilə bağlanmamışdır, həmin nəqliyyat vasitəsi hal-hazırda da ilkin iddia üzrə iddiaçının mülkiyyətindədir, mülkiyyətçi qanunvericilikdə nəzərdə tutulmuş qaydada verilmiş etibarnaməni oğlu Cavabdeh2 nəqliyyat vasitəsini almaq istəyən şəxsin pul ödəməməsini bildirməsi səbəbindən notarial qaydada həmin etibarnaməyə xitam verilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçının həmin nəqliyyat vasitəsinin dəyəri kimi 28.000 manat məbləğində pul vəsaitinin qaytarılması ilə bağlı tələbinə münasibətdə qeyd edilmişdir ki, həmin pul vəsaitinin mülkiyyətçiyə verilməsi məhkəmə araşdırması zamanı sübuta yetirilməmiş, qarşılıqlı iddia üzrə iddiaçı da həmin pul vəsaitini İddiaçı oğluna verdiyini, ona notarial qaydada verilmiş etibarnamənin də sonuncunun əvəzindən oğlu Cavabdeh2 verdiyini qeyd etmişdir.
16. Məhkəmə qarşılıqlı iddiaçının sübut qismində məhkəməyə təqdim etdiyi disk, o cümlədən şahid ifadəsinə münasibətdə isə qeyd etmişdir ki, məhkəmə araşdırması şahid ifadəsində, o cümlədən diskə baxış zamanı mötəbər sübut qismində qəbul edilərək qiymətləndirilə biləcək hər hansı hal aşkar edilməmişdir.
17. Məhkəmə qeyd etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı irəli sürdüyü iddia tələblə yanaşı, Cavabdeh2 və anası İddiaçı hərəkətlərində Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin əlamətləri aşkar olunduğundan bu barədə xüsusi qərardad çıxarılmaqla Bakı şəhəri Nizami rayon prokurorluğuna məlumat verilməsini xahiş etmişdir. Məhkəmə nəzərə almışdır ki, tərəflər mübahisənin mülki mühakimə üsulu qaydasında araşdırılması üsulunu seçmişlər, həmin icraatda işə baxılarkən isə həmin şəxslərin hə rəkətlərində cinayətin törədilməsi halı müəyyən edilməmişdir, ona görə qarşılıqlı iddiaçının həmin xahişinin təmin olunması üçün əsaslar yoxdur, buna dəlalət edəcək hər hansı bir hal da məhkəmə araşdırması zamanı sübuta yetirilməmişdir.
18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 165.1, 165.2, 181.4, 364.1, 365.2, 366.3, 366.4-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 88, 119.1 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
19. Qətnamədən cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçı) nümayəndəsi və vəkili Vəkil2 Hadi oğlu apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və qarşılıqlı iddia tələbinin təmin edilmə si barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
20. Apellyasiya şikayəti qarşılıqlı iddia tələbi ilə eyni qaydada əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixli Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnaməyə əsasən İddiaçı mülkiyyətində olan “Hyundai İX-35” minik markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobili bağışlamaq, ipoteka qoymaq sərəncam vermək və digər hərəkətlər etmək səlahiyyətləri ilə Cavabdeh1 etibar etmişdir. xx.xx.2022ci il tarixli Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnaməni də İddiaçı nümayəndəsi və oğlu Cavabdeh2 imzalamışdır. Yəni Cavabdeh2 anası İddiaçı təmsilçisi olaraq onun tapşırığını (maşını satmağı) yerinə yetirib. Hazırki durumda İddiaçı 42 saatdan sonra etibarnaməni ləğv etməyi, onun oğlunu n hazırda ölkədən qaçdığını, guya onunla heç bir qaydada əlaqə saxlaya bilmədiklərini qeyd etmələri burda yalnız onların Orxan Mənsimovu aldatmaq niyətini üzə çıxarır. Kim pulu almamış maşını, maşının qeydiyyat şəhadətnaməsinin əslini təhvil verir? Kim pulu almamış etibarnamə verir? Hesab etmişdir ki, həm Gülnaz Rüstəmovınn həm də Cavabdeh2 hərəktələrində dələduzluğ maddəsinin tərkib əlamətləri vardır. Hüquqi qiyməti ilə bağlı qeyd etmişdir ki, Mülki Məcəllənin tələblərinə görə Gülnaz Rüstəmov avtomobili təmsilçisi vasitəsi ilə sərəncam vermək haqqında etibarnamə ilə ona, Orxan Mənsimova satmışdır, əgər hazırki, dövürdə avtomobili geri tələb edirsə bu halda avtomobilə görə verilmiş 28.000 manat Gülnaz Rüstəmovdan tutularaq ona verilməlidir. Bundan da əlavə qeyd etmişdir ki, İddiaçı 2021- ci ildə oğlu Cavabdeh2 sürmək üçün etibarnamə vermişdir. Hazırki işlə bağlı isə tam sərəncam vermək üçün etibarnamə vermişdir. Bu hal onu təsdiq etmişdir ki, İddiaçı niyyəti Orxan Mənsimova satmaq olmuşdur və onun Cavabdeh2 hərəkətlərindən tam məlumatı olmuşdur.
21. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(103)-911/2024 nömrəli, 06 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Xəyal Sarıyev (sədrlik edən və məruzəçi), Fuad Abdiyev və Fərrux Qasımov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
22. Apellyasiya instansiya məhkəməsi mübahisələndirilən hissədə məhkəmənin gəldiyi nəticə ilə razılaşaraq hesab etmişdir ki, mülkiyyətçisi olan İ ddiaçı ilə Cavabdeh1 arasında nəqliyyat vasitəsinin alğı-satqına dair hər hansı müqavilə bağlanmamış, cavabdeh tərəfindən 28.000 manat məbləğində pul vəsaitini mülkiyyətçiyə verilməsi iş materiallarının araşdırılması zamanı öz təsdiqini tapmamış, qeyd olunan halı təsdiq edən hər hansı bir mötəbər sübut təqdim edilməmişdir.
23. Həmin qənaətə gələrkən məhkəmə kollegiyası qeyd etmişdir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmama lıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutla rı araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür.
24. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
25. Beləliklə cavabdehin istinad etdiyi faktlar hər hansı bir mötəbər sübutla öz təsdiqini tapmadığından məhkəmə kollegiyası hesab etmişdir ki, qarşılıqlı iddianın əsassızlığı ilə bağlı məhkəmə düzgün nəticəyə gəlmişdir.
26. Məhkəmə kollegiyasının iclasında həmçinin cavabdehin sübut qismində məhkəməyə təqdim etdiyi diskə baxış keçirilmişdir. Həm diskə baxış və həmçinin şahid ifadəsinə münasibətdə qeyd olunmuşdur ki, qarşılıqlı iddianı təmin edəcək mötəbər sübut kimi qiymətləndirilə bilən hər hansı hal aşkar edilməmişdir.
27. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir.
28. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 152.5, 157.2, 181.4, 364.1, 365.2, 366.3, 366.4-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88 və 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlill əri:
29. Qətnamədən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilkin iddia tələbinin təmin edilməməsini və qarşılıqlı iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
30. Kassasiya şikayəti qarşılıqlı iddia tələbi və apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, hazırda Cavabdeh1 İddiaçı və Cavabdeh2 qarşı Bakı şəhəri Nizami rayon məhkəməsində alğı-satqı müqaviləsinin bağlanmış hesab ediməsi tələbi ilə bağlı iddia qaldırmışdır. Hesab etmişdir ki, həmin iş üzrə qəbul edilən qərar bu işə bir başa preyedusial xarakter daşıyır. Bir sözlə birinci instansiya məhkəməsinin hakiminin icraatında baxılan işin nəticəsi, bu iş üzrə qərar qəbul edilməsində mühü m rol oynuyur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
31. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
32. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
33. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.
34. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclə r, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
35. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
36. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hə rəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
37. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
38. Maddə 181.4. Mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alğı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. Əgər şəxs beş il fasiləsiz daşınar əşyaya öz mülkiyyəti kimi sahiblik etmişdirsə, o həmin əşyaya mülkiyyət hüququ əldə edir (əldə etmə müddəti). Əgər əldə edən əşyaya vicdansız sahiblik edirdisə və ya sonradan əşyanın ona məxsus olmamasını bilmişdirsə, daşınar əşyanın əldə edilməsi yolverilməzdir.
39. Maddə 364.1. Etibarnamə verilmiş şəxs vəkil edildiyi hərəkətləri şəxsən özü etməlidir. O, etibarnamə ilə buna vəkil edildikdə və ya etibarnaməni verənin mənafelərinin qorunması üçün şəraitin buna məcbur etdiyi halda həmin hərəkətlərin icrasını başqa şəxsə etibar edə bilər.
40. Maddə 365.2.Etibarnamə vermiş şəxs istənilən vaxt etibarnaməni və ya başqasına etibaretməni ləğv edə bilər, etibarnamə verilmiş şəxs isə istənilən vaxt ondan imtina edə bilər. Bu hüquqlardan imtinaya dair razılaşma əhəmiyyətsizdir.
41. Maddə 366.2. Etibarnamə verilmiş şəxsin etibarnaməyə xitam verildiyini bildiyi və ya bilməli olduğu vaxtadək yerinə yetirdiyi hərəkətlər nəticəsində əmələ gələn hüquq və vəzifələr etibarnaməni vermiş şəxs və onun hüquq varisləri üçün üçüncü şəxslər barəsində qüvvəsini saxlayır. Əgər üçüncü şəxs etibarnamənin qüvvəsinə xitam verildiyini bilirdisə və ya bilməli idisə, bu qayda tətbiq edilmir.
42. Maddə 366.3. Etibarnaməyə xitam verildikdə onun verildiyi şəxs və ya hüquq varisləri dərhal etibarnaməni qaytarmağa borcludurlar.
43. Maddə 366.4. Maddəsinə əsasən, etibarnaməyə xitam verildikdə etibar edilmişi başqasına etibaretmə qüvvədən düşür.
44. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
45. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıq da isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
46. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
47. Maddə 443.9. Borclu öz qanuni təmsilçisinin və öhdəliklərinin icrası üçün xidmətlərindən istifadə etdiyi digər şəxslərin hərəkətləri üçün özünün təqsirli hərəkətləri üçün olan həcmdə məsuliyyət daşımalıdır.
48. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.
49. Maddə 778.3. Əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir.
50. Maddə 780.2. Əgər vəkalət alan əqdin icrasını və ya xidmətlərin göstərilməsini buna ixtiyarı çatmadan üçüncü şəxsə vermişdirsə, həmin şəxsin hərəkətləri üçün o öz hərəkətləri kimi məsuliyyət daşıyır.
51. Maddə 780.3. Əgər o, əqdin icrasını və ya xidmətlərin göstərilməsini buna ixtiyarı çataraq vermişdirsə, yalnız üçüncü şəxsin seçilməsi və təlimatlandırılması zamanı lazımi vicdanlılıq üçün məsuliyyət daşıyır, bu şərtlə ki, müqavilədə ayrı şərt qoyulmasın və işin hallarından ayrı şərt irəli gəlməsin.
52. Maddə 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
53. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
54. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklər ini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
55. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
56. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
57. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
58. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiy i halları sübut etməlidir.
59. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
60. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
61. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olun ması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.
62. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
63. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
64. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
65. Maddə 220.6. Məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir.
66. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki ha lların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
67. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
68. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
69. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edi b apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər.
70. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri:
71. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
72. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kasassiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
73. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə apellyasiya instansiya məhkəməsinin mübahisə ilə bağlı gəldiyi nəticə ilə qismən razılaşmır.
74. İşin faktiki hallarını araşdıran məhkəmələr müəyyən etmişlər ki, mübahisə predmeti olan “Hyundai İX-35” markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh ) İddiaçı mülkiyyətindədir. Qeyd olunan nəqliyyat vasitəsinə dair xx.xx.2022-ci il tarixdə mülkiyyətçi İddiaçı, oğlu Cavabdeh2 həmin nəqliyyat vasitəsini satması və əldə olunmuş pul vəsaiti hesabına ipoteka yolu ilə mənzil əldə etmək məqsədilə, sonuncuya həmin nəqliyyat vasitəsini sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətlərini vermişdir. Cavabdeh2 isə həmin tarixdə, hazırkı iş üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 həmin “Hyundai İX-35” markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, əriz ə vermək səlahiyyətlərini vermiş və avtomobili Cavabdeh1 təhvil verərək özü xx.xx.2022-ci il tarixdə Azərbaycanı tərk etmişdir. xx.xx.2022-ci il tarixdə “Hyundai İX-35” markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi İddiaçı Cavabdeh1 verilmiş etibarnaməyə xitam verilməsi barədə ərizə ilə notariusa müraciət etmiş və notarial qaydada etibarnamə ləğv edilmişdir.
75. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı iddia ərizəsində qeyd olunan nəqliyyat vasitəsinin mülkiyyətində olmasına və yuxarıda qeyd olunan etibarnamənin ləğv edilməsinə baxmayaraq, cavabdehin (qarşılıqlı iddia üzrə cavabdeh) qanunsuz sahibliyində olmasını qeyd edərək, nəqliyyat vasitəsinin sonuncudan alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
76. Cavabdeh (qarşıl ıqlı iddia üzrə cavabdeh) Cavabdeh1 isə qarşılıqlı iddia tələbində İddiaçı, oğlu Cavabdeh2 etibarnamə verməsindən sonra Cavabdeh2 avtomobili satmaq məqsədi ilə ona etibarnamə verdiyini, avtomobilə görə sonuncuya 28.000 manat pul ödədiyini və avtomobili ona təhvil verdiyini, İddiaçı isə bundan məlumatlı olduğunu qeyd edərək, həmin pulun İddiaçı alınaraq ona verilməsini və ilkin iddia təmin edildiyi halda, ilkin iddia ilə qarşılıqlı iddianın icrasının eyni anda icra olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
77. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli avtomobilin iddiaçıya (qarşılıqlı iddia üzrə cavabdeh) qaytarılması hissəsində ilk iddia həll edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tət biq olunmuşdur. Həmin hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Belə ki, ilkin iddianın qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir.
78. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, qeyd olunan hissədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi həmin nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, yuxarıda qeyd olunan hissədə işin faktiki halları apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün kassasiya şikayətində qeyd olunan dəlilləri təkrar araşdırmağa lüzum yoxdur.
79. Məhkəmə kollegiyası göstərilənlərə əsasən hesab edir ki, qeyd olunan hissə ilə bağlı cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçı) kassasiya şikayətində sadalanan formal dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğv olunması və ilk iddianın rədd edilməsi üçün əsas ola bilməz. Bu səbəbdən ilkin iddia tələbinin tam rədd olunması hissəsində cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən verilmiş kassasiya şikayətinin sadalanan dəlilləri əsassızdır. Ona görə də “ilkin iddianın təmin edilməsi, “Hyundai İX-35” markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Cavabdeh1 alınaraq, İddiaçı verilməsi” hissəsində kassasiya şikayəti rədd edilməli, apellyasiya instansiya məhkəməsinin qətnaməsi qüvvəsində saxlanılmalıdır.
80. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi, birinci instansiya məhkəməsinin qətnaməsini qarşılıqlı iddianın rədd edilməsinə mü nasibətdə dəyişdirmədən saxlamaq barədə nəticəyə gələrkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, həmin hissədə düzgün qətnamə qəbul etməmişdir.
81. Bu səbəbdən də məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin mübahisə ilə bağlı gəldiyi nəticə ilə qismən razılaşmır. Qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında o da müəyyən olunur ki, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı oğlu Cavabdeh2 etibarnaməni avtomobili idarə etmək məqsədi ilə verdiyini bildirsə də, xx.xx.2022-ci il tarixdə saat 14:41də verilmiş həmin etibarnamə ilə əslində sonuncuya “Hyundai İX-35” markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sə rəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətlərini vermişdir. Həm də İddiaçı iddia tələbində göstərdiyi fikirləri, habelə birinci instansiya məhkəməsində izahat verərkən söylədiyi fikirləri arasında ziddiyyətlər mövcud olmuş, izahatında oğlu Cavabdeh2 etibarnaməni avtomobili idarə etmək məqsədi ilə verdiyini bildirsə də, eyni zamanda avtomobili “Turbo.az” saytına satış üçün yerləşdirməsini, satmağının məqsədi qızı üçün ipoteka ilə ev alacağına görə ilkin ödəniş etmək olduğunu, oğlu Elşənin ona Orxan adlı bir şəxslə danışdığını, onun maşını “Turbo.az” saytında görüb bəyəndiyini, pulun bir qismini indi ödəyəcəyini, qalan hissəini isə 3-cü gün gətirəcəyini deməsini, sürməsi üçün etibarnamə verməyini, 1-ci gün onun alğı-satqını notarial q aydada etməyini xahiş etdiyini, bundan sonra Elşənə etibarnamə verdiyini göstərmişdir. Göründüyü kimi İddiaçı məqsədi avtomobili satmaq olmuş, oğlu Cavabdeh2 avtomobili Cavabdeh1 satmaq istəməsindən məlumatlı olmuş və etibarnaməni də Cavabdeh2 bu məqsədlə vermişdir. Cavabdeh2 da həmin etibarnamənin qüvvədə olduğu müddət ərzində, yəni xx.xx.2022-ci il tarixdə saat 16:47-də cavabdeh (qarşılıqlı iddia üzrə cavabdeh) Cavabdeh1 “Hyundai İX-35” markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətlərini verməsi barədə etibarnamə verərək, Cavabdeh1 təhvil verməklə avtomobili ona satmasını və qarşılıqlı iddia ərizəsində göstə rilən 28.000 manat pulu sonuncudan qəbul etməsini təsdiq etmişdir. Həmçinin Cavabdeh2 xx.xx.2022-ci il tarixdə saat 04:44-də Azərbaycanı tərk etmiş, İddiaçı isə xx.xx.2022-ci il tarixdə saat 10:20-də ünvan müraciət edərək oğlu Cavabdeh2 verdiyi etibarnaməyə xitam verilməsini xahiş etmişdir. Göründüyü kimi Cavabdeh2 avtomobilə görə Cavabdeh1 28.000 manat pul alması, İddiaçı isə Elşənin avtomobili Orxana satmaq niyyətində olmasından məlumatlı olması işin halları ilə təsdiqini tapır.
82. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
83. Göstərilənlərə əs asən məhkəmə kollegiyası hesab edir ki, məhkəmələrin avtomobilin Cavabdeh1 alınaraq, İddiaçı verilməsi, qarşılıqlı iddianın təmin edilməməsi barədə gəldikləri nəticə İddiaçı əsassız varlanmasına şərait yaratdığından əsassız və qanunsuzdur. Odur ki, qarşılıqlı iddia tələbi təmin edilməlidir.
84. Qeyd olunmalıdır ki, hazırkı halda qarşılıqlı iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 1091 və 1092-ci maddələri təşkil edir. Əsassız varlanmaya dair münasibətləri tənzimləyən normaların təhlilindən də aydın olur ki, bu əsasa söykənən (irəli sürülmüş) iddia tələbinin keçərliliyi üçün qanunda nəzərdə tutulmuş aşağıdakı dispozitiv şərtlərin, həm də eyni vaxtda olması tələb olunur: - birincisi, əsassız varlanmaya haqq qazandıran qanuni və ya müqavilə əsası olmur, eləcə də bu cür varlanma həyat a keçməmiş əsasa və ya sonradan aradan qalxmış əsasa söykənir; - ikincisi, iddiaçı (hazırki halda qarşılıqlı iddiaçı) əmlakdan məhrum olur; - üçüncüsü, cavabdeh (hazırki halda qarşılıqlı iddia üzrə cavabdeh) iddiaçının hesabına əmlak əldə etmiş olur. Hazırkı işin hallarından görünür ki, qarşılıqlı iddiaya münasibətdə işin faktiki halları əsassız varlanmaya dair münasibətləri tənzimləyən normaların dispozitiv şərtlərinin təsiri altına düşür.
85. Buna baxmayaraq, apellyasiya instansiya məhkəməsi hazırkı işdə qeyd olunan hissədə tələbi həll edilərkən yuxarıda göstərilənlər nəzərə alınmamış, işin müəyyən olunmuş faktiki hallarına sadalanan maddi hüquq normalarının tətbiqindən irəli gələn hüquqi dəyərləndirmə aparılmamışdır. Bu hal isə qətnamənin həmin hissələrdə işin həqiqi hallarına, tərəflər in qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun əsaslandırılmadığına dəlalət edir.
86. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tamamilə, yaxud qismən ləğv edilməsi üçün əsasdır.
87. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırki halda tərəflərin əvvəlki vəziyyətə qaytarılması üçüncü şəxsin hərəkətləri ilə əlaqədar olduğuna görə, qətnamənin hər iki tərəf üçün eyni vaxtda icra edilməli olması göstərilməlidir.
88. Belə ki, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 6.10-cü bəndində də qeyd olunmuşduir ki, əqd məhkəmə tərəfindən ləğv edildikdə və ya etibarsız hesab edildikdə qətnamənin nəticə hissəsində əqdin iştirakçıl arının əqd üzrə aldıqlarını eyni vaxtda geri qaytarmalı olmaları və yaxud qətnamənin hər iki tərəf üçün eyni vaxtda icra edilməli olması göstərilməlidir. Tərəflərin əvvəlki vəziyyətə qaytarılması üçüncü şəxslərin hərəkətləri ilə əlaqədar olduqda qətnamədə bu məsələ də həll edilməlidir.
89. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi, qarşılıqlı iddianın rədd olunması hissəsində ləğv edilərək, həmin hissədə yeni qətnamə qəbul edilərək, qarşılıqlı iddia təmin edilməli, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı 28.000 manat pul alınaraq cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 verilməli, qətnamə kassasiya şikayətində mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalı, “Hyund ai İX35” markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Cavabdeh1 alınaraq, İddiaçı verilməsi ilə, 28.000 manat məbləğində pulun İddiaçı alınaraq Cavabdeh1 verilməsi hissəsində qətnamə eyni vaxtda icra edilməlidir.
90. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-911/2024 nömrəli, 06 mart 2024-cü il tarixli qətnaməsi qarşılıqlı iddianın rədd olunması hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. Qarşılıqlı iddia təmin edilsin. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı 28.000 (iyirmi səkkiz min) manat pu l alınaraq cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 verilsin. Qətnamə kassasiya şikayətində mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. “Hyundai İX 35” markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Cavabdeh1 alınaraq, İddiaçı verilməsi ilə, 28.000 manat məbləğində pulun İddiaçı alınaraq Cavabdeh1 verilməsi hissəsində qətnamə eyni vaxtda icra edilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.