Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2438/2021 15.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı və cavabdehlər Bakı Şəhər İcra Hakimiyyəti, Bakı şəhəri Cavabdeh2, “xxxx” MMC-yə və Cavabdeh4-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: Ekspert rəyinin mötəbərliyinin əsaslandırılmaması, mənəvi zərərin tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Günel İnqilab qızının katibliyi, İddiaçıların vəkili X4, cavabdeh “xxxx” MMC-nin vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4762/20 20 nömrəli iş üzrə 22 oktyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı və cavabdeh “xxxx” MMC tərəfindən verilmiş kassasiya şikayətlərinə dair işə 15 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçılar İddiaçı və cavabdehlər Bakı şəhər İcra Hakimiyyəti, Bakı şəhəri Cavabdeh2, “Cavabdeh3 MMC və Cavabdeh4-yə qarşı “dəymiş ziyanın ödənilməsi tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyəti, Bakı şəhər Cavabdeh2, "Cavabdeh3 Məhdud Məsuliyyətli Cəmiyyəti, "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş 352.000 (üç yüz əlli iki min) manat maddi, 100.000 (yüz min) manat mənəvi ziyanın cavabdehlərdən alınaraq onlara ödənilmə si barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
2. İşin mübahisə edilməyən hallarından görünür ki, mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçıların mülkiyyətindədir.
3. Eyni zamanda işin mübahisə edilməyən halları ilə müəyyən edilir ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 13.05.2004-cü il tarixli sərəncamı ilə iddiaçıların mülkiyyətindəki evin yerləşdiyi əraziyə aid olan Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən ümumilikdə 0,33 ha torpaq sahəsində yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi və mövcud qanunvericilik əsasında vəsaitin ödənilməsi Cavabdeh4-yə tapşırılmışdır.
4. Həmçinin o da mübahisə edilmir ki, Cavabdeh4 ilə “xxxx” MMC arasında bağlanmış 16 yanvar 2009-cu il tarixli müqavilə ilə 13.05.2004-cü il tarixli sərəncama əsasən ayrıl mış torpaq sahəsinin 1100 kv.m hissəsi (Tolstoy küçəsi 128 ünvanının daxil olduğu) "B" yaşayış və "D" zirzəmi girişlərinin layihələndirilməsi və tikintisi üçün gələcəkdə öz balansında qalmaq, ona dair sərəncam vermək hüququ ilə “xxxx” MMC-yə verilmişdir. Həmin müqavilənin 2.2.1-ci maddəsinə əsasən, müqavilənin bağlandığı andan binanın “B” və “D” girişlərinin tikintisi üçün ayrılmış torpaq sahəsində Bakı şəhər İH-nin Cavabdeh4-yə torpaq sahəsi ayrılmasına dair qeyd olunan müvafiq sərəncamlarında və layihə sənədlərində qeyd olunan bütün göstəriş və tövsiyyələrin icrasına “xxxxMMC cavabdehliyi üzərinə götürmüşdür.
5. Bundan başqa məcburi köçkünlər olan X11, X14 və X13 tərəfindən verilmiş ərizələrdən görünür ki, 1993-cü ildən ailə üzvləri ilə məskunlaşdıqları Bakı şəhəri, Yasamal rayonu, Tols toy küç., ev 128-də yerləşən ev baxımsızlıq səbəbindən yararsız vəziyyətə düşmüşdür və həmin evdə yaşamaq mümkün deyildir. Həmin evdən ailə üzvləriylə birlikdə çıxmağı ilə əlaqədar evin ailəsi ilə yaşadığı hissəsini “xxxx” MMC-yə ümumilikdə 145.000 manata satmışdır. Həmin ünvandakı evdən ailə üzvləriylə birlikdə 10 gün müddətində çıxmağı öz öhdəsinə götürərək, bununla bağlı “xxxx” MMC-yə qarşı hər hansı bir iddia və tələbi olmayacağını bildirirlər. 6. “xxxx” MMC-nin 21.09.2020-ci il tarixli ekspert rəyinə əsasən, ünvan 9 saylı evin 2015-ci il üçün bazar dəyəri 145.000 manat təşkil edir. 7. “xxxx” MMC-nin 16.10.2020-ci il tarixli ekspert rəyinə əsasən, ünvan 9 saylı evin bazar dəyəri 2015-ci il üçün 380.000 manat; 2020-ci il üçün 400.000 manat təşkil edir.
8. İddiaçılar bildirirlər ki, Ba kı şəhəri, Lev Tolstoy küçəsi, 128 saylı evdəki ümumi sahəsi 88 kv.metr mənzil mərhum həyat yoldaşı şəxsi mülkiyyətində olmuş, o vəfat etdikdən sonra mənzil vərəsəlik qaydasında onların mülkiyyətinə keçmişdir. Həmin mənzilə dair 09 aprel 2008-ci il tarixdə hüquqlarının dövlət qeydiyyatı haqqında ******* saylı, 27 sentyabr 2016-cı il tarixdə isə ******* saylı çıxarışlar verilərək oğlu Quliyev Rüfət Eldar oğlu ilə ümumi əmlaka hüquqları dövlət reyestrində qeydiyyatından keçmişdir. Mülkiyyətində olan mənzil Ağdam rayonundan olan məcburi köçkünlər tərəfindən zəbt edilmişdir. Bu barədə Azərbaycan Respublikasının Prezidentinin Fərmanına uyğun olaraq, rayon erməni işğalından azad edilənədək onların mənzildən çıxarılması barədə məhkəməyə müraciət etməməyə qərar verdilər. Lakin onlan mənzillə təmin ediləcəyinə ümid edərək mütəmadi olaraq, həmin ünvana gəlib mənzillə maraqlanırdilar. 2016-cı ilin əvvəllərində həmin əraziyə gələrkən mənzilin yerləşdiyi evin hasara alındığını, mənzilin sökülərək yararsız vəziyyətə salındığını görmüşlər. Həmin evin kimlər tərəfindən sökülməsini, bu barədə kimin sərəncam verməsini öyrənmək üçün ərazidəki mənzil istismar sahəsinə, Bakı şəhər İcra Hakimiyyətinə, Cavabdeh2nə dəfələrlə müraciət etsələr də onlara heç bir cavab verilməmişdir. Ona görə də edilmiş qanunsuzluqlar barədə Azərbaycan Respublikasının Baş Prokuroru və Azərbaycan Respublikasının Daxili işlər Nazirinə müraciət etmişlər. Məhz bundan sonra Bakı şəhər Cavabdeh2 tərəfindən məlumat verilmişdir ki, mülkiyyətlərində olan mənzil “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən sökülərək yararsız vəziyyətə salınmışdır. Buna görə də, cavabdehlər Bakı Şəhər İcra Hakimiyyəti, Bakı şəhər Cavabdeh2 və “xxxx” MMC-yə qarşı “mülkiyyət hüququnun müdafiəsi və vurulmuş maddi və mənəvi zərərin ödənilməsi barədə” iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmişlər. Bakı Şəhər İcra Hakimiyyəti və Bakı şəhər Cavabdeh2 tərəfindən təqdim edilmiş məlumatlar natamam və ziddiyyətli olduğundan mülki iş üzrə yekin nəticəyə gəlmək mümkün olmamışdır. 2(004)- 1004/2017 saylı mülki iş üzrə (sədrlik edən hakim X8) iddia ərizəsinin baxılmamış saxlanılması, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Bakı şəhəri, Yasamal rayonu, Tolstoy küçəsində yerləşən 128 saylı binanın, “Cavabdeh3 MMC tərəfindən sökülməsi və mövcüd qanunvcrilicilik əsasında vəsati n Ödənilməsinə dair sərəncamın surətinin təqdim edilməsi barədə Bakı şəhəri Cavabdeh2nə etdiyi müraciətlərə natamam və ziddiyyətli cavablar verilərək uzun müddət süründürməçilik ediİmişdir. Bakı şəhəri Yasamal Rayon İcra Hakimyyəti başçısının 1-ci müavini tərəfindən imzalanmış 10 iyul 2019-cu il tarixli məktubda bildirilir ki, ünvan 3 ünvanında yerləşən binanın sökülməsi ilə bağlı Cavabdeh2 tərəfindən hər hansı sərəncam verilməmişdir. Həmin vəzifəli şəxs tərəfindən imza edilmiş 05 avqust 2019-cu il tarixli məktubda eyni məzmundadır.Lakin Bakı şəhəri, Yasamal Rayonu İcra Hakimiyyəti Başçısının 1-ci müavini Səməd İsmayılov tərəfindən imza edilmiş 08 aprel 2016-cı il tarixli Q-4İ-151 saylı məktubda bildirilir ki, “Tolstoy küçəsi 128 saylı evdə söküntü işləri “xxxx” MMC tikinti şirkəti tərəfin dən həyata keçirilmişdir.Həmin işlər aparılan zaman onlara heç bir kompensasiya ödənilmədən mülkiyyətində olan mənzilin tikinti şirkəti tərəfindən sökülmüşdür. Rayon İcra Hakimiyyətinin aidiyyatı strukturunun rəhbərliyi tikinti şirkətinin məsul işçiləri ilə görüşüb söhbət aparmış, onlara dəymiş ziyanın mövcud qanun və qaydalara uyğun ödənilməsinin zəruriliyini onlara izah etmişlər. ünvan 5 ünvanındakı binanın sökülməsinə dair sərəncamın təqdim edilməsinə dair sorğuya cavab olaraq, Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının Aparatı Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Ayaz İmaməliyev tərəfindən imzalanmış 13 iyun 2019-cu il tarixli məktubda bildirilir ki, ilkin araşdırmalar zamanı Tolstoy küçəsində yerləşən 128 saylı binanın sökülməsinə dair Bakı Şəhər İcra H akimiyyəti Başçısı tərəfindən imzalanan hər hansı sərəncam aşkarlanmamışdır". Lakin 2(004)-1004/2017 saylı mülki işə əlavə edilmiş Bakı şəhər İcra Hakimiyyətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış 24 fevral 2017-ci il tarixli məktubda qeyd edilir ki, ünvan 6 ünvanında 221 saylı məhəllədə, Lev Tolstoy küçəsi 128 ünvan daxil olmaqla, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının müvafiq sərəncamı ilə Cavabdeh4-yə ərazidə yerləşən yaşayış və qeyriyaşayış tikililərinin sökülməsi və mövcud qanunvericilik əsasında vəsaitin ödənilməsi şərtilə yaşayış binasının tikilməsi üçün torpaq sahəsi aynİmışdır. Həmçinin qeyd olunan mülki işə əlavə olunmuş Bakı şəhər İcra Hakimiyyəti Başçısının 13 may 2004-cu il tarixli Sərəncamın 1-ci bəndinə əsasən Cavabdeh2 11.03- 2004-cu il tarixl i razılıq məktubu, xxxx MMC-nin müraciəti, Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsinin 000581 saylı QYM seriyalı qeydiyyat vəsiqəsi nəzərə alınaraq, ünvan 8 ünvandakı 221 saylı məhəllədə yaşayış binasının layihələşdirilməsi və tikintisi üçün 0.20 ha torpaq sahəsi həmin MMC-ə istifadəyə verilmişdir. Həmin Sərəncamın 1.1.-ci bəndində nəzərdə tutulur ki, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi və mövcud qanunvericilik əsasında vəsaitin Ödənilməsi Cavabdeh4-ə tapşırıİsın. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Müİkiyyəlin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Qeyd edilən ərazidə mənzilin hər kv.metri 3500-4000 ma nata satılır. Buna görə də, ona ödəniləcək zərər 352.000 (üç yüz əlli iki min) manat məbləğindədir. Cavabdehlərin onun mülkiyyət hüquqlarının pozulmasına yönəlmiş hərəkətləri hazırda da davam etdirilir. Uzun müddət aparılan məhkəmə araşdırmasının heç bir nəticəsi yoxdur. Baş verənlər onda böyük ümidsizlik, səhhətiylə bağlı problemlər yaradıb. Ona mənəvi zərər vurulmuşdur. Qeyd olunan binanın tikintisi 2017-ci ildə başa çatmışdır. Onların mülkiyyətində başqa yaşayış sahəsi yoxdur.
9. Cavabdeh xxxx MMC-nin nümayəndəsi bildirir ki, Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən ümumilikdə 0,33 ha torpaq sahəsi yüksək mərtəbəli yaşayış binalarının layihələndirilməsi və inşa edilməsi üçün Bakı şəhər İcra Hakimiyyəti Başçısının 13.05.2004-cü il tarixli 103 və 14.05.2004-cü il tarixli 105 saylı sərən camları ilə Cavabdeh4-yə ayrılmış və həmin torpaq sahəsindəki "A" literli birgirişli bina Cavabdeh4 tərəfindən inşa edilmişdir. Qeyd olunan ərazidə binanın layihələndirilməsi və inşa işləri aparılan müddətdə ünvan 9 ünvanında yerləşən bərbad və yararsız vəziyyətdəki tikililərdə Ağdam rayonundan olan üç qaçqın ailəsi yaşamışlar. Həmin şəxslərin bildirdiyinə görə, həmin dağılmış tikilini öz güclərinə yararlı vəziyyətə gətirərək, orada məskunlaşmışlar. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 13.05.2004-cü il tarixli 103 saylı sərəncamının 10.1-ci bəndində ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi və mövcud qanunvericilik əsasında vəsaitin ödənilməsi Cavabdeh4-yə tapşırılsa da, yaranmış müvəqqəti maliyyə çətinliyi ilə əlaqədar Cavabdeh4 ilə iş üzrə digər cavabdeh "Cavabd eh3" MMC arasında 16 yanvar 2009-cu il tarixli müqaviləyə əsasən sərəncama əsasən ayrılmış torpaq sahəsinin 1100 kv.m hissəsi (Tolstoy küçəsi 128 ünvanının daxil olduğu) "B" yaşayış və "D" zirzəmi girişlərinin layihələndirilməsi və tikintisi üçün gələcəkdə öz balansında qalmaq, ona dair sərəncam vermək hüququ ilə "Cavabdeh3" MMC-yə verilmişdir. Həmin müqavilənin 2.2.1-ci maddəsinə əsasən, müqavilənin bağlandığı andan binanın "B" və "D" girişlərinin tikintisi üçün ayrılmış torpaq sahəsində Bakı şəhər İHninCavabdeh4-yə torpaq sahəsi ayrılmasına dair qeyd olunan müvafiq sərəncamlarında və layihə sənədlərində qeyd olunan bütün göstəriş və tövsiyyələrin icrasına "Cavabdeh3" MMC cavabdehlik daşıyır. Göründüyü kimi, ünvan 9 ünvanının daxil olduğu "B" və "D" girişlərinin layihələndirilməsi və tiki ntisi Cavabdeh4 tərəfindən deyil, 16 yanvar 2009-cu il tarixli müqavilə əsasında "Cavabdeh3" MMC tərəfindən aparılmış və müqavilənin 2.2.1-ci maddəsinə əsasən əsasən, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 13.05.2004-cü il tarixli 103 saylı sərəncamının 10.1-ci bəndində nəzərdə tutulan ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi və mövcud qanunvericilik əsasında vəsaitin ödənilməsi üzrə öhdəlik "Cavabdeh3" MMC-yə ötürülmüşdür. Göründüyü kimi, Cavabdeh4-nin iddiaçılara məxsus ünvan 9 ünvanında yerləşən mənzilin sökülməsinə aidiyyəti olmadığından, iddia tələbi onlara (Cavabdeh4-yə) aid hissədə rədd edilməlidir.
10. Cavabdeh “xxxx MMC-nin nümayəndəsi bildirir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 13.05.2004-cü il tarixli 103 saylı sərəncamının 10.1-ci bəndində nəz ərdə tutulan ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi və mövcud qanunvericilik əsasında vəsaitin ödənilməsi üzrə öhdəlik 16 yanvar 2009-cu il tarixli müqavilənin 2.2.1-ci maddəsinə əsasən "Cavabdeh3" MMC-yə ötürülmüşdür. "Cavabdeh3" MMC-nin hər hansı digər üsulla ərazidə yerləşən daşınmaz əmlakın sahibi haqqında məlumatın əldə edilməsini məhdudlaşdırdığından, "Cavabdeh3" MMC də öz növbəsində iddiaçıların iddia etdiyi ünvanda məskunlaşmış Ağdam rayonundan olan qaçqınlar X5, X9 və X3 ailələri ilə birlikdə həmin ünvanda 1993-cü ildən məskunlaşmaları, həmin ünvana dair kommunal xidmətlərin onların adına rəsmiləşdirilməsinə dair müvafiq orqanlardan alınmış arayışlar əsasında həmin şəxslərə müvafiq kompensiyalar ödəməklə, həmin ünvandan köçürmüş, onların xahişləri nəz ərə alınaraq, mənzilin bütün qapı və pəncələrinin, damının, yararlı taxta materiallarının həmin şəxslər tərəfindən sökülməklə özləri ilə aparılmasına icazə verilmişdir. Ağdam rayonundan olan qaçqınlar X5, X9 və X10 da öz növbələrində tikilini "xxxx" MMC-yə razılaşdırılmış kompensasiya məbləğinə satmağa və gələcəkdə bununla bağlı "Cavabdeh3" MMC- yə qarşı ola biləcək hər hansı bir iddia və tələbə qarşı cavab verməyi öz üzərilərinə götürmələri barədə yazılı ərizə də vermişlər. Göründüyü kimi, "xxxx" MMC-nın iddiaçılara məxsus ünvan 9 ünvanında yerləşən mənzilin sökülməsinə aidiyyəti olmadığından, iddia tələbi onlara aid hissədə rədd edilməlidir.
11. Cavabdehlər Bakı Şəhər İcra Hakimiyyəti və Cavabdeh2 heç bir üzürlü səbəb göstərmədən işə məhkəmə baxışlarında iştirak etməmiş və işin halları b arədə izahat verməmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
12. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-514/2020 saylı, 11 mart 2020-ci il tarixli qətnaməsi ilə (hakim A.Məmmədov) iddia tələbi rədd edilmişdir.
13. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, mübahisəli evin cavabdehlər tərəfindən sökülməsini təsdiq edə biləcək hər hansı bir sübut məhkəmə təqdim edilməmişdir. Halbuki, mülki prosessual qanunvericiliyə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
14. Məhkəmə öz mövqeyini Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 88, 216220, 227, 358, 360, 362-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçılar apellyasiya şikayəti vermişlər.
16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4762/2020 nömrəli iş üzrə 22 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər X.Mərdanova-sədrlik edən və məruzəçi, E.Həsənov və F.Babayev) iddiaçılar İddiaçı və apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-514/2020 saylı, 11 mart 2020ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin qismən təmin edilməsi, cavabdeh “xxxx” MMC-dən 145.000 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçılar İddiaçı və ödənilməsi, məhkəmə əmtəəşünaslıq ekspertizasının dəyəri olan 300 manat pulun “xxxx” MMC-dən tutularaq “xxxx” MMC-nin hesabına (“xxxx” ASC hesab nömrəsi: AZ84AİİB********************) ödənilməsi qət edilmişdir.
17. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının sərəncamından irəli gələn öhdəliklərin icrası “Cavabdeh3MMC-nin üzərinə düşməsinə baxmayaraq, onun tərəfindən iddiaçılara deyil, mübahisəli evə dair hər-hansı hüquqları olmayan digər şəxslərə 145.000 manat ödəməklə mənzilin mülkiyyətçilərinə kompensasiya məbləğinin ödənilməsindən imtina edilməsi, hüquqlardan sui-istifadə edilməsidir.
18. Kollegiya kompensasiya məbləği ilə bağlı qeyd etmişdir ki, Cavabdeh3MMC tərəfindən ödənilmiş məbləğ “xxxx” MMC tərəfindən müəyyən edilmiş məbləğ ilə öz təstiqini tapır. “xxxx” MMC tərəfindən təqdim edilmiş rəy il ə müəyyən edilmiş məbləğ isə digər ekspert rəyi və ödənilmiş məbləğdən xeyli artıq olduğundan kollegiya hesab edir ki, həmin rəy həqiqət əks etdirmir və mötəbər sayıla bilməz.
19. Bundan başqa cavabdehlərin hərəkətləri nəticəsində iddiaçılara mənəvi zərərin vurulması müəyyən edilmir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
20. İddiaçılar İddiaçı və kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilməsini və cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçılara vurulmuş 352000 (üç yüz əlli iki min) manat məbləğində maddi, 100000 (bir yüz min) manat məbləğində mənəvi ziyanın cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçılara ödənilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişlər.
21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan fərdi yaşayış evi yerləşdiyi torpaq ərazisi ilə birlikdə ümumi mülkiyyət hüququ əsasında iddiaçılara məxsusdur və həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq ərazisi ilə birlikdə real bazar dəyəri “xxxx” MMC-nin 21.09.2020-ci il tarixli ekspert rəyində göstərilən məbləğdən daha yüksəkdir. Buna baxmayaraq apelyasiya instansiyası məhkəməsi heç bir əsaslandırma aparmadan 21.09.2020-ci il tarixli ekspert rəyini əsas götürmüş və iş üzrə ədalətli olmayan qətnamə qəbul etmişdir.
22. Cavabdeh “xxxx” MMC kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
23. Kassasiya şikayəti o nunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
25. İddiaçıların vəkili X12 məhkəmə iclasında izahat verərək iddiaçıların apelyasiya şikayətlərinin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilməsini və cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçılara vurulmuş 352000 (üç yüz əlli iki min) manat məbləğində maddi, 100000 (bir yüz min) manat məbləğində mənəvi ziyanın cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçılara ödənilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etdilər
26. Cavabdeh “xxxx” MMC-nin vəkili X2 məhkəmə iclasında izahat verərək cavabdeh “xxxx” MMC-nin kassasiya şikayətinin təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi.
27. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehlər Cavabdeh4, Bakı Şəhər İcra Hakimiyyəti və Cavabdeh2 hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehlər Cavabdeh4-nin, Bakı Şəhər İcra Hakimiyyətinin və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri
28. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
29. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətna mə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
30. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
31. Hazırkı kassasiya şikayətində cavabdeh “xxxx” MMC apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hü quq Mülki Məcəllə 32. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. (maddə 152.1)
33. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). (maddə 1096.1)
34. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. (maddə 1096.2)
35. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. (maddə 1097.1)
36. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. (maddə 1097.3) Mülki Prosessual Məcəllə
37. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (maddə 14.2)
38. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)
39. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
40. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (maddə 217.1)
41. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. (maddə 217.3)
42. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. (maddə 218.1)
43. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. (maddə 417.1.3)
44. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulmasıapellyasi ya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. (maddə 418.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası izahatları dinləyib, kasasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçılar İddiaçı və kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
46. Bundan başqa cavabdeh “xxxx” MMC-nin kassasiya şikayətinə münasibətdə qeyd edilməlidir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edildiyindən və cavabdeh “xxxx” MMC-nin kassasiya şikayəti apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvinə yönəldiyindən “xxxx” MMC-nin kassasiya şikayəti qismən təmin edilməlidir.
47. Belə k i, apelyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərə uyğun əsaslandırılmamışdır. (40-41)
48. Apelyasiya instansiyasi məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, xxxx” MMC tərəfindən mübahisə predmeti olan evi zəbt etmiş məcburi köçkünlərə ödənilmiş məbləğ “xxxx” MMC tərəfindən müəyyən edilmiş məbləğ ilə öz təstiqini tapır. “xxxx” MMC tərəfindən təqdim edilmiş rəy ilə müəyyən edilmiş məbləğ isə digər ekspert rəyi ilə müəyyən edilmiş məbıəğdən və ödənilmiş məbləğdən xeyli artıq olduğundan kollegiya hesab edir ki, həmin rəy həqiqəti əks etdirmir və mötəbər sayıla bilməz.
49. Bununla bağlı qeyd edilməlidir ki, apelyasiya instansiyası məhkəməsi 21.09.2020-ci il tarixli “xxxx” MMC tərəfindən verilmiş ekspert rəyini mötəbər sübut kimi qəbul etsə də həmin rəyin mötəbərliyini əsaslandırmamışdır.
50. Halbuki, iş materiallarında 21.09.2020-ci il tarixli “xxxx” MMC rəyinin mötəbərliyini şübhə altına alan digər bir rəy yəni “xxxx” MMC-nin 16.10.2020-ci il tarixli ekspert rəyi vardır. Sonuncu rəy ilə mübahisə predmeti olan evin real bazar dəyərinin 2015-ci il üçün 380.000 manat; 2020-ci il üçün 400.000 manat olması müəyyənləşdirilmişdir.
51. Göründüyü kimi iki rəy arasında kəskin fərq olmasına baxmayaraq apelyasiya instansiya məhkəməsi bu zidiyyətin aradan qaldırılması üçün araşdırma aparmamış və iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir.
52. Bundan başqa iş materiallarından görünür ki, iddiaçılar mübahisə predmeti olan evlə bərabər həmin evin yerləşdiyi torpaq sahəsinin də onlara məxsus olduğunu bildir sələr də apelyasiya instansiyası məhkəməsi bu hala hüquqi qiymət verməmişdir.
53. Ona görə də işə təkrar baxan apelyasiya instansiyası məhkəməsi qeyd edilən halı araşdırmalı və mübahisəyə müvafiq araşdırmanın nəticəsinə uyğun hüquqi qiymət verməlidir.
54. Bununla yanaşı qeyd edilməlidir ki, apelyasiya instansiyası məhkəməsi iddiaçıların hüquqlarının cavabdeh “xxxx” MMC tərəfindən pozulduğunu göstərdiyi halda mövcud qanunvericiliyin tələblərinə zidd olaraq cavabdehlərin hərəkətləri nəticəsində iddiaçılara mənəvi zərərin vurulmadığı nəticəsinə gəlmişdir. 55. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hü quqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digərmaddi nemətlər) hüquqlarını pozmaqla fıziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfı psixioloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərərəi ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensas iya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. 56. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıl arın xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyət ləri nəzərə alır.
57. «İnsan Hüquqlarının və X7 haqqında» Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.
58. Göründüyü kimi hazırkı işdə iddiaçılar mülkiyyətlərindən qanunsuz məhrum edilmişlər və bunun nəticəsində mənəvi sarsıntı keçirmişlər.
59. Apelyasiya instansiyası məhkəməsi bu hala düzgün hüquqi qiymət verməmiş və bu hissədə də iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir.
60. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apelyasiya instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır.
61. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinin məzmununa görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
62. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı və cavabdeh “xxxx” MMC-nin kassasiya şikayətləri qismən təmin ed ilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4762/2020 nömrəli iş üzrə 22 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.