Məhkəmə qərarları › İş №2(102)-2438/2024

Ali Məhkəmə Qərardad — İş №2(102)-2438/2024

10.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2438/2024 10.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdehnə qarşı mülki iş üzrə QƏRARDADİ İş № 2(102)-2438/2024 (Açar sözlər: kassasiya şikayətinin forma və məzmuna uyğun olmaması əsası ilə kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi hakim), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdehnə qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülk i Kollegiyasının 2(103)-3490/2023 nömrəli, 13 may 2024-cü il tarixli qərardadından iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 (vəkil və nümayəndə Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdehnə qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən iddiaçılara vurulmuş maddi zərərə görə 3000 manat, mənəvi zərərə görə 7000 manatın, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçıların xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları Biri nci instansiya məhkəməsində icraat:

2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-709/2023 saylı, 14 fevral 2023cü il tarixli qətnaməsi ilə (hakim Etibar Mustafayev) iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdehnə (MMC) qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia tələbinin qismən təmin edilərək, iddiaçılara vurulmuş maddi zərərin əvəzi kimi 1893 manat, mənəvi zərərin əvəzi kimi 800 manat olmaqla, ümumilikdə 2693 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, dövlət rüsumunun əvəzi kimi 60 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq İddiaçı3 ödənilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

3. Qətnamədən idd iaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 apellyasiya şikayəti verərək, birinci instаnsiyа məhkəməsinin qətnаməsinin qismən ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər.

4. Həmçinin, qətnamədən Cavabdeh MMC apellyasiya şikayəti verərək, birinci instаnsiyа məhkəməsinin qətnаməsinin qismən ləğv edilməsi və iddia tələbinin etiraf edilməyən hissədə rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2023-cü il tarixli, 2(103)-3490/2023 saylı qətnaməsi ilə (hakimlər: Günay Axundova(sədrlik edən və məruzəçi), Cəmilə Musayeva, Fuad Babayev) iddiaçıların apellyasiya şikayətinin təmin edilməməsi, cavabdehin apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Binə qədi Rayon Məhkəməsinin 2(001)-709/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi qismən – “iddiaçılara vurulmuş maddi zərərin əvəzi kimi 1893 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 ödənilməsi” hissəsində dəyişdirilməsi, Cavabdeh MMC-dən 474,7 manat məbləğində pulun iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 xeyrinə tutulması, cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manatın iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 alınaraq Cavabdehnə ödənilməsi, dövlət rüsumun qalan hissəsinin apellyatora aid edilməsi, iddiaçılar tərəfindən apellyasiya şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun apellyatora aid olunması qət edilmişdir.

6. Qətn amədən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 nümayəndəsi və vəkili Vəkil kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin 12 iyun 2023-cü il tarixli, 2(102)-3094/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin edilməsini xahiş etmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 sentyabr 2023-cü il tarixli, 2(103)-3490/2023 saylı qərardadı ilə (hakimlər: Günay Axundova (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva, Fuad Babayev) Bakı Apellyasiya Məhkəməsinin 12 iyun 2023-cü il tarixli, 2(103)-3490/2023 saylı qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 tərəfindən verilmiş kassasiya şikayəti MPM-nin 407.1.4-cü maddəsində və MPM-nin 2021-ci il 1 oktyabr tarixindən qüvvəyə minmiş redaksiyası ilə müəyyən edilmiş formada (3 sayl ı Əlavə) tərtib edilmədiyindən, eləcə də kassasiya şikayətinə vəkil orderi əlavə edilmədiyindən geri qaytarılmışdır.

8. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 nümayəndəsi və vəkili Vəkil kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli qərardadının ləğv edilməsini, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)3490/2023 saylı, 12 iyun 2023-cü il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti kassasiya şikayəti vermə müddəti ötürülmədən verildiyindən kassasiya instansiya məhkəməsində icraata qəbul edilməsini xahiş etmişlər.

9. Bakı Apellyasiya Məhkəməsinin 04 aprel 2024-cü il tarixli, 2(103)-3490/2023 saylı qərardadı ilə (hakimlər: Günay Axundova (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva, Fuad Babayev) Bakı Apellyasiya Məhk əməsinin 29 sentyabr 2023-cü il tarixli, 2(103)3490/2023 saylı qərardadından iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 tərəfindən verilmiş kassasiya şikayəti MPM-nin 2021-ci il 1 oktyabr tarixindən qüvvəyə minmiş redaksiyası ilə müəyyən edilmiş formada (3 saylı Əlavə) tərtib edilmədiyindən geri qaytarılması qərara alınmışdır.

10. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 nümayəndəsi və vəkili Vəkil kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 aprel 2024-cü il tarixli qərardadının ləğv edilməsini, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3490/2023 saylı, 12 iyun 2023-cü il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti kassasiya şikayəti vermə müddəti ötürülmədən verildiyindən kassasiya instansiya məhkəməsində icraa ta qəbul edilməsini xahiş etmişlər.

11. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 aprel 2024-cü il tarixli, 2(103)-3490/2023 saylı qərardadı ilə (hakimlər: Günay Axundova (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva, Fuad Babayev) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 aprel 2024-cü il tarixli, 2(103)-3490/2023 saylı qərardadından iddiaçılar tərəfindən verilmiş kassasiya şikayəti MPM-nin 2021-ci il 1 oktyabr tarixindən qüvvəyə minmiş redaksiyası ilə müəyyən edilmiş formada (3 saylı Əlavə) tərtib edilmədiyindən, eləcə də şikayət elektron qaydada imza edilmədiyindən geri qaytarılması qərara alınmışdır.

12. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 nümayəndəsi və vəkili Vəkil kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 apr el 2024-cü il tarixli qərardadının ləğv edilməsini, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3490/2023 saylı, 12 iyun 2023-cü il tarixli qətnaməsindən verilmiş kassasiya şikayətinin kassasiya şikayəti vermə müddəti ötürülmədən verildiyindən kassasiya instansiya məhkəməsində icraata qəbul edilməsini xahiş etmişdir.

13. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 may 2024-cü il tarixli, 2(103)-3490/2023 saylı qərardadı ilə (hakimlər: Günay Axundova (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva, Fuad Babayev) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 aprel 2024-cü il tarixli, 2(103)-3490/2023 saylı qərardadından iddiaçıların nümayəndəsi və vəkili Vəkil tərəfindən imzalanmış kassasiya şikayəti qanunla müəyyən edilmiş müddət ötürülməklə verildiyində geri qayt arılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

14. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 nümayəndəsi və vəkili Vəkil kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 may 2024-cü il tarixli qərardadının ləğv edilməsini, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3490/2023 saylı, 12 iyun 2023-cü il tarixli qətnaməsindən verilmiş kassasiya şikayətinin kassasiya şikayəti vermə müddəti ötürülmədən verildiyindən kassasiya instansiya məhkəməsində icraata qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

15. Maddə 407.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən kassasiya şikayətində aşağıdakılar göstərilməlidir: 407.1.1. şikay ətin verildiyi məhkəmənin adı və ünvanı; 407.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti;https://e-qanun.az/framework/46945 407.1.3. şikayət olunan məhkəmə aktını qəbul etmiş məhkəmənin adı, aktın qəbul edildiyi tarix, mübahisənin predmeti; 407.1.4.şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcud luğunun əsaslandırılması; 407.1.5. şikayətə əlavə edilən sənədlərin siyahısı.

16. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

17. Maddə 408.1.1. Kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

18. Maddə 408.1.5. Kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozul masının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

19. Maddə 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır.

20. Maddə

409. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

21. Məhkəmə kollegiyası kassasiya şikayətinin mümkünlüyünü araşdıraraq, aşağıdakılara əsasən hesab edir ki, iddia çılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və geri qaytarılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

22. Belə ki, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti daxil olduqda onu vermiş şəxsin kassasiya şikayəti vermək hüququna malik olmasını (şikayət verilmiş qətnamənin MPM-nin 402.1-ci maddəsində nəzərdə tutulmuş kassasiya şikayəti verilməsi istisna edilmiş qətnamələr kateqoriyasına aid olub-olmamasını), kassasiya şikayətinin qanunla müəyyən olunmuş müddətdə verildiyini, kassasiya şikayətinin qanunla nəzərdə tutulmuş forma və məzmun tələblərinə cavab verdiyini yoxlamalı, həmin qaydalara riayət olunduğu halda kassasiya şikayətini baxılması üçün kassasiya instansi yasına göndərməli, göstərilən tələblərə cavab vermədiyi halda isə, kassasiya şikayətinin geri qaytarılması barədə əsaslandırılmış qərardad çıxarmalıdır.

23. Həmçinin Azərbaycan Respublikası MPM-nin 408.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, habelə kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən geri qaytarılır.

24. Göstərilən halda apellyasiya instansiyası məhkəməsi, kassasiya şikayəti verilməsi üçün MPM-nin 407-ci maddəsinə riayət olunmasını araşdırmaqla, kassasiya şikayətini geri qaytarmalı idi.

25. Nəzərə alınmalıdır ki, kassasiya qaydasında işə baxmaq üçün prosessual əsasların olmaması (o cümlədən kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilmədikdə), apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətinin geri qaytarılması kimi hüquqi nəticəyə səbəb olur. Kassasiya şikayətinin geri qaytarılması apellyasiya instansiyasının səlahiyyəti olduğuna görə, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

26. Beləliklə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 nümayəndəsi və vəkili Vəkil tərəfindən kassasiya şikayəti verilərkən MPM-nin 407-ci maddəsinə riayət olunmadığından, eləcə də MPM-nin 2021-ci il 1 oktyabr tarixindən qüvvəyə minmiş redaksiyası ilə müəyyən edil miş formaya (3 saylı Əlavə) uyğun olmadığından kassasiya şikayəti icraata qəbul edilə bilməz.

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir.

28. Həmin Məcəllənin 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.

29. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir.

30. Məhkəmə kollegiyas ı yuxarıda göstərilənlərə əsasən və MPM-nin 408 və 411-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 may 2024-cü il tarixli, 2(103)-3490/2023 saylı qərardadından iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar