Məhkəmə qərarları › İş №2(102)-2439/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2439/2022

08.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2439/2022 08.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı XXXnun Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ İş № 2(102)-2439/2022 ( Açar sözlər: pul tələbi ) Bakı şəhəri, 08 iyun 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10578/2021 nömrəli, 08 dekabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı XXX tərəfindən verilmiş kassasiya şikayətinə 08 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul e tdi. İşin halları

1. Cavabdeh (bundan sonra- cavabdeh) 20 dekabr 2014-cü il tarixdə Moskva şəhərində XXXna (bundan sonra- iddiaçı) ünvan 1 ünvanında yerləşən 34-35 saylı iki mənzilə (bunda sonra-Mənzillər) görə ümumi məbləği 281.700 avro olan borcu qrafik üzrə20 dekabr 2014-cü ildə 80.000 avro, qalan məbləği, yəni 201.700 avronu isə 26 dekabr 2014-cü il tarixdən gec olmayaraq ödəyəcəyinə dair qəbz imzalamışdır. 2. ünvan 2 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binası “X1” MMC-nin sifarişi əsasında "xxxx" MTK tərəfindən inşa edilmiş və həmin binadaki 34 və 35 saylı mənzillər alğı-satqı müqavilələri və maliyyə arayışları əsasında iddiaçıya satılmış, lakin həmin mənzillərə mülkiyyət hüququna dair dövlət reyestrindən çıxarış almaq mümkün olmamışdır.

3. Cavabdeh və onun ailəsi 2009-cu ilin sen tyabr ayından 2015-ci ilin sentyabr ayınadək həmin mənzillərdə yaşamışlar.

4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 may 2016-cı il tarixli, 2(001)2833/2016 saylı qiyabi qətnaməsinə əsasən, cavabdehdən ödəniş günü manata məzənnədə 25.000 avro və 58.400 manat pul vəsaitinin tutulub iddiaçıya ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 08 noyabr 2017-ci il tarixli, 2(103)-11000/2017 saylı qətnaməsinə əsasən, Binəqədi Rayon Məhkəməsinin qiyabi qətnaməsi 58.400 manat pulun tutulması hissəsində ləğv edilmiş, iddia həmin hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki Kollegiyasının 24 aprel 2018-ci il tarixli, 2(102)-2251/2018 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 58.400 manat məbləğində pulun, öhdəliyin gecikdirilməsinə görə 14.600 məbləğində pulun ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdeh 6 il ərzində ailəsi ilə birlikdə qaldığı mənzillərə görə iddiaçıya heç bir ödəniş etməmişdir. İddiaçı həmin mənzilləri aylıq 500 manat məbləğinə kirayə versəydi, 6 il ərzində 72.000 manat gəlir əldə etmiş olacaqdı. Cavabdeh bu məbləğin 13.600 manatlıq hissəsini iddiaçıya ödəsə də, qalan 58.400 manat məbləğində pulu ödəməmişdir.

7. Binəqədi Rayon Məhkəməsinin (hakim E.Mustafayev) 12 avqust 2021-ci il tarixli, 2(001)-5810/2021 nömrəli qətnaməsi ilə iddia təmi n edilməmişdir.

8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı cavabdehin ona məxsus mənzillərdən istifadə etməyəcəyi təqdirdə o, cavabdehin orada yaşadığı 6 il ərzində hər mənzili 1 aylıq kirayə haqqı 500 manat olmaqla kirayə verib 72.000 manat gəlir əldə edə biləcəyini sadəcə ehtimal etmiş və məhkəməyə bununla bağlı hər hansı sübut təqdim etməmişdir.

9. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 1096 və 1097.1-ci və Mülki Prosessual Məcəllənin 14, 77, 78, 81 və 217ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmışdır.

12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər-A.N.İmanov (sədrlik edən və məruzəçi), Q.A.Əsgərov və V.N.Sadıqov) 08 dekabr 2021-ci il tarixli, 2(103)10578/21 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, qeyd etmişdir ki, tələb olunan məbləğin kirayə haqqı olaraq tələb olunması ilə bağlı iddia qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə rədd edilmişdir. Qətnamədə məhkəmə tərəflər arasında kirayə müqaviləsinin olmamasına əsaslanmış, iddiaçıya cavabdehdən dəymiş zərərin tutulması tələbi ilə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İddiaçı tərəfindən sö zügedən mənzillərin hər birini 6 il müddətində fasiləsiz olaraq aylıq 500 manata kirayə verəcəyi ilə bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Göstərilənlərə sübut qismində mənzillərin yerləşdiyi ərazidə eyni şəraitli digər mənzillərin aylıq kirayə haqqının məbləği, eləcə də cavabdehin iddiaçıya məxsus mənzillərdən istifadə etdiyi müddətdə mənzillərin kirayə götürülməsi ilə bağlı iddiaçıya digər şəxslər tərəfindən edilmiş müraciətlər məhkəməyə təqdim oluna bilərdi. Bununla yanaşı sözügedən mənzillərin altı il fasiləsiz kirayə verilməsinin də birmənalı ifadə edilməsi ancaq ehtimala əsaslanır. Sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yanlış mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmi n faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Bu baxımdan da, məhkəmə kollegiyası hesab edir ki, hazırkı mülki işdə iddiaçı iddia ərizəsində cavabdehə müəyyən məbləğdə pul verməsini göstərsə də, yalnız şahid ifadələri ilə iddia tələbinin əsaslılığı sübuta yetirilməsi üçün kifayət etmir. İddiaçı iddianın əsasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir.

14. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 1096 və 1097.1-ci və Mülki Prosessual Məcəllənin 14, 77 və 217-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a)Kassasiya şikayətinin dəlilləri

15. İddiaçı XXX kassasiya şikayəti verərək qətnamənin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

16. Kassasiya şikayəti iddia ərizəsi ilə eyniməzmunlu olub, belə əsaslandırılmışdır ki, məhkəmə hazırkı işə baxarkən, çəkişmə prinsipini təmin etməmiş, işin faktiki hallarında qeyd olunan əvvəlki məhkəmə qətnamələrində sübut olunmuş hallara qiymət verməmiş, işi hərtərəfli və tam araşdırmamış və gəldiyi nəticəni əsaslandırmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

18. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın 1

9. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

20. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 77.1. Hər bir tərəf ö z tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

24. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

25. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, məhkəmə aktı bütövlükdə yoxlanılır.

26. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi i şin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilm ir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. İşə mahiyyəti üzrə baxan məhkəmələr cavabdehin iddiaçıya məxsus mənzillərdə onun iradəsinə zidd şəkildə qalmasını müəyyən etməmiş, eyni zamanda iddiaçının tələbinin əsasında duaram halları sübuta yetirmə bilmədiyi qənaətinə gəlmişlər.

29. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

30. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma pr edmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

31. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

32. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10578/2021 nömrəli iş üzrə 0 8 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Hakimlər: Zaur Əliyev Abiddin Hüseynov İlqar Xələfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar