Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-244/2020 13.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu və Hacıyev Sənan Firuddin oğlundan ibarət tərkibdə, X3 oğlunun katibliyi, İddiaçı, onun vəkili Vəkil və Cavabdeh X5 iştirakı ilə, İddiaçı Cavabdeh X5 qarşı torpaq sahəsindən çıxarılma və qeyri-qanuni tikililərin sökülməsi tələbinədair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(105)-769/2019 nömrəli qətnaməsindən İddiaçı və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə bax araq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh X5 qarşı torpaq sahəsindən çıxarılma və qeyri-qanuni tikililərin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyət hüququ ilə ona məxsus RX seriyalı, ******* saylı çıxarışa əsasən X5 yerləşən 0,08 ha torpaq sahəsinin 0,03 hissəsindən cavabdehin çıxarılması və daş hasarın onun hesabına sökülərək həmin ərazidən uzaqlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını bununla əsaslandırmışdır ki, X5 yerləşən 0.08 ha torpaq sahəsi onun mülkiyyətindədir. Mülkiyyətində olan torpaq sahəsində tikinti işləri aparmaq istədikdə məlum oldu ki, ona məxsus 0.08 ha torpaq sahəsinin 0.03 ha hissəsini Cavabdeh X5 qərəzli niyyətlə öz torpaq sahəsi kimi mənimsəmiş və hasara almışdır. O, cavabdehin bu hərəkətinə görə on a öz etirazını bildirdikdə cavabdeh onun etirazına məhəl qoymayaraq sözügedən torpağın ona məxsus olduğunu bildirmiş və qeyri-qanuni hərəkətlərini davam etdirmişdir. Beləliklə, mülkiyyətində olan həmin torpaq sahəsindən heç cür istifadə edə bilmir. Bu isə onun mülkiyyət hüquqlarının pozulması deməkdir. Odur ki, iddia təmin olunmalıdır. Abşeron Rayon Məhkəməsinin (hakim S.M.Quliyeva ) 2(012)-585/2017 saylı, xx xxxx 2017ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0,08 ha torpaq sahəsinin 220 kv.m ölçüdə olan hi ssəsinə Cavabdeh X5 tərəfindən qanunsuz müdaxiləyə son qoyulması və həmin zəbt olunmuş torpaq sahəsinin koordinatları daxilində Cavabdeh X5 tərəfindən inşa edilmiş tikililərin cavabdehin öz vəsaiti hesabına sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilərək iddiaçının sahibliyinə qaytarılması qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Lətifə Məmmədova sədrlik edən və məruzəçi, Elman Rəhimov və Səyyad Qafari) 2(105)-538/2018 saylı, xx xxxx 2018ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-585/2017 saylı, xx xxxx 2017-ci il tarixli qətnaməsi ləğv olunmuş, iddia qismən təmin edilmiş, CavabdehX5 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Rey estri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən mülkiyyət hüquq əsasında İddiaçı məxsus 0,08 ha torpaq sahəsinin 0,0211 ha hissəsindən çıxarılması, həmin hissədə cavabdeh tərəfindən inşa edilmiş daş hasarın cavabdehin hesabına sökülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Mehparə Əhmədova - sədrlik edən və məruzəçi, Əli Rüstəmov və Əhməd Nurməmmədov) xx xxxxxx 2018-ci il tarixli, 2(102)-7073/2018 saylı Qərarı ilə CavabdehX5 kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-538/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, işin yenidən apelyasiya baxışına qaytarılması qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Şəmsəddin Abasov sədrlik edən və məruzəçi, Aqil Abbasov və Telman Məmmədov) xx xxxxxx 2019-cu il tarixli 2(105)769/2019 nömrəli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilmiş, iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-585/2017 saylı, xx xxxx 2017-ci il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş, iddianın rədd edilməsi, 15 manat dövlət rüsumunun, 400 manat məhkəmə tikinti-texniki ekspertizalarının dəyərinin və 262 manat mütəxəssis rəylərinin dəyərinin İddiaçı aid edilməsi qət edilmişdir. İddiaçı və vəkili Vəkil kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilərək işə iddia t ələbinin təmin edilməsi və ya işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını tam, hər tərəfli və obyektiv araşdırmamış nəticədə qanunsuz və əsasız qətnamə qəbul etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə kollegiyası iclasında iddiaçı və vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin edilməsini xahiş etdilər. Cavabdeh məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-ci maddəsinə əsasən məhkəmə kollegiyası onun izahatını almayaraq işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 41 6-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, X5 yerləşən 0,08 ha torpaq sahəsi xx xxxxxx 2015-ci il tarixdən tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İddiaçı həmin torpaq sahəsinin 0.03 ha hissəsinin Cavabdeh X5 tərəfindən zəbt edilərək hasara alındığını, cavabdeh isə özünə məxsus 0,08 ha torpaq sahəsindən istifadə etdiyini, iddiaçının torpağını zəbt etmədiyini, istifadəsində olan 0,08 ha torpaq sahəsini bələdiyyədən alqı-satqı əsasında əldə edildiyini əsas gətirir. Abşeron rayonu, Qobu Bələdiyyəsinin xx xxxxxx 2007-ci il tarixli, 17 saylı Qər arı ilə Cavabdeh X5 fərdi ev tikmək məqsədilə 0.8 ha torpaq sahəsinin satılması qərara alınmışdır. AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron Rayon Şöbəsinin xx.xx.2013-cü il tarixli rəyi ilə həmin alqı-satqı qanuna müvafiq hesab edilmiş, xx.xx.2013-cü il tarixli torpaqların alqı-satqısına dair akt ilə Abşeron Rayon Qobu bələdiyyəsinin ərazisindən 0.08 ha torpaq sahəsi 800 manat ödəniş müqabilində Cavabdeh X5 satılmışdır. Qeyd olunan torpaq sahəsi Cavabdeh sahibliyinə və istifadəsinə verilsə də, o, həmin torpaq sahəsinə dair hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmamışdır. Cavabdeh orada müəyyən tikinti işləri aparmışdır. Cavabdeh X5 ayrılmış 0.08 ha torpaq sahəsinin Abşeron rayonu, Qobu Bələdiyyəsinin yerquruluşu planından çıxarış və ona əlavə edilmiş döngə nö qtələrinin koordinatları ilə CavabdehX5 faktiki istifadəsində olan 0.0801 ha torpaq sahəsinin üst-üstə düşdüyü müəyyən edilir. Yenə həmin rəyə görə İddiaçı mülkiyyətində olan 0.08 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatlarına əsasən faktiki istifadə vəziyyətinə uyğun yerində (naturada) 0.0584 ha hissəsi ilə üst-üstə düşür. Nəhayət, ekspert müəyyən edir ki, İddiaçı mülkiyyətində olan 0.08 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları daxilində Cavabdeh X5 tərəfindən 0.0211 ha torpaq sahəsi faktiki istifadə olunur. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Abşeron rayonu, Qobu Bələdiyyəsinin qüvvədə olan xx xxxxxx 2007-ci il tarixli, 17 saylı qərarına əsasən, CavabdehX5 da mübahisəli torpaq sahəsinə mülkiyyət hüququ yaranmışdır. Beləliklə, mübahisəli torpaq sahəsinə dair hər iki tərəfin hüquq müəyyənedici sənədlərinin etibarlı olduğunu nəzərə alaraq, mübahisənin hər hansı bir tərəfin lehinə həll edilməsi apelyasiya baxışının obyektivliyinə və ədalət mühakimənin qərəzsizliyinə xələl gətirəcəkdir. Belə olan halda Abşeron rayonu, Qobu Bələdiyyəsinin qeyd olunan qərarı etibarlılığını davam etdirdiyi müddətcə iddia tələbinin təmin edilməsi və bununla da cavabdehin oradan çıxarılması qanuna ziddir və yolverilməzdir. Hər iki tərəfə torpaq sahəsini Qobu Bələdiyyəsi satmışdır. Bələdiyyənin işdə olan xx.xx.2018-ci il tarixli məktubundan bəlli olur ki, hər iki tərəfin torpaq sahəsi naturada öz yerindədir, lakin iddiaçıya məxsus torpaq sahəsinə DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən sənədlər hazırlanarkən sürüşdürmə ol muş və hazırki cavabdehin torpaq sahəsinin bir hissəsi ilə üst-üstə düşmüşdür. İddiaçının torpaq sahəsi istifadəsiz qalmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqaviləməhdudiyyətləri iləmüəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəstsurətdə sahib ola bilər, ondan istifadə edə bilər və o na dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinəyol verməyəbilər, ona mənsubəmlak barəsində öz mülahizəsi iləistənilənhərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. - 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. - 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. İddiaçının yuxarıda göstərilən tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edə bilər. Hə min maddəyə əsaslanan iddianın təmin edilməsi üçün isə maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Hazırki iş üzrə 3-cü dispozisiya şərtinin mövcudluğu müəyyən edilmir. Belə ki, mübahisəli torpaq sahəsinə cavabdehin sahibliyi qanunsuz deyil, onun həmin torpaq sahəsinin qanuni sahibidir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli torpaq sahəsinin mülkiyyətçisi olan iddiaçı ilə yanaşı cavabdehin də sahiblik və istifadə hüquqları qanunla qorunur. Cavabdeh mübahisəli ərazini özbaşına zəbt etməmişdir. Həmin to rpaq sahəsinə dair cavabdehin hüquqmüəyyənedici sənədləri ləğv edilmədən hazırki iddianın təmin edilməsi mümkün deyildir. "F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2004-cü il tarixli qərarında qeyd edilmişdir ki, mülki hüquqi əqdlər, o cümlədən alğı-satqı müqavilələri əmlaka (həmçinin daşınmaz əşyalara) mülkiyyət hüququnun əldə edilməsi üsullarından biridir. Daşınmaz əşyaların alğı-satqı müqaviləsi konsensual müqavilə olduğuna görə daşınmaz əşyanın alıcıya verilməsi və onun qiymətinin ödənilməsi üzrə öhdəliklər mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anına qədər icra oluna bilər. Bu baxımda n həmin hüququn dövlət qeydiyyatına alınması anına qədər alıcı satıcı tərəfindən ona verilmiş əşyanın hüquqi əsası olan (titul) sahibi sayılır. Qeyd edilməlidir ki, belə müqavilələr daşınmaz əşyanı əldə edən barəsində mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edən hüquqi fakt kimi çıxış edir. Bununla belə nəzərə alınmalıdır ki, əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi üçün onun verilməsi barədə tərəflərin razılığından başqa, qanunvericilikdə nəzərdə tutulduğu halda belə əşyanın dövlət reyestrində qeydə alınması zəruri şərtdir. Hazırki iş üzrə əvvəlki apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edən Azərbaycan Respublikası Ali Məhkəməsi xx xxxxxx 2018-ci il tarixli qərarında göstərmişdir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin faktiki istifadəsində olan və m übahisə predmetini təşkil edən 0.0211 ha torpaq sahəsinin iddiaçının mülkiyyətində olması və bu torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsi qənaətinə gəlməklə, iddianı həmin hissədə təmin edərkən səhvə yol vermiş, cavabdehin (Bələdiyyənin xx.xx.2007-ci il tarixli qərarı) və iddiaçının (xx.xx.2015ci il tarixli reyestrdən çıxarış) eyni torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərinin mövcud olmasına, cavabdehə 0.08 ha torpaq sahəsinin satılmasına dair Abşeron rayonu X1 xx.xx.2007-ci il tarixli 17 nömrəli qərarının üst-üstə düşən hissədə, yəni 0.0211 ha torpaq sahəsinə dair hissəsinin ləğv və ya etibarsız sayılmadan, cavabdehin mübahisə predmetini təşkil edən 0.0211 ha torpaq sahəsini zəbt etməsi və bu torpaq sahəsindən qanunsuz istifadə etməsi qənaətinə gəlməyin yolverilməz olmas ına əhəmiyyət verməmiş, Abşeron rayonu X2 müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etməmiş, maddi və prosessual hüquq normalarının tələblərini pozmaqla, düzgün olmayan qətnamə qəbul etməklə, cavabdehin ədalətli məhkəmə araşdırması hüququnu təmin etməmişdir. Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsini rəhbər tutaraq, işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq və həmin məhkəmə qərarında göstərilən hüquqi mövqeləri təkrarlayaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, qanunu səhv təfsir etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası yuxarıda göstərilən iş üçün mühüm əhəmiyyəti olan halları tədqiq edərək, yekun olaraq belə nəticəyə gəlir ki, apellyasiya instansiya məhkəməsi iddia tələbini rədd edilməsi barədə gəldiyi nəticə iş üzrə müəyyən edilmiş həqiqi hallara və maddi və prosessual hüquq normalarına, həmçinin kassasiya instansiya məhkəməsinin verdiyi göstərişlərə uyğundur. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibəti ni tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsi barədə dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Buna görə də, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı kassasiya ş ikayəti təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(105)-769/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-244/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-244/2020
13.01.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver