Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2440/2024 16.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı1 cavabdehlər Cavabdeh2, Cavabdeh4 və Şahbuz rayon Torpaq və Xəritəçəkmə Şöbəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilənin bağlanmış hesab edilməsi, mülkiyyətə qəsd və ya başqa maneələrin aradan qaldırılması (neqator tələb), sübutetmə vəzifəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı1 cavabdehlər Cavabdeh2, Cavabdeh4 və Şahbuz rayon Torpaq və Xəritəçəkmə Şöbəsinə qarşı “müqavilənin təsdiqi, torpaq sahəsinin hüdudlarının müəyyən edilməsi və zəruri keçidin ayrılması” tələblərinə dair mülki iş üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(108)-34/2024 nömrəli, 12 mart 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları
1. İddiaçı1 göstərir ki, 2000-ci ildə Şahbuz rayonu, Gömür kənd sakini Cavabdeh2 0.40 ha torpaq sahəsini 15.000 ABŞ dollarına almışdır və həmin vaxtdan ailəsi ilə birlikdə torpaq sahəsinin üzərində yerləşən evdə yaşamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı1 cavabdehlər Cavabdeh2, Cavabdeh4 və Şahbuz rayon Torpaq və Xəritəçəkmə Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şahbuz rayonu, Gömür kəndində yerləşən 0.40 hektar torpaq sahəsinə və onun üzərində yerləşən iki otaq və şüşəbənddən ibarət yaşayış evinə onunla Cavabdeh2 arasında müqavilənin təsdiq olunması, torpaq sahəsinin hüdudlarının müəyyən edilməsi və gediş-gəliş yolunun açılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
3. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinadla tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 torpaq sahəsini ona satdıqdan sonra Bakı şəhərinə köçərək orada məskunlaşmışdır. Ona dəfələrlə deməyinə baxmayaraq Cavabdeh2 Şahbuz rayonuna gəlib torpaq sahəsini sənədləşdirməmişdir. Digər tərəfdən torpaq sahəsinin hüdudları ona bəlli olmadığından gediş-gəliş yolu bağlanmışdır. Bununla bağlı Şahbuz rayon Torpaq və Xəritəçəkmə Şöbəsinə müraciət etsə də, heç bir tədbir görülməmiş dir.
4. Cavabdeh2 məhkəməyə teleqram ünvanlayaraq Şahbuz rayonu, Gömür kəndində yerləşən 0.40 hektar torpaq sahəsini və üzərində yerləşən evini X1 və Bakı şəhərində yaşadığı üçün sənədləşdirmə üçün notariat kontoruna gedə bilmədiyini göstərmişdir.
5. Məhkəmə iclasında cavabdeh X4 iddia tələbini qismən qəbul edərək izahatında bildirmişdir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinə bitişik yoldan heç bir zaman istifadə etməmiş, iddiaçı ilə bacanaq olduğundan dəfələrlə Əhmədin müxtəlif inzibati orqanlara etdiyi şikayət əsasında torpaq sahəsinə gedib-gəlmək üçün yol salınmış, onlara isə dövlət tərəfindən tövlə inşa edilmişdir. Həmin yoldan maşınla gedib-gəlmək üçün tövlənin sökülməli olduğu halda, onun tövləni söküb yenidən inşa etməyə maddi imkanı olmamışdır.
6. Məhkəmə iclasında cavab deh qismində iştirak edən Şahbuz rayonu Torpaq və Xəritəçəkmə şöbəsini nümayəndəsi iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, əvvəllər də tərəflər arasında yaranmış mübahisəyə görə həmin torpaq sahəsində olmuşlar. Şahbuz rayonu, Gömür kəndində torpaq islahatı aparılan zaman kəndin bütün həyətyanı torpaq sahələrinə gedən gediş-gəliş yolları mütəxəssislər tərəfindən nəzərə alınmış, kəndin sxematik planına uyğun olaraq xəritəyə köçürülmüşdür. Cavabdeh2 həyətyanı torpaq sahələrinin və JN 6 A saylı torpaq sahəsinin arasında gediş-gəliş yolu yer qurluşu planına daxil edilmişdir.
7. Şahbuz Rayon Məhkəməsinin 2-xx-xx/2010-cu il nömrəli, 26 may 2010-cu il tarixli qətnaməsi ilə (hakim Allahverdi Bağırov) iddia qismən təmin edilmişdir.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni əsaslan dırarakən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1, 325.1 və 335.2-ci, Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 307.1-ci maddələrinə və “İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 03 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 mart 2006-cı il tarixli qərarına istinad etmişdir.
9. Şahbuz Rayon Məhkəməsinin 2(090)-68/2010 nömrəli, 22 dekabr 2023-cü il tarixli qərardadi ilə Maraqlı şəxs1, Maraqlı şəxs3 və Maraqlı şəxs2 işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə ilə onların hüquq və vəzifələrinə toxunan şəxslər kimi tanınmaları və işin a pelyasiya instansiyası məhkəməsinə göndərilməsi qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Cavabdeh2 və işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs3 və Maraqlı şəxs2 vəkil-nümayəndələri Nümayəndə1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin 0.40 ha torpaq sahəsinə alqı-satqı müqaviləsinin bağlanmış hesal edilməsi, 0.40 ha torpaq sahəsinə İddiaçı1 mülkiyyət hüququnun tanınması, mülkiyyət hüquqlarının qeydə alınmasının Naxçıvan MR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə həvalə olunması hissəsinə münasibətdə qismən ləğv edilməsini və həmin hissədə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
11. Apellyasiya ş ikayəti onunla əsaslandırılmışdır ki, onlar 1980-ci ildə Ermənistan Respublikasından köçüb Şahbuzun Gömür kəndində yerləşmişlər. 1982-ci ildə İslahat Komissiyasının JN-004A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməsinə əsasən 4 nəfər ailə üzvü (Cavabdeh2, Maraqlı şəxs1, Maraqlı şəxs3 və Maraqlı şəxs2) olmaqla 0.40 ha və JN-004B saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0.13 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin 0.13 ha yerləşdiyi ərazidə tikilmiş fərdi yaşayış evində yaşamışlar. 2000-ci ildə Bakı şəhərinə köçməli olduqlarından, həmin yaşayış evinin uçub dağılacağına, ona baxan olmayacağına görə həmin yaşayış evini və həmin evin yerləşdiyi 0.13 ha torpaq sahəsini həmkəndliləri İddiaçı1 1500 ABŞ dollarına satmaq barədə razılaşmışl ar. Əhməd həmin vaxt Türkiyədə olduğundan alqı-satqı sövdələşməsini Əhmədin qayınatası Fərman ilə danışılmış və alqısatqını rəsmiləşdirə bilməmişdir. Sonuncu dəfə 2023-cü ilin avqust ayının ortalarında Naxçıvana gedib torpaqlara baş çəkərkən onlara məxsus olan 0.40 ha torpaq sahəsinin müəyyən hissəsinin qonşular tərəfindən zəbt olunduğunu görmüşdür. Buna görə də Şahbuz rayon Torpaq Şöbəsinə gedərək zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması üçün müraciət etmişdir. Həmin vaxt ona bildirilmişdir ki, ona məxsus olan 0.13 ha və 0.40 ha torpaq sahələri Şahbuz rayon Məhkəməsinin qətnaməsinə əsasən İddiaçı1 adına sənədləşdirilmişdir. Onların belə bir qətnamənin olmasından 23 avqust 2023-cü il tarixədək xəbərləri olmamışdır. Məhkəmə onların məlumatı olmadan hüquqlarını pozaraq qeyri-qanuni qə tnamə qəbul etmişdir. Belə ki, məhkəmə onları cavabdeh tərəfdən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər qismində işə cəlb etməli olduğu halda bunu etməmiş, məhkəmənin vaxtı və yeri barədə bizə məlumat verməmiş, qətnamənin surətini onlara göndərməmişdir. X6 Komissiyasının qərarına əsasən mülkiyyətilərin olan torpaq sahəsinin başqasının mülkiyyətinə verilməsi barədə qanunsuz qərar qəbul etmişdir.
12. Cavabdeh2 yaşayış evinin yerləşdiyi 0.13 ha torpaq sahəsini İddiaçı1 satmaq barədə razılaşmış, İddiaçı1 ona zəng edərək həmin yeri sənədləşdirmək üçün teleqram vurmağı xahiş etdiyindən o teleqram vurmuşdur. Məhkəmə iddia ərizəsini ona göndərməmiş, vurmuş olduğu teleqramda Baki şəhəri, ünvan 2 ünvanında yaşadığını göstərsə də, məhkəmə işə əlavə edilən məktubdan görün düyü kimi qətnaməni Şahbuz rayonu, Gömür kəndinə göndərmişdir.
13. Məhkəmə iclas protokolunda İddiaçı1 izahatında 2000-ci ildə Fəxrəddindən 0.40 ha torpaq sahəsini satın aldığını, həmin ildən ailəsi ilə birlikdə torpaq sahəsinin üzərində yerləşən evdə məskunlaşdığını, torpaq sahəsini 1500 manata aldığını, pul vəsaitini şahidlərin iştirakı ilə Fəxrəddinə verdiyini bildirmişdir. Bundan başqa, İddiaçı1 nə iddia ərizəsində, nə də izahatında 0.13 ha torpaq sahəsi barədə heç bir ifadə işlətmədiyi və evin 0.40 ha torpaq sahəsində yerləşdiyini iddia etdiyi halda nədənsə, məhkəmə 0.13 ha torpaq sahəsi üzərində yerləşən yaşayış evinə və 0.40 ha torpaq sahəsinə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə qəbul etmişdir. İddiaçı1 iddia ərizəsində və məhkəmədə verdiyi izahatında torpağı 1500 manata aldığını və pulunu özünün cavabdehə verdiyini göstərsə də, tərtib olunmuş qəbzdə Əhmədin adının olmaması, pulun manat deyil, ABŞ dolları olaraq qeyd olunması və məhkəmənin istər evin yerləşdiyi torpaq sahəsinə münasibətdə, istərsə də yazılmış qəbzlə bağlı yaranmış təzadların araşdırılmaması bunu deməyə əsas verir ki, məhkəmə heç bir araşdırma aparmadan iddiaçının xeyrinə qətnamə qəbul etmişdir. 0.40 ha torpaq sahəsi başqa ərazidə yerləşir və həmin torpaq sahəsində heç bir tikili yoxdur. Məhkəmə tərəfindən işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən hallar ümumiyyətlə araşdırılmamış, iddiaçının mənafeyinə uyğun qətnamə qəbul edilmişdir.
14. Cavabdeh2 da apellyasiya şikayətinin məzmununa uyğun izahat verməklə yanaşı, əlavə olaraq göstərmişdir ki, 2000-ci ilin avqust ayın da ailəsi ilə Bakı şəhərinə köçməyə qərar verdiyindən evini satmaq istəmişdir. Həmin vaxtı yeni ailə qurmuş İddiaçı1 qaynatası Fərman kişi gəlib qızının evinin olmamasını və ona ev almaq istədiyini demişdir. O da həmin zaman evini və evinin yanında yerləşdiyi 0.13 ha torpaq sahəsini 1500 dollara Fərman kişiyə satmışdır. Fərman kişi 0.13 ha torpaq sahəsinin əkib-becərmək üçün az olduğunu bildirdiyindən o, başqa yerdə 0.40 hatorpaq sahəsinin də olduğunun bildirərək, həmin yeri suvarmaq, həmdə əkib-becərmək nöqteyi nəzərində onlara vermişdir. O həmçinin pulun alınıb veriliməsində Əhmədin göstərdiyi kağıza imza etmədiyini, kağızda göstərilən şahidlərdən də onun xəbərinin olmadığını, 2000-ci ilin avqust ayında onun özünə Fərmanın 1500 dolları şəxsən Şirxan adlı kişi ilə evə gəlib birlikdə verib getdiyini, o, yazılı olaraq onlara heç bir sənəd vermədiyini, bir dəfə Əhməd ona zəng edərək «yol üstündə Kərəmin oğlu ilə münasibətimiz var məni çox narahat edirlər» deməsini, bu söhbətdən sonra o, 0.40 hatorpağının sənədini Əhmədə göndərdiyini göstərərək, apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
15. Apellyasiya baxışında izahat vermiş cavabdeh Qənbərov X3 dediklərini yalan olduğunu, kənddə böyükdən-kiçiyə hamının həmin torpaq sahəsinin Əhmədə məxsus olmasını dediklərini, Fəxrəddin həmin 0.40 ha torpaq sahəsini Əhmədə 500 dollara evini isə 1000 dollara satmasını göstərmişdir.
16. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(108)34/2024 nömrəli, 12 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – Səxavət Bəylərli (sədrlik edən və məruzəçi), Əli Allahv erdiyev və Mehman Allahverdiyev) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə münasibətdə “İddiaçı1 ilə Cavabdeh2 arasında Şahbuz rayonunun Gömür kəndində “0.40 hektar torpaq sahəsinə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, 0.40 hektar torpaq sahəsinə İddiaçı1 mülkiyyət hüququnun tanınması və həmin torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınmasının Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə həvalə olunması” hissəsində qismən ləğv edilərək, iddia tələbi həmin hissədə rədd edilmişdir.
17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iş materiallarında olan izahat və sənədlərdən aydın olur ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməli olduğu halda, onun tərəfindən mübahisə olunan 0,40 ha torpaq sahəsinin Cavabdeh2 alınmasını sübut edəcək heç bir sübut kollegiyaya təqdim edilməmişdir.
18. Məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin işə baxarkən qətnamə çıxarılana qədər, bu qətnamə Cavabdeh2 münasibətdə Maraqlı şəxs1, Maraqlı şəxs3 və Maraqlı şəxs2 hüquq və vəzifələrinə təsir edə biləcəyini iş materiallarına əlavə olunmuş torpağın mülkiyyətə verilməsi haqqında şəhadətnamənin surətindən (iş v. 9-13) aşkar şəkildə görməsinə baxmayaraq onları işdə iştirak etməyə cəlb etməməsini, nəticədə məhkəmənin işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquqlarının pozulması ilə nəticələnmiş, onların hüquq və vəzifələrinə dair məsələni həll etməsini mülki-prosessual qanunvericiliyin tələblərinin kobud pozulması kimi qiymətləndirmişdir.
19. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 144.1, 146.1, 152.1, 157.2, 161, 215.5, 329.1, 394, 406.1-ci maddələrinə. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 66, 67, Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. İddiaçı (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və işin yenidən apellyasiya baxışına göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli hüquq münasibəti 2000-ci ilin avqust ayında yarandığından, mübahisənin həllinə 1 sentyabr 2000- ci ildən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin normalarını tətbiq edilə bilməzdir. Həmçinin apellyasiya instansiya məhkəməsi mübahisələndirilən qətnaməni qəbul edərkən prosessual hüquq normalarının tələblərini də pozmuşdur. Belə ki, məhkəmə prosesin çəkişmə prinsipini təmin etməmiş, tərəflərə bərabər şərait yaratmamış, apellyasiya şikayətində və Cavabdeh2 izahatlarında gətirilən dəlillərin iddiaçının təqdim etdiyi sübutlarla təkzib edilməsinə baxmayaraq, məhkəmə gəldiyi nəticə üzrə Cavabdeh2 izahatını mötəbər sübut kimi qəbul etmişdir. Bununla belə, apellyasiya məhkəməsi İddiaçı1 və Cavabdeh4 izahatlarında gətirdikləri dəlilləri düzgün qiymətləndirməmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
23. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir.
24. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).
25. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
26. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
27. Maddə
161. Əşyanın mülkiyyətçisi hüququ ilə əşyaya sahib olan öz əşyasının sahibidir, əşyanın hər hansı başq a sahibi özgə əşyasının sahibidir.
28. Maddə 215.5. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir.
29. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.
30. Maddə 335.2.(24 iyun 2005-ci il tarixədək olan redaksiyada) Əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir.
31. Maddə
394. Bir t ərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir.
32. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. 33. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikasının Torpaq Məcəlləs i
34. Maddə 66.1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir.
35. Maddə 67.4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
42. Maddə 416.1. Kassasiya instansiy ası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
44. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirilsə də, dəlilləri iddianın təmin olunmayan hissəsi ilə bağlıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
46. İşdən görünür ki, cavabdeh mübahisəli 0,13 ha torpaq sahəsini və onun üzərində yerləşən fərdi yaşayış evini iddiaçıya satmış, bununla bağlı cavabdeh tərəfindən yazılı sənəd verilmişdir. (yazılı sənəddə tarix göstərilməmişdir.) Cavabdeh baxılan iş üzrə həmin torpaq sahəsini və fərdi yaşayış evini iddiaçıya satdığını qəbul edir. Lakin bu razılaşmaya həmin torpaq sahəsindən ayrı yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin aid olmadığını qeyd edir və həmin hissədə birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirmişdir.
47. Apellyasiya instansiya məhkəməsi haqlı olaraq cavabdehin mülkiyyətində olan 0,40 ha torpaq sahəsinə dair tərəflər arasında yazılı sənədin mövcud olmadığını müəyyən etmişdir. 48. “İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 3 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 22 mart 2006-cı il tarixli qərarındakı hüquqi mövqeyinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: - əqdin notarial təsdiqlənmə si qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; - məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; - əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Daşınmaz əşyaların alğı-satqısı haqqında müqavilə də belə əqdlərdən biridir. Belə ki, daşınmaz əşyaların alğı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Göründüyü kimi, yuxarıda adı çəkilən norma daşınmaz əşyaların alğı-satqısı haqqında müqavilənin etibarlı sayılmasını mütləq iki şərtin mövcudluğu ilə əlaqələndirir: - yazılı fo rmada bağlanması; - notariat qaydasında təsdiqlənməsi. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alğı-satqısı müqaviləsinin etibarlılığını şübhə altına alır.
49. Konstitusiya Məhkəməsinin Plenumu qeyd olunan hüquqi mövqeyini, həmçinin bir sıra Qərarlarında (S.Əliyevanın şikayəti üzrə 31 may 2006-cı il tarixli Qərar, C.Abdullayevanın şikayəti üzrə 13 aprel 2007-ci il tarixli Qərar, Ə.Nəsibovanın şikayəti üzrə 03 may 2012-ci il tarixli Qərar və s.) da göstərmişdir.
50. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.
51. Məhkəmə kollegiyası apellyasiya məhkəməsin in mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin 0,40 ha torpaq sahəsinə münasibətdə qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Hazırkı mübahisə üzrə iddiaçının 0,40 ha torpaq sahəsinə münasibətdə tələbinin əsaslı olması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin həmin vaxt qüvvədə olan 335.2–ci maddəsində nəzərdə tutulmuş şərtlər həm ayrı–ayrılıqda, həm də məcmu halında mövcud deyildir.
52. Maddi hüquq normalarının pozulmasına dair iddiaçının dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, tərəflər arasında bağlanmış yazılı sənəddə alğı-satqının rəsmləşdirildiyi tarix göstərilməmişdir. Məhz işə birinci instansiya məhkəməsində baxılarkən məhkəmə eyni normalara istinad etmiş, lakin iddiaçı həmin qətnaməni mübahisələ ndirməmişdir. Tərəflərin izahatlarında isə müxtəlif tarixlərə istinad olunur. Belə olan halda məhkəmə kollegiyası belə qənaətə gəlir ki, tərəflərin münasibətləri məhz 2000ci ilin sentyabr ayından sonra yarandığından məhz həmin dövrdə qüvvədə olan maddi hüquq normalarına düzgün olaraq istinad edilmişdir.
53. Bununla yanaşı qeyd edilməlidir ki, sərəncam verildiyi iddia edilən (0,40 ha torpaq sahəsi) daşınmaz əmlakın cavabdehin mülkiyyətində olması təsdiq olunsa da, həmin torpaq sahəsinə münasibətdə tərəflər arasında sadə yazılı formada əqdin bağlanması, cavabdehlərin əqdin notariat qaydasında təsdiq edilməsindən boyun qaçırması halları iş üzrə müəyyən edilməmişdir.
54. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası m əhkəməsi işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət vermiş və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmışdır. Kassasiya şikayətinin dəlilləri, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır.
55. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(108)34/2024 nömrəli, 12 mart 2024-cü il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.