Məhkəmə qərarları › İş №2(102)-2444/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2444/2020

30.07.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2444/2020 30.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından A zərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X6 və X7 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassator İddiaçı və vəkili X5 iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Biləsuvar Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(022)-663/2019, hakim P.T.Əhmədov) İddiaçı “XXX” X1rşı iddiası qismən təmin edilmiş, dəymiş zərərin əvəzi qismində 5 978 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(106)-3511/2019, hakimlər T.X.Heydərov, T.S.Kərimov və F.N.Abbasov) “XXX” X2 apellyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş, İddiaçı “XXX”X1rşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamədən iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etmişdir. İşin halları: Biləsuvar rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1997-ci il tarixli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsal etmək məqsədilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə 2,28 ha torpaq sahəsi verilmiş, onların həmin torpaq sahəsi üzərində m ülkiyyət hüquqları torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə təsdiqlənmişdir. İddiaçı su satışı və kanalaizasiya xidmətləri üçün “XXX” X3 xx xxx 2018-ci il tarixdə 20 manat, xx xxxx 2018-ci il tarixdə 20 manat və xx xxxxxx 2018-ci il tarixdə 20 manat məbləğində ödənişlər etmişdir. xx xxx 2019-cu il tarixdə İddiaçı ona və ailə üzvlərinə məxsus 2,28 ha torpaq sahəsinin 1,20 hektarında pomidor əkdiyinə, lakin kifayət qədər su ilə təchiz edilmədiyindən həmin sahənin 1 ha hissəsində əkin məhsullarının yanaraq məhv olduğuna istinad edərək “XXX” X1rşı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dəymiş ziyanın əvəzi olaraq 6493 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə akt ları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxşlərin izahatları Kassator şikayətini onunla əsaslandırmışdır ki, ona məxsus torpaq sahəsi cavabdeh Birliyin fəaliyyət göstərdiyi ərazidə yerləşməsi, həmçinin ödəniş qəbzləri ilə onun Birliyə üzv olmasını təsdiq edir. Bu halda cavabdeh onun torpaq sahəsini su ilə təchiz etmək öhdəliyi daşımasına baxmayaraq öhdəliklərini lazımınca icra etməmişdir. Cavabdeh özü də birinci instansiya məhkəməsində həmin halı etiraf edərək bunu su qıtlığı ilə əlaqələndirmiş və hətta özlərinə məxsus əkin sahələrinin də lazımi qaydada suvarılmadığını, onlara ilk növbədə pambıq sahələrinin su ilə təchiz edilməsi ilə bağlı göstərişə əməl etdiklərini bildirmişdir. Cavabdeh apellyasiya m əhkəməsində yeni dəlillər irəli sürərək suyun tam şəkildə verildiyini, lakin torpaq sahəsinin lazımi qaydada suvarılmamasında onun təqsirli olduğunu bildirmişdir. Halbuki, o, uzun illərdir ki, əkindən başqa fəaliyyətlə məşğul olmayan və başqa yerdən gəlir əldə etməyən biri kimi əkin sahəsini suvarılmaması kimi məsuliyyətsizliyə yol verə bilməzdi. Apellyasiya məhkəməsi tərəfindən qeyd edilən xüsusuatlara hüquqi qiymət verilməmiş, iddianın rədd edilməsi barədə əsassız nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyasının iclasında kassator və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Hüquqi məsələlər: Aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. Tərəflər arasındakı mübahisə vurulmuş maddi zərərin əvəzinin ödənilməsi ilə bağlı olmaqla, iddiaçı pomidor əkini ilə məşğul olan Biləsuvar rayonu Ağalıkənd sakini, cavabdeh isə həmin ərazi üzrə su təchizatı idarəsidir. İddiaçı məhz cavabdeh müəssisəsinin əkin sahəsi ni suvarmaması nəticəsində əkin məhsullarının məhv olmasına istinad edərək müəssisəsiyə qarşı maddi zərərin ödənilməsi barədə hazırki iddia tələbini irəli sürmüşdür. Cavabdeh müəssisə iddiaçı ilə arasında heç bir müqavilə öhdəlyinin olmadığını, bununla bərabər sonuncunun torpaq sahəsinin suvarılması üçün vəsait ödədiyindən, müəssisə tərəfindən müvafiq olaraq həmin sahənin su ilə təchiz edildiyini, lakin iddiaçının özünün lazımi qaydada suvarma aparmadığını bildirərək, əkin məhsullarının məhv olmasında müəssisənin təqsirinin olmadığını bildirmişdir. Əvvəla, cavabdehin iddiaçı qarşısında onun torpaq sahəsini su ilə təchiz etmək barədə öhdəliyi olmamasına dair dəlilləri, iddiaçının təqdim etdiyi su satışı və kanalizasiya xidməti üçün mədaxil qəbzi və həmin qəbzlərin cavabdeh birlikdə tərəfind ən təqdim edilmiş kötüyü, yəni Azərbaycan Meliorasiya və X9 Səhmdar Cəmiyətinin su istismarı təşkilatları ilə istehlakçılarının kənd təsərrüfatı əkinlərinin suvarılması üzrə aktlarla təkzib edilir. Bunun əksi, yəni heç bir müqavilə olmadan iddiaçının torpaq sahəsində sudan istifadə qanunsuz qoşulma hesab edilir ki, cavabdeh Birlik nəinki bunu mübahisələndirir, yuxarıda qeyd edildiyi kimi həmin xidmətə görə ödəniş aldığını etiraf edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin sübut etmə vəzifəsini müəyyən edən 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasınln Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmə k üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zə rərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Sadalanan normaların tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız yuxarıda qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. İş materiallarından görünür ki, cavabdeh müəssisə iddiaçıya xx xxx 2018-ci il və xx xxxx 2018-ci il tarixlərdə 135140 kub metr və xx xxxxxx 2018-ci il tarixdə isə 6756 kub metr su satmaq barədə öhdəlik götürmüşdür. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci m addəsi ilə iş görülməsi və xidmət göstərilməsi üçün müqavilə bağlanmasında icraçının vəzifələri müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə, bazarda hökmran mövqe tutan istehsalçı və ya icraçı (onun nizamnamə fəaliyyətindən, yaxud istehsal imkanlarından kənara çıxdığını sübut etdiyi hallar istisna olmaqla) istehlakçı ilə işlərin icra edilməsi və xidmət göstərilməsi üçün qeyri-bərabər şərt təklif etmədən müqavilə bağlamağa borcludur. Bu halda o, öz istehsalat, yaxud digər təsərrüfat fəaliyyətini elə təşkil etməlidir ki, əhalinin ehtiyacları lazımi səviyyədə və fasiləsiz təmin edilsin. "Sudan istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 2.1.2-ci maddəsində istehlakçını müqavilədə göstərilən keyfiyyətdə və həcmdə su ilə təmin e tməksu təchizatı və kanalizasiya müəssisəsinin vəzifəsi kimi təsbit edilmişdir. Biləsuvar rayon X4 xx xxxxxx 2018-ci il tarixli arayışına əsasən, Biləsuvar rayon Ağalıkənd sakini İddiaçınn 1,20 ha pomidor əkin sahəsindən götürülmüş nümunələr üzərində aparılmış yoxlamanın nəticəsi olaraq bildirilmişdir ki, həmin sahədə pomidor bitkisinə heç bir zərərverici və xəstəlikdən ziyan dəyməmişdir. Bitkinin inkişafına uyğun olaraq aqrorexniki tədbirlərlə bərabər suvarma işləri vaxtında aparılmamışdır. Verilmiş su pomidor sahəsinə bitkinin suya olan tələbatı dövrünün əhatə etmədiyinə görə həmin sahədə pomidorun çiçəkləmə və bar toplama dövrü su ilə təmin edilməmişdir. Ona görə də pomidor sahəsinin 1 hektarında pomidor bitkisi susuzluqdan tamamilə yanmışdır. Göründüyü kimi, iş üzrə mötəbər sübut hesab edilə bilən mütəxəssis rəyi ilə iddiaçıya məxsus torpaq sahəsinin 1 ha hissəsində əkin məhsullarının məhv olması səbəbi kimi suyun düzgün və vaxtında verilməməsi göstərilmişdir. Digər tərəfdən, cavabdeh Birlik iddiaçının torpaq sahəsini müvafiq aktlarda göstərilən keyfiyyətdə və həcmdə su ilə təmin etmək öhdəliyini yerinə yetriməsi barədə hər hansı bir sübut təqdim etməmişdir. Apellyasiya məhkəməsi işin qeyd edilən hallarına zərərin əvəzinin ödənilməsi əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət verməməklə, əkin məhsullarının məhv olmasına onların lazımi qaydada suvarılmamasının səbəb olması və cavabdeh müəssisənin həmin əkin sahəsini suvarmaq öhdəliyinin olmaması, bununla da sonuncunun təqsirinin istisna edilməsi barədə absurd nəticəyə gəlmişdir. Mülki məhkəmə icraatının vəzifələrini müəyyən edən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2-ci maddəsinin tələblərinə görə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki vəyaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Beləliklə apellyasiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edildiyindən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu ma ddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar