Məhkəmə qərarları › İş №2(102)-2445/2021

Ali Məhkəmə Qərardad — İş №2(102)-2445/2021

16.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2445/2021 16.02.2021 ALİ MƏHKƏMƏ Kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina haqqında QƏRARDAD Mən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Abbasov Aqil Əzizağa oğlu cavabdeh “xxxx” MMC-nin Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-cı il tarixli qətnaməsindən kassasiya şikayətini nəzərdən keçirərək Müəyyən etdim: Cavabdeh “xxxx” MMC-nin vəkili X2 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Kassasiya şikayəti öyrənilərkən müəyyən olundu ki, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsi xx xxxx 2020-cı il tarixdə deyil, xx xxxx 2020-ci il tarixdə qəbul edilib. Başqa s özlə, cavabdeh “xxxx” MMC Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-cı il tarixli qətnaməsindən şikayət verməklə, əslində, mövcud olmayan qətnaməni mübahisələndirmişdir. Bu da Mülki Prosessual Məcəllənin 407.1.3-cü maddəsində kassasiya şikayətinin məzmununa dair irəli sürülən tələblərə uyğun deyil. Mülki Prosessual Məcəllənin 407.1.3-cü maddəsinə görə şikayət olunan məhkəmə aktını qəbul etmiş məhkəmənin adı, aktın qəbul edildiyi tarix, mübahisənin predmeti kassasiya şikayətində göstərilməlidir. Bundan əlavə, Mülki Prosessual Məcəllənin 407.3-cü maddəsinə əsasən şikayəti onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyətini təsdi q edən sənəd əlavə edilməlidir. Hazırki kassasiya şikayətini “xxxx” MMC-nin direktoru kimi qeyd edilən şəxs imzalasa da, həmin şəxsin MMC-nin qanuni təmsilçisi olmasını, bu barədə müvafiq sənəd əlavə edilmədiyi üçün müəyyən etmək mümkün deyil. Mülki Prosessual Məcəllənin 408.1.1-ci maddəsinə görə kassasiya şikayəti bu Məcəllənin 407.1-ci maddəsinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa kassasiya şikayəti qaytarılır. Mülki Prosessual Məcəllənin 408.2-ci maddəsinə görə bu Məcəllənin 408.1.1. və 408.1.3.-408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.2-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda kassasiya şikayəti kassasiya in stansiyası məhkəməsi tərəfindən, 408.1.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda isə kassasiya şikayətinin qaytarılması barədə ərizənin daxil olduğu vaxt işin şikayətlə hansı instansiya məhkəməsində olmasından asılı olaraq apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən qaytarılır. Şərh olunan hallardan və qanunvericilik normalarından görünür ki, cavabdeh kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş qaydalara riayət etməmişdir. Apellyasiya instansiyası məhkəməsi isə kassasiya şikayətinin Mülki Prosessual Məcəllənin 407-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamadan şikayəti kassasiya instansiyasına göndərməklə həmin Məcəllənin 409-cu maddəsinin tələblərinə əməl etməmişdir. Qeyd olunanlara əsasən hesab edirəm ki, kassasiya şikayəti geri qaytarılmas ı üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanları və Mülki Prosessual Məcəllənin 407, 408 və 411-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: Cavabdeh “xxxx” MMC-nin vəkili X1 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-cı il tarixli nömrəli qətnaməsindən verdiyi kassasiya şikayəti icraata qəbul edilməsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. AZƏRBAYCAN RESPUBLİKASİ ALİ MƏHKƏMƏSİNİN MÜLKİ KOLLEGİYASİ AZ-1025, AZ-1025 Bakı şəhəri, Yusif Səfərov küç, 26, 1193-cü məhəllə Tel: (012) ***-**-** Faks: (012) 493-18-84, www.supremecourt.gov.az ================================================================ “ 16 ” fevral 2021-ci il № 2(102)-2445/2021 Cavabdeh1 MMC Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2021-ci il tarixli 2 (102)-2445/21 saylı qərardadı məlumat üçün Sizə göndərilir. Qoşma: qərardad 02 vərəq kassasiya şikayəti 06 vərəq “ 16 ” fevral 2021-ci il № 2(102)-2445/2021 Cavabdeh1 MMC Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2021-ci il tarixli 2 (102)-2445/21 saylı qərardadı məlumat üçün Sizə göndərilir. Qoşma: qərardad 02 vərəq kassasiya şikayəti 06 vərəq Ali Məhkəməsinin hakimi Aqil Abbasov Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARDADİ “15” fevral 2021-ci il iş № 3m-2315/16 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəli yeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi ilə, X3 qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün dövlət büdcəsi hesabına vəkillə təmin edilməsi barədə ərizəsinə baxaraq MÜƏYYƏN ETDİ: X5 qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün dövlət büdcəsi hesabına vəkillə təmin edilməsi barədə ərizə ilə müraciət etmişdir. Mülki Prosessual Məcəllənin 67.1-ci maddəsinə əsasən kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. Mülki Prosessual Məcəllənin 67.2-ci maddəsinə görə bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, məhkəmə aktını qəbul etmiş məhkəmə işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında vəkilin prosesdə iştirakını təmin edir. Həmin Məcəllənin 121.2-ci maddəsinə əsasən bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş əsaslarla işdə iştirak edən vəkil maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmayan şəxslərə hüquqi yardımı məhkəmənin qərarı ilə pulsuz, Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına göstərir. X5 öz hesabına vəkil tutmaq imkanı ol madığını bildirmiş və ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun arayışında X3 267,61 (iki yüz altmış yeddi manat 61 qəpik) manat pensiya aldığı göstərilmişdir. Məhkəmə kollegiyası X3 maddi vəziyyətini nəzərə alaraq, hesab edir ki, ərizə təmin edilməli, məhkəmə müdafiəsi hüququnu təmin etmək üçün ona dövlət hesabına vəkil təyin edilməli və qərardadın icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə olunmalıdır. Qeyd edilənləri və Mülki Prosessual Məcəllənin 67.2, 121.2-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: X3 dövlət büdcəsi hesabına vəkillə təmin edilməsi barədə ərizəsi təmin edilsin. X4 dövlət hesabına vəkil təyin edilsin. X3 dövlət büdcəsinin vəsaiti hesabına vəkil lə təmin edilməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin və qərardadın surəti icra edilməsi üçün Vəkillər Kollegiyasına göndərilsin. AZƏRBAYCAN RESPUBLİKASİ ALİ MƏHKƏMƏSİNİN MÜLKİ KOLLEGİYASİ AZ-1025, AZ-1025 Bakı şəhəri, Yusif Səfərov küç, 26, 1193-cü məhəllə Tel: (012) ***-**-** Faks: (012) 493-18-84, www.supremecourt.gov.az ================================================================ 2(102)-2315/2016 xx.xx.2021 Azərbaycan Respublikası Vəkillər Kollegiyasına Surəti: Bakı şəhəri, 9-cu mkr, Ələt qəsəbəsi, A.Məmmədov küç 135, mənzil 50 X4 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2021-cu il tarixli 2 (102)-2315/16 saylı qərardadı icra edilməsi üçün Sizə göndərilir. Qoşma: qərardad 02 vərəq Ali Məhkəməsinin hakimi 2(102)-2315/20 16 Aqil Abbasov xx.xx.2021 Azərbaycan Respublikası Vəkillər Kollegiyasına Surəti: Bakı şəhəri, 9-cu mkr, Ələt qəsəbəsi, A.Məmmədov küç 135, mənzil 50 X4 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2021-cu il tarixli 2 (102)-2315/16 saylı qərardadı icra edilməsi üçün Sizə göndərilir. Qoşma: qərardad 02 vərəq Ali Məhkəməsinin hakimi Aqil Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar