Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2446/2019 15.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Xəlilova Şərqiyyə Adilxan qızının katibliyi ilə, Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 noyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 noyabr 2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin qismən - qarşılıqlı iddia tələblərinin təm in edilmədiyi və ilkin İddiaçı iddia tələbinin təmin edildiyi hissələrdə ləğv edilməsini, ilkin iddianın bütünlükdə rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi” barədə ilkin, qarşılıqlı iddiaçı/Cavabdeh ilkin İddiaçı qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi” barədə qarşılıqlı, müstəqil tələb irəli sürən üçüncü şəxs X2 və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı müqavilənin etibarsız hesab edilməsi, reyestrdən çıxarışın ləğv edilməsi, mənzilin verilməsi tələbinə dair iddia ərizələri ilə Bakı şəhəri Binəqədi rayon məhkəməsinə müraciət etmişdilər. Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 05 fevral 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən F.Qasımov, iş № 2(011)-1475/2018) İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi barədə ilkin iddiasının qismən təmin edilməsi, “Toyota Land Cruiser Prado” markalı, ** KX *** dövlət qeydiyyat nişanlı avtomobilin 1/2 hissəsi üzərində Cavabdeh, 1/2 hissəsi üzərində İddiaçı paylarının müəyyən edilməsi, ilkin iddianın qalan hissədə rədd edilməsi, ilkin iddia üzrə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 20 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, Cavabdeh İddiaçı qarşı birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi barədə qarşılıqlı iddiasının rədd edilməsi, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunun Cavabdeh aid edilməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs X4 iddiasının təmin edilməsi, Bakı şəhəri ü nvan 1 ünvanında mənzilinə dair “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 10 iyun 2004-cü il tarixli, 142 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin mənzilə dair Cavabdeh adına verilmiş MA seriyalı, ******* №li Hüquqların Dövdət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi, Bakı şəhəri, ünvan 1 ünvanında mənzilinin X4 adına rəsmiləşdirilməsinin “'xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilməsi, Bakı şəhəri, ünvan 1 ünvanında mənzilinin X1 və istifadəsinə verilməsinin Cavabdeh və “'xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilməsi, məhkəmə xətşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ek spertizası Mərkəzinin hesabına keçirilməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər V.Baxışova (sədrlik edən və məruzəçi), V.Həsənov və N.Cəfərov, iş № 2(103)-11742/2018) üçüncü şəxs X4 apellyasiya şikayəti təmin edilməmiş, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 fevral 2018-ci il tarixli qətnaməsi qismən-üçüncü şəxs X4 iddiasının təmin edildiyi hissədə ləğv edilməsi, ləğv edilən hissədə yeni qətnamə qəbul edilərək üçüncü şəxs X4 iddia tələbinin rədd edilməsi, üçüncü şəxs X3 dövlət büdcəsinə 100 manat ekspertiza xərcinin tutulması, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılma sı qət edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 noyabr 2018-ci il tarixli qətnaməsinin qismən - qarşılıqlı iddia tələblərinin təmin edilmədiyi və ilkin İddiaçı iddia tələbinin təmin edildiyi hissələrdə ləğv edilməsini, ilkin iddianın bütünlükdə rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: İddiaçı nümayəndəsi X20 kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq et miş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 noyabr 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araş dırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pözulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, İddiaçı ilə Cavabdeh arasında 17 dekabr 2005-ci il tarixdə nikah bağlanmış, avtomobil Cavabdeh tərəfindən 11 aprel 2013-cü il tarixdə, yəni tərəflər nikahda olarkən onların birgə gəlirləri hesabına əldə edilmişdir. 18 may 2005-ci il tarixli, 171 saylı qəbzin və 19 may 2005-ci il tarixli 43 saylı Hökməli Bələdiyyəsinin qərarının, torpaqların alqı-satqısına dair aktın surətinə görə, Abşeron rayonu Hökməli bələdiyyə sədrinin 19 may 2005-ci il tarixli, 43 saylı qərarına əsasən X7 fərdi yaşayış evinin tikintisi üçün 0,10 ha torpaq sahəsi ayrılmış və torpaq sahəsinin dəyəri olaraq 835.000 köhnə Azərbaycan manatı (167 AZN) məbləğində pul vəsaiti X8 tərəfindən 171 saylı qəbzə əsasən Hökməli bələdiyyəsinin hesabına ödənilmişdir. 10 iyu n 2004-cü il tarixli, 142 saylı alqı - satqı müqaviləsinə görə, “xxxx” MMC Bakı şəhəri, S.Rüstəm küçəsində yeni tikilmiş yaşayış binasının 15-ci mərtəbəsində, 56 saylı 3 otaqlı, ümumi sahəsi 160 kv.m olan mənzili satmağı, Cavabdeh isə 59000 ABŞ dolları məbləğində vəsaiti ödəməyi öhdəsinə götürmüşdür. “xxxx” MMC-nin 22 avqust 2011-ci il tarixli və 09 iyun 2016-cı il tarixli maliyyə arayışlarında Bakı şəhəri, ünvan 1 ünvanında mənzilin dəyəri olaraq 24750 manat pulun Cavabdeh tərəfindən tam ödənildiyi, MTK-ya borcu olmadığı qeyd edilmişdir. MA seriyalı, ******* saylı “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın surətindən görünür ki, Bakı şəhəri ünvan 1 ünvanında mənzili üzərində Cavabdeh mülkiyyət hüququ 26 noyabr 2011-ci il tarixdə qeydə alınmışdır. Üçüncü şəxs X5 iddia ərizəsində həmin müqavilənin Cavabdeh tərəfindən deyil, onun tərəfindən imzalandığını, mənzilin dəyərinin onun tərəfindən ödənildiyini və həmin mənzili qızının ailə qurduqdan sonra yoldaşı ilə yaşaması üçün əldə etdiyini iddia etmiş, birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə xəttşünaslıq ekspertizasının 14.12.2017-ci il tarixli, 27217 saylı rəyi ilə 10 iyun 2004-cü il tarixli, 142 saylı alqı - satqı müqaviləsindəki imzanın həqiqətən X5 tərəfindən icra edildiyi təsdiq edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə iddia müddətinin tətbiq edilməsinə dair ərizə təqdim edilərək 10 iyun 2004-cü il tarixli, 142 saylı alqı - satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün qanunla nəzərdə tutulmuş bir illik iddia müddətinin ötürülməsi əsası ilə iddianın rə dd edilməsini xahiş etmiş, məhkəmə ərizəni təmin etməmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci, Azərbaycan Respublikası Ailə Məcəllənin 32.1, 36.1, 36.3, 37.1, 37.2-ci maddələrinin tətbiq edilməsi ilə razılaşmışdır. Apellyasiya instansiyası məhkəməsi həmçinin mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2, 375.2-ci maddələrini tətbiq etmişdir. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, prosessual hüquq normalarının pozulmasına və apellyasiya instansiyası məhkəməsinin sübutlara düzgün hüquqi qiymət verməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası mülki işlərə məhkəmə qay dasında baxılarkən sübutlara düzgün hüquqi qiymət verilməsinə önəm verir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli hər bir sübutun o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, “məhkəmə özü tərəfindən müəyy ən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli qərarında göstərilir ki, “qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfində müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillə r, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir”. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətinin həmin dəlili iş materialları ilə təsdiq olunmur. Apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutları araşdırmış, onlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət vermişdir. Bundan əlavə kassator Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1ci maddəsinə müvafiq olaraq öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 noyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan
Məhkəmə qərarları › İş №2(102)-2446/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2446/2019
15.04.2019 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver