Məhkəmə qərarları › İş №2(102)-2447/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2447/2020

02.07.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2447/2020 02.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), X4 və X2 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı və onun vəkili X3 iştirakı ilə, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(106)-3540/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Lənkəran Rayon Məhkəməsinin (hakim Toğrul Məmmədov) 2(049)-2039/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı iddia tələbi qismən təmin edilər ək Cavabdeh 12193,12 manat məbləğində pulun alınaraq İddiaçı ödənilməsi qət edilmiş, iddi tələbi qalan hissədə rədd edilmişdir. Şirvan Apelyasiya Məhkəməsi Mülki kolegiyasının (hakimlər – Tofiq Heydərov - sədrlik edən və məruzəçi, Tale Kərimov, Fehruz Abbasov) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, Lənkəran Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilmişdir. İşin halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2018-ci il tarixdə “X10” Acıq Səhmdar Cəmiyyəti ilə onun arasında bağlanmış əlavə kredit müqaviləsiə görə 15000 manatı 24 ay müddətində illik 23 faiz ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Belə ki, həmin kredi t müqaviləsi onun tərəfindən bağlanmasına baxmayaraq həmin pulu müqavilə bağladıqdan sonra Lənkəran rayonu, Şürük kəndində yaşayan və ona məxsus Lənkəran rayonu, Gərmətük qəsəbəsində yerləşən “Elegance” avtomobil ehtiyyat hissələri mağazasında satıcı işləyən Cavabdeh avtomobil alması üçün vermişdir. O pulu bankdan cavabdehə zamin durmuş X5 yanında vermişdir. Cavabdeh tərəfindən 2019-cu ilin aprel ayınadək həmin kredit müqaviləsi üzrə öhdəlik icra olunmuş, lakin həmin vaxtdan sonra Cavabdeh “Unibank”a olan aylıq kredit borcunu aprel-iyun aylarında ödəməmiş, yalnız xx xxxx 2019-cu il tarixdə həmin kredit müqaviləsi üzrə öhdəlik onun tərəfindən 12194 manat tam ödənilməklə icra edilmişdir. Qeyd etdiyi xüsusatlarla bağlı Lənkəran rayon polis şöbəsinin, istintaq bölməsində araşdırma aparılmış, C avabdeh 2018-ci ilin oktyabr ayında “X10” ASC-dən 15000 manat kredit müqaviləsi əsasında götürdüyü pulu cavabdehə verməsi təsdiq olunmuşdur. Cavabdeh həmin pulu mənimsəmiş, ona qaytarmaqdan imtina edir. Aralarında müqavilə münasibətləri olmadığından cavabdeh onun hesabına maddi nemət əldə etmiş, pulu mənimsəmişdir. Bu səbəbdən də cavabdehdən 12194 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh ona qarşı olan iddianı qəbul etməməsini onunla əsaslandırmışdır ki, İddiaçı pul alması doğru deyildir. Əksinə İddiaçı ona pul borcludur. Buna görə də belə bir iddia ilə çıxış etmişdir. Ona heç kim pul verməmişdir. 2018-ci ildə avtomobil alması doğrudur. Avtomobilin pulunu İddiaçı vermişdir. Lakin həmin pulu o İddiaçı qaytarmışdır. İddiaçı mağazasında çalış dığından onun bütün işlərini o görmüşdür. Dəfələrlə ona pul lazım olmuş, İddiaçı müraciət etmiş, o da həmin pulu ona vermişdir. Lakin o pulu həmişə qaytarmışdır. Bankdan kredit götürülüb ona verilməsi ilə bağlı iddianı qəbul etmir, ona iddiaçı kredit götürərək verməmiş, həmin kredit üzrə o heç bir ödəniş etməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmdışdır ki, apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Lənkəra n rayon məhkəməsində vəsatəti əsasında dindirilən şahidlər X11, X6, X1, X9 və X12 ifadə vermişlər. Bundan əlavə cavabdeh özü etiraf etmişdir ki, 2018-ci il tarixdə avtomobil alması doğrudur. Avtomobilin pulunu İddiaçı tərəfindən ödənilməsi cavabdeh tərəfindən təsdiq edilmişdir. Lakin həmin pulun aytarılmasını bildrimiş, lakin pulun qaytarılmasına heç bir dəlil gətirməmişdir. Apelyasiya instansiyası məhkəməsi bu hallara əhəmiyyət veməyərək iş üzrə səhv nəticəyə gəlmişdir. Tərəflərin izahatları: İddiaçı və onun vəkili X7 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Cavabdeh məhkəməyə teleqram göndərərək məhkəmə iclasının onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəll əsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Əsaslandırıcı hissə: Apelyasiya instansiyası məhkəməsi təərfindən işin mübahisə edilməyən hallarına görə xx xxxxxxx 2018-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı “xxxx” ASC-dən 15000 manat kredit götürmüş və kredit müqaviləsi üzrə “xxxx” ASC-yə 12193,12 manat ödəniş etmişdir. Həmin kredit müqaviləsi üzrə X11 ilə bank arasında zaminlik müqaviləsi bağlanmışdır. İşin digər mübahisələndirilməyən halına görə, Cavabdeh “Mercedes Benz C 200” minik markalı avtomobil almışdır. İddiaçının tələbinin əsası ondan ibarətdir ki, qeyd edilən avtomobilin alınması ilə bağlı cavabdehə pulu o, bankdan kredit götürərək vermişdir. Aralarında olan razılaşmaya görə maşının pulunu cavabdeh banka ödəməli idi. Lakin sonradan münasibətləri pisləşmiş, cavabdeh isə krediti ödəməkdən imtina edərək onun hesabına əsassız varlanmışdır. Cavabdeh iddiaya etiraz edərək həmin pulu cavabdehə qaytardığını bildirmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə görə Cavabdeh qeyd edilən məbləği qaytarmamaqla İddiaçı hesabına 12193,12 manat məbləğində pula sahib olmuşdur. Apelyasiya instansiyası məhkəməsi məhkəmə gəldiyi nəticə ilə razılaşmayaraq iddia tələbini rədd etmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi sözügedən avtomobilin nə vaxt alınmasını araşdırmamışdır. İş materialından görünür ki, qeyd olunan avtomobil xx xxxxxxx 2018-ci il tarixdə alınmış, iddiaçı tərəfindən kredit isə xx xxxxxxx 2018-ci ildə biznes fə aliyyəti ilə əlaqədar götürülmüşdür. Bu isə kreditin cavabdehin avtomobil alması ilə əlaqədar olaraq götürülməsi ehtimalının reallığa uyğun olmamasını göstərir. Bundan başqa Cinayət işi başlanmasının rədd edilməsinə dair qərarın məzmunundan görünür ki, iddiaçının şikayəti cavabdeh tərəfindən onun dükanında mallarının mənimsənilməsi ilə bağlı olmuşdur. Bu barədə xüsusatlar təsdiq olunmadığından iddiaçı, yalnız araşdırmanın sonunda cavabdehə avtomobil alınması ilə əlaqədar olaraq kredit verilməsini bildirmişdir. Onların arasında şərikli fəaliyyətləri ilə bağlı narazılıq yarandığından və bu hal polis orqanına şikayət edəcək səviyyəyə qədər yüksəldiyi bir vaxtda iddiaçının adına götürdüyü krediti cavabdehə verməsi inandırıcı deyildir. Birinci instansiya məhkəməsinin istinad etdiyi şahid ifadəl ərinə gəlincə isə həmin şahidlər iddiaçı ilə yaxın münasibətdə olduqlarından onun xeyrinə ifadə vermə imkanlarını birinci instansiya məhkəməsi nəzərə almamış və həmin şəxslərin ifadələrini tam, hərtərəfli araşdırmamışdır. Halbuki birinci instansiya məhkəməsində iddiaçının cavabdehə pul verməsini bildirən şahidlər polis orqanında verdikləri izahatda bu barədə yalnız eşitdiklərini bildirmişlər. Bu isə şahidlərin hadisəni görüb, yaxud eşitmələri ilə bağlı ziddiyyətli ifadələr verməsini göstərir. İddiaçı cavabdehə həqiqətən də borc verməsinə dair ziddiyyətli olmayan, mötəbər, təkzibedilməz sübut təqdim etməmişdir. Apelyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, tərəflər arasında şərikli ticarət əlaqəsi olmaqla, bu zəmində narazılıqlarının yaranması işin mübahisəsiz halı olsa da, a ralarında borc münasibətinin olmasına dair iddiaçı mötəbər, təkzibedilməz sübut təqdim etmədiyindən və tərəflər arasında münasibətlər kəskinləşdiyi bir vaxtda cavabdehin aldığı avtomaşının dəyərinin ödənilməsi üçün iddiaçının adına kredit götürüb ona verməsi inandırıcı deyildir. Mülki Məcəllənin 740.2-cı maddəsinə 2016-cı ilin 31 may tarixdə edilmiş dəyişikliyə görə 3000 manatdan yuxarı borc müqavilələri yazılı formada bağlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Tərəflər arasındakı münasibətlər qanunvericiliyə dəyişiklik edildikdən sonrakı dövrə yəni xx xxxxxx x 2018-ci il tarixə düşdüyündən iddiaçının aralarında olan borc münasibətinə istinad edib cavabdehdən pul tələb etməsi üçün həmin borc müqaviləsi yazılı formada olmaqla notarial qaydada təsdiq edilməli idi. Lakin belə bir müqavilənin mövcud olmaması, onun qanunun tələbinə uyğun olmamasını göstərir. Qanunvericilik 3000 manatdan yuxarı məbləğdə olan borcların verilməsi ilə bağlı onun xüsusi prosedur qaydasını müəyyən etdiyindən hər hansı şahid ifadəsi və ya digər sübut həmin qaydaya riayət edilməməsi halını aradan qaldıra bilməz. Başqa sözlə qanunvericilik tərəflər arasında göstərilən məbəğdə borc münasibətinin mövcud olmasını notarial qaydada təsdiq edilmiş yazılı borc müqaviləsi ilə müəyyənləşdirməyi tələb edir. Belə bir müqavilənin olmaması iddiaçının borc müqaviləsinə istinad edib pul tə ləbinin əsassız olmasını göstərir. Məhkəmə kollegiyası məruzəçini, iddiaçının və vəkilinin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kasasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Çünki apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla bərabər işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə ə sasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Apelyasiya instansiyası məhkəməsi iddia tələbini rədd edərkən iş materiallarına istinadən cavabdeh tərəfindən avtomobilin xx xxxxxxx 2018-ci il tarixdə alınmasını, iddiaçı tərəfindən kreditin isə xx xxxxxxx 2018-ci ildə biznes fəaliyyəti ilə əlaqədar götürülməsini qeyd etmişdir. Lakin iş materiallarından avtomobilin xx xxxxxxx 2018-ci il tarixdə alınmasına dair hər hansı bir sübut olmadığı halda apelyasiya instansiyası məhkəməsinin belə qənatə hansı əsasla gəlməsi məlum deyildir. İş materiallarına qeyd edilən avtomobillə bağlı “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin” elektron çıxarışı əlavə edilmişdir ki, həmin çıxarışdan da avtomobilin xx xxxxxxx 2018-ci il tar ixdə alınması müəyyən edilmir. Avtomobil Cavabdeh xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır (iş v. 45). Kreditin hansı məqsədlə götürülməsi isə həmin pulun cavabdehə verilməsini istisna edən hal deyildir. Apelyasiya instansiyası məhkəməsi Cinayət işi başlanmasının rədd edilməsinə dair qərarla bağlı qeyd etmişdir ki, iddiaçının şikayəti cavabdeh tərəfindən onun dükanında mallarının mənimsənilməsi ilə bağlı olmuşdur. Lakin məhkəmə işin həqiqi hallarına düzgün qiymət verməyərək tərəflər arasında münasibətlərin pisləşməsini nəzərə almamış, müraciətin bu halla bağlı, eyni zamanda hazırki iddia tələbinin predmeti olan halla, yəni iddiaçının bankdan götürdüyü kredit vəsaitinin cavabdehə avtomobil almaq məqsədi ilə verilməsi ilə bağlı olmasına da əhəmiyyət verməmişdir. Məhkəmə iş üzrə dindiri lmiş şahid ifadələrini sübut kimi qəbul etməmiş, həmin şahidlərin iddiaçıya yaxın şəxslər olması əsası ilə hesab etmişdir ki, onlar iddiaçının mənafeyinə uyğun ifadələr vermişdir. Lakin məhkəmə həmin şəxslərin, xüsusilə Cavabdeh avtomobilin satmış şəxsin iddiaçı ilə hansı yaxınlığının olmasını müəyyən etməmişdir. İşdən daha sonra görünür ki, apelyasiya instansiyası məhkəməsi iddia tələbin rədd edərkən 3000 manatdan yuxarı borc məbləği üçün müqaviləsinin yazılı formasının məcburiliyi, iddiaçının cavabdehə borc pul verməsi ilə bağlı hər hansı mötəbər sübut təqdim etmədiyini əsas gətirərək göstərmişdir ki, tərəflər arasında borc müqaviləsi bağlanmamış, borc münasibətləri olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi bu qənaətə də gələrkən işin hallarını, id dia tələbinin faktiki və hüquqi əsasını düzgün müəyyən etməmiş, iddiaçının tələbinin faktiki əsasının borc deyil, əsassız varlanma olmasına diqqətdən qaçırmışdır. İddiaçı tələbində həmin pulun cavadehə borc kimi verilməsini iddia etməmiş, Cavabdeh aldığı avtomaşının dəyərini onun əvəzinə bankdan kredit aldığı pulunu hesabına satıcıya ödədiyini göstərmiş, cavabdeh isə həmin pulu banka qaytarmağı öhdəsinə götürmüşdür. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, cavabdeh iddiaçının işlədiyi dükanda işçi olmuş, onlar arasında işgüzar əlaqələr olmuşdur. Sonradan tərəflər arasında yaranmış mübahisə ilə əlaqədar münasibətlər pozulmuş, bundan sonra cavabdeh iddiaçının kreditini ödəməkdən imtina etmişdir. İddiaçı özü bankın borclarını bağlamışdır. Mülki Məcəllənin 386-cı maddəsinə gö rə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Məhkəmə tərəflər arasında olan münasibətlərə düzgün qiymət verməmiş, maddi hüq uq normalarının tələblərini pozmuşdur. Mülki Prosessual Məcəlləni 386-cı maddəsinə görə, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Bundan başqa iş materiallarında göründüyü kimi, cavabdeh birinci instansiya məhkəməsində verdiyi izahatında iddiaçının tələbinin əsası kimi istinad etdiyi halları etiraf etmiş, lakin həmin pulu iddiaçıya qaytardığını bildirmişdir. Apelyasiya instansiyası məhkəməsi cavabdehin bu izahatına hüquqi qiymət verməmişdir. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə görə, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etira f etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Məhkəmə işdə olan sübutları tam, hərtərəfli, obyektiv tədqiq etməyərək prosessual hüquq normalarının tələblərini pozmuş, nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüq uq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. İşin yuxarıda qeyd olunan hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv t ədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməldir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(106)-3540/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilərək mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar