Məhkəmə qərarları › İş №2(102)-2447/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2447/2021

29.04.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Şərəf və ləyaqətin müdafiəsi üzrə - Maddi ziyanın ödənilməsi - Şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2447/2021 29.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh “xxxx”xxxx“xxxx” MMC-nin cavabdeh İddiaçı qarşı iş üzrə QƏRARDADİ iş № 2(102)-2447/21 (Açar sözlər: barışıq sazişinin təsdiq edilməsi) Bakı şəhəri, 29 aprel 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Rnun və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” MMC-nin vəkili Vəkil iş tirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-671/2020 nömrəli iş üzrə 12 noyabr 2020-ci il tarixli qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 29 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdeh «xxxx» MMC-yə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Nəsimi Rayon İcra Hakimiyyətinə qarşı «vurulmuş zərərin əvəzinin ödənilməsi, zəbt edilmiş torpaq sahəsindən çıxarılma»xxxx«xxxx» MMC cvabandeh İddiaçı qarşı «daşınmaz əmlakın əvəzləşdirilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat Bak ı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-289/2019 saylı, 13 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim Rəşid Səmədov) ilk iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilərək, E saylı ünvanlarında yerləşən yaşayış evlərinin yerində inşa edilən çoxmərtəbəli yaşayış binasının ikinci və üçüncü mərtəbələrində ümumilikdə 1000 kvadrat metr əmlak sahəsinin “xxxx” MMC tərəfindən İddiaçı mülkiyyətinə verilməklə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, X1 küçəsi, 21 ünvanda yerləşən 0,1007 kvadrat metr torpaq sahəsi və ümumi sahəsi 984,7 kvadrat metr əmlak sahəsi ilə əvəzləşdirilməsi edilmişdir. Qətnamədən narazı qalan ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apelyasiya şikayəti verərək, biri nci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ilk iddianın təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Şərafət Məmmədova sədrlik edən və məruzəçi, Emin Mehdiyev, Xəyal Sarıyev) 2(103)-671/2020 saylı, 12 noyabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-286/2019 saylı, 13 sentyabr 2019-cu il tarixli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması, işin apelyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 300 manat məbləğində pulun "xxxx" MMC-nin hesabına, həmçinin işin apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili R kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək mülki işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq ilk iddia üzrə iddiaç ı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və 3-cü şəxs Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili R məhkəməyə barışıq sazişi təqdim edərək tərəflərin bağladıqları barışıq sazişinin təsdiq edilməsini, iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” MMC-nin vəkili Vəkil tərəflərin bağ ladıqları barışıq sazişinin təsdiq edilməsini, iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 52.3. Tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Maddə 52.4. Məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi üçün təkliflər verməyə haqlıdır. Maddə 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Maddə 261.0.5. Tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Maddə 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Maddə 417.1.5. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3-cü və 259.0.8-259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-in 52.1, 261.0.4, 261.0.5, 262.4, 416, 417.1.5, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı cavabdeh “xxxx”xxxx“xxxx” MMC-nin cavabdeh İddiaçı qarşı iş üzrə 2(102)2447/2021 nömrəli mülki iş üzrə bağlanmış aşağıdakı məzmunlu 21.04.2021-ci il tarixli barışıq sazişi təsdiq edilsin:

1. SAZİŞİN PREDMETİ. Tərəflər aralarında olan mübahisənin qarşılıqlı razılaşma, sülh ilə həll edilməsi üçün Tərəf-1 və Tərəf-2 bu Sazişlə müəyyən edilən öhdəlikləri icra edir, Tərəflər Azərbaycan Respublika sı Ali Məhkəməsinə ərizə verərək kassasiya icraatına xitam verilməsini tələb edirlər.

2. TƏRƏF-1-in ÖHDƏLİYİ. TƏRƏF-1-in aşağıdakı öhdəliyi vardır: 2.1 Bu Saziş imzalanan an Tərəf-1 xüsusi mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu X1 küçəsi 21 ünvanda yerləşən 984,7 kvadrat metr qeyri-yaşayış sahəsini Tərəf-2-nin sökülmək üçün təqdim edir. 2.2 Bu Saziş imzalanan an Tərəf-1 xüsusi mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu X1 küçəsi 21 ünvanda yerləşən 0,1007 ha torpaq sahəsini Tərəfinin mülkiyyətinə verir. 2.3 Azərbaycan Respublikası Ali Məhkəməsinə verdiyi kassasiya şikayətindən imtina edir, bu Sazişə əsasən mülki iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. 2.4 Bu Saziş imzalanan andan Tərəf-2-dən bu Sazişdə göstərilən əmlaklardan əlavə əmlak tələb etməyəcəkdir.

3. TƏR ƏF-2-in ÖHDƏLİYİ. TƏRƏF-2-in aşağıdakı öhdəliyi vardır: 3.1 Bu Saziş imzalanan an Tərərf-2 bu Sazişin 2.1.-Cİ və 2.2.-ci bəndində göstərilən əmlak və torpaq sahəsi əvəzi olaraq E küçəsində inşa etdiyi yaşayış binasının zirzəmi hissəsində ümumi sahəsi 702 kvadrat metr olan təmirsiz qeyri-yaşayış sahəsi; binanın 1 -ci mərtəbəsində ümumi sahəsi 250 kvadrat metr olan təmirsiz qeyri-yaşayış sahəsini; binanın 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 143,6 kvadrat metr təmirsiz yaşayış sahəsi; binanın 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 148,3 kvadrat metr təmirsiz yaşayış sahəsi; binanın 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 50 kvadrat metr təmirsiz yaşayış sahəsi; binanın 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 120 kvadrat metr təmirsiz yaşayış sahəsi; binanın 2-ci mərtəbəsində yerləşən ümu mi sahəsi 87,4 kvadrat metr təmirsiz yaşayış sahəsini Tərəf- 1-ə təqdim edir. 3.2 Bu Sazişin 3.1-ci bəndində göstərilən əmlakların Tərəf-ə verilməsinə dair müqavilə bağlayır. 3.3 Azərbaycan Respublikası Ali Məhkəməsinə ərizə verərək bu Sazişə əsasən mülki iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. 4.1. 4.2. 5.1.

4. BU SAZİŞİN QÜVVƏDƏ OLMA MÜDDƏTİ. Bu Saziş imzalandığı andan və dövlət notariat kontorunda təsdiq edildiyi andan qüvvəyə minir və öhdəliklər tamamilə icra edilənədək qüvvədədir. Bu Sazişin müddəti Tərəflərin yazılı razılığı ilə uzadıla bilər.

5. MÜBAHİSƏLƏRİN HƏLL EDİLMƏSİ QAYDASİ. Tərəflər arasında yaranan mübahisələr danışıqlar yolu ilə həll edilir. Bu yolla həll edilməyən mübahisələr Azərbaycan Respublikası qanunveriçiliyinə uyğun olaraq Azərbaycan Respublikası nın Məhkəmələrində həll edilir.

6. BU SAZİŞİN ŞƏRTLƏRİNİN DƏYİŞDİRİLMƏSİ. 6.1. Bu Sazişin şərtləri Tərəflər üçün eyni qüvvəyə malikdir və onların yazılı şəkildə tərtib etdikləri qarşılıqlı razılaşmaya uyğun dəyişdirilə bilər. 6.2. Bir Tərəfin yazılı razılığı olmadan digər Tərəf bu Saziş üzrə öz hüquqlarını üçüncü tərəflərə verə bilməz. 6.3. Bu Müqavilə ilə müəyyən edilən şərtləri Tərəflər icra etmədikdə bu Müqaviləyə xitam verilir və Tərəf-1-in və Tərəf-2-nin məhkəməyə müraciət etmək hüququ bərpa edilir.

7. DİGƏR ŞƏRTLƏR. Bu Saziş iki nüsxədə tərtib edilmiş və Tərəflərdə saxlanılır. Bu Sazişdə müəyyən edilməyən şərtlər qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsi və Mülki prosessual məcəlləsinə rəhbər tutulur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12.11.2020-ci il tarixl i, 2(103)-671/2020 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. 7.1. 7.2.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar