Məhkəmə qərarları › İş №2(102)-2449/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2449/2025

07.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2449/2025 07.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borc tələbi, cavabdehin etirazının dəlillərinin sübut edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılmasıl” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-415/2025 nömrəli, 3 mart 2025-ci il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 07 oktyabr 2025-ci il tarixdə A li Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (borc verən) və Cavabdeh (borc alan) arasında 2022-ci il 22 dekabr tarixli 3M-1017 reyestr nömrəli kredit müqaviləsi imzalanmışdır. Bu müqavilə ilə Borc verən Borc alana faizsiz olaraq 100.000 manat məbləğində pulu borc verməyi, borc alan isə borcu 2023-cü il 25 yanvar tarixinədək borc verənə qaytarmağı öz öhdəsinə götürmüşdür.

2. Bakı şəhərinin xüsusi notariusu iddiaçı tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ünvanlanmış 2022-ci il 22 dekabr tarixli X-2296 nömrəli məktuba görə, iddiaçınun kredit müqaviləsinə əsasən ödəməli olduğu 100.000 manat müvafiq müqavilə ilə təsdiq edildikdən sonra həmin məbləğin cavabdehna verilməsi üçün bankda olan depozit hesaba qəbul edilməsi xahiş edi lmişdir. Bankın Binəqədi filialı tərəfindən verilmiş 2022-ci il 22 dekabr tarixli orderə əsasən, iddiaçı 2022-ci il 22 dekabr tarixli X-2296 nömrəli məktuba əsasən 100.000 manat vəsaiti Bakı şəhər 26 saylı notariat ofisinin depozit hesabına köçürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat 3. iddiaçı (bundan sonra- “iddiaçı”) cavabdehna (bundan sonra- “cavabdeh”) qarşı iddia ərizəsi (iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə) ilə Şəmkir rayon Məhkəməsinə müraciət edərək, müqavilə üzrə əsas borca görə 65.000 manat, maddi ziyan kimi 4.000 manat, dövlət rüsumu kimi ödənilmiş 400 manat və vəkilə ödənilən 200 manat olmaqla, cəmi 69.600 manat pul vəsaitinin cаvаbdеhdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

4. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh arasında bağlanmış kredit müqaviləsinə görə cavabdeh iddiaçıdan aldığı 100.000 manat məbləğində borcun bir hissəsini ödəmiş və hazırda onun iddiaçıya 65.000 manat borcu qalmışdır. Buna baxmayaraq, iddiaçı müqavilədə göstərilən vaxtda pulunu geri istəsə də, cavabdeh müqavilə şərtlərini pozaraq müxtəlif bəhanələr gətirməklə pulu geri qaytarmaqdan imtina etmişdir. Qanunvericiliyə uyğun olaraq qeyd olunan müqaviləyə əsasən, əgər cavabdeh borcu vaxtında qaytarsaydı, bu pulu iddiaçı azından depozit olaraq banka qoymuş olar və qazanc əldə edərdi.

5. Şəmkir Rayon Məhkəməsinin 2024-cü il 1 oktyabr tarixli e-2(076)-1964/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, əsas borc kimi 65.000 manat, dövlət rüsumu üçün ödənilmiş 400 ma nat və hüquqi xidmət üçün ödənilmiş 200 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur (hakim Həvayət Məhəmmədi).

6. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh, tərəflər arasında bağlanılmış kredit müqaviləsi ilə verilmiş borcu 2023-cü il 25 fevral tarixə kimi qaytarmağı öhdəsinə götürsə də, həmin borcun yalnız bir qismini ödəmiş və hazırda iddiaçıya 65.000 manat məbləğində borcu qalmışdır. Buna görə də, iddiaçı pulun qaytarılmasını tələb etməkdə haqlı olmuşdur.

7. Həmçinin birinci instansiya məhkəməsi iddia verilməsinə görə ödənilmiş 400 manat dövlət rüsumunun və ödənilmiş 200 manat hüquqi xidmət haqqının əvəzinin tutulmasını da əsaslı saymışdır.

8. Birinci instansiya məhkəməsi iddia tələbinin 4.000 mana t məbləğində maddi ziyanın ödənilməsi hissəsinə münasibətdə isə hesab etmişdir ki, iddiaçı bu barədə məhkəməyə mötəbər sübutlar təqdim etmədiyindən iddia tələbi həmin hissədə əsassız olmaqla təmin edilməməlidir.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 386.1, 448.2, 739.1, 739.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1 və 121-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

10. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermiş, qarşılıqlı iddia ərizəsi verilməsinə baxmayaraq, heç bir sə bəb göstərilmədən nə qətnamənin özündə, nə də ayrıca qərardadla qarşılıqlı iddia ərizəsinə münasibət bildirilməmişdir. İş materiallarında mövcud olan müqavilədən aşkar göründüyü kimi müqavilə tərəfləri 34 gün müddətinə 100.000 manat pulun borc verilməsini qeyd etmiş, lakin qısa müddətə verilmiş böyük məbləğdə pul vəsaitinin verilmə məqsədi isə aydınlaşdırılmamışdır. Halbuki, həmin borc müqaviləsi əmlak alqı-satqı müqaviləsinin davamı olaraq, yəni tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri, yəni digər bir əqdi pərdələmək məqsədilə, sözdə bir-birilərini tanımayan şəxslər arasında yalan əqd formasında bağlanmışdır. Bu da öz növbəsində MM-nin 340.1-ci maddəsinə görə görünüş üçün bağlanmış əqd olaraq əhəmiyyətsiz olduğundan, həmin müqaviləyə xitam verilməli idi.

12. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-415/2025 nömrəli, 3 mart 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş və iddianın qismən təmin olunması, 2022-ci il 22 dekabr tarixli 3M-1017 reyestr nömrəli kredit müqaviləsi üzrə 65.000 manat, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 400 manat və hüquqi xidmət üçün ödənilmiş 200 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir (hakimlər Rəhman Muradov (sədrlik edən və məruzəçi), Fikrət Mehtiyev, Mustafa Mustafayev).

13. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarı).

14. Hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxsl ərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.

15. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli Qərarı).

16. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraat ının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

17. Apellyasiya instansiyası məhkəməsi qeyd edilənlər baxımından hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyət kəsb edən halları hərtərəfli, tam və obyektiv araşdırmamış, o cümlədən mübahisələndirilən qətnaməsini lazımi qaydada əsaslandırmamışdır. Belə ki, iş materiallarına əlavə olunmuş 2022-ci il 22 dekabr tarixli 3M-1017 reyestr nömrəli müqaviləyə əsasən, tərəflər arasında notarial qaydada təsdiq olunmuş yazılı borc müqaviləsi bağlanmışdır. Mülki qanunvericiliyin müqavilələrlə bağlı ümumi vahid sistemi həm də borc müqaviləsi ilə bağlı MM-nin 37-ci fəslində nəzərdə tutulan xüsusi müddəaları açıq şəkildə göstərir ki, borc müqaviləsinin bağlanmış hesab olunması, yəni hüquqi nəticə əmələ gətirməsi üçün məhz razılaşma olmalıdır. Qanunda borc müqaviləsinin bağlanmış hesab olunması üçün pul və digər əvəz edilən əşyanın verilmiş olması ilə yanaşı, verilməsi öhdəliyinin götürülməsi şərt olaraq müəyyən olunmuşdur.

18. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, əqd səlahiyyətli subyektlər arasında, mülki qanunvericiliklə nəzərdə tutulmuş əqdin forma və məzmunu ilə bağlı tələblərə əməl edilməklə bağlanmışdır. Sözügedən əqdlə bağlı notaria t ofisində açılmış sənədlərə nəzər saldıqda müəyyən edilir ki, iddiaçı kredit müqaviləsinə əsasən verməli olduğu 100.000 manat məbləği cavabdehə verilməsi üçün bankda olan depozit hesaba köçürmüşdür. Nəticə etibarilə tərəflər arasında bağlanmış 2022-ci il tarixli 22 dekabr 3M-1017 reyestr nömrəli kredit müqaviləsi etibarlı əqd olmuşdur. Cavabdeh isə həmin kredit müqaviləsinin başqa əqdi pərdələmək məqsədilə bağlandığını iddia etsə də, bu barədə hər hansı mötəbər sübut təqdim etməmiş, həmçinin məhkəmə araşdırması zamanı bu fakt öz təsdiqini tapmamışdır.

19. Qeyd olunanları nəzərə alaraq apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, 2022-ci il tarixli 22 dekabr 3M-1017 reyestr nömrəli kredit müqaviləsi üzrə cavabdehdən 65.000 manat tutularaq iddiaçıya ödənilməlidir.

20. İddi a tələbinin 4.000 manat maddi ziyan hissəsinə münasibətdə isə Apellyasiya instansiyası məhkəməsinin mövqeyi belə olmuşdur ki, həmin hissədə tələb əsassız olduğundan təmin edilməməlidir. MM-nin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələbinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. Hazırkı işdə isə cavabdeh tərəfindən iddiaçıya maddi ziyan vurulması müəyyən edilməmişdir. Belə ki, iddiaçı cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərini icra etməm əsi əsası ilə maddi ziyana məruz qaldığını iddia etsə də, tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərindən görünür ki, borc verən borc məbləğini borc alana faizsiz olaraq vermişdir.

21. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 425, 443.1, 739.1, 739.2, 740.1, 740.2-ci, Mülki Prosessual Məcəllənin 14.1 və 77.1-ci ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. Cavabdeh (Vəkil3) kassasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv və yeni qərar qəbul olunmasını xahiş etmişdir.

23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işin mühüm əhəmiyyəti olan bütün faktiki hallarını aydınlaşdırmamış və qətnamədə gəldiyi nəti cə mülki qanunvericiliyin tələblərinə zidd olmuşdur. İşə birinci instansiya məhkəməsində baxılarkən qarşılıqlı iddia ərizəsi vermiş, lakin məhkəmə tərəfindən bu hala münasibət bildirilməmişdir. Apellyasiya şikayətində qeyd olunan kredit müqaviləsinin bağlanma və yüksək həcmdə kreditin verilmə səbəblərinin araşdırılmaması barədə dəlillərinə apellyasiya məhkəməsi mövqe bildirməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bor cludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 739.1. (münasibətlərin yarandığı zaman qüvvədə olan redaksiyada) Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. (münasibətlərin yarandığı zaman qüvvədə olan redaksiyada) Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 740.1. (münasibətlərin yarandığı zaman qüvvədə olan redaksiyada) Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Maddə 740.2. (münasibətlərin yarandığı zaman qüvvədə olan redaksiyada) Borc mü qaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə ü çün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişi klik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

25. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müə yyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

26. Kassasiya şikayətində cavabdeh qətnaməni tam mübahisələndirib. Bu səbəbdən kollegiya qətnaməni tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxışının predmeti və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilən hissəsi üzrə olub, buna görə qətnamənin tam yoxlanılması dedikdə, apellyasiya baxışının predmeti olan hissə başa düşülür.

27. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilməsi üçün əsas yoxdur.

29. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlmiş, apellyasiya şikayətinin dəlillərinə tam qiymət vermişdir.

30. İddia tələbi kredit müqaviləsi əsasında borcun tutulması barədə olmuş, iddiaçı tələbinin əsası kimi cavabdehlə bağlanmış kredit müqavilələrinə istinad etmişdir. Cavabdeh kredit müqaviləsinin başqa əqdi pərdələmək məqsədilə bağlanmasın ı bildirsə də, etirazının əsası kimi istinad etdiyi bu halları işə mahiyyəti üzrə baxan məhkəmələrdə sübuta yetirə bilməmişdir.

31. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətində göstərilən dəlillər üzrə kredit müqaviləsinin etibarlıq şərtlərini yoxlamış və həmin əqdin etibarlı olmasını müəyyən etmişdir.

32. Bu baxımdan mhəkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin hazırkı qərarın 13-21-ci bəndlərində əks edilən dəyərləndirməsini və tətbiq etdiyi maddi hüquq normalarını işin müəyyən edilmiş hallarına uyğun hesab edir.

33. Cavabdehin birinci instansiya məhkəməsinə qarşılıqlı iddia ərizəsi versə də, məhkəmə tərəfindən bu hala münasibət bildirilməməsi barədə kassasiya şikayətinin dəlilinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, bu dəlill ər əsassızdır.

34. Əvvəla, işdən görünür ki, cavabdeh birinci instansiya məhkəməsinə iddiaçının istinad etdiyi kredit müqaviləsinin etibarsız sayılması barədə qarşılıqlı iddia vermiş, məhkəmənin 29 avqust 2024-cü il tarixli qərardadı ilə qarşılıqlı iddia ərizəsi, vaxtında verilmədiyi üçün geri qaytarılmışdır. Cavabdeh həmin qərardaddan şikayət verməmişdir.

35. Bundan əlavə, qarşılıqlı iddia kredit müqaviləsinin etibarsızlığı barədə olmuşdur. Qeyd edildiyi kimi, apellyasiya instansiyası məhkəməsi hazırkı iddianın əqdə əsaslanan tələb olmasını nəzərə alaraq kredit müqaviləsinin etibarlılığına qiymət vermişdir. Başqa sözlə, cavabdehin qarşılıqlı iddia da qaldırdığı məsələni apellyasiya instansiyası məhkəməsi xidməti vəzifəsi çərçivəsində yoxlamışdır.

36. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

37. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-415/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar