Məhkəmə qərarları › İş №2(102)-245/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-245/2025

13.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-245/2025 13.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı iş üzrə QƏRARİ Kateqoriya: kassasiya şikayətinin qeyri-mümkünlüyü, order əlavə edilmədikdə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 7 noyabr 2024-cü il tarixli 2(103)-3052/2024 nömrəli qərardadından Cavabdeh1 MMC tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları

1. İ ddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-yə qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 fevral 2024-cü il tarixli, 2(004) 80/2024 nömrəli qətnaməsi ilə (hakim Fariz Əlizadə) iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-dən müştərək qaydada ümumilikdə 5800 manat pul məbləğinin tutularaq İddiaçı xeyrinə ödənilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

3. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-3052/2024 saylı qətnaməsi ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC tərəfindən ayrı ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələn dirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

4. Cavabdeh1 MMC qətnamədən kassasiya şikayəti verməklə yanaşı kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.

5. Ərizədə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razı olmadığı üçün kassasiya şikayəti vermək istəsə də, Nümayəndə2 səhhətində yaranan nasazlığa və ailə vəziyyəti ilə bağlı "xxxx" MMC-nin rəhbərliyi tərəfindən onun öhdəliyinə buraxılmış tapşırığı yerinə yetirə bilməmiş və yaranan çətinliyə görə qanunda nəzərdə tutulan müddəti iki gün ötürmüşdür. Beləliklə tərəfindən Azərbaycan Respublikası MPM-nin 10-1.3; 361 və 363-cü maddəsinin tələbi pozulmuş, kassasiya şikayəti vermək üçün prosessual müddəti ötürmüşdür. Qeyd edilənləri nəzərə alara q Azərbaycan Respublikası MPM-nin 130-cu maddəsinə əsasən prosessual müddətin bərpa edilməsi və kassasiya şikayətinin baxılması üçün Azərbaycan Respublikası Ali məhkəməsinə göndərilməsini xahiş etmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 7 noyabr 2024-cü il tarixli qərardadı ilə (hakimlər X5 (sədrlik edən və məruzəçi), X1 və X4) ərizə təmin edilməmiş, kassasiya şikayəti geri qaytarılmışdır.

7. Məhkəmə qeyd etmişdir ki, kassasiya şikayətinə cavabdehin vəkili və nümayəndəsi tərəfindən Cavabdeh1 MMC-nin hüquqlarını müdafiə etməsi ilə bağlı orderi deyil, iş üzrə tərəf olmayan başqa bir şəxsin (X7) hüquqlarının Bakı Ağır Cinayətlər Məhkəməsində müdafiə edilməsi ilə bağlı order əlavə etmişdir. Kassasiya şikayətinə vəkilin orderinin əlavə edilməsi məcburi olduğundan və orderin əlavə edilməməsi kassasiya şikayətinin geri qaytarılmasına əsas olduğundan ərizə geri qaytarılmalıdır. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1, 133.1, 133.3, 407.3, 407.4-cü maddələrinə istinadən əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

8. Cavabdeh1 MMC kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi və kassasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası barədə ərizənin təmin edilməsi və mülki işin baxılması üçün Ali Məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.

9. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə kassasiya şikayətini vəkil qismində iştirak olunması barədə order əlavə edilm ədiyinə görə geri qaytarmışdır. Məhkəmə iclasında Nümayəndə2 nümayəndə qismində iştirak etməsini xahiş etsələr də, “Elektron Məhkəmə” informasiya sistemində vəkil orderi tələb olunduğu üçün klinikanın təsisçisi Əziz müəllimin adına olan köhnə order əlavə edilmişdir. Hal-hazırda kassasiya şikayətinə baxılması üçün yeni order alıb qəraddaddan şikayət vermişlər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

11. Maddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.).

12. Maddə 407.4. Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənil məsini sübut edən sənəd əlavə olunur.

13. Maddə 408.1.3. Kassasiya şikayəti kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Kassasiya baxışının hədləri

14. Hazırkı kassasiya şikayətində qərardad cavabdeh "xxxx" MMC tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

15. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunduğundan qərardadın ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

16. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, cavabdehə Bakı Apellyasiya Məhkə məsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-3052/2024 saylı qətnaməsi xx.xx.2024-cü il tarixdə nümayəndəsi Nümayəndə2 elektron kabinetinə yerləşdirilməklə ( o cümlədən hüquqi şəxsin Dövlət Vergi Xidmətinin AVİS-də olan kabinetinə yerləşdirilməklə) rəsmi təqdim edilmiş, qətnamədən kassasiya şikayəti verilməsi üçün prosessual müddətin axımı xx.xx.2024-cü il tarixdə bitmiş, cavabdeh tərəfindən isə xx.xx.2024-cü il tarixdə kassasiya şikayəti verilmiş, buraxılmış müddətin bərpa edilməsi barədə cavabdeh tərəfindən ərizə verilsə də, ərizəyə əlavə edilmiş kassasiya şikayətinə vəkilin MPM-nin 407.4-cü maddəsinin tələbinə uyğun orderi əlavə edilməmiş, əlavə edilmiş orderdə hüquqi xidmət göstərilən şəxs kimi başqa şəxsin adı qeyd edilmiş, tapşırığın icra ediləcəyi yer olaraq “Bakı A ğır Cinayətlər Məhkəməsi” göstərilmişdir.

17. Apelyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, cavabdehin kassasiya şikayəti qanunun tələblərinə müvafiq qaydada təqdim edilmədiyindən ərizə və şikayət qaytarılmalıdır.

18. Kassasiya şikayətində cavabdeh tərəfindən yol verilmiş nöqsanın artıq aradan qaldırılaraq yenidən şikayəti verildiyi qeyd etmiş, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərardadı qəbul edilərkən hansı prosessual pozuntuya yol verildiyinə dair əsaslı dəlil irəli sürməmişdir.

19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hər hansı prossesual hüquq normalarının pozulmasına yol verilmədiyindən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmal ıdır.

20. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 7 noyabr 2024-cü il tarixli 2(103)3052/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar