Məhkəmə qərarları › İş №2(102)-2450/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2450/2024

14.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2450/2024 14.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin İddiaçı cavabdehlər X2 və qeyrilərinə qarşı iş üzrə QƏRARI Açar sözlər: işin məhkəmə aidiyyəti, kommersiya mübahisəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), İnzibati kollegiyanın hakimi Bədəlov Kəmaləddin Nurəddin oğlundan Kommersiya kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlundan ibarət qarşıq tərkibdə, İddiaçı cavabdehlər X2 və qeyrilərinə qarşı “paylı mülkiyyət hüququ əsasında payın əvəzində kompensasiya verilməsi, bu mümkün olmadığı təqdirdə isə açıq hə rraca çıxarılaraq qeyri-yaşayış sahəsinin satılması və əldə olunan gəlirin bölünməsi” tələbinə dair iş üzrə Gəncə Şəhər Məhkəməsinin 6 mart 2024-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə 14 iyun 2024-cü il tarixdə yazılı icraat qaydasında baxaraq İşin halları və iş üzrə qəbul olunmuş məhkəmə aktları

1. İddiaçı cavabdehlər X1 hüquqi varisi Cavabdeh1, X3 hüquqi varisi Cavabdeh2, X4 hüquqi varisi X5, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı “paylı mülkiyyət hüququ əsasında payın əvəzində kompensasiya verilməsi, bu mümkün olmadığı təqdirdə isə açıq hərraca çıxarılaraq qeyri-yaşayış sahəsinin satılması və əldə olunan gəlirin bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bərabər paylı mülkiyyət hüququ üzrə ona və cavabdehlərə məxsus olan ü nvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin payına əsasən 30000 manat məbləğdə kompensasiyanın cavabdehlərdən alınıb ona verilməsinə, bu mümkün olmadığı təqdirdə isə açıq hərraca çıxarılaraq qeyri-yaşayış sahəsinin satılması və əldə olunan gəlirin bölünməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanda yerləşən qeyriyaşayış sahəsi bərabər paylı mülkiyyət hüququ üzrə ona və cavabdehlərə məxsusdur. O, cavabehlərdən qeyri-yaşayış sahəsi üzərində olan payını istəyir və cavabdehlər isə bu kompensasiyanı vermirlər. İş materiallarını əlavə etdiyi texniki pasportdan göründüyü kimi qeyri-yaşayış sahəsinin bölünməsi mümkün deyil. Mülkiyyət hüququna dair çıxarışdan görünür ki, mübahisə predmeti olan qeyri-yaşayış sahəsi onun və cavabd ehlərin paylı mülkiyyətindədir. Cavabdehlər ümumiyyətlə qeyri-yaşayış sahəsinə yaxın gəlməmiş və qeyri-yaşayış sahəsinin idarə edilməsində iştirak etməmişlər. Buna əsasən qeyri-yaşayış sahəsinə dair kompensasiya məbləğinin cavabdehlər tərəfindən ona verilməsində imtina edildiyindən və əmlakın bölünməsi mümkün olmadığından, həmin qeyri-yaşayış sahəsinin açıq hərracda satılaraq hər kəsin payına müntənasib qaydada əldə olunmuş pulun bölünməsi məqsədəmüvafiqdir.

3. Gəncə Şəhər Məhkəməsinin 6 mart 2023-cü il tarixli, 2(125)-2235/2024 saylı qərardadı ilə (hakim Z.İmanova) iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmış və iddiaçıya aidiyyəti üzrə müvafiq Kommersiya Məhkəməsinə müraciət etmək hüququ izah edilmişdir.

4. Həmin qərardaddan narazı qalan İddiaçı şikayət verərək, Gənc ə Şəhər Məhkəməsinin 06 mart 2024-cü il tarixli qərardadının ləğv edilərək, iddia tələbinin məhkəmənin icraatın qəbul edilərək, baxılmasına dair yeni qərardad çıxarılmasını xahiş etmişdir.

5. Gəncə Şəhər Məhkəməsinin 10 may 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə yenidən baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir.

6. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin mövqeyinə görə onun və X3 VÖEN olduğundan işə Kommersiya məhkəməsində baxılmalıdır. Məhkəmə iddia tələbinin predmetinə və əsasına düzgün qiymət verməmişdir. Onunla cavabdehlər arasında olan mübahisə sahibarkarlıq fəaliyyəti ilə bağlı deyil. Onların sahibkarlıq fəaiyyəti ilə məşğul olmasının hazırkı mübahisəyə aidiyyəti yoxdur. Tətbiq edilən hüquq Azərba ycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

7. Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.

8. Maddə 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır.

9. Maddə 25.2. Ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.

10. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (ko mmersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.

11. Maddə 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.

12. Maddə 31.2. Aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir.

13. Maddə 403-1.7. Kassasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

14. Maddə 403-1.9. Kassasiya instansiyası m əhkəməsi, məhkəmə aidiyyətinə dair məhkəmələr arasında fikir ayrılığı məsələsinə baxarkən: 403-1.9.1. işi məhkəmə aidiyyəti üzrə göndərə bilər; 403-1.9.2. məhkəmələr arasında fikir ayrılığının yaranmasına əsas olmuş hallarla bağlı əlavə araşdırmanın aparılmasını zəruri hesab etdikdə, məhkəmə aidiyyətinin yenidən müəyyən edilməsi üçün işi iddia ərizəsinin verildiyi birinci instansiya məhkəməsinə göndərə bilər.

15. Maddə 403-1.6. Kasasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə və məhkəmə aidiyyətinə dair məhkəmələr arasında fikir ayrılığı məsələlərinə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırı lmadan 10 gün müddətində baxılır.

16. Maddə 403-1.7. Kassasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 17. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarı Bənd

11. MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələbl ərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Bənd

12. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndində qeyd edilir ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan işlərin kommersiya məhkəməsində baxılması imkanını qanunvericilik iki halla məhdudlaşdırmışdır, birinci hala, mübahisənin xarakterin in sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldiyi (bu Qərarın 13-cü bəndi) kommersiya hüquqi şəxslərinin korporativ mübahisələrini, ikinci hala isə MPM-in 30-cu maddəsinin tələbləri baxımından onların iştirakı ilə olan mülki mübahisənin digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halı aid etmək olar. Kassasiya instansiya məhkəməsinin mövqeyi

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 24.2-ci maddəsinin tələbinə görə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.

19. Həmin Məcəllənin 25.1 və 26.1-ci maddələrinə əsasən, sahibkarlıq fə aliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 20. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarına müvafiq olaraq, MPM-in 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçiri lməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir.

21. Eyni zamanda məhkəmələrə izah edilir ki, MPM-in 26.2-ci maddəsində kommersiya məhkəmələrinin müstəsna baxış predmetinə aid edilmiş həmin Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş “Bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında” işlərin xarakteri özü-özlüyündə yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsini diktə edir. Eyni yanaşma müflisləşmə, sənaye mülkiyyəti obyektlərinin (əmtəə nişanı, coğrafi göstərici, ixtira, fayda lı model və sənaye nümunəsi) istifadəsi və müdafiəsi ilə bağlı (şəxsi hüquqların müdafiəsinə dair tələblər istisna olmaqla), habelə kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblər (təsisçilər, üzvlər, iştirakçılar, hüquqi şəxsin nizamnaməsi ilə müəyyən edilən idarəetmə orqanlarının nümayəndələri arasında və ya onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən, o cümlədən hüquqi şəxsin yaradılmasından, yenidən təşkil olunmasından, ləğv edilməsindən, idarə olunmasından, eləcə də səhmlərin, təsis və iştirak paylarının alqı-satqısından ibarət tələblər) üzrə işlərə də aid edilməlidir

22. Birinci instansiya məhkəməsi hazırkı mübahisənin kommersiya məhkəməsinə aid olması barədə qənaətini, iddia tələbinin korporativ tələb olması ilə əsaslandırmışdır.

23. Baxılan iş üzrə mübah isə iddiaçı hüquqi şəxsin təsisçiləri arasında payları müəyyən olunmuş əmlakı ilə bağlı kompensasiyanın verilməsi, mümkün olmadığı təqdirdə isə əmlakın açıq hərracda satılması, satış pulunun paylara uyğun bölünməsi ilə bağlı tələb irəli sürmüşdür.

24. İşin halları ilə müəyyən olunur ki, iddiaçı və cavabdehlər faktiki olaraq hüquqi şəxsin təsisçiləri olmaqla təsis müqaviləsi bağlamış, həmin müqavilə üzrə hüququi şəxsdə, eyni zamanda həmin şəxsə aid olan əmlaka münasibətdə payları müəyyən olunmuşdur.

25. İddiaçı və cavabdehlərdən birinin sahibkarlıq fəaliyyəti ilə məşğul olması aşkardır. Lakin istinad olunan qərarın məzmunundan aydın olur ki, mübahisə hüquqi şəxsin fəaliyyəti ilə bağlı olaraq yarandığı halda işdə iştirak edən tərəflərin sahibkarlıq fəaliyyəti ilə məşğul olmalarının vacib olm aması istisna şərt kimi qəbul edilmişdir.

26. Məhkəmə tərkibi iddianın əsaslılığı barədə məsələyə hüquqi qiymət vermədən, MPM-in 26-cı maddəsini və “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarının istinad olunan 19-cu bəndini nəzərə alaraq hesab edir ki, hazırkı mübahisə korporativ (təsisçilər, üzvlər, iştirakçılar, hüquqi şəxsin nizamnaməsi ilə müəyyən edilən idarəetmə orqanlarının nümayəndələri arasında və ya onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən, o cümlədən hüquqi şəxsin yaradılmasından, yenidən təşkil olunmasından, l əğv edilməsindən, idarə olunmasından, eləcə də səhmlərin, təsis və iştirak paylarının alqı-satqısından ibarət tələblər) tələblərdən irəli gəldiyi üçün kommersiya məhkəməsində baxılmalıdır.

27. Birinci instansiya məhkəməsi məhz bu əsasla iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarmaqla düzgün qənaətə gəlmişdir.

28. Ona görə də şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

29. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır (403-1.6). Kasa siya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (403-1.7). Kassasiya instansiya məhkəməsi məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətə baxarkən işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər (403-1.8.1).

30. Qarışıq məhkəmə tərkibi qeyd edilənləri nəzərə alaraq və MPM-in 403-1.6 və 403-1.8.3-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 2(125)-2235/2024 nömrəli, 6 mart 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar