Məhkəmə qərarları › İş №2(102)-2452/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2452/2019

15.04.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2452/2019 15.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Xəlilova Şərqiyyə Adilxan qızının katibliyi ilə, Cavabdeh2, onun vəkili Cavadov İlqar Cəbir oğlu, “xxxx” MMC-nin nümayəndəsi və vəkili Süleymanlı Sənan Tofiq oğlunun iştirakları ilə, Cavabdeh2 Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 iyun 2017-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Cavabdeh2 Bakı Apellyasiya Məhkəməsinin Mülki Kolleg iyasının 14 iyun 2017-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: İddiaçı cavabdehlər “xxxx” MMC və Cavabdeh2 qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov rayon məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 17 fevral 2017-ci il tarixli qətnaməsi ilə (sədrlik edən R.Quliyev, iş 2(005)-683/2017) İddiaçı cavabdehlər “xxxx” MMC və Cavabdeh2 qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdehlərdən müştərək qaydada 8828,28 lari pul qətnamə icra olunan günə Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə, 309 manat və öd ənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması qət edilmiş, qalan hissədə iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 iyun 2017-ci il tarixli qətnaməsi ilə (hakimlər N.Cəfərov (sədrlik edən və məruzəçi), C.Səfiyeva və V.Həsənov, iş № 2(103)-6233/2017)iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Nərimanov Rayon Məhkəməsinin 17 fevral 2017-ci il tarixli qətnaməsi qismən - mənəvi zərərin əvəzinin ödənilməsi barədə tələbin rədd edilməsi hissəsində ləğv edilmiş, həmin tələb qismən təmin edilmiş, mənəvi zərərin əvəzi kimi 2000 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya verilməsi qət edilmiş, həmin tələbin qalan hissəsi rədd edilmiş, mübahisələndirilən hissədə qətnamənin qalan göstərişləri dəyişdirilmədən s axlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 30 noyabr 2017-ci il tarixli qərarı ilə (hakimlər G.Quliyev (sədrlik edən və məruzəçi), Ə.Mirzəliyev və T.Qoldman, iş № 2(102)-7989/2017) cavabdeh “xxxx” MMC–nin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 iyun 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 iyun 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edi r. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Cavabdeh2 və onun vəkili Cavadov İlqar Cəbir oğlu izahatlarında göstərmişdilər ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 iyun 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edirlər. “xxxx” MMC-nin nümayəndəsi və vəkili Süleymanlı Sənan Tofiq oğlu izahatında göstərmişdir ki, kassasiya şikayəti ilə bağlı qərarı Məhkəmə kollegiyasının mülahizəsinə buraxır. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, 05.08.2014-cü il tarixində Bakı-Qazax avtomobil yolunun 347-ci km-də (Goranboy rayonunun ərazisində) yolnəqliyyat hadisəsi baş vermişdir. Hadisə zamanı 2 avtomobil - “Kamaz 53229” markalı, **JO-*** dövlət qeydiyyat nişanl ı avtomobil və “Ford Transit” markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. Toqquşma “Kamaz 53229” markalı avtomobilin sürücüsünün təqsiri üzündən baş vermişdir. Goranboy Rayon Məhkəməsinin 31.03.2015ci il tarixli hökmü ilə o, Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinərək cəzaya məhkum edilmişdir. Cavabdeh “xxxx” MMC “Kamaz 53229” markalı avtomobilin mülkiyyətçisi, Cavabdeh2 “Kamaz 53229” markalı avtomobilin sürücüsü, iddiaçı isə “Ford Transit” markalı avtomobilin sərnişinidir. İddiaçı hadisə nəticəsində zərər çəkən şəxslərdən biridir, onun sağlamlığına zərər vurulmuşdur. O, 3-cü bel fəqərəsində fəqərə cisminin basılmış qəlpəli sınığı, 3-cü bel fəqərələrinin çıxıntılarının yerini dəyişmiş sınıqları, 2-ci bel fəq ərəsinin yan çıxıntılarının yerini minimal dəyişmiş sınıqları, sağ baldır sümüklərinin çoxqəlpəli yerini dəyişmiş qapalı sınıqları nəticəsində inkişaf edən travmatik şok xəsarətləri almışdır. Həmin xəsarətlər yetirilən anda həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vuran xəsarətlərə aiddir. Apellyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 1108-ci maddələrini tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxm ış fayda) başa düşülür. Cavabdeh2 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, prosessual hüquq normalarının pozulmasına və apellyasiya instansiyası məhkəməsinin sübutlara düzgün hüquqi qiymət verməməsinə, işin hallarına qeyri-obyektiv yanaşılaraq tamamilə əsassız qətnamə qəbul edilməsinə istinad etmişdir. Məhkəmə kollegiyası mülki işlərə məhkəmə qaydasında baxılarkən sübutlara düzgün hüquqi qiymət verilməsinə önəm verir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli hər bir sübutun o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblər i aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sü butların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli qərarında göstərilir ki, “qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfində müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir”. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətinin həmin dəlili iş materialları ilə təsdiq olunmur. Apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutları araşdırmış, onlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdeh “xxxx” MMC tərəfindən verilmiş kassasiya şikayətinə əsasən, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 iyun 2017-ci il tarixli qətnaməsinə kassasiya qaydasında baxılmış və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 30 noyabr 2017-ci il tarixli qərarı ilə həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. Ona görə də Məhkəmə kollegiyası kassator Cavabdeh2 məhkəmə iclaslarında iştirak etməməsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməsinin ləğv edilməsini hüquqi müəyyənlik prinsipinə müvafiq hesab etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi h üquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 iyun 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 iyun 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar