Məhkəmə qərarları › İş №2(102)-2453/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2453/2021

31.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2453/2021 31.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: maddi və mənəvi ziyan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7396/2020 nömrəli iş üzrə 13 oktyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 31 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı müəyyən etdi. İşin halları Bakı şəhəri 19 saylı Notariat Kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş 14 may 2016-cı il tarixli kredit müqaviləsinin məzmunundan görünür ki, borc verən İddiaçı borcalan Cavabdeh 277.500 (iki yüz yetmiş yeddi min beş yüz) manat ekvivalentlə 185.000 (bir yüz səksən beş min) ABŞ dollar məbləğində borc pul verir, borc alan isə həmin pul məbləğini 14 avqust 2016cı il tarixədək tam qaytarmağı öhdəsinə götürür; İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış 16 sentyabr 2019-cu il tarixli pretenziya məktubunun məzmunundan görünür ki, 185.000 (bir yüz səksən beş min) ABŞ dollar məbləğində verilmiş borc məbləğinin ödənilməsi tələb edilmiş, əks təqdirdə onun tərəfindən aidiyyəti üzrə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsas borc olaraq 185.000 (bir yüz səksən beş min) ABŞ dolları, mənəvi ziyan 5.000 (beş min) ABŞ dolları, əldən çıxmış fayda isə 10.000 (on min ) ABŞ dolları olmaqla, ümumilikdə 200.000 (iki yüz min) ABŞ dolları məbləğində pul vəsaitinin Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdeh İddiaçı arasında 14 may 2016-cı il tarixli kredit müqaviləsi imzalanmışdır. Bu kredit müqaviləsinə əsasən onun tərəfindən Cavabdeh 185.000 (bir yüz səksən beş min) ABŞ dolları verilmiş, borc alan i sə bu borcun qaytarılmasını 14 avqust 2016-cı ilədək öhdəlik kimi öz üzərinə götürmüşdür. Bu vaxtadək 14 may 2016-cı il tarixli kredit müqaviləsi ilə verdiyi borcun qaytarılmasını borcludan istəməyinə baxmayaraq cavabdeh dəfələrlə onu aldatmış və müxtəlif bəhanələr göstərməklə borcu ödəməkdən yayınmışdır. Yəni, borclu kredit müqaviləsinin müvafiq maddələrinə əməl etməkdən boyun qaçırmış və müqavilədə göstərilən öhdəlikləri yerinə yetirməkdən imtina etmişdir. Hər dəfə borcun qaytarılması məsələsi ilə əlaqədar borclu ilə görüşdükdə tezliklə borcunu qaytarması sözünü vermiş, amma reallıqda heç bir iş görməmişdir. Buna görə o da pozulan hüquqlarının bərpa edilməsi, ona çatacaq olan borcun (real borc), mənəvi ziyan və əldən çıxmış faydanın borcludan tutularaq kreditora ödənilməsi üçün aidiyyətı üzrə məhkəməyə müraciət etmək hüququ yaranır. Bu məbləğdə pul vəsaitinin qaytarılmaması onu da çətin vəziyyətdə qoymuşdur. Halbuki, o bu pul məbləğinin 90% yaxın qohumlarından və dostlarından borc almışdır. Ona borc verən şəxslər qarşısında onun da öhdəlikləri yaranır. Borclu Cavabdeh günahından aylardır ki, onlardan aldığı borc məbləğini qaytara bilmir. Buna görə də məhkəmə tərəfindən qətnamə çıxarılarkən sadəcə real zərər nəzərə alınmalı deyil, həm də mənəvi zərər, eyni zamanda əldən çıxmış fayda da nəzərə alınmalıdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Gültəkin Əsədova) 07 yanvar 2020-ci il tarixli 2(005)-280/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 185.000 (bir yüz səksən beş min) ABŞ dolları borc məbləği (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi B ankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) İddiaçı xeyrinə tutulmuşdur. İddia tələbi qalan hissədə təmin edilməmişdir. Məhkəmə müəyyən etmişdir ki,, İddiaçı 14 may 2016-cı il tarixdə Cavabdeh 277.500 (iki yüz yetmiş yeddi min beş yüz) manat ekvivalentlə 185.000 (bir yüz səksən beş min) ABŞ dollar məbləğində borc pul vermişdir. Aralarında bağlanmış kredit müqaviləsi Bakı şəhəri 19 nömrəli notariat kontorunun xüsusi notariusu tərəfindən notariusun Reyestrində 1S-11073 nömrə ilə qeyd edilmiş, informasiya sisteminə daxil edilmişdir. Müqaviləyə əsasən cavabdeh qeyd olunan borcu 14 avqust 2016-cı il tarixədək tam qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh öhdəliyi pozmuş, borcunu qaytarmamışdır. İddiaçı Cavabdeh 16 sentyabr 2019-cu il tarixli pretenziya məktubu göndərərək, 185. 000 (bir yüz səksən beş min) ABŞ dollar məbləğində verdiyi borc məbləğinin ödənilməsi tələb etmiş, əks təqdirdə aidiyyəti üzrə məhkəməyə müraciət edəcəyi barədə cavabdeh şəxsi xəbərdar etmişdir. Ona görə də məhkəmə hesab etmişdir ki, 185.000 (bir yüz səksən beş min) ABŞ dolları məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə İddiaçı 5.000 (beş min) ABŞ dolları məbləğində mənəvi zərər tələbi ilə bağlı qeyd etmişdir ki, cavabdehin hər hansı hərəkəti nəticəsində iddiaçıya hər hansı bir mənəvi zərərin yetirilməsi sübut olunmur. Ona görə də iddia tələbi mənəvi zərər hissədə təmin olunmamalıdır. Məhkəmə iddianın “borc məbləğinin ödənilməməsinə görə əldən çıxmış fayda olaraq 10.000 (on min) ABŞ dolları məbləğində pul vəsaitinin” tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, həmin hissədə iddia təmin oluna bilməz. Belə ki, tərəflər arasında bağlanmış borc müqaviləsində hər hansı əldən çıxmış fayda ilə bağlı ödənişlər nəzərdə tutulmamış, həmçinin iddiaçı adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərlə bağlı məhkəməyə sübutlar təqdim etməmişdir. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2, 77.1, 88.2, 217.4cü maddələrinə istinad edərək əsaslandırmışdır. Qətnamədən narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 yanvar 2020-ci il tarixli 2(005)-280/2020 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat İş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Xumar Mə rdanova sədrlik edən və məruzəçi, Elnur Həsənov və Fuad Babayev) 13 oktyabr 2020-ci il tarixli 2(103)7396/2020 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 yanvar 2020-ci il tarixli 2(005)-280/2020 saylı qətnaməsi Cavabdehə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı tərəfindən Cavabdeh 185.000 (yüz səksən beş min) ABŞ dollar məbləğində borc pul vəsaiti verilmiş, lakin həmin məbləğ cavabdeh tərəfindən iddiaçıya qaytarılmamışdır. Belə olan halda, birinci instansiya məhkəməsi iddia tələbini həmin hissədə təmin etməklə düzgün nəticəyə gəlmişdir. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında sahibkarlıq fəaliyyətinə dair münasibətlər o lması və həmin fəaliyyətin iflasa uğraması cavabdehin iddiaçı qarşısında öhdəliklərinin icra olunmamasına əsas ola bilməz. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 oktyabr 2020-ci il tarixli 2(103)-7396/2020 nömrəli qətnaməsi qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, həm birinci, həm apelyasiya instansiyası məhkəməsi iddia tələbinin qismən, yəni iş materiallarında olan borc müqaviləsində nəzərdə tutulmuş məbləğ həcmində təmin edilməli olduğu qənaətinə gəlmək üçün ö z qətnamələrində AR Mülki Məcəlləsinin 740-cı maddəsinə istinad etmişlər. Həmin maddəyə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin məcəllənin 740.2-ci maddəsində göstərilmişdir ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Halbuki, iddiaçı 185.000 ABŞ dollarını onunla arasında şərikli biznes fəaliyyətini başlamaq üçün vermişdir. Cavabdeh iddiaçı ilə şərikli biznes fəaliyyətinə başlamağa qərara gəlmişdir və bu məqsədlə ona 185 000 ABŞ Dolları pul vermişdir. Lakin sonradan iddiaçı onu 2016-cı ildə Notariat Kontoruna apararaq həqiqətən də ona 185 000 ABŞ Dolları verdiyini rəsmiləşdirmək niyyətində oldu ğunu bildirmişdir. Həmin vaxt iddiaçının istinad etdiyi müqavilə imzalansa da, müqavilənin mahiyyətinin biznes fəaliyyətinə başlamaq üçün iddiaçının ona pul verməsi olduğunu hesab etmişdir. Çünki, mövcud qanunvericiliyə görə cavabdehin ona borc məbləğini notariusun depozit hesabına köçürmək yolu ilə verməli olduğunu bilirdi. Lakin, nə birinci, nə də apelyasiya instansiyası məhkəməsi pul məbləğinin notariusun depozit hesabına köçürülüb köçürülmədiyini, pulu onun müvafiq qəbzə imza etməklə götürüb götürmədiyini araşdırmamışdır. İddiaçının ona verdiyi 185 000 ABŞ dolları məbləğində pulu ona geri qaytara bilməməsi isə onun cavabdeh olmadığı səbəblərdən baş vermişdir. Cavabdehin öhdəlikləri icra etməməyi onun şəxsi istəyi ilə bağlı deyil, ondan asılı olmayan səbəblərdən qurduqları biznes fəaliy yətinin iflasa uğraması ilə bağlıdır. Lakin apellyasiya instansiyası məhkəməsi cavabdehin hüquqlarını pozan qanunsuz və əsassız qətnamə qəbul edtmişdir. Cavabdeh kassasiya şikayətini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448, 556, Azərbaycan Respublikasının Prosessual Mülki Məcəlləsinin 14.1, 386, 387, 388,389-cu maddələri ilə əsaslandırmışdır. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etiraz və ya izahatları məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azər baycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda if adə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə cavabdeh kassasiya şikayəti verdiyindən və iddianın təmin edilmiş hissəsini mübahisələndirdiyindən apelyasiya instansiyası məhkəməsinin qətnaməsi həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindəniddianıntəmin edilmiş hissəsi üzrə tərəflər arasında mübahisəli hüquq münasibətləri düzgün təfsir edilərək, həmin münasibətləri tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişd irilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki apellyasiya şikayətinin eyni dəlillərinə apellyasiya məhkəməsi tərəfindən hüquqi qiymət verilmişdir və cavabdeh hansı məqsədlə almasından asılı olmayaraq notarial qaydada bağlanmış müqavilə üzrə aldığı borcun qaytarılmasını öhdəsinə götürmüş və öhdəliyini icra etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayə tinin dəlillərini əsassızdır, buna görə də, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişiklik edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 7396/2020 nömrəli iş üzrə 13 oktyabr 2020-ci il tarixli qətnaməsi iddianın təmin edilməmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar