Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2453/2023 05.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Nizami rayon bələdiyyəsi və Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müdaxilənin qadağan edilməsi tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və X4 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-975/2023 nömrəli, 2 mart 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı q əbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.
2. Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti Başçısının 965 nömrəli xx.xx.1998-ci il tarixli sərəncamına əsasən tikinti üçün ayrılmış Bakı şəhəri, Keşlə qəsəbəsi, Tramvay küçəsində yerləşən 400 kv.m torpaq sahəsi Cavabdeh adına qanuniləşdirilmişdir.
3. Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti aparatının Layihə-Smeta Bürosu tərəfindən təsdiq edilmiş, Cavabdeh məxsus Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Ə.Əzimzadə küçəsində yerləşən 11 saylı fərdi yaşayış evinin eskiz layihəsinin həmin fərdi yaşayış evinin baş planında mağazanın arxa hissəsi Cavabdeh hasara alınmış həyətyanı sahəsinin hüdudları daxilində əks edilmişdir. 4. ünvan 1 ünvandakı sahəsi 105.4 k v.m olan mağaza 1900-cü ilin 90-cı illərində inşa edilmiş, "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixdə həmin mağazanın yerləşdiyi ərazinin və sahəsinin plan-sxemi çəkilərək inventarlaşdırılmış və 75500 manat dəyərində qiymətləndirilmiş, bu barədə İddiaçı adına hesabat cədvəli tərtib edilmişdir.
5. Keşlə Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli qərarı ilə həmin xx.xx.2021-ci il tarixli hesabat cədvəli həmin qeyri-yaşayış sahəsinin mübahisəli olduğunu nəzərə alaraq ləğv olunmuşdur. 6. 11 nəfər qonşular tərəfindən akt tərtib edilərək mübahisəli obyektin 1999-cu il tarixdə X10 tərəfindən inşa edildiyi və həmin vaxtdan onun həyat yoldaşı İddiaçı istifadəsində olduğu bildirilmişdir. xx.xx.2021-ci il tarixli aktı imzalamış Keşlə qəsəbə sakinləri xx.xx.2022-ci il tarixdə yenidən akt tərtib edərə k X10 tərəfindən başqa sənəd yığmaq adı ilə yanlış məlumat verildiyi üçün imza etdiklərini, mübahisəli mağazanın Cavabdeh istifadəsində olduğunu bildirmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Nizami rayon Bələdiyyəsi və Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti cəlb edilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanındakı sahəsi 105,4 kv.m olan və tikildiyi vaxtdan da onun istifadəsində olan mağazaya cavabdeh tərəfindən qanunsuz müdaxilənin qarşısının alınması və ona qanunsuz müdaxilənin qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı tələbini belə əsaslandırmışdır k i, ünvan 1 ünvandakı sahəsi 105.4 kv.m olan mağaza onun həyat yoldaşı X10 tərəfındən inşa edilmiş və həmin vaxtdan da onun istifadəsində olmuşdur. Qeyd olunan mağazaya dair mülkiyyət sənədi alınmasa da, istifadəsində olan həmin obyekt "xxxx" MMC tərəfindən həmin mağazanın yerləşdiyi ərazinin və sahəsinin plan-sxemi çəkilərək inventarlaşdırılmış və 75500 manat məbləğində qiymətləndirilmişdir. Həmin mağazaya dair heç bir hüququ olmayan olan onun qaynıcavabdeh heç bir əsas olmadan ondan mağazanın ona təhvil verilməsini və mağazadan çıxmağını tələb etmişdir. Artıq cavabdehin obyektə qanunsuz müdaxiləsi müntəzəm xarakter aldığından mağazanı normal şəkildə işlətməyində böyük problemlər yaranmışdır. Cavabdeh qeyd olunan obyektə dair ona qarşı qanunsuz tələblərindən və müdaxilələrindən əl çəkmədiy i üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmış və hesab etmişdir ki, mübahisənin həll olunması üçün məhkəmə qaydasında ünvan 1 ünvandakı sahəsi 105,4 kv.m olan mağazaya cavabdeh tərəfindən qanunsuz müdaxilənin qarşısı alınmalı və ona qanunsuz müdaxilə qadağan edilməlidir. İddia ərizəsinə əlavə edilən 11 nəfər qonşuları tərəfindən tərtib edilərək imzalanmış aktdan da görünmüşdür ki, qeyd olunan obyekt 1999-cu il tarixdə onun həyat yoldaşı X10 tərəfindən inşa edilmiş və həmin vaxtdan da onun istifadəsində olmuşdur.
9. İddiaçı tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. O əlavə olaraq qeyd etmişdir ki, həmin yer 19971998-ci ildə zibilxana olmuş, o vaxtlar yoldaşı oranın zibilini təmizlətmiş və mağazalar tikdirmiş dir. Həmin yer tikiləndə yoldaşı pul vermiş, kiçik qaynı da tikdirmişdir. Amma oranı kiçik qaynı Faiq 15 il işlətmiş, Faiq anası ilə qalmış, imkanı olmamış, oradan dolanmışdır. Sonra həmin kiçik qaynı müflisləşmiş, mağazanı işlədə bilməmiş və yoldaşı ona borclarına görə evini satmaması üçün 10 il əvvəl 34000 ABŞ dolları məbləğində pul vermişdir. Bundan sonra Abuzər oranı təmir etdirmişdir. Cavabdeh Faiqə 4000 ABŞ dolları pul vermiş, həmin pulu da Faiq qaytarmışdır. Oranın layihəsini kiçik qaynı vermiş, arxaya pəncərə və qapı qoymuşdur ki, hava axını olsun. Sonra kiçik qaynını yoldaşı çıxarandan sonra cavabdehin yoldaşı gəlib pəncərəni bağlamasını demiş, onlar da pəncərəni bağlamışlar. Cavabdeh sonra bunlara qapını da bağlamağı demiş, o da bu barədə yoldaşına söyləmiş, yoldaşı da qardaşı gə lib desə qapını bağlayacağını bildirmişdir. Orada dərzi, gözəllik salonu, ərzaq və meyvə-tərəvəz mağazası olmuş və hamısı da onların olmuşdur. Ora əvvəllər bir dükan olmuş, sonradan da bölünmüşdür. Cavabdehin evi 4 sotda yerləşmiş, mağazasına qədər olan torpağı cavabdeh qanunsuz zəbt etmişdir. O, həmçinin bildirmişdir ki, əvvəl onlar orada, mağazanın 20 metrliyində yaşamış, sonra oranı satmış və indi də Keşlədə bir az aralıda yaşamışlar. Əvvəllər işığın kodu onun adına olmuş, sonradan qanunsuz heç bir sənədi olmadan cavabdeh “ASAN” xidmətdə işığı adına keçirmişdir. Tikinti onlara məxsus olmuş və cavabdeh ərzaq mağazasını işlədən şəxsə hədə-qorxu gəldiyi üçün həmin şəxs mağazanı tərk etmişdir. Cavabdehin hədəqorxularının ucbatından meyvə və ərzaq mağazasını heç kəs icarəyə götürmək istəməmi şdir. Dərzi və gözəllik salonu uzun müddətdir ki, işləmiş və icarə haqqını ona ödəmişlər. Dərzi və gözəllik salonunda işləyənlərə də cavabdeh qaziləri çağırmış və həddə-qorxu gəlmişdir. Cavabdehin tikilisini kirayəçi rəngləmişdir. Kamera kirayəçiyə məxsus olduğundan özü ilə aparmışdır. Cavabdeh iş məhkəməyə düşənədək onlara 30000 manat pul təklif etmişdir.
10. İddiaçının vəkili və nümayəndəsi əlavə olaraq qeyd etmişdir ki, həmin tikili iddiaçının yoldaşı tərəfindən tikilmiş və ekspertiza rəyində də qeyd edilmişdir ki, tikili hasarın hüdudlarında olmamışdır. Cavabdehin həmin mağazaya dair heç bir hüquqi sənədi olmamışdır. Sərəncam 4 sota verilmiş və orada da cavabdeh özünə ev tikmişdir. Oradakı tikili qanunsuz olmuş, heç kəsə aid olmamış, qarşı tərəfin də bununla bağlı heç bir sübutu olmamı şdır.
11. Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirmiş və iddianın rədd edilməsini xahiş etmişdir. O qeyd etmişdir ki, iddiaçı obyektə dair Bələdiyyə sənədi düzəldəndə onun məlumatı olmamışdır. İddiaçının heç bir sənədi olmamış, onun 4 sot sahəyə sənədi olmuş, həmin 4 sot bu tikililərin yeri olmuşdur. O, zəbt etdiyi torpaqda ev tikmiş, sənədi olan torpaqda isə mağazaları tikmişdir. Birinci olaraq mağazalar, sonra isə ev tikilmişdir. Göründüyü kimi tikililər onun həyətində yerləşmiş, evinin tikintisi ilə eyni normalarda olmuş, evin mağazanın hasarı eyni olmuş, hətta tikili ilə evinin üz rəngləri də eyni idi, sonradan bu məsələ ortaya çıxdıqda iddiaçı tərəfindən ona aid olan tikilini rənglənmişdir. Evin sonradan rənglənməsi tikilinin divarından çıxarılmış kameranın yerindən görünmüşdür. Həmin evi tikən ustalar Göyçay rayonundan bir briqada idilər. Tikiliyə gedən işıq və kanalizasiya xətləri onun həyətindən gedmişdir. Onun evinin layihəsindən görünmüşdür ki, mağaza da onun layihəsinin daxilində yerləşmişdir. İcra hakimiyyəti 2007-ci ildə layihə vermiş və həmin layihə hazırda qüvvədə qalmışdır. İddiaçı gözəllik salonundakı qızla yaxın idi, səs getməsin deyə oranı bağlatdırmışlar, dükanda alıcılar və satıcılar olduğu üçün qapını bağlamışlar. Oranın adı köşk gedmiş, su onun adına olmuş, lakin işıq heç kəsin adına olmamışdır. O, rayonda xəstə olan zaman dəllal (makler) ona zəng etmişdir ki, qardaşı buranı satır, gəlib üstünə satılır elanının yazıldığını görmüşdür. O da həmin elanı cırıb atmışdır. Tikilinin açarı iddiaçıda olmuş, amma arxanın açarı onlarda idi. O, onlara oran ı qardaş kimi vermiş, indi də satdıqları üçün əllərindən almışdır. O vaxt anası ona Faiqə oranı tikdirməsi üçün 4000 ABŞ dolları verməsini demiş, o da vermişdir. Faiq hazırda həmin pulu ona qaytarmamışdır. O da məhkəməyə iddia vermək istəmiş, lakin yoldaşı qoymamışdır. İddiaçı ondan təmirə görə 70000 manat pul istəmiş, o da təmirə görə maşınını satıb 30000 manat verə biləcəyini demişdir.
12. Cavabdehin vəkili və nümayəndəsi iddia tələbinə dair etiraz, ərizə və yazılı məhkəmə çıxışı ünvanlayaraq iddia tələbi əsassız olduğu üçün iddia tələbinin rədd edilməsini xahiş etmişdir. O bildirmişdir ki, iddiaçının iddia etdiyi ünvan 1 ünvandakı sahəsi 105,4 kv.m olan mağaza cavabdeh tərəfindən 1999-cu il tarixdə inşa edilmiş, həmin mağazanın yerləşdiyi torpaq sahəsi cavabdehə Nizami rayon İcra Haki miyyəti Başçısının 965 nömrəli xx.xx.1998-ci il tarixli sərəncamı ilə verilmişdir. Cavabdeh həmin sahədə fərdi yaşayış evi, bir otaqdan ibarət mağaza və bir neçə kiçik otaq inşa etmişdir. Həmin sərəncamla torpaq sahəsinin qeyri-yaşayış sahəsinin, yəni mağazanın altına, yaxud evin altına düşməsi məlum olmamışdır. Mağazanın arxa qapısı cavabdehin həyətinə baxmışdır. Mağazanı əvvəllər kiçik qardaşı X11, sonra isə digər qardaşı X7 müvəqqəti olaraq vermişdir. X7 qardaşının müəyyən ehtiyaclarını ödəməsi üçün vermiş və bunun müqabilində cavabdeh heç bir haqq almamışdır. Hazırki mübahisə iddiaçının həyat yoldaşı X6 qanunsuz müdaxiləsindən sonra başlanılmışdır. Həmçinin, iddia ərizəsinə əlavə edilmiş xx.xx.2021-ci il tarixli hesabat cədvəli Keşlə bələdiyyəsinin xx.xx.2021-ci il tarixli qərarı ilə, Keşlə qəsəbə sakinləri tərəfindən xx.xx.2021-ci il tarixdə tərtib olunmuş akt isə həmin şəxslər tərəfindən ləğv edilmiş və kommunal xidmətlərə dair müqavilə də cavabdehin adına qeydiyyatda olmuşdur. xx.xx.2021-ci il tarixli aktı imzalamış Keşlə qəsəbə sakinləri X10 tərəfindən başqa sənəd yığmaq adı ilə yanlış məlumat verildiyi üçün imza etdiklərini bildirmişlər. Həmin şəxslərin xx.xx.2022-ci il tarixdə tərtib edərək imzaladığı aktda mübahisəli mağazanın Cavabdeh tərəfindən tikildiyi və ona məxsus olmaqla istifadəsində olduğunu bildirmişdir.
13. Üçüncü şəxs Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti Başçısı Aparatının nümayəndəsi bildirmişdir ki, sərəncam 1998-ci ilin sərəncamı olmuş, Arxiv haqqında Qanunda sənədlərin saxlama müddəti 5 il müəyyən olunmuş, tərəf birbaşa arxiv idarəsinə müraci ət etsə yaxşı olar. Arxiv sərəncamı çıxarıb vermiş, sərəncamın arxasında layihə olmalı idi. Əgər onlarda olubsa da hal-hazırda onlarda deyil arxivə təhvil verilmişdir. Onlarda 2017-ci ilə qədər olan sənədlər arxivə verilmişdir. Akt mülkiyyəti təsdiq edən hüquqmüəyyənedici sənəd deyil ki, bu torpağın kiməsə aid olub-olmadığı müəyyən olunsun. İddiaçının heç bir sənədi yoxdursa, həmin torpaq sahəsində tikilmiş tikiliyə görə bələdiyyənin və dövlətin qarşısında öhdəlik daşıyır, əgər xüsusi mülkiyyətdə olan torpaq sahəsi deyilsə, həmin torpaq sahəsi qanunla qorunan mülkiyyətçinin maraqlarına toxunmursa, həmin mülkiyyətçi iddia qaldıra bilməz ki, niyə tikili tikmişdir.
14. X2 ifadəsində göstərmişdir ki, o, oradakı zibilliyi təmizləmiş və mağazanı tikdirmişdir. 1998-1999-cu ildə tikinti materialı göndərmiş, oranı qardaşı Faiq tikib düzəltmişdir. O, tikdirdiyi mağazanı işlətmək üçün yoldaşına vermiş, sonra yoldaşı da onun qardaşı Faiqə icarəyə vermişdir. Bir müddətdən sonra qardaşı Faiq oranı işlədə bilməmiş və o da başqa ünvanda olan evini 2012-2013-cü ildə sataraq qardaşına borcunu qaytarması üçün 30000 ABŞ dolları vermiş, qardaşını da oradan çıxartdırmışdır. O, heç Faiqdən icarə də almamışdır. Onların bələdiyyədən icazələri olmuşdur. Mağazanın ünvanı Ə.Əzimzadə küçəsi 20 olmuş, cavabdehin evinin ünvanı isə köhnə Tranvay küçəsi, hazırki Ə.Əzimzadə küçəsi 11/1 E olmuşdur. Tranvay küçəsi 10 ildir ki, ləğv edilmişdir. Cavabdehin 4 sot torpağına sərəncamı olmuş, həmin sahə evin yerləşdiyi torpaq sahəsindən aralı olmuşdur. Orada işiq onun adına, vergi də yoldaşının adına olmuş, o, 22 i l işıq pulu vermişdir. Arxadan qapı var idi, mağazaya hava gəlsin deyə qoymuşdur. Mağaza üçün 300 manat, balaca yer üçün 100 manat icarəyə vermişlər, meyvə yerini də cavabdeh işlətməyə imkan verməmişdir O, həmin yeri sonradan Ülvü adında şəxsə kirayə vermiş, lakin cavabdeh imkan vermədiyi üçün Ülvi də işlədə bilməmişdir. O, həmin vaxt cavabdehə demişdir ki, pulu yoxdursa oranı satıb 5000-6000 manat məbləği xərcləməyə verə bilər. İddiaçı müəyyən təmir xərcini qoymuş və o təmir xərcini hazırda istəmişdir.
15. X5 ifadəsində göstərmişdir ki, bu iki qardaş onun məhəllə uşaqları və qonşuları olmuşlar. O mağaza Abuzərin idi, ora göl, zibillik idi. 20 ildən çox olar ki, oranı Abuzər təmizlətmiş və sonra da mağaza etmişdir. Həmin yerdə əvvəllər mağazadan 10-20 metr aralıda Abuzərin evi olmuşdur. Cavabdeh orada sonradan ev tikmişdir. Orada cavabdehin hasarı olmamış, cavabdeh hasar tikdirəndən sonra zibillik qıraqda qalmışdır. Lakin, tikintidə usta kimi kim işlədiyini bilməmişdir.
16. X1 ifadəsində göstərmişdir ki, cavabdeh ilə qonşu olmuşdur. Cavabdeh orada torpaq almış, ev tikmiş, sonra orada dükan edib işlətmişlər. Orada çoxdan yaşamışdır. Abuzəri tanımış, bunlar mehriban qardaşlar olmuşdur. O, birinci evin yoxsa mağazanın tikilməsini tam xatırlamamışdır. O bildiyinə görə onlar oranı birlikdə tikmişlər. Cavabdehin evi orada olduğu üçün düşünmüşdür ki, ora cavabdehindir. Mağazada arxaya qapı, ayrıca satıcı olmuşdur.
17. X3 ifadəsində göstərmişdir ki, orada çoxdandır ki, yaşamışdır. Orada mağaza bağlı idi, o da Abuzərə nə üçün bağlı olduğunu soruşmuş, qonşular da narazılıq etdiyini demişdir. Buna görə də akta qol çəkmişdir. Əslində aktın nə üçün olduğunu tam olaraq bilməmişdir. Cavabdehin də, Abuzərin də xətrini istəmiş, onlara heç birinə düşmənçiliyi olmamışdır. Orada cavabdehin evi olmuş, amma mağazanın kimin olduğunu, mağazanın içində qapı olub-olmadığını bilməmişdir. Qardaşların arasında münasibət yaxşı olmuşdur.
18. Cavabdehin qardaşı X14 məhkəməyə teleqram ünvanlayaraq, teleqramda bildirmişdir ki, iddianın predmeti olan Nizami rayonu, Keşlə qəsəbəsi, Əzim Əzimzadə küçəsi 20-də yerləşən mağaza qardaşı X6 şəxsi vəsaiti hesabına tərəfindən həmən ərazidə yerləşən zibilxana təmizlənərək tikilmiş və qardaşı Abuzər Məmmədovun həyat yoldaşı iddiaçının istifadəsinə verilmişdir. Həmin obyektlər qardaşı Abuzər tərəfindən tikdirilərək həyat yoldaşının istifadəsinə verilmi ş, mağaza iddiaçının 24-25 ildir ki, istifadəsində olmuş və onun tərəfindən vergilər ödənilmişdir. İddianın predmeti olan obyektin qardaşı cavabdehə heç bir aidiyyəti olmamışdır. O, xəstəliyi ilə əlaqədar olaraq şahid qismində məhkəməyə gələ bilməyəcəyi üçün üzrlü sayılmasını xahiş etmişdir. Daha sonra onun tərəfindən yenidən məhkəməyə teleqram ünvanlanaraq xx.xx.2022-ci il tarixdə məhkəməyə ünvanlanmış teleqramda yazılmış sözlərin onun fikrini ifadə etmədiyini bildirmiş və nəzərə alınmasını məhkəmədən xahiş etmişdir.
19. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin 20 iyul 2022-ci il tarixli 10/2667 nömrəli ekspert rəyinə əsasən ünvan 1 ünvanında yerləşən, faktiki sahəsi 24.96 kv.m olan mağazanın arxa hissəsi cavabdehin hasara aldığı torpaq sahəsinin hüdudları daxilində yerləşmişdir. Mağazanın yerləşdiyi torpaq sahəsinə dair mülki iş materialında hər hansı bir hüquqmüəyyənedici sənəd olmadığından, həmin torpaq sahəsinin cavabdehə ayrılmış torpaq sahəsində yerləşib-yerləşməməsini müəyyən etmək mümkün olmamışdır.
20. Məhkəmə tərəfindən 31 avqust 2022-ci il tarixdə mübahisəli obyektə yerli baxış keçirilmişdir. Yerli baxış zamanı müəyyən edilmişdir ki, mübahisəli ünvan 1 ünvanında yerləşən tikilinin arxa tərəfi cavabdehin həyətyanı torpaq sahəsinə düşmüşdür. Həmin ünvanda yerləşən tikili ərzaq satışı mağazasından, dərzi üçün ayrılmış otaqdan, gözəllik salonundan və meyvə-tərəvəz satışı mağazasından ibarət olmuşdur. Baxış zamanı həmçinin mübahisəli obyek tdə dərzi və gözəllik salonunun işlək vəziyyətdə, digər ərzaq mağazası və meyvə-tərəvəz mağazasının isə qapılarının bağlı vəziyyətdə olması, ərzaq mağazanın ön qapısının açarlarının iddiaçı tərəfdə, arxa qapısının açarlarının isə cavabdeh tərəfdə olması, obyektin salon hissəsinin əvvəl mövcud olmuş pəncərəsinin sonradan hörülərək bağlanılması, ümumilikdə obyektə quraşdırılmış kondisionerin və krosnı antenasının cavabdehin həyəti tərəfdə olması, tikiliyə gedən işıq, su xətlərinin tikilinin arxa hissəsində cavabdehin həyətindən ayrılması, kanalizasiya xəttinin cavabdehin həyətindən keçən xətlə axıdılması, bundan başqa tikililərin cavabdehə məxsus hasar və digər tikililərinə xas xüsusiyyətlərə malik tikili olması, tikilinin və cavabdehin hasarının əvvəl eyni rəngdə olması, lakin sonradan obye ktin rənginin ağ rəngdə rənglənməsi, buna baxmayaraq künc hissələr və əvvəllər mövcud olmuş, sonradan sökülmüş təhlükəsizlik kamerasının yerindən obyektin rənginin ağ rəngə dəyişdirilməsi müəyyən olunmuşdur. Bundan əlavə yerli baxış zamanı özünü dərzi Kəmalə xanım kimi təqdim edən qadın 16 ilə yaxın olar ki, burada işlədiyini və ayda 50 manat icarə haqqını, gözəllik salonundakı özünü Mələk xanım kimi təqdim edən qadın isə 8-9 il müddətdir ki, burada işlədiyini və icarə haqqını iddiaçıya verdiklərini bildirmişlər.
21. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(007)-615/2022 nömrəli iş üzrə 10 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Həqiqət Əhmədova) iddia rədd edilmişdir.
22. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur k i, iddiaçı tərəfindən mübahisələndirilən ünvan 1 ünvanındakı qeyri-yaşayış sahəsi özbaşına tikili olmaqla hazırda iddiaçı tərəfindən müxtəlif şəxslərə icarəyə verilmişdir. İddiaçı məhkəməyə müraciət edərək, həyat yoldaşının vəsaiti hesabına tikildiyi vaxtdan da onun istifadəsində olan özbaşına tikiliyə cavabdeh tərəfindən qanunsuz müdaxilənin qarşısının alınması və ona qanunsuz müdaxilənin qadağan edilməsini xahiş etmişdir. Lakin iddiaçının həmin tikilinin həqiqətən onun həyat yoldaşının vəsaiti hesabına tikilməsi, obyektin tikilən vaxtdan da onun istifadəsində olması, həmin obyektə dair onun “Gözlənti hüququ”nun olmasına dair məhkəməyə mötəbər sübutlar təqdim edilməmişdir. Belə ki, məhkəmə iclasında iştirak etmiş iddiaçının həyat yoldaşı Abuzər Məmmədov istisna olmaqla digər şahidlər öz i zahatlarında və Faiq Məmmədov isə məhkəməyə ünvanlanmış teleqramlarında həmin tikilinin kimin vəsaiti hesabına tikilməsi barədə məhkəməyə ziddiyyətli fikirlər bildirmişlər, məhkəmə tərəfindən keçirilmiş yerli baxış zamanı və iş üzrə keçirilmiş ekspertiza rəyi ilə də obyektin həqiqətən iddiaçıya aid olması faktı öz təsdiqini tapmamışdır. Əksinə mübahisəli qeyri-yaşayış sahəsinin arxa hissəsinin cavabdehin hasara aldığı torpaq sahəsinin hüdudları daxilində yerləşməsi müəyyən olunmuşdur. Həmçinin iş materiallarına əlavə edilmiş ödəniş qəbzlərinin surətindən görünmüşdür ki, köşk kimi qeydiyyata alınmış qeyri-yaşayış sahəsinin elektrik enerjisinin istehlak haqqı həm iddiaçı həm də cavabdeh tərəfindən ödənilmişdir.
23. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157, 178.2, 1 80.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
24. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
25. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-975/2023 nömrəli mülki iş üzrə 2 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Şərafət Məmmədova (sədrlik edən və məruzəçi), Günay Axundova və Məhəmməd Rüstəmli) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
26. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiya məhkəməsinin mövqeyi o ndan ibarət olmuşdur ki, iddiaçının mübahisəli tikilinin-qeyri yaşayış sahəsinin sahibi olması, qeyri-yaşayış sahəsinin onun sahibliyində olması iş materialları ilə təsdiqini tapmamışdır. Belə ki, iddiaçı özü də iddia ərizəsində və izahatında bildirmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsi onun əri Abuzər Məmmədov tərəfindən tikilmişdir. Hazırkı iş üzrə isə X10 iddiaçı deyil, şahid qismində birinci instansiya məhkəməsinin iclasında iştirak etmişdir. İddiaçı bildirmişdir ki, əri mağazanı inşa etdiyi vaxtdan mağaza onun sahibliyində olmuşdur. Odur ki, hazırkı iddianı o qaldırmış və buna subyektiv hüququ olmuşdur.
27. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində də “...ünvan 1 ünvandakı sahəsi 105.4 kv.m olan mağaza onun həyat yoldaşı X10 tərəfındən inşa edilmiş və həmin va xtdan da onun istifadəsindədir. Qeyd olunan mağazaya dair mülkiyyət sənədi alınmasa da, istifadəsində olan həmin obyekt "xxxx" MMC tərəfindən həmin mağazanın yerləşdiyi ərazinin və sahəsinin plan-sxemi çəkilərək inventarlaşdırılmış və 75500 manat dəyərində qiymətləndirilmişdir. Həmin mağazaya dair heç bir hüququ olmayan cavabdeh olan onun qaynı Cavabdeh heç bir əsas olmadan ondan mağazanın ona təhvil verilməsini və mağazadan çıxmağını tələb edir....Qeyd olunan obyekt 1999-cu il tarixdə onun həyat yoldaşı X10 tərəfindən inşa edilmiş və həmin vaxtdan da onun istifadəsindədir.” qeyd etmişdir. Lakin iddiaçı birinci instansiya məhkəməsində və apellyasiya baxışı zamanı isə qeyd olunan obyektin 1999-cu il tarixdən iddiaçının istifadəsində olmasını deyil, iddia ərizəsi ilə ziddiyyət təşkil edən izahatında bildirmişdir ki, “... həmin yer 1997-1998-ci ildə zibilxana olmuş, o vaxtlar yoldaşı oranın zibilini təmizlətmiş və mağazalar tikdirmişdir. Həmin yer tikiləndə yoldaşı pul vermiş, kiçik qaynı da tikdirmişdir. Amma oranı kiçik qaynı Faiq işlədirdi, Faiq oranı 15 il işlətmişdir, Faiq anası ilə qalırdı, imkanı yox idi, oradan dolanırdı.”
28. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş şahid (iddiaçının əri) X10 ifadəsində göstərmişdir ki, “o, oradakı zibilliyi təmizləmiş və mağazanı tikdirmişdir. 1998-1999-cu ildə tikinti materialı göndərmiş, oranı qardaşı Faiq tikib düzəltmişdir. O, tikdirdiyi mağazanı işlətmək üçün yoldaşına vermiş, sonra yoldaşı da onun qardaşı Faiqə icarəyə vermişdir.” Şahid (iddiaçının əri) X10 ifadəsində daha sonra göstərmişdir ki, “...iddiaçı müəyyən təmir xərcini qoymuş və o təmir xərcini hazırda istəyir.” Beləliklə, iddiaçının müəyyən təmir xərcini qoyması və onun təmir xərcini hazırda istəməsi barədə şahid qismində dindirilmiş iddiaçının əri X6 ifadəsi də mübahisəli tikilinin iddiaçıya məxsus olması iddiası ilə ziddiyyət təşkil etmişdir.
29. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının cavabdehə qarşı iddiası ünvan 1 ünvanındakı sahəsi 105,4 kv.m olan və tikildiyi vaxtdan da onun istifadəsində olan mağazaya cavabdeh tərəfindən qanunsuz müdaxilənin qarşısının alınması və ona qanunsuz müdaxilənin qadağan edilməsi tələbindən ibarət olmuşdur. Lakin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, mübahisəli obyekt uzun müddətdir ki, fəaliyyət göstərməmişdir. Qadağan edilməsi məhkəmə qayda sında tələb olunan müdaxilənin isə nədən ibarət olması da dəqiq olmamaqla, bu barədə hüquq mühafizə orqanlarına hər hansı müraciət edilməsi də iş materiallarından müəyyən olunmamışdır.
30. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157, 178.2, 180.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
31. İddiaçı (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
32. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi səhv nəticələrə əsaslanmaqla onu təkrarlamış, şikayətin məzmunun qətnaməsində əks etdirməklə kifayətlənmiş, onun dəlillərinə müfəssəl hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəməsi qətnaməsində iddiaçının mübahisəli tikilinin – qeyri-yaşayış sahəsinin sahibi olması, bu sahənin onun sahibliyində olmasının iş materialları ilə təsdiqini tapmamasına dair nəticəsi aşağıdakılarla təkzib edilmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququnun olması ilə razılaşması faktı birmənalı olaraq onu təsdiq etmişdir ki, mübahisəli tikilinin iddiaçıya aidiyyətı və onunla bağlılığı olmuşdur. Belə olmasa idi, məhkəmə iddia tələbinə “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 4 may 2007- ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarı”na uyğun olaraq subyektiv hüquq baxımından hüquqi qiymət verərək iddianı rədd edərdi. Lakin apellyasiya instansiyası məhkəməsi iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququnun olması ilə razılaşsa da, iddia tələbinə işin faktiki və müəyyən edilmiş hallarına təqdim edilmiş sübutların mötəbərliyi baxımından düzgün hüquqi qiymət verməmişdir.
33. Kassator qeyd etmişdir ki, ünvan 1 ünvandakı sahəsi 105.4 kv.m olan mağaza onun həyat yoldaşı X10 tərəfındən inşa edilmiş və həmin vaxtdan da onun istifadəsində olmuşdur. Həmin yer 1997-1998-ci ildə zibilxana olmuş, o vaxtlar yoldaşı oranın zibilini təmizlətmiş və mağazalar tikdirmişdir. Həmin yer tikiləndə yoldaşı pul vermiş, kiçik qaynı da tikdirmişdir. Amma oranı kiçik qaynı Faiq 15 il işlətmişdir. Bu faktı iddiaçının əri X10 və digər X5 ifadələrində təsdiq etmişlər. Apellyasiya instansiyası məhkəməsində qeyd edilən faktın digər sübut növləri ilə təsdiq edilməsi üçün iddiaçının və onun ərinin X6 izahat və ifadələrindən adı qeyd edilən sonuncunun qardaşı X9 şahid qismində ifadə verməsinə dair vəsatət verilsə də, apellyasiya instansiyası məhkəməsi əsassız olaraq bu vəsatəti təmin etməmişdir. Belə ki, həmin şahidin ifadəsinin alınması işin obyektiv və ədalətli həlli baxımından çox əhəmiyyətli olardı. Apellyasiya instansiyası məhkəməsi qətnaməsində iddiaçının həyat yoldaşı Abuzər Məmmədov istisna olmaqla digər şahidlərin öz izahatlarında və Faiq Məmmədovun isə məhkəməyə ünvanlan mış teleqramlarında həmin tikilinin kimin vəsaiti hesabına tikilməsi barədə məhkəməyə ziddiyyətli fikirlər bildirmələrini göstərsə də, bu ziddiyyətlərin aradan qaldırılması üçün heç bir hərəkət etməmişdir. Bunun üçün ən azından verilmiş vəsatət təmin edilməli və mübahisədə tam olaraq kimin haqlı, kimin haqsız olmasını sübut etmək üçün əsasən Faiq Məmmədovun ifadəsi alınmalı idi. Onda olan məlumata əsasən Faiq Məmmədov birinci instansiya məhkəməsinə vurduğu teleqramdan sonra cavabdeh onun şəxsiyyət vəsiqəsini gizlin götürərək onun adından məhkəməyə ikinci teleqramı vurmaqla birinci teleqramı şübhə altına alınmasına nail olmuşdur. Apellyasiya instansiyası məhkəməsinin göstərilən mühüm və diqqətəlayiq məqamları aydınlaşdırmaq üçün ətraflı araşdırma aparmayaraq iddiaçının həmin tikilinin həqiq ətən onun həyat yoldaşının vəsaiti hesabına tikilməsi, obyektin tikilən vaxtdan da onun istifadəsində olması, həmin obyektə dair onun “Gözlənti hüququ”nun olmasına dair məhkəməyə mötəbər sübutlar təqdim edilməməsi kimi səhv nəticəyə gəlmişdir. Həmçinin apellyasiya instansiyası məhkəməsi xx.xx.2021-ci il tarixli aktı imzalamış Keşlə qəsəbə sakinlərinin xx.xx.2022-ci il tarixdə yenidən akt tərtib etməklə mübahisəli mağazanın kimin istifadəsində olmasına dair ziddiyyətləri də araşdırmaq niyyətində də olmamışdır.
34. Kassator qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi nəticəsini əsaslandırmaq üçün birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş yerli baxış zamanı mübahisəli qeyri-yaşayış sahəsinin arxa hissəsinin cavabdehin hasara aldığı torpaq sahəsinin hüdudları daxilində yerləş məsinin müəyyən olunmasına da istinad edərkən iş materiallarında olan ekspertiza rəyinə və İcra Hakimiyyətinin müvafiq sərəncamına, eləcə də yerli baxış zamanı müəyyən edilmiş işin digər faktiki hallarına da diqqət yetirməmişdir. Göstərilən sənədlər mağazanın yerləşdiyi torpaq sahəsinin cavabdehə ayrılmış torpaq sahəsində yerləşməsini təsdiq etməmişdir. Həmçinin də cavabdeh tərəf də İcra Hakimiyyətinin verdiyi sərəncamla torpaq sahəsinin qeyri-yaşayış sahəsinin, yəni mağazanın altına, yaxud evin altına düşməsi məlum olmamasını inkar etməmişlər. Lakin apellyasiya instansiyası məhkəməsi cavabdehin sözügedən sərəncam əsasında torpaq sahəsində fərdi yaşayış evi istisna olmaqla bir otaqdan ibarət mağaza və bir neçə kiçik otaq inşa etməsinə dair hər hansı sübut təqdim etməməsinə ümumiyyətlə qiym ət verməmişdir. Həmçinin, yerli baxış zamanı müəyyən edilmişdir ki, mübahisəli sahədə yerləşən 4 mağazadan 2-si faktiki fəaliyyət göstərmiş və onların icarəçiləri icarədar kimi iddiaçıya illərdir ki, hər ay icarə haqqı ödəmişlər. Belə olan halda apellyasiya instansiyası məhkəməsi iddiaçının mübahisəli tikilinin-qeyri-yaşayış sahəsinin sahibi olması, qeyriyaşayış sahəsinin onun sahibliyində olması iş materialları ilə təsdiqini tapmamasına dair tamamilə səhv nəticəyə gəlmişdir.
35. Kassator qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi araşdırmamışdır ki, həmin ünvanda yerləşən tikilidəki ərzaq satışı və meyvə-tərəvəz satışı mağazası nəyə görə hazırda fəaliyyət göstərməmişdir. Apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, iddiaçı məhkəməyə müraciət edərək, həyat yoldaşının vəsaiti hesabına tikildiyi vaxtdan da onun istifadəsində olan özbaşına tikilinin özünün istifadəsində olmasına baxmayaraq tikilidəki ərzaq satışı və meyvə-tərəvəz satışı mağazasının fəaliyyət göstərməsi üçün cavabdeh tərəfindən qanunsuz müdaxilənin qarşısının alınması və ona qanunsuz müdaxilənin qadağan edilməsini xahiş etmişdir. Belə ki, cavabdehin hədəqorxularının ucbatından meyvə və ərzaq mağazasını heç kəs icarəyə götürmək istəməmişdir. Dərzi və gözəllik salonu uzun müddətdir ki, işləyir və icarə haqqını ona vermişlər, lakin orada işləyənlərə də cavabdeh qaziləri çağırmış və həddə-qorxu gəlsələr də, onlar fəaliyyətlərini davam etdirmişlər. Lakin hazırda meyvə və ərzaq mağazasının fəaliyyətsizliyi cavabdehin yaratdığı maneələrlə bağlıdır ki, bu maneələrin də aradan qaldırılması hazırk i iddianın predmetini təşkil etmişdir. Apellyasiya instansiyası məhkəməsi qadağan edilməsi məhkəmə qaydasında tələb olunan müdaxilənin nədən ibarət olmasının dəqiq olmamaqla, bu barədə hüquq mühafizə orqanlarına hər hansı müraciət edilməsinin də iş materiallarından müəyyən olunmaması kimi səhv hüquqi nəticəyə gəlmişdir. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi demək istəmişdir ki, iddiaçı əvvəlcə məhkəmə qaydasında tələb olunan müdaxilə barədə hüquq mühafizə orqanlarına hər hansı müraciət etməyinə görə iddiası əsaslı sayıla bilməz. Qeyd olunmalıdır ki, əvvəla qadağan edilməsi məhkəmə qaydasında tələb olunan müdaxilənin nədən ibarət olması aşkar olmuş və apellyasiya instansiyası məhkəməsinin ətraflı araşdırma aparmadığı üçün buna lazımi diqqət yetirməyərək düzgün hüquqi qiymət verməm işdir. İkincisi də iddiaçı məhz məhkəmə müdafiə hüququndan istifadə etməklə cavabdehin yaratdığı maneələrin qadağan olunmasını tələb etmiş və bunun üçün əvvəlcədən bu barədə hüquq mühafizə orqanlarına hər hansı müraciət edilməsi qanunda nəzərdə tutulmamışdır. Bu seçim iddiaçının hüququ olmuşdur.
36. Kassator qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının adına Keşlə Bələdiyyəsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli hesabat cədvəlinin həmin Bələdiyyənin xx.xx.2021-ci il tarixli qərarı ilə ləğv edilməsinə istinad etsə də, nəzərə almamışdır ki, sözügedən cədvəl həmin qeyri-yaşayış sahəsi mübahisəli olduğu nəzərə alınaraq ləğv olunmuşdur. Başqa sözlə, bu hesabat ya saxta, ya qanunsuz ya da düzgün tərtib edilməməsi əsası ilə ləğv edilməmişdir. İddiaçının iddiası əs aslı olduğu təsdiq edildiyi halda həmin sənəd mübahisə aradan qalxdığı üçün bərpa ediləcəyinə heç bir şübhə olmamışdır. Apellyasiya instansiyası məhkəməsinin iddiaçının həyat yoldaşı Abuzər Məmmədovun ifadəsində “İddiaçı müəyyən təmir xərcini qoymuş və o təmir xərcini hazırda istəyir.” bildirməsinə istinad etməsi də əsassız olmuşdur. Belə ki, şahid iddiaçının əri olsa da ifadəsində göstərilənlər məlumatlar olmuş və iddia tələbi olmamışdır. Əgər mübahisəli tikililər həqiqətən də cavabdeh tərəfindən inşa edilmişdirsə, o hazırki vaxta kimi həmin tikililərdən istifadəsi ilə bağlı ona iddiaçı və ya onun əri tərəfindən yaradılan maneələr barədə iddia qaldırmamışdır. Bu onu göstəricisi olmuşdur ki, cavabdeh mübahisəli tikililərin onun tərəfindən inşa edilməməsini yaxşı bilmişdir. Əks halda çoxdan bununla bağlı müvafiq şikayət və ya iddia verərdi. Həmçinin də apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, iddiaçı tərəf obyektin onun həyat yoldaşının vəsaiti hesabına tikilməsini, uzun müddət ərzində obyekti icarəyə verməsini, icarə haqlarının ona ödənilməsini, vergi ödəyicisi kimi uçotda olmasını, obyektin elektrik və digər xərclərini ödəməsini, cavabdehin onun obyektinə müdaxilə etməsini, cavabdeh tərəfin isə obyektin ona ayrılmış torpaq sahəsində yerləşməsini, onu əvvəl qardaşı Faiq Məmmədova sonra isə digər qardaşı Abuzər Məmmədova təmənnasız istifadə etməsi üçün istifadələrinə verməsini, obyektin satılmasına dair iddiaçı tərəfindən elan verildikdən sonra tərəflər arasında hazırki mübahisənin yaranmasını, obyektin təmirinə görə qarşı tərəfə obyektdən çıxması üçün 30000 manat təklif etməsini, iddiaçı tərəfin isə 70000 manat vəsait istəməsini bildirməsi kimi mühüm və diqqətəlayiq hallar iddianın heç də əsassız olmamasını, cavabdehin mübahisəli tikililərin evinin hasarının yaxınlığında yerləşməsindən sui-istifadə edərək oranı zəbt etmək üçün iddiaçıya süni maneələr yaradaraq mağazalardan istifadə etməyinə maneələr yaratmasını təsdiq edən xüsusatlar olmuşdur.
37. Kassator şikayətini Azərbaycan Respublikası Konstitusiyasının 60, 71, 127-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2, 4, 88, 217-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
38. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz edərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətb iq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
39. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
40. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
41. Maddə 178.2. Yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir.
42. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək – onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallar ına uyğun olmamasına istinad etməyə yol verilmir.
47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
48. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəm əsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
49. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
51. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfind ən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
52. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
53. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
54. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-975/2023 nömrəli, 2 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.