Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2454/2019 19.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Vafəddin Ələm oğlu İbayev və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı, vəkili Vəkil, Cavabdeh və vəkili Həsənov Hüseyn Xeybər oğlunun iştirakı ilə, İddiaçı Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-7895/2018 nömrəli iş üzrə 17 sentyabr 2018ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon Məhkəməsinin (hakim S.R.Səlimova) 2(011)-421/2018 nömrəli, 23 aprel 2018-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin olunması, mübahisəli qarajdan iddiaçının istifadəsinə yaratdığı maneələrə son qoyması və qarajın boşaldılaraq iddiaçıya təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, qalan hissədə iddianın təmin edilməməsi, cavabdehdən dövlət rüsumuna görə cəmi 10 manat məbləğində pulun iddiaçının xeyrinə, dövlət rüsumuna görə 20 manat məbləğində pulun və ekspertiza tədqiqatının dəyərinə görə 100 manat məbləğində pulun isə dövlət nəfinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın (hakimlər M.A.Məmmədov (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və X.Ə.Sarıyev) 2(103)-7895/2018 nömrəli, 17 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfin dən qəbul edilmiş 23 aprel 2018-ci il tarixli qətnaməsi ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, İddiaçı Cavabdeh qarşı “əmlakdan istifadəyə yaradılan maneəyə son qoyulması və sair tələbləri barədə” iddiası təmin edilməməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı “əmlakdan istifadəyə yaradılan maneəyə son qoyulması və sair tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, 16.08.2010-cu il tarixdə bağlanmış mənzilin tikintisinə və satışına dair 679 saylı müqaviləyə əsasən, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən (bundan sonra – MMC) mənzil və bir maşınlıq qaraj almış, həmin müqaviləyə əsasən MMC-yə mənzilə görə 67.200 manat, qaraja görə 11.850 manat ödəmişdir. Lakin buna baxmayaraq cavabdeh tərəfindən onun aldığı qarajdan istifadəsinə maneələr törədilir. 16 saylı qarajın sənədlərinin iddiaçıya məxsus olmasına baxmayaraq o, həmin qarajdan istifadə edə bilmir. Bununla bağlı cavabdehə həmin əmlakın ona məxsus olduğunu əsaslandırmaqla qarajı 5 gün ərzində təhvil verməsini xahiş etsə də, cavabdeh iddiaçıya əmlakından istifadəyə dair maneələrə son qoymamaqla qanunsuz hərəkət edir. Cavabdeh iddiaçının müraciətinə cavab olaraq yazılı surətdə ona 2006-cı ildən həmin binadan ev və 4 saylı qarajı almasını bildirmişdir. Cavabdeh eyni zamanda iddia edir ki, guya onun 4 saylı qarajı məhz iddiaçının aldığı 16 saylı qarajla eyni yerə düşür. Lakin həmin binada digər sakinlərin, yəni qaraj sahiblərinin sıra nömrəsinə baxılsa, görünər ki, cavabdeh faktiki olaraq iddiaçının 16 saylı qarajından istifadə edir. Bundan əvvəl cavabdeh 16 saylı qarajın qarşısında yerləşən 4 saylı qarajın yerində avtomobilini saxlayırdı. İlk vaxtlarda binada sakin az olduğundan cavabdeh avtomobilini öz yerində saxlamış, lakin digər qaraj sahibləri gəldikdən sonra yeri xoşuna gəlməmiş və iddiaçının 16 saylı qarajına keçmişdir. İddiaçı dəfələrlə bu yerin ona məxsus olmasını bildirsə də, cavabdeh buna məhəl qoymur. 16 saylı qarajla bağlı cavabdehdən əvvəl digər qonşu da həmin yerə iddia etmiş, lakin aralarında araşdırma apardıqdan sonra qonşu 16 saylı qarajın iddiaçıya məxsus olmasını qəbul etmişdir. Bu anlaşılmazlıqların səbəbi məhz bina sahiblərinin əmlak sahiblərinə verdikləri yalan məlumatlardır. Lakin təqdim edilən çertyojdan görünür ki, məhz cavabdehin qarajı sayılan 4 saylı qaraj iddiaçının qarajının qarşıs ında yerləşir və cavabdeh də son 1-2 il ərzində avtomobilini məhz orada saxlamışdır. Göstərilənlərə əsasən, ünvan 1 ünvanında yerləşən 108 saylı mənzilə təhkim edilmiş 16 saylı qarajla bağlı istifadəsinə dair yaradılan maneələrə son qoyulması, həmin qarajın boşaldılaraq ona təhvil verilməsi, maddi ziyanın əvəzi olaraq 5.000 manat, mənəvi ziyanın əvəzi olaraq 2.000 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-7895/2018 nömrəli iş üzrə 17 sentyabr 2018-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və iddia tələbinin tam təmin edilməməsi barədə yeni qər ar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına iddiaçının kassasiya şikayətinə qarşı etiraz daxil olmuşdur. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasında iştiarak edən Cavabdeh və vəkili Həsənov Hüseyn Xeybər oğlu kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən digər şəxslər iştirak etmədikləri üçün və iştirak etməməklərinin üzrlü səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini və izahatları dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin MKnın 2(103)-7895/2018 nömrəli iş üzrə 17 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməldir Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki halları nı araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Belə ki, podratçı olan MMC ilə sifarişçi olan (iddiaçı) İddiaçı arasında bağlanmış 16.08.2010-cu il tarixli 679 saylı “x xxx” görünür ki, MMC, ünvan1-də inşa etdiyi 11.3 saylı çoxmənzilli yaşayış binasının 13cü mərtəbəsində 3 otaqlı 108 saylı sahəsi 140 kv.m olan mənzili tikib sifarişçiyə təhvil verməyi, sifarişçi isə onun sifarişi ilə tikilən mənzili qəbul edib dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə 15.10.2015-ci il tarixdə edilmiş 2 saylı əlavədən görünür ki, 30.04.2011-ci il tarixli 168 nömrəli “xxxx” ilə qaraja görə İddiaçı tərəfindən MMC-yə ödənilmiş 11.850 manata, MMC sifarişçiyə ayırdığı bir maşınlıq yeri – qarajı 16 nömrə ilə qeydə almışdır. Podratçı olan MMC ilə sifarişçi olan (cavabdeh) Cavabdeh arasında bağlanmış 25.12.2006-cı il tarixli 299 saylı “xxxx” görünür ki, MMC, ünvan1-də inşa etdiyi 11.3 saylı çoxmənzilli yaşayış binasının 10-cu mərtəbəsində 3 otaqlı 96 saylı sahəsi 14 0 kv.m olan mənzili tikib sifarişçiyə təhvil verməyi, sifarişçi isə onun sifarişi ilə tikilən mənzili qəbul edib dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əlavə olaraq qaraj satışı ilə bağlı 11.12.2014-cü il tarixli 1149 saylı müqavilədən görünür ki, podratçı sözügedən binanın 2-ci blokunda yerləşən 4 saylı qarajını tikib sifarişçiyə təhvil verməyi, sifarişçi isə tikilən qarajı qəbul edib 17.000 manat dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Podratçı olan MMC ilə sifarişçi olan X3 arasında bağlanmış 23.12.2016-cı il tarixli 1456 saylı müqavilədən görünür ki, podratçı həmin binada 4 saylı qarajı tikib sifarişçiyə təhvil verməyi, sifarişçi isə tikilən qarajı qəbul edib 20.000 manat dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Xətai Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Rö vşən Ağayevin və digər şəxslərin iştirakı ilə tərtib olunmuş 12.05.2017-ci il tarixli aktdan görünür ki, MMC-nin ünvan 2 ünvanında yerləşən ofisinin mühasibatlıq otağında saxlanılan sənədlər siyahıya alınmış, 163 vərəqdən ibarət siyahı təsdiq edilməklə akta əlavə olunmuşdur. Akta əlavə olunmuş həmin siyahıdan görünür ki, 3 saylı binada 19 saylı qaraj (iddiaçı) İddiaçı, 4(16) saylı qaraj (cavabdeh) Cavabdeh, 4 saylı qaraj M.Əliyevə aiddir. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış ekspertiza tədqiqatının nəticəsi ilə verilmiş 09.01.2018-ci il tarixli, xxxxxx saylı rəydən görünür ki, MMC tərəfindən sözügedən binada İddiaçı və Cavabdeh satılmış qarajlar eyni yerlərdə deyil, İddiaçı satılmış qarajın plan üzrə və mövcud vəziyyətinə görə zirzəmiyə girişdən sol tərəfdəki sahədə (17, 18, 19 saylı qarajların yerləşdiyi sahəyə bitişik), Cavabdeh satılmış 4 saylı qarajın isə girişdən sağ tərəfdəki sahədə (3 və 5 nömrəli qarajların arasındakı sahə) yerləşdiyi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən mübahisəli sahəyə keçirilən baxış zamanı müəyyən olunmuşdur ki, zirzəmiyə girişdən sağ tərəfdəki sahədə sıra nömrəsi ilə 1, 2, 3, 4, 5, 6, 7, 8 nömrəli qarajların, girişdən sol tərəfdəki sahədə isə 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19 nömrəli qarajlar yerləşir. Cavabdeh özünə məxsus nəqliyyat vasitəsini faktiki olaraq 16 nömrəli qarajda saxlamış, həmin qarajın divarında 108 nömrəsi yazılmışdır. Birinci instansiya məhkəməsi tərəfindən şahid qismində dindiri lmiş “X14 LTD” MMC-nin direktoru X4 öz ifadəsində göstərmişdir ki, “xxxx” MMC-nin ünvan 3 ünvanında inşa etdiyi binada rəhbərliyi hal-hazırda “X14 LTD” MMC həyata keçirir. 2013-2014-cü illərdə o, “xxxx” MMC-də komendant olaraq işləmişdir. İddiaçı özünə məxsus qarajda müvəqqəti olaraq X6-nın avtomobilini saxlamasını onlara demişdir. Binada təmir işləri aparıldığı müddət ərzində Cavabdeh və X6 nəqliyyat vasitələrini müvəqqəti olaraq 2 saylı binanın qarajlarında saxlamışlar. Hal-hazırda o, Cavabdeh və X6-nın nəqliyyat vasitələrini 17 “B” saylı binanın faktiki olaraq hansı qarajında saxlamalarını bilmir. Tərtib olunan sxemdə İddiaçı qarajının nömrəsinin 19, Cavabdeh qarajının nömrəsi 16/4 olaraq göstərilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X7 öz ifadəsində bildirmişdir ki, onun qohumu İddiaçı 2011-ci ildə “xxxx” MMC-nin ünvan 4 ünvanında inşa etdiyi binada qaraj almış və qarajın dəyərini tam olaraq ödəmişdir. Həmin qarajların nömrəsi olmasa da “xxxx” MMC qarajın soldan girişdən 4-cü olması bildirilmiş, sonradan MMC qarajları nömrələmiş və İddiaçı satılan qarajın nömrəsinin 16 saylı olması bildirilmişdir. İddiaçı işləri ilə bağlı Gəncə şəhərində yaşadığından 16 saylı qarajı onun istifadəsinə vermişdir. Təmir işləri aparıldığından onlar bir müddət nəqliyyat vasitələrini 2 saylı binanın qarajında saxlamışlar. 2014-cü ilin əvvəlində o, nəqliyyat vasitəsini 16 saylı qarajda saxlamağa başlamışdır. Bundan sonra binanın X9 adlı sakini ona yaxınlaşıb 16 saylı qarajın ona satılmasını bildirmişdir. Bundan sonra aparılan araşdırmalar nəticəsində Cəlalı n qarajının 12 saylı qaraj olması müəyyən olunmuşdur. 2016-cı ildən “xxxx” MMC 16 saylı qarajı Cavabdeh vermiş, bu barədə dəfələrlə “xxxx” MMC və Cavabdehla mübahisənin həll edilməsinə cəhd edilsə də, nəticəsi olmamışdır. Bundan sonra o, nəqliyyat vasitəsini 19 saylı qarajda saxlamaq məcburiyyətindədir. Birinci instansiya məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X8 öz ifadəsində bildirmişdir ki, 4 saylı qaraj X2 məxsusdur. X11-lə X12 arasında qarajla bağlı gedən mübahisə barədə onun məlumatı vardır. Lakin 4 saylı qarajla bağlı heç bir mübahisə yoxdur. X12 ona mübahisəli qarajı göstərmiş, qarajlar nömrələnmədiyindən, o qarajların yerini sxemə əsasən bilir. Birinci instansiya məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X3 öz ifadəsində göstərmişdir ki, o, “xxxx” MMC ilə 23.12.2016 -cı il tarixdə bağladığı xxxx saylı müqaviləyə əsasən ünvan 4 ünvanında 4 saylı qarajı 20.000 manata almış, qarajın dəyərini tam olaraq ödəmiş və qaraj onun istifadəsinə verilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X5 ifadə verərək bildirmişdir ki, o, “xxxx” MMC ilə bağladığı müqaviləyə əsasən ünvan 3 ünvanında 1 saylı qarajı dəyərini tam olaraq ödəməklə almış, “xxxx” MMC 10 il əvvəl qarajı rəsmi qaydada onun istifadəsinə vermişdir. Onunla üzbəüz Sahibin qarajında hal-hazırda Murad öz avtomobilini saxlayır. Göstərilənlərə əsasən müəyyən olunur ki, iş üzrə üçüncü şəxs olan MMC sözügedən binada yerləşən 16 saylı qarajı iddiaçıya, 4 saylı qarajı isə cavabdehə inşa edib təhvil vermək barədə müqavilələr bağlamışdır. İddiaçı ilə 4 saylı qaraja dair müqavilə b ağlandıqdan sonra onun qarajının nömrəsinin tərtib olunan sxem və siyahılarda 16 və ya 16/4 olması qeyd olunmuşdur. Ümumiyyətlə, binanın zirzəmisində 19 ədəd qaraj yerləşir. Zirzəmiyə girişdən sağ tərəfdəki sahədə sıra nömrəsi ilə 1-8 nömrəli, girişdən sol tərəfdəki sahədə isə 9-19 nömrəli qarajlar yerləşir. Cavabdeh faktiki olaraq 16 nömrəli qarajdan istifadə edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.4-cü maddəsinə görə, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Belə ki, iş üzrə dindirilmiş şahidlər tərəfindən təsdiq olunmuşdur ki, iddiaçının istifadəsində 16 saylı deyil, 19 saylı qaraj olmuşdur. Sağdan 16-cı, soldan 4-cü qarajın cavabdehin istifadəsinə verilməsini MMC-nin direktoru Çingiz Məmmədov t əsdiq edir və bu hal işdə olan sxemlərlə də müəyyən olunur. İddiaçının cavabdehə məxsus olduğunu bildirdiyi 4 saylı qarajın isə cavabdehə deyil, Mətləb Əliyevə məxsus olması onun ifadəsi ilə öz təsdiqini tapmaqdadır. Apellyasiya instansiya məhkəməsinin araşdırması zamanı izahatı alınmış MMC-nın nümayəndəsinin bildirdiklərindən müəyyən olunur ki, müqavilələr tərtib olunarkən göstərilən qaraj nömrələri həmin vaxt bina tam hazır olmadığı üçün formal olaraq göstərilmiş, qarajlar təhvil verilənədək müqavilələrdəki nömrələrə riayət edilməsi nəzərdə tutulmuşdur. İddiaçıya 1 saylı qaraj satılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Göründüyü kimi, zərər vurmuş şəxsdən hüququ pozulmuş şəxsin xeyrinə mənəvi zərərin əvəzinin tutulması qanunda nəzərdə tutulmuşdur. Lakin bu zaman nəzərə alınmalıdır hüququ pozulmuş şəxs zərər vuran şəxsin hərəkəti (hərəkətsizliyi) nəticəsində mənəvi sarsıntı və iztirablara məruz qalmasını sübuta yetirməli, zərərin nədə ifadə olunmasını, bunların ha nsı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Belə ki, “Mənəvi zərərin ödənilməsi barəsində qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli qərarının 2-ci bəndinə görə: “Azərbaycan Respublikasının qanunvericiliyi, “İnsan hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında Konvensiyanın” müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından mənəvi zərər anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlığının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır”. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sözügedən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. “Məhkəmə qətnaməsi haqqında” Azə rbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olu nmuşdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-7895/2018 nömrəli iş üzrə 17 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-7895/2018 nömrəli iş üzrə 17 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2454/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2454/2019
19.04.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver