Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2454/2022 16.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2454/2022 (Açar sözlər: pul tələbi, yazılı qəbz) Bakı şəhəri, 16 may 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı, Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7291/2021 nömrəli, 23 sentyabr 2021ci il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icr aat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra “iddiaçı”) Cavabdeh (bundan sonra “cavabdeh”) 6000 manat borc verib.
2. Cavabdeh 01 iyun 2020-ci il tarixdə hərbi vəsiqənin kserosurətinin arxasına iddiaçıdan 6000 manat borc aldığını, borcu 2020-ci ilin avqust ayının sonunda qaytarmağı öhdəsinə götürüb.
3. Mübahisə həmin pulun qaytarılmaması ilə bağlı yaranıb. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, 6000 manat əsas borcun, 100 manat hüquqi xidmət haqqının, 30 manat məhkəməyə və 5 manat notariat hərəkətlərinə görə ödədiyi dövlət rüsumunun əvəzinin, cəmi 6135 (altı min yüz otuz beş) manat pulun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılma sını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılıb ki, iddiaçı cavabdehi əvvəllər tanımış və münasibətləri yaxşı olmuşdur. Cavabdeh hərbçidir, hərbi hissələri birində MAXE kimi xidmət edir.
6. Cavabdeh 2020-ci ilin iyun ayında iddiaçıya müraciət edərək pula ehtiyacı olduğunu bildirmiş və ondan qısa müddətə borc pul istəmişdir. Münasibətləri yaxşı olduğu üçün iddiaçı 01 iyun 2020-ci il tarixdə cavabdehə 6.000 (altı min) manat pul borc vermişdir. Aralarında olan razılaşmaya görə cavabdeh borcu həmin ilin avqust ayının sonunda qaytarmalı idi. Cavabdeh bu barədə öz xətti ilə hərbiçi vəsiqəsinin surəti çıxarılmış kağıza qəbz yazıb imza etmiş və qəbzi iddiaçıya vermişdir. Lakin vaxtın bitməsinə baxmayaraq cavabdeh borcu qaytarmır.
7. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 7 39.1 və 740-cı maddələrinə istinad etmişdir.
8. Cavabdeh iddiaya etiraz edərək göstərib ki, iddiaçını ikinci dəfədir ki, görür, iddiaçı ilə yaxşı münasibətləri olmayıb. İddiaçının təqdim etdiyi qəbzdəki imza ona məxsus deyil.
9. Birinci instansiya məhkəməsi cavabdehin dəlilini yoxlamaq üçün 25.02.2021-ci il tarixli qərardadla məhkəmə-xətşünaslıq ekspertizası təyin etmişdir.
10. Məhkəmə Ekspertizası Mərkəzinin, 4/261 №-li, 14 aprel 2021-ci il tarixli rəyinə əsasən mülki işin 9-cu vərəqində Cavabdeh adından olan 6 min manat pulun alınmasına dair 01.06.2020-ci il tarixli qəbzdəki yazılar və həmin qəbzdə “İmza”: sözünün qarşısındakı imza- Cavabdeh tərəfindən icra olunmuşdur.
11. Cavabdeh yenə də iddiaya etiraz edərək, göstərib ki, imzanın ona məxsus deyil, onun kartı iddiaçıda olub və iddiaçı onun kartından 600 manat pul çıxartmışdır. O, daha sonra kart hesabını bağlatmışdır. Ümumiyyətlə, 1 aya 6.000 manat məbləğində borcu qaytara bilsəydi, heç iddiaçıdan borc pul götürməzdi.
12. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2081/2021 nömrəli 24.05.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 6.000 (altı min) manat məbləğində borc, 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi, 5 (beş) manat notariat xərci və 100 (yüz) manat məbləğində ödənilmiş hüquqi xidmət haqqı olmaqla, cəmi 6.135 (altı min yüz otuz beş) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı verilməsi qət edilmişdir. (hakim Fərid Hətəmzadə)
13. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin öhdəlik və borc müqaviləsi ilə bağlı normalara istinad edərək hesab edib ki, həmin hüquq no rmaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh borc alan kimi üzərinə götürdüyü öhdəliyə uyğun olaraq götürdüyü borcun əvəzini müvafiq qaydada borc verənə qaytarmağı öhdəsinə götürdüyü halda bunu etməmişdir. Buna görə də cavabdeh öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyindən, iddiaçı həmin öhdəlikdən yaranan borcun ödənilməsini tələb etməkdə haqlıdır.
14. Birinci instansiya məhkəməsi cavabdehin 01 iyun 2020-ci il tarixli qəbzdə olan imzanın ona məxsus olmamasına dair dəlilləri ilə razılaşmayaraq göstərib ki, bu dəlillər məhkəmə-xətşünaslıq ekspertizasının rəyi ilə təkzib edilib.
15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 442, 445, 739, Mülki Prossesual Məcəlləsinin 88 və 121.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
16. Cavabdeh apellyasiya şikayəti verib qətnamənin ləğv, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Apellyasiya şikayətinin dəlilləri ondan ibarət olub ki, cavabdeh iddiaçıdan 600 manat borc alıb, əvəzində kartını iddiaçıya verib. İddiaçı cavabdehin kartından 551 manat pul çəkib.
18. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7291/2021 nömrəli, 23 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Tofiq Səmədov (sədrlik edən və məruzəçi), İkram Şirinov, Anar Tanrıverdiyev)
19. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddia çı cavabdehə 01 iyun 2020-ci il tarixdə 6000 manat pul borc vermişdir. Aralarında olan razılaşmaya görə cavabdeh borcu həmin ilin avqust ayının sonunda qaytarmalı olmuşdur. Cavabdeh bu faktı hərbçi vəsiqəsinin surətinin arxasına qəbz yazıb imza etməklə təsdiq etmişdir. Vaxtın bitməsinə baxmayaraq cavabdeh borcu qaytarmamışdır.
20. Apellyasiya instansiya məhkəməsinin mövqeyinə görə cavabdeh öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyindən, iddiaçı həmin öhdəlikdən yaranan borcun ödənilməsini tələb etməkdə haqlıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, a) Kassasiya şikayətinin dəlilləri
21. Cavabdeh (Vəkil) kassasiya şikayəti verib, şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
22. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış, şikayətdə əlavə olaraq apellyasiya instansiyası tərəfindən işə cavabdehin iştirakı olmadan baxılması qeyd edilmişdir. b) Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazının dəlilləri
23. Kassasiya şikayətinə cavabdehin yazılı etirazı daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.2. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448.1 Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 739.1 Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə mə hkəmələr tərəfindən qiymətləndirilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
24. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli g ələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
25. Kassasiya şikayətində cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyi üçün məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.
26. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzi mləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilib.
29. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.
30. İddia tələbi borcun qaytarılması barədə olmuş, iddiaçı tələbinin əsası kimi cavabdehin yazdığı iltizama istinad etmişdir. Cavabdeh həmin iltizamdakı imzanının ona məxsus olmamasını bildirsə də, etirazının əsası kimi istinad etdiyi b u halları işə mahiyyəti üzrə baxan məhkəmələrdə sübut edə bilməmiş, üstəlik, onun bu dəlili xətşünaslıq ekspertizasının rəyi ilə təkzib edilmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya instansiyasının gəldiyi nəticəni yuxarıda qeyd edilən maddi və prosessual hüquq normalarının tələbi baxımından düzgün hesab edir.
32. Məhkəmə kollegiyası hesab edir ki, işin müəyyən edilmiş hallarına əsasən iddianın təmin edilməsi Mülki Məcəllənin yuxarıda qeyd edilən maddələrinə uyğun olmuşdur. Çünki işin müəyyən edilmiş halları Mülki Məcəllənin qeyd edilən normalarının dispozitiv şərtləri ilə üst-üstə düşür.
33. Məhkəmə kollegiyası apellyas iya instansiyası tərəfindən işə cavabdehin iştirakı olmadan baxılması barədə dəlilləri əsassız hesab edir. Belə ki, işdən görünür ki, cavabdehə apellyasiya instansiyası məhkəməsində iclasın vaxtı və yeri barədə məhkəmə bildirişi və “sms” bildiriş göndərilmiş, cavabdeh həmin bildirişləri almış, lakin məhkəmə iclaslnda iştirak etməmiş və qabaqcadan da apellyasiya məhkəməsinə bu barədə məlumat verməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Mülki Prosessual Məcəllənin 376.2-c maddəsinə görə də işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gə lməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.
34. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
35. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7291/2021 nömrəli, 23 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.