Məhkəmə qərarları › İş №2(102)-2457/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2457/2021

13.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2457/2021 13.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh “xxxx”xxxx“xxxx” MMC-nin cavabdeh İddiaçı qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2457/21 (Açar sözlər: pul tələbi) Bakı şəhəri, 13 aprel 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili Vəkil1 və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” MMC-nin vəkili Vəkil2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəm əsi Mülki kollegiyasının 2(103)-7707/2020 nömrəli iş üzrə xxx-ci il tarixli qətnaməsindən ilk iddia üzə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 13 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı “pul”xxxx“xxxx” MMC-dən 259299.76 ABŞ dollar, 73799.928 ABŞ dollar maddi ziyanın və ödədiyi 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “xxxx” MMC cavabdeh İddiaçı qarşı “vicdansızcasına əsassız iddia qaldırılması ilə əlaqədar pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı “xxxx” MMC-yə qarşı vicdansızcasına heç bir hüquqi əsa sa söykənməyən pul tələbinə dair iddia qaldırdığı üçün ondan Şirkətin və dövlətin xeyrinə ümumilikdə 100000 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” MMC-nin direktoru X5 məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə müraciət edərək, hazırki işə iddia müddəti tətbiq edərək iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” MMC-nin təsisçisi olmuş X2 ilə dostluq münasibətləri olmuşdur. X2 ona bildirmişdir ki, “xxxx” MMC-də maliyyə çətinliyi var, cəmiyyətin fəaliyyətini genişləndirmək istəyir, bunun üçün də ona külli miqdarda v əsait lazımdır. Ona görə də ona təklif etmişdir ki, Cəmiyyətə pul vəsaiti qoysun və buna görə ona qazancdan pul verəcəkdir. Onu da bilirmişdir ki, evini və qeyri-yaşayış sahəsini satmışdır və külli miqdarda pul vardır. Onu da qeyd edir ki, ondan dəfələrlə borca pul almış və vaxtında qaytarmışdır. Ona görə də ona inanırmış və həmçinin də yuxarıda qeyd etdiyi kimi ailəvi dost olmuşlar. Beləliklə, 02.12.2013-cü il tarixdən başlayaraq 03.11.2014-cü il tarixədək “xxxx” MMC-nin kassasına 41266 ABŞ dolları mədaxil etmişdir. Pul vəsaitini manatla versə də, ABŞ dolları ilə hesablanmışdır. Həmin pul vəsaitinin Cəmiyyətin kassasına mədaxil edilməsi Cəmiyyətin kompüterindən çıxarışla, həmçinin həmin çıxarışın üzərində Cəmiyyətin hazırkı direktoru Raminə xanım və o cümlədən Cəmiyyətin baş mühasibi V tə rəfindən təsdiq edilmişdir. Həmin pul vəsaitinin “xxxx” MMC-nin kassasına mədaxil etməyi və hal-hazıra kimi pul vəsaitinin ona qaytarılmaması Cəmiyyətin baş mühasibi X11, Cəmiyyətin baş direktoru vəzifəsində işləmiş X13 və Cəmiyyətin direktor müavini işləmiş X1 rayon 22-ci Polis Bölməsində verdikləri izahatlarında bir daha təsdiq etmişlər. Belə ki, “xxxx” MMC-nin təsisçisi olmuş X2 öldükdən sonra onun həyat yoldaşı P və qızları pulunun qaytarılması barədə vəd versələr də, pulunun bir qismini qaytarmış, lakin 259299.76 ABŞ dollar hissəsini qaytarmamışdır. Həmin pul vəsaitini Cəmiyyətə mədaxil edəndə pulunun təminatı kimi onu cəmiyyətdə işçi kimi qeydiyyata da almışlar. Göründüyü kimi külli miqdarda pul vəsaiti cavabdehdə qalmış və onun mülkiyyəti olan pul vəsaiti hal-hazıra kimi geri qaytar ılmamışdır. Cavabdeh ona məxsus olan vəsaiti əsassız istifadə etmiş və ondan fayda götürmüşdür. Ona görə də hesab edir ki, cavabdeh ona məxsus olan 259299.76 ABŞ dolları, həmin pula hesablanmış bank faiz uçot dərəcəsinə uyğun faizləri, (259299.76x5%= 12299.988x6=73799.928), cəmi: 333099.688 ABŞ dolları pul vəsaitini və ödədiyi 30 manat dövlət rüsumu ona qaytarılmalıdır. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı rəhbəri olduğu MMC-yə qarşı qaldırdığı iddia tam əsassız, qanunsuz olmaqla şər və böhtan başqa bir şey deyildir. cavabdeh onun mərhum həyat yoldaşının ölümündən sui-istifadə edərək iddiasında göstərmişdir ki, guya ərinin sağlığında 02.12.2013-cü il tarixindən başlayaraq 03.11.2014cü il tarixinədək MMC-nin kassasına 412.066 ABŞ dolları mədaxil etmişdir. Hətta iddi ada göstərir ki, əri öləndən sonra, guya o və qızları onun pulunun qaytarılıması barədə vəd vermişlər və hətta pulun bir qismini də qaytarmışlar. İddiaçının göstərdikləri yalan olmaqla həqiqətə uyğun deyil və heç bir sübutla öz təsdiqini tapmır. Belə ki, MMC-nin kassa sənədlərini məhkəmə tələb edərsə, onda görər ki, iddiaçının qeyd etdiyi kimi, 02.12.2013cü il tarixindən 03.11.2014-cü il tarixinədək 412.066 ABŞ dollar məbləği mədaxil olmamışdır. Bundan əlavə, nə o, nə də qızları iddiaçıya heç bir pul qaytarmamışlar. Cavabdehin ərizəsində iddia etdiyi pul vəsaitini MMC-nin kassasına mədaxil etməsinin təsdiqi kimi təqdim etdiyi Cəmiyyətin kompüterindən çıxarışa istinad etməsi tam absurddur. Belə ki, MMC-nin kassasına iddia edilən məbləğ mədaxil olmadığı halda, bu necə kompüterdən çıxarışla təsdiq oluna bilər? Cavabdeh yazır ki, guya bu çıxarışı MMCnin direktoru Ramina xanım və baş mühasib V təsdiq edir. İddia ərizəsinə əlavə olunmuş həqiqətə uyğun olmayan kompüter çıxarışında olan imza və yazılar onun qızı Raminanın imzası və xətti deyil və ola da bilməz. Belə ki, onun qızı MMC-yə aid olmayan, kassasına mədaxil edilməyən məbləğlər üzrə əsas borcun qalığını heç vaxt heç bir formada təsdiq edə bilməzdi, çünki o, 2013-2014-cü illərdə MMC-də maddi-məsul vəzifəli şəxs deyildi. O, 2014-2015-ci illərdə menecer vəzifəsində işləmişdir və o, səlahiyyətinə aid olmayan belə bir ağlasığmaz, məsuliyyətsiz addım ata bilməzdi. Bunu onu şahid kimi dindirərək tam əmin ola bilərsiniz. O, MMC-nin 2019-cu illərdə direktoru olmuş və bu müddət ərzində borc barədə heç bir kompüter çıxarışı tərtib etməmiş və onu hər hansı formada təsdiq etməmişdir. Bu kompüter çıxarışının nə vaxt tərtib edilməsi aydın deyildir və MMC-nin direktorunun imzası və möhürü ilə təsdiq edilmədiyi üçün rəsmi sənəd hesab edilə və sübut kimi qiymətləndirilə bilməz. O ki qaldı, həmin kompüter çıxarışında olan imza və yazılara, bunların kimin tərəfindən icra olunması onlara məlum deyil. Əgər iddiaçı bu xətt və imzanın mühasib olmuş Mehmana aid olması kimi təqdim edirsə, belə halda qeyd etməlidirlər ki, Mehman 16.04.2014-cü ildən öz ərizəsi ilə işdən azad olunmuşdur. Sual yaranır ki, belə olan halda, o, necə kompüter çıxarışında göstərilən 30.05.2014-cü il tarixindən 03.11.2014-cü il tarixə qədər olan müddət ərzində guya MMC-nin kassasına mədaxil olan məbləğləri təsdiq edə bilər? Bu bir daha göstərir ki, iddiaçı heç bir rəsmi sübut olmadan, həqiqətə uyğun olmayan sənədlər düzəldərək, məhkəməyə sübut kimi təqdim edir və MMC-ni borclu çıxarıb məhkəməni yanlış yola çəkərək iddiasının təmin olunmasına nail olmaq istəyir. Hesab edir ki, bu yolverilməzdir. Onun bu vicdansızcasına əsassız olaraq qaldırdığı iddiasına qanunvericiliyin tələblərinə əsasən düzgün qiymət verilməlidir. Həmçinin, qeyd edir ki, əgər MMC-nin iddiaçıya borcu var idisə, niyə o, bu illər ərzində, o, borcla bağlı heç bir yerə rəsmi olaraq müraciyət etməyib, o cümlədən onlara. İddia ərizəsindən görünür ki, o, hazırkı iddianı 02.08.2019-cu il tarixində qaldırmışdır. Onun polisə müraciət etməsi və orada guya araşdırma aparması da sübut deyil. Çünki polis orqanı onları dəvət etməmiş, bu araşdırma barədə məlumatları olmamışdır. Obyektiv ar aşdırma olsaydı onları da dəvət edərdilər və izahatlarını alardılar. Ona görə iddiaçının polisdə aparılmış araşdırmaya istinad etməsi tam əsassızdır və orada alınmış izahatlar sübut növü kimi qiymətləndirilə bilməz. Bu bir daha onu göstərir ki, iddiaçı onlara qarşı əsası olmayan və hətta iddia müddəti keçmiş iddia qaldırmışdır. Qanunvericiliyə görə isə iddia müddəti keçmiş iddialar rədd olunur. Bir məqamı da qeyd etmək istəyirlər ki, iddiaçı MMC-də işçi olaraq aylıq əmək haqqı almış və onunla aralarında sırf işçi münasibətləri olmuşdur. O işin öhdəsindən gələ bilmədiyinə görə 2019-cu ilin mart ayında işdən çıxarılmış və MMC-yə məxsus «Honda City» markalı ** AB *** dövlət nömrə nişanlı avtomobil ondan geri alınmışdır. Bundan sonra o, MMC-yə vurduğu ziyanla bağlı tərəflərindən məhkəməyə müra ciət olunmuşdur. Güman edirlər ki, məhz bu hallara görə iddiaçı onlara qarşı qərəzli mövqedə olmaqla, onlara rəqib olan firmaların rəhbərlərini, yəni “X22 Company” MMC-nin rəhbəri X13 və “xxxx” MMC-nin rəhbəri X3 vasitəsi və iştirakı ilə MMC-yə qarşı bu iddianı qaldırmaqla onlara ziyan vurmağa və rəqib kimi onları iqtisadi cəhətdən sıradan çıxarmağa çalışırlar. Yəni bu şəxslər hazırki iş üzrə maraqlı şəxslər olduğu üçün onların izahatları və ola bilsin ki, məhkəmədə verəcəkləri ifadələri də sübut növü kimi qiymətləndirilə bilməz. Hesab edir ki, İddiaçı vicdansızcasına əsassız iddia verməklə bu halın, onların iş vaxtlarının mənasız yerə itirilməsinə və məhkəmənin onsuzda ağır olan iş yükünü artırılmasına səbəb olduğu üçün, ondan onların və dövlətin xeyrinə ümumiliklə 100.000 AZN tutulmalıdı r. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xxx-ci il tarixli, 2(006)-515/2020 saylı qətnaməsi ilə (hakim Cəmilə Musayeva) ilk və qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, iş materiallarından göründüyü kimi iddiaçı cavabdehə pul verdiyini və həmin məbləğdən cavabdeh tərəfindən 259.299,76 ABŞ dolları məbləğində pulun qaytarılmadığını iddia etsə də, buna dair heç bir sübut məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, cavabdeh şirkətin iddiaçıya qeyd edilən məbləğdə borclu qaldığını təsdiq edən yeganə sübut İddiaçı adına “excel” kompüter proqramı vasitəsilə R tərəfindən tərtib edilmiş və şirkətin baş mühasibi vəzifəsində işləyən V tərəfindən imzalanmış sənəd isə məhkəmə tərəfi ndən qiymətləndirilmiş, həmin sənədin iddiaçının istinad etdiyi halın, yəni tərəflərin arasında borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranmasının sübuta yetirilməsi üçün kifayət etmədiyi müəyyən edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının təqdim etdiyi sənəd qüsurlu olduğundan, yəni qanunvericiliklə bu cür sənədlərin tərtibatı üçün nəzərdə tutulan qaydalara uyğun olmadığından, tərəflərin faktiki borc münasibətlərinə girdiklərini təsdiq edən sübut kimi məhkəmə tərəfindən qəbul edilə bilməz. Məhkəmə gəldiyi qənaəti həmçinin onunla əsaslandırır ki, iddiaçının istinad etdiyi sənədin tərtib edildiyi zaman (27.01.2015-ci il) sənədin tərtibatında və imzalanmasında iştirak etmiş şəxslər R və Vun şirkətin adından hər hansı hüquqi hərəkətin edilməsinə, xüsusilə də şirkətin hesabına pulun mədaxil və məxaric edilməsinə səlahiyyətli olmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Əksinə işdə olan materiallara əsasən müəyyən edildiyi kimi, 27.01.2015-ci il tarixində R və Vun şirkətə hər hansı aidiyyəti olmamış, 01.10.2010-cu il tarixdən 15.11.2016-ci il tarixədək şirkətin fəaliyyətinə cari rəhbərlik etmək səlahiyyətinə malik olan cəmiyyətin direktoru vəzifəsini icra edən X13, 01.10.2011-ci il tarixdən 04.02.2019-cu il tarixədək şirkətin baş mühasibi vəzifəsində çalışan isə X8 idi. Məhkəmə araşdırması zamanı şahid qismində dindirilmiş X13 və X4 tərəflər arasında pulun verilməsi və qaytarılmasına dair münasibətlərin olduğunu bildirən ifadələrə məhkəmə tənqidi yanaşır və onları mötəbər sübutlar hesab etmir. Çünki şahidlər tərəfindən göstərilən hallar iş materiallarında olan digər sübutlarla öz təsdiqini tapmamış, istinad etdikləri cavabdeh şirkətin borclu qaldığını təsdiq edən yeganə sənədin isə “xxxx" MMC-nin qeyri-rəsmi sahibi ilə iddiaçı arasında etibarlılıq münasibətlər olduğundan qanunvericilikdə göstərilən formada tərtib edilməməsinə dair ifadələri də inandırıcı görünmür. Beləliklə, borc müqaviləsi real müqavilədir, əşya bir şəxsdən digərinə verildiyi halda bağlanmış hesab olunur, tərəflərin hüquq və vəzifələri əşyaların verilməsi anına qədər yarana bilməz. Yəni real müqavilənin əsasını real hərəkət - əşyanın verilməsi təşkil edir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə borc pul verildiyi və bunun nəticəsi olaraq tərəflər arasında borc müqaviləsinin bağlandığı sübuta yetirilmədiyindən, öhdəliklərin yaranması üçün Mülki Məcəllənin 386.1-ci maddəsi ilə nəzərdə tutulan əsaslardan hər hansı biri müəyyən olunmadığından iddiaçının cavabdehə münasibətdə tələb hüququ, cavabdehin isə iddiaçının qarşısında borc müqaviləsindən irəli gələn pulun qaytarılmasına dair öhdəliyi də yaranmamışdır. Məhkəmə cavabdeh “xxxx" MMC tərəfindən təqdim edilmiş iddia müddətinin tətbiqi barədə ərizə ilə əlaqədar qeyd edir ki, hazırkı mülki iş üzrə iddiaçının subyektiv hüququnun pozulması müəyyən edilmədiyindən və iddia əsassız olması səbəbi ilə rədd edilməli olduğundan məhkəmə tərəfindən iddia müddətinin tətbiqindən imtina edilməlidir. Məhkəmə həmçinin qarşılıqlı iddia ilə bağlı qeyd edir ki, qanunvericilkdə hüquqdan aşırı yararlanmanın üç formasını nəzərdə tutulur: vicdansızcasına əsassız iddia qaldırılması; idd iaya qarşı vicdansızcasına əsassız mübahisə edilməsi;işə düzgün və tezliklə baxılmasına və həllinə ardıcıl surətdə maneçilik törədilməsi. Məhkəmə işin araşdırması zamanı müəyyən edilmiş hallara əsasən hesab edir ki, yuxarıda qeyd edilən xüsusatlardan hazırki işdə mövcud deyildir. İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı məhkəməyə müraciət etməsi isə onun pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını qorumaq məqsədilə öz məhkəmə müdafiəsi hüququndan istifadə etməsi kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsi hər iki iddianın rədd edilməsi qənaətinə gəlmişdir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 377.1, 385.1, 386.1, 739.1-ci və Azərbaycan Res publikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.3, 217.4-cü maddələri ilə əsaslandırmışdır. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi, ilk iddianın tam təmin edilməsi və qalan hissədə dəyişdirilmədən saxlanması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Xumar Mərdanova sədrlik edən və məruzəçi, Elnur Həsənov, Fuad Babayev) xxx-ci il tarixli, 2(103)7707/2020 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-515/2020 saylı, xxx-ci il tarixli qətnaməsinin ilkin iddia üzrə İddiaçı münasibətdə dəyiş dirilmədən saxlanması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən “xxxx” MMC-yə pul vəsaitinin verilməsi iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçı cavabdehə pul verdiyini və həmin məbləğdən cavabdeh tərəfindən 259.299,76 ABŞ dolları məbləğində pulun qaytarılmadığını iddia etsə də, buna dair heç bir sübut məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh şirkətin iddiaçıya qeyd edilən məbləğdə borclu qaldığını təsdiq edən yeganə sübut İddiaçı adına “excel” kompüter proqramı vasitəsilə tərtib edilmiş sənəddir. Həmin sənəd isə ciddi hesabat blankı olmamaqla hər-hansı hüquqi nəticələr yaratmır. Beləliklə birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının təqdim etdiyi sənəd qüsurlu olduğundan, yəni qanunvericiliklə bu cür sənədlərin tərtibatı üçün nəzərdə tutulan qaydalara uyğun olmadığından, tərəflərin faktiki borc münasibətlərinə girdiklərini təsdiq edən sübut kimi məhkəmə tərəfindən qəbul edilə bilməz. Bundan başqa işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçının istinad etdiyi sənədin tərtib edildiyi zaman sənədin tərtibatında və imzalanmasında iştirak etmiş şəxslər R və Vun şirkətin adından hər hansı hüquqi hərəkətin edilməsinə, xüsusilə də şirkətin hesabına pulun mədaxil və məxaric edilməsinə səlahiyyətli olmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Ümumiyyətlə, həmin sənəddə Rnın və Vun nə adları, nə də imzaları mövcud deyil. Bundan başqa kollegiya qeyd edirki, birinci instansiya məhkəməsi şahid ifadələrinə haqlı olaraq tənqidi yanaşaraq, ifadələ rini mötəbər sübut kimi qiymətləndirməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşıyır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas ola bilməz. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı (vəkili Vəkil1) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iş üzrə iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə birinci instansiya məhkəməsinin q ətnaməsi və apelyasiya kollegiyasının qətnaməsi tərəflərin qarşılıqlı münasibətlərinə uyğun deyil, işdə olan sübutlar obyektiv, qərəzsiz və hərtərəfli araşdırılmamış, işdə olan sübutlara düzgün qiymət verilməmiş və o cümlədən sübutetmə vəzifələrinin tərəflərin arasında bölüşdürülməsi prinsipinə əməl edilməmişdir. Belə ki, Cəmiyyətin baş direktoru vəzifəsində işləmiş X13 məhkəmə iclasında təsdiq etmişdir ki, həqiqətən də onun tərəfindən həmin pul vəsaiti X9 verilmiş və o həmin pul vəsaitini Cəmiyyətin kassasına mədaxil etmişdir. İş materialları ilə sübut olunur ki, pul vəsaiti cəmiyyətin kassasına mədaxil olunan zaman X13 Cəmiyyətin baş direktoru vəzifəsində işləmişdir. Onun pul vəsaitinin cavabdeh şirkətdə olmasını həmin cəmiyyətdə çalışan hər bir işçi bilmişdir. O cümlədən onun və mərhu m İlhamın qohumlarının hamısı onun pulunun şirkətində olmasını bilmişlər. Məhkəmə qətnaməsində qeyd edilmişdir ki, 27.01.2015-ci il tarixində R və Vun şirkətə hər hansı aidiyyəti olmamış, iddiaçının istinad etdiyi sənədin tərtib edildiyi zaman sənədin tərtibatında və imzalanmasında iştirak etmiş şəxslər R və Vun həmin sənəddə Rnın və Vun nə adları, nə də imzaları mövcud deyildir. Bununla bağlı qeyd edir ki, 16.04.2014-cü il tarixdə X4 əmək müqaviləsinə xitam verilmişdir. Şirkətə onun tərəfindən 89172 ABŞ dolları 02.12.13-cü il tarixdə mədaxil edilmişdir. Yəni, göstərilən məbləği mədaxil edərkən X4 əmək müqaviləsinə xitam verilməmiş və o, həmin pul vəsaitini qəbul edə bilərdi. Həmçinin həmin sənəddə Vun adı soyadı qeyd edilmiş və həmin sənədi imza etmişdir. Bundan başqa ümumiyyətlə Rnın və Vun şirkətə hər hansı aidiyyəti olmamasını müzakirə edərkən, buna diqqət yetirmək lazımdır ki, pul vəsaitini qəbul etmək səlahiyyətini və göstərişini onlara kim vermişdir. Çünki o, onların hansı səlahiyyətə malik olmasını bilə bilməzdi. Həmçinin məhkəmə qeyd edir ki, “onun tərəfindən təqdim edilmiş və cavabdeh tərəfindən ona verilmiş kompüterdən çıxarış borc öhdəliklərinin təsdiq olunması üçün yetərli deyil və həmin sənəd ciddi hesabat blankı deyildir.” Qeyd edilməlidir ki, həmin sənədi ona cavabdeh vermiş və həmin sənədin ciddi hesabat blankı olmaması onun tərəfindən cavabdehə həmin məbləğin verilməməsi anlamına gələ bilməz. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclası nın yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3cü maddəsinə əsasən işə gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili Vəkil1 kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” MMC-nin vəkili Vəkil2 kasasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyas ının 2(103)-7707/2020 nömrəli iş üzrə xxx-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasas iya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəç ini dinləyib, iş materiallarını və kasasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kasasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xxx-ci il tarixli qətnaməsi qismən-ilk iddia hissəsində ləğv edilməli və mülki iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Belə ki, müəyyən edildi ki, işə mahiyyəti üzrə baxmış apelyasiya instansiya məhkəməsi şahid qismində dindirilmiş X6 və X4 ifadəsinə tənqidi yanaşmış, nəzərə almamışdır ki, o, 2010-2016-cı ilədək həmin MMC-də direktor vəzifəsində işləmişdir. Şahid qismində dindirilmiş X6 ifadəsindən görünür ki, İddiaçı şirkətə 350000 ABŞ dolları pul vəsaiti qoymuş və həmin pulun 90000 ABŞ dolları mənzilə hesablanaraq ona verilmi şdir. İddiaçı şirkətdə 259000 ABŞ dolları pulu qalmışdır. İddiaçı verilmiş mənzil onun adına olmuşdur. İşə mahiyyəti üzrə baxmış məhkəmələr isə bununla bağlı hər hansı araşdırma aparmamışdır. Yəni məhkəmələr obyektiv həqiqətə nail oluna bilinməsi üçün şirkətə verilmiş pul qarşılığında İddiaçı mənzil verilib-verilmədiyini araşdırmamışdır. Bundan başqa, şahid X13 ifadəsində göstərmişdir ki, R şirkətdə kassir olmuşdur. Pullar onun tərəfindən kassaya mədaxil edilirdi. Kassaya mədaxil olunan zaman Mehman və Ramina tərəfindən blanklar tərtib olunurdu. Digər sənədlər və hesabatlar Ramina tərəfindən aparılırdı. Şahid qismində dindirilmiş X11 da ifadəsində pul alınması ilə bağlı sənədin Ramina tərəfindən tərtib edildiyini, onun tərəfindən də imzalandığını göstərmişdir ki, bu hal iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş kassaya mədaxili və qalıq borcu özündə əks etdirən maliyyə sənədinin də V və R tərəfindən imzalanması ilə öz təsdiqini tapmış olur. Qarşılıqlı iddiaçı isə kompyuterdən çıxarışdakı imzanın Rya məxsus olmamasını, onun xətti olmadığını olmadığını bildirmişdir. İşə baxmış məhkəmələr isə şahid ifadələrinə qiymət vermədikləri üçün bu xüsusatlara da diqqət yetirməmiş, R məhkəməyə şahid qismində dəvət edilib dindirilməmiş, kompyuter çıxarışında olan xəttin və imzanın Rya məxsus olub-olmadığını, həmin çıxarışın kim tərəfindən verildiyini araşdırmamışdır. Halbuki, işdən də görünür ki, həmin ərəfədə Ramina müəyyən fasilələrlə müəssisədə işləmişdir. Məhkəmə isə onun və Vun müəssisəyə aidiyyəti olmadığı qənaətinə gəlmişdir. Digər tərəfdən qarşılıqlı iddiaçı şahid Vun 16.04.2014 -cü il tarixində işdən azad olunduğunu, onun 30.05.2014-cü il tarixdən 03.11.2014-cü il tarixədək olan müddət ərzində MMC-nin kassasına mədaxil olan məbləğləri təsdiq etməsinin qeyri mümkün olmasını, buna görə həmin şahid ifadəsinin qeyri-mötəbər olmasını göstərmişdir. X15 işlədiyi müddətdə, yəni 02.12.2013-cü il tarixdə şirkətə 89172 ABŞ dolları mədaxil edilməsi nəzərə alınmamış, işə baxmış məhkəmələr də bu hala hər hansı münasibət bildirməmişlər. Məhkəmələr həmçinin pul vəsaitlərinin köçürülməsi ərəfəsində MMC-də kassir vəzifəsində kimin işləməsini araşdırmamış, həmin şəxsin şahid qismində işə cəlb edilərək dindirilməsini təmin etməmişdir. Qeyd olunanlarla yanaşı bildirilməlidir ki, kasasiya yoxlaması zamanı kompyuter çıxarışı və ilk iddia üzrə cavabdeh tərəfdən məhkəməyə təqdim edilmi ş aylar üzrə memorial orderləri qarşılıqlı tədqiq edilərkən müəyyən olunur ki, kompyuterdən çıxarışa əsasən 06.06.2014-cü ildən 25.06.2014-cü il tarixinədək şirkətə cəmi 147388 ABŞ dolları mədaxil edilmişdir ki, 2014-cü ilin iyun ayına olan şirkətin memorial orderindən də görünür ki, şirkətə həmin ay cəmi 148695,48 ABŞ dolları (manat) mədaxil olmuşdur. Qeyd olunan məbləğlərin bir-birinə yaxın olması da məhkəmə araşdırması tələb etdiyi halda, məhkəmələr bununla bağlı məhkəmə-mühasibatlıq ekspertizası və ya digər araşdırma aparmamış və hər hansı mövqe nümayiş etdirməmişdir. Bundan başqa qeyd edilməlidir ki, məhkəmələr ilk iddiaçı tərəfindən məhkəməyə sübut təqdim edilə bilinməməsinə istinad etsələr də nəzərə almamışlar ki, ilk iddiaçıya şirkətə vermiş olduğu pul vəsaitinin cəminə dair cədvəl şəklində kompyuterdən çıxarış təqdim edilmişdir ki, iddiaçı da sübut kimi yalnız həmin sənədi məhkəməyə təqdim edə bilmişdir. Bu cür hallarda isə, yəni pul vəsaitinin şirkətin hesabına daxil olub-olmaması barədə maliyyə və digər sənədləri tələb irəli sürən şəxs deyil, pul vəsaitinin verilmədiyini və ya hesabına köçürülmədiyini bildirən tərəf təqdim etməli, təqdim edilmədiyi təqdirdə məhkəmə tərəfindən tələb edilməli və tədqiq edilərək nəticəyə gəlinməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd edilən normanın tələbindən də aydın olur ki, işə mahiyyəti üzrə baxan məhkəmələr qətnamə qəbul edərkən işin həqiqi halları ilə qətnaməni əsaslandırmalıdırlar. La kin işə mahiyyəti üzrə baxmış məhkəmələr işin həqiqi hallarını, yəni ilk iddiaçı tərəfindən tələb edilən vəsaitin ilk iddia üzrə cavabdeh şirkətin hesabına keçirilibkeçirilmədiyini, bu xüsusatın müəyyən edilməsi üçün yuxarıda sadalanmış halları araşdırmamışdır. Beləliklə, işdən görünür ki, apelyasiya kollegiyası işin hallarını tam, hərtərəfli araşdırmamış, ədalət mühakiməsini faktlar əsasında həyata keçirməmiş, işin hallarına, sübutlara və apelyasiya şikayətlərinin dəlillərinə düzgün hüquqi qiymət verməmiş, ədalətli məhkəmə araşdırmasının ədalətliliyi ilə bağlı təməl prinsipləri pozmuşdur. Kasasiya kollegiyası həmçinin hesab edir ki, prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münas ibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar düzgün qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 417.1.3-cü maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alaraq kasasiya kollegiyası hesab edir ki, apelyasiya kollegiyası işə mahiyyəti üzrə baxmağa səlahiyyətli məhkəmə olduğundan, işin yuxarıda göstərilmiş hallarının tam, hərtərəfli və düzgün araşdırılması, tərəflərin bərabərliyinin və məhkəmə araşdırmasının ədalətliliyinin təmin edilməsi məqsədilə kasasiya şikayəti qismən təmin edilməli, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.11.2020-ci il tarixli, 2(103)-7707/2020 nömrəli qətnaməsi qismən–ilk iddia hissəsində ləğv edilməli və mülki iş həmin hissədə yeni apelyasiya baxışına qaytarılmalı, araşdırılan sübutlara Azərbaycan Respublikas ı Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kasasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7707/2020 nömrəli iş üzrə xxx-ci il tarixli qətnaməsi qismən –ilk iddia hissəsində ləğv edilsin və mülki iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Bakı Apellyasiya Məh kəməsi Mülki kollegiyasının 2(103)-7707/2020 nömrəli iş üzrə xxx-ci il tarixli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar